Press "Enter" to skip to content

V-XI siniflərdə Tarixin tədrisi metodikası

Tədrisə dair şəxsi və kollektiv təcrübənin toplanması, onun mübadiləsi, ondan istifadə edilməsi ona görə mümkündür ki, müxtəlif siniflərdə və məktəblərdə bir tərəfdən məzmun ilə təlim üsulları, digər tərəfdən onun təhsil-tərbiyə nəticələri arasında ümumi asılılıq meydana çıxır: metodik cəhətdən bir qaydada tədris edilən eyni bir material təxminən eyni inkişaf səviyyəsində olan məktəblilər tərəfindən az-çox eyni səviyyədə mənimsənilir və onlara nisbətən analoji təsir bağışlayır. Əllbəttə, eyni bir məzmun, eyni üsullar heç də həmişə eyni təhsil – tərbiyəvi nəticələrə gətirib çıxarmır. Dərsin gedişinə və nəticəsinə hətta dərs keçilən gündə müəllimin fiziki, maddi vəziyyəti və şagirdlərin də o cür vəziyyəti, yorğunluğu, həm də həyacanı təsir göstərir.Təcrübəli müəllim bu şərtlərin də təsirini nəzərə almağa çalışmalıdır.Tarixin təliminin səmərəliliyinin şərtlərindən biri onun məqsədlərinin dəqiq surətdə müəyyən edilməsindən ibarətdir.Təlim prosesində həm bir neçə dərsi irəlicədən nəzərdə tutan nisbətən uzaq məqsədlər( məsələn, şagirdlərdə bütövlükdə ictimai-iqtisadi formasiya haqqında anlayışların təşəkkülü), həm də daha xüsusi məqsədlər (yaxın dərs üçün və yaxud hətta onun bir hissəsi üçün) nəzərdə tutulur.Təhsil məqsədləri ilə yanaşı şagirdlərin inkişafı, onlarda bacarıqların, hisslər tərbiyəsinin və s. təşəkkülü vəzifələri də qoyulur.Təlimin gedişində onun məqsədləri nəticələrinin əldə edilməsi ilə bilavasitə əlaqədə daim inkişaf edir. Bir məqsəd əldə edildikdə yeni, daha mürəkkəb məqsədlər irəli gəlir ki, bu da təlimdə bir yerdə donub qalmağa imkan vermir.Məqsədlər təlimin ümumi vəzifələrinə nə qədər tam cavab versə, onlar nə qədər konkret qoyulsa, müəllim və şagirdlər tərəfindən(madam ki, bu mümkündür), nə qədər dərin düşünülsə, fənnin təlimi məzmunca ideyalı, metodlarına görə isə məqsədli və çevik olar.

Ədəbiyyat müəllimi, sən bir günəşsən

Kurikulum tələbləri ilə işləyən fənn müəllimlərinə kömək məqsədi ilə belə bir bloqun yaradılmasını qarşımıza məqsəd qoyuruq. Burada müəllimlərə metodik dəstək verilməsi, onlarla müəyyən müzakirələrin açılması bir hədəf kimi götürülür.

Təlim strategiyalaraı: ədəbiyyat dərslərinin təşkili

  • Получить ссылку
  • Facebook
  • Twitter
  • Pinterest
  • Электронная почта
  • Другие приложения

dos. Fəxrəddin Yusifov
TƏLİM STRATEGİYALARI [1]
Ədəbiyyat tədrisinin təşkili

Bu başlıq altında Siz ədəbiyyat tədrisinin təşkilinə dair məlumatlara, verilən əsas tələblər, ədəbiyyat dərslərinin yeni təlim texnologiyalarından istifadə ilə tədrisi(Tənqidi Təfəkkürün İnkişafında Mütaliə və Yazı və fəal(interaktiv) təlim, fəal(interaktiv) təlimin mexanizmləri), ədəbiyyat dərslərində istifadə olunan üsullar(metod və texnikalar), iş formaları(fərdi, cütlərlə, kiçik və böyük qruplarla iş), müəllimin təlim fəaliyyətinin planlaşdırılması(perspektiv və cari planlaşdırma), ədəbiyyat dərslərinin növləri(induktiv, deduktiv və qarışıq tipli), ədəbiyyat dərslərində müəllimin mövqeyini (fasilitasiya bacarıqlarını), ədəbi əsərlərin öyrədilməsi, icmalların öyrədilməsi, yazıçının həyat və yaradıcılığına dair məlumatın öyrədilməsi, ədəbiyyat nəzəriyyəsinə dair məlumatların öyrədilməsi, ədəbiyyatdan sinifdənxaric və məktəbdənkənar işlərin təşkili, ədəbiyyat dərslik komplektləri ilə işləmək bacarığı, nitq inkişafı işlərinin təşkili məsələlərini nəzərdən keçirəcəksiniz

