Press "Enter" to skip to content

Coğrafiya fənn kurikulumu

Əməkdaşlıq/ictimaiyyətlə əlaqə – dünya miqyasında Azərbaycan respublikasının mövqeyini müəyyənləşdirir, ölkələrlə əməkdaşlıga dair məlumatlar toplayır, onların əhəmiyyətini izah edir, yaşadığı ərazidə ekoloji tarazlığı pozan mənbələri müəyyən edir, qruplarda işləyərək ekoloji monitorinq keçirir, hər hansı müəssisənin fəaliyyətinə dair özünün sərbəst topladığı məlumatı təqdim edir.

Leyla Bayramova

DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

12 Ağustos 2017 Cumartesi

Coğrafiya fənn kurikulumu

Paylaşıldı on 23:58 by Leyla Bayramova
1.2. Məzmun xətləri

Coğrafiya fənni üzrə ümumi təlim nəticələrinin reallaşdırılmasını təmin etmək üçün məzmun xətləri aşağıdakı kimi müəyyən edilmişdir:

Coğrafi məkan
Təbiət
Cəmiyyət
1.4. Fəaliyyət xətləri

Fəaliyyət xətti məzmun xətlərində əks olunan biliklərin əldə edilməsində şagirdə praktik imkan yaradır. Fənnin məzmun standartları bu fəaliyyət xətləri ilə əlaqəlilik əsasında tətbiq olunur.

Coğrafiya fənninin tədrisində 8 fəaliyyət xətti əsas götürülür:

Problemin həlli – dünyanın siyasi xəritəsində mövcud olan “qaynar nöqtələri”, onların yaranma səbəblərini və həlli yollarını təhlil edir, dünyada və respublikada antropogen landşaftların yayıldığı ərazilərdə yaranan ekoloji problemlərin həlli yollarına dair layihələr hazırlayır, dünyada və respublikada miqrasiya problemlərini həllinə dair apardıqları araşdırmaların nəticələrini təqdim edir.

Mühakimə yürütmə – Azərbaycanın dünyada və türk dövlətləri arasında mövqeyinin üstün cəhətlərini əsaslandırır, qeyri–ənənəvi (iqlim, kosmik, geotermal, rekreasiya, alternativ və s.) enerji resurslarının istifadə edilməsinə artan marağın səbəblərini izah edir, ekoloji problemlərin qloballaşması təhlükəsinin reallığını əsaslandırır.

Əməkdaşlıq/ictimaiyyətlə əlaqə – dünya miqyasında Azərbaycan respublikasının mövqeyini müəyyənləşdirir, ölkələrlə əməkdaşlıga dair məlumatlar toplayır, onların əhəmiyyətini izah edir, yaşadığı ərazidə ekoloji tarazlığı pozan mənbələri müəyyən edir, qruplarda işləyərək ekoloji monitorinq keçirir, hər hansı müəssisənin fəaliyyətinə dair özünün sərbəst topladığı məlumatı təqdim edir.

Müqayisə və təhliletmə – xəritə üzərində təbii vilayətlərin müqayisəli təhlilini verir, statistik məlumatlar əsasında ölkələrin təbii ehtiyatlarla təminatını hesablayır və müqayisə edir, dünya əhalisini müxtəlif xüsusiyyətlərinə görə (din, dil, irq) təhlil edir.

Tətbiqetmə- Xəritə üzərində yaşadığı ərazinin mövqeyini müəyyən edir, onun iri yaşayış məntəqələrdən olan məsafəsini hesablayır, litosfer tavaları anlayışını, onların üfüqi yer dəyişməsini və bunun coğrafi nəticələrini təhlil edib sxematik təsvir edir, problemlərin həll edilməsi üçün birgə fəaliyyət proqramı hazırlayır, onu hökümət və ya qeyri-hökümət təşkilatlarnın işi ilə əlaqələndirir, layihəni nümayiş etdirir.

Proqnozlaşdırma- Respublikanın Avropa və Asiya qitələri arasında yerləşməsinin müxtəlif sahələrə təsirini proqnozlaşdırır, dağəmələgəlmə mərhələlərində materiklərin relyefindəki dəyişikliklərin ardıcıllığını izah edir, materiklərin relyefinin gələcək təsvirinə dair proqnozlar verir, respublikanın iqtisadiyyatının inkişaf perspektivlərinə dair proqnozlar verir.

