Cümə məscidi
Bu gün burada, vandallar tərəfindən dağılmış məscidin önündə deyirəm ki, xoşbəxt adamam. Bir daha Allaha şükür edirəm ki, mənim dualarımı eşidib, bu gücü mənə verib”.
BLOQ YAZISI
“ Azərbaycan xalqı öz dini və mənəvi ənənələrinə sadiq olan xalqdır. Biz hesab edirik ki, bu sahədə işlər daha da sürətlə aparılmalıdır. Azərbaycanda din, vicdan azadlığı tam şəkildə təmin edilibdir ”.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Əjdərbəy məscidi nin əsaslı təmir və yenidənqurmadan sonra açılış mərasimində çıxışı zamanı vurğulayıb.
Ölkəmizdə vicdan azadlığı bütün dövrlərdə qorunub, qədim zamanlardan Azərbaycanda yaşayan azsaylı xalqlara, onların inancına xüsusi hörmətlə yanaşılıb.
2016-cı ildə “Multikulturalizm ili”nin elan edilməsi, ölkəmizdə keçirilən humanitar forumlar, Roma Papası Fransiskin və digər yüksək titullu din xadimlərinin respublikamıza səfərləri, habelə bugünədək 992 dini qurumun dövlət qeydiyyatına alınması, 2253 məscidin mövcudluğu, 16 kilsə və 7 sinaqoqun fəaliyyət göstərməsi Azərbaycanda vicdan azadlığının yüksək səviyyədə olmasının bariz nümunəsidir.
Ölkəmizdə vicdan azadlığı Azərbaycan Respublikasının Konstitusiya ilə də qorunur. Konstitusiyanın 25-ci maddəsində qeyd edilib ki, d övlət irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.
A zərbaycanda demək olar ki, bütün dini abidələr bərpa edilib. Bəzi müəlliflər qeyd edir ki, Qafqazda tikilən ən qədim kilsə belə məhz Azərbaycandadır, daha dəqiq desək Şəkidəki Kiş kəndindəki kilsədir.
2020-ci ildə müzəffər Azərbaycan Ordusu Ali Baş Komadanın rəhbərliyi ilə işğal altında olan torpaqlarımızı düşməndən azad edib. Bunun nəticəsində həmin torpaqlarımızda məscidlərin böyük əksəriyyətinin dağıdıldığının, bəzilərinin isə tövlə və digər məqsədlər üçün işlədildiyinin şahidi olduq. Təsadüfi deyil ki, Prezident, Ali Baş Komandan İlham Əliyev Ermənistana kaputilyasiya aktı imzalatdırdıqdan sonra işğaldan azad edilmiş torpaqlara ilk səfərini Ağdamdan, məhz Ağdam Cümə məscidindən başlayıb.
“Bu gün mən Ağdam məscidinə Məkkədən gətirdiyim “Qurani-Kərim”i bağışladım. Mən xoşbəxt adamam ki, dörd dəfə Məkkə ziyarətində olmuşam. Bir dəfə rəhmətlik atamla, üç dəfə isə Prezident kimi. Xoşbəxtəm ki, mən ailə üzvlərimlə bərabər müqəddəs Kəbənin içində dualar etmişəm. Hər bir insanın ürəyində nə varsa, mənim ürəyimdə də eyni duyğulardır. Etdiyim duaların arasında birinci duam torpaqlarımızın işğaldan azad edilməsi idi. Allahdan xahiş edirdim, mənə güc versin ki, biz torpaqları işğalçılardan azad edək, o xoşbəxtliyi bizə nəsib etsin, biz yenə də dədə-baba torpağımıza qayıdaq.
Bu gün burada, vandallar tərəfindən dağılmış məscidin önündə deyirəm ki, xoşbəxt adamam. Bir daha Allaha şükür edirəm ki, mənim dualarımı eşidib, bu gücü mənə verib”.
Bu sözləri ölkə başçısı İlham Əliyev Ağdama ilk səfəri zamanı bildirib. Dövlət başçısının Ağdam məscidinin qarşısında bu çıxışı onun dini abidələrə verdiyi önəmin bariz nümunəsidir.
Ümumiyyətlə işğaldan azad olunmuş ərazilərimizdə indiyədək təsbit olunan tarixi-dini abidələrdən 67-si məscid, 139-u məbəd, 192-si ziyarətgahdır. İşğaldan azad olunmuş ərazilərimizdəki 67 məsciddən (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb.
Amma Azərbaycan hökuməti həmişə dini abidlərin bərpasına böyük önəm verir. Xüsusi dini-mənəvi və tarixi-mədəni əhəmiyyət kəsb edən Bibiheybət məscid-ziyarətgah kompleksində, Təzəpir, Əjdərbəy, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidlərində təmir və yenidənqurma işləri aparılıb. Şamaxı Cümə məscidi və Gəncədə “İmamzadə” dini-mədəniyyət abidəsi əsaslı bərpa edilib, Bakıda Qafqazın ən böyük məscidi olan Heydər Məscidi (2014), Hacı Cavad Məscidi (2018) və dağ yəhudiləri üçün sinaqoq (2011), Nic qəsəbəsindəki Alban kilsəsi , Jen-Mironosits kilsəsinin yerləşdiyi ərazidə Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav Dini-Mədəniyyət Mərkəzi tikilərək dindarların istifadəsinə verilib.
