Cəlal qasımov milli təhlükəsizliyin əsasları
Aydındır ki, İnternet şəbəkəsi istifadəçi qismində onun xidmətlərindən istifadə edə biləcək hər bir şəxsə, o cümlədən hakerə, cinayətkara və terrorçuya da öz cinayətkar niyyətlərini həyata keçirmək üçün tamamilə eyni imkanlar yaradır. Bu gün telekommunikasiya sistemləri və kompyuter şəbəkələri, o cümlədən İnternet şəbəkəsi siyasətçilər, iş adamları, dini təşkilatlar, terrorçu qruplar, cinayətkar qruplaşmalar, habelə rəqib (düşmən) ölkələrin xüsusi xidmət orqanları tərəfindən informasiya mübarizəsi, qarşıdurması, hətta müharibəsi vasitəsi və aləti kimi istifadə olunur.
Celal Qasimov Filoloq – Wikipedia
Qasımov Cəlal Əbil oğlu (15 yanvar 1959 Püsyan, Noraşen rayonu — 30 oktyabr 2021 Bakı şəhəri) — Ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, əməkdar müəllim [1] AMEA Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri (2021). Cəlal Qasımov həmçinin DTX-nin Heydər Əliyev adına Akademiyasının fakültə rəisi idi və polkovnik rütbəsini daşıyırdı.
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin polkovniki
Mündəricat
- 1 Həyatı və fəaliyyəti
- 2 Təltifləri
- 3 Əsərləri
- 4 İstinadlar
Həyatı və fəaliyyəti
Cəlal Qasımov 15 yanvar 1959-cu ildə Şərur rayonunun Püsyan kəndində anadan olmuşdur [1] . 1984-cü ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini bitirmişdir. 1993-cü ildə görkəmli tənqidçi və ədəbiyyatşünas “Abdulla Surun həyat və yaradıcılıq yolu” mövzusunda namizədlik, 2000-ci ildə “Siyasi repressiya həyatda və ədəbiyyatda” mövzusunda isə doktorluq dissertasiyasını müdafiə etmişdir.
1984–1991-ci illərdə Sabirabad rayonunda dil-ədəbiyyat müəllimi işləmişdir. 1991–1993-cü illərdə vaxtilə təhsil aldığı Naxçıvan Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1993-cü ildən 2020-ci ilə qədər Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində çalışıb. Ədəbiyyatşünaslığın müxtəlif sahələri, eləcə də siyasi repressiya qurbanlarının faciəli taleyi haqqında tədqiqatların, o cümlədən 30-dan çox kitabın və əsərlərin bir neçə tədris proqramının və eyni zamanda 150-dən çox elmi-publisistik məqalənin müəllifidir.
Ölümündən sonra 15 yanvar 2022-ci il tarixində AMEA Folklor İnstitutunda “Həyatını milli yaddaşın oyanışına həsr etmiş alim” mövzusunda elmi sessiya keçirilib [2] [3]
Təltifləri
Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətində xidmət etdiyi müddət ərzində dövlət təltiflərinə və digər mükafatlara layiq görülmüşdür:
- Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 1998-ci il tarixli Fərmanı ilə Hərbi Xidmətlərə Görə medalı [4]
- Azərbaycan Respublikası Prezidentinin 29 mart 2008-ci il tarixli 2741 nömrəli Sərəncamı ilə “Vətən uğrunda” medalı
- Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirinin 27 mart 2014-cü il tarixli 073 nömrəli əmri ilə “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Orqanlarının 95 illiyi (1919–2014)” yubiley medalı [5]
- Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2018-ci il tarixli 758 nömrəli Sərəncamı ilə Əməkdar müəllim Fəxri adı
- “Abdulla Sur və əsərləri” (1995)
- “Əsrin qiyamət çağı” (1997)
- “Nağı Şeyx Zamanın xatirələri” (1997)
- “Əksinqilab ilə Mübarizə Təşkilatı və Siyasi Repressiya” (1997)
- “Yaddaşın repressiyası” (1997)
- “Bitməmiş istintaq” (1997)
- “Respressiyadan deportasiyaya doğru” (1998) [8]
