Press "Enter" to skip to content

Cümə xütbələri

Ey camaat! Hər kəs bu ayda öz əxlaqını, rəftarını gözəlləşdirsə, ayaqların Sirat körpüsündə vəhşətdən titrədiyi an, ona bu

Tehranın cümə namazı xütbələri

Tehranın cümə namaz xətibi müqəddəs müdafiə dövrünü İİR-nin müxtəlif sahələrdəki inkişaflarının əsasının qoyulmasına səbəb olduğunu bildirib.

Tehranın cümə namazı xütbələri
Əhli Beyt xəbər agentliyinin verdiyi xəbərə əsasən: Tehranın cümə namazı xətibi Ayətullah Əhməd Cənnəti İrana qəbul etdirilmiş 8 illik müharibə dövrü olan, müqəddəs müdafiə həftəsində xalqı təbrik edərək deyib: Müqəddəs müdafiə İİR-nin elmi, sənaye, siyasi və hərbi inkişaflarının əsasının qoyulmasına səbəb oldu.

Ayətullah Əhməd Cənnəti deyib: İnkişaflardan əlavə, müqəddəs müdafiə dövrü islami İranın istiqlaliyyətinin tam şəkildə möhkəmlənməsinə səbəb oldu və İİR-na izzət və qüdrət bəxş etdi.

Belə ki, hazırda İranın müdafiə və hərbi qüdrəti, düşmənləri aciz və passiv vəziyyətə salıb.

İrandakı müqəddəs müdafiə dövründə müharibə əlillərinin rəşadətlərini yüksək dəyərləndirən Tehranın cümə namazı xətibi sonra deyib: Regionda islami oyanışın formalaşması İranda müqəddəs müdafiə dövrünün müharibə əlillərinin şücaətlərinin nəticəsi, bu dövrün bərəkətlərindəndir.

Ayətullah Əhməd Cənnəti sonra deyib: Allah Talanın Lütfü ilə islami oyanış genişlənməkdədir və diktatorlar bir-birinin ardınca devrilir və ədalətsevər zəfər çalırlar.

Tehranın cümə namazı xətibi öz sözlərinin davamında Bəhreyn xalqının müqavimətini də alqışlayıb və Ali Xəlifə və Ali Səud amillərinin Bəhreynin inqilabçı xalqı xüsusilə bəhreynli qadınlarla aqressiv formada davranmalarını pisləyib.

Cümə namazı və onun əhəmiyyəti

«Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir! Namaz qılınıb qurtardıqdan sonra yer üzünə dağılın və Allahın kərəmindən ruzi diləyib axtarın! Və Allahı çox zikr edin ki, bəlkə, nicat tapıb səadətə qovuşasınız!» (Cümə surəsi, 9-10).

Cümə, İslam dinində çox əhəmiyyətli qəbul edilən həftəlik ictimai ibadət günüdür. Müxtəlif hədislərdən də göründüyü kimi, cümə günü əvvəllər yəhudi və xristianlar üçün həftəlik ibadət günü olaraq təyin olunmuş, lakin bunu dəyişdirərək yəhudilər şənbəni, xristianlar bazarı həftəlik toplantı və ibadət günü olaraq qəbul etmiş, sonda cümə günü müsəlmanlar üçün yenidən həftəlik ibadət günü təyin edilmişdir.

Cümə gününün fəziləti

Müsəlmanlar üçün çox əhəmiyyətli olan bu günə Allah Təala böyük dəyər vermiş, müxtəlif hədislərə görə bəşəriyyət üçün önəmli olan bir çox hadisələr bu gündə baş vermişdir. Hədislərdə bildirildiyinə görə, Allah Adəm əleyhissəlamı cümə günü xəlq etmiş, onu cənnətə cümə günü daxil etmiş, cənnətdən cümə günü xaric etmiş, onu Yer üzünə yenə cümə günü endirmiş, tövbəsini də cümə günü qəbul edərək bağışlamışdır (Muslim). Başqa bir hədisə görə Qiyamət də cümə günü qopacaqdır (Əbu Davud). Cənnətdə insanların öz Rəblərini görəcəyini iddia edən alimlər öz kitablarında belə bir rəvayət edirlər ki, cənnət əhli cümə günləri öz Rəblərinin üzünü görəcəklər (Təbərani). Başqa bir hədisdə bildirilir ki, Allah elçisi (s.ə.s.) cümə gününü nəzərdə tutaraq demişdir: «Bu gündə elə bir saat vardır ki, həmin vaxt müsəlman olan şəxs namaza durub, uca və böyük Allahdan istədiyini diləsə, onda hökmən buna nail olar». Sonra o, əli ilə həmin dəqiqələrin azlığına işarə etmişdir (Buxari, Muslim).