Ə dəbiyyat tədrisinin təşkilinə verilən tələblər

Ədəbiyyatın tədrisi qarşısına qoyulan tələblər zaman dəyişdikcə yeniləşmişdir. Dövrün tələbi bu işin məzmununun yeniləşməsinə, tərkibinin dəyişməsinə səbəb olmuşdur. Məsələyə bu yönümdən yanaşsaq, 1991-ci ildə C. Əhmədovun vəsaitində [2] əksini tapan ümummetodik tələbləri diqqətinizə çatdırmaq istəyirik:

1. Qarşıya qoyulan məqsədə çatmaq üçün dəqiqlik və məqsəd aydınlığı;
2. Dərsin özündən əvvəlki və sonrakı məşğələlərlə əlaqəsi;
3. Dərsdə təlimlə tərbiyənin vəhdətinin gözlənilməsi;
4. Dərsin bütün mərhələlərində şagirdlərin fəallığının təmin olunması;
5. Şagirdlərin əmək intizamının təmin olunması;
6. Dərsdə vaxtdan maksimum səmərəli istifadə;
7. Dərsin zəruri vəsaitlə təmin olunması;
8. Dərsin faydalı yekunlarla nəticələnməsi.

Burada əksini tapan məsələlər sovetlər dönəminin tələbləri ruhunda tərtib olunsa da, öz aktuallığını qoruyur və bugünkü dərslərimiz üçün hələ də keçərlidir, amma yetərli deyil. Bunun üçün verilən tələblərə təkrar baxmaqla təsəvvürünüzdə canlanan məsələləri uzlaşdırsanız kifayət edər.

Müəllim hazırlığı ilə 95 ildən çox məşğul olan doğma universitetimizin metodika sahəsində də öz zəngin ənənəsi və təcrübəsi olmuşdur. O, bu sahədə respublikamızın yeganə baş aparıcı müəssisəsi sayılmışdır. Ona görə də universitetimizin ədəbiyyat tədrisi metodikası proqramında verilən tələblərə də diqqəti ayrıca cəlb etmək istərdik. Tələbə və müəllimlərimizin müəyyən dövrə qədər istifadəsində olan 2005-ci il proqramında [3] oxuyuruq:

1. Ədəbiyyatın tədrisi prosesində şagirdlərə vətənpərvərlik tərbiyəsinin aşılanması müasir dövrün əsas problemi kimi;

2. Ədəbi parçaların tədrisini humanistləşdirmək müasir dərsin aktual bir keyfiyyəti kim;
3. Bədii materialın öyrədilməsində yazıçı ideyasının düzgün qiymətləndirilməsi;

4. Dərsin intensivləşdirilməsi. Akademik dərs saatının hər bir mərhələsindən maksimum dərəcədə səmərəli istifadə edilməsi;

5. Tədris materiallarının öyrədilməsində təlimin texniki vasitələrindən istifadə edilməsi;
6. Tədris prosesində fəndaxili və yaxın fənlər arasında əlaqənin ön plana çəkilməsi;
7. Ədəbiyyat dərslərində şagirdləri müstəqil fəaliyyətə alışdırmaq.

Nəzərə alsaq ki, bu proqram tərtib olunanda hələ ədəbiyyat kursu yenilənməmişdi, onda yuxarıdakı tələblərin dövrümüz üçün nə qədər aktual olduğunu aydın şəkildə görə bilərik. Amma bunları da yetərli saymaq olmaz.

Ədəbiyyat tədrisinin təhsil islahatı tələblərinə uyğunlaşdırılması bu gün ən vacib məsələlərdən biridir. Təsadüfi deyildir ki, orta məktəbin ədəbiyyat kursu artıq yenilənməni başa vurmaq üzrədir. Yeni kurs yeni tələblər ruhunda fəaliyyət göstərməkdədir. Həmin tələblər içərisində müasir təlim texnologiyalarının, elektron resursların tədris prosesinə gətirilməsi, dərslərdə fəal(interaktiv) təlim texnologiyasından istifadə, əyani vasitələrdən, internetdən, multimedianın imkanlarından istifadə yolu ilə tədrisin keyfiyyətinin yük­səldilməsi, təlim prosesində şagirdə münasibətin dəyişməsi, müəllimin bələdçi, şagirdin isə tədqiqatçı olması, yaddaş amilindən düşüncə amilinə keçilməsi, dialoqun geniş tətbiqi, nəticəyönümlü və şəxsiyyətyönümlü təhsilin həyata keçirilməsi və s. bir vəzifə kimi qarşıda durur.

