Press "Enter" to skip to content

Bədən dili

ETMƏK VƏ TƏHLİL ETMƏK ÜÇÜN ON TƏLİMAT

Bədən dili insan haqqında çoxlu informasiya verir

İnsanı digər canlılardan fərqləndirən ən mühüm xüsusiyyət müxtəlif ünsiyyət vasitələrindən istifadə edərək hiss, duyğu və düşüncələrini digərlərinə asan və rahat şəkildə ötürməsidir. İnsanlar şifahi və yazılı ünsiyyət vasitələri ilə yanaşı, bədən dili ilə də yaşadığı duyğu və coşqunu, sevinc və kədəri büruzə verirlər.

Milli.Az bildirir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bədən dilindən istifadə etməyin üstünlükləri barədə danışarkən AZƏRTAC-a deyib: “Bədən dili bizim haqqımızda çox informasiya verir. Hətta danışmasaq da, onun haqqında müəyyən informasiyalar ötürür”.

Onun dediyinə görə, fərdlərarası və üz-üzə ünsiyyətdə məkan, səs tonu, jestlər və mimikalar ünsiyyət əsasını təyin etməkdə böyük rol oynayır: “Bədən dili vasitəsilə birbaşa şüuraltı mesajlar ötürülür, çünki insanın düşüncə və davranışları 3D formatında həyata keçirsə, göstərdiyimiz bədən dili şüuraltı olaraq aktiv olmayan nitqin göstərdiyi hərəkətlərdir”.

Hər bir cəmiyyətin mədəniyyətində istifadə etdiyi özünəməxsus bədən dili var və onun istifadə formaları da müxtəlifdir.

Milli.Az

Bədən dili

Gün ərzində tək söz belə demədən izah etdiyimiz və haradasa hər sözü, istifadə etdiyimiz hər cümləni şüurlu və yaxud da qeyri-iradi şəkildə simvolik kodlarla mənalandırdığımız və insanlarla qurduğumuz ünsiyyət zamanı istifadə etdiyimiz bir dilimiz də var: Bədən Dili. İnsanı digər canlılardan ayıran ən mühüm xüsusiyyət simvolik kodları meydana gətirməsi ilə bərabər onları mənalandıra bilməsi və müxtəlif ünsiyyət vasitələrindən istifadə edərək istədiklərini, duyğu və düşüncələrini digər insanlara köçürə bilməsidir. Sözsüz ünsiyyətin ən mühüm hissəsini təşkil edən vizual kodların istifadəsi ünsiyyətin tarixi qədər qədimdir.

İnsanlar şifahi və yazılı ünsiyyət vasitələri ilə bərabər bədən dili vasitəsilə də öz yaşadığı duyğu və coşqunu, sevinc və kədəri əks etdirərək ünsiyyət qurmaqdadır. Müəlliminizlə danışarkən, rəhbərinizin otağında, avtobus dayanacağında və bir çox digər yerlərdə insanlarla qarşılılıqlı ünsiyyətdə olduğumuz hər an iradi və yaxud da qeyri-iradi olaraq qarşımızdakı insanlara şifahi olaraq özümüzü ifadə etməklə yanaşı bədənimizi də istifadə edərək ünsiyyət qururuq. Fərdlərarası üz-üzə ünsiyyətdə məkan, səs tonu, jestlər, mimikalar, bədənimizin duruşu bizim ünsiyyət ətrafımızı təyin etməmizdə və anlamanın ortaya qoyulmasında hər zaman təsirli olmuşdur.

Qarşımızdakı insanların içində olduğu vəziyyəti anlaya biləcəyimiz və insanlar tərəfindən mədəni fərqliliklərə baxmayaraq eyni mənaları daşıyan ( xoşbəxtlik, qorxu, hirs, qarışıqlıq və s.) duyğusal məlumatı xaricə ötürməni təmin edən təməl hərəkətlər olsa da, istifadə edilən bədən dili baxımından fərqlilik ifadə etməkdədir. Başqa sözlə, hər bir cəmiyyətin mədəniyyətində istifadə etdiyi bədən dili, onun istifadə formaları müxtəlifdir.

Niyə bədən dili?

