Cəlil Məmmədquluzadə. Ölülər
Әhvalat vaqe olur İrәvan şәhәrlәrinin birindә, iyirmi il bundan irәli.
Cəlil Məmmədquluzadə – Ölülər/Dördüncü məclis
Hacı Hәsәnin evi, İskәndәrin otağı, H a c ı H ә s ә n vә övrәti. K ә r b ә l a y ı F a t m a x a n ı m fikirli oturublar.
H a c ı H ә s ә n. Ay qız, Fatma, Nazlının әl-ayağını hazırla, bu gün gәrәk köçürәk şeyxin otağına.
K ә r b ә l a y ı F a t m a x a n ı m. Ay Hacı, elә bu tezlikdә?
H a c ı H ә s ә n. Bәli, elә bu tezlnkdә.
K ә r b ә l a y ı F a t m a x a n ı m (bir az fikir elәyәndәn sonra) Ay hacı, vallah bilmirәm nә elәyim? Lap mәәttәl qalmışam: bilmirәm şeyx bu qәdәr arvadı nə eləyir? Elә gündә birini alır. İndi dә bizim qızı istәyir.
H a c ı H ә s ә n. Yәni gündә birini alanda bir xlafi-şәr iş görmür ki? Allahın әmridi, alır.
K ә r b ә l a y ı F a t m a x a n ı m. Hacı, yaxşı deyirsәn, amma qorxuram Nazlı atılıb- düşә. Bir dә, vallah, hacı, doğrudan, Nazlı hәlә lap uşaqdı.
H a c ı H ә s ә n (hirsli). Axmaq-axmaq danışma! Uşaq olmağını ya olmamağını mәn sәndәn yaxşı bilirәm. Zilhәccә ayının 18-dә doqquz yaşı tamam olub, on yaşına ayaq qoyub. Dәxi bilmirәm uşaq nәyә deyirsәn? Sözü oyza-buyza atmaq lazım deyil. Bir yolluq aşkar de ki, Nazlını da verәcәyәm Mir Bağır ağaya.
K ә r b ә l a y ı F a t m a x a n ı m. Yox, vallah, Mir Bağır ağaya vermәkdәn ötrü demirәm! Özün bil, öz qızındır. Hәr kәsә istәyirsәn ver. Ancaq bilirәm ki, Nazlı atılıb-düşәcәk.
H a c ı H ә s ә n. Cәhәnnәmә-gora atılıb-düşәcәk! Qız tayfası axmaq bir şeydi; xeyrini-şәrini nә anlayır?! Kefli İskәndәrin bacısı ondan artıq olmayacaq ki! Hәlә o gәrәk allahına şükür elәsin ki, Şeyx Nәsrullah kimi bir vücuda әrә gedir. Bir belә müqәddәs şәxslә qohum olmaq elә bir qәnimәtdi ki, dünyada az-az adama qismәt ola bilәr. Bu bir mәrhәmәtdi ki, xudayi-taala bizә göndәrir vә bunların hamısı keçәndәn sonra, sәn özün gәrәk bilәsәn ki. (yavaşca) şeyxi incitmәk olmaz. Axı gәrәk başa düşәsәn nә deyirәm.
K ә r b ә l a y ı F a t m a x a n ı m (yavaşca). Başa düşürәm.
H a c ı H ә s ә n. Doğrusu, Fatma, mәn bu iki gündür, deyәsәn, elә bir tәhәr olmuşam: gözlәrim qaralır, hәrdәn bir başım da gicәlir.
K ә r b ә l a y ı F a t m a x a n ı m. Ay hacı, allah kәrimdi, heç zad olmaz.
H a c ı H ә s ә n (fikirli). Nә bilim? (Bir az dayanıb). Di durma, Fatma, get. Nazlıya nә lazımdı de (övrәt çıxır, Hacı başını aşağı salıb fikrә gedir. Bir az keçib, qapıya tәrәf baxır, guya bir şey görür vә hövlnak ayağa durub soruşur). Nә istәyirsәn? (cavab gәlmir. Tez-tez öz-özünә deyir). Әstәğfürullah rәbbi vә tube ileyh, bismillahür-rәhmanür-rәhim, (sonra ucadan çağırır). Fatma, Fatma!
İskәndәr girir içәri vә tәәccüblә soruşur.
İ s k ә n d ә r. Ata, nә istәyirsәn?
H a c ı H ә s ә n (İskәndәrә). Bura gәl, bura gәl. Gәl yapışım әlindәn, dizlәrim titrәyir (oturur, İskәndәr yapışır atasının әlindәn). Bismillahür-rәhmanür-rәhim. Deginәn mәnә bir stәkan su gәtirsinlәr.
İ s k ә n d ә r. Ata, qorxma, heç zad yoxdur, ancaq bir az ağlın qaçıb.
H a c ı H ә s ә n (yapışıb İskәndәrin әlindәn). Yox, İskәndәr, ağlım başımdadır. Qorxma, heç bir zadım yoxdu, ancaq gözlәrim qaralır.
İ s k ә n d ә r. Qorxma, heç bir şey deyil, ancaq adam dәli olanda elә bir azca gözlәri qaralır. Dәxi bundan başqa bir şey yoxdu. Qorxma, bircә bu var ki, sәnin başına hava gәlib.
H a c ı H ә s ә n. Yox, yox, inşallah, heç zad olmaz. Deginәn bir stәkan su gәtirsinlәr.
İ s k ә n d ә r. Su gәtirsinlәr; amma dәli olana su xeyir elәmәz. (Ucadan). Әli, Әli!
Әli gәlir içәri.
Bir stәkan su gәtir. (Әli çıxır).
H a c ı H ә s ә n. İskәndәr, sәn mәni lap qorxudursan. Axı mәn özüm bilirәm ki, ağlım başımdadı. Ancaq deyәsәn ki, gözümә bir şey görsәndi. Elә kәfәnli adam kimi bir şey idi. Gәlib durmuşdu qapıda. Bәlkә sәnin dә gözünә bir elә şey sataşıb?
İ s k ә n d ә r. Yox, ata, mәnim gözümә bir şey sataşmayıb. Dәli adamın gözünә elә şeylәr görsәnәr.
Әli su gәtirir, Hacı Hәsәn alıb içir vә deyir:
Allah Yezidә lәnәt elәsin!
H a c ı H ә s ә n (İskәndәrә). İskәndәr, vallah, deyәsәn mәnnәn zarafat elәyirsәn. Mәn burada hәr bir zadı ayın-şayın görürәm. Nәdәn deyirsәn ki, mәnim başıma hava gәlib?
İ s k ә n d ә r. Ondan ötrü ki, Şeyx Nәsrullah sizә tәlә qurmaqdan ötrü beyninizi doldurub ki, ölülәri dirildә bilәr, sәn dә inanıb var-yoxunu istәyirsәn verәsәn İsfahan lotusuna!
H a c ı H ә s ә n (bir qәdәr fikir elәyib). Yaxşı, bir saatlığa, tutaq ki, mәn dәli olmuşam; bәs Mir Bağır ağa ki, alim adamdır, o niyә bәs ölülәrin dirilmәyinә inanır? Elәdә o da dәlidi?
İ s k ә n d ә r. Yox, Mir Bağır ağa dәli deyil, ancaq eşşәkdi.
H a c ı H ә s ә n (dikәlib hirsli, ucadan). Kәs sәsini, namәrbut! (Bir az baxıb). Bәs telğqrafçı Heydәr ağa niyә inanır, elәdә o da dәli olub?
İ s k ә n d ә r. Yox, dәli odmayıb. O da o sәbәbә inanır ki, qulaqları çox uzundur.
H a c ı H ә s ә n. Hә, elәdә, dünyada sәndәn savayı hamı dәlidi, hamı eşşәkdi, bircә sәn ağıllısan. Elәdә Hacı Bәxşәli dә dәlidi, Hacı Kazım da axmaqdı, Hacı Kәrim dә sәfehdi. Hamı dәlidi, bircә İskәndәr ağıllıdı.
İ s k ә n d ә r. Dünyada uzunqulaq mәgәr azdı? Nuhun gәmisindә hәr heyvandan hәrәsindәn bircә dәnә var idi, amma indi gör bircә Hәmәdanda nә qәdәr eşşәk var?
H a c ı Hә s ә n (hirsli). Axmaq, axmaq danışma!
K ә r b ә l a y ı F a t m a x a n ı m (girir içәri vә durur bir tәrәfdә). Hacı, mәn sәnin qızının öhdәsindәn gәlә bilmirәm; sәn özün bәlkә onu dilә tutasan.
H a c ı H ә s ә n (bir az fikirdәn sonra). Arvad, Fatma, sәn mәni, allaha şükür, tanıyırsan; bilirsәn ki, hirsim tutanda gözümә heç zad görsәnmir. Get dinmәz-söylәmәz qızıvın әl-ayağını qayır. Axşam gәrәk köçürәk. (Fatma xanım çıxır. Hacı Hәsәn onun dalınca). Dayan, dayan! (arvad dayanır). Qızına de ki, razı olmasın gәlim onun qabırğalarını sındırım! (Fatma xanım çıxır; İskәndәr bir az atasına baxandan sonra “tfu” elәyib çıxır).