Ədəbiyyat tədrisinin keyfiyyətinin yüksəldilməsində kadrların əvəzedilməz rolunu xüsusi ilə vurğulamaq istərdik. Gələcəyin ədəbiyyat müəllimi nələrdən xəbərdar olmalıdır sualına çoxlu və fərqli cavablar vermək mümkündür. Burada onun ixtisasını mükəmməl bilməsi ilə yanaşı şəxsi keyfiyyətlərinə, səriştəsinə qədər hər bir şeyi nəzərdə tutmaq olar. Biz təxmini olaraq onları aşağıdakı kimi qruplaşdırmaq qərarına gəldik. Belə hesab etdik ki, gənc ədəbiyyat müəllimi aşağıdakı məsələlərdən kifayət qədər məlumatı olmalı, müvafiq bilik və bacarıqlara yiyələnməlidir:

1. Təhsil haqqındakı rəsmi sənədlərin ondan nə istədiyini(yəni məzmununu),

2. Ümumi təhsil məktəblərində ədəbiyyatın tədrisi yollarını, məqsəd və vəzifələrini, tədris prosesinin planlaşdırılmasını, təşkilini və qiymətləndirilməsini, metodik qaydaları, üsul və vasitələri, onları praktik olaraq istifadə etməyi,

3. Ədəbiyyat dərslik komplekti ilə işləmək bacarıqlarına yiyələndiyini nümayiş etdirməyi,

4. Ən vacib, zəruri, müasir tələblərə cavab verən elmi-nəzəri, pedaqoji-psixoloji və metodik bilikləri,

5. İnternet resurslarından səmərəli istifadə etməyi,
6. Təqdimatlar, tədqiqatlar aparmaq, özünü inkişaf, özünü təkmilləşdirmək qaydalarını,

7. Müəllim üçün ən zəruri təşkilati, idarəetmə və ünsiyyət bacarıqlarına yiyələndiyini nümayiş etdirməyi və s.

Ədəbiyyatın tədrisi metodikası fənni gələcəyin ədəbiyyat müəllimlərində yuxarıda adı tutulan keyfiyyətlərin, bilik və bacarıqların olmasını hədəf götürməlidir. Dövlətin təhsil siyasətini bilmədən, şagirdlərlə, dərsliklərlə işləmək bacarığına sahib olmadan, tədris prosesini təşkil etmək, planlaşdırmaq, idarə etmək, qiymətləndirmə və monitorinq aparmaq, sənətinin sirlərinə yiyələnmədən, yüksək vətəndaşlıq keyfiyyətlərinə, sənət sevgisinə sahib olmadan gələcəyin yaxşı ədəbiyyat müəllimi olmaq mümkün deyil.

Hər bir ədəbiyyat müəllimi dövlətin onun qarşısında nə kimi vəzifələr qoyduğunu, ondan nə tələb olunduğunu aydın şəkildə təsəvvür etməlidir.

Dərs keçməyə başlayan hər bir ədəbiyyat müəllimi məhz həmin vəzifələrin icrasına özünü hazır hesab etməlidir. Onun tədris etdiyi hər bir mövzunun arxasında bu rəsmi sənədlərin tələb etdiyi məsələlər dayanmalıdır. Bunun üçün də öncə “Təhsil haqqında” Azərbaycan Respub­likası Qanunu”nun aşağıdakı müddəalarını nəzərinizə çatdırırıq.

Maddə 4. Təhsilin əsas məqsədi (yəni təhsilimiz kimlərin yetişdirilməsinə xidmət göstərməlidir, fənlərimizin, mövzularımızın tədrisi zamanı biz hansı insanı yetişdirməliyik və bu insanda hansı keyfiyyətlər özünü göstərməlidir?):

4.0. Azərbaycan Respublikasında təhsilin əsas məqsədi aşağıdakılardır:

4.0.1. Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək;

4.0.2. milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəxəssis-kadrlar hazırlamaq;

4.0.3. sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini və ixtisasın daim artırılmasını təmin etmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq.

Bəs ümumi təhsil qarşısına qoyulan vəzifələr nədən ibarətdir? Yenə də hamin Qanunun aşağıdakı müddəaların nəzər salmaq lazımdır:

19.1. Ümumi təhsil təhsilalanlara elmlərin ümumi əsaslarının öyrədilməsini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, onların həyata və əmək fəaliyyətinə hazırlanmasını təmin edir.