1.Başqaları üzərində müsbət bir təsir yaradaraq məqsədimizə çatmaq;

2.Qarşımızdakıları daha yaxşı anlayaraq təsirli bir ünsiyyət qurmaq;

3. Öz bədən hərəkətlərimizə nəzarət edərək ictimai mühitə daha tez uyğunlaşmanı təmin etmək;

4.Başqalarının əslində nə söyləmək istədiyini anlamaq.

Bəzən bir hərəkət min sözə əvəzdir. Biri ilə ünsiyyət qurduğumuzda söylədiklərimiz nə qədər əhəmiyyətlidirsə, hərəkətlərimizlə o adamda buraxdığımız təəssürat da o qədər əhəmiyyətlidir. Əl, qol hərəkətləri, mimikalar, toxunma, bədənin vəziyyəti (mövqeyi).

Kamillik elmi (Baltazar Qrasiandan seçmələr)

Niyyətini bildirmədən hərəkət et. Hətta başa düşülmək istədikdə belə ürəyiaçıqlıqdan və səmimilikdən qaç, heç kimin qəlbinə soxulmasına imkan vermə. Təmkinlik kamilliyin məbədidir. Niyyəti açıqlamaq onu məhv etmək deməkdir. Belə halda onun qüsurları qabaqcadan aşkar edilər və müvəffəqiyyətsizliyə uğramaq isə ikiqat fəlakət olar.

Öz nəfsinin ağası olmaq yüksək ruha xas olan xüsusiyyətdir. Bu yüksəklik ruhu yabançı, alçaq təsirlərdən qoruyur. Özün, öz nəfsin üzərində hakimiyyətdən və ehtiraslarının özbaşınalığı üzərində qələbədən yüksək hakimiyyət yoxdur.

Müdriklik və mərdlik əzəmətin təməlidir. Ağıl insanın gözü, qüdrət isə əlləridir. Mərdlik olmasa, müdriklik faydasızdır.

Bilik və bacarıq — insanın bütün məziyyətlərini əks etdirən iki dayaqdır.Qoy sənə möhtac olsunlar. Bütü səcdəgah edən heykəltəraş deyil, ona sitayiş edənlərdir. Yaxşısı budur ki, səndən xahiş etsinlər, nəinki minnətdarlıq bildirsinlər. Birinci nə qədər unutqandırsa, ikinci bir o qədər hafizəlidir. Asılı olanlar minnətdar olanlardan daha faydalıdırlar: susuzluğunu söndürən bulaqdan üz döndərəcək, sıxılmış portağal qızıl qabdan bataqlığa atılacaq. Ehtiyacın sonu dostluğun, sənə olan hörmətin sonu deməkdir.

Səndən yuxarıda duran adam üzərində qələbədən çəkin. Qələbə kin, ədavət oyatmaq deməkdir. Öz ağana qalib gəlmək isə ağılsızlıqdır, bəzən isə təhlükəlidir. Üstünlüyünü nümayiş etdirmək hamıda, xüsusən də, zat-alilərində nifrət oyadır. Gözəlliyi səliqəsiz geyimlə gizlətmək olduğu kimi, cəh etsən öz üstünlüyünü də gizlədə bilərsən. Çoxları, xüsusən də başçılar ağıldan başqa hər hansı qabiliyyətdə başqalarına güzəştə gedə bilərlər, çünki ağıl bütün qabiliyyətlərin üzərində hökmranlıq edir. Yüksək mərtəbədə duranlar köməyi qəbul edirlər, amma üstünlüyü yox. Ona görə də onlar istəyirlər ki, verilən məsləhət yalnız unutduqları nəyi isə yada salmaq məqsədi daha başa düşmədikləri bir şey haqqında izahat olmasın.

Nə isə öyrənə bildiyin adamlarla ünsiyyətdə olmaq. Qoy dostlarınla ünsiyyət sənin üçün idrak məktəbi, söhbət isə qeyir-adi xoş bir dərs olsun. Dostlarına müəllim kimi bax, dərsdən aldığın faydanı, söhbətdən aldığın ləzzət ilə tamamla.

Mahiyyət və tərz. İşin mahiyyəti — onun yarısıdır. İşin nə cür görülməsi az əhəmiyyət kəsb etmir. Kobudluq hər şeyə, hətta ədalət və düşüncəyə də ziyan vurur. Lütfkarlıq hər şeyi bəzəyir, «yox» sözünü yumşaldır, həqiqəti şirinləşdirir. Gülərüzlük müvəffəqiyyətin rəhnidir.

