Press "Enter" to skip to content

CÜMHURİYYƏT FƏDAİLƏRİ HAQQINDA KİTAB

Rəhman Salmanlının əksər yazılarında bir maraqlı situasiya da izlənilir. O da bundan ibarətdir ki, müəllif hansı istiqlal mücahidi haqqında söz açırsa, onların övladlarını da unutmur. Məsələn, Rəhman Salmanlının xüsusi rəğbət bəslədiyi və ömür yolundan kitab yaxdığı Vəli Xuluflunun ocağının yadigarları, onların hal-hazırda fəaliyyəti, Xuluflu nəfəsini, Xuluflu irsini yaşatdıqları fotoşəkillərlə təqdim olunur.Xəlil İbrahim ocağının yadigarları kimlərdir? Həyat yoldaşı Gülüstan canım (1905-1967), oğlu Elxan İbrahimov (1921-1981), qızları Solmaz İbrahimova və Gülarə İbrahimova (onların hər ikisi yaşayır, təqaüdçüdürlər)gElxan İbrahimovu mən də tanıyırdım, balacaboylu bir kişi idi. Tərcüməçi idi.

Qədir-Xum hədisi haqqında kitab yazan sünni mühəddislər

Qədir-Xum hədisi elə bir hədisidir ki, hər iki məzhəbin ən etibarlı, ən mötəbər mənbələrində geniş şəkildə yer almış, səhih sənədlərlə rəvayət olunmuşdur. Hər iki məzhəbin alimləri onun mütəvatir olduğunda ittifaq etmiş və haqqında kitablar yazmışlar. Mövzu haqqında ən yaxşı kitablardan biri və bəlkədə ən mükəmməli Əllamə Əmini (r.ə)-a aiddir. Bu yaxınlarda Əllamə Əmini (r.ə)-ın kitabını araşdırarkən kitabın “yazıçıların Qədir hədisinə verdiyi əhəmiyyət” hissəsində Əllamə (r.ə)-ın bu hədis haqqında kitab yazan 25 əhli sünnə aliminin adını verdiyini gördüm. Bu 25 alimdən ən məşhur olanlarını və onların bu kitabları yazmış olduğunu deyən əhli sünnə mənbələrindən çatıb, şəkillərini ala bildiklərimi sizlərlə bölüşəcəyəm. Bizlər Əllamə Əmini (r.ə)-a güvəndiyimiz üçün o 25 alimin bu mövzuda kitablar yazdığına inanırıq. Amma sünnilər bir rafizinin (!) sözünə inanmazlar deyə düşündüyümüz üçün o 25 alimdən bəzilərini çatdırırıq. Çünki bu alimlərin Qədir-Xum hədisi haqqında kitab yazdıqlarını deyən əhli sünnə qaynaqlarına çatmış və rəsmlərini çəkmişik. İndi inşəallah onları sizlərlə bölüşəcəyik. İlk öncə məsələ haqqında kitab yazan Əhli sünnə aliminin adını, daha sonra Onun belə bir kitab yazmış olduğunu təsdiq edən mənbələri çatdıracağıq.

1) İbn Cərir ət-Təbəri: Əhli sünnə nəzdində böyük alimdir, tarix və təfsir alimidir. Yaşadığı dövrdə öz məzhəbi var idi və təqlid edilirdi, məzhəbi “Cəririyyə məzhəbi” adı ilə tanınır. Haqqında çox sözə ehtiyac görmür və sadəcə link qoymaq ilə kifayətlənirik: İbn Cərir ət-Təbəri

Qədir-Xum haqqında 2 cildlik “əl-Vilayətu fi-Turuki Hədisil-Qədir” adlı bir kitab və “Tayr” hədisi haqqında da bir kitab yazmışdır. Əhli sünnə rical alimi Zəhəbi Təbərinin bioqrafiyasında bu barədə deyir ki:

Şəkildə gördüyünüz Zəhəbinin “Təzkirət əl-Xuffaz” adlı kitabıdır, işarələnmiş yerdə bu ifadələr var:

ولما بلغه ان ابن أبي داود تكلم في حديث غدير خم عمل كتاب الفضائل وتكلم على تصحيح الحديث. قلت: رأيت مجلدا من طرق الحديث لابن جرير فاندهشت له ولكثرة تلك الطرق
İbn Əbu Davudun Qədir hədisi haqqındakı çıxışı Təbəriyə çatanda “Fəzail” kitabını yazıb Qədir hədisinin səhihliyi haqqında çıxış etdi. Mən İbn Cəririn bu hədisin sənədləri haqqında bir kitab yazdığını gördüm və hədisi bir çox yollarla rəvayət etdiyinə görə çaşıb qaldım.

