Coğrafi ya müəlimlər üçün dərs vəsai ti
Portuqaliyalılar donanma və odlu silahdan istifadə edərək, Ərəbistan və Hindistan yarımadasını, Afrikanın Hind okeanı sahillərini müstəmləkəyə çevirdilər. Onlar şəhərlərin əhalisini qırır, yerində qalalar tikirdilər. Ərəbləri Hind okeanından tamamilə sıxışdırıb çıxartdılar. Onlar bununla kifayətlənmədilər və Şərqə doğru irəlilədilər. Daha çox ədviyyat növləri becərilən Zond və Molukk adalarını tutdular. Onlar Çinə və Yaponiyaya gedib çıxdılar. Beləliklə, böyük coğrafi kəşflər ilk müstəmləkə işğallarının başlanmasına zəmin yaratdı.
Coğrafi təbəqə və onun əsas xüsusiyyətləri
Coğrafi təbəqə Yer kürəsinin ən mürəkkəb və müxtəlif komplekslərdən təşkil olunmuş hissəsidir. Onun əsas xüsusiyyətləri yer səthində təbii elementlərin uzun müddətli qarşılıqlı təsiri nəticəsində əmələ gəlmişdir. Yer səthindəki bu müxtəlifliklər bir sıra təbiət elmlərinin (geologiya, fiziki-coğrafiya, biologiya, torpaqşünaslıq, iqlimşünaslıq və s.) mövzusu və tədqiqat obyektidir. Bu elmlərin inkişafı prosesində yer kürəsinin səthi barədə elmi biliklərin toplanması, onun dörd tərkib hissəsinin (litosfer, atmosfer, hidrosfer, biosfer) mürəkkəb qarşılıqlı təsiri
nəticəsində əmələ gəldiyini söyləməyə imkan verir. Bir-birinə daxil olan bu dörd müstəqil fiziki-coğrafi təbəqələrdən təşkil olunan daha geniş və mürəkkəb təbii kompleks kimi yeni anlayış- Yerin coğrafi təbəqəsi meydana gəlir. Yer bir planet kimi ayrı-ayrı təbəqələrdən təşkil olunmuşdur. Bu təbəqələrdən biri coğrafi təbəqə olub, digər təbəqələrlə müqayisədə çox mürəkkəb strukturaya və bir sıra fərqli əlamətlərə malikdir. Yerin coğrafi təbəqəsinin fərqli xüsusiyyətləri aşağıdakılardan ibarətdir: onun tərkibində maddələr üs aqreqat vəziyyətindədir (bərk, maye və qaz), onun inkişafında eyni zamanda iki enerji mənbəyinin – xarici (günəşinin şüa enerjisi) və daxili (yerin daxilində
radioaktiv elementlərinin parçalanmasından alınan enerji) enerjinin iştirakı və üzvi materiyanın – həyatın olması. Yerin coğrafi təbəqəsinin dörd sferadan (dörd təbəqədən) təşkil olunduğunu ilk dəfə rus təbiətşünası P.İ.Brounov göstərmişdir. O, yazırdı ki, bütün bu sferalar (litosfera, atmosfera, hidrosfera və biosfera) biri digəri içərisinə daxil olur və bir-birilə qarşılıqlı təsirdə olmaqla yerin xarici görünüşünü yaradır. Bu qarşılıqlı təsirin öyrənilməsi müasir təbiət elmlərinin, xüsusilə coğrafiyanın qarşısındu duran ən ümdə vəzifələrdən biridir. Fiziki-coğrafiyanın həmin qarşılıqlı təsiri öyrənməsi onun müstəqil elm kimi inkişaf etməsinə və yaxın fənlərdən – geologiyadan, hidrologiyadan və meteorologiyadan onu fərqləndirməyə imkan verir.
