Press "Enter" to skip to content

III qrupa mütləq Coğrafiya fənni artırılmalıdır – Təklif

Мerkator ( 1512-1594 ) xəritələri toplu halında hazırlamış və onu “Атлас” adlandırmışdır.

Coğrafiyanın vəzifələri, sahələri və inkişaf tarixi.

Coğrafiya – Yer kürəsinin təbiətini öyrənən elmlərdən biridir. Sözün hərfı mə’nası “Yeri təsvir etmək” deməkdir. Yunancadan “qeo” – yer, “qrapho” – təsvir edirəm kimi tərcümə edilir. Fiziki və iqtisadi coğrafiya onun əsas sahələridir.

Fiziki coğrafiya – Yerin coğrafi təbəqəsini, onun tərkibini, komponentlərini, onlar arasında olan əlaqələri, təbəqələrin inkişaf tarixini və istiqamətlərini öyrənir.

İqtisadi və sosial coğrafiyatəbii şərait və ehtiyatlardan istifadə edilməsini, təsərrüfatın və əhalinin yerləşməsi prinsiplə-rini öyrənir. İqtisadi coğrafiya terminini elmə 1760-cı ildə rus alimi М. В. Lomonosov gətirmişdir.

Tarixi metod vasitəsilə oby ekt və hadisədə müəyyən tarixi dövr ərzində baş verən dəyişikliklər öyrənilir və təhlil edilir. Məsələn, Qafqaz dağlarında buzlaqların sahəsinin azalmasını şəkillərin illər ərzində təhlilindən müşahidə etmək olar.

Kartoqrafk metod coğrafi tədqiqatlar zamanı müxtəlif məzmunlu xəritələrin öyrənilməsinə və təhlilinə əsaslanır.

Müqayisə metodu obyekt və hadisələrin fərqli və oxşar xüsusiyyətlərini təhlil etməklə yeni elmi nəticələrə gəlməyə imkan verir.

Riyazi-statistik tədqiqat metodu – coğrafi obyekt və hadisələri kəmiyyət göstəriciləri və riyazi hesablamalar vasitəsilə tədqiq edir. Nəticədə, öyrənilən obyekt və hadisələrin planlaşdırılması, layihələşdirilməsi həyata keçirilir.

Coğrafi modelləşdirmə real obyekt və hadisələrin modelinin hazırlanması və öyrənilməsinə əsaslanır. Coğrafi modellər qrafik və təsviri formada, həmçinin sözlər və simvollar vasitəsilə qurulur.

Coğrafi proqnozlaşdırma təbii və antropogen təsirlər nəticəsində konkret ərazidə baş verə biləcək dəyişikliklərin əvvəlcədən müəyyən edilməsidir; məsələn, su anbarının tikilməsi ilə ətraf ərazilərdə baş verə biləcək dəyişiklikləri proqnozlaşdırmaq mümkündür.

Aerokosmik metod vasitəsilə aero və kosmik şəkillərdən alınan informasiyalar əsasında müasir xəritələr tərtib edilir və coğrafi proseslər öyrənilir.

Çöl-tədqiqat metodları ilə ərazidə müşahidələr, yaxud cihazların köməyi ilə məlumatlar toplanır, onların təhlili əsasında bir sıra coğrafi qanunauyğunluqlar müəyyən edilir.

Coğ rafiya elminin inkişafı

Coğrafiya haqqında ilk biliklər qədim Babilistanda yaranmışdır. Sonralar Yunanstanda, Romada, Çində, Misirdə ətraf ərazilər və təbiətdə baş verən hadisələr haqqında geniş məlumatlar toplanmışdır.