Digər bir əhli sünnə tarix, hədis və təfsir alimi ibn Kəsir “əl-Bidayə vən- Nihayə”, 11/146da Təbərinin belə bir kitab yazdığını təsdiq etmişdir. Həmçinin ibn Kəsir “əl-Bidayə vən- Nihayə” adlı tarix kitabında Təbərinin bu kitabından hədislər rəvayət edir. Məsələn, bir nümunə verək:

وقال أبو جعفر بن جرير الطبري في الجزء الأول من كتاب “غدير خم” -قال شيخنا أبو عبد الله الذهبي: وجدته في نسخة مكتوبة عن ابن جرير
Və Əbu Cəfər ibn Cərir ət-Təbəri “Qədir-Xum” kitabının -şeyximiz Əbu Abdullah –Zəhəbi “kitabın ibn Cəririn əl yazısı ilə nüsxəsi məndə mövcuddur” demişdir- birinci cildində dedi ki: (burada Qədir-Xum hədisini söyləyir)

Bizim alimlərimizdən Şeyx ət-Taifə Tusi (r.ə)-da “Fihrist” kitabında Təbərinin bioqrafiyasında belə deyir:

محمد بن جرير الطبري يكنى أبا جعفر، صاحب التاريخ عامي المذهب، له كتاب غدير خم و شرح أمره تصنيفه، أخبرنا به أحمد بن عبدون عن أبي بكر الدوري عن ابن كامل عنه
Məhəmməd b. Cərir ət-Təbəri, künyəsi Əbu Cəfər, Tarix (kitabının) sahibidir, sünni məzhəbinə bağlıdır. Onun Qədir-Xum kitabını Əhməd b. Abdun, Əbu Bəkiri Durridən, o da İbn Kamildən nəql etmişdir.

2) Zəhəbi: Əhli sünnə hədis, tarix və rical elmində öndə gələn alimlərindən və nasibilərin nəzdində tərəddüdsüz höccət olan bir şəxsdir. Zəhəbi “Təzkirət əl-Xuffaz” adlı kitabında əhli sünnə alimi Hakim ən-Nişapurinin Tayr və Qədir-Xum hədislərini rəvayət etdiyini bildirdikdən sonra özü belə deyir:

Şəkildə gördüyünüz Zəhəbinin “Təzkirət əl-Xuffaz” adlı kitabıdır, işarələnmiş yerdə bu ifadələr var:

وأما حديث الطير فله طرق كثيرة جدا قد أفردتها بمصنف ومجموعها هو يوجب أن يكون الحديث له أصل . وأما حديث: من كنت مولاه. فله طرق جيدة وقد أفردت ذلك أيضا
“Tayr” hədisi, bizə müxtəlif səhih yollarla çatmışdır. Mən ayrı bir kitabda bunları bir araya topladım. Bu məcmuə bu hədisin kifayət qədər səhih olduğunu göstərir. “Mən kimin mövlasıysam Əli də onun mövlasıdır”. Hədisi də müxtəlif səhih yollarla bizə çatmışdır. Mən bu məsələdə də ayrı bir kitab yazmışam.

Zəhəbinin bu kitabı bu gün əlimizdədir, kitabı görmək üçün linkə daxil ola bilərsiniz: Zəhəbi, “Qədir hədisinin sənədləri haqqında risalə” .

