Press "Enter" to skip to content

Cəlil Məmmədquluzadə Seçilmiş əsərləri

Sonra çubuğu bir neçə dəfə sümürüb, üzünü tutdu Sadığa:

Seçilmiş əsərləri

Jalil Huseyngulu oglu Mammadguluzadeh (Azerbaijani: Cəlil Məmmədquluzadə) (22 February 1866, Nakhchivan City, Persia – 4 January 1932, Baku) was an Azerbaijani satirist and writer. Mammadguluzadeh was born in Nakhchivan into an Iranian Azeri merchant family from Khoy. In 1887, he graduated from the Gori Pedagogical Seminary and for the next ten years was involved in teaching at rural schools in Bash-Norashen, Ulukhanli, Nehram and other towns and villages of the Erivan Governorate. Mammadguluzadeh was a strong activist of the language unification movement. He condemned many of his contemporaries for corrupting the Azeri language replacing its genuine vocabulary with the newly introduced Russian, Persian and Ottoman Turkish loanwords, often alien and confusing to many readers. Later he became deeply involved in the process of romanization of the Azeri alphabet. In 1898, he moved to Erivan; in 1903, he moved to Tiflis where he became a columnist for the local Sharqi-Rus newspaper published in the Azeri language. In 1906, he founded the Molla Nasraddin satirical magazine. Frequent military conflicts and overall political instability in the Caucasus forced him to move to Tabriz, Iran, where he continued his career as a chief-editor and columnist for Molla Nasraddin. He eventually settled in Baku in 1921. In 1905, Mammadguluzadeh and his companions purchased a printing-house in Tiflis, and in 1906 he became the editor of the new Molla Nasraddin illustrated satirical magazine. The magazine was Mammadguluzadeh’s greatest contribution to Azeri culture, further pursuing the development of critical realism among the Azeri literati. The magazine accurately portrayed social and economic realities of the early-20th century society and backward norms and practices common in the Caucasus. In 1921 (after Molla Nasraddin was banned in Russia in 1917), Mammadguluzadeh published 8 more issues of the magazine in Tabriz, Iran. After Sovietization, the printing-house was moved to Baku, where Molla Nasraddin was published until 1931. Mammadguluzadeh’s satirical style influenced the development of this genre in Iran. In 1907, the twice-widowed Jalil Mammadguluzadeh married Azerbaijani philanthropist and feminist-activist Hamida Javanshir. He died in Baku, in 1932. A drama theatre in Nakhchivan, a street in Baku, the city of Jalilabad (former Astrakhan-Bazaar) and the town of Jalilkand (former Bash-Norashen) were named after him.

His religious views are disputed. Some sources claims that the Mammadguluzadeh was an atheist while some other argue that he was supporting Muslim democracy with being critical of the extremists and the ignorance of the religion. Due to his harsh criticisms of religion Jalil sometimes was even threatened to death by extremists. Azeri philosopher Agalar Mammedov, who is atheist himself also claims that Mammadguluzadeh had no religion. Jalil Mammadguluzadeh wrote in various genres, including short stories, novels, essays, and dramatics. His first significant short story, “The Disappearance of the Donkey” (part of his Stories from the village of Danabash series), written in 1894 and published in 1934, touched upon social inequality. In his later works (The Postbox, The Iranian Constitution, Gurban Ali bey, The Lamb, etc.), as well as in his famous comedies The Corpses and The Madmen Gathering he ridiculed corruption, snobbery, ignorance, religious fanaticism, etc.

In addition to his mother tongue Azeri, he was also proficient in Persian and Russian languages. After Molla Nasreddin, Mammadguluzadeh published several other stories including “Freedom in Iran”.

Ratings & Reviews

What do you think?
Rate this book
Write a Review

Friends & Following

Community Reviews

51 ratings 4 reviews
Search review text
Displaying 1 – 4 of 4 reviews
187 reviews 22 followers
ve hemişe bir yanda zelzele söhbeti
qulağıma çatanda öz-özüme deyirem: “Ax yazıq uşaqlar!”
30 reviews 3 followers

Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatının danılmaz həqiqətlərindən biridir. Həqiqət deyirəmsə, həm öz dövrünün, həm yeni dövrün oxucusunu işıqlı gələcəyə çağıran əqidə sahibi idi. Kitabda həm “Molla Nəsrəddin” jurnalından, həm də orta məktəbdən bildiyimiz nəsr və dram əsərləri, şeirləri yer alır. Hətta mən daha çox sarkazm dolu şeirlərini bəyəndim deyə bilərəm. Sonda belə bir haşiyəyə çıxım, SSRİ dövründə böyük türk yazarı, mənim də qələmi ilə tanış olmağa səbrsizləndiyim Aziz Nesin bir neçə dəfə Azərbaycana gələndə Cəlil Məmmədquluzadənin kitablarını alarmış. Bakıdan qayıtdıqda isə Türkiyə sərhədində Cəlil Məmmədquluzadənin şəklini Lenin’in şəkli bilib, Nesin’i sorğuya da çəkiblərmiş. Faktın həqiqiliyi nə dərəcədə düzgündür deyə bilmərəm, amma onu bilirəm ki, hər bir insan Cəlil Məmmədquluzadə yaradıcılığına öz ədəbi qapılarını açmalıdır. Məmnunəm, Cəlil bəy Məmmədquluzadə!