Ağıllı köməkçilərin olsun.

Ağılı xoş məramla uzlaşdırmaq — bütün nailiyyətlərin rəhnidir. Yüksək şüur və zəif iradə — əcaib bir şeydir. Kamilliyi olmayan ağıl — ikiqat ağılsızlıqdır.

Üsulu dəyişmək — diqqəti, xüsusilə də düşmənçilik məqsədi güdən diqqəti yayındırmaqdan ötrü lazımdır. Başladığın üsulla axıra kimi getmə. Yeknəsəqlik niyyətin duyulmasına, qabaqlanmasına, hətta pozulmasına gətirib çıxarır. Düz istiqamətdə uçan quşu vurmaq asan, dövrə vuranı çətindir. İkinci üsula da axıra kimi riayət etmə, iki gedişlə oyunu başa düşərlər. Təcrübəli oyunçu rəqibin arzuladığı, xüsusilə də gözlədiyi gedişi getməz.

Səy və istedad. Əgər heç biri yoxdursa, əzəmət də yoxdur. Birləşdikdə valehedici olurlar. Səy göstərən adi adam, səy göstərməyən istedadlı admadan daha çox şeyə nail olur. Şöhrət ciddi əmək hesabına qazanılır. Asanlıqla başa gələn şey yüksək qiymətləndirilə bilməz.

Hətta kiçik nöqsanınla da barışmaz ol. Kamilliyin əlaməti budur.

Hər bir adamın dilini tapmaq lazımdır. İnsanları idarə etmək məharəti bundadır. Hər bir adımın fərdi ehtirasları var, bunlar fərqlidir, çünki təbii meyllər müxtəlifdir. Bütün insanlar ideala qulluq edirlər. Bəzilərinin idealı tərif, digərlərinin qazanc, əksəriyyətinin isə zövqdür. Əsas məsələ kimin idealının nə olduğunu təyin etməkdir. Sonra onun ehtiraslarının açarını tapmaq lazımdır.

Hər şeyin dalınca qaçma, dərinliyə can at. Əzəmətin mahiyyəti miqdarda yox, keyfiyyətdədir. Hər şeyin əlası az-az tapılır, nadir olur. Çox olan şeyin qiyməti də aşağı olur. Universal adamların bədbəxtliyi ondadır ki, çox şeyi bilməyə can atırlar və heç nəyi axıra kimi bilmirlər.

Boyun qaçırmağı bacarmaq.

Özünün ən yaxşı cəhətini bilmək. Digər qabiliyyətlərini unutmadan öxünün ən yaxşı qabiliyyətini inkişaf etdir. Öz üstünlüyünü bilən adam nədə isə yüksək zirvələrə qalxa bilər.

Gizli oxlar atmaq və qaytarmaq.

Uğurlu oyuna vaxtında son qoymaq mahir oyunçuların əsas qaydasıdır.

Həddindən artıq heyrətlənmə. Mahiyyəti təhrif etməmək və ağılsız kimi görünməmək üçün ifratçılıqdan qaç. Həddən artıq tərifləmək və heyranlığını büruzə vermək zövq və dərrakənin məhdudluğunu bildirir.

Haqq-hesab apar, amma sui-istifadəyə yol vermə. Haqq-hesab aparmaqda mənfəət güddüyünü üzə çıxarma və açıqlanmasına qəti surətdə imkan vermə.

Kimdənsə xoşun gəlmədiyini gizlət.

Öhdəçilikdən qaçmaq kamilliyin ilkin qaydalarından biridir.

Düşüncəli və diqqətli adam şəraitə tabe olmur, onu idarə edir. Özünə hörmətini heç vaxt itirmə.