CÜMHURİYYƏT FƏDAİLƏRİ HAQQINDA KİTAB

İstedadlı publisist Rəhman Salmanlının “İstiqlal mücahidləri” adlı çox dəyərli, xalqımızın XX əsr tarixinin bir çox qaranlıq səhifələrini işıqlandıran kitabı çapdan çıxıb. Doğrusu, bu kitab bir oxucu kimi mənə çox şeyi anlatdı. Kitabda Azərbaycan Gümhuriyyətinin yaranmasında fəal iştirak edən, milli dövlət quruculuğumuzun fəaliyyətində mühüm rol oynayan istiqlal mücahidlərindən söz açılır.Onların bəziləri bizə yaxşı tanışdır, onların keçdikləri ömür yolu, Azərbaycançılıq və Cümhuriyyət yolunda aramsız fəaliyyətləri haqqında az-çox məlumatımız var. Lakin bir publisist kimi Rəhman müəllim istər bizə məlum olan, istərsə də haqqında çox az məlumatımız olan o şəxsiyyətlərlə bağlı geniş informasiyalar təqdim edir.Bu vaxta qədər tədqiqatçıların nəzərdən qaçırdığı, ya az toxunduğu məsələlərə, onların ömür yolu ilə bağlı faktlara geniş yer verir. Nəticədə, Rəhman müəllimin təqdim etdiyi hər bir oçerk mükəmməl bir sənədli hekayə təsiri bağışlayır.

Kitabda ilk oçerk Cavad Axundov haqqındadır. Məlum olur ki, onun babası Axund Əli Turab Axundzadə Qafqazda böyük nüfuz sahibi, məşhur din xadimlərindən olub. Bu insan öz zəmanəsinin maarifpərvər bir şəxsiyyəti idi, böyük mesenat Hacı Zeynalabdin Tağıyevlə dost idi. Onun vəfat edəndə Hacı Zeynalabdin Tağıyevin məzarının ayaq ucunda dəfn etmişlər. Cavad Axundov da babasına layiq bir şəxsiyyət olmuş, həyatını Azərbaycançılıq idealına həsr etmişdir.O, hələ repressiyaların tam tüğyan etmədiyi 1927-ci ildə, özü də yeni il axşamı ən ağır cəzaya-güllələnməyə məhkum edilib.Təbii ki, oçerkdə Cavad Axundovun tutulmasının səbəbləri də açıqlanır.

Rəhman Salmanlının kitabında Hacıbaba Cəbiyevin, Qaranpapaq Məhəmmədin, Hüsaməddin Tuğacın, Abuzər bəy Rzayevin, Cahangir Ağazadənin, Hacı Rəhim Bayramovun, İsfəndiyar bəy Bədirbəylinin, Ələsgər Şahbazovun -yəni həyat və fəaliyyətləri bizə heç məlum olmayan yaxud ötəri bilinən istiqlal mücahidlərinin keçdikləri ömür yolu ilə tanış oluruq.

Bu oçerklərdən birinin qəhrəmanı-Qazanpapaq Məhəmmədin həyatı o qədər maraqlı və dramatikdir ki, belə bir insanın indiyə qədər bədii ədəbiyyatın qəhrəmanına çevrilməməsi səni təəccüğləndirir. Yaxud milli ordu quruculuğunun fəallarından olan Hüsaməddin TuğacgOnun həyatı da bir romanın mövzusu ola bilər.

Kitabda məni ən çox maraqlandıran oçerklərdən biri də XX əsrin əvvəllərində çoxlarının yaxşı tanıdığı xeyriyyəçi-həkim, publisist, dilçi Qarabəy Qarabəyov haqqındadır.Bəzi əsərlərdə adına cüzi də olsa rast gəldiyim, amma dolğun məlumata ehtiyac hiss etdiyim bu şəxsiyyət haqqında Rəhman müəllim çox geniş informasiya verir, demək olar ki, onun həyatının hər ilini, bu illərdə başına gələn əhvalatları, öz əqidəsindən, idealından dönməyən cəsarətli bir ziyalının ömür yolunu əks etdirir. Yaşadığı illərdə Azərbaycan ən məşhur ziyalıları, ədibləri ilə yaxın ünsiyyətdə olan Qarabəy Qarabəyov bir an belə dinclik bilməmiş, gah Bakıda, gah da ondan kənarda milli dövlətçilik mənafeyini inadla müdafiə etmişdir.Çox maraqlıdır ki, Qarabəy Qarabəyoviyirminci illərin əvvəllərində Nərimanovun rəsmi göstərişi ilə Moskvadakı Kreml xəstəxanasında həkim olmuş, hətta o zaman xəstə yatan V.İ.Lenini də müayinə etmişdir.

Haqqında nisbətən az məlumatım olan bir şəxsiyyət haqqında da məhz bu kitab vasitəsilə geniş məlumat ala bildim.