Coğrafi təbəqənin fiziki-coğrafiyanın mövzusu kimi əsaslandırılması V.V.Dokuçaevin işlərində də müəyyən dərəcədə öz əksini tapır. V.V.Dokuçayev XIX əsrin axırı XX əsrin əvvəlində coğrafi təbəqənin bütövlüyü və ayrılmazlığı, bütün komponentlərin qarşılıqlı asılılığı barədə təlimi inkişaf etdirdi. S.V.Kalesnik, A.A.Qriqoryevin fiziki-coğrafi təbəqə anlayışını sadəcə coğrafi
təbəqə adlandırmağı təklif edir və bu ad sonralar elmdə daha da möhkəmlənir. S.V.Kalesnik yazırdı ki, «Yer səthi dedikdə biz sadəcə olaraq fiziki və ya riyazi səth deyil, proseslərin birinin digərinə qarşılıqlı daxil olması və qarşılıqlı əlaqə təsiri altında əmələ gəlib inkişaf edən mürəkkəb komplekslərini başa düşürük. Bunlar quruda, atmosferdə, suda və üzvü aləmdə inkişaf etməklə planetimizin coğrafi təbəqə adlandırdığımız xüsusi təbəqəsini yaradır».
İ.M.Zabelin biogenosfera, D.L.Armandın coğrafi sfera, Y.K.Efremovun landşaft təbəqəsi, A.Q.İsaçenkonun epigeosfera anlayışları coğrafi təbəqənin sinonimləri kimi işlədilir. Lakin bir sıra coğraflar tamamilə haqlı olaraq qeyd edirlər ki, bu coğrafi təbəqə termininin taftologiyasıdır, yəni bir elmin mənası dəyişmədən onun adının müxtəlif formalarda sadəcə olaraq təkrarlanmasıdır.
Coğrafi təbəqəyə ekvivalent olaraq çox tez-tez geosfera anlayışı işlədilir.Lakin coğrafi ədəbiyyatda bu termin ümumi mənada çoxdan işlədilir, daha doğrusu bizim planetimizi yaradan hər hansı konsentrik təbəqənin (atmosferi, hidrosferi, litosferi və s.) geosfer adlandırılması çoxdan qəbul olunmuşdur. A.Q.İsaçenko coğrafi təbəqəyə daha qısa və məqsədəuyğun sinonim kimi «epigeosfera» termini işlətməyi təklif edir. Bu isə öz növbəsində Brounovun irəli
sürdüyü «yerin xarici təbəqəsi» anlayışına tamamilə uyğun gəlir. İsaçenko coğrafi
təbəqə anlayışını izah edərək göstərir ki, coğrafi təbəqə Yerin xarici sferasını deyil atmosferin aşağı hissəsini əhatə edən daxili sferasını əks etdirir. Belə olduqda «yer kürəsi» «yer səthi» kimi anlayışlardan imtina etmək qarşıda durur. Çünki onda atmosfer «yer kürəsi» anlayışına daxil olmur, o görünən sərhəddə malik deyil, fəza boşluğunda tədricən seyrəkləşib yox olur. Yer səthindən söhbət getdikdə isə atmosferin xarici səthindən deyil, litosferin və hidrosferin səthi haqqında danışılır.
A.A.Qriqoryev coğrafi təbəqənin yuxarı sərhəddini 20-25 km yüksəklikdə stratosferdən, ozon təbəqəsinin maksimum toplandığı sahədən bir qədər aşağı keçirir. Bu sərhəddən aşağı atmosferin quru və okean səthilə qarşılıqlı təsirdə olduğu, hava hərəkətinin müxtəlif formaları müşahidə edilir. Coğrafi təbəqənin aşağı qurtaracağını A.A.Qriqoryev ilk dəfə 100-120 km dərinlikdən keçirir. Lakin bir qədər sonra o, həmin sərhəddi yer səthinə yaxınlaşdırır. Bu məqsəd üçün coğrafi təbəqəyə orta qalınlığı 20 km qədər olan yalnız yer qabığını aid edir
(quruda, dağlar altında onun qalınlığı 60-80 km olduğu halda, okean çökəklikləri altında isə 5-8 km qədər azalır). Qriqoryevin bu fikrilə D.L.Armand da razılaşır.
Coğrafi təbəqənin aşağı sərhəddi barədə İ.M.Zabelin bir qədər başqa mövqe tutur. O, həmin sərhəddi canlı orqanizmlərin və suyun maye halında yayıldığı sahəyə gxörə, daha doğrusu 4-5 km dərinlikdən keçirməyi üstün tutur.