- “Yaddaşın bərpası” (1999) [8]
- “Müstəqillik Dövlətçilik və Milli Təhlükəsizliyin Keşiyində” Muzeyi” (1999)
- “Məhbus tərcümeyi-halı” (2003)
- “Hərbi Psixologiya” (2004)
- “Abdulla Surun Həyatı və Yaradıcılığı” (2004)
- “MTN: tarixi-hüquqi mənbələr” (2005)
- “İzahlı Siyasi Terminlər Lüğəti” (2007)
- “Cavidi məhbəsə aparan yol” (2007) [9]
- “Azərbaycan təhlükəsizlik orqanlarının qısa tarixi” (2008, dərslik) [8]
- “Azərbaycan təhlükəsizlik orqanlarının tarixi” (2009, rus, ingilis, azərbaycan dillərində)
- “Azərbaycan folklorşünaslığı və sovet totalitarizmi” (2011)
- “Bolşevik qurşununun qurbanları” (2011) [10]
- “Ədəbi məhkəmələr” (2012) [11]
- “Kitabi-Dədə Qorqud”un yasaqlanması” (2013)
- “Azərbaycan folklorşünasları (1920–1950)” (2015)
- “Milli təhlükəsizliyin əsasları” (2015, dərslik) [8]
- “Vəli Xuluflu” (2016) [12]
- “Cumhuriyyətin təhlükəsizlik orqanları (1918–1920)” (2018) [13]
- “Bəkir Çobanzadə” (2018) [14]
- “Birinci Türkoloji Qurultay: Şahidlər və Şəhidlər” (2019) [15][16]
- “Azərbaycanın Təhlükəsizlik Orqanları 100 ildə: Tarix və Müasirlik” (2019)
- “Siyasi Repressiya: Həyatda və Ədəbiyyatda” (2020)
- “Xalid Səid Xocayev” (2021) [17]
- “Ağrı yaddaşı” (2022)
- “Siyasi repressiyanın ensiklopediyası” (2022)
İstinadlar
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir.
- ↑ 12“Arxivlənmiş surət”. 2022-07-25 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2022-07-25 .
- ↑”Arxivlənmiş surət”. 2022-01-15 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2022-07-25 .
- ↑”Arxivlənmiş surət”. 2022-07-25 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2022-07-25 .
- ↑. 2008-05-16 tarixində . İstifadə tarixi: 2022-07-25 .
- ↑”Arxivlənmiş surət”. 2021-02-04 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2022-07-25 .
- ↑”Arxivlənmiş surət”. 2021-09-21 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2022-07-25 .
- ↑”Arxivlənmiş surət”. 2022-07-25 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2022-07-25 .
- ↑ 1234“Arxivlənmiş surət”. 2022-08-24 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2022-07-25 .
- ↑”Arxivlənmiş surət”. 2022-07-25 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2022-07-25 .
- ↑”Arxivlənmiş surət”. 2022-07-25 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2022-07-25 .
- ↑https://turuz.com/az/book/title/Edebi+Mehkemeler-Celal+Qasimov-2012-155s
- ↑https://525.az/news/71297-xalqa-xidmetin-veli-xuluflu-numunesi
- ↑”Arxivlənmiş surət”. 2022-07-25 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2022-07-25 .
- ↑”Arxivlənmiş surət”. 2022-07-25 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2022-07-25 .
- ↑”Arxivlənmiş surət” (PDF) . 2022-07-25 tarixində arxivləşdirilib (PDF) . İstifadə tarixi: 2022-07-25 .
- ↑”Arxivlənmiş surət”. 2022-07-25 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2022-07-25 .
- ↑”Arxivlənmiş surət”. 2022-07-25 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2022-07-25 .
Vaqif qasimov informasiya təhlükəsizliyinin əsasları Dərslik Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adma Akademiyasının Elmi Şurasının 29 aprel 2009-cu IL tarixli iclasının qərarı ilə
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adma Akademiyasının Elmi Şurasının 29 aprel 2009-cu il tarixli iclasının qərarı ilə (protokol JNbl5) nəşrə tövsiyə edilmişdir.