19.2. Ümumi təhsil təhsilalanların fiziki və intellektual inkişafina, zəruri biliklərə yiyələnməsinə, onlarda sağlam həyat tərzinə və sivil dəyərlərə əsaslanan vətəndaş təfəkkürünün formalaşmasına, milli və dünyəvi dəyərlərə hörmət hissinin aşılanmasına, ailə, cəmiyyət, dövlət və ətraf mühit qarşısında hüquq və vəzifələrinin müəyyən edilməsinə imkan yaradır.

Ümumi təhsil müəssisələrin güddüyü əsas məqsəd nədir sualına da yenə həmin sənədin aşağıdakı bəndlərində cavab verilir. Hər bir fənn müəllimi, eləcə də ədəbiyyat müəllimi öz fəaliyyətində burdakı tələbləri əldə rəhbər tutmalıdır. Unutmayaq ki, orta məktəb dərslikləri yaradılanda da məhz həmin tələbələrin həyata keçirilməsi bir zərurət kimi qarşıya qoyulur. Biz aşağıda həm ümumi orta təhsil(V-IX siniflər), həm də tam orta təhsil(X-XI siniflər) üzrə təlim məqsədlərini təqdim edirik:

19.13. Ümumi orta təhsilin məqsədi təhsilalanların şifahi nitq və yazı mədəniyyətinin, ünsiyyət bacarığının, idrak fəallığının və məntiqi təfəkkürünün inkişafını, təhsil proqramına daxil olan fənlər üzrə və eləcə də dünya sivilizasiyasının inkişafı haqqında müvafiq bilik və təsəvvürlərinin formalaşdırılmasını, müasir informasiya-kommunikasiya vasitələrindən istifadə etmək qabiliyyətini, hadisələri qiymətləndirmək və öz gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirmək bacarığını təmin etməkdən ibarətdir.

19.17. Tam orta təhsil səviyyəsində təhsilalanların istedad və qabiliyyətinin reallaşdırılması, müstəqil həyata və peşə seçiminə hazırlanması, fəal vətəndaş mövqeyinin, milli və ümumbəşəri dəyərlərə, insan hüquqlarına və azadlıqlarına hörmət hissinin və tolerantlığın formalaşdırılması, müasir informasiya-kommunikasiya teхnоlоgiyalarından və digər texniki vasitələrdən sərbəst istifadə etməsi, iqtisadi biliklərin əsaslarına yiyələnməsi, xarici dillərdən birində, yaxud bir neçəsində ünsiyyət saxlaması və s. təmin olunur.

Dərslik komplektləri yaradılanda Qanunun bu tələbləri ilə yanaşı onun məzmununu əldə rəhbər tutan “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları(kurikulumları)” sənədinin müddəaları da nəzərə alınmalıdır. Həmin sənədin ümumi təlim nəticələri(9-cu bölmədə verilir və səviyyələr üzrə – ibtidai (I-IV siniflər), ümumi orta (V-IX siniflər) və tam orta (X-XI siniflər – təqdim olunur) və fənlər üzrə məzmun standartları(10-cu bölmə) ümumi təhsilin səviyyələri üzrə əldə olunacaq bilik və bacarıqları əks etdirməklə orta məktəb dərsliklərində nələrin güdüləcəyinə dair zəruri istiqamət verir. Siz əvvəlki bölmədə həmin sənədin məzmunu ilə tanış edildiniz. Yaxşı olardı ki, indi ümumi təlim nəticələri(9-cu bölmə) və məzmun standartlarında(10-cu bölmə) əksini tapan məzmunla Qanunundakı müddəaların bir-biri ilə necə uzlaşdığına diqqət yetirəsiniz. Hər bir gənc ədəbiyyat müəllimi onun qarşısında duran vəzifələrin nədən ibarət olduğunu, bu vəzifələrin haradan qaynaqlandığını bilməlidir. Biz burada diqqəti yenidən “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulum­la­­rı)” sənədindəki bir məsələyə cəlb etmək istərdik. Bu da təlim prosesinin təşkilində əldə əsas götürüləcək prinsiplərdir. İş prosesində bu tələblər mütləq yerinə yetirilməlidir. Həmin sənəddən oxuyuruq:

Pedaqoji proses əvvəlcədən müəyyən olunmuş nəticələri əldə etmək üçün müəllimlərin əlaqələndirici, istiqamətverici, məsləhətçi, şagirdlərin isə tədqiqatçı, təcrübəçi, yaradıcı subyektlər kimi qarşılıqlı əməkdaşlıq fəaliyyətləri əsasında aşağıdakı prinsiplər nəzərə alınmaqla qurulur:

pedaqoji prosesin tamlığı — pedaqoji prosesdə təlimin məqsədləri kompleks şəkildə (inkişafetdirici, öyrədici, tərbiyəedici) həyata keçirilir, real nəticələrlə yekunlaşan müəllim və şagird fəaliyyətini əhatə edir;

təlimdə bərabər imkanların yaradılması — bütün şagirdlərə eyni təlim şəraiti yaradılır və pedaqoji proses onların potensial imkanları nəzərə alınmaqla tənzimlənir;