Əksər tədqiqatçılar coğrafi təbəqənin yuxarı sərhəddini troposferlə stratosfer arasındakı keçid təbəqə olan tropopauzadan götürürlər. Atmosferin fiziki xüsusiyyətlərində baş verən əsas dəyişikliklər burada müşahidə edilir. Atmosferin aşağı, troposfer təbəqəsinin əsas xüsusiyyətləri litosfer və hidrosferlə qarşılıqlı təsirilə əlaqədardırlar. Bu qarşılıqlı təsir temperaturun, qalxan hava kütləsinin paylanmasına və bütün hava kütlələrinin troposferdə sirkulyasiyasına, həmçinin onun rütubətsaxlama və rütubət dövranına, bərk hissəciklərin (toz, duz və s.)toplanmasına səbəb olur. Burada hava kütlələri troposferin ən yuxarı
Coğrafi ya müəlimlər üçün dərs vəsai ti
2018-09-14 11:26:00
Bütün müəllimlərin bilməli olduğu düstur – Dərs saatları buna əsasən müəyyələşdirilir
Ümumtəhsil müəssisələrində işləyən müəllimlərin dərs yükü hökumətin təsdiq etdiyi müvafiq normativ-hüquqi sənədlərlə tənzimlənir. Həmin sənədlərə əsasən, müəllimin dərs yükünün aşağı həddi – bir stavka 12 saat müəyyənləşib. Dərs yükünün yuxarı həddi isə ayrı-ayrı dövrlərdə müxtəlif olub. Dünyanın bir sıra ölkələrində isə ümumtəhsil sistemində müəllimlərin həftəlik dərs yükünün yalnız minimum həddi (bir stavka) hesablanır, maksimum həddə məhdudiyyət qoyulmur. Tabeliyindən asılı olmayaraq, bütün dövlət ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri professor-müəllim heyətinin dərs yükü Nazirlər Kabinetinin qərarına uyğun müəyyənləşdirilir. Ümumi təhsil məktəblərində dərs bölgüsü ildə iki dəfə – tədris ilinin sonunda – müəllimlər növbəti əmək məzuniyyətinə getmədən, ikinci və sonuncu dərs bölgüsü isə müəllimlər məzuniyyətdən qayıtdıqdan sonra, avqustun axırı – sentyabrın əvvəli yekunlaşır və yeni tədris ilinin birinci Pedaqoji Şurasında təsdiq olunur. Bərdə rayon Kürdborakı kənd tam orta məktəbinin kimya müəllimi Elşən Ramizoğlu AzEdu.az-a açıqlaması zamanı qeyd edir ki, il boyu dərs saatları sabit qalmalı, zəruriyyət olmadıqda dəyişdirilməməlidir: “Dərs bölgüsü zamanı məktəbdə olan müəllimlərin sayı, Diaqnostik Qiymətləndirmə balları nəzərə alınmalı və buna uyğun aparılmalıdır. Bölgünü daha düzgün və ədalətli aparmaq üçün məktəb rəhbəri düsturdan istifadə edə bilər”. Düstur: Fənn üzrə ümumi dərs saatlarının miqdarı, müəllimlərin topladığı diaqnostik balların cəminə bölünür. Alınan rəqəm məktəbdə həmin fənnin əmsalı hesab olunur. Əmsalı müəllimin diaqnostik balına vurduqda isə müəllimə veriləcək dərs yükü alınır. “Misal üçün, məktəbdə kimya fənni üzrə ümumi dərs saatlarının miqdarı 27, kimya müəllimlərinin sayı isə 3-dür. Müəllimlərdən biri ixtisas üzrə 38, digəri 30, biri isə 26 bal toplayıb . Deməli, biz əmsalı tapmaq üçün 27- ni (ümumi dərs saatlarının sayını ) müəllimlərin diaqnostik ballarının cəminə bölməliyik . Bu zaman əmsalımız 0.3 alınar. O zaman 38 bal toplayan müəllim 0,3 x38 = 11, 4, yəni 11 saat , 30 bal toplayan müəllim 0.3x 30 = 9 saat , 26 bal toplayan müəllim 0.3 x 26 = 7,8, yəni 8 saat dərs aparmalıdır. Əgər fənn üzrə ixtisaslı müəllim bir nəfərdirsə, diaqnostik bal nəzərə alınmır və bütün dərslər həmin müəllimə verilir”,- deyə Elşən Ramizoğlu bildirir. O, əlavə edir ki, direktorlara verilən təqdimatda MİQ-dənkənar, saxta diplomlu müəllimlərə 6 saat dərs vermək nəzərdə tutulub: “Hazırlıq qrupu isə 4-cü sinif müəllimləri arasında yüksək bal yığana verilir. Düşünürəm, dərs bölgüsü bu formada aparılsa, müəllimlər arasında narazılıqlar yaranmaz və hər kəs balına uyğun saat aldığı üçün əlavə problemlər yaratmaz. Ümumiyyətlə nəzərinizə çatdırmaq istəyirəm ki , dərs bölgüsü vaxtında aparılmalıdır ki , dərs cədvəli də vaxtında təşkil olunsun. 