Texnika elmləri doktoru Vaqif Qasımovun «İnformasiya təhlükəsizliyinin əsasları» kitabında informasiya təhlükəsizliyinin konseptual və formal modelləri, baza prinsipləri və əsas müddəaları, kompyuter sistemlərində və şəbəkələrində mümkün təhlükələr, onların qarşısının alınması üsulları və vasitələri, o cümlədən kriptoqrafık və steqanoqrafık üsullar, elektron imza texnologiyası, eləcə də informasiya təhlükəsizliyinin təmin edilməsinə kompleks yanaşma və informasiya təhlükəsizliyi sistemlərinin yaradılması prinsipləri ətraflı şərh olunmuşdur.
Dərslik Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adma Akademiyasının kursant və dinləyiciləri, habelə nazirliyin əməkdaşları üçün nəzərdə tutulmuşdur. Dərslikdən respublikanın digər ali təhsil müəssisələrinin tələbələri və müəllimləri, eləcə də bu sahədə çalışan elmi işçilər və mütəxəssislər də istifadə edə bilərlər.
©MTN Maddi-texniki Təminat Baş İdarəsinin Nəşriyyat-Poliqrafiya Mərkəzi 2009
İlk öncə, elmə və təlisilə göstərdikləri xüsusi qayğıya, yaratdıqları gözəl və münbit şəraitə, eləcə də müasir informasiya-kommunikasiya texnologiyalarmm öyrənilməsi və gündəlik praktiki fəaliyyətdə tətbiqinə verdikləri böyük diqqətə görə Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri general-leytenant cənab Eldar Mahmudova və MTN-in Heydər Əliyev adma Akademiyasının rəisi general-leytenant Ziya Yusifzadəyə öz dərin minnətdarlığımı bildirirəm.
Həmçinin verdikləri faydalı məsləhət və tövsiyələrə, sərf etdikləri vaxta və əməyə görə kitabın elmi redaktoru Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri, akademik, texnika elmləri doktoru, professor Əli Abbasova, kitabm rəyçiləri Azərbaycan Dövlət Neft Akademiyasının «Kompyuter texnologiyaları və proqramlaşdırma» kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Sabit Kərimova və Bakı Dövlət Universitetinin «İnformasiya texnologiyaları və proq- ramlaşdırma» kafedrasının müdiri, texnika elmləri doktoru, professor Ələkbər Əliyevə, eləcə də kitabm ərsəyə gəlməsində rolu olmuş bütün şəxslərə dərin təşəkkürümü bildirirəm.
Müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı və müxtəlif fəaliyyət sahələrində geniş tətbiqi nəzərə alınaraq, Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adma Akademiyasında informasiya təhlükəsizliyi problemlərinin öyrənilməsinə və tədrisinə böyük yer ayrılır. İnformasiya təhlükəsizliyi sahəsində kadr hazırlığım təmin etmək məqsədilə Akademiyada “İnformasiya təhlükəsizliyi” fakültəsinin yaradılması və 2009-2010-cu tədris ilində fəaliyyətə başlaması özündə bu problemə verilən xüsusi diqqəti təcəssüm etdirir.
Təqdim olunan “İnformasiya təhlükəsizliyinin əsaslan” dərsliyi nazirliyin və Akademiyanın rəhbərliyi tərəfindən qarşımızda qoyulmuş vəzifələrin icrası istiqamətində atılan növbəti addımdır. Düşünürəm ki, dərslik Akademiyanın kursant və dinləyiciləri, bu sahədə çalışan elmi işçilər və mütəxəssislər, eləcə də informasiya təhlükəsizliyi problemi ilə maraqlanan hər bir şəxs üçün faydalı olacaqdır.
İnformasiya texnologiyaları sahəsində elmi-texniki tərəqqi nəticəsində milli dövlət sərhədləri informasiya resurslarının axım, telekommunikasiya sistemlərinin və qlobal kompyuter şəbəkələrinin fəaliyyəti, transmilli biznes, maliyyə və bank hesablaşmaları üçün “şəffaf’ olmuşdur. Belə ki, müasir dövrdə informasiya resursları, habelə maliyyə vəsaitləri yer kürəsini bir neçə saniyə ərzində dövr etmək imkanına malikdir.
Yeni informasiya texnologiyaları bu gün elə sürətlə inkişaf edir ki, onun doğuracağı bəzi fəsadlar ya əvvəlcədən təsəvvürə belə gəlmir, ya da cəmiyyət tərəfindən çox gec başa düşülür. Ümumiyyətlə, belə bir fikir mövcuddur ki, hər hansı kritik həddi aşdıqdan soma elmi-texniki tərəqqi də bəşəriyyətin əleyhinə işləməyə başlayır. Bu fikrin sübutu kimi, müasir dağıdıcı silahlan, nüvə texnologiyasım, sənayenin inkişafı nəticəsində yaranmış ciddi ekoloji problemləri və s. göstərmək olar.