şagirdyönümlülük — şagird pedaqoji prosesin mərkəzində dayanır. Bütün tədris və təlim işi şagirdlərin maraq və tələbatlarının ödənilməsinə, onların istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişafına yönəldilir;

inkişafyönümlülük — şagirdlərin əqli fəallığı izlənilir, nailiyyətləri təhlil edilir, bilik, bacarıq və vərdişlərinin inkişaf səviyyəsi tənzimlənir;

fəaliyyətin stimullaşdırılması — pedaqoji prosesin səmərəli və effektiv qurulması, şagirdlərin təlimə marağının artırılması üçün onların fəaliyyətindəki bütün irəliləyişlər qeyd olunur və dəyərləndirilir, nəticə etibarilə şagirdlərin daha uğurlu təlim nəticələrinə istiqamətləndirilməsi təmin olunur;

dəstəkləyici mühitin yaradılması — pedaqoji prosesin münasib maddi-texniki baza əsasında və sağlam mənəvi-psixoloji mühitdə təşkil edilməsi keyfiyyətin və səmərəliliyin yüksəldilməsi üçün əlverişli və təhlükəsiz təlim şəraiti yaradır.

Buradakı prinsiplər ədəbiyyat müəlliminin peşə fəaliyyətində bir açar rolunu oynamalıdır. Onların məğzinə dair qısa şərhlərimizi verək. Hər bir ədəbiyyat dərsində təlim-tərbiyə-inkişaf məqsədləri dəqiq şəkildə müəyyən olunmalı və onun icrası nail olunmalıdır. Təlimin bütün iştirakçıları üçün bərabər iş şəraiti yaradılmalıdır. Hər bir şagirdin dərslərdə fəal iştirakı, fikir söyləmək, münasibət bildirmək hüququ təmin olunmalıdır. Bir şagirdlə deyil, bütün siniflə birlikdə işləmək, onları dinləmək, dərsə cəlb etmək vacibdir. Bir şagird başqa birindən heç bir vəchlə üstün tutula bilməz. Dərs prosesi şagirdin maraq, tələbat və mənəvi ehtiyaclarının yüksək səviyyədə ödənilməsinə xidmət göstərməli, şagirdin inkişafı(intellektual, psixi, etik, estetik, mənəvi və s.) izlənilməli və daim diqqətdə saxlanılmalıdır.

1. Ədəbiyyat tədrisi qarşısına qoyulan tələbləri yenidən nəzərdən keçirin. Onlara sərbəst münasibət bildirin.

2. Həmin təsnifata nələri əlavə edərdiniz?
3. Proqram və ali məktəb dərsliyində irəli sürülən həmin tələbləri ümumiləşdirməyə çalışın.
4. Rəsmi sənədlər təhsilin məzmunu ilə bağlı nələri ifadə edir?
5. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu” sizə nə kimi məlumatları təqdim etdi?
6. Bu məlumatların sizin gələcək müəllimlik fəaliyyətinizlə bağlı nə kimi əlaqələri vardır?
7. Təlim prosesinin təşkili prinsiplərinə nələr daxildir?

[1] Strategiya – hədəfi, ona çatmaq üçün ən səmərəli yolu və bu yolda istifadə olunan üsul və vasitələrin cəmini əhatə edir.

[2] Bax: Əhmədov C. Ədəbiyyat tədrisi metodikası. Bakı: 1991, səh.181-186.

[3] Bax: Pedaqoji universitet və institutlarda bakalavr hazırlığı üçün proqram. Ədəbiyyat tədrisi metodikası. Bakı: 2005, səh. 7-8.

V-XI siniflərdə Tarixin tədrisi metodikası

Məhşur filosofdan soruşanda ki,metod nədir? Cavabında deyir: ”Medod qaranlıqda gedərkən yandırdığın fənərdir”.