Cəlil Məmmədquluzadə
Seçilmiş əsərləri

Kitaba görkəmli Azərbayjan yazıçısı, “Molla Nəsrəddin” jurnalının naşiri və redaktoru Cəlil Məmmədquluzadənin (1869-1932) nəsr, dram əsərləri, şeirləri və tərcümələri daxil edilmişdir.

Seçilmiş əsərləri. Nəsr, dram əsərləri, satirik şeirlər, tərcümələr

DANABAŞ KƏNDİNİN ƏHVALATLARI

Nağıl edibdi Lağlağı Sadıq. Yazıya götürübdü qəzetçi Xəlil

Qəlbimdən gələn səs mənə çox zadlar öyrədir. Haman o səs pak və təmiz insafımın səsidir ki, hamıda o insaf var. Hər kəs guş-huş ilə onun buyurduğuna qulaq asıb, əmrinə əməl eləsə, çox sirlərdən agah olub, çox şeylər bilər.

BİR YÜNGÜLVARİ MÜQƏDDİMƏ

Mənim adım Xəlil və yoldaşımın adı Sadıqdı. Hər ikimiz Danabaş kəndində anadan olmuşuq. Mən özüm anadan olmuşam düz otuz il bundan irəli; yəni mənim otuz yaşım var. Yoldaşım Sadıq da, mən deyirəm, ancaq mən sində olar. Amma mən ondan bir az cavan görükürəm. Onun boyu ucadı, mənim boyum alçaqdı; amma mən ondan doluyam. O, çox qaradı və kosadı, amma mən ağımtıl və top saqqalam. Bir təfavütümüz ordadır ki, mən gözlük qoyuram, gözlərim çox zəifdi; amma yoldaşımın gözləri çox salamatdı. Bunun da səbəbi odur ki, mən əhli-savadam, yazı-pozu mənim gözümə ziyan eləyibdi.

Müxtəsər, biz hər ikimiz Danabaş kəndinin sakiniyik. Mənim sənətim qoltuqçuluqdu, yəni dörd-beş top çit qoltuğuma vurub, dolanıram öz kəndimizi, ya qeyri kəndləri, çit-mit satıb, bir tövr güzəranımı keçirirəm. Yoldaşımın sənəti baqqaldı, yəni bir daxmaya üç-dörd put duz, bir qutu kişmiş və dörd-beş paçka maxorka tütünü qoyub satır və o da bu cür rüzgarını keçirir.

Vəssəlam, hər ikimiz Allah-taalanın kasıb bəndələrindənik.

Qərəz, baş ağrısı da olur, amma genə gərək deyim; çünki mən bilirəm ki, bu əhvalatı oxuyan rəfiqlərim artıq təəccüb edəcəklər, necə yəni qəzetçi Xəlil və lağlağı Sadıq? Pəs rəfiqlərimi intizarçılıqdan çıxarmaqdan ötrü genə gərək bir neçə söz ərz edəm; hərçənd baş ağrısı olur.

Mən deyirəm bütün Qafqaziyyə vilayətində bizim Danabaş kəndi kimi məzəli kənd yoxdu. Demirəm ki, pisdi, Allah eləməsin. Mən heç vaxt haqqı itirmərəm. Doğrudur, mən bir az incimişəm kəndimizdən; amma bu, kəndimizin pisliyinə dəlalət eləməz ki! İki yüz mənim kimi dılğır adam incisin bizim kənddən, bundan belə bizim kəndə genə pis demək haqdan kənar olar.

Yox, vallahi, billahi, bizim kənd çox yaxşı kənddi. İnşallah, əgər mənim ərzimə axıra kimi səbr ilə qulaq versən, özün görərsən ki, bizim kənd pis kənd deyil.

Hələ pisliyi, yaxşılığı qalsın kənarda. Sözüm orda deyil; sözüm orasındadı ki, bizim kənddə şəxs yoxdu ki, onun bir ayaması olmasın.

Bizlər ayama deyirik. Bilmirəm başa düşdünüz, ya yox? Ayama, yəni ləqəb.