Beə III əsrdə Misirin İsgəndəriyyə şəhərində yaşamış qədim yunan alimi Eratosfen (e.ə. 276-194) «Coğrafiya» sözünü elmə gətirmiş, bu sahədə ilk kitab yazmış öz dövründə məlum olan ərazilərin xəritəsini tərtib etmişdir. Bu xəritədə Köhnə Dünya adlanan Avropa, Qərbi Asiya və Şimali Afrika təsvir olunur. Eratosfen Yerin meridian çevrəsinin uzunluğunu (39 690 km) və Yer kürəsinin radiusunu (6310 km, bəzi mə’lumatlara görə 6844 km) hesablamışdır. Eratosfen belə hesab edirdi ki, Pireney yarımadasından qərbə tərəf üzməklə Hindistana çatmaq olar.

Eramızın əvvəllərində yaşamış Yunan mənşəli Роmа Alimi Strabon (e.ə 63 -24) İri həcmli «Coğrafiya» kitabını yazmışdır. 17 kitabdan ibarət Olan Strabonun bu əsərində qədim yunanlara məlum olan bütün ərazilər, о cümlədən Qafqaz Albaniyası təsvir edilmişdir.

Qədim yunan alimi Klavdi Ptolemey (90-168) də Misirin İsgəndəriyyə şəhərində yaşamışdır. O, səkkiz kitabdan ibarət “Coğrafiya” kitabını yazmışdır. Birinci kitabında Ptolomey coğrafiyanın öyrəndiyi sahələri göstərmiş, xəritə tərtib etmişdir. Coğrafiyanın xəritəşünaslıq və ölkəşünaslıq kimi iki sahədən ibarət olmasını qeyd etmişdir.

Ptolemeyin xəritəsində Eratosfenin xəritəsinə nisbətən Afrikada və Asiyada daha geniş ərazilər təsvir olunmuş, Yerin əyriliyi nəzərə alınıb, dərəcə toru çəkilmişdir. Alimin yaratdığı Geosentrik Sistem nəzəriyyəsinə (“Astronomiyanın əsas riyazi quruluşu” kitabında) görə Yer kürəsi kainatın mərkəzindədir. Günəş və digər göy cisimləri Yerin ətrafında fırlanır. Bu nəzəriyyəni Aristotelin də nəzəriyyəsi idi.

Orta əsrlər dövrü- V-XV əsrlər arası

Orta əsrlər dövründə coğrafiyanın inkişafında mühim mərhələyə qədəm qoyulmuşdur. Orta əsrlərdə polyak alimi N. Kopernik Yerin və digər planetlərin Günəş ətrafında fırlanmasına əsaslanan “heliosentrik sistem” nəzəriyyəsini irəli sürmüşdü (1443). Coğrafiyanın inkiafında rolu olan ərəb səyyah və dənizçilərindən ibn Rüşt , Əl-Məsudi, Yaqut Əl-Həməvi, İbn-Bəttutə və s misal çəkmək olar.

XV əsrin ikinci yarısında (1468-1474) Hindistana səyahət edən rus taciri A. Nikitinin coğrafi təsəvvürləri daha da genişləndirdi. Onun səyahəti haqqında məlumatlar “Üç dəniz arxasına səyahət” kitabında toplanmışdır.

X-XI əsrlərdə Səmərqənddə yaşamış türk dünyasının görkəmli alimlərindən biri Əbu Rеyhan Biruni Şərqdə ilk dəfə gildən Yerin kiçildilmiş modelini – qlobusu düzəltmişdir. XIII əsrdə yaşamış Azərbaycan alimi Nəsirəddin Tusinin xidmətləri daha böyükdür. О, pоlyak alimi Kоpеrnikdən 500 il əvvəl Yerin Günəş ətrafında dövr etdiyini nəzəri cəhətdən əsaslandırmışdır. N.Tusinin tərtib etdiyi ulduzlu səmanın qlobusu – həmin dövrdə elmi nailiyyətlərin göstəricisidir. X əsrdə skandinaviyalılar Amerika qitəsində olmuşdular. Lеyf Еrikssоn dəstəsi ilə bu materikin şimal-şərqinə dəfələrlə səfər etmişdir. Орtа əsrlər dövründə Marko Polonun (XII əsr) adı ilə bağlanan “Böyük İpək Yolu” ölkələr arasında ticarət əlaqələrinin həyata keçirilməsində çox böyük əhəmiyyətə malik idi.