Sistemləşdirmə və təsnifetmə- dünyanın müasir siyasi xəritəsindəki dövlətləri müxtəlif xüsusiyyətlərinə görə qruplaşdırır, materiklərdə yerləşən dağları və düzənlikləri mənşəyinə və yaşına görə qruplaşdırır, müxtəlif mənbələrdən istifadə edərək ən mühüm xammal və məhsulu idxal–ixrac edən ölkələri qruplaşdırır

Təqdimetmə – Ölkəmizin elm müəssisələrində aparılın tətqiqatların əhəmiyyətinə və əhatə dairəsinə dair topladığı məlumatı təqdim edir, materik və okeanlarının ekoloji vəziyyətini təhlil edir, ekoloji problemlərin həllinə dair təqdimatlar hazırlayır, informasiya mənbələri əsasında regionların iqtisadi-sosial inkişafına dair topladığı məlumatları təqdim edir.

1.5. M ə zmun standartlar ı
VI sinif
VI sinfin sonunda şagird:
 coğrafi kəşflər nəticəsində xəritədə və cəmiyyətdə baş verən dəyişiklikləri izah edir;

 məhəldə cəhətlərin təyin edilməsində alət və cihazlardan istifadə edir və ərazinin planını tərtib edir;

 kainatda Yerin mövqeyini, hərəkətinin coğrafi nəticələrini təsvir edir;
 coğrafi təbəqədə baş verən hadisələri və onların cəmiyyətdə yaratdığı problemləri təsvir edir;

 dünyanın siyasi xəritəsində respublikamızın mövqeyini təyin edir, müxtəlif xalqlar haqqında məlumat toplayır;

 insanların təsərrüfat fəaliyyətlərinin ətraf mühitə təsirinin tarixən dəyişməsini şərh edir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Coğrafi məkan
Şagird:

1.1. Coğrafi kəşflər nəticəsində cəmiyyətdə və xəritədə baş verən dəyişikliklərə aid bilik və bacarıqlar nümayiş etdirir.

1.1.1. Qədim insanların Yer haqqında təsəvvürlərini şərh edir.
1.2. Yerin Günəş sistemində mövqeyi və hərəkətlərinə dair bilik və bacarıqlar nümayiş etdirir.
1.2.1. Kainatdakı səma cisimlərinin hərəkətini fərqləndirir.

1.2.2. Yerin öz oxu və Günəş ətrafında hərəkətini təsvir edir və onun coğrafi nəticələrini təqdim edir.

1.3. Kartoqrafik təsvirlər üzərində bilik və bacarıqlar nümayiş etdirir.
1.3.1. Kartoqrafik təsvirlərdə istifadə olunan elementləri şərh edir.
1.3.2. Yaşadığı ərazinin planını tərtib edir.
2. Təbiət
Şagird:

2.1. Coğrafi təbəqədə baş verən hadisə və proseslərin ekocoğrafi nəticələrini mənimsədiyini nümayiş etdirir.

2.1.1. Yerin daxili quruluşunu, relyefini və orada baş verən hadisə və prosesləri təsvir edir.
2.1.2. İri relyef formalarını kontur xəritədə qeyd edir.
2.1.3. Yerin hava qatını şərh edir.
2.1.4. Hava üzərində müşahidələr aparır, nəticələrini təqdim edir.
2.1.5. Yer səthində suyun paylanmasını şərh edir.
2.1.6. Təbiətdə su dövranının sxemini tərtib edir.
2.1.7. Canlı aləmin müxtəlifliyinin səbəblərini şərh edir.
2.1.8. Ekskursiyalarda topladığı kolleksiyanı təqdim edir.
3. Cəmiyyət
Şagird:
3.1. Dünya əhalisinin müxtəlifliyinin səbəblərinə dair bilik və bacarıqlar nümayiş etdirir.
3.1.1. Dünya xalqlarının fərqli xüsusiyyətlərini təsvir edir.
3.1.2. Kontur xəritədə ilk yaşayış məntəqələrini qeyd edir.
3.2. Cəmiyyətlə iqtisadiyyatın qarşılıqlı əlaqəsinə aid bilik və bacarıqlar nümayiş etdirir.
3.2.1. Ölkələri müxtəlif əlamətlərinə görə müqayisə edir.
3.2.2. Kontur xəritədə Azərbaycanla həmsərhəd ölkələri qeyd edir.
3.2.3. İnsanların təsərrüfat fəaliyyətini şərh edir.
3.2.4. Mənimsəmə iqtisadiyyatından istehsal iqtisadiyyatına keçidi sxematik təsvir edir.
3.2.5. Ətraf mühitdə çirklənməyə məruz qalmış ərazilərin fotoalbomunu hazırlayır.
VII sinif
VII sinfin sonunda şagird:

 dünyada baş verən yeni kəşflərə dair məlumatlar toplayır, onun coğrafiya elminin inkişafındakı rolunu təhlil edir;

 kartoqrafik təsvirlər üzərində müxtəlif hesablama işləri aparır, məlumatlar toplayır, onları praktik tətbiq edir;

 səma cisimlərinin qarşılıqlı təsirini və coğrafi nəticələrini əlaqələndirir;
 coğrafi təbəqədə baş verən hadisə və prosesləri əlaqələndirir;
 dünya əhalisinin paylanmasını və ölkələri müxtəlifliyinə görə qruplaşdırır;
 dünya təsərrüfatının müasir modelini ölkələr üzrə fərqləndirir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Coğrafi məkan
Şagird:

1.1. Coğrafi kəşflər nəticəsində cəmiyyətdə və xəritədə baş verən dəyişikliklərə aid bilik və bacarıqlar nümayiş etdirir.

1.1.1. Kəşf və tədqiqatlar nəticəsində xəritədə baş verən dəyişiklikləri müqayisə edir.
1.2. Yerin Günəş sistemində mövqeyi və hərəkətlərinə dair bilik və bacarıqlar nümayiş etdirir.
1.2.1. Səma cisimlərinin bir-birinə təsirini və onun coğrafi nəticələrini əlaqələndirir.
1.2.2. Yerin hərəkətinin nəticələrinə dair sadə hesablamalar aparır.
1.3. Kartoqrafik təsvirlər üzərində bilik və bacarıqlar nümayiş etdirir.
1.3.1. Kartoqrafik elementləri fərqləndirir.
1.3.2. Kartoqrafik elementlərə əsasən sadə hesablamalar aparır.
2. Təbiət
Şagird:

2.1. Coğrafi təbəqədə baş verən hadisə və proseslərin ekocoğrafi nəticələrini mənimsədiyini nümayiş etdirir

2.1.1. Yer səthində relyefin müxtəlifliyinin yaranma səbəblərini şərh edir.
2.1.2. Fiziki xəritələri təhlil edir.
2.1.3. Atmosferdə baş verən hadisə və proseslərin materik və okeanlara təsirini şərh edir.
2.1.4. Hava elementlərinə dair sadə hesablamalar aparır.
2.1.5. Dünya okeanı və quru sularının fiziki-coğrafi xüsusiyyətlərini şərh edir.
2.1.6. Kontur xəritədə dünya okeanının hissələrini qeyd edir.
2.1.7. Biosferin daxili komponentlərinin qarşılıqlı əlaqəsini izah edir.
2.1.8. Torpaq tiplərini kontur xəritədə qeyd edir.
3. Cəmiyyət
Şagird:
3.1. Dünya əhalisinin müxtəlifliyinin səbəblərinə dair bilik və bacarıqlar nümayiş etdirir.
3.1.1. Əhalinin regionlar üzrə paylanmasını şərh edir.
3.1.2. Kontur xəritədə əhalinin sıx məskunlaşdığı əraziləri qeyd edir.
3.2. Cəmiyyətlə iqtisadiyyatın qarşılıqlı əlaqəsinə aid bilik və bacarıqlar nümayiş etdirir.
3.2.1. Ölkələri tipoloji xüsusiyyətlərinə görə təhlil edir.
3.2.2. Xəritə üzərində ölkələri tipoloji xüsusiyyətlərinə görə qruplaşdırır.
3.2.3. Dünya təsərrüfatının quruluşuna təsir edən təbii və iqtisadi amilləri şərh edir.
3.2.4. Dünya təsərrüfatının müasir modelinin sxemini tərtib edir.