Hazırda analoji situasiya informasiya texnologiyalan sahəsində də yaranmışdır. Belə ki, yeni informasiya texno- logiyalanmn inkişafı ayrı-ayn şəxslərin, təşkilatların və bütövlükdə dövlətin informasiya resurslan üçün təhlükələrin meydana gəlməsinə səbəb olmuşdur.
Başqa sözlə, fərdi kompyuterlərin, coğrafi cəhətdən paylanmış kompyuter sistemlərinin və şəbəkələrinin, ümumi istifadə üçün nəzərdə tutulmuş informasiya və şəbəkə resurslarının sürətli inkişafı və bütün fəaliyyət sahələrində geniş yayılması nəticəsində saxlanılan, emal olunan və ötürülən informasiyanın təhlükəsizliyinin təmin edilməsi çox ciddi məsələyə çevrilmişdir.
Dövlət və hökumət orqanlarında, özəl müəssisələrdə kompyuter sistemlərinin və şəbəkələrinin, ələlxüsus fərdi kompyuterlərin gündəlik xidməti fəaliyyəti və şəxsi məqsədlər üçün geniş istifadəsi cəmiyyətin müxtəlif təbəqələrində informasiya texnologiyalarına, o cümlədən informasiya resurslarına münasibətdə ciddi dəyişikliklər yaratmışdır. Nəticədə, şəxsi maraqların, niyyətlərin və tələbatların ödənilməsi məqsədilə informasiya sistemlərinin işinə icazəsiz qarışmaq, qəsdən və ya təsadüfən, qərəzli və ya qərəzsiz şəkildə bu sistemlərə daxil olmaq, onları sıradan çıxarmaq, informasiya resurslarında və sistem parametrlərində dəyişikliklər aparmaq, onları istifadə və məhv etmək kimi təhlükəli hallar günbəgün çoxalır. Çox təəssüf ki, bu cəhdlərin bir çoxu müvəffəqiyyətlə həyata keçirilir, informasiya sahiblərinə əhəmiyyətli maddi və mənəvi ziyanlar vurulur.
Xüsusi halda, bu problemlərə kompyuterlərin, kompyuter sistemlərinin və şəbəkələrinin işinə qeyri-qanuni müdaxilə, kompyuter informasiyasıma oğurlanması, mənimsənilməsi, zorla, şantaj yolu ilə almması kimi təhlükəli yeni sosial təzahürləri aid etmək olar. Bu təhlükələri çox vaxt “kompyuter cinayətkarlığı” və ya “kompyuter terrorçuluğu” adlandırırlar.
Məlum olduğu kimi, bu gün bütün yer kürəsini hörümçək toru kimi örtən İnternet şəbəkəsi informasiya təhlükəsizliyi probleminin daha da kəskinləşməsinə təkan verən əsas amillərdən biridir. Belə ki, dünyanın istənilən nöqtəsindən İnternet şəbəkəsinə qoşulmaq, onun vasitəsilə müxtəlif növ məlumatları ötürmək və almaq mümkündür. Paylanmış kompyuter şəbəkələrindən ibarət olan İnternet şəbəkəsinin xidmətləri istifadəçilərə öz iş yerlərini və evlərini tərk etmədən dünyanın, praktiki olaraq, istənilən nöqtəsində olan müxtəlif informasiya sistemlərinə və ya məlumat bazalarına qoşulmaq, eləcə də onları maraqlandıran zəruri informasiya ilə tanış olmaq və məlumatları əldə etmək imkanları verir.
Statistika göstərir ki, İnternet istifadəçilərinin sayı astronomik sürətlə artır. Açıq informasiya mənbələrinin məlumatlarına görə, bu gün İnternet dünyanın 160-dan artıq ölkəsini əhatə edir. 1998-ci ildə İnternet şəbəkəsinə, təxminən, 143 milyon istifadəçi qoşulmuşdusa, 2002-ci ildə onların sayı 700 milyonu ötüb keçmişdir. Hazırda İnternet istifadəçilərinin sayı ABŞ-da 158, Avropada – 95, Asiyada – 90, Latın Amerikasında – 14, Afrikada – 3, Rusiyada – 8, Ukraynada isə 1 milyondan çoxdur. Azərbaycanda İnternet şəbəkəsinin xidmətlərindən istifadə edənlərin sayı yüz minlərlə ölçülür.