Müəllim neçə il dərs deyirsə-desin,bütün bu müddət ərzində onun özü də öyrənməkdə davam edir;qədim latın məsəlində deyilir: ”Nə qədər ki, öyrədirik, özümüz də öyrənirik”. Müəllim təkcə elmin inkişafını izləmir,həm də öz fənnini tədris etməyi öyrənir. O, başqa müəllimlərin təcrübəsində, metodik ədəbiyyatda çətin materialı izah etmək üçün maraqlı üsullar, orijinal dərs quruluşu, dərsdə problem situasiyalar yaratmağa kömək edən suallar və s.tapır. Lakin ağıllı, düşüncəli və müşahidəçi müəllim hər şeydən əvvəl daha çox öz dərslərində öyrənir. Müəllim şagirdlərinin cavablarına, suallarına, onların gözlərindəki xüsusi canlanmaya əsasən gördükdə ki, onun gətirdiyi aydın fakt, iki tarixi hadisənin, şəklin müqayisəsi materialı tez və dərindən izah etməkdə sinifə kömək etmişdir, şagirdlərdə canlı maraq oyatmışdır, özündən dərin razılıq hissi keçirir. Müəllim praktikada özünü doğrultmuş iş üsullarını və materialı öz “ metodiki silahları” ehtiyatına daxil edir.Təcrübəli müəllimlərdə olduqca çoxlu miqdarda belə müşahidələr və təcrübədə özünü doğrultmuş üsullar toplanır. Bunların sayı artdıqca müəllimin də metodiki ustalığı, məharəti artır.

Tarix müəllimlərinin yaradıcılıq işi öz əksini metodiki ədəbiyyatda və tədris ədəbiyyatlarında(metodik ədəbiyyat dedikdə, müəllimə kömək üçün buraxılan kitab və məqalələr; tədris ədəbiyyatı dedikdə, şagirdlərin təlim prosesində bilavasitə işləməsi üçün olan kitabçalar, iş dəftərləri və s. başa düşülür) tapır.

Tarixin tədrisi metodikasını elmi biliyin bir sahəsi kimi qəbul etmək və ya qəbul etməmək, eləcə də bu sahəni müəyyən etmək üçün biz nəzərdən keçirməliyik ki, metodikadan ictimai-faydalı məqsədlər üçün necə istifadə etmək olar.Təlimin məqsədlərinə verilən pedoqoji tələblər bunlardır:1) Məqsədlər yetişməkdə olan nəsillərin təhsili, tərbiyəsi və inkişafı üçün mühüm olmalıdır.2) Məqsədlər tarixin məktəb kursunun öz məzmunundan irəli gəlməlidir.3) Məqsədlər şagirdlərin gücünə müvafiq olmalıdır.4) Müxtəlif inkişafa və qabiliyyətə malik olan məktəblilərin məqsədlərini fərdiləşdirmək lazımdır.

Tədrisə dair şəxsi və kollektiv təcrübənin toplanması, onun mübadiləsi, ondan istifadə edilməsi ona görə mümkündür ki, müxtəlif siniflərdə və məktəblərdə bir tərəfdən məzmun ilə təlim üsulları, digər tərəfdən onun təhsil-tərbiyə nəticələri arasında ümumi asılılıq meydana çıxır: metodik cəhətdən bir qaydada tədris edilən eyni bir material təxminən eyni inkişaf səviyyəsində olan məktəblilər tərəfindən az-çox eyni səviyyədə mənimsənilir və onlara nisbətən analoji təsir bağışlayır. Əllbəttə, eyni bir məzmun, eyni üsullar heç də həmişə eyni təhsil – tərbiyəvi nəticələrə gətirib çıxarmır. Dərsin gedişinə və nəticəsinə hətta dərs keçilən gündə müəllimin fiziki, maddi vəziyyəti və şagirdlərin də o cür vəziyyəti, yorğunluğu, həm də həyacanı təsir göstərir.Təcrübəli müəllim bu şərtlərin də təsirini nəzərə almağa çalışmalıdır.Tarixin təliminin səmərəliliyinin şərtlərindən biri onun məqsədlərinin dəqiq surətdə müəyyən edilməsindən ibarətdir.Təlim prosesində həm bir neçə dərsi irəlicədən nəzərdə tutan nisbətən uzaq məqsədlər( məsələn, şagirdlərdə bütövlükdə ictimai-iqtisadi formasiya haqqında anlayışların təşəkkülü), həm də daha xüsusi məqsədlər (yaxın dərs üçün və yaxud hətta onun bir hissəsi üçün) nəzərdə tutulur.Təhsil məqsədləri ilə yanaşı şagirdlərin inkişafı, onlarda bacarıqların, hisslər tərbiyəsinin və s. təşəkkülü vəzifələri də qoyulur.Təlimin gedişində onun məqsədləri nəticələrinin əldə edilməsi ilə bilavasitə əlaqədə daim inkişaf edir. Bir məqsəd əldə edildikdə yeni, daha mürəkkəb məqsədlər irəli gəlir ki, bu da təlimdə bir yerdə donub qalmağa imkan vermir.Məqsədlər təlimin ümumi vəzifələrinə nə qədər tam cavab versə, onlar nə qədər konkret qoyulsa, müəllim və şagirdlər tərəfindən(madam ki, bu mümkündür), nə qədər dərin düşünülsə, fənnin təlimi məzmunca ideyalı, metodlarına görə isə məqsədli və çevik olar.