3.2.5. Təbiətdən istifadə zamanı ekoloji gərginlik zonalarının nomenklaturasını (siyahısını) tərtib edir.

VIII sinif
VIII sinfin sonunda şagird:
 coğrafiya elminin inkişafının müasir istiqamətlərini təhlil edir;
 kartoqrafik təsvirləri müqayisə edərək müəyyən ərazilərin təsvirini verir;
 Yerin sutkalıq və illik hərəkəti ilə Yerdə həyatın mövcudluğunu əlaqələndirir;
 coğrafi təbəqənin tərkib hissələrinin qarşılıqlı əlaqəsini müəyyənləşdirir;
 əhalinin təbii artımını, miqrasiyaların səbəblərini izah edir;

 təsərrüfatın inkişafında təbii ehtiyatların rolunu qiymətləndirir, ekoloji problemlərin insan həyatına təsirini izah edir

Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Coğrafi məkan
Şagird:

1.1. Coğrafi kəşflər nəticəsində cəmiyyətdə və xəritədə baş verən dəyişikliklərə aid bilik və bacarıqlar nümayiş etdirir.

1.1.1. Yeni elm sahələrinin yaranmasını izah edir.
1.2. Yerin Günəş sistemində mövqeyi və hərəkətlərinə dair bilik və bacarıqlar nümayiş etdirir.
1.2.1. Günəş şüalarının Yer kürəsinə düşmə bucağının dəyişməsini hesablayır.
1.2.2. Yerin hərəkətinin coğrafi nəticələri ilə həyatın inkişafı arasındakı əlaqəni izah edir.
1.3. Kartoqrafik təsvirlər üzərində bilik və bacarıqlar nümayiş etdirir.
1.3.1. Kartoqrafik təsvirlərin müxtəlifliyini, əhəmiyyətini izah edir.
1.3.2. Kartoqrafik təsvirlər üzərində hesablamalar aparır.
2. Təbiət
Şagird:

2.1. Coğrafi təbəqədə baş verən hadisə və proseslərin ekocoğrafi nəticələrini mənimsədiyini nümayiş etdirir.

2.1.1. Litosfer tavalarının hərəkətini müasir relyef formalarının yaranması ilə əlaqələndirir.
2.1.2. Tektonik xəritələrdə litosfer tavalarının hərəkətinin nəticələrini oxuyur.
2.1.3. İqliməmələgətirən amilləri və dünyanın iqlimində baş verən dəyişiklikləri izah edir.
2.1.4. Atmosfer hadisələrinə dair sxem və diaqramlar tərtib edir.
2.1.5. Dünya okeanında baş verən fiziki-kimyəvi və dinamik prosesləri təhlil edir.
2.1.6. Okean sularının xüsusiyyətləri ilə bağlı hesablamalar aparır.
2.1.7. Biosferin digər təbəqələr ilə əlaqəsini şərh edir.
2.1.8. Təbii zonalar xəritəsini oxuyur.
3. Cəmiyyət
Şagird:
3.1. Dünya əhalisinin müxtəlifliyinin səbəblərinə dair bilik və bacarıqlar nümayiş etdirir.
3.1.1. Əhalinin təbii və mexaniki hərəkətinin səbəblərini izah edir.
3.1.2. Əhalinin təbii artımına görə hesablamalar aparır.
3.2. Cəmiyyətlə iqtisadiyyatın qarşılıqlı əlaqəsinə aid bilik və bacarıqlar nümayiş etdirir.
3.2.1. Ölkələri inkişaf səviyyəsinə görə təhlil edir.
3.2.2. Xəritə üzərində ölkələri inkişaf səviyyəsinə görə qruplaşdırır.
3.2.3. Təsərrüfatın inkişafında təbii ehtiyatların rolunu qiymətləndirir.
3.2.4. Təbii ehtiyatların təsnifatı sxemini qurur.
3.2.5. Ekoloji problemlərin insan həyatına təsirini izah edir.
IX sinif
IX sinfin sonunda şagird:
 yeni coğrafi kəşf və tədqiqatları cəmiyyətin inkişafı ilə əlaqələndirir;
 kartoqrafik təsvirlərin cəmiyyətin inkişafında əhəmiyyətini izah edir;
 il ərzində Günəşin düşmə bucağının dəyişməsini hesablayır;
 coğrafi təbəqədə baş verən hadisə və proseslərin ölkələrin iqtisadi həyatına təsirini izah edir;
 əhalinin dinamikasını ölkələrin iqtisadi inkişaf səviyyəsi ilə əlaqələndirir;
 təsərrüfat sahələrinin yaratdığı ekoloji dəyişkənliyi müəyyən edir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Coğrafi məkan
Şagird:

1.1. Coğrafi kəşflər nəticəsində cəmiyyətdə və xəritədə baş verən dəyişikliklərə aid bilik və bacarıqlar nümayiş etdirir.