Hüseyn Cavidlə bağlı bir kitabın redaktəsində mən Xəlil İbrahim adlı bir ədəbiyyatşünasın məqalələrini oxumuşdum. Lakin onun həyatı, ümumən yaradıcılığı bərədə heç nə bilmirdim. Rəman Salmanlı “Unudulmaz Xəlil İbrahim” yazısı ilə bu ehtiyacımı ödədi. Xəlil İbrahim 1937-ci il repressiya qurbanı olmuşdur. O, Şura inqilabından əvvəl Müsavağ partiyasının üzvü, onun Şuşa şəhər özəyinin katibi olmuşdur. O, Ü.Hacıbəyli, S.Hüseyn, S.Mənsur, F.Ağazadə kimi aparıcı ziyalılarla yaxın dost idi. Sovet dönəmində isə bir tənqidçi və ədəbiyyatşünas kimi fəaliyyət göstərirdi, ancaq təbii ki, daim təqib edilirdi. Azərbaycan teatrının və ədəbiyyatının fəal təbliğatçısı, 200-dən artıq məqalənin müəllifi olan Xəlil İbrahimin bütün bü xidmətləri nəzərə alınmadı, onu Müsavatın sıralarında olduğu və guya Şuşada əksinqilabi qiyam hazırlamaqda suçlandırıb həbs edirlər, 46 yaşında -Novruz bayramı günlərində (1938-ci ildə) Nargin adasında güllələyirlər.

Rəhman Salmanlının əksər yazılarında bir maraqlı situasiya da izlənilir. O da bundan ibarətdir ki, müəllif hansı istiqlal mücahidi haqqında söz açırsa, onların övladlarını da unutmur. Məsələn, Rəhman Salmanlının xüsusi rəğbət bəslədiyi və ömür yolundan kitab yaxdığı Vəli Xuluflunun ocağının yadigarları, onların hal-hazırda fəaliyyəti, Xuluflu nəfəsini, Xuluflu irsini yaşatdıqları fotoşəkillərlə təqdim olunur.Xəlil İbrahim ocağının yadigarları kimlərdir? Həyat yoldaşı Gülüstan canım (1905-1967), oğlu Elxan İbrahimov (1921-1981), qızları Solmaz İbrahimova və Gülarə İbrahimova (onların hər ikisi yaşayır, təqaüdçüdürlər)gElxan İbrahimovu mən də tanıyırdım, balacaboylu bir kişi idi. Tərcüməçi idi.

Repressiyaya məruz qalmış görkəmli sənətkarlardan biri də Hacı Kərim Sanılı idi. XX əsr Azərbaycan poeziyasında xüsusi yeri olan buş air-pedaqoq haqqında Ədəbiyyat tarixi kitablarında çox cüzi məlumatlara rast gəlirik. Mərhum ədəbiyyatşünas Məsud Əlioğlu onun yaradıcılığı haqqında gözəl bir məqalə də yazmışdır.

Lakin Hacı Kərim Sanılının mükəmməl bioqrafiyası, keçdiyi ömür yolu haqqında ilk dəfə Rəhman Salmanlının “Ölüm kamerasında “ürəyi dayanan” şair” adlı oçerk vasitəsi dolğun təsəvvür əldə etdim. R.Salmanlı onun müəllimlik fəaliyyəti haqqında geniş məlumat verir. O, Qori Müəllimlər Seminariyasının məzunu idi.

Ən böyük arzusu bu idi ki, doğulduğu Qazaxın Çaylı kəndində bir məktəb binası ucaltsın, orada dərs desin və çox çətinliklə buna da nail olur. O, “Difai” və “Müdafiə” təşkilatlarının fəaliyyətində də yaxından iştirak edib, maarifçiliklə yanaşı, ictimai-siyasi işlərdə də fəallıq göstərib. Hətta həbs olunub. Azərbaycanda milli hökumət qurulanda Xalq Cümhuriyyəti parlamentinə seçilmişdi. Sovet dövründə də qəzet və jurnallarda ədəbi yazıları ilə çıxış edirdi.Lakin həmişə o dövrkü qarayaxma tənqidin suçlanmalarına məruz qalırdı. Hacı Kərim Sanılın “Aran köçü”, “Namus davası”, “Trut qaçaqları” poemaları milli dəyərlərimizi, xüsusilə, xalqın etnoqrafik dünyasını əks etdirirdi. Amma di gəl ki, Hüseyn Cavidlə, Əhməd Cavadla bir sırada onu da amansız tənqid edir, köhnəliyi təbliğ etməkdə, guya keçmimşə qayıtmaqda günaşlandırırdılar.Və nəhayət, o da, ozü də qoca yaşında repressiya qurbanı olur.