Böyük coğrafi kəşflər dövrü- XV-XVII

Böyük Coğrafi kəşflər dövrünə qədər və onun ilkin vaxtlarında coğrafiyada təsviretmə ənənələri qalmışdır. Bunlar ümumi fiziki coğrafiya (yerşünaslıq), və regional coğrafiyanın əsaslarını təşkil edirdi. Bu sahələrə aid zəngin məlumatlar toplanmışdır.

1492 ci ildə X. Kolumb – Hindistana dəniz yolu kəşf etmək məqsədi ilə Qərbə tərəf üzmüş və Amerika qitəsin kəşf etmişdir. Onun ilk kəşf etdiyi adaları Vest- Hind adlandırmışdır.

  1. Baham adaları, Kuba, Yamayka, Puerto-Riko adası və s.
  2. Saqras dənizini
  3. Şimali Passat cərəyanını kəşf etmışdır.

Amerika qitəsi isə Kolumbun yox Ameriqo Vespuçinin adı ilə Amerika adlandırılmışdır. Yeni Dünyanın kəşf edilməsi Avropa ölkələrinin iqtisadi və siyasi həyatına böyük təsir etdi. Ticarət yolları tədricən Aralıq dənizi hüdudlarından çıxaraq daha geniş əraziləri əhatə etməyə başladı. Bu isə bəzi ölkələrin coğrafi mövqelərinin yaxşılaşmasına səbəb oldu.

Yeni torpaqları müstəmləkələrə çevirən avropalılar bu əraziləri istismar etməklə təbii sərvətləri daşımağa başladılar. Bu, Avropa ölkələrinin gələcək iqtisadi inkişafının əsasını qoymuş oldu.

1498 – ci ildə Vasqo da Qama Hindistana gedən dəniz yolunu isə kəşf etmiş, Atlantik okeanı ilə Hind okeanı arasında əlaqənin olmasını müəyyən etmişdir.

1519- 1521 – ci illərdə Fernan Magellan ilk dünya səyahətini yerinə yetirdi, dünya okeanının vahidliyi sübut olundu, Yerin kürə şəklində olması təcrübi yolla aydınlaşdı, bundan başqa “Odlu Torpaq” adası və CƏnubi Amerika ilə arasında olan Magellan boğazı kəşf olundu.

XVII əsrin əvvəllərində holland səyyahı V.Yanson Avstraliya sahillərində olmuş, lakin buranı ada hesab etmişdir. 1642-ci ildə digər hollandiyalı səyyah A. Tasman Avstraliyanın şərq, şimal-şərq, cənub sahillərini və hazırkı Yeni Zelandiya və Tasmaniya adalarını kəşf etmişdir. Həmin dövrdə avropalılar kəşf etdikləri yeni ərazilərə öz vətənlərindəki adları verirdilər.

Abel Tasmanın səyahət marşurutu

V. Yansonun səyahət marşurutu

Мerkator ( 1512-1594 ) xəritələri toplu halında hazırlamış və onu “Атлас” adlandırmışdır.

Yeni dövr. XVII əsrdən sonrakı dövrlər

İngilis dəniz səyyahı Ceyms Kuk naməlum Cənub torpaqlarını axtarmaq və xəritəyə köçürmək üçün XVIII əsrin 60-70-ci illərində üç dəfə dünya səyahəti etmişdir. О, səyahət zamanı Sakit okeanın mərkəzi və qərb hissələrində yerləşən adaları öyrənmiş, Havay adalarını kəşf etmişdir. Yeni Zelandiyanın müstəqil iki adadan ibarət olması onun səyahətinin əsas nəticələrinə aiddir. Avstraliya materikininin öyrənilməsində Mikluxo- Maklayında böyük xidmətləri olmuşdur.