1.1.1. Sivilizasiyaları coğrafi baxımdan təhlil edir.
1.2. Yerin Günəş sistemində mövqeyi və hərəkətlərinə dair bilik və bacarıqlar nümayiş etdirir.
1.2.1. Yerin hərəkətinin cəmiyyətin inkişafındakı rolunu əsaslandırır.
1.2.2. Vaxt və fəsil dəyişkənliyinə aid hesablamalar aparır.
1.3. Kartoqrafik təsvirlər üzərində bilik və bacarıqlar nümayiş etdirir.
1.3.1. Kartoqrafik təsvirlərin cəmiyyətin inkişafında əhəmiyyətini izah edir.
1.3.2. Kartoqrafik elementlər əsasında topoqrafik xəritələri oxuyur.
2. Təbiət
Şagird:

2.1. Coğrafi təbəqədə baş verən hadisə və proseslərin ekocoğrafi nəticələrini mənimsədiyini nümayiş etdirir.

2.1.1. Yer qabığında baş verən hadisə və proseslərin iqtisadi həyata təsirini dəyərləndirir.
2.1.2. Geoloji xarakterli tematik xəritələri oxuyur.
2.1.3. Atmosferdə baş verən hadisə və proseslərin iqtisadi həyata təsirini təhlil edir.
2.1.4. İqlim xəritələrini oxuyur, nəticələrini təqdim edir.
2.1.5. Hidrosferin iqtisadi həyata təsirini izah edir.
2.1.6. Kontur xəritədə hidroehtiyatların yerləşməsini qeyd edir.

2.1.7. İqtisadiyyatın inkişafında bioehtiyatların və alternativ enerji ehtiyatlarının rolunu qiymətləndirir.

2.1.8. Yaşadığı ərazinin təbii komponentlərinə dair topladığı məlumatları təqdim edir
3. Cəmiyyət
Şagird:
3.1. Dünya əhalisinin müxtəlifliyinin səbəblərinə dair bilik və bacarıqlar nümayiş etdirir.
3.1.1. Əhalinin artım dinamikasını ölkələrin iqtisadi inkişaf səviyyəsi ilə əlaqələndirir.
3.1.2. Topladığı məlumatlar əsasında hesablamalar aparır.
3.2. Cəmiyyətlə iqtisadiyyatın qarşılıqlı əlaqəsinə aid bilik və bacarıqlar nümayiş etdirir.
3.2.1. Ölkələrin inkişafını tarixi-coğrafi baxımdan təhlil edir.
3.2.2. Tarixi-coğrafi regionları kontur xəritədə qeyd edir.
3.2.3. Təsərrüfat sahələrinin səciyyəsini verir.
3.2.4. Təsərrüfat sahələrinin yerləşməsinin əlaqə prinsiplərinin sxemlərini qurur.
3.2.5. Ətraf mühitdə yaranmış ekoloji vəziyyəti qiymətləndirir.
X sinif
X sinfin sonunda şagird:
 təbiət və cəmiyyətin öyrənilməsində təbiət elmlərinin rolunu müəyyənləşdirir;
 Yerin hərəkətinin təbiətə təsirini riyazi üsullarla əsaslandırır;
 kartoqrafik proyeksiyalar zamanı yaranan təhriflərin səbəblərini əsaslandırır;
 xəritə üzərində hesablamalardan istifadə edə bildiyini nümayiş etdirir;
 coğrafi təbəqənin inkişaf mərhələlərini izah edir;

 müasir dövrdə dünya əhalisini müxtəlif xüsusiyyətlərinə görə təhlil edir, siyasi və iqtisadi inteqrasiyaların dünyanın idarə edilməsindəki rolunu əsaslandırır;

 dünya ölkələrini müxtəlif xüsusiyyətlərinə görə qruplaşdırır.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Coğrafi məkan
Şagird:

1.1. Coğrafi kəşflər nəticəsində cəmiyyətdə və xəritədə baş verən dəyişikliklərə aid bilik və bacarıqlar nümayiş etdirir.