Tarixin təliminə qiymət verilməsinin meyarı əldə edilən nəticələrdən-şagirdlərin qazandıqları bilik, bacarıq və vərdişlərin keyfiyyəti və həcmindən, əxlaqi keyfiyyətlərin tərbiyəsindən, maraqların oyanmasından, şagirdlərin ümumi inkişafından ibarətdir.Tədrisdə olan səhvlərin ən çoxu belə bir müddəadan irəli gəlir ki, guya şagird hər şeyi müəllimin ona söylədiyi və göstərdiyi kimi və ya kitabda şərh edildiyi kimi mənimsəyir. Bu heç də belə deyil. Əgər belə olsaydı, materialın şagirdlərə hansı vasitələrlə çatdırılmasının heç bir fərqi olmazdı. Şagirdin başı sandıqça deyil ki, ona hazır bilik, bacarıq və vərdiş yığmaq olsun. Müasir dövrün şagirdləri informasiyanı yenidən işləyib hazırlamağı bacarırlar. Mənimsənilən materialın həcmi,mənimsəmənin möhkəmliyi və dərinliyi, tərbiyəvi təsirinin gücü nəticə etibarı ilə təlim prosesində şagirdlərin tədris fəaliyyətinin xarakterindən və intensivliyindən, təəssüratın parlaqlığı və emosionallığından, şagirdlərin tarixi faktları yaşamasından, fikri işin faydalılığından, əvvəllər mənimsənilmiş biliklərin aktuallaşdırılmasından asılıdır. Məktəbli təlim prosesində passiv dinləyici və tamaşaçı yox, prosesin fəal iştirakçısı olduqda faydalılıq artır. Məktəblilərin tədris fəaliyyətinə təlim prosesinin təşkilatçısi və rəhbəri olan müəllim başçılıq edir. Məktəbli hətta müəllimin tapşırıqlarını və məsləhətlərini müstəqil surətdə yerinə yetirdikdə də təlim prosesinə müəllimin rəhbərliyi həyata keçirilir. Materialın başa düşülməsi onun şərh edilməsi priyomlarından çox asılıdır; müəllim şifahi izah edərkən məktəblilərin az başa düşdüyü material, əyanilikdən istifadə edildikdə daha yaxşı mənimsənilir. Eləcə də bu və ya digər təlim priyomunun təsirliyi öyrənilən materialdan, təlimin məqsədlərindən, şagirdlərin hazırlıq dərəcəsindən, yəni inkişafından, maraqlarından, bacarıqlarından və s. asılıdır. Metodika aşağıdaki suallara cavab verməyi bacarmalıdır.1) nə üçün öyrətməli? (təlimin məqsədi);2) nəyi öyrətməli?(təlimin məzmunu);3) necə öyrətməli?, yəni məktəblinin tədris fəaliyyətini necə təşkil etməli(tədrisin metod və priyomları və dərs vəsaitləri). Bu zaman bir sual da meydana çıxır-tarix müəllimlərini necə hazırlamalı? Sual tarix tədrisinin məktəb prosesinin öyrənilməsindən kənara çıxsa da vacib və düşündürücüdür.

Metodika-təlim prosesini bir tədris fənninə tətbiq edərək tədqiq edir. Metodika dərs prosesinin bütün halları üçün hazır reseptlər vermək vəzifəsini güdmür. Metodika daha da inkişaf etdikcə, müəllimi təlim prosesinin qanunauyğunluqları haqqında biliklə və priyomlarla təhciz edərək, müəllimin metodiki ustalığı üçün daha əlverişli şərait yaradır və yaradacaqdır. Əgər sual versələr ki, pedaqogikada əsas cəhət nədir? Cavab vermək olar;”Uşaqların xoşbəxtliyi naminə yaşamaq. Şərəfli və məsuliyyətli müəllimlik vəzifəsi bundadır” (V.A.Syxomlinski). ”Vətəni özünə doğma bilən insanlar tərbiyə etməyi bacarırıqsa, gələcəyimizi təmin etmişik”. Məhəmməd Peyğəmbərin belə bir kəlamı var: “Elmin bəlası unutmaqdır, elmi tələf etmək isə onu ləyaqətsiz adama tapşırmaqdır”.