Ceyms Kukun səyahəti

Alman təbiətşünası A. Humbolt 1799-1804-cü illərdə Orinoko, Amazon çaylarını, Kotopaxi, Çimboraso və Meksikada olan vulkanları, Mərkəzi Amerika adalarını öyrənmişdir. O, materikdə iqlimin formalaşmasını, daxili və sahilboyu ərazilərdə iqlim şəraitində olan fərqləri göstərmişdir. A. Humboldt bitkilərin coğrafi enliklər və şaquli zonallıq üzrə yayılmasını öyrənmiş, materikin geoloji xəritəsini tərtib etmiş, okean cərəyanlarının materikin təbiətinə təsirini müəyyən etmişdir (Humbolt cərəyanı). XIX əsrin əvvəlində A. Humboldtun Cənubi Amerikaya səfərindən sonra iqlimşünaslıq və bitki coğrafiyası (biocoğrafiya) elmləri haqqında məlumatlar toplandı.

Cənub qütb sahəsində yerləşən Antarktida materikinin kəşfi də maraqlı olmuşdur. Bu ərazilərə səyahət etmək barədə heç kim düşünmürdü. Yalnız C. Kuk cənuba doğru daha çox irəliləmiş, lakin soyuq hava və ucsuz-bucaqsız buzlar onun Antarktidaya çatmasına imkan verməmişdi.

Antarktida materiki 1820-ci ilin yanvarında rus səyyahları F. BellinshauzenM. Lazarev tərəfindən kəşf edilmişdir.

1872-1876-cı illərdə İngiltərənin “Çellencer” tədqiqat gəmisinin səyahətindən sonra okeanoqrafiya (okeanologiya) elmi sürətlə inkişaf etmişdir.

Torpaq coğrafiyası elmi XIX əsrin sonu, XX əsrin əvvəlində VV Dokuçayevin Rusiyanın Avropa hissəsində apardığı tədqiqatlardan sonra yaranmışdır. 1760-cı ildə М. В. Lomonosov ” iqtisadi coğrafiya ” terminini elmə gətirmişdir. Sonrakı dövrlərdə bu elm sahəsi iqtisadi və sosial coğrafiya adlanmışdır.

Maqnit qütbləri Şimal maqnit qütbü 1831-ci ildə ingilis qütb tədqiqatçısı Con Ross , cənubdakı maqnit qütbü isə 1841-ci ildə Ceyms Ross tərəfindən fəth edilmişdir.

Qitələrin öyrənilməsi

Afrika materikinin öyrənilməsində rolu olan səyyahlar- D. Livinqston, V. Yunker, H. Stenlinin rolu böyük olmuşdur. 1849-1873-cü illərdə ingilis David Livinqston Afrikanın mərkəzi və şərq rayonlarını öyrənmişdir. Səyyah ilk dəfə olaraq Afrikanın qərb sahillərindən şərq sahillərinə qədər keçmişdir. O, Konqo, Zambezi çaylarının yuxarı axarlarını, Nyasa və Tanqanika göllərini, Viktoriya şəlaləsini kəşf etmişdir. Bu ərazilər XIX əsrin 70-ci illərində Stenlinin başçılığı ilə öyrənilmişdir.

Amerikanın öyrənilməsi – A. Humbolt, E. Bonplan, N.Vavilov, C. Kabot, Hudzon, Bering, Baffin, Makkenzi

Türk səyyahı Piri Rəis Atlantik okeanının çox mükəmməl xəritəsin hazırlamışdır

Avrasiyanın şimal-şərq hissələri – XVII – XVIII əsrlərin ən mühüm coğrafi kəşflərinə Avrasiyanın şərq hissəsinin, Amerikanın Sakit okean sahillərinin öyrənilməsi, fransızların Sakit okeanda apardığı tədqiqatları aid etmək olar. Avrasiyanın ucqar şərq nöqtəsinə rus dənizçisi S.İ.Dejnyov hələ XVII əsrin ortalarında çatmışdır və ya fəth etmişdir. İki materik arasında olan Berinq boğazı XVIII əsrin əvvəlində kəşf edilmişdir. Az sonra Asiyadan Amerika sahillərinə rus dənizçisi V.Berinqin başçılığı ilə çatmaq mümkün olmuşdu.