1.1.1. Coğrafi hadisə və proseslərin öyrənilməsində təbiət elmlərinin qarşılıqlı əlaqəsini əsaslandırır.

1.2. Yerin Günəş sistemində mövqeyi və hərəkətlərinə dair bilik və bacarıqlar nümayiş etdirir.
1.2.1. Yerin və digər səma cisimlərinin əmələ gəlməsinə dair məlumatlar təqdim edir.
1.2.2. Yerin hərəkətinin təbiətə olan təsirini riyazi üsullarla əsaslandırır.
1.3. Kartoqrafik təsvirlər üzərində bilik və bacarıqlar nümayiş etdirir.
1.3.1. Kartoqrafik proyeksiyalar zamanı yaranan təhrifləri əsaslandırır.
1.3.2. Kartoqrafik təsvirlər zamanı yaranan təhriflərə aid hesablamalar aparır.
2. Təbiət
Şagird:

2.1. Coğrafi təbəqədə baş verən hadisə və proseslərin ekocoğrafi nəticələrini mənimsədiyini nümayiş etdirir.

2.1.1. Yer qabığında dəyişikliklərə dair proqnozlar verir.
2.1.2. Geoxronoloji cədvəli oxuyur.
2.1.3. İqlim dəyişmələrinə və iqlim ehtiyatlarından istifadəyə dair təqdimatlar edir.
2.1.4. İqlim göstəricilərinə əsasən hesablamalar aparır.
2.1.5. Quru sularının xüsusiyyətlərinə dair layihələr hazırlayır, təqdim edir.
2.1.6. Quru sularının xüsusiyyətlərinə dair hesablamalar aparır.
2.1.7. Coğrafi təbəqənin qanunauyğunluqlarını izah edir.
2.1.8. Coğrafi təbəqənin sxemini qurur.
3. Cəmiyyət
Şagird:
3.1. Dünya əhalisinin müxtəlifliyinin səbəblərinə dair bilik və bacarıqlar nümayiş etdirir.
3.1.1. Əhalinin təbii artımının yaratdığı problemləri təhlil edir.
3.1.2. Əhalinin sıxlığını hesablayır, nəticələrini təqdim edir.
3.2. Cəmiyyətlə iqtisadiyyatın qarşılıqlı əlaqəsinə aid bilik və bacarıqlar nümayiş etdirir.
3.2.1. Ölkələrin geosiyasi mövqeyini qiymətləndirir.
3.2.2. Siyasi münaqişələrin xəritədə yaratdığı dəyişiklikləri qeyd edir.
3.2.3. ETİ-nin təsərrüfatların ərazi və sahəvi strukturuna təsirini qiymətləndirir.
3.2.4. ETİ-nin təsərrüfat sahələrinə təsiri sxemini qurur.
3.2.5. Qlobal ekoloji problemlərin yaranmasında antropogen təsirin rolunu qiymətləndirir.
XI sinif
XI sinfin sonunda şagird:
 coğrafi tədqiqatların nəticələrinin tətbiqinin iqtisadi əhəmiyyətini izah edir;
 xəritələrdən istifadə edərək təbiət və təsərrüfatın yerləşmə qanunauyğunluqlarını təhlil edir;

 Yer kürəsində işıq və istiliyin paylanmasının insanın təsərrüfat fəaliyyətinə təsirini əlaqələndirir;

 coğrafi təbəqənin cəmiyyətin sosial-iqtisadi inkişafına təsirini qiymətləndirir;
 ölkələrin həyat səviyyəsini əhalinin həyat səviyyəsi ilə əlaqələndirir;
 təbiət və insanın qarşılıqlı əlaqəsindən yaranan problemləri izah edir və proqnozlar verir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Coğrafi məkan
Şagird:

1.1. Coğrafi kəşflər nəticəsində cəmiyyətdə və xəritədə baş verən dəyişikliklərə aid bilik və bacarıqlar nümayiş etdirir.