Ağdam Cümə Məscidi isə 1868—1870-ci illərdə Kərbəlayı Səfixan Qarabağinin memarlığı əsasında tikilib. Məscid Ağdam rayonunun inzibati mərkəzində yerləşən tarixi-memarlıq abidəsidir. Ağdam Cümə məscidinin ibadət salonunun planının əsasını ortasında dörd sütun olan ənənəvi kvadrat forma təşkil edir. Kvadratın şərq və qərb tərəflərinin hər birində qurulmuş üç dərin taxça sırası salonun sahəsini genişləndirib ona düzbucaqlı forma verib. İbadət salonunun cənub divarının ortasında uca mehrab tağçası quraşdırılıb. Yan tağçaların üstü interyerə yönələn eyvan şəklində olub, qadınların ibadəti üçün nəzərdə tutulub. İbadət salonu yan eyvanların ortalarında və mehrab tağçasının yanlarında olan pəncərələrdən işıqlanır.
Abidə Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 №-li qərarı ilə ölkə əhəmiyyətli daşınmaz Tarix və Mədəniyyət abidələrinin siyahısına daxil edilib.
Cümə məscidi işğal zamanı qismən dağıdılıb. “Associated Press” qeyd edib ki, məscid Ağdam şəhərində tam dağıdılmayan tək tikilidir, burada mal-qara və donuzlar saxlanıb və divarı qraffiti ilə vandalizasiya edilib. Məscidin interyeri baxımsız və dağıdılmış vəziyyətdədir.
Bakı Dövlət Universitetinin professoru, Tarix fakültəsinin dekanı İbrahim Zeynalov APA-ya açıqlamasında bildirib ki, istər Ağdam, istərsə də ümumilikdə Qarabağ məscidlərinin özünəməxsus xüsusiyyəti var idi:
“Amma bütövlükdə bu məscidlərin hamısı İslam dininin çalarlarına, mahiyyətinə uyğun idi. Bununla bərabər o məscidlərdə millilik, nisbətən müasirlik daha güclü idi. Ağdam Cümə məscidində də milli xüsusiyyət məscidin zahiri görünüşündə, tikilişində daha güclü idi. Eyni zamanda məscidin görünüşündə Ağdam regionunun, Azərbaycanın mədəniyyətini, qədimliyini əks etdirən çalarları var idi. İşğal dövründə məscidin millilik xüsusiyyətləri vandalizmə məruz qalmışdı, həmin çalarlar dağıdılmış, itirilmişdi. Millilik xüsusiyyətləri dağıdıldığı üçün sadəcə məscid görüntüsü qalmışdı. Ermənilər Qarabağ məscidlərini, eyni zamanda Ağdam Cümə məscidini dağıdan zaman ilk növbədə çalışıblar ki, milli Azərbaycan və İslam xüsusiyyətlərini əks etdirən nə varsa məhv etsinlər. Eyni zamanda işğal dövründə məscidlərmiz təhqir olunub. Bəzən məscidlərimizi erməniləşdirməyə, öz erməni xüsusiyyətlərinə uyğun etməyə çalışıblar, alınmayanda isə dağıdıblar”.
Hazırda Ağdam Cümə məscidinə məsul olan şəxs Mehman Nəsibov APA-ya açıqlamasında bildirib ki, məscid işğaldan əvvəlki dönəmində Qarabağ ərazisində mərkəz rolunu oynamışdı:
“Bütün ətraf ərazilərdən ibadət edən şəxslər, kəbin üçün müraciət edənlər Ağdama üz tuturdu. 1868-ci ildə o ərazidə elə möhtəşəm məscidin tikilməsi onu göstərir ki, o dövrdə orada potensial var idi. Məscid tikiləndə ərazinin potensialı əsas götürülür. Məscidin tikilişi, genişliyi, möhtəşəmliyi onu göstərir ki, o ərazidə yaşayan insanlar ibadət üçün ora gələrmiş.
Yadımdadır ki, bir gün Xocalının deputatı Xındırıstan məscidinə gəlmişdi. O, işğaldan əvvəl Ağdam Cümə məscidinin axundu olan, Ağdam işğal olunduqdan sonra isə müvəqqəti olaraq Xındırıstan kənd məscidinin imamı olan rəhmətlik Hacı Baratla görüşdü. O, Hacı Barata dedi ki, “Sovet dönəmində kəbinimi sən kəsmisən”. Hətta Şuşanın axundunu da o dövrdə Hacı Barat Ağdamdan aparmışdı. Yəni bütün ətraf ərazilərin ən əsas məscidi Ağdam məscidi sayılırmış. Ağdam işğal olunandan sonra Hacı Barat Ağdam rayonunun qazisi idi. Mən 2012-ci ildən Hacı Baratın müavini olmuşam.