Qurban bayramında ərəfat günü cümə gününə təsadüf edəndə xalq arasında o il edilən həccin «həcci əkbər» (böyük həcc) olaraq adlandırılması da cümə gününə verilən dəyərə işarə edir.

Bir şeyi də qeyd etmək lazımdır ki, xalq arasında cümə axşamı gününün xüsusi dəyər qazanması və ümumiyyətlə «cümə axşamı» termininin yaranması da əslində cümə gününün «sayəsində» olmuşdur. Belə ki, qəməri təqvimə görə növbəti gün axşam gün batandan sonra başlayır. Cümə axşamı gününün adından da bu açıq aydın görünür. Amma bəzi yerlərdə cümə axşamı gününün fonunda cümə gününün öz əhəmiyyətini sanki itirdiyi müşahidə olunur.

Cümə günü müsəlmanlar üçün böyük əhəmiyyət kəsb etdiyi və sanki bir bayram günü qəbul edildiyi üçün, cümə axşamı günü axşamdan başlayaraq maddi və mənəvi təmizliyə hər zamankından daha çox diqqət etmək lazımdır. Bu işlərin içində əsas yeri qüsl almaq tutur ki, cümə günü üçün qüsl almaq alimlərin çoxuna görə sünnət, bəzilərinə görə isə hətta fərzdir. Bundan başqa, cümə günü namaza getməzdən əvvəl dırnaq kəsmək, dişləri təmizləmək kimi gigiyenik qaydalara əməl etmək, təmiz paltarlar geyinmək, başqalarını narahat etməyən, əksinə ətrafdakılara xoş gələn gözəl ətirlərlə ətirlənmək sünnət olan əməllərdəndir. Hz. Peyğəmbərin (s.ə.s.) tövsiyəsinə əsasən cümə günü soğan, sarımsaq kimi kəskin qoxulu şeylər yeyib məscidə getmək olmaz. Mömin belə dəyərli və əhmiyyətli bir günün mənəvi havasına girməli, çoxlu Quran oxumalı, zikrlə məşğul olmalı, Rəsulullaha (s.ə.s.) salavat gətirməli və səmimi bir qəlb ilə uca Allaha dua və istiğfar (Allahdan günahların bağışlanmasını diləmək) etməlidir.

Cümə namazının dindəki yeri və hökmü

Quran, sünnə və icmaya əsasən cümə namazı fərzdir. Fərz olduğu, Cümə suəsinin yuxarıda qeyd etdiyimiz ayəsində də göstərilmişdir. Hədis kitablarında istər cümə namazının fəziləti, istər fərz olduğu, istərsə də bu namazı səbəbsiz olaraq tərk etməyin böyük günah sayıldığı haqda səhih hədislər vardır. Əbu Hureyrənin Hz. Peyğəmbərdən (s.ə.s.) rəvayət etdiyi bir hədisdə belə deyilir: «Hər kim cümə günü qüsl alıb cümə namazı qılmaq üçün məscidə gəlsə, imam xütbəni bitirənəcən sussa və sonra da onunla birgə camaat namazı qılsa, növbəti cümə gününədək və ondan əlavə üç gün onun günahları bağışlanar» (Muslim). Başqa bir hədisdə isə bildirilir ki, cümə gününə əhəmiyyət verməyərək üç cümə namazını buraxan şəxsin qəlbi möhürlənər (Əbu Davud).

Rəvayətə görə, Hz. Peyğəmbər (s.ə.s.) cümə namazını ilk dəfə hicrət əsnasında Mədinə yaxınlığındakı Ranuna vadisində Salim ibn Avf qəbiləsinə baş çəkməyə gedərkən qıldırmışdır. Bununla bərabər cümə namazının nə zaman fərz qılındığı xüsusunda iki müxtəlif görüş ortaya çıxmışdır. Birinci görüşə görə cümə namazı Məkkədə fərz qılınmasına baxmayaraq müşriklərin təzyiqi nəticəsində orada qılmaq mümkün olmamışdır. İkinci görüşə görə isə, cümə namazı hicrət əsnasında fərz qılınmışdır və ilk cümə namazını yuxarıda qeyd etdiyimiz kimi Hz. Peyğəmbər (s.ə.s.) Ranuna vadisində qıldırmışdır.