1.1.1. Coğrafi hadisə və proseslərin cəmiyyətin həyatına təsiri ilə bağlı tədqiqatlar aparır və nəticələrini təqdim edir.

1.2. Yerin Günəş sistemində mövqeyi və hərəkətlərinə dair bilik və bacarıqlar nümayiş etdirir.
1.2.1. Yerin hərəkətinin coğrafi nəticələrinin regionlar üzrə iqtisadiyyata təsirini əsaslandırır.
1.2.2. Yerin hərəkətinin coğrafi nəticələrini xəritə üzərində iqtisadi cəhətdən qiymətləndirir.
1.3. Kartoqrafik təsvirlər üzərində bilik və bacarıqlar nümayiş etdirir.

1.3.1.Xəritələrdə təsərrüfatın yerləşməsi qanunauyğunluqları və anomaliyalarına dair məruzə və referatlar hazırlayır.

1.3.2. Kartoqrafik təsvirlər əsasında hər hansı ərazinin fiziki-iqtisadi təsvirini verir. 20
2. Təbiət
Şagird:

2.1. Coğrafi təbəqədə baş verən hadisə və proseslərin ekocoğrafi nəticələrini mənimsədiyini nümayiş etdirir.

2.1.1. Ərazilərin tektonik quruluşunun və təbii proseslərin ölkələrin iqtisadiyyatında rolunu izah edir.

Coğrafiya fənn kurikulumu

30 yanvar tarixində ARTİ-də ümumi təhsil müəssisələrinin coğrafiya fənni üzrə kurikulum mütəxəssislərinin və müəllimlərin iştirakı ilə təkmilləşdirilməkdə olan coğrafiya fənn kurikulumunun müzakirəsi baş tutub.

AzEdu.az xəbər verir ki, təhsil standartları və proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov müxtəlif fənlər üzrə kurikulumların təkmilləşdirilməsi prosesi haqqında ümumi məlumat verib. Kurikulum işçi qrupunun üzvü Famil Ələkbərov isə coğrafiya fənni üzrə məzmunun təkmilləşdirilməsini zəruri edən əsas amillər barədə auditoriyanı məlumatlandırıb və müzakirə açıq elan olunub. Müzakirədə türkiyəli konsultant Sərvət Karabağ da onlayn iştirak edərək görülən işlərə münasibət bildirib və bəzi sualları cavablandırıb. Sonda müzakirə iştirakçılarının rəy və təklifləri dinlənilib və müvafiq qeydlər götürülüb.

Qeyd edək ki, təkmilləşdirmədə coğrafiya fənn kurikulumunun coğrafi əsaslı hazırlanması, məzmunun dəyər və davranışa çevrilməsinin hədəflənməsi, həmçinin məzmunun beynəlxalq kurikulumlara uyğunlaşdırılması və məzmun xətlərində edilən yeniliklər müəllimlər tərəfindən rəğbətlə qarşılanıb.

Coğrafiya fənni üzrə tapşırıqların fənn kurikulumunun məzmun standartlarına uyğunluğu yoxlanılıb

Coğrafiya fənni üzrə işçi qrupunun iclasında gündəlik məsələ ali təhsil müəssisələrinə qəbul imtahanı modelinə uyğun olan onlayn sınağın müzakirəsi olub.

Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, müzakirədə tapşırıqların fənn kurikulumunun məzmun standartlarına uyğunluğu yoxlanılıb.

Riyaziyyat fənni üzrə işçi qrupunun iclasında isə gündəlik məsələ 2021-ci ildə ali təhsil müəssisələrinə I və II ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında istifadə edilmiş tapşırıqların imtahan nəticələrinin statistik göstəriciləri əsasında çətinlik dərəcəsi, relevantlıq kateqoriyaları və mövzulara uyğunluq baxımından təhlili olub. Təhlil nəticəsində abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri tapşırıqlar müəyyənləşdirilib. Həmin tapşırıqların izahlı şərhinə dair metodik tövsiyə hazırlanacaq və “Abituriyent” jurnalının ikinci sayında dərc olunacaq.

İclaslarda iştirakçılar tərəfindən müzakirə edilən məsələlərlə bağlı fikir bildirilib və təkliflər verilib.

İşçi qruplarının növbəti iclası yanvarın 14-də olacaq.

Comments are closed, but trackbacks and pingbacks are open.