Rəhman Salmanlı daha bir “!əksinqilabçı şair”i bizə yaxından tanıdır. Bu Əli Razi Şamçızadədir.O Şamçızadə ki, həm Şura inqilabından əvvəl, həm də Sovet dövründə qəzet və jurnallarda müxtəlif mövzuda şeirlərini, publisist məqalələrini çap etdirir, həm də bu qəzet və jurnallarda mücxtəlif vəzifələrdə çalışırdı.

Əsasən satirik şeirlər yazırdı. “O zaman dövrün böyük mütəfəkkiri Cəlil Məmmədquluzadə Əli Razinin satirik yaradıcılığına yüksək qiymət vermiş, “Molla Nəsrəddin”in bir çox nömrələri üçün Razinin satiraları mövzusunda rəssamlara karikaturalar çəkdirmişdir. “Molla Nəsrəddin” 1921-ci ildə Təbrizdə çap edilərkən Cəlil Məmmədquluzadə hətta orada da Razini soraqlayıb tapmış, onun əsərlərini jurnalında çap etdirmişdir”.

Bəs niyə tutulmuş, ittiham edilmiş və repressiya qurbanı olmuşdur?

R.Salmanlı yazır: “Şamçızadə Əli Razi Məşədi Yəhya oğlu 7 yanvar 1938-ci ildə Azərbaycan SSR Cinayət Məcəlləsinin 643, 70, 73-cü maddələri ilə təqsirli bilinərək Cəncə dairə Fövqəladə Üçlüyün qərarı ilə “1936-cı ildən əksinqilabim fəaliyyəti, terrorçuluq, diversiya (təxribatçılıq) ilə burjua-millətçi təşkilatın üzvü kimi, həmçinin silahlı üsyana-“Şəmkmr davası”na, Gəncə üsyanına, 1929-cu ildə Bakı-Tiflis-Zaqafqaziya dəmir yolunun Şəmkirçay üzərindəki körpünün partladılmasına hazırlıq görülməsində Sovet hökumətinə qarşı apardığı təbliğata görə güllələnməyə məhkum edilir”.

Rəhman Salmanlının “İstiqlal mücahidləri” kitabı, zənnimcə, Azərbaycan Xalq Cümhuriyyətinin fədapilərinə həsr olunan, bir çox mətləbləri işıqlandıran faydalı bir kitabdır və müəllifə arzumuz budur ki, bu yolda axtarışlarını davam etdirsin.

Cümhuriyyt haqqında kitab

Dini Qurumlarla İş üzrə Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə araşdırmaçı jurnalist-publisist Aida Eyvazlı Göytürkün 2016-cı ildə Aprel zəfərini qazanan qəhrəmanlarımıza həsr etdiyi ikicildlik “Qalibiyyət: şahidlər və şəhidlər ” kitabı yenidən işıq üzü görüb.

Modern.az-ın məlumatına görə, bu kitab Qələbəmizin ilk qaranquşları olan Aprel Şəhidlərimizə, Aprel Qalibiyyətinə həsr olunub. 2 cilddən ibarət kitabın 1-ci cildi 424 səhifə, ikinci cildi 440 səhifədir.

Kitabda Aprel döyüşlərində həlak olan şəhidlərimizin həyatına dair ətraflı həyat hekayətləri, eləcə də Aprel döyüşlərinin şahidlərinin gözləri ilə gördükləri döyüş səhnələri, Ali Baş Komandan cənab İlham Əliyevin, Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələri və qazilərlə görüşləri yer alıb. Kitabdakı həyat hekayətlərinin içərisində qədim Azərbaycan tarixi, tariximizin məşəqqətli səhifələri, savaş tarixləri, zəfərləri, tarix boyu itirdiyimiz torpaqlar , görkəmli şəxsiyyətlər haqqında dəyərli məlumatlar da mövcuddur.

“Qalibiyyət: şahidlər və şəhidlər ” ikicildliyi Azərbaycan və Türk dünyasının qəhrəmanlıq tarixini özündə əks etdirir.

Kitab Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən şəhid ailələrinə pulsuz hədiyyə ediləcək.

Comments are closed, but trackbacks and pingbacks are open.