Hələ burdan bir haşiyə çıxaq.

Mən ləqəb sözünü bildirə kimi bilməzdim; çünki dərsim o qədər yoxdu, “Camei-Abbas”dan savayı bir kitab oxumamışam. Bildir bizim kənddə o taydan bir molla mərsiyə oxuyurdu. Amma heyif adı yadımdan çıxıbdı. Bir gün bu mollanın güzəri[1 – Yolu] düşdü bizim Sadığın dükanına. Görükürdü molla irəlidən bilirmiş ki, Sadığa lağlağı Sadıq deyirlər. Dükanda məndən savayı bir neçə kətdi də var idi. Molla, Sadıqdan iki paçka maxorka tənbəkisi alıb, paçkanın birini açdı və çubuğunu doldurub od istədi. Sadıq bir spiçka çəkdi, molla çubuğu alışdırıb Sadığa dedi:

– Allah atana rəhmət eləsin.

Sonra çubuğu bir neçə dəfə sümürüb, üzünü tutdu Sadığa:

– Əxəvizadə[2 – Qardaşoğlu], nə illət, cənabınızın ismi-şərifinə[3 – Şərəfli adına] lağlağı ləqəbi izafə artırırlar?

Axundun sözlərini nəinki kətdilər, heç mən özüm də başa düşmədim. Vəhalon ki mən oturanların yanında hələ alim idim. Amma, söz yox, hamımız başa düşdük; axund soruşurdu nəyə Sadığa lağlağı deyirlər. Sadıq bir az duruxub cavab verdi ki, lağlağı onun ayamasıdı. Axund təəccüblə dübarə soruşdu:

– Olan[4 – Oğlan], ayama nədi, qəribə avam adamsınız.

Sadıq səbəbini soruşandan sonra axund bizi başa saldı ki, lağlağı Sadığın ayaması deyil, ləqəbidi. Amma avam sözüdür, ləqəb ərəb sözüdür. Axırda axund bərkdən-bərk bizə tapşırdı ki, ayama ləfzini dilimizə gətirməyək, ləqəb deyək.

Biz hamımız razı olduq və “bəli” cavabdan savayı bir söz demədik. Sonra Sadıq üzünü axunda tutub soruşdu:

– Axund, cənabınız gərək ərəb dərsində çox güclü olasınız.

Molla cavab verdi:

– Gədə, nə söyləyirsən? Molla olmaq, mərsiyə demək məgər asan əmrdi? Ərəb dərsini tamam eyləməmiş adamı məgər minbərə qoyarlar?

Nağafil Sadıq axunddan bu cür soruşdu:

– Axund, çörəyə ərəbcə nə deyir?

Axund çubuğu sümürüb, bir baxdı yerə və öskürüb cavab verdi:

– Bəradərim[5 – Qardaşım], Ərəbistanda çörək olmaz ki, çörəyə bir ad qoyalar. Orda düyüdən savay özgə şey yeməzlər.

Sadıq dübarə axunda sual verdi:

– Pəs düyüyə ərəbcə nə deyir?

Axund çubuğu sümürüb öskürdü və az keçdi cavab verdi:

– Qardaş oğlu, sən elə doğrudan lağlağı imişsən. Kətdilər yerində sənə lağlağı deyiblər.

Bu sözləri deyib axund əbasını düzəldib, dükandan çıxdı, getdi. Biz hamımız o günü axşama kimi gülməkdən sakit olmadıq.

Məsələn, mənim adım Xəlildi, mənim adımı qoyublar qəzetçi Xəlil. Mən, vallah, bilmirəm qəzet nədi. Qəzetçi bir şəxsdi ağlı, kamalı cəhətə yaxşı əhvalatlar, yaxşı xəbərlər yığıb, çap eləyib dağıdır o yana-bu yana. Amma mən bilmirəm ki, mən haradan qəzetçi oldum. İnşallah, ərz elərəm nə səbəbə mənə qəzetçi deyirlər, mənim yoldaşıma deyirlər lağlağı Sadıq, yəni çox danışan.

Hələ bizə hörmət qoyublar; bizim ləqəbimiz çox gülməli deyil. Elə ləqəblər var bizim Danabaş kəndində ki, desəm oğunub gedərsən. Məsələn, girdik Həsən, dəvə Heydər, yalançı Səbzəli, eşşək Muxtar, doşan Qasım. Müxtəsər, bu cür ayamalar bizim Danabaş kəndində hədsizdi. Əgər duram hamısını ərz etməkliyə, bütün Rusiyyətin karxanalarında kağız qalmaz.