Cümə namazı Hz. Peyğəmbərin (s.ə.s.) dövründə dini, ictimai, siyasi bir çox dəyərlərə sahib idi. Bayram ab-havasında qılınan bu namaz, müsəlmanların bir-birinə daha da isinişməsinə, bir-birilərinin problemlərindən xəbərdar olmalarına, yeniliklərin yayılmasına da xidmət edirdi. Ona görə də bu namazı başqa namazlardan fərqləndirən bir sıra xüsusiyyətləri mövcuddur. Əvvəla bu namazda müsəlmanların birliyi əsas alındığı üçün hər yerdə qılına bilməz. Bir çox görüşə görə bunun üçün rəhbərin də icazəsi əsas alınaraq müəyyən məscidlərdə qılınmalı, dövlət tərəfindən rəsmi təyin olunmuş nümayəndə isə həm xütbə oxumalı, həm də namazı qıldırmalıdır (Bu sonuncu müddəaya görə İslam qaydaları ilə idarə olunmayan ölkələrdə cümə namazının vacib olub-olmaması məsələsi mübahisəlidir). Hətta bir çox alimlərin görüşünə görə əgər kənddə və ya qəsəbədə birdən artıq məscid varsa, zərurət olmadığı halda yalnız birində cümə namazı qılınmalıdır.

Cümə namazının qılınışı və xütbə

Cümə namazı zöhr (günorta) namazının vaxtında qılnır və o namazı əvəz edir. Yəni cümə namızını qılan şəxs günorta namazını qılmır. Namazın əsas şərti iki rükətdən ibarət namaz və xütbədir. Fərz namazdan əlavə iki sünnət namazı da vardır ki, birincisi (dörd rükət) fərz namazdan əvvəl, ikincisi isə (iki və ya dörd rükət) namazdan sonra qılınır. Cümə namazında iki əzan (biri xarici, biri daxili), bir iqamə gətirilir. Birinci əzan ucadan verilir və bundan sonra sünnət namazı qılınır. Bunun ardından nisbətən alçaqdan, məscidin içi üçün ikinci əzan verilir. Bu vaxt imam minbərə çıxaraq xütbə söyləməyə başlayır. Xütbə bitdikdən sonra iqamə gətirilir və camaat halında iki rükətlik fərz namazı qılınır. Bu namazdan sonra isə yenə də sünnət namazı qılınır.

Xütbənin mahiyyəti

Yuxarıda da qeyd etdiyimiz kimi cümə namazının əsas şərtlərindən biri xütbədir. «Xütbə» sözü kiməsə xitab etmək, bir şey söyləmək deməkdir. Xütbə İslamın ilk dövrlərindən çox mühüm xüsusiyyətə malik olmuşdur. Hz. Peyğəmbər (s.ə.s.) öz xütbələrində yeni gəlmiş vəhylərdən, təzə əmr olunmuş ibədətlərdən danışardı. Lakin dini mövzulardan başqa dünyəvi mövzulara da öz xütbələrində yer vermiş, ictimai münasibətlərdən, görüləcək işlərdən, döyüşlərdən, bu döyüşlərdə əldə olunmuş qənimətlərin bölüşdürülməsindən, müxtəlif tədbirlərdən də danışmışdır. Xüləfai-Raşidin dövrünün sonlarından başlayaraq cümə namazının xütbələri yavaş-yavaş daha çox siyasi məzmun almağa başlamışdır. Bəzi yerlərdə və dövrlərdə Həzrəti Əliyə, bəzi yerlərdə və dövrlərdə isə Müaviyəyə lənət oxunduğu tarixi faktlardır.