Avstraliyanın öyrənilməsi- Yanson, Tasman, C. Kuk

Antraktidanın öyrənilməsi Bellinshauzen, Lazaryev, Amundsen, Skot

Azərbaycanda coğrafiya elminin inkişafı

Nəsirəddin Tusi (1201-1274) 1259-cu ildə Marağa şəhərində qurduğu rəsədxanada astronomik hesablamalar aparmış, Yerin fırlanması və ölçülərini müəyyən etmiş, coğrafi məntəqələrin koordinatlarını vermişdir.

Əbdurrəşid Bakuvi – Tanınmış səyyah, coğrafiyaşünas, iqlimşünas və kosmoqraf Əbdürrəşid Салех ibn-Nuri əl-Bakuvi XIV əsrin ikinci yarısında-XV əsrin birinci rübündə yaşamışdır. Əbdürrəşidin atası Bakıda doğulmuşdu və dövrünün yüksək təhsil görmüş adamlarından idi. Bakuvi haqqında tərcümeyi-hal səciyyəli məlumatlar, demək olar ki, qalmayıb. O, bir sıra əsərlər yazıbsa da bizim zəmanəmizə alimin yalnız bir kitabı çatıb. Həmin kitabın əlyazması Parisdə Milli Kitabxanada saxlanır. Əlyazma buraya 1683-cü ildə daxil olmuşdur. (Abidələrin “xülasəsi və qüdrətli hökmdarların möcüzələri”)

Hacı Zeynalabdin Şirvani (XIX əsr) mənşəcə Azərbaycan türklərindən olan məşhur səyyah və coğrafiyaçı, tarixçi, etnoqraf, filosof və şair.Böyük səyahət yolu keçmişdir.

Bu yol 60 min km uzanmış və 40 il davam etmişdir. Bu yol Kiçik Asiyadan, İran yaylasından, Orta Asiya, Ərəbistan və Cənubi Afrika səhralarından, Sudanın meşə və cəngəlliklərindən, Hindistanın Tropik meşələrindən, Hind okeanı adalarından keçib. О, Hindquş, Zaqros, Süleyman dağlarından, Pamirdən adlamışdır. Bu yol Asiya və Afrikanın bir çox digər vilayətlərindən uzanmışdır.

Abbasqulu Ağa Bakıxanov- XIX əsr (1794- 1837) Azərbaycanın tarixi, Ictimai-iqtisadi inkişafı haqqında «Gülüstani-İrəm», Xristofor Kolumbun Amerikanı kəşf etməsi haqqında «Qəribə kəşflər», Kainatın Heliosentrik Sistemi haqqında «Kainatın sirləri» əsərlərini yazmışdır.

Həsən bəy Zərdabinin (1842-1907) əsərlərində Azərbaycanın təbiəti haqqında zəngin məlumatlar vardır. zəngin məlumatlar vardır.

Qafur Rəşad Mirzəzadə (1884-1943) XX əsrin əvvəllərində coğrafiya sahəsində ana dilində yazılmış bir neçə kitabın müəllifidir («Qafqaz coğrafiyası», «Ümumi coğrafiya»).

Baharlının coğrafiya kitabı qadağan olunmuşdur (1921)

(Səbəb siyasi baxışlarına görə. 1937-ci ilə qədər gizli surətdə fəaliyyət göstərən Azərbaycan İstiqlal Təşkilatının katiblərindən biri olmuşdur) 1937-ci ildə repressiya qurbanı olmuşdur.

Respublikamızda coğrafiya elminin forma-laşması XX əsrin 30-cu illərində başlansa da, 50- 60-cı illərdən sonra sürətlə inkişaf etmişdir.