Bəzən insanlar bütün həyatları boyu axtarırlar, bəzən isə bir günün içində tapırlar. Bəzən biz gözləyirik, gözləyirik, gözləyirik, bəzən isə kimisə bizi gözləməyə vadar edirik. Bəzən gülməkdən ağlayırıq, son zamanlar isə ağlamamaq üçün gülürük. Bəzən qollarımızı geniş açıb küləyə doğru addımlayırıq, bəzən də paltomuza bürünüb şarfımızı bərk-bərk bağlayırıq. Bəzən üzümüzü günəşin isti şüalarına doğru tutub ona gülümsəyirik, bəzən isə iri eynəklər taxıb nədənsə gizlənməyə və ya nəyisə gizlətməyə çalışırıq… Bəzən həyatımızda kimisə qarşılayırıq və elə bilirik ki, bu əbədidir, bəzən isə yola salırq və sanırıq ki, belə də olmalıdır. Bəzən ünsiyyət axtarırıq, ətrafımızı genişləndirirk, harasa, kiməsə tələsirik, bəzən isə sadəcə gözlərimizi yummaq istəyirik, heç nə lazım deyil, yalnız özün və ağlına, ürəyinə sakitlik gətirən sükut. Bəzən biz bahalı hədiyyələr istəyirik adi yumşaq ayı oyuncaqlarına gülüşlə baxırıq, bəzən isə sadə bir söz, baxış sənin üçün daha qiymətli olur. Bəzən biz damın altında, çətirin altında yağışdan gizlənirik, bəzən isə Allaha o yağışı göndərməyi üçün yalvarırıq və yalın ayaqla,sevinclə, insanlardan ayrı, sərbəst, təbiətin bir parçası olaraq o yağışın altında qaçmaq istəyirik. Bəzən içində uzun müddət yığılıb qalanları bir andaca söyləmək istəyirsən, bəzən isə bir-birini başa düşmək üçün sadəcə susub baxmaq lazım olur. Bəzən heç kimin bizi narahat etməməsi üçün telefonu söndürürük, bəzən isə yeganə bir zəng üçün nəfəs almadan içimiz titrəyərək telefonun başında otururub o zəngi gözləyirik. Bəzən biz gözləyirik, gözləyirik, uzadırıq və bir zaman baxırıq ki, artıq gecdir. Ürək uçuruma doğru getməyə başlayır. Bəzən danlaqdan, məzəmmətdən qorxuruq, bəzən isə bütün dünyaya meydan oxuyaraq öz haqlılığımızı sübut etməyə çalışırıq. Bəzən məhəbbət romanlarında olduğu kimi çılğın ehtiras gözləyirik, bəzən isə adi gülüş, toxunuş bütün ehtiraslara bərabər olur. Bəzən doqquzda yatmağa uzanırıq, bəzən isə sutkalarla yata bilmirik. Bəzən gözəl geyinib, bəzənirik, bəzən isə günlərlə eyni köynəkdə gəzirik. Bəzən . Bəzən. Bəzən kimisə qucaqlayıb, ondan” hər şey yaxşı olacaq” sözlərini eşitmək, ağlamaq, ürəyini boşaltmaq istəyirsən.. Və bəzən istəyirsən ki, kimsə səndən getməməyi, onunla daim qalmağı xahiş etsin. Bəzən. Bəzən.

Bəzən.

Bir dəstə arını və milçəyi şüşə qaba salırlar. Şüşənin açıq, yəni ağız tərəfini qaranlığa, bağlı, yəni dib tərəfini isə işığa doğru yerləşdirirlər. Arıların hamısı işıq olan tərəfə uçurlar. Ancaq şüşənin dibi bağlı olduğu üçün qaça bilmirlər. Milçəklər isə qaranlıq olan tərəfə uçurlar və şüşənin ağzı açıq olduğu üçün qaça bilirlər. Təcrübə davam edir və nə qədər qəribə də olsa, heç bir arı ( hətta şüşənin ağzıaçıq olmasına baxmayaraq) qaranlıq tərəfə getmir. İlk baxışdan arıların ağılsız olduqlarını düşünmək olar. Ancaq daha dərindən düşündükdə çox əhəmiyyətsiz görünən bu hadisədə böyük bir hikmət olduğunu görmək olar… Bəli, işığa can atanların qarşısında həmişə maneələr var. Ancaq onlar bütün bunlara baxmayaraq, işıqdan əl çəkmirlər. Qarşılarında nə cür maneələr olursa olsun, işığa can atmaqda davam edirlər. Hətta lazım gəlsə onun uğrunda ölməyi də bacarırlar. Bütün bunlara əsas səbəb isə sevgi, əqidə və cəsarətdir. Milçəklər isə qaranlıq «qəhrəmanlarıdır». Əslində şüşənin ağzının qaranlığa baxmasının da onlar üçün heç bir əhəmiyyəti yoxdur. Onlar sevgisiz, əqidəsiz və qorxaqdırlar. Onlar üçün əsas məsələ öz həyatlarıdır. Harada yemək varsa, harada rahat yaşayacaqlarsa, harada çox pul qazanacaqlarsa, onlar üçün həyat oradadır. Arıları qovsanız da getmirlər. Nə olursa-olsun öz əqidələri üçün mübarizə aparırlar. Yeri gələndə sancmağı, yeri gələndə ölməyi də bacarırlar. Yeri gələndə maneələrə də əhəmiyyət vermirlər. Məqsədləri yalnız işığa çatmaqdır. Milçəkləri isə qovan kimi qaçırlar. Sonra yenə də qovduğunuz yerə qayıdırlar. Yeməklərinizə, qollarınıza qonurlar. Çirkli ayaqlarını yaşadığınız hər yerə basırlar. Arılar yumurtalarını ancaq öz pətəklərinə qoyurlar. Milçəklər isə yumurtalarını qoyacaqları yerə əhəmiyyət belə vermirlər. İşığa can atanlardan olmaq diləyi ilə.