Dövrümüzdə dini maarifləndirməyə böyük ehtiyacın olduğunu nəzərə alsaq xütbələrdə əsasən dini mövzulardan, İslamın əsaslarından bəhs etmək daha məqsədəuyğundur. Çünki xütbə, həftədə bircə gün bir yerə yığılmış möminlərə savadlı bir şəkildə qısa zaman içərisində nələri isə öyrətmək üçün bir fürsətdir. Xütbə əsasən bu məqsədlə, müsəlmanların bilmədikləri xüsuslarda maariflənməsi üçün nəzərdə tutulmuşdur. Bu səbəblə camaatın bildiyi dildə və başa düşüləcək bir tərzdə söylənməlidir. Namaza gələn hər bir müsəlman xütbəni diqqətlə dinləməlidir. Xütbə söylənən zaman danışmaq və ya danışan adamı danlamaq, namaz qılmaq, ehtiyac olmadığı halda bayıra çıxmaq kimi əməllər məkruhdur və yolverilməzdir.

  • Teqlər:
  • Cümə gününün fəziləti
  • , cümə namazının dinlərdəki yeri və hökmü
  • , cümə namazının qılınışı və xütbə

rəsul s.ə.v CÜMƏ XÜTBƏLƏRİ

özünə şiyə deyənlərə BELƏ SUAL VERMƏK İSTƏYİRƏM.
Mən bilirəmki, rəsul.s.ə.v. 13 il Mədinədə şəriyyət qanunları qurduqdan sonra hər cümələrdə xütbə verib.
veribsə onun bu xütbələrindən neçəsi bizim vaxta gəlib çatlb ?
bu xütbələri gətirsək inşallah xeyrli olar haqqı axtaranlar üçün.

bir nəfər sourşdu: «Allah qiyamət günü bu qədər çox və hesabsız olan insanların hesabına necə yetişəcək?» İmam Əli buyurdu: « necə ki,Allah onların hesabına yetişər bir halda ki, onlar Allahı görmürlər!» «Necə ki, onlara ruzi verir(dünyada) bir halda ki, onlar onu görmürlər.»

#2 al-Islam

Forumun Ali məqamlı rəhbəri

Отправлено 10 Июнь 2012 – 20:12

özünə şiyə deyənlərə BELƏ SUAL VERMƏK İSTƏYİRƏM.
Mən bilirəmki, rəsul.s.ə.v. 13 il Mədinədə şəriyyət qanunları qurduqdan sonra hər cümələrdə xütbə verib.
veribsə onun bu xütbələrindən neçəsi bizim vaxta gəlib çatlb ?
bu xütbələri gətirsək inşallah xeyrli olar haqqı axtaranlar üçün.

Birincisi əssalamu aleykum.
ikincisi də bu nə sualdı ki? Niyə məhz şiələrə? Peyğəmbərin (s) xütbələri niyə məhz şiələrdən tələb olunur? Deməli Peyğəmbərin (s) həqiqi ardıcıllarının şiələr olduğunu qəbul edirsən?
Peyğəmbərdən (s) bizə çatan ən məşhur xütbə “Şəbaniyyə” xütbəsidir. Sən elə bu xütbəni idrak etsən, kifayət olardı.

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

“Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır” (“Əl-Maidə”,8)

#3 abdhalim

Отправлено 16 Июнь 2012 – 19:33

Birincisi əssalamu aleykum.
ikincisi də bu nə sualdı ki? Niyə məhz şiələrə? Peyğəmbərin (s) xütbələri niyə məhz şiələrdən tələb olunur? Deməli Peyğəmbərin (s) həqiqi ardıcıllarının şiələr olduğunu qəbul edirsən?
Peyğəmbərdən (s) bizə çatan ən məşhur xütbə “Şəbaniyyə” xütbəsidir. Sən elə bu xütbəni idrak etsən, kifayət olardı.

şiyələrdə cürə bə cürdür,haqq olanıda var batil olanıda,necə ki,Əli ibn qbu talibin vaxtında olduğu kimi.
sən mənə deyə bilərsən rəsul s.ə.v. mədinədə xütbə dediyi vaxt,kimsə hardansa ərzaq karvanın gəldiyini deyir,və adamlar mescidi tərk edir,
ki,bir şey əldə etsinlər,o vaxtı mədinə də aclıq vaxtıdı idi
rəsul s.ə.v. xütbə ni saxlamır və hardasa 12-14 nəfər qalır ona qulaq asır axıracan. bu 12 nəfər kimi idi? onların adlarını bilirsiz ?

bir nəfər sourşdu: «Allah qiyamət günü bu qədər çox və hesabsız olan insanların hesabına necə yetişəcək?» İmam Əli buyurdu: « necə ki,Allah onların hesabına yetişər bir halda ki, onlar Allahı görmürlər!» «Necə ki, onlara ruzi verir(dünyada) bir halda ki, onlar onu görmürlər.»