H a c ı H ә s ә n (hirsli onun dalınca ucadan). A sәni әkib-doğan tünbәtün düşsün! Axırda işi bu yerә yetirdin? (İskәndәrin dalınca hirsli çıxıb, yenә qayıdıb gәlir yerinә)
Ә v v ә l i n c i a z a r l ı (“ay, vay” elәyә-elәyә vә öskürә-öskürә, rәngi qaçmış bir kişi әlindәki ağaca söykәnә-söykәnә girir içәri). Salam әleyküm. Ax! Vay! Vay! Heç ayaq üstә durmağa taqәtim yoxdu. Hacı ağa, allah oğlanlarını saxlasın, mәnә bir әlac. İndi az qalır bir il tamam olsun ki, bu zәhrimar naxoşluq yapışıb yaxamdan, әl çәkmәk bilmir. Ay, ay, vay! Ay, vay! (öskürür). Bax, hәrdәnbir döşümün burasından ki, bir ağrı tutmur, dәxi qoymur nәfәsimi alım. Gecә sәhәrә kimi öskürmә qoymur yatım. Dua yazdırmaqdan yoruldum. Dәllәk usta Cәfәrә yol döymәkdәn dәxi yorulmuşam. Aman günüdür, ay hacı (öskürür). Mәnә әlac. Allah sizә ömür versin. Dәxi sizin qapınıza pәnah gәtirmişәm: ya gәrәk şeyx cәnabları bu saat mәnim canımı ala ki, bir yolluq (“uy, uy” elәyib әlini qoyur döşünә, öskürür) dincәlәm, ya gәrәk mәnә bir әlac elәyә. Şeyxin qәdәmlәrinә fәda olum. Heç zad istәmirәm, elә bircә mәnә mәrhәmәt nәzәrilә baxsa, yaxşı olaram; yoxsa, heç bir şeyim yoxdur. Elә allah-taalanın mәnә mәrhәmәti bәsdi. Ax . ay . vay! Nәfәsim kәsildi.
H a c ı H ә s ә n. Çox әcәb, baş üstә, mәşәdi. Ancaq indi şeyx cәnabları ibadәtә mәşğuldur. Baş üstә, fariğ olan kimi, mәn әrz elәrәm ki, yazıqsan, sәnә bir әlac elәsin. Baş üstә.
Ә v v ә l i n c i a z a r l ı. Ax! (öskürür). Ax. Vallah bilmirәm ki, bu nә dәrddi gәlib yapışıb yaxamdan. Bir-iki ay bundan irәli, yәni deyәsәn bir az yaxşı idi. Öskürmәm azaldı, iştәham da.
İ k i n c i a z a r l ı (başı dәsmal ilә bağlı, qaşqabaqlı girib, әvvәlinci azarlının sözünü kәsir). Salam әleyküm. (Әvvәlinci azarlıya). Mәşәdi Hüseynqulu, sәn dә buradasan? Yaxşı elәyib gәlibsәn; biz yazıqlara nicat yolu elә bu qapıda olacaq. Allah Hacı әminin kölgәsini bizim başımızın üstündәn әskik elәmәsin öz birliyi xatirinә! (Hacı Hәsәnә). Hacı әmi, bu başağrısı mәni hәlәk elәyibdir; nә qoyur geçә rahat olam, nә qoyur gündüz rahat olam. Gedirәm Usta Cәfәrin yanına, deyir: qanın çoxalıb, gәrәk sәndәn qan alam. Gedirәm Mir Bağır ağanın yanına, deyir: qanın azalıb, gәrәk bal halvasından savayı özgә şey yemәyәsәn. Hacı әmi, mәni çövür balalarıvın başına, şeyx cәnablarından iltimas elә, mәnә bir barmaq yekәlikdә (әlinin şәhadәt barmağını göstәrir) dua yazsın ki, bu başağrısı mәndәn rәf olsun. Hacı әmi, nә qәdәr canım sağdır.
Qucağında uşaq bir kişi, uşaq ağlayır vә ikinci azarlının sözünü kәsir. Sonra yenә azarlılar başlayırlar bir-bir içәri girmәyә. Kimi başını, kimi boynunu, kimi qolunu bağlayıb, “ax vay” ilә girib düzülürlәr. Vә bәrk azarlılar girәn kimi çöküb otururlar yerә. Bunların bir neçәsi başlayırlar, Hacı Hәsәndәn bu tövr tәvәqqe elәmәyә.
A z a r l ı l a r. Hacı әmi! Qapına dәxil düşmüşük, şeyx cәnablarından bizә bir çarә. Aman günüdü, bizә yazığınız gәlsin.
H a c ı H ә s ә n (gәlib durur azarlıların qabağında). Baş üstә, mәn әlimdәn gәlәni sizdәn әsirgәmәnәm; ancaq indi görürsünüz, şeyxәna hәlә heç kәsә içәri girmәyә izin vermir. Siz zәhmәt çәkin hәyәtdә oturun ağacın kölgәsindә, gözlüyün. Baş üstә, elә ki, şeyx cәnabları izin verdi, mәn sizә xәbәr verәrәm, hamınız dәrd-dilinizi әrz edәrsiniz vә inşallah, gümanım bunadır, bu qapıdan naümid qayıtmayasınız.
A z a r l ı l a r (Hacı Hәsәnә dua edә-edә, yavaş-yavaş çıxırlar). Allah hacı әmiyә ömür versin! Allah hacı ağanın atasına rәhmәt elәsin! Allah onu bizә çox görmәsin öz birliyi xatirinә!
H a c ı H ә s ә n (qapıda nökәri Әlini görüb deyir). Әli, şeyx cәnablarına çay-çörәk aparıbsan?
Ә l i. Xeyr, hacı ağa, hәlә şeyx yuxudan durmuyub; qapısı indiyә kimi bağlıdır.
K ә r b ә l a y ı F a t m a x a n ı m (girir içәri, Әli çıxır). Hacı, Nazlını bir fәndlә dilә tutdum, razı elәdim. Amma vallah, bir sözüm var, demәyә dә qorxuram.
H a c ı H ә s ә n. De, sözün nәdi, de.
K ә r b ә l a y ı F a t m a x a n ı m. Hacı, sәn bilirsәn yazıq Saranı әrә verәndә mәn nә qәdәr niskil elәdim ki, yazıq qıza toy çaldırmadıq. Sәn dedin günahdı–mәn dә bir söz demәdim. Allaha qurban olum, biz elә hәmişә günahdan qorxmuşuq, ancaq.
H a c ı H ә s ә n (arvadının sözünü kәsib). Hә, sözünü de görüm. İndi elә o qalıb ki, şeyxin hüzurunda evimizә bir toyçu da gәtirәk.
K ә r b ә l a y ı F a t m a x a n ı m. Vallah, mәnim işim yoxdu, mәn heç zad demirәm. Odu, öz qardaşın qızları, Fizzә xanım, Sәkinә xanım, Gülçöhrә xanım, Ümmigülsüm xanım–hamısı tökülüb gәlib, yapışıblar yaxamdan ki, gәrәk oxuyub-çalan gәlә.
H a c ı H ә s ә n. Sәnә deyirәm axmaq-axmaq danışma. Hәlә şeyx qalsın kәnarda, kim görübdür ki, hacı evindә toy çalına?
K ә r b ә l a y ı F a t m a x a n ı m. Sәn elә barı insafnan danış: mәgәr Hacı Әlәkbәrin qızını әrә verәndә toy çaldırmadılar? Bә Hacı Mirtağıya nә deyirsәn? Hazır toya çağırmışdılar. Toy sәsindәn mәhәllә köçürdü. Elә bircә sәnin gözün bizi görüb? Odur, bir ay bundan qabaq Hacı Bәxşәli oğlunu evlәndirdi; indi bir soruş gör oxuyub çalan gәtirmişdilәr ya yox? Elә dünyada bәdbәxt bircә bizik? Nә zәhmәtnәn uşaq böyüdürük, amma evdәn köçürdәndә elә köçürdürük ki, deyәsәn oğurluq maldı; nә qonum bilir, nә qonşu bilir. Mәn demirәm adam çağır, demirәm qonaqlıq elә, demirәm batman qazanlarını as; ancaq deyirәm ki, yasa yas deyiblәr, toya da toy. O yazıq qohum-qardaşlarımız da tökülüb gәliblәr. Nә olu ki, heç olmasa, bircә saat çәpik çalalar, yazıq Nazlının da ürәyi açıla. Vallah, sәhәrdәn indiyәdәk ağlayır. Yad ki, deyil, sәnin öz qızındı; gәrәk sәnin dә qızına yazığın gәlsin.