Böyük bir şirkətin sahibi qaz balonu ilə Nyu-York səmasında səyahətə başlayır. Bir müddət sonra əlindəki kompas yerə düşür və yolunu azır. Enmək üçün münasib yer axtara-axtara göydələnlərdən birinə yaxınlaşır və görür ki, bir nəfər binanın başında dayanıb siqaret çəkir. Sahibkar siqaret çəkən adamdan: “Bağışlayın, mən haradayam?” – deyə soruşur. Siqaret çəkən adam: “Yerdən 200 metr yüksəklikdə, qaz balonunun içindəsiniz”, – deyir. Sahibkar davam edir: – Siz mühəndissiniz, elə deyilmi? – Doğrudur, haradan bildiniz? – Sizin dedikləriniz doğrudur. Ancaq bunların heç biri mənim işimə yaramır. – Deyəsən, sizin də vəzifəniz müdirdir? – Bəli. Bəs siz necə bildiniz? – Çünki yerdən 200 metr yüksəklikdə bir qaz balonun içində azmısınız və məni təqsirkar hesab edirsiniz.

Öz günahınıza görə başqalarını təqsirkar bilsəniz də, bu, məsələni həll etməyəcək. Bəlkə də, özünüzü bir anlığa rahat hiss edə və diqqəti başqasına yönəldə bilərsiniz. Ancaq kompasınızı tapmaqda bu yol sizə heç vaxt kömək etməyəcək. Problemi həll etmək üçün bir üsul var. O da kompassız uçmağı öyrənməkdir. Həmişə yerində saymaq istedad və qabiliyyətlərin itirilməsinə səbəb olur ki, nəticədə insan özünəinam və özünəhörmət kimi ülvi hisslərdən məhrum olur. Alimlər laboratoriyada bir şüşə qabın içərisinə bir neçə birə qoyub ağzını bağlayırlar. Birələr “azadlığa” çıxmaq üçün hər dəfə yuxarı tullananda başları qabın qapağına dəyir və buna görə də tədricən onlar tam yüksəyə tullanmaqdan əl çəkirlər. Bir müddət sonra alimlər qapağı açıq qoyurlar. Ancaq birələr “yeni həyata” öyrəşdikləri üçün qabdan çıxmağa cəhd göstərmirlər. Biz insanlar da qabdakı birələr kimi yüksəkliyə tullanma potensialımızdan əsl qapağa görə yox, öyrəşdiyimiz və qəbul etdiyimiz “qapaz”a görə istifadə edirik. Öz kölgəsindən qorxub gizlənən, tullandıqda (!) belə öz boyunu keçə bilməyən insanların bütün bəd əməlləri elə özlərinə qalsaydı… Di gəl ki, “hind quşları ilə bərabər yaşamağa məhkum olmuş birisinin qartallarla birgə yüksək zirvələrdə süzməsi mümkün deyil!” Onlar “qurunun oduna yanan yaş odunlar”a bənzəyirlər. Bənzətməyə qüvvət, hind quşu və od-ocaq əla bir ziyafət süfrəsindən xəbər verir.