Aydındır ki, İnternet şəbəkəsi istifadəçi qismində onun xidmətlərindən istifadə edə biləcək hər bir şəxsə, o cümlədən hakerə, cinayətkara və terrorçuya da öz cinayətkar niyyətlərini həyata keçirmək üçün tamamilə eyni imkanlar yaradır. Bu gün telekommunikasiya sistemləri və kompyuter şəbəkələri, o cümlədən İnternet şəbəkəsi siyasətçilər, iş adamları, dini təşkilatlar, terrorçu qruplar, cinayətkar qruplaşmalar, habelə rəqib (düşmən) ölkələrin xüsusi xidmət orqanları tərəfindən informasiya mübarizəsi, qarşıdurması, hətta müharibəsi vasitəsi və aləti kimi istifadə olunur.
İnformasiya təhlükəsizliyi probleminə diqqətin artırılmasım tələb edən ən vacib amillərdən biri də kompyuter viruslarıdır. Təbii viruslara analoji olaraq, müxtəlif xarakterli funksiyalara malik olan kompyuter virusları proqramların tərkibinə, yaddaş qurğularına, fayllara gizlicə əlavə olunaraq (yazılaraq) yayılırlar. Sonradan öz-özünə digər proqramlara, fayllara və s. ötürülən kompyuter virusları hər hansı bir məlumatın ekrana çıxarılmasından tutmuş, informasiya resurslarının pozulması, disk qurğularının sıradan çıxması və s. kimi ağır nəticələrə, digər çox ciddi problemlərin yaranmasına gətirib çıxara bilər.
Lakin bununla yanaşı, kompyuter sistemləri üçün əsas təhlükəni ziyankar (bədəməl) rolunu oynayan və informasiya texnologiyaları sahəsində peşəkar mütəxəssis olan şəxslər – hakerlər təşkil edirlər. Belə ki, onlar kompyuter sistemlərinin və şəbəkələrinin, telekommunikasiya qurğularının və informasiya sistemlərinin, eləcə də təhlükəsizlik sistemlərinin incəliklərini, o cümlədən zəif yerlərini bilir, təhlükəsizliyin təmin edilməsi mexanizmlərini təhlil etmək, sındırmaq, ziyanverici proqramlar yaratmaq və yaymaq üçün bütün zəruri proqram texniki bazaya və imkanlara malik olurlar.
Dövlətin milli təhlükəsizliyinin vacib tərkib hissələrindən biri kimi informasiya təhlükəsizliyinin təmin edilməsi məsələsi transmilli (sərhədsiz) kompyuter cinayətkarlığının və kiberterrorçuluğun meydana gəlməsi kontekstində xüsusilə kəskin şəkildə ortaya çıxır.
Qeyd olunanlar nəzərə alınaraq, dərslik informasiya təhlükəsizliyi problemlərinə həsr olunmuşdur. Dərslikdə informasiya təhlükəsizliyinin əsas konseptual məsələləri, müddəaları, baza prinsipləri və modeli, kompyuter sistemlərində və şəbəkələrində informasiya təhlükəsizliyi məsələsi şərh olunmuş, informasiya təhlükəsizliyinin pozulması təhlükələri, onların qarşısının alınmasının üsulları və vasitələri təsvir və təsnif edilmişdir.
- FƏSİL
Milli təhlükəsizlik və onun təmin edilməsində
informasiya təhlükəsizliyinin rolu və yeri
İnformasiya təhlükəsizliyi sahəsində əsas anlayışlar
İnformasiya təhlükəsizliyinin konseptual modeli
- Milli təhlükəsizlik və onun təmin edilməsində informasiya təhlükəsizliyinin rolu və yeri
Milli təhlükəsizlik termini rəsmi olaraq ilk dəfə 1947-ci ildə ABŞ-da meydana gəlmişdir. Həmin dövrdə ABŞ-da prezidentin milli məsələlər üzrə xüsusi köməkçisi dövlət vəzifəsi təsis edilmiş və Milli Təhlükəsizlik Şurası yaradılmışdır.