H a c ı H ә s ә n (bir az fikirdәn sonra yavaş sәslә). Yox, qızıma degilәn ki, ağlamasın. Mәn razı olmanam ki, o ağlasın. Dur gedәk, mәn dә onu dilә tutum. (Durur ayağa), Yox, yox, Nazlı qızım ağlamasın, dur gedәk (çıxırlar).
Nökәr Ә l i girir içәri vә onun dalınca iki qoca ö v r ә t. Sonra yenә ikisi-üçü vә bu cür on beş-iyirmiyәdәk çarşovlu övrәt, çoxu qoca, pıçıldaşa-pıçıldaşa gәlib çökürlәr bir tәrәfdә. Әli çıxır. C ә l a l ağzında konfet, gәlib durur qapıda, övrәtlәrә baxır. Övrәtlәrin heç biri dinmir vә heç biri üzünü açmır. Cәlal bir az baxandan sonra soruşur:
C ә l a l. Siz dә toya gәlmisiniz?
Arvadlar dinmәyib baxırlar Cәlala.
(Cәlal bir az baxıb deyir). Hәyә toya gәlibsinizsә, toy otağı bura deyil.
Arvadlar dinmirlәr, ancaq başlarını bulayırlar. Sonra bir övrәt alçaq sәslә Cәlala deyir: “Gәlmişik şeyxә siğә olaq”.
C ә l a l (soruşur). Siğә olaq nәdir?
Övrәtlәr yavaşca gülüşürlәr. Bir övrәt cavab verir: “Gәlmişik şeyxә әrә gedәk”.
Cәlal başlayır gülmәyә vә deyir.
C ә l a l. Buy, bu qәdәr dә arvad bir kişiyә әrә gedәr? (Gülüb qaçır eşiyә);
Övrәtlәrin bir neçәsi dә gülür. Mir Bağır ağa qapıdan içәri girib, övrәtlәri görüb, diksinәn kimi qayıdır. Sonra F a t m a x a n ı m başında çarşov; dalınca Mir Bağır ağa, girirlәr içәri.
K ә r b ә l a y ı F a t m a x a n ı m. Ağa, buyur gәl, get әylәş o tәrәfdә.
Mir Bağır ağa dalını övrәtlәrә çöndәrib, gәlib әylәşir qabaqda, dalı övrәtlәrә tәrәf. Kәrbәlayı Fatma xanım gedib övrәtlәrә әyilib pıçıldaşandan sonra Mir Bağır ağaya.
K ә r b ә l a y ı F a t m a x a n ı m. Ağa, bu bacılar sәndәn tәvәqqe elәyirlәr, zәhmәt çәkib şeyxә deyәsәn ki, allah rizası üçün adını qoysun bu biçarәlәrin üstünә ki, yazıqlar allahın savabından binәsib olmasınlar.
M i r B a ğ ı r a ğ a (başıaşağı). Baş üstә, baş üstә. Deyәrәm, әlbәttә, deyәrәm. Çox gözәl işdir. Allah-taala hәmişә belә bәndәlәrini dost tutar. Allah әcri-xeyir versin. Maşallah, maşallah, bacılar!
Çıtmıq sәsi gәlir vә sazәndә çalıb oxumağı eşidilir.
M i r B a ğ ı r a ğ a (tәәccüblü başını qalxızıb, F a t m a x a n I m a). Әmidostu, bu nә xәbәrdi?
K ә r b ә l a y ı F a t m a x a n ı m. (arvadlara). Bir dә, vallah, billah, hәr kәs hәr nә desә, yalandı. Hәr kәsin alnına nә yazılıbsa, elә dә olacaq. Yoxsa kimin ağlına gәlәrdi bizim Nazlı şeyx kimi adama qismәt olacaq.
M i r B a ğ ı r a ğ a (çox tәәccüblü). Necә Nazlı, sizin Nazlı?
K ә r b ә l a y ı F a t m a x a n ı m. Nә bilim, ay ağa, bu gün Hacı Nazlını verir qonağımıza.
M i r B a ğ ı r a ğ a (tәәccüblü). Şeyx Nәsrullaha?
K ә r b ә l a y ı F a t m a x a n ı m. Bәli, cәnab şeyxә.
M i r B a ğ ı r a ğ a (bir az fikir elәyib). Elә bu gün?
K ә r b ә l a y ı F a t m a x a n ı m. Yәni, vallah, ağa, mәn hacının öhdәsindәn gәlә bilmirәm; deyirәm axı bu tәlәsikdә iş olmaz. Nә bilim, vallah, özüm dә mәәttәl qalmışam.
Mir Bağır ağa başını salıb aşağı, cibindәn qırmızı güllü dәsmalını çıxarıb, basır üzünә vә başını aşağı әyib, başlayır ağlamağa.
H a c ı H ә s ә n (qapıda görsәnir. Fatma, bacıları apar o biri otağa; bura adam gәlәcәk.
Kәrbәlayı Fatma xanım vә övrәtlәr durub gedirlәr. Hacı Hәsәn vә İskәndәr girirlәr içәri. Hacı Hәsәn oturur vә İskәndәr durur ayaq üstә.
H a c ı H ә s ә n (oğluna). İskәndәr, qulaq as, gör nә deyirәm. Mir Bağır ağa da özgәsi deyil. Sәn bilirsәn ki, bacın Nazlı sәni nә qәdәr istәyir. Bugünkü gündә razı olma ki, mәnim evimdә göz yaşı tökülsün. Şeyx cәnablarına getmәyә mәn onu razı elәmişәm; amma bayaqdan ağlamaqdan sakit olmur, deyir ki, nә bilim, gәrәk İskәndәr razı olsun. Bunu da sәnә xәbәr verirәm ki, razı oldun, olmadın, mәnә heç tәfavütü yoxdu. Mәni sәn o qәdәr incitmisәn ki, mәn sәni daha adam yerinә qoymuram. İndi özün bil: әgәr istәyirsәn ki, uşağın qәlbi sıxılmasın, onu çağır bura vә xoş dilnәn onu danışdır. Qәrәz, özün bil.
Mir Bağır ağa ağlaya-ağlaya Hacı Hәsәnlә çıxıb gedirlәr. Sazәndәnin çalıb-oxumaq sәsi gәlir. İskәndәr fikir elәyir. N a z l ı qapıda görsәnib, durub vә dinmir.
N a z l ı. Dadaş, qoy gәlim üzündәn öpüm. (İstәyir gәlsin irәli. İskәndәr tez çәkilib, durur kәnarda vә dinmәyib, baxır Nazlının üzünә). Dadaş, sәn allah, mәndәn incimә!
İ s k ә n d ә r. Hәyә istәyirsәn mәn sәndәn incimәyim, dur orada vә yerindәn tәrpәnmә. (Bir qәdәr Nazlıya baxandan sonra әlini salıb, çibindәn araq şüşәsini çıxardıb, istәyir başına çәkib içә. Nazlı onun yanına yeriyib, istәyir qoymaya. İskәndәr çox ucadan vә hirslә “çәkil!”–deyib Nazlını elә bәrk itәlәyir ki, qız dalı üstә yıxılır yerә. İskәndәr başlayır arağı içmәyә vә Nazlı ağlaya-ağlaya durur ayağa vә qapıya tәrәf gedir. İskәndәr: “puf” elәyib üzünü turşudur vә Nazlıya deyir). Dayan, dayan! Getmә! Sәnә söz deyәcәyәm. (İkinci dәfә şüşәni başına çәkib içir vә şüşәni qoyur cibinә. Sazәndәnin çalıb oxumaq sәsi gәlir. İskәndәr haman sәsi eşidib, başlayır yavaş-yavaş alçaqdan oxumağa. Sazәndә oynamaq havası çalır vә İskәndәr düşür oynamağa; sonra dayanıb Nazlıya): Nazlı, mәn ölüm bura gәl; gәl bura, gәl barışaq. İndi hәr nә sözün var de. İndi mәn sәnә nökәrәm, mәn sәnә qulam. Gәl, gәl barışaq. (Gedib Nazlını qucaqlayır).
M ә ş ә d i O r u c (әlindә teleqraf kağızı, kәhildәyә-kәhildәyә girir içәri vә ucadan soruşur). Hanı hacı әmi?
Onun dalınca anası yenә ağlaya-ağlaya girir içәri. Nazlı yox olur. Sonra kәhildәyә-kәhildәyә içәri girirlәr. H a c ı B ә x ş ә l i, H a c ı K ә r i m, H a c ı K a z ı m, M i r B a ğ ı r a ğ a, H e y d ә r a ğ a vә biz gördüyümüz adamların çoxu. Çox adam da otağa sığışmayıb durur qapıda. Adamlar kәhildәyә-kәhildәyә bir-birinin üzünә baxıb, bilmirlәr nә qayırsınlar. Hacı Hәsәn içәri girib, çox tәәccüb elәyib, mat qalır vә adamlara üzünü tutub soruşur.
H a c ı H ә s ә n. Camaat, xeyir ola? Nә xәbәrdi, nә var?
M ә ş ә d i O r u c (ağlaya-ağlaya). Hacı, Kәrbәlayı Fәtullah dirilmәyib.