#4 Ebul Hesen

Ebul Hesen

Raqib Awwal – Master Seargeant

Отправлено 17 Июнь 2012 – 00:16

Cümə 11. Onlar ticarət və ya əyləncə gördükləri zaman dağılışıb ona tərəf qaçdılar və səni (minbərdə) ayaq üstə olduğun halda tərk etdilər. De: “Allah yanında qazanacağınız savab əyləncədən də, ticarətdən də xeyirlidir. Allah ən yaxşı ruzi verəndir”.

Ey Muaviye. Doyush isteyirsen. Ele ise xalqi bir yana qoyub tekce qarshima cix. Men Ebul Hesenem. Bedrde atanin, dayinin, qardasinin bashlarini keserek men oldurdum. o qilinc hele de menimledir. Men ne dinimi deyishdirdim ne de yeni bir peygember uydurdum. Men sizin isteyerek terk etdiyiniz ve istemeyerek mecburi girdiyiniz yoldayam.

#5 Ebul Hesen

Ebul Hesen

Raqib Awwal – Master Seargeant

Отправлено 17 Июнь 2012 – 00:17

abdhalim , ilk 4 ardıcıllıq belə olar da: Əbu Bəkr, ömər, osman, Hz Əli(ə).

Ey Muaviye. Doyush isteyirsen. Ele ise xalqi bir yana qoyub tekce qarshima cix. Men Ebul Hesenem. Bedrde atanin, dayinin, qardasinin bashlarini keserek men oldurdum. o qilinc hele de menimledir. Men ne dinimi deyishdirdim ne de yeni bir peygember uydurdum. Men sizin isteyerek terk etdiyiniz ve istemeyerek mecburi girdiyiniz yoldayam.

#6 Ebul Hesen

Ebul Hesen

Raqib Awwal – Master Seargeant

Отправлено 17 Июнь 2012 – 00:29

bu xütbələri gətirsək inşallah xeyrli olar haqqı axtaranlar üçün.

bu 12 nəfər kimi idi? onların adlarını bilirsiz ?

Uhud, Hüneyn döyüşlərində Peyğəmbər(s.ə.a.s)-ı döyüş meydanında qoyub qaçanları, Təbukda sui qəsd etmək istəyənləri, Üseymin ordusundan əmrə xilaf çıxaraq qaçanları, ölüm yatağında ikən sayıqlayır deyib son vəsiyyətini yazamasına fitnə salmaqla mane olanları tanıdıq haqqı tapmadıq, indi deyirsən ki xütbədə oturan 12 nəfəri tanımaqla haqqı tapacağıq?

Ey Muaviye. Doyush isteyirsen. Ele ise xalqi bir yana qoyub tekce qarshima cix. Men Ebul Hesenem. Bedrde atanin, dayinin, qardasinin bashlarini keserek men oldurdum. o qilinc hele de menimledir. Men ne dinimi deyishdirdim ne de yeni bir peygember uydurdum. Men sizin isteyerek terk etdiyiniz ve istemeyerek mecburi girdiyiniz yoldayam.

#7 abdhalim

Отправлено 17 Июнь 2012 – 12:19

Uhud, Hüneyn döyüşlərində Peyğəmbər(s.ə.a.s)-ı döyüş meydanında qoyub qaçanları, Təbukda sui qəsd etmək istəyənləri, Üseymin ordusundan əmrə xilaf çıxaraq qaçanları, ölüm yatağında ikən sayıqlayır deyib son vəsiyyətini yazamasına fitnə salmaqla mane olanları tanıdıq haqqı tapmadıq, indi deyirsən ki xütbədə oturan 12 nəfəri tanımaqla haqqı tapacağıq?

o mövzular artıq söhbət olunub.
sən bilirsənsə yaz .
mövzu rəsul s.ə.s cümə xütbələridir.
bilən varsa bu haqqda yazsın

bir nəfər sourşdu: «Allah qiyamət günü bu qədər çox və hesabsız olan insanların hesabına necə yetişəcək?» İmam Əli buyurdu: « necə ki,Allah onların hesabına yetişər bir halda ki, onlar Allahı görmürlər!» «Necə ki, onlara ruzi verir(dünyada) bir halda ki, onlar onu görmürlər.»