Mənim yoldaşım Sadığın adını qoyublar lağlağı. And olsun bizi yaradana, bu ləqəb o kişiyə heç yaraşmır. Doğrudu, Sadıq çox danışar. Elə hər yanda oturubdu deyəcək. Deyir, deyir və yorulmaq bilmir. Amma neyliyim, bir belə şirinkəlam, mən deyərəm, yer üzündə yoxdu.

Bir də ki, bizim Danabaş kəndində elə bilirlər ki, hər bir çox danışan adama lağlağı demək olar. Axır çox danışan da var, çox danışan da. Mən elə şəxslər görmüşəm ki, səhərdən-axşamadək danışıb, mən heç doymamışam. Əgər hamı çox danışana lağlağı demək olsaydı, gərək biz cəmi vaizlərə lağlağı deyəydik; çünki onlar minbərə çıxıb, yenmək bilməzlər.

Xeyr. Hamı çox danışana lağlağı demək olmaz. Birisi başlayır Allah-taalanın barəsində söhbət edir, ya qeyrisi öz Kərbəlaya və Məkkəyə getməyindən nağıl edir, məgər bu cür şəxslərə demək olar lağlağı? Xeyr, olmaz; günahdı və haqdan uzaqdı bu cür sözləri danışmaq.

Qoy hər kəs hər nə deyir-desin. Qoy Sadığa desinlər lağlağı; amma o kişi ölən günə kimi mənim rəfiqim, müsahibim və həmdərdimdi! Bəzi qızını söyür, bəzi anasını.

Bəlkə də elə Sadıq doğrudan lağlağıdı. Amma o danışanda doğrudan mən həmişə gərək duram onun dodaqlarından öpəm.

Pəs mənə niyə deyirlər qəzetçi? Bunun səbəbini ərz edim. Mənə o vaxt qəzetçi dedilər ki, mən Sadıq ilə müsahiblik başladım. Həqiqətdə mənim adımın qəzetçi qoyulmağına bais yoldaşım Sadıq olubdu.

Burda mətləb bir az uzandı.

Mən deyərəm iki il olar ki, biz tapışmışıq. Əhvalat bu cür oldu: bir günləri bir neçə top çit qoltuğuma vurub getdim Sadığın dükanına. O vədə bizim aramızda bir elə rəfiqlik yox idi. Bir qədər oturdum. Sadıq bir çubuq doldurdu verdi, mən başladım çəkməyi. Dükanda qeyri bir şəxs yox idi. Mən çubuğu çəkməyə məşğul oldum. Sadıq da, söz yox, başladı söhbəti. Mənə onun söhbəti həmişə xoş gəlirdi, necə ki, qabaqca ərz etdim qulluğunuza; amma bu dəfə mən bu kişiyə lap aşiq oldum. Bu dəfə mənim rəfiqim bir elə şirin əhvalat başladı ki, mən deyərəm bəlkə iyirmi, otuz müştəri dükana girdi və boş çıxdı. Hər gələnə deyirdik ki, sən istəyən şey dükanda yoxdu. Dedi, dedi, dedi, axırı bir yerdə dayandı. Bir diqqətnən baxdı mənim üzümə, bir ah çəkdi və dedi:

– Xəlil əmoğlu, mənim bir arzum var.

Cəlil Məmmədquluzadə “Seçilmiş əsərləri 1-ci cild” PDF

Dramaturq Cəlil Məmmədquluzadə seçilmiş əsərləri 1 ci cild oxumağı tövsiyyə edirəm
Kitaba görkəmli Azərbaycan yazıçısı, “Molla Nəsrəddin” jurnalının naşiri və redaktoru Cəlil Məmmədquluzadənin (1869-1932) nəsr, dram əsərləri, şeirləri və tərcümələri daxil edilmişdir.

Mir.az-a Dəstək üçün ianə edin!

Saytımızın aktiv qala bilməsi üçün Patreon hesabı açdıq və dəstəyinizi gözləyirik. Bir neçə dollar olsa belə, töhfəniz bizim üçün çox şey deməkdir. Niyə dəstəyə ehtiyacımız var?

Cəlil Məmmədquluzadə “Seçilmiş əsərləri 1-ci cild” PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

celil-mememdquluzade-eserleri.pdf

Saytımızdakı kitablar tanıtım məqsədi ilə oxuculara təqdim olunur. Bu kitablar müxtəlif mövzularda və müxtəlif müəlliflər tərəfindən yazılmış əsərlərdir.
Unudulmamalıdır ki, müəlliflərin və nəşriyyatların zəhməti ilə üzə çıxan bu əsərlər bir çox çətin proseslərdən keçərək kitab halına gəliblər. Buna görə də müəlliflərə və nəşriyyatlara dəstək olmaq üçün kitabları almağı tövsiyə edirik.

Comments are closed, but trackbacks and pingbacks are open.