İskәndәr xa . xa . xa! . çәkib gülür vә adamların içinә girib yox olur.
H a c ı H ә s ә n (Mәşәdi Oruca). Nә danışırsan, necә dirilmәyib?
A d a m l a r ı n ç o x u b i r d ә n. Bәli, bәli, dirilmәyib.
H a c ı H ә s ә n. A kişi, allah rizasına, elә söz danışmayın. Elә şey olmaz vә ola da bilmәz.
M ә ş ә d i O r u c. Hacı әmi, vallah, belәdi. Bu da telğraf, al, oxut, gör nә yazılıb. (Әtәyi ilә gözünün yaşını silir vә kağızı uzadır Hacı Hәsәnә). Hacı әmi, axı Kәrbәlayı Fәtullahdan kağız gәlmişdi ki, guya bu şeyx onu dirildib vә özü dә çıxıb gәlir. Mәn dә, özün bilirsәn ki, Xorasana telğraf elәmişdim ki, görüm Kәrbәlayı Fәtullah niyә yubandı. Telğrafı da Hacı Mәmmәdәlinin üstünә göndәrmişdim. Çünki dadaşım dirilsәydi, Hacı Mәmmәdәligildәn savayı özgә yana getmәzdi. İndi Hacı Mәmmәdәli yazır ki, siz dәli-divanә olmusunuz. Adam da mәgәr ölәndәn sonra dirilәr?
H a c ı H ә s ә n (teli ala-ala). Necә?
İskәndәr adamların içindәn xa . xa! . çәkib gülür.
H a c ı H ә s ә n (Heydәr ağaya). Ay Heydәr ağa, allah atana rәhmәt elәsin, bir bizi başa sal görәk, bu necә telğrafdı? Axı, ağıl kәsmir ki, gözümüz ilә gördüyümüz işlәrin hamısı yalan çıxsın. Biz ki, allaha şükür, uşaq deyilik, dәli deyilik. Allaha şükür, şeyx cәnablarının möcüzәlәrini burada olan adam hamısı gördü. Bәlkә telğrafda sәhv-zad var?
Hamı bir-birinә deyir: “Vallah, belә zad olmaz”, “Xeyir, belә deyil”. “Vallah, başa düşә bilmirәm”.
H e y d ә r a ğ a. Hacı Hәsәn ağa, mәn telğrafı diqqәtlә oxumuşam. Telğrafda sәhv yoxdur. Mәn belә mәslәhәt görürәm, genә şeyxin özünә bu әhvalatı bildirәsiniz ki, görәk sözü nәdi vә bu teli kim vura bilәr vә belә yalanı kim düzәldә bilәr?
H a m ı b i r d ә n. Bәli, bәli, yaxşı buyurur; şeyxin özünә demәk lazımdır.
(Hamı sakit olur).
H a c ı H ә s ә n. Vallah, doğrusu, adam utanır da şeyxә belә sözlәri demәyә. Doğrusu, mәn bir az xәcalәt çәkirәm. A kişi, vallah, ola bilmәz. Burada bir özgә әmәl var. Qәrәz ki, vallah, mәn utanıram. Belә xәbәri mәn şeyxә verә bilmәnәm.
H a c ı B ә x ş ә l i (Hacı Kәrimә). Hacı Kәrim ağa, sәn yaxşısan, sәn özün şeyxnәn danış.
H a c ı K ә r i m. Xeyr, xeyr, mәn o qәlәti elәyә bilmәnәm! (Hacı Kazıma). Hacı Kazım ağa, sәn özün yaxşısan.
H a c ı K a z ı m. Doğrusu, mәn şeyx cәnablarından qorxuram. Qardaş, görmürsünüz ki, necә hirslidir? Elә çığırır ki, dam-daş titrәyir.
M i r B a ğ ı r a ğ a (qabağa yeriyib). A kişi, burada, mәn bilmirәm, nә çәtin iş var? Şeyx Nәsrullah adamyeyәn deyil ki! İstәyirsiniz mәn bu saat gedim, hәr nә sözünüz var deyim. (Yavuqlaşır şeyxin qapısına).
H a m ı. Çox әcәb! Çox әcәb! Allah atana rәhmәt elәsin!
H a c ı H ә s ә n (yeriyib Mir Bağır ağanın qabağına). Ay ağa, sәn allah barı bir az ehtiyatlı ol. Genә hәr nә deyәcәksәn, bir az әdәbli de ki, yazıq şeyxi özümüzdәn incitmәyәk.
M i r B a ğ ı r a ğ a (әli ilә şeyxin qapısını tıqqıldadır, hamı qorxub çәkilir kәnara. Çoxları otaqdan çıxır. Mir Bağır ağa yenә qapını döyә-döyә çağırır). Cәnab şeyx!
H a c ı H ә s ә n (kәnardan qorxa-qorxa). Mir Bağır ağa, gәl bir istixarә elәyәk; bәlkә, heç şeyxi narahat elәmәyimiz mәslәhәt deyil?
Mir Bağır ağa qulaq asmayıb, qapını dәxi dә bәrk döyür. Hamı sakit olub, mat qalır. İskәndәr adamların içindәn çıxıb, birdәn gәlir vә qapını tәpiyilә bәrk vurur. Qapı açılır, adamlar qorxularından qaçırlar eşiyә vә şeyxin otağının tamaşaçılara tәrәf pәrdәsi qalxır.
İKİNCİ PӘRDӘ
Şeyxin otağında bir kәs görsәnmir. İskәndәr otağa girib, tәәccüblü o tәrәf-bu tәrәfә baxıb, yavuqlaşır küncdә asılan pәrdәnin yanına vә pәrdәnin kәnarını qalxızıb baxan kimi, pәrdә dalında olan dörd nәfәr qız başlayır birdәn ağlamağa.
İ s k ә n d ә r (qızlardan soruşur). Hanı şeyx? (Qızlar cavab vermәyib ağlayırlar).
İ s k ә n d ә r (Şeyxi axtarmaq qәsdilә yenә o tәrәf-bu tәrәfә baxıb vә sonra pәrdәnin dalındakı qızlara baxıb, yenә soruşur). Bәs qonaqlar hara gediblәr?
Q ı z l a r d a n b i r i s i (pәrdәnin dalından). Gecәynәn şeylәrini yığışdırıb dedilәr: “gedirik hamama”.
İskәndәr bir söz demәyib, qızların pәrdәsini salıb, başını aşağa salıb, bir qədәr fikirli durur. Bu heyndә eşikdә qiylü-qal vә qaçhaqaç qopur. Bir az da keçir, ü ç n ә f ә r a d a m, müsafir paltarında, silahlı vә toz-torpaqlı, çox hirsli girirlәr qabaq otağa vә ucadan soruşurlar. “Hanı o ölü dirildәnlәr?” Sonra müsafirlәr vә onların dalınca c a m a a t girir şeyxin otağına. Müsafir vә camaatdan bir neçәsi İskәndәrdәn soruşurlar: “hanı Şeyx Nәsrullah?” İskәndәr cavab verir ki, “qaçıblar”. Müsafirlәr vә camaat ucadan soruşur: “Necә qaçıblar, hara qaçıblar?”. Otağa böyük mәrәkә düşür. Pәrdә dalından qızlar başlayır ağlamağa. Adamların biri soruşur: “Hara qaçıblar?” biri: “Necә qaçıblar?”. Biri deyir: “Nә vaxt qaçıblar?” Bir-iki kişi gәlib pәrdәnin dalından qızlardan soruşur: “Bala, niyә ağlayırsan? Bala qorxma!” Adamlar qarışıb bir-birinә. Müsafirlәrin biri üzünü camaata tutub deyir.
M ü s a f i r. Ey müsәlman qardaşlar! Bir sakit olun; iki kәlmә sözümüzü eşidin; sonra siz dә tәklifinizi bilin; bizә dә kömәk elәyin. Biz İrәvan vilayәtindәnik vә indi elә başa düşürük İsfahan lotuları bizim başımıza gәtirәni, sizin dә başınıza gәtirib. Belә ki, bu haramzadalar yalandan adlarını müctәhid qoyub, gәlib bizim şәhәrdә dörd gün qalıblar vә min hiylә ilә gecәdә bir qız alıb, kәbin altında qoyub, çıxıb qaçıblar. Aman günüdür, onlar qaçan yolu bizә nişan verin, tutaq vә onların divanını elәyәk.
Pәrdә dalında qızlar yenә ağlaşırlar. Adamların bir neçәsi müsafirlәrin qabağına düşüb vә çoxusu onların dalınca tez qaçırlar va qaça-qaça çığırırlar.
Durmayın, durmayın! Qaçaq Culfa yoluna! Kәrbәlayı Hәsәn! Mәşәdi Cәfәr! Әli! Hәsәnqulu! Atları minin, durmayın, gedәk o lotuları tapaq!
Adamların çoxu vә müsafirlәr qaçıb, çıxıb gedirlәr.