Ağdam Cümə məscidi həm də Xocalı faciəsinin əsas şahidlərindən olub. Soyqırım zamanı həm şəhidlər, həm də Xocalıdan düşən qaçqınlar məsciddə yeləşdirilib. Həmin şəxslər bir müddət məsciddə qalıb. Hacı Barat Xocalı faciəsini xatırlayan zaman deyirdi ki, Xocalıda vəhşicəsinə öldürülənlərin bəziləri donmuşdu. Hətta bir neçə şəhid donaraq bir-birinə birləşib. Məsciddə isti su ilə yuyaraq onları bir-birindən ayırmaq mümkün olub. Ermənilər tək özümüzə yox, mədəni, dini abidələrimizə də düşmən olublar. Məscidlərimiz dağıdılıb, hətta işğal dövründə məscidlərimizdə İslam dinində murdar sayılan heyvan da saxlanılıb”.
Mehman Nəsibov deyir ki, Sovet dönəminin son dövrlərində məsciddə mədrəsə də fəaliyyət göstərib. Hətta Bərdədən, Ağcabədidən də orada təhsil alanlar olub. Bir neçə gün əvvəl bir kitaba rast gəldim. Kitab Hicri təqvimi ilə 1331-ci ilə təsadüf edir. İndi Hicri təqvimi ilə 1443-cü ildir. Həmin kitabda da qeyd edilir ki, həmin dövrlərdə Şeyx Murtuza Ağdam məscidində tədrislə məşğul olub. Yəni ta qədimdən Ağdam məscidində Quran tədris olunurdu. Bu kitabın çap olunması təxminən Ağdam məscidinin tikilməsinə təsadüf edir”.
Hazırda işğaldan azad olunan torpaqlarımızda böyük quruculuq, abadlıq işləri aparılır. İlk bərpa olunan mədəni, dini abidələrimizdən biri isə Ağdam Cümə məscididir. Mehman Nəsibov deyir ki, həmin məsciddə təmir işləri aparan Avstriya şirkəti ilə görüşüb, diskussiya aparıblar:
“Ağdam Cümə məscidi hazırda çox gözəl şəkildə düzəldilir. Orada təmir aparan şirkətin nümayəndəsi dedi ki, “biz ilk olaraq orqamentləri tapmaq istəyirik”. Sovet dönəmində məscidin kənarlarına mərmərlər vurulmuşdu. Amma o məscid birinci tikiləndə mərmər olmayıb. Tikinti aparan şirkət də istəyir ki, ilk görünüşündə vəziyyətinə qaytarsınlar. Məscidin üzərindəki yazıların əksəriyyəti Qurani-Kərimin ayələridir. Hətta məscidin qülləsində də Qurandan ayə yazılıb. Həmin yazı “Tövbə” surəsinin 18-19-cu ayələridir. Tarixi abidlərin bərpası çox zaman aldığına görə yəqin ki, məscidin bərpası da bir müddət çəkəcək. Amma məscidin bərpası üçün güclü iş gedir”.
Əminik ki, Ağdam əhalisi öz doğma torpaqlarına geri qayıdanda tarixi, mədəni xüsusiyyətləri ilə fərqlənən Ağdam Cümə məscidi də tam bərpa olunacaq.
Yazı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Milli Mətbuat Günü münasibəti ilə jurnalistlər arasında “Vicdan azadlığı və media” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.
Cümə məscidi (Ağdam)
Cümə məscidi — Azərbaycanın Ağdam rayonunun inzibati mərkəzində yerləşən tarixi-memarlıq abidəsi.
Cümə məscidi
Mündəricat
- 1 Tarixi
- 2 Memarlıq quruluşu
- 3 İnteryeri
- 4 Abidənin statusu
- 4.1 Abidənin qorunmasını və mühafizəsini təmin edən hüquqi sənədlər
Ağdam şəhərindəki Cümə məscidi Kərbəlayi Səfixan Qarabağı adlı memar tərəfindən 1868-1870-ci illərdə tikilmişdir. Bölgədə mühüm ticarət mərkəzinə çevrildiyi zaman Ağdam şəhərində Qarabağın özünəməxsus dini memarlığının monumental örnəklərindən biri – Ağdam Cümə məscidi inşa edilmişdir.
Memarlıq quruluşu
Ağdam Cümə məscidinin ibadət salonunun planının əsasını ortasında dörd sütun olan ənənəvi kvadrat forma təşkil edir. Kvadratın şərq və qərb tərəflərinin hər birində qurulmuş üç dərin taxça sırası salonun sahəsini genişləndirib ona düzbucaqlı forma vermişdir. İbadət salonunun cənub divarının ortasında uca mehrab tağçası quraşdırılıb. Yan tağçaların üstü interyerə yönələn eyvan şəklində olub qadınların ibadəti üçün nəzərdə tutulmuşdur. İbadət salonu yan eyvanların ortalarında və mehrab tağçasının yanlarında olan pəncərələrdən işıqlanır.