#8 al-Islam

Forumun Ali məqamlı rəhbəri

Отправлено 17 Июнь 2012 – 14:01

Bu mövzunun mahiyyəti nədən ibarətdir? Bax bu mənə aydın deyil.

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

“Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır” (“Əl-Maidə”,8)

#9 abdhalim

Отправлено 23 Июнь 2012 – 14:19

Bu mövzunun mahiyyəti nədən ibarətdir? Bax bu mənə aydın deyil.

1 ci növbədə mövzü peyğembər s.ə.v. xütbələrinin bizə az gəlib çatmasıdır.
bunu şifahi hesablasaq 13 il mədinədə rəsul s.ə.v. xütbə veribsə bu hardasa 500 dən çox xütbə eləyir.
bu xütbələrdən mən 2-3 xütbə eşitmişəm,
hətta Əli r.a-nun xilafəti dövründə gələn xütbələr bundan çoxdu.
bunu izah edə bilərsən?
BİRDƏ 12 NƏFƏR XÜTBƏYƏ DAYANIB AXIRACAN ONA QULAQ ASANLAR HAQQINDA SİZLƏR NƏ BİLİRSIZ ?

bir nəfər sourşdu: «Allah qiyamət günü bu qədər çox və hesabsız olan insanların hesabına necə yetişəcək?» İmam Əli buyurdu: « necə ki,Allah onların hesabına yetişər bir halda ki, onlar Allahı görmürlər!» «Necə ki, onlara ruzi verir(dünyada) bir halda ki, onlar onu görmürlər.»

#10 der

Отправлено 24 Июнь 2012 – 09:25

siz sünnüsüz yoxsa şiə?Sizin nəyinizə lazımdır peyqəmbərin xütbesi? O vaxtdan bu vaxta xütbe qalar?

#11 abdhalim

Отправлено 24 Июнь 2012 – 19:36

siz sünnüsüz yoxsa şiə?Sizin nəyinizə lazımdır peyqəmbərin xütbesi? O vaxtdan bu vaxta xütbe qalar?

mən Əli ibn abu talibin əqidəsindəyəm,yəni tərəfdarıyam,ondan da qabaq rəsul s.ə.v.
suallarımı oxusaydıZ belə yersiz sual verməzdiZ,

Сообщение отредактировал abdhalim: 24 Июнь 2012 – 19:37

bir nəfər sourşdu: «Allah qiyamət günü bu qədər çox və hesabsız olan insanların hesabına necə yetişəcək?» İmam Əli buyurdu: « necə ki,Allah onların hesabına yetişər bir halda ki, onlar Allahı görmürlər!» «Necə ki, onlara ruzi verir(dünyada) bir halda ki, onlar onu görmürlər.»

#12 der

Отправлено 24 Июнь 2012 – 21:20

mən Əli ibn abu talibin əqidəsindəyəm,yəni tərəfdarıyam,ondan da qabaq rəsul s.ə.v.
suallarımı oxusaydıZ belə yersiz sual verməzdiZ,

şahadet verirsen əli (as) nəbilərdən və rəsullardan üstündür?

#13 abdhalim

Отправлено 26 Июнь 2012 – 01:04

şahadet verirsen əli (as) nəbilərdən və rəsullardan üstündür?

buna inanan insan ,peyğəmbəri tanımayıb.

bir nəfər sourşdu: «Allah qiyamət günü bu qədər çox və hesabsız olan insanların hesabına necə yetişəcək?» İmam Əli buyurdu: « necə ki,Allah onların hesabına yetişər bir halda ki, onlar Allahı görmürlər!» «Necə ki, onlara ruzi verir(dünyada) bir halda ki, onlar onu görmürlər.»

#14 jamaat

Отправлено 27 Июнь 2012 – 02:42

buna inanan insan ,peyğəmbəri tanımayıb.

salamaleykum. sen ciddi qardasha oxshayirsan ele ise niye gore o terbiyesizin cavabini vrmirsen ki bele hereket etmek selefe bash ucaliqi getirmir. sen ona olan munasibetini bildirmelisen. bildirmesen demeli onun terbiyesizliyinden narahat olmursan. haqqina girdimse halal et.