İ s k ә n d ә r (Şeyxin otağının ortasında durub, müsafirlәrin sözlәrini tәkrar elәyib, öz-özünә deyir). Gecәdә bir qız alıb, axırda qoyub qaçıblar! Xa . xa . xa. (Qah-qah çәkib gülür; sonra sakit olub fikirli, qızlara tәrәf üzünü çöndәrib vә yenә bir az fikirdәn sonra qalan adamları eşik otaqdan bir-bir çağırır içәri). (Adamlara). Gәlin içәri, gәlin bura! Gәl, gәl! Yavuq gәl!? Gәl, keç içәri. Sәn dә gәl, Hacı Kazım, sәn dә buyur içәri. hamınız gәlin içәri! Mәn ölüm hamınız gәlin! Bax, belә! Keç! Keç! Sәn dә keç içәri! Sәn dә gәl. Gәlin, gәlin (Bu sözlәri deyә-deyә İskәndәr adamları, yığır şeyxin otağına), Di indi növbәt mәnimdir, qulaq asın; mәn dә bir-iki kәlmә söz danışım. (Hamı düzülüb vә sakit dururlar vә İskәndәr “sus” elәyib, gedir qızların pərdәsini çәkib qopardır, atır kәnara. Camaat utandğından başını salır aşağı. Qızlar da utanıb, üzlәrini әllәri ilә tuturlar vә başlayırlar ağlamağa. İskәndәr üzünü tutur camaata).
İSKӘNDӘRIN NITQI
Baxın! Baxın! Yaxşı baxın! Diqqәtnәn baxın! Sizin tarixlәrinizin kitabında bu, qan ilә yazılmış bir sәhifәdir. Sizdәn sonra gәlәnlәr bu kitabı vәrәqlәyib, bu sәhifәni görәndә sizi yada salıb deyәcәk: (ucadan) tuf sizin üzünüzә! “Tüpürür camaata tәrәf”. Hamı başını aşağı salıb dinmir). Bağışlayın, kefli İskәndәr bir az biәdәblik elәyir. Amma indi dә növbәt mәnimdir. Mәn demirәm ki, siz niyә bu balaca uşaqları (qızları göstәrir) zornan gәtirib qatdız bu fahişәxanaya. Söz yox, siz bunlara deyәndә ki, sәni verirәm bu şeyxә, bu biçarәlәr çığırıb bağırırdılar vә sizin çirkli ayaqlarınızı öpә-öpә yalvarırdılar: “Ata, aman günüdür, mәni anamdan ayırma!” (Üzünü qızlara tutub). Elәdirmi? Doğrumu deyirәm?
Qızlar ağlaya-ağlaya baş yendirirlәr.
Yox, mәn ondan ötrü incimirәm. Çünki siz qızlarınızı bura çәkә-çәkә elә xәyal edirdiniz ki, bunları behiştә çәkirsiniz vә İsfahan şeyxlәri sizi inandırmışdılar ki, hәr kәs bu mübarәk otağa qәdәm qoysa, ölәndәn sonra qiyamәtәdәk qәbrin dәriçәsindәn mәlakәlәrlә söhbәt edәcәk. Amma zәmani ki, ricәt mәsәlәsi ortalığa qoyuldu vә Şeyx Nәsrullah ölülәrin dirilmәk ixtiyarını qoydu sizin qabağınıza, siz, dәriçәdәn mәlakә axtaranlar, ölәn qardaşlarınızın, bacılarınızın vә övrәt-uşaqlarınızın dirilmәyinә razı olmadınız. Niyә razı olmadınız? Ondan ötrü ki, arvadlarınızın hamısını yumruq altında öldürmüşsünüz; ölәn qardaşlarınızın arvadını almısınız, ölәn dostlarınızın yetimlәrinin malını yemisiniz. Razı olmadınız ki, dirilib gәlsinlәr vә sizin әmәllәrinizi görüb desinlәr: “Tuf sizin üzünüzә!” (Bәrk tüpürür).
Camaat hamısı başını salır aşağı.
Bu sözlәri sizә demәkdә elә xәyal elәmәyin ki, mәn sizi pislәyib, özümü tәrif etmәk istәyirәm. Yox, yox! Bunu bilirәm ki, mәn heç bir şeyәm. Mәn çöllәrin otuyam, küçәlәrin torpağıyam, dağların daşıyam, kolların kosuyam, ağacların qurduyam. Mәn dünyada heç bir şeyәm. Әgәr mәn bir şey olsaydım, cibimdәn bir bomba çıxarıb (әlini uzadıb cibindәn araq şüşәsini çıxardır) bu evi bir saniyәnin içindә havaya dağıdıb, İsfahan lotusunu kәrpiclәrin altında diri-diri dәfn edәrdim. Amma qorxmayın, mәnim әlimdәn elә şeylәr gәlmәz. Bu araq şüşәsidir vә Şeyx Nәsrullah burada gecәlәr bu balaca uşaqları boğanda, mәn bu şüşәdәn araq içәrdim.
Qızlar başlayırlar ağlamağa.
Yox, yox, o mәnim işim deyil. O, igid işidir. Siz tәk camaatın da igidi mәnim tәk olar. Hәlә mәn heç. İndi görәk siz kimsiniz? Mәnim adım kefli İskәndәrdir; bә sizin adınızı nә qoyaq? Mәn dağları, daşları, quşları, fәlәklәri, ayları, ulduzları vә dünya-alәmlәri bura şahid çәkәrәm vә bu qızları onlara nişan verәrәm, soruşaram ki, bu camaata nә ad qoymaq olar? O vәdә hamısı bir sәslә cavab verәr: “Ölülәr”. Mәn cәmi millәtlәri bura yığıb tәvәqqe edәrәm ki, Şeyx Nәsrullahın hәrәmxanasına tamaşa elәsinlәr; o vәdә bütün yer üzünün tayfaları sizi bir sәslә adlandırarlar: “Ölülәr!” Vә bizdәn sonra gәlәnlәr illәr uzunu sizi yada salıb bir sәslә deyәcәklәr. “Ölülәr”.
Dәxi bәsdi. Di gәlin qızlarınızı aparın analarının yanına. (Yapışır qızın birinin әlindәn). Bu kimin qızıdı?
Camaat içindәn bir kişi yeriyir qabağa.
Sәnin qızındı? Di gәl apar.
Kişi gәlib, yapışır qızının әlindәn.
İskәndәr (o biri qızın әlindәn yapışıb, yenә soruşur). Bu kimin qızıdır?
Yenә bir kişi gәlib yapışır qızın әlindәn vә aparır. Bu minvalla üçüncü vә dördüncü qızı İskәndәr yola salır. Qızlar başlarını aşağı salıb, alçaqdan ağlaya-ağlaya musiqinin sәsilә çıxıb gedirlәr. Camaat da başını aşağı salıb, mәyus durur. Axırıncı qız yola düşәndә İskәndәr araq şüşәsini çәkir başına vә boş şüşәni vurur yerә. Yavaş-yavaş pәrdә yenir vә musiqi çalır.
Cəlil Məmmədquluzadə. Ölülər
H a c ı H ә s ә n–şәhәrdә mötәbәr bir hacı, 50 yaşında.
K ә r b ә l a y I F a t m a x a n ı m–onun övrәti, 40 yaşında.
İ s g ә n d ә r–onun oğlu, 22 yaşında.
C ә l a l–onun kiçik oğlu, 10 yaşında.
N a z l ı–onun qızı, 12 yaşında.
Z e y n ә b–Hacı Hәsәnin qaravaşı, 20 yaşında.
Ә l i–Hacı Hәsәnin nökәri, 18 yaşında.
H a c ı B ә x ş ә l i–45 yaşında.
H a c ı K ә r i m–50 yaşında.
H a c ı K a z ı m–50 yaşında.
M ә ş ә d i O r u c–35 yaşında.
M ә ş ә d i O r u c u n a n a s ı–50 yaşında.
M i r B a ğ ı r a ğ a–35 yaşında.
H e y d ә r a ğ a–teleqrafçı, 45 yaşında.
Ә l i b ә y–dilmanc, 30 yaşında.
M i r z ә H ü s e y n–müәllim, 40 yaşında.
K ә r b ә l a y ı V ә l i–35 yaşında.
D ö r d n ә f ә r q ı z–Şeyx Nәsrullahın övrәtlәri: hәr biri 13-14 yaşında.
A z a r l ı l a r, a r v a d l a r, m ü s a f i r l ә r, c a m a a t.
Әhvalat vaqe olur İrәvan şәhәrlәrinin birindә, iyirmi il bundan irәli.
Hacı Hәsәnin evi. İskәndәrin otağı, küncdә dәmir kravat, qabağında köhnә miz, üstündә bir-iki kitab; mizin yanında iki köhnә stul.
C ә l a l vә M ü ә l l i m diz üstә qabaq-qabağa oturub dәrs oxuyurlar.
C ә l a l (qabağında kitab, duruxa-duruxa oxuyur). Mara çe töhfә adәrdi.
M ü ә l l i m (ucadan). Avәrdi!