İbadət salonunun interyer tərtibatı çox ciddi olub kamil tektonik quruluşun bədii effekti ilə diqqəti cəlb edir. Sadə bəzəkli mehrab tağçasının üzərindəki kitabədə dekor ustasının adı (mərhum Kərbəlayi Nəqqaş Təbrizinin oğlu ustad Məhəmməd Nəqqaş Təbrizi) və təmir tarixi (hicri 1331, miladi 1913-cü il) yazılmışdır. Məscidin şimal tərəfindəki giriş qapısı dərin eyvan-bastağ içərisində verilmiş, açıq eyvanın yanlarında isə iki mərtəbəli otaqlar yerləşdirilmişdir. Şimal fasadın künclərində qurulan minarələr məscidin simmetrik plan quruluşunu tamamlamaqla ona bütövlükdə kvadrat forma vermişdir. Məscidin klassik sadəliyi, həndəsi forma təmizliyi ilə seçilən və funksional tələblərə mükəmməl cavab verən planı var. İç yerləşgələri günbəz, tağ və tağbəndlərlə örtülü olan məscidin daşdan tikilmiş kubik tutumu Qarabağ zonası üçün ənənəvi olan dördenişli bütöv çardaqla örtülmüşdür. Çardağın şimal fasada çıxan uclarından kərpic minarələr yüksəlir. Minarələrin incə silindrik tutumları üfüqi kəmərlərlə hissələrə bölünmüş və hər hissənin səthi kərpic hörgüsündən yaranmış sadə naxışlarla üzlənmişdir.
Abidənin statusu
Abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 №-li qərarı ilə Ölkə əhəmiyyətli daşınmaz Tarix və Mədəniyyət abidələrinin siyahısına daxil edilmişdir.
Abidə 1993-cü il iyul ayının 23-dən etibarən Ermənistanın Respublikasının Hərbi Qüvvələrinin işğalı altındadır. Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 1992-1994-cü illərdə Azərbaycan ərazisinin 20%-i işğal etdildikdən sonra Ağdam Cümə məscidi də dağıdılmışdır.
Erməni işğalından sonra Ağdam Cümə məscidi aşağıdakı dəyişikliklərə məruz qalmışdır:
- Ermənistan Respublikasının müvafiq dövlət qurumları tərəfindən, azərbaycanlıların ibadət yeri olan Ağdam məscidinin rəsmi şəkildə təhqir olunmasına və dağıdılmasına qərar verilmişdir.
- Məscidin minarələri daxildən tamamilə sökülmüş, tavanı bir neçə yerdən uçurdulmuş, daxili tərtibatı, dizayn və divar yazıları pozulmuş, hücrələri və yardımçı otaqları uçurdulmuş, komunal və komunikasiya xətləri dağıdılaraq tamamilə yararsız hala salınmışdır.
- Məscidin bəzək əşyaları, texniki avadanlıqları, qurğuları, bərk və yumuşaq inventarları qarət edilərək Ermənistan Respublikasına aparılmışdır.
- Məscidin daxili və xarici divarları üzərində erməni və rus dillərində azərbaycan xalqına və millətinə qarşı alçaldıcı və təhqiredici ifadələr və sözlər yazılmışdır.
- Ermənilər məscidin ibadət zalından və yardımçı otaqlarından mal-qara və donuzların saxlanması, yəni tövlə kimi istifadə ediblər.
Abidənin qorunmasını və mühafizəsini təmin edən hüquqi sənədlər
- “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyası.
- “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” YUNESKO-nun 1972-ci il konvensiyası.
- YUNESKO-nun Ali Konvensiyası tərkibinə daxil olan ölkələrə mədəni tarixi dəyərlərin qorunması haqqında tövsiyələri. 1972-ci il.
- “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il. Avropa Konvensiyası.
- “Tarix və Mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının qanunu Bakı şəhəri, 10 aprel 1998-ci il.