Relyef i-Budaq Budaqov və Müseyib Müseyibov,

İqlimi- Ənvər Şıxlinski və Əliabbas Mədətzadə,

Çayları – Saleh Rüstəmov, Fərda İmanov tərəfindən öyrənilmişdir.

Xəzər dənizini – Qasım Gül,

Тоrpaq örtüyünü- Həsən Əliyev, Məmməd Salayev,

İqtisadi coğrafiyasını- Hadı Əliyev, Əbdürrəhim Hacızadə, Asəf Nadirov tədqiq etmişlər

Qeyd: Online dərslərə qoşulmaq istəyənlər əlaqə saxlaya bilərlər.

Əlaqə nömrəsi: Whatsap – 055-534-81-70

III qrupa mütləq Coğrafiya fənni artırılmalıdır – Təklif

“Şagirdlər imtahan verəcəyi ixtisas qruplarında olmayan fənləri oxumurlar. Sonradan həmin ixtisaslara qəbul olan zaman isə çətinlik çəkirlər. Ona görə də, Coğrafiya fənni I və III ixtisas qruplarına əlavə olunmalıdır”.

XəzərXəbər məlumat verir ki, bu sözləri AzEdu.az-a açıqlaması zamanı Tarix-Coğrafiya müəllimi Posu Mansırlı deyib. Onun sözlərinə görə, Coğrafiya elə bir fəndir ki, insanın dünyagörüşünün formalaşmasında mühüm yer tutur:

“Hər şagird Coğrafiya fənnini mükəmməl öyrənməlidir. O ki qaldı III ixtisas qrupuna Coğrafiya fənninin artırılmasına, bəli, artırılmalıdır. I ixtisas qrupunda da elə ixtisaslar var ki, sırf Coğrafiyaya aiddir və ya bu fənnin bir qoludur.

Bizim şagirdlərin pis xüsusiyyəti ondadır ki, imtahan verəcəkləri ixtisas qruplarında olmayan fənləri oxumurlar. Sonradan həmin ixtisaslara qəbul olan zaman çətinlik çəkirlər. Ona görə də, fikrimcə, Coğrafiya fənni I və III ixtisas qruplarına əlavə olunmalıdır”.

Müəllim I ixtisas qrupunda Coğrafiyanın qolu olan Geodeziya və Kartoqrafiya ixtisasının olduğunu vurğulayıb:

“Bu ixtisas Coğrafiyanın bir qoludur. Coğrafiyanı bilməyən şagird buraya qəbul olunduqda həmin ixtisas tələbə üçün çətinlik yaradır və Coğrafiyanı yenidən oxumalı olur. Ancaq həmin ixtisas qrupunda bu fənn əlavə edilsə, tələbə üçün daha asan olar. Fənn sayının artması çətinlik yaratsa da, elm üçün hər çətinliyə dözmək lazımdır”.

Xatırladaq ki, bir neçə müəllim III ixtisas qrupuna Coğrafiya fənninin əlavə edilməsini təklif edir.