Dərslərdə fərdiləşdirmə geridə qalan şagirdlərin təfəkkür və nitqinin inkişafına istiqamət verməkdə, eləcə də tarixə xüsusi maraq göstərən istedadlı şagirdlərin təlabatını təmin etməkdə özünü göstərə bilər.Tarixin tədrisi prosesində digər fənlərlə əlaqə yaddan çıxmamalıdır. Fənlərarası əlaqələr (inteqrasiya) aşagadıdakılardan ibarətdir: a) digər fənlərin tədrisində qazanılmış biliklərə, bacarığa və vərdişlərə istinad edilməsindən; b) şagirdlərin təfəkkür və nitqinin bütün tədris fənləri üçün ümumi olan inkişafından.

V-VI siniflərdə tarixin təlimi şagirdləri tarixdəki hadisələrin elementar şəkildə başa düşülməsinə gətirib çıxarır və onlarda tarixi inkişafın ibtidai şəkildə anlaşılmasının əsasını qoyur. Bu siniflərdə tarixi biliklərin tərbiyəvi təsiri onların şərhinin inandırıcılığından və emosionallığından çox asılıdır.Tarixin təlimində digər bir məsul vəzifə də bundan ibarətdir ki, tarixi hadisələrə verilən qiymətləri və çıxarılan nəticələri məktəblilər üçün inandırıcı etmək lazımdır. Şagirlər üçün həqiqət kimi qəbul etdikləri ümumi müddəalar deyil, fəal təfəkkür və hisslər nəticəsində onların gəlib çıxdıqları nəticələr daha inandırıcı olur. Qədim dünya və orta əsrlərə dair biliklər şagirdlərdə faktlara qarşı şəxsi münasibət aşılanması, şagirdlərin tarixi sevimli qəhrəmanların taleyi ilə yaşaması, həyacanlanması, zəhmətə sevgi, igidlik, vətənsevərlik, tolerantlıq, işğalçılara nifrət və digər əxlaqi xüsusiyyətlərin tərbiyəsi kimi, təlimin ən mühüm tərbiyəvi vəzifələrinin həlli üçün əsas şərtlərdən biridir.Tarixə dair biliklər şagirdlərdə cansız,gərəksiz bir şey kimi yatıb qalmamalı, yeni dərin və şüurlu biliklər qazanılmasına xidmət etməlidir.

Tarix təliminin konkret məqsədlərinin işlənib hazırlanma prinsiplərinə yığcam şəkildə yekun vuraq. Bu məqsədlərin hansılarının və nə dərəcədə həyata keçirilməsi aşağıdakı şərtlərdən asılıdır; a) kursun, fəslin, paraqrafın məzmunundan; b) şadirdlərin onu öyrənmək üçün hazırlanmasından-onların əqli inkişafından, onlarda olan bilik, bacarıq və vərdişlərdən; c) təlimdə istifadə oluna bilən vəsaitlərdən; ç) tarixin və digər fənlərin sonrakı təliminə şagirdlərin hazırlanmasında həmin materialın rolundan; d) kursun tədrisi üçün ayrılmış vaxtdan.

Tarixin təlimində fənlərarası və fəndaxili əlaqələrdən istifadə

«Ümumi Təhsilin Konsepsiyası (Milli Kurikulumu)» sənədi və onun əsasında hazırlanmaqda olan Azərbaycan tarixi kurikulumu fəndaxili və fənlərarası əlaqələrin geniş tətbiqini nəzərdə tutur. Ənənəvi təlimdə şagirdlərə faktlar toplusu verilir və onları əzbərləmək tələb olunur. Nəticədə isə şagirdlər həyatda onlara lazım olmayan … Oxumağa davam et →

AXTAR

BÖLMƏLƏR

  • Arxivşünaslıq
  • Azərbaycan Neft Strategiyası
  • E-maqazin və E-lan 🙂
  • Elektron kitabxana
  • Etnoqrafiya
  • Fəlsəfə
  • Gündəlik məqalə
  • Kitab oxu
  • Maraqli məlumatlar
  • Psixologiya
  • Referatlar
  • Tarix
  • Xaricdə Təhsil
  • İslam dini və İslam tarixi

TƏQVİM

Mart 2023

BE ÇA Ç CA C Ş B
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31

SON YAZILARIM

  • Facebook Səhifə – DİQQƏT.
  • www.virtorek.az – Yeni elan sayti artıq istifadəyə verildi
  • Azərbaycanda ailə ənənələri: milli və etnik əlamətlərə tarixi-etnoqrafik müstəvidə baxış. Etnoqrafik ailə-nigah terminləri. – II Hissə
  • Azərbaycanda ailə ənənələri: milli və etnik əlamətlərə tarixi-etnoqrafik müstəvidə baxış. Etnoqrafik ailə-nigah terminləri. – I Hissə
  • Gənc ailələr üçün göstərişlər

ARXİV

ƏN ÇOX OXUNAN

  • Heç biri

Comments are closed, but trackbacks and pingbacks are open.