C ә l a l. Avәrdi. Küft. Bәxatir. Bәxatir daştәm ki, çün bәdәr xәt.
M ü ә l l i m (ucadan). Bәdirәxt!
C ә l a l. Bәdirәxt gül rәsmi damәni, damәni pәr künәm.
M ü ә l l i m (ucadan). Pür künәm.
C ә l a l. Pür künәm hәdiyeyi әshabra, әshabra çün rәsidәm buy gülәm çәndan mәst gәrd ki, damәnәm, damәnәm öz dәst bәrfәt.
M ü ә l l i m (ucadan). Berәft!
C ә l a l. Әz dәst berәft, ey mürği sәhәr, eşqi zipәrvanә, zipәrvanә.
B i r k i ş i (mәşәdi paltarında tәlәsik girir içәri vә tövşüyә-tövşüyә ucadan). Hacı Hәsәn әmi evdә.
C ә l a l (kişiyә). Ağam gedib bazara.
Kişi çıxıb gedir. Müәllim tәәccüb ilә baxır onun dalınca.
C ә l a l (yenә oxuyur). Zipәrvanә beyamu, beyamuz . ganә . suxtәra.
M ü ә l l i m (ucadan). Düz oxu, kon suxtәra . şeri qәlәt oxumazlar.
C ә l a l. Kon suxtәra can şüd, can şüd avaz nәyamәd.
İskәndәrin sәsi gәlir: “Mars, Mars! Mars!” deyib iti çağıra, çağıra girir içәri.
C ә l a l (oxuyur). Kon suxtәra, kon suxtәra . (İskәndәrә) Dadaş, çıx get, qoy dәrsimi oxuyum.
İskәndәr itin qulaqlarından yapışıb, istәyir çәkә içәri. İt dartınıb gәlmir.
C ә l a l (İskәndәrә). Sәn allah, dadaş, iti çağırma içәri; qoy dәrsimi oxuyum.
İskәndәr itdәn әl çәkib, çox hәvәsli vә kefli, şlyapasını kravatın üstünә çırpıb, başlayır papiros eşmәyә.
M ü ә l l i m (İskәndәrә). Xudahafiz. İskәndәr bәy. Yaxşı oldu tәşrif gәtirdiniz. Tәvәqqe elәyirәm mirzә Cәlala nәsihәt elәyәsiniz ki, dәrslәrinә can yandırsın.
İ s k ә n d ә r (oturur kravatın üstündә). Baş üstә, baş üstә, nәsihәt elәrәm. Amma bunu de ki, mәnim sözümә qulaq asan kimdi? Odu, allahın iti dә mәnim sözümә baxmır; nә qәdәr elәdim, içәri girmәdi. Xa . xa . xa . (qah-qah çәkib gülür).
M ü ә l l i m. Yox, elә buyurma. Mirzә Cәlal ağıllı oğlandı; mirzә Cәlal sәnin sözünә baxar; ondan ötrü ki, bu qәdәr zәhmәti ki, mәn onun yolunda çәkirәm, atası çәkir, gәrәk bu da elә rәftar elәyә ki, bu zәhmәtlәr sәmәrәsiz qalmayalar. Mәgәr mirzә Cәlal görmür ki, elmsiz insan bir qәpiyә dәymәz? İnsanın ki, elmi olmadı, onun nә qәdr-qiymәti ola bilәr vә nә hörmәti ola bilәr.
İ s k ә n d ә r (ucadan qah-qah çәkib gülür). Mәgәr mirzә Cәlal görmür ki, elmli insan bir qәpiyә dәymәz? Xa . xa . xa . hәr kәsin ki, elmi var, onun hörmәti yoxdu; hәr kәsin ki, hörmәti var, onun da elmi yoxdu. Xa . xa . xa. İnsan ona deyәrlәr ki, nә elmi ola, nә hörmәti ola. Xa . xa . xa.
M ü ә l l i m (Cәlala). Yox-yox, İskәndәr bәy zәrafәt elәyir; әlbәttә, zәrafәt elәyir.
C ә l a l (müәllimә). Mirzә, vallah dadaşım genә keflidi.
İ s k ә n d ә r (tez durub gәlir Cәlalın yanına). Mәn? Mәn? Mәn kefliyәm?
Ağzını Cәlalın ağzına tutub, “hu, hu, hu” elәyir. Hanı? Mәn kefliyәm?
C ә l a l. (başını kәnara çәkib üzünü turşudur). Vallah, dadaş, genә çaxır içmisәn.
İ s k ә n d ә r (gülә-gülә ucadan). Yalan deyirsәn, vallah yalan deyirsәn! Çaxır içmәmişәm araq içmişәm! Gördün yalan deyirsәn! Xa . xa . xa.
M ü ә l l i m (ayağa durub, Cәlala). Çünki bu gün dәrsini yaxşı bilmirsәn, dәxi mәn dә sәnә tәzә dәrs vermirәm. Haman dәrsi sabah soruşacağam.
B i r k i ş i (mәşәdi paltarında qapıdan tәlәsik girib, tövşüyә-tövşüyә ucadan). Hacı әmi evdә?
C ә l a l (kişiyә). Evdә deyil.
Kişi gedir. Hәyәtdә it hürür kişinin üstünә.
İ s k ә n d ә r (qapıya tәrәf gedib). Küş, küş, küş! Xa . xa . xa! Küş, küş, küş! Xa . xa . xa! Mars, Mars, Mars! Fut, fut, fut! (İti muşqurur).
C ә l a l (İskәndәrә). Vallah, dadaş, ağam gәlәndә deyәcәyәm ki, dadaşım iti küşkürürdü adamların üstünә.
İ s k ә n d ә r (bir qәdәr Cәlala baxandan sonra). Mәn dә deyәcәyәm ki, Cәlal dәrsini bilmirdi. Xa . xa . xa! (Gülüb qurtarandan sonra bir az baxıb, gәlir Cәlalın yanına). Yox, yox, demәnәm, demәnәm. Sәn bilirsәn ki, mәn sәni çox istәyirәm (üzünü әllәyir). Amma dadaşının sözünә baxmamaqda bir az yaxşı elәmirsәn. İndi mәsәlәn, bu kitabı qoyubsan qabağına, oxuyursan (Kitabı götürür әlinә). İndi yәqin ki, ağan bu kitaba üç abbası, bәlkә hәlә dörd abbası, ya bir manat verib, alıb, sәn axmaq qabağına qoyub oxuyursan. Amma o pulları aparıb Karapetә versәydin, sәnә iki şüşә Smirnov arağı verәrdi. Sәn dә gәtirib verәrdin İskәndәr dadaşına. Mәn qoyardım cibimә. Birini sәhәrdәn içәrdim axşama kimi sәnin sağlığına, birini dә axşamdan içәrdim sәhәrә kimi mirzәnin sağlığına. Siz sağ olardınız, mәn dә kef elәrdim (müәllimә tәrәf). Mәn ölüm, mirzә, doğru demirәmmi? Xa . xa . xa.
M ü ә l l i m. Bağışlayın, İskәndәr bәy, hәrçәnd bәndәnin tәrәfindәn küstaxlıqdır sizә nәsihәt elәmәk, amma uşaq tayfasına o cür sözlәri demәyiniz bir az bicadır. Siz qardaşınıza demәkdәn ki, sәy elә, elm dalınca get, başlayırsız ona lazım olmayan nәsihәtlәri elәmәyә.
Cәlal istәyir kitabı onun әlindәn ala, o da vermir.
İ s k ә n d ә r. Xa . xa . xa. (Cәlala). Elm dalınca get. Xa . xa . xa! Elm dalınca get. Yavaş, yavaş, qulaq as, gör nә deyirәm.
B i r m ә ş ә d i (tövşüyә-tövşüyә içәri girib, ucadan). Hacı Hәsәn әmi evdә?
İ s k ә n d ә r. Evdәdi, evdәdi.
C ә l a l (mәşәdiyә). Dadaşım yalan deyir, ağam gedib bazara.
M ü ә l l i m (mәşәdiyә). Nә var, nә xәbәrdi?
Məşәdi dinmәyib gedir.
İ s k ә n d ә r (әlindә kitab, qaçır mәşәdinin dalınca). A kişi, getmә, hacı evdәdi, getmә. Mars, Mars, Mars! Küş, küş, küş! Qoyma getdi. Fut, fut, fut! Aha, aha, fut! Küş, küş, küş! (Ayaqlarını yerә döyür).
M ü ә l l i m (istәyir çıxıb gedә). Hәlә ki, xudahafiz (Çıxıb gedir).
İ s k ә n d ә r (gülә-gülә müәllimin dalınca). Mirzә, getmә! Mәn ölüm getmә, gәl Cәlala elm öyrәt. Oxusun alim olsun.
C ә l a l (İskәndәrә yavıq gәlib). Dadaş, ver kitabımı.
İ s k ә n d ә r (çox ucadan vә hirsli). Cәhәnnәm ol!
Cәlal qorxub qaçır eşiyә.