Bir boya qabına 10 qurbağa düşür. Qabın ətrafındakı qurbağalar “boğulacaqsınız” deyib hay-küy salmağa başlayırlar. Doğrudan da, qurbağalar – bu “xoş” sədaların təsiri altında – bir-bir boyada boğulub tələf olurlar. Onlardan yalnız biri çabalayıb qabdan çıxa bilir. Sonra məlum olur ki, xilas olmuş qurbağa kar imiş…

Dünyaya göz açdığı anda insanı qarşıda sonsuz potensial güc və imkanlar gözləyir. Amma həmişə kimlərsə insanın potensialından tam yararlanmasına və yaranmış imkanlardan onun səmərəli istifadə etməsinə maneçilik törədir. Bəzən kənar müdaxilələr və söz-söhbətlər gələcəkdə böyük uğurlar qazandıracaq bir işin başlamadan qurtarmasına səbəb olur. Bir sözlə, yolumuzu davam etdirmək üçün iki alternativ var: 1. Yalnız müsbət keyfiyyətlərimizi bəsləyərək mənfiliklərimizi acından öldürmək… 2. Ömür boyu kompassız uçmaq, hind quşları ilə birgə yaşamaq və.

Co navarro

etdirəcək və həyatınızı daha da zənginləşdirəcəksiniz.

Bədən davranışlarının ən dəyərli cəhəti onun bəşəri

tətbiqi ilə bağlıdır. Yəni bədən davranışları insanların mü-

nasibətdə olduğu hər yerdə bir-birinə bənzər və etibarlıdır.

Bu səbəbdən də hər hansı bir davranışın mənasını aydınlaş-

dırdığımız an o informasiyanı bir çox fərqli vəziyyətlərdə və

müxtəlif mühitlərdə istifadə edə bilərsiniz. Əslində hərəkət-

lər olmasa, rabitə qurmaq çətinləşər. Kompüter, yazılmış

mesajlar, elektron poçt, telefon və video zəng kimi texnolo-

giyaların əlimizin altında olduğu bir dövrdə insanların niyə

iclas etmək üçün hələ də təyyarələrə minib minlərcə kilometr

yol qət etdiklərini anlamaq istəyirsinizsə, bunun səbəbi qar-

şılıqlı şəkildə əlaqə qurmaq və bədən dilini müşahidə ehtiya-

cıdır. Heç bir şey hərəkət və jestləri yaxından müşahidə et-

məyin yerini tuta bilməz. Bunun səbəbi bədən dilinin gücü

və mənasındadır. Buna görə də oxuduğunuz kitabdan öy-

Bədən diliniz

rəndiyiniz hər şeyi bütün vəziyyət və şəraitlərdə tətbiq edə

bilərsiniz (Bax: Qutu 3).

QUTU 3: HƏKİMİN

XƏSTƏLƏRİ “OXUMASİ”

Bir neçə ay öncə bir qrup poker həvəskarına rəqibin əlini

“oxumaq”la daha çox pul qazanmaq üçün bədən dili ilə bağlı

seminar keçdim. Poker əslində fırıldaq və aldatma oyunu

olduğundan insanlar rəqiblərinin üz ifadələrini oxuma baca-

rığı ilə çox maraqlanırlar. Bu sahədə məlumatlı olmaq oyunu

udmaq baxımından ciddi əhəmiyyət kəsb edir. İştirakçılar se-

minar sayəsində əldə etdikləri perspektivdən məmnun qa-

larkən, mənə ən çox təsir edən şey bədən dilinin onların bir ço-

xunda poker masasından kənarda da maraq oyatması idi.

Seminardan iki həftə sonra iştirakçıların birindən – texaslı

həkimdən elektron məktub aldım: “Məni ən çox təəccübləndi-

rən şey seminarda öyrətdiklərinizin peşə həyatımızda da işə

yaradığını görmək idi. Poker oyunçularını oxuya bilməyimiz

üçün öyrətdiyiniz bədən dili xəstələrimi də oxumağıma imkan

verdi. Artıq nə zaman xəstə olmadıqlarını, nə zaman səmimi,

yaxud da tam mənasında dürüst davranmadıqlarını anlaya bi-

lirəm”. Texaslı həkimin yazdığı bu sözlər bədən dilinin bəşəri-

liyini və həyatın bütün sahələrindəki dəyərini ortaya çıxarır.