14 sentyabr tarixində artıq dərs cədvəli müəllim və şagirdlərin yaxşı görəcəyi bir yerdə direktor tərəfindən təsdiq olunmuş formada asılmalıdır. Təəssüf ki, 2018-2019-cu tədris ilinin başlanmasına 1 gün qalsa da, bəzi məktəblərdə dərs cədvəli hazır deyil və müəllimlərin dərs yükü isə tam müəyyənləşməyib. Nə qədər ki, məktəb direktoru, təlim-tərbiyə işləri üzrə direktor müavini, məktəb üzrə Azad Həmkarlar Təşkilatının sədri, eyni kafedraya daxil olan fənn müəllimləri ilə birlikdə aparılmalı olan dərs bölgüsü təhsil müəsisələrində sırf direktorun arzu – istəklərinə görə müəyyənləşir, belə olan halda şikayətlər həll olunmayacaq, problemlər qabaracaq. Bəzi direktorların, ümumiyyətlə, dərs bölgüsünün aparılma qaydasından xəbərləri yoxdur. Allah direktorlara insaf, az bal toplayanlara çalışqanlıq, çox ballılara təvazökarlıq, bütün bunların fonunda Təhsil Nazirliyinə isə bol səbr versin”.
Nəzrin Cavid
Bu bölməyə aid digər xəbərlər
Müəllimlərin nəzərinə: Aylıq vəzifə maaşlarına əlavələrdə artım gözlənilir
2019-11-04 12:05:00
Müəllimlərin maaşı necə hesablanır? – Vacib meyar və qaydalar
2019-09-28 12:00:00
Müəllimlər maaşlarını AzEdu.az-da tam dəqiqliklə hesablaya bilərlər – Bu xidmətdən yararlanın!
2018-09-21 17:22:00
Müəllimlər dərs yükünü hesablamaq üçün yalnız bu düsturdan yararlansınlar – Çaşqınlığa son!
2018-09-20 14:12:00
Bütün müəllimlərin bilməli olduğu düstur – Dərs saatları buna əsasən müəyyələşdirilir
2018-09-14 11:26:00
Müəllimlər üçün hava-su kimi lazım olan kurikulum sualları və onların cavabları – İmtahanlar üçün dəstək
Böyük coğrafi kəşflər və müstəmləkəçilik erasının başlanması
XV əsrin əvvəlindən başlayaraq Portuqaliya kralları Atlantik okeanına və Afrikanın qərb sahillərinə ardıcıl gəmilər göndərdi. Bu gəmilər Afrikanın qərb sahilləri ilə üzürdü. 1441-ci ildə portuqaliyalılar ilk dəfə kölə alverinə başladılar. Onlar yerli əhaliyə şüşə parçaları, kiçik güzgü verir, yerinə qızıl tozu, fil sümüyü alırdılar. Qızıl sahili, Fil dişi sahili, Kölə sahili adı buradan yaranmışdı.
Bartalomey Diaş (1487-1488)öz ekspedisiyası ilə Afrikanın qərb sahili boyu üzüb, qitənin cənub qurtaracağından keçərək Hind okeanına çıxdı. Lakin yolun çətinliyi və uzunluğu dənizçiləri yorduğuna görə onlar geri qayıtdılar. Afrikanın cənub burnunu Ümid burnu adlandırdılar (indi İynə burnu adlanır).
Portuqaliya kralı Hindistana dəniz yolunu kəşf etmək üçün 1497- ci ildə Vasko da Qamanın başçılığı ilə ekspedisiya göndərdi. Vasko da Qama ərəb İbn Məcidin köməyi ilə Hindistanın Kəlküttə (Kalikut) şəhərinə gəlib çıxdı və Hindistanı kəşf etdi.
Hindistanla ticarəti öz əllərində saxlayan, portuqaliyalıların bura gəlişindən narahat olan ərəb tacirlərinin məsləhəti ilə racə sahilə çıxan portuqaliyalıları həbs etdi. Buna cavab olaraq, Vasko da Qama gəmiyə baxmağa gələn hind əyanlarını buraxmadı.