Cəbr I-II-III hissə

Mülahizələr və onlar üzərində məntiq əməlləri, Məntiq düsturları və məntiq qanunları, Predikatlar və kvantorlar, Çoxluqlar və onlar üzərində əməllər, Binar münasibətlər, İnikaslar, Ekvivalentlik münasibəti, Nizam münasibəti, Cəbri əməllər və onların növləri, Cəbrlər, Qrupun tərifi və misallar, Qrupun sadə xassələri, Qrupların homomorfizmi, Qonşu siniflər. Laranj teoremi, faktor-qrup və ona aid misallar, Halqa və meydan, Halqaların homomorfizmi. İdeal, Tam ədədlər halqası və onun idealları, Çıxıqlar siniflərinin tam və gətirilmiş sistemləri. Vahidlər qrupu, Kompleks ədədin aksiomatik tərifi, Kompleks ədədlərin cəbri, həndəsi və triqonometrik şəkli, Muavr düsturu. Kompleks ədədin kökü, Kompleks ədədin kvadrat kökü, İnduksiya aksiomu. Riyazi induksiya metodu, Yerdəyişmə. İnversiya. Transpozisiya haqda teorem, Əvəzləmə və onun işarəsi. Əvəzləmələr qrupu, Ədədi xətti fəzalar. Xətti asılılıq, Matrislər və onlar üzərində əməllər, Xətti tənliklər sistemi, Elementar matrislər, Determinantın tərifi və xassələri, Minor və cəbri tamamlayıcı. Tərs matris, Kramer qaydası, Matrislərin hasillinin determinant, Bazis minor. Matrisin ranqı, Laplas teoremi və onun tətbiqləri, Xətti fəzanın əsas anlayışları, Xətti fəzanın ölçüsü və bazisi, Alt fəzaların cəmi və düz cəmi, Bir bazisdən digərinə keçid, Bircins xətti tənliklər sistemi, Xətti inikaslar, Xətti inikasın varlıq teoremi, Xətti inikaslar üzərində əməllər, Xətti inikasın matrisi, Xətti operator və onun matrisi, Xətti operatorun nüvəsi və obrazı, Bir bazisdən digərinə keçid zamanı, Xətti cəbr. Xətti operatorlar cəbri, Qeyri-məxsusi operatorlar. Xətti operatorun tərsi, Xətti operatorun ranqının xassələri, İnvariant alt fəzalar, Xarakteristik tənlik və onun invariantlığı, Sadə spektrli və sadə strukturlu xətti operatorlar, Jordan hücrəsi. Matrisin Jordan normal şəkli, Xətti funksiylar. Qoşma fəza və dual bazis, Skalyar hasilli xətti fəzalar. Ortoqonal bazis, Evkilid fəzası. Ortonormal bazis, Bixətti və kvadratik formalar, Kvadratik formanın Yakobi üsulu ilə kanonik şəklə gətirilməsi, Grupun çoxluqda təsiri, Silov teoremləri, İdeallar və onlar üzərində əməllər, Halqada bölünmə münasibəti, Tamlıq oblastı və onun nisbətlər meydanı, Sadə cisimlər və onların kommutativliyi, Halqanın sadə transsendent genişlənməsi, Çoxhədlilər halqası və onun sadə xassələri, Çoxhədlinin dərəcəsi. Çoxhədlinin kökü. Bezu teoremi, Köklərin sayı. Çoxhədlilərin cəbri və funksional bərbərliyi, Qalıqlı bölmə haqda teorem. Bölünmə münasibəti, ƏBOB və ƏKOB. Sadə xassələr, Gətirilməyən çoxhədlilər, Çoxhədlinin formal törəməsi, Çoxhədlinin x-c ikihədlisinin qüvvətləri üzrə ayrılışı, Təkrar köklər, Təkrarlanan vuruqlar, Faktorial halqa. Faktorial halqa üzərində çoxhədlilər halqasının faktoriallığı, Rasional ədədlər meydanı üzərində gətirilməyən çoxhədlilər, Üç dərəcəli tənlik. Kardano düsturu, Dörd dərəcəli tənlik. Ferrari üsulu, Həqiqi əmsallı çoxhədlilərin köklərinin sərhədləri, Tamlıq oblastının təkrar transsendent genişlənməsi, Leksikoqrafik nizam. Çoxhədlinin hədlərinin leksikoqrafik düzülüşü, Simmetrik çoxhədlilər. Əsas teorem, Viyet düsturları, İki çoxhədlinin rezultantı, İki dəyişənli tənliklər sistemindən dəyişənin yox edilməsi, Diskriminant, Sonlu genişlənmələr, Cəbri genişlənmə, Sadə cəbri genişlənmə, Mürəkkəb cəbri genişlənmə, Cəbri qaralı meydanlar, Həqiqi əmsallı çoxhədlilərin xassələri, Cəbrin əsas teoremi

Yükləməyə Keç [1,93 Mb] [ : 2111] –>

Comments are closed, but trackbacks and pingbacks are open.