“Allahin bütün işləri çaşdiricidir, ancaq xəbəriniz olsun ki, Allah, Özünü sizə tanitdiği səviyyədə məsuliyyətli etmişdir”. İmam Sadiq (r.a), Usuli Kafi.

#15 Arif

Отправлено 29 Июнь 2012 – 10:25

Muhəmməd Peyğəmbər (s) şaban ayının son günlərinin birində Mübarək Ramazan ayının gəlişi münasibətilə bu xutbəni buyurdu:

“Ey camaat! Allahın ayı (Ramazan) bərəkət, rəhmət və əfvlə birgə sizə doğru üz gətirmişdir. Bu ay Allah yanında ayların ən

yaxşısıdır. Bu ayın günləri ən dəyərli günlər, gecələri ən gözəl gecələr, saat və ləhzələri ən üstün saaatlar və anlardır.

Bu ayda siz Allahın qonaqlığına dəvət olunaraq, Tanrının lütf və mərhəmətinə layiq görülmüsünüz. Bu ayda sizin nəfəsləriniz

zikr, yatmağınız isə ibadətdir. Pak əməlləriniz və dualarınız Allah dərgahında qəbul olacaqdır.

Belə olan halda xalis niyyət və təmiz qəlblə Allahdan sizə bu ayda oruc tutmağın və Quran oxumağın müyəssər olması üçün

kömək etməsini diləyin. Çünki doğrudan da, bu əzəmətli ayda Ilahi rəhmətindən məhrum olan şəxs bədbəxtdir.

Ramazan ayında ac-susuz qalaraq, Qiyamət gününün aclıq və susuzluğunu yada salın.

Aranızdakı ehtiyaclı və yoxsul insanlara əl tutun! Böyüklərinizlə hörmətlə davranın. Uşaqlarınıza nəvaziş göstərin.

Yaxınlarınıza baş çəkin və onlara yardım edin. Dilinizi pisliklərdən qoruyun. Gözlərinizi haram baxışlardan saxlayın.

Qulaqlarınıza haram eşıtdirməyin. Camaatın yetim uşaqlarına mehribanlıq edin ki, sizin yetimlərinizlə də mehriban olsunlar.

Günahlarınızın bağışlanması üçün Tanrı dərgahına üz gətirib, tövbə edin. Hər namaz vaxti əllərinizi Onun qarşısında aciz

qul kimi açaraq, dua edin. Çünki, (namaz vaxtı duaların qəbul olunması üçün) vaxtların ən yaxşısıdır. Allah-Təala bu vaxt öz

bəndələrinə rəhmət və mərhəmətlə baxar. Bəndəsinin istək və xahişlərini eşidər. Çağırışlarına cavab verər. Dualarını qəbul edər.

Ey camaat! Nəfsləriniz əməllərinizin girdabındadır. Allahdan bağışlanmanızı istəməklə onları azad edin. Belləriniz

günahlarınızın ağırlığı ilə əyilmişdir. Uzun səcdələrlə onların ağırlığını azaldın. Bilin ki, Uca Yaradan namaz qılanları,

səcdə edənləri əzaba düçar etməyəcəyinə və onları (namaz əhlini) Qiyamət günü insanların hesab verdiyi zaman Cəhənnəm əzabı

ilə qorxutmayacağına söz vermişdir.

Ey camaat! Hər kəs bu ayda oruc tutan bir möminə iftar süfrəsi açarsa,Tanrı dərgahında bir qulu azad etmək qədər dəyəri,

savabı vardır. Və bu iş onun keçmiş günahlarının bağışlanmasına səbəb olar.

(Bir nəfər soruşdu: “Ey Allahın Rəsulu(s)! Bizim hamimizın imkanı yoxdur ki, kimisə qonaq etsin. Nə edək?”)

Peyğəmbər (s) buyurdu: “Yarı xurma dənəsini sədəqə verməklə də, olsa Cəhənnəm atəşindən qorunun. Bir qurtum su ehsan etməklə

də, olsa Cəhənnəm odundan qurtulun.

Ey camaat! Hər kəs bu ayda öz əxlaqını, rəftarını gözəlləşdirsə, ayaqların Sirat körpüsündə vəhşətdən titrədiyi an, ona bu

körpüdən qorxusuz olaraq keçməyə icazə verilər. Hər kim bu ayda öz qullarının (həmçinin işçilərinin) zəhmətini azalda,

Allah-Təala Qiyamətdə onun işini asanlaşdırar.