Həmçinin bax
Avqust 07, 2021
Ən son məqalələrMarixuana
Mariy El
Mariya-Tereza (rif)
Mariya Malibran
Mariya Marqarita Kirx
Mariya Mediçi
Mariya Miloslavskaya
Mariya Mitçell
Mariya Montessori
Mariya Anna
Ən çox oxunan
Şirnalı Talıbov
Şirniyyat müharibəsi
Şiro Kikuhara
Şiro Teşima
Şiroki Briyeq FK
cümə, məscidi, ağdam, adın, digər, istifadə, formaları, üçün, cümə, məscidi, məqalənin, bəzi, məlumatlarının, mənbəsi, göstərilməmişdir, daha, ətraflı, məlumat, üçün, məqalənin, müzakirə, səhifəsinə, baxa, məqaləyə, uyğun, formada, mənbələr, əlavə, edib, vikip. Bu adin diger istifade formalari ucun bax Cume mescidi Bu meqalenin bezi melumatlarinin menbesi gosterilmemisdir Daha etrafli melumat ucun meqalenin muzakire sehifesine baxa ve meqaleye uygun formada menbeler elave edib Vikipediyani zenginlesdire bilersiniz avqust 2021 Bu meqaledeki ve ya bolmedeki melumatlar kohnedir Layiheye komek ede bilersiniz melumatlari yenileyin ve sablonu cixarin Cume mescidi Azerbaycanin Agdam rayonunun inzibati merkezinde yerlesen tarixi memarliq abidesi Cume mescidi39 59 36 sm e 46 55 54 s u Olke Azerbaycan AzerbaycanSeher AgdamYerlesir AgdamAidiyyati Qarabag xanligiMemar Kerbelayi Sefixan QarabagiTikilme tarixi 1868 1870Uslubu Azerbaycan memarligiMinareleri 2Gunbezleri 1Material Das d Veziyyeti xarabaliqlari qalibAzerbaycandaki tarixi abidelerin milli qeydiyyatiIstinad nom 202KateqoriyaMescidEhemiyyetiOlke ehemiyyetliCume mescidi Vikianbarda elaqeli mediafayllar Mundericat 1 Tarixi 2 Memarliq qurulusu 3 Interyeri 4 Abidenin statusu 4 1 Abidenin qorunmasini ve muhafizesini temin eden huquqi senedler 5 Hemcinin baxTarixi RedakteAgdam seherindeki Cume mescidi Kerbelayi Sefixan Qarabagi adli memar terefinden 1868 1870 ci illerde tikilmisdir Bolgede muhum ticaret merkezine cevrildiyi zaman Agdam seherinde Qarabagin ozunemexsus dini memarliginin monumental orneklerinden biri Agdam Cume mescidi insa edilmisdir Memarliq qurulusu RedakteAgdam Cume mescidinin ibadet salonunun planinin esasini ortasinda dord sutun olan enenevi kvadrat forma teskil edir Kvadratin serq ve qerb tereflerinin her birinde qurulmus uc derin taxca sirasi salonun sahesini genislendirib ona duzbucaqli forma vermisdir Ibadet salonunun cenub divarinin ortasinda uca mehrab tagcasi qurasdirilib Yan tagcalarin ustu interyere yonelen eyvan seklinde olub qadinlarin ibadeti ucun nezerde tutulmusdur Ibadet salonu yan eyvanlarin ortalarinda ve mehrab tagcasinin yanlarinda olan pencerelerden isiqlanir Interyeri RedakteIbadet salonunun interyer tertibati cox ciddi olub kamil tektonik qurulusun bedii effekti ile diqqeti celb edir Sade bezekli mehrab tagcasinin uzerindeki kitabede dekor ustasinin adi merhum Kerbelayi Neqqas Tebrizinin oglu ustad Mehemmed Neqqas Tebrizi ve temir tarixi hicri 1331 miladi 1913 cu il yazilmisdir Mescidin simal terefindeki giris qapisi derin eyvan bastag icerisinde verilmis aciq eyvanin yanlarinda ise iki mertebeli otaqlar yerlesdirilmisdir Simal fasadin kunclerinde qurulan minareler mescidin simmetrik plan qurulusunu tamamlamaqla ona butovlukde kvadrat forma vermisdir Mescidin klassik sadeliyi hendesi forma temizliyi ile secilen ve funksional teleblere mukemmel cavab veren plani var Ic yerlesgeleri gunbez tag ve tagbendlerle ortulu olan mescidin dasdan tikilmis kubik tutumu Qarabag zonasi ucun enenevi olan dordenisli butov cardaqla ortulmusdur Cardagin simal fasada cixan uclarindan kerpic minareler yukselir Minarelerin ince silindrik tutumlari ufuqi kemerlerle hisselere bolunmus ve her hissenin sethi kerpic horgusunden yaranmis sade naxislarla uzlenmisdir Abidenin statusu Redakte Azerbaycan poct markasi 2014 Abide Azerbaycan Respublikasi Nazirler Kabinetinin 02 avqust 2001 ci il tarixli 132 li qerari ile Olke ehemiyyetli dasinmaz Tarix ve Medeniyyet abidelerinin siyahisina daxil edilmisdir Abide 1993 cu il iyul ayinin 23 den etibaren Ermenistanin Respublikasinin Herbi Quvvelerinin