Bədən diliniz

BƏDƏN DİLİ SAHƏSİNDƏ USTALAŞMAQ

ÜÇÜN ƏLBİR DAVRANMAQ LAZIMDIR

Normal zəkaya və biliyə malik olan hər insanın özünü

inkişaf etdirmək üçün bədən dilini öyrənə biləcəyinə əmi-

nəm. Bunu qətiyyətlə söyləməyimin səbəbi son iyirmi il ər-

zində sizin kimi minlərcə insana hərəkət və jestləri necə ay-

dınlaşdıra biləcəklərini, bu məlumatdan istifadə edərək necə

həm özlərinin, həm də sevdiklərinin həyatını zənginləşdirə-

cəklərini, şəxsi və professional məqsədlərinə çatmaq üçün

necə istifadə edəcəklərini öyrətməyimdir. Bunu bacarmağı-

mız üçün hər birimizin çox ciddi əhəmiyyət daşıyan münasi-

bətlər qurmağımız gərəklidir.

BƏDƏN DİLİNİ DÜZGÜN ŞƏKİLDƏ MÜŞAHİDƏ

ETMƏK VƏ TƏHLİL ETMƏK ÜÇÜN ON TƏLİMAT

İnsanları düzgün şəkildə oxumaq (düşüncə, duyğu və

niyyətlərini anlamaq üçün hərəkət və jest informasiyalarını

toplamaq) daima çalışmaq və doğru təhsil almaq ehtiyacı

yaradan bir bacarıqdır. Təhsiliniz baxımından bədən davra-

nışlarını oxumaq məsələsində bacarığınızı yüksək səviyyəyə

qaldırmaq üçün sizə bəzi təlimatları vermək istəyirəm. On-

ları həyatınıza daxil edib gündəlik yaşamınızın bir hissəsinə

çevirsəniz, malik olduğunuz anadangəlmə xüsusiyyətlərdən

birinə dönəcək və qeyri-ixtiyari olaraq istifadə etdiyiniz ba-

carıq şəklinə düşəcəkdir. Bu, əslində maşın sürməyi öyrən-

mək kimi bir şeydir. İlk dəfə sükanın arxasına keçdiyiniz za-

Bədən diliniz

manı xatırlayırsınızmı? Əgər mənim kimisinizsə, yəqin ki siz

də maşını sürməyə cəhd edərkən, bir yandan da çöldə baş

verənləri müşahidə etməyə çalışdığınız üçün bu çətinlik gö-

zünüzü qorxutmuşdur. Ancaq sükan arxasında həqiqi bir ar-

xayınçılığa və rahatlığa qovuşduqdan sonra sürücülüyün

hər məqamına maraq göstərə biləcək hala gəlirsiniz.

Bədən dilinin də bundan çox fərqli olmadığını söyləyə

bilərəm. Bu sahədə ustalaşmağa başladığınızda həmin ba-

carıqlar da sizin üçün mexaniki hala gələcək və ətrafınızdakı

dünyanı başqa gözlə görəcəksiniz.

Təlimat 1: Ətrafınızın diqqətli müşahidəçisi olun

Müşahidə bədən dilini anlamaq və ondan istifadə et-

mək istəyən hər kəs üçün əsas təməldir.

Qulaqlarınızı tıxayıb kimisə dinləməyə çalışmağın necə

böyük bir səfehlik olduğunu özünüz düşünün. Heç bir şey

duymayacağıq və söylənilənləri eşitməyəcəyik. Elə buna gö-

rə də dinləyicilər heç vaxt qulaqlarında tıxacla gəzmirlər.

Ancaq məsələ bədənin səssiz dilini görməyə gəlincə, bir çox

insanın gözü bağlı gəzdiyini söyləyə bilərik. Çünki ətrafdakı

bədən işarələrinə qarşı hissiyyatsız vəziyyətdədirlər. Bunu

bir düşünün. Sözlü ifadələrimizi anlamaq baxımından diq-

qətlə dinləmək nə qədər əhəmiyyətlidirsə, bədən dilini qav-

ramaq baxımından da diqqətli müşahidə eyni dərəcədə əhə-

miyyətlidir. Diqqət! Bu cümləni ötəri oxuyub keçməyinizi is-

təmirəm. Bu məqam ciddi əhəmiyyət ifadə edir. Diqqətli

müşahidə bacarığı insanları oxumaq və hərəkətlərin məna-

Comments are closed, but trackbacks and pingbacks are open.