Milli təhlükəsizlik – milli maraqların ona yönəlmiş təhdidlərdən qorunmasının təmin edilməsidir.
- personal;
- maddi və maliyyə vəsaitləri;
- informasiya.
Cəlal qasımov milli təhlükəsizliyin əsasları
AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ –>
- Ana səhifə
- Haqqımızda
- Xəbərlər
- Bütün xəbərlər
- Konfranslar, iclaslar
- Mühüm hadisələr
- Görüşlər
- Yeni nəşrlər
- Müsahibələr, çıxışlar
- Yubileylər
- Maraqlı məlumatlar
Tanınmış ədəbiyyatşünas alim Cəlal Qasımov vəfat edib
Noy 01, 2021 | 12:42 / Konfranslar, iclaslarOxunub 404 dəfə
Azərbaycan filologiyasına ağır itki üz vermişdir. Ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Cəlal Qasımov ömrünün 61-ci ilində vəfat etmişdir. Cəlal Əbil oğlu Qasımov 1959-cu ildə Naxçıvan MR-nın Şərur rayonunun Püsyan kəndində anadan olmuş, 1984-cü ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini bitirmişdir. 1984-1991-ci illərdə Sabirabad rayonunda dil-ədəbiyyat müəllimi işləmişdir. 1991-1993-cü illərdə vaxtilə təhsil aldığı Naxçıvan Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuşdur.1993-cü ildən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində çalışmışdır. Cəlal Qasımov həmçinin DTX-nin Heydər Əliyev adına Akademiyasının fakültə rəisi olmuş və polkovnik rütbəsini daşımışdır. 1993-cü ildə tənqidçi və ədəbiyyatşünas “Abdulla Surun həyat və yaradıcılıq yolu” mövzusunda namizədlik, 2000-ci ildə “Siyasi repressiya həyatda və ədəbiyyatda” mövzusunda isə doktorluq dissertasiyasını müdafiə etmişdir. Cəlal Qasımov 2021-ci ildən AMEA Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri idi. O, ədəbiyyatşünaslığın müxtəlif sahələri, eləcə də siyasi repressiya qurbanlarının faciəli taleyi haqqında tədqiqatların, o cümlədən 30-dan çox kitabın, bir neçə tədris proqramının və eyni zamanda 150-dən çox elmi-publisistik məqalənin müəllifi idi. C.Qasımov Azərbaycan elminə “Abdulla Sur və əsərləri” (1997), “Əsrin qiyamət çağı” (1997), “Yaddaşın repressiyası” (1997), “Bitməmiş istintaq” (1997), “Respressiyadan deportasiyaya doğru” (1998), “Yaddaşın bərpası” (1999), “Məhbus tərcümeyi-halı” (2003), “MTN: tarixi-hüquqi mənbələr” (2005), “Cavidi məhbəsə aparan yol” (2007), “Azərbaycan təhlükəsizlik orqanlarının qısa tarixi” (2008, dərslik), “Azərbaycan təhlükəsizlik orqanlarının tarixi” (2009, rus, ingilis, Azərbaycan dillərində), “Azərbaycan folklorşünaslığı və sovet totalitarizmi” (2011), “Ədəbi məhkəmələr” (2012), “Bolşevik qurşunun qurbanları” (2015), “Azərbaycan folklorşünasları (1920-1950)” (2015), “Milli təhlükəsizliyin əsasları” (2015), “Vəli Xuluflu” (2016), “Cumhuriyyətin təhlükəsizlik orqanları” (2018), “Siyasi repressiya həyatda və ədəbiyyatda” (2020) kimi qiymətli əsərlər bəxş etmişdir. Cəlal Qasımov arxiv sənədləri əsasında elmimiz üçün gizli qalan mətləb və həqiqətlərin üzə çıxarılmasına nail olmuşdur. Ömrünü humanitar-filoloji elmin inkişafına və gələcəyinə həsr etmiş bu nurlu insanın, dəyərli ziyalının əziz xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaqdır. Allah rəhmət eləsin! AMEA Folklor İnstitutu
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ict.az saytına istinad zəruridir.
Comments are closed, but trackbacks and pingbacks are open.