isgali altindadir Ermenistan Respublikasi Silahli Quvveleri terefinden 1992 1994 cu illerde Azerbaycan erazisinin 20 i isgal etdildikden sonra Agdam Cume mescidi de dagidilmisdir Ermeni isgalindan sonra Agdam Cume mescidi asagidaki deyisikliklere meruz qalmisdir Ermenistan Respublikasinin muvafiq dovlet qurumlari terefinden azerbaycanlilarin ibadet yeri olan Agdam mescidinin resmi sekilde tehqir olunmasina ve dagidilmasina qerar verilmisdir Mescidin minareleri daxilden tamamile sokulmus tavani bir nece yerden ucurdulmus daxili tertibati dizayn ve divar yazilari pozulmus hucreleri ve yardimci otaqlari ucurdulmus komunal ve komunikasiya xetleri dagidilaraq tamamile yararsiz hala salinmisdir Mescidin bezek esyalari texniki avadanliqlari qurgulari berk ve yumusaq inventarlari qaret edilerek Ermenistan Respublikasina aparilmisdir Mescidin daxili ve xarici divarlari uzerinde ermeni ve rus dillerinde azerbaycan xalqina ve milletine qarsi alcaldici ve tehqiredici ifadeler ve sozler yazilmisdir Ermeniler mescidin ibadet zalindan ve yardimci otaqlarindan mal qara ve donuzlarin saxlanmasi yeni tovle kimi istifade edibler Abidenin qorunmasini ve muhafizesini temin eden huquqi senedler Redakte Silahli munaqise bas verdikde medeni deyerlerin qorunmasi haqqinda 1954 cu il Haaqa Konvensiyasi Umumdunya medeni ve tebii irsin muhafizesi haqqinda YUNESKO nun 1972 ci il konvensiyasi YUNESKO nun Ali Konvensiyasi terkibine daxil olan olkelere medeni tarixi deyerlerin qorunmasi haqqinda tovsiyeleri 1972 ci il Arxeoloji irsin muhafizesi haqqinda 1992 ci il Avropa Konvensiyasi Tarix ve Medeniyyet abidelerinin qorunmasi haqqinda Azerbaycan Respublikasinin qanunu Baki seheri 10 aprel 1998 ci il Hemcinin bax RedakteMenbe https az wikipedia org w index php title Cume mescidi Agdam amp oldid 6042393, wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, hersey,
ne axtarsan burda
en yaxsi meqale sayti, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, seks, porno, indir, yukle, sex, azeri sex, azeri, seks yukle, sex yukle, izle, seks izle, porno izle, mobil seks, telefon ucun, chat, azeri chat, tanisliq, tanishliq, azeri tanishliq, sayt, medeni, medeni saytlar, chatlar, mekan, tanisliq mekani, mekanlari, yüklə, pulsuz, pulsuz yüklə, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar.
Azərbaycanın ən qədim məscidi | Şamaxı cümə məscidi
Respublikamızın ərazisindəki ən qədim məscid Şamaxı Cümə məscididir. 743-cü ildə inşa edilib. Cənubi Qafqazda, Yaxın Şərqdə 734-cü ildə tikilən Dərbənd Cümə məscidindən sonra ən qədim dini ocaqdır.
Şamaxı Cümə məscidi memarlıq üslubu baxımından orijinallığı ilə də seçilir. İnşa olunduğu vaxtdan buraya müqəddəs ibadət yeri kimi yüksək ehtiram və diqqət göstərilib, qorunub saxlanılıb.Tariximizdə xüsusi yeri olan ibadətgah
Məscid xəlifə Validin qardaşı, VIII əsrdə Şirvan və Dağıstanı fəth edərək bu ərazilərdə islam dinini yaymış Əbu Müslümün hakimiyyəti dövründə tikilib.
Şamaxı Cümə məscidi Azərbaycanın başı bəlalar çəkmiş qədim tikililərindəndir. Ayrı-ayrı dövrlərdə, müxtəlif vaxtlarda həm təbii fəlakətlər, həm də işğalçıların hücumları, basqınlar nəticəsində məscidə böyük ziyan dəyib.
Səlcuqların dövründə yaşamış tarixçi İmadəddin İsfahani Şirvanşahların 1123-cü ildən etibarən gürcülərin talançı basqınlarından müdafiə məqsədilə, yardım üçün səlcuqlu Sultan Mahmuda (1118-1131) müraciət etdiklərini yazıb. Məlumat verilib ki, onlar Şamaxı şəhərinə hücum edərək məscidi dağıdıb, minarəni uçurub və şəhərdə quldurluq ediblər.
XII əsrin axırında Cümə məscidinin ilk rekonstruksiyasına başlanılıb. Tədqiqatçılar bu fikirdədirlər ki, dəfələrlə xəsarətlər alan Şamaxı Cümə məscidinin tamamilə məhv olmamasının səbəbi III Böyük Mənuçöhrün (1098-1160) dövründə Şirvanşahların güclənməsi ilə əlaqədardır. Tarixçi-arxeoloq Q.Ciddi, qədim qaynaqlara istinadən, quruculuq işlərinə görə III Mənuçöhrün «Böyük xaqan» adlandırıldığını qeyd edib.