(İskәndәr bir az onun dalınca baxandan sonra, gedib oturur kravatın üstündә vә bir cibindәn araq şüşәsini vә o biri cibindәn bir balaca stәkan çıxarıb, başlayır töküb içmәyә, sonra kitabı açıb baxır).
İ s k ә n d ә r (kitaba). Tanıyıram sәni. Mәn dә sәni bir az oxumuşam. On beş il bundan irәli hәmin otaqda mәn dә sәni oxumuşam (oxuyur). “Mәlikra on nәsihәt sudmәnd amәd vә әz sәri-xuni-u dәr güzәşt” [1]. Mәnim dә müәllimim mәnә nәsihәt elәrdi ki, bala, sәy elә, dәrslәrini yaxşı öyrәn. Amma bu dılğırların heç birindәn eşitmәdim ki, desin: bala, adam ol. Hәr kәsә rast gәlirsәn, elә bunu eşidirsәn ki, elm oxu, alim ol. Amma mәni bir başa salan yoxdur ki, axır, bu elm, elm nә demәkdir? Elm ona deyәrlәr ki, indi birisi bu şüşәni çәkә başına, hamısını içә, (içir). Pah! Puf! (üzünü turşudur). Bax, elm–buna deyәrlәr.
[1] Sədi Şirazinin məşhur “Gülüstan” əsərindəndir. Mənası: Padşaha onun nəsihəti xoş gəldi və onun qanindan keçdi.
C ә l a l (başını qapıdan uzadır içәri). Dadaş, vallah, ağam gәlәndә deyәcәyәm.
İ s k ә n d ә r (stәkaşı vә şüşәni qoyur cibinә) Cәlal, Cәlal, bura gәl, gör sәnә nә deyirәm.
C ә l a l. Gәlmirәm, sәn keflisәn.
İ s k ә k d ә r. Cәlal, bilirsәn Sokrat nә deyirmiş?
C ә l a l. Sokrat kimdi?
İ s k ә n d әr. Sokrat bir adam idi; çoxdanın adamı idi. Çox, çox çoxdanın adamı idi. Sokrat deyәrmiş ki, “mәn dәrs oxumamış elә xәyal elәrdim ki, dünyada bir zad bilirәm; amma elm oxuyandan sonra yәqin elәdim ki, heç zad bilmirәm”. Xa . xa . xa! Yәni araq içmәyi dә bilmirәm! Cәlal, ay Cәlal! İndi sәn mәndәn qaçırsan, deyirsәn ki, mәn kefliyәm; amma and olsun Qara ağac pirinә ki, sәn dә mәnim kimi dәrs oxuyub qurtarandan sonra, başlayacaqsan İskәndәr dadaşın kimi küplәrin dibindә yatmağa. Xa . xa . xa.
N a z l ı (qapıda görsәnir). Dadaş, sәn allah az iç bu zәhrimarı!
İ s k ә n d ә r. Baş üstә, bax, mәnim bu gözlәrim üstә (әlini qoyur gözünә).
N a z l ı. Vallah, yalan deyirsәn.
İ s k ә n d ә r. Vallah, yalan demirәm. Nә qәdәr ki, sәn burada durubsan, bir tikә dә içmәrәm, amma doğrudan doğrusu elә ki, buradan gedibsәn, içәcәyәm.
N a z l ı (gәlib yapışır İskәndәrin әlindәn). Mәn dә sәnin yanından getmәnәm.
İ s k ә n d ә r (Nazlını qucaqlayır). Ey mәnim gözәl bacım Nazlı. Sәhәrdәn axşama kimi oturubsan evdә, anandan bozbaş bişirmәk dәrsi alırsan, amma mәnim yanıma gәlmirsәn ki, gәzdiyim şәhәrlәrdәn sәnә nağıl elәyim, görәsәn dünyada nә var, nә yox! Bax, hәyәtdә gün çıxıb; sәn ki, o günü görmәyәcәksәn, nәyә lazımdır onun işığı? Çöldә otlar göyәrib, ağaclar çiçәk açıb, amma nәyә lazımdır sәnsiz o çiçәklәr, o çәmәnlәr? Sәnin burnu fırtıqlı balaca qardaşların (Cәlal vә Nazlı gülür) gedirlәr arxların kәnarında yonca yığıb yeyirlәr, amma sәn evdә oturub, saqqız çeynәyirsәn. Evdә bitli bacılarınnan әl-әlә verib, atılıb-düşürsәn vә deyirsәn: haquşka ha haquşka! Bir yarım var haquşka, uzun әtәk haquşka! Xa . xa . xa. (Cәlal vә Nazlı gülürlәr). Mәnim istәkln Nazlı bacım! Gәl yapışım әlindәn, baş alıb bu vilayәtdәn çıxıb, qoyub gedәk. Dәm qәnimәtәst. Dәxi niyә durubsan?
Dәxi nә yaşınmaq, nә bürünmәk, nә utanmaq?
Bәsdir bu dayanmaq!
Allaha şükür, lalә yanağında eyib yox,
Qaşında, dәhanında, dodağında eyib yox,
Bir zәrrәcә zülfündә, buxağında eyib yox,
Dәxi nә yaşınmaq, nә bürünmәk, nә utanmaq?
Bәsdir bu dayanmaq! [2]
[2] Şer Molla Pənah Vaqifindir.
Hacı Hәsәn çox havalı vә lәhlәyә-lәhlәyә girir içәri. Nazlı vә Cәlal gedirlәr.
İ s k ә n d ә r. Ata, nә xәbәr?
H a c ı H ә s ә n (bir az fikir elәyәndәn sonra başını qalxızıb). Deyirlәr Kәrbәlayı Fәtullah dirilib.
İ s k ә n d ә r (tәәccüblә başını atasına tәrәf әyib). Necә?
H a c ı H ә s ә n. Deyirlәr Kәrbәlayı Fәtullah dirilib.
İ s k ә n d ә r (tәәccüblә). Necә Kәrbәlayı Fәtullah?
H a c ı H ә s ә n. Hacı Rüstәm әmivin oğlu Kәrbәlayı Fәtullah.
İ s k ә n d ә r. O ki, Xorasanda ölmüşdü?
H a c ı H ә s ә n. Hә, hә . haman Kәrbәlayı Fәtullah.
İ s k ә n d ә r. Yәni lap dirilib, qәbirdәn çıxıb eşiyә?
H a c ı H ә s ә n (hövsәlәsiz). Hә, hә, dirilib.
İskәndәr düzәlib, üzünü çöndәrir kәnara vә istәyir gülmәyini saxlasın, amma tab gәtirә bilmәyib, birdәn qah-qah çәkib gülür vә qaçır eşiyә.
H a c ı H ә s ә n (tәәccüblә onun dalınca baxa, baxa). Allah sәnә lәnәt elәsin! Budu, bu da bizim oxumuşlarımız! Yәqin ki, genә keflidir. Yәni heç kefli dә olmasa, belә şeylәrә inanmaz. Heç bir şeyә inanan deyil; nә allahı tanıyır, nә peyğәmbәri tanıyır. Öz ağırlığı qәdәrincә oxumağına pul qoymuşam, on il gedib, nә bilim, hansı cәhәnnәmin dәrәsindә dәrs oxuyub; indi gör axırı nә günә qalıb? Hәlә bir para namәrdlәr müsәlmanlara mәzәmmәt elәyirlәr ki, uşaqlarını dәrsә qoymurlar. Bu da sәnә dәrs! İndi qoy gәlib, dәrs oxuyanları görsünlәr. Allah mәnә min dәfә lәnәt elәsin, әgәr bir dә mәn uşaq göndәrәm gedә uzaq yerdә kafirlәr içindә dәrs oxumağa! Yәni mәn başı küllü bilirdim ki, axırı belә olacaq. Amma qoymurlar; vallah, billah bu adamlar qoymurlar ki, xalq başını salsın aşağa öz bildiyini elәsin. Yapışırlar yaxamdan ki, hacı, uşağına yazığın gәlsin, allaha şükür, mәqdurun [3] var, qoy getsin dәrs oxusun, gәlib bir qulluq sahibi olsun; incinar olsun, hәkim olsun, silitçi [4] olsun, nә bilim nә zәhirmar olsun. Bәli, göndәrdik. Maşallah, oxudu gәldi; indi gör nә olub; sәhәr kefli, axşam kefli. Divanxanalarda heç mirzәliyә dә götürmürlәr. Allah baisin evini yıxsın.
[3] Qüvvәn; burada: pulun, imkanın.
[4] Rusca sledovatel (müstәntiq) sözünün o zaman el arasında işlәnәn şәkilidir.
H a c ı B ә x ş ә l i (tövşüyә-tövşüyә girir içәri). Hacı, Kәrbәlayı Fətullah dirilib?
H a c ı H ә s ә n (durur ayağa). Bәli, bәli, dirilib; hәtta öz әliynәn kağız da yazıb. Mәәttәl qalmışam.
H a c ı B ә x ş ә l i. Allahın qüdrәtindәn heç bir şey uzaq deyil vә bir dә, ay hacı, ölü öz başına dirilmәz ki? Әlbәttә, onu bir dirildәn var.