Hər kim bu ayda insanlara zəhmət, əziyyət verməyi azalda, Uca Tanri o biri dünyada ona qarşı qəzəbini azaldar. Hər kəs bu

ayda bir yetimi əzizləyə, Allah Axirətdə onu əzizləyəcəkdir. Hər kim bu ayda öz yaxınlarını yoluxmağa gedə, Böyük Allah

Qiyamətdə ona rəhm edəcəkdir. Kim bu ayda qohumları ilə əlaqəni kəsərsə, Qadir Allah o biri dünyada ona rəhm etməyəcəkdir.

Kim bu ayda müstəhəb namaz qılarsa, Tanrı ona cəhənnəm odundan bəraət verər. Kim bu ayda vacib namaz qılarsa, başqa

aylarda qılınan yetmiş namaza bərabərdir. Kim bu ayda mənə çox salavat göndərərsə,Allah Qiyamət günü əməl tərəzisi yüngül

gələndə, onu ağırlaşdırar. Hər kəs bu ayda Qurani-Kərimdən bir ayə oxuyarsa, o biri aylarda bütünlüklə oxunmuş Qurana

Ey camaat! Bu ayda Behiştin qapıları açıqdır. Allahdan istəyin ki, bu qapıları sizin üzünüzə bağlamasın! Və həmçinin

Cəhənnəmin qapiları da, bu ayda bağlıdır. Allaha yalvarın ki, onun qapilarını sizin üzünüzə açmasın. Bu ayda şeytan

zəncirlənmişdir. Allaha iltimas edin ki, onu sizə hakim etməsin.

Mən soruşdum: “Ey Allahın Rəsulu (s)! Bu ayda ən üstün əməllər nədir?”

Peyğəmbər (s) buyurdu:”Ey Əbülhəsən! Bu ayda ən üstün əməl Allahın haram buyurduğu işlərdən çəkinməkdir.”

Elə bu vaxt Peyğəmbər(s) ağladı.

Mən soruşdum: “Ey Allahın Rəsulu (s)! Nə üçün ağlayırsan?”

Buyurdu: “Ya Əli (ə)! Mən ona görə ağlayıram ki, bu ayda sənə qarşı hörmətsizlik edəcəklər. Sanki səni namaz qılan halda

görürəm, amma indiyədək gəlib-getmiş olan ən bədbəxt, ən namərd şəxs sənə elə bir qılınc zərbəsi vuracaq ki, saqqalın al-

Soruşdum: “EyAllahın Rəsulu (s)! Bu hadisə mənim dinə sadiq qaldığım haldamı baş verəcəkdir?”

Buyurdu (s): “Bəli, elədir.” Sonra isə əlavə etdi: “Ya Əli (ə)! Sənin canına qəsd edən kəs, mənim canıma qəsd etmişdir. Səni

qəzəbləndirən şəxs məni qəzəbləndirmişdir. Səni təhqir edən şəxs məni təhqir etmişdir. Çünki sən mənə özüm kimisən. Sənin

ruhun, mənim ruhum deməkdir.

Uca Allah məni və səni yaratdı və seçdi. Məni peyğəmbər, səni də imam olaraq seçdi. Deməli səni rəd edən şəxs, mənim

peyğəmbərliyimi rəd etmişdir.Ya Əli (ə)! sən mənim vəsiyyim, övladlarımın (məndən sonraki nəslimin) atası, qızımın sevimli

həyat yoldaşı və istər mən həyatdaykən, istərsə də vəfat etdikdən sonra canişinimsən. Sənin əmrin, mənim əmrim və qadağan

etdiyin hər şey də, mənim nəhyim sayılır. Məni Peyğəmbərliyə seçən və ən yaxşi yaradılmış qərar verən Allaha and olsun ki,

Sən Tanrının bəndələrinə höccəti, imamı və Onun yer üzündəki xəlifəsisən!” (“Biharül-ənvar”, Əllamə Məclisi, c. 96, səh. 356; “Əl-əmali”, Şeyx Səduq, c. 1, səh. 29

Şabaniyyə xütbəsi

  • weyxulecem это нравится

Comments are closed, but trackbacks and pingbacks are open.