XVII əsrdə, Səfəvilərin dövründə məsciddə ikinci dəfə rekonstruksiya işləri aparılıb. 1656-cı ildə Şamaxıda olan Övliya Çələbi vilayətin ən böyük ibadət ocaqlarından biri adlandırdığı bu məscidin Səfəvilər dövründə bəzi struktur dəyişikliklərinə məruz qaldığını bildirib.
1859-cu ildə baş vermiş güclü zəlzələ Şamaxı şəhərində böyük fəlakətlərə səbəb olub. Zəlzələdən sonra quberniya memarı Qasım bəy Hacıbababəyovun düzgün layihələndirməsi əsasında Şamaxı əvvəlki məhəlli planına uyğun bərpa edilib. Cümə məscidinin də növbəti yenidənqurmasına 1859-cu il zəlzələsi vaxtı məscidə toxunan böyük zədələrdən sonra başlanılıb. Bu işlər 1860-cı ildə memar Qasım bəy Hacıbababəyov tərəfindən aparılıb. Rekonstruksiya rus rəssamı Qriqori Qaqarinin eskizləri əsasında həyata keçirilib.
O zamanlar Şamaxı şəhərinin baş memarı kimi fəaliyyət göstərən Qasım bəy Hacıbababəyov məscidin bərpasına rəhbərlik edib. Şamaxının Cümə məscidi kompleksi öz əhəmiyyəti və möhtəşəm görünüşü ilə şəhərin mərkəzində yenidən ucalıb. Ancaq qədim şəhər XX əsrin başlanğıcında yenə təbii fəlakətə məruz qalıb. 1902-ci ildə baş verən növbəti zəlzələ Şamaxıda ciddi dağıntılarla nəticələnib. Bütün yaşayış, dini və mülki tikililər demək olar ki, tamamilə dağılıb. Cümə məscidinə də böyük ziyan dəyib. «Kaspi» qəzetinin 1902-ci il tarixli, 215-ci sayında “Şamaxı” adlı məqalədə yazılıb: «Məscidin hətta dağıntıları da özünə hörmət hissi oyadırdı. Ayrılmış divarlar başqa tikililərdə olduğu kimi, parçalanmamış, onlar yıxılaraq bütöv bir daş kimi dururlar».
Şəhərə xüsusi komissiya tərəfindən baxış keçirilməsi zamanı Tiflisdən gələn geoloq şahzadə Şalkuli Qacar ərəb yazısı ilə müəyyənləşdirib ki, Cümə məscidi müsəlman tarixi ilə 123-cü ildə inşa edilib. Bununla da Şamaxı Cümə məscidinin miladi təqvimlə 743-cü ildə tikildiyi aydınlaşıb.Təbii fəlakətlərin dağıtdığı, düşmənlərin yandırdığı məscid
1902-ci ildə baş verən dəhşətli zəlzələnin ağır nəticələri tədricən aradan qaldırılıb. Azərbaycanın qədim memarlıq tarixini əks etdirən şəhər xarabalıqlar içərisindən yenidən dirçəldilib.1903-cü ilin oktyabrında Cümə məscidinin bərpası üçün ianə toplamaq üzrə komitə yaradılıb. Yarıdağılmış məscidin qorunması kimi məsuliyyətli vəzifə həmin komitəyə həvalə olunub. Məscidin inşası üzrə komitə Cümə məscidinin yeni binası üçün layihə hazırlamağı Şamaxıda doğulmuş mülki mühəndis Zivər bəy Əhmədbəyova tapşırıb. Zivər bəy inşaat işlərinə başlayıb. Bir sıra işlər görülüb. Ancaq yan divarların inşası davam edərkən memarla komitə arasında anlaşılmazlıq yaranıb. İnşaat işləri dayandırılıb. Zivər bəy tikintini tərk etdikdən sonra komitə İosif Ploşkoya müraciət edib. O, Zivər bəy Əhmədbəyovun plan quruluşunu saxlamaqla memarlıq həllində öz variantını təklif edib.
Araşdırıcılar qeyd edirlər ki, müxtəlif Avropa və tarixi üslublardan istifadə edərək layihələr yaratmağa adət etmiş İosif Ploşko üçün bu adi bina deyildi. Şamaxı Cümə məscidinin layihələşdirilməsi zamanı o mövcud layihə və qismən aparılmış tikinti işləri ilə məhdudlaşdırılmayıb. O, Bakı və Şamaxının tikililəri ilə yenidən tanış olub, Şirvanşahlar Saray Kompleksinə, Bakı qalası minarələrinə diqqət yetirib. Beləliklə, İosif Ploşko 1909-cu ildə məscidin inşası üzrə komitəyə ustalıqla hazırlanmış layihə təqdim edə bilib.
Maliyyə vəsaitinin böyük olmaması məscidin tikintisini ləngidib. Xeyli işlər görülsə də onun, inşasını tamamlamaq mümkün olmayıb.