Racənin əyanlar üçün göndərdiyi qayığı portuqaliyalılar atəşə tutdu. Vasko da Qama çoxlu ədviyyat aldı və Avropaya qayıtdı. Portuqaliyalılar ekspedisiyaya çəkilən xərcdən 60 dəfə çox qazanc götürdülər.
Portuqaliyalılar donanma və odlu silahdan istifadə edərək, Ərəbistan və Hindistan yarımadasını, Afrikanın Hind okeanı sahillərini müstəmləkəyə çevirdilər. Onlar şəhərlərin əhalisini qırır, yerində qalalar tikirdilər. Ərəbləri Hind okeanından tamamilə sıxışdırıb çıxartdılar. Onlar bununla kifayətlənmədilər və Şərqə doğru irəlilədilər. Daha çox ədviyyat növləri becərilən Zond və Molukk adalarını tutdular. Onlar Çinə və Yaponiyaya gedib çıxdılar. Beləliklə, böyük coğrafi kəşflər ilk müstəmləkə işğallarının başlanmasına zəmin yaratdı.
Fernando Magellanın başçılığı altında ispan gəmiləri 1519-cu ildə dünya səyahətinə çıxdı və onu 1522-ci ildə başa çatdırdı. Magellanın ekspedisiyası Cənubi Amerika sahilləri boyu üzüb qərbə doğru gedən bir boğaza çatdılar və oradan keçib okeana çıxdılar. Bu okeanda 4 ay üzdükləri müddət ərzində heç bir hadisə baş vermədiyinə görə ona «Sakit okean», keçdikləri həmin boğaza isə «Magellan boğazı» adı verildi.
Magellanın ilk dünya səyahəti yerin kürə şəklində olduğunu və vahid dünya okeanının mövcudluğunu sübut etdi. Magellandan sonra dünya səyahətini dəniz qulduru ingilis Frensis Dreyk təkrar etmişdir.
Avropalıların müstəmləkə işğallarında cəngavərlər, tacirlər, keşişlər, var-dövlət sahibləri iştirak edirdilər.1519-cu ildə zadəgan Ernando Kortes Meksikada asteklərin üzərinə hücum etdi. Asteklərin zülmündən narazı olan yerli qəbilələr də avropalılara qoşuldular. İspanlar at və toplardan istifadə etdilər, hiylə yolu ilə asteklərin başçısını tutub əsir etdilər. Ölkəni onun adından idarə edən Kortes onun sərvətlərini çapıb-taladı.
Fransisko Pissaronun başçılığı ilə ispanlar Perunu tutdular, inklərin padşahım xəyanət yolu ilə ələ keçirdilər. Çoxlu qızıl alsalar da, hökmdarı öldürdülər. İspanlar Braziliyadan başqa, bütün Cənubi Amerikanı işğal etdilər. Yalnız Braziliya portuqaliyalıların əlində idi.
İspanlar Amerika xalqlarını, onların qədim mədəniyyətlərim məhv edirdilər. Lakin yerli əhali gəlmələrə tabe olmur, torpağı əlindən alınır, xristianlığı qəbul etməyəndə edam edilirdi. Sağ qalmaq istəyən əhali dağlara və meşələrə çəkilirdi. XVI əsrin ortalarında ispanlar Kubada və Karib dənizinin digər adalarında yerli əhalini tamamilə məhv etdilər. Yerli əhalinin kütləvi şəkildə məhv edilməsi Amerikada qula ehtiyacı artırdı. İşçi qüvvəsi çatışmadığına görə Afrikadan zənci qullar gətirməyə başladılar. Qul alveri — bu çirkin əməllə əvvəlcə portuqaliyalılar, sonra isə ispaniyalılar, hollandiyalılar, ingilislər məşğul oldular.
- Böyük coğrafi kəşflərə hazırlıq dövrü (XV əsr)
- Böyük coğrafi kəşflərin birinci dövrü (1492-1550-ci illər)
- Böyük coğrafi kəşflərin ikinci dövrü (1550-1650-ci illər)
- Böyük coğrafi kəşflər dövrü (XV-XVII əsrlər)
- Teqlər:
- böyük coğrafi kəşflər
- , müstəmləkəçilik
- , boyuk cografi kesfler
- , ilk coğrafi kəşflər
Comments are closed, but trackbacks and pingbacks are open.