Ötən əsrdə Şamaxının planlaşdırılmasında və tikintisində Cümə məscidinin tarixi abidə kimi əhəmiyyəti qəbul edilib. Bu qədim ibadətgah Qafqazın ali hakimiyyət orqanlarının diqqət mərkəzində olub. General-leytenant Yermolov knyaz Mədətova məktubunda yazıb: “Ərzaqları böyük məsciddən başqa yerlərə təcili şəkildə daşımaq haqqında göstəriş vermək lazımdır. Zabit-mühəndisə təklif olunsun ki, təmir üçün lazım olan şeyləri aydınlaşdırıb dəqiq planlar hazırlasın və mənə göndərsin”.
Ancaq təəssüf ki, yüzillər dağıdıcı müharibələrə, təbii fəlakətlərə sinə gərən Şamaxı Cümə məscidi XX əsrdə iki dəhşətli zərbəyə də məruz qalıb. Bakıda Mart soyqırımının başladığı dövrdə Şamaxıda Stepan Lalayevin rəhbərliyi ilə «Daşnaksütyun» partiyasının nümayəndələri dinc müsəlman əhaliyə qarşı qırğına başlamış və bu hadisələr zamanı törədilmiş yanğında tikintisi hələ tamamlanmamış məscid ciddi zədələnmişdi. Bakıda yaşayan şamaxılıların General Tomsona verdikləri məlumata görə, “şəhər talan edilmiş, daha sonra isə yandırılmış, heç bir məscid salamat saxlanmamışdır”. Törədilən yanğın zamanı 1800 dinc sakin, eləcə də qadınlar, uşaqlar və yaşlılar məsciddə həbs edilərək daşnaklar tərəfindən yandırılmışdır. Yanğın zamanı çoxsaylı nadir əlyazmalar və kitablar da məhv edilmişdir. Şamaxı Cümə məscidinin zəlzələdən sonra yenidən qurulmuş binasına əlavə olunmuş qədim kitabələr də yox olmuşdur. Memar Şamil Fətullayev-Fiqarov qeyd edib ki, «Tikilinin tarixinin müəyyənləşdirilməsi ilə bağlı təəssüfləndirici hal budur ki, 1918-ci ildə məscidin ermənilər tərəfindən yandırılması zamanı, bina üzərindəki qədim yazılı kitabə daşları məhv olmuşdur».
1920-ci ildə Azərbaycanı ələ keçirən sovet hakimiyyəti dövründə təyinatı üzrə istifadə olunmayan məscid məhv olmaq təhlükəsi ilə üzləşib. Bu tarixi abidə dini ibadətgah kimi sonralar qapılarını yenidən açıb.Dövlət tərəfindən qorunan tarix-memarlıq abidəsi
2009-cu ilin dekabrında Azərbaycan Prezidenti İlham Əliyev tarix-memarlıq abidəsi kimi qeydiyyata alınmış Şamaxı Cümə məscidinin bərpa olunması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, 2010-cu ildən məscid kompleksi ərazisində bərpa işlərinə başlanılıb. Bərpa zamanı İosif Ploşkonun 1909-cu ildə işlədiyi restavrasiya layihəsinə əsaslanıblar. 1918-ci ildə törədilmiş yanğından sonra məscidin qorunmuş bütün hissələri saxlanılıb və kompleksə əlavə edilib. Bərpa işləri zamanı məscidin həyətində aşkarlanmış mədrəsə binası, hücrələr və qəbir abidələrinin ilkin görünüşü saxlanılıb.
Memar Şamil Fətullayev-Fiqarov qeyd edib ki, Azərbaycan memarlıq tarixində Şamaxı Cümə məscidinin əhəmiyyəti o qədər böyükdür ki, onun memarlıq, arxeoloji və elmi-tədqiqat baxımından diqqətlə öyrənilməsi bu qədim tikilinin tarixi haqqında dolğun təsəvvür yaratmağa imkan verir və həmçinin Şirvan-Abşeron memarlıq məktəbinin bir çox aspektlərini işıqlandırır. Restavrasiya zamanı Şirvan-Abşeron memarlıq məktəbinin inşaat ənənələrinin qorunmasına diqqət yetirilib. Şamaxının seysmik zona olduğu nəzərə alınıb.
2013-cü il mayın 17-də əsaslı bərpadan sonra Şamaxı Cümə məscidinin açılışı olub. Açılış mərasimində Prezident İlham Əliyev, bütün Qafqazın müftisi, müsəlman ölkələrinin Azərbaycandakı səfirləri və Azərbaycandakı digər dinlərin nümayəndələri iştirak ediblər.Müəllif: Zöhrə Fərəcova
Mənbə: Azərbaycan qəzeti- Teqlər:
- Şamaxı cümə məscidi
- , məscid
- , məscidlər
- , Şamaxı məsçidi
- , qədim məscidlər
Comments are closed, but trackbacks and pingbacks are open.