H a c ı H ә s ә n. Yәni, ay hacı, bu bir qәribә iş deyil ki! Odu, keçәn il Kabla Xәlilin arvadı, xәbәr çıxdı ki, ölüb. Amma sәhәr dedilәr ki, dirilib. İndi odura gәzir.
İ s k ә n d ә r (qapıdan başını içәri uzadıb). Әlbәttә, axşam elә biliblәr ki, arvad ölüb, amma demә sәn diri imiş! Xa . xa . xa.
H a c ı H ә s ә n (çox ucadan vә hirsli İskәndәrә tәrәf) Cәhәnnәm ol!
H a c ı K ә r i m (tövşüyә-tövşüyә girir içәri). Hacı, deyirlәr Kәrbәlayı Fәtullah dirilib?
H a c ı H ә s ә n. Bәli, belәdir, doğrudur. Hacı, әylәş. Hacı, әylәş.
H a c ı K a z ı m (tövşüyә-tövşüyә girir içәri). Hacı, Hәsәn ağa, deyirlәr Hacı Rüstәm dadaşın oğlu dirilib?
H a c ı H ә s ә n (durur ayağa). Bәli, hacı ağa, belәdir, doğrudu.
M ә ş ә d i O r u c vә onun dalınca bir dәstә adam tövşüyә-tövşüyә girirlәr içәri.
M ә ş ә d i O r u c (bir әlindә kağız, hәr iki әlini göyә qalxızıb, allahı çağırır). Bari pәrvәrdigara, sәnin qüdrәtini tәrif elәmәyә dilim laldır. Min şükürlәr olsun kәrәminә, ilahi!
Adamların bir parası qabağa yeriyib, kağıza baxırlar vә deyirlәr.
“Budurmu Kәrbәlayı Fәtullahın kağızı? Oxu görәk nә yazıb?”
H a c ı H ә s ә n (Mәşәdi Oruca). Mәşәdi Oruc, yaxşısı budur ki, kağızı oxuyasan, camaatın hamısı eşidә; çünki çox qәribә işdir; insan mәәttәl qalır.
M ә ş ә d i O r u c (yenә hәr iki әlini yuxarı qalxızıb, başlayır ağlamağa vә gözünün yaşını arxalığının әtәyi ilә silәndәn sanra başlayır kağızı oxumağa).
“Ey mәnim әziz vә mehriban qardaşım Mәşәdi Oruc! Bu kağız sәnә çatan kimi, әvvәl qabaqca Hacı Hәsәn әmimә müjdә ver.
Hacı Hәsәn ağlayır.
Ondan sonra, hәyә anam sağdır, get anamı bas bağrına vә deginәn: “Ay ana, yazıq ana, dәxi qüssә elәmә, oğlun Kәrbәlayı Fәtulah dirilib. Sonra mәnim oğlum Mәhәmmәdhәsәni al qucağına vә deginәn: “Ey yazıq bala, ürәyini sıxma, sәn dәxi yetim deyilsәn, atan dirilib vә bir neçә gündәn sonra sәnә Xorasandan qırmızı başmaq gәtirәcәk”. Vә ayıb olmasın Mәhәmmәdhәsәnin anası,–әlbәttә indi gedib әrә vә işdi, әgәr getmәmiş olsa,–gәlin bacımı göndәr, ona xәbәr versin (ağlayır). Ey mәnim әziz vә mehriban qardaşım Mәşәdi Oruc! Ola bilәr ki, mәnim dirilmәk xәbәrim sәnә vә bir para qәlbi-qara adamlara tәәccüblü görsәnә. Min lәnәt olsun o kәslәrә ki, xudavәndi-alәmin hikmәtinә şәkk gәtirәlәr!
A d a m l a r h a m ı b i r d ә n: Lәnәt!
M ә ş ә d i O r u c (oxuyur). Qardaşım! Mәşәdi Oruc! Mәn vә mәndәn savayı yüz on dörd nәfәr qәbirdәn ricәt edib, dübarә bu dünyaya gәlәnlәr, gәrәk bir hәftә tamam ziyarәtә mәşğul olaq vә inşallah bir hәftәdәn sonra gәlәrәm vәtәnә. Ancaq indi müxtәsәr surәtdә bunu deyә bilәrәm ki, Mәşhәdi-müqәddәsdә bir abid peyda olub, bunun ismi-şәrifi Şeyx Nәsrullahdır. Әyyәdullah tәala billütf! [5] Şeyx cәnabları neçә illәr ilә İsfahanda ülumi-xәfiyyatı tәhsil edәndәn sonra, tәşrif gәtiriblәr Xorasana vә burada neçә ay riyazәti-tam vә mücahideyi-lakәlamdan sonra, hәmin elmin xәfayasının istinbatına vә istixracına müttәle olub, axırda bu niyyәtә düşüb ki, sübhanә vә tәalanın mәrhәmәtilә tәsxiri-әrvahә iqdam elәsin.
[5] Allah-taala öz lütfü ilә kömәk elәsin.
Ey mәnim mehriban qardaşım Mәşәdn Oruc! Macәranın tәfsilini, inşallah, gәlәndә özüm dil-cavabı nağıl elәrәm vә sәn eşidib mat vә heyran qalarsan. Ancaq bunu bil vә eşit ki, cәmadiyәl-axirin on sәkkizinci günü, qәmәr süfla alәminә yavuqlaşan saatda, şeyx cәnabları Mәşhәdi-müqәddәsdә qürәba qәbristanına әhli-qübur ziyarәtinә gәlib, tәsxirül-әmvat şәraitini әmәlә gәtirәndәn sonra, әvvәl başlayıb bir dua oxumağa vә sonra uca sәslә deyib: Әzzәmtü әleyküm ya әhlәl-qübur! Durun ayağa ey allahın mömin bәndәlәri! Bu sәsi eşitcәk cәmi ölülәr allahın qüdrәtilә bir hәrәkәtә gәldilәr.
Adamlar başlayır ağlamağa.
Dәxi nә deyim, ay qardaş? Gördüm başımın üstündә bir şәxs durub, uca qamәtli, qırx yaşında, abidi-saleh vә rәhmdil, siyәhçeşm vә rәngi-ruyi-mübarәkәş bәsәbzә mail vә ismi-mübarәkәş Şeyx Nәsrullah İsfәhani [6].
[6] Qaragözlü, mübarәk üzünün rәngi yaşıla çalır vә mübarәk adı Şeyx Nәsrullah İsfәhani.
H a c ı l a r ı n b i r i d e y i r: Xudaya, şükür sәnin cәlalına!
B i r i d e y i r: Bari pәrvәrdigara, rәhmin gәlsin yazıq bәndәlәrinә!
Hamı yenә ağlayır.
M ә ş ә d i O r u c (oxuyur). Ey mәnim mömin qardaşım Mәşәdi Oruc! Bu kağızı sәnә yazmaqda mәqsәdim sәni xәbәrdar elәmәkdir ki, fazili-bimisl vә abidi-müqәddәs Şeyx Nәsrullah rәcәb ayının qürrәsindә Mәşhәdi-müqәddәsdәn çıxacaq, Culfa yolu ilә Tәbrizdәn keçib, Nәcәfül-әşrәf şәhәrinә azim olacaq. Şeyx cәnablarının qәsdi bizim şәhәrimizdә bir gün qalıb vә әhli-qübur ziyarәtinә müşәrrәf olub, sonra yola düşüb getmәkdir.
Bu kağız sәnә yetişәn kimi bu xәbәri vәtәn qardaşlarıma vә xüsusәn möhtәrәm Hacı әmimә yetirәsәn ki, ayın yeddisindә ya sәkkizindә şeyx cәnablarının pişvazına çıxıb, o pak vücuda layiqincә ehtiram göstәrsinlәr ki, bәlkә ağanın fәzilәtinin kәramәt vә mәrhәmәtindәn mәnim hәmşәhәrlilәrim bibәhrә qalmasınlar. Vәssәlam. Kağıza qol qoyub әhli-vilayәti-filan Mәşәdi Fәtullah Hacı Rüstәm oğlu, fi-tarix 19 cәmadiyәl-axir, şәhri Mәşhәdi-müqәddәs. (Hәr iki әlini göyә qalxızıb ağlayır. Adamlar da habelә ağlayırlar). Xudaya, şükür!
H a c ı B ә x ş ә l i (tәәccüblü). Elәdә şeyx cәnabları bizim şәhәrә dә tәşrif gәtirәcәk?
H a c ı H ә s ә n. Bәli, bәli. Kağızdan belә mәlum olur ki, belә yazılıb. Adamlardan bir neçәsi gәlәcәk; bizim şәhәrә gәlәcәk.
M ә ş ә d i O r u c. Bәli, bәli, bizim şәhәrә gәlәcәk; yәni gәlib buradan Tәbrizә gedәcәk.
H a c ı K a z ı m. Nә vaxt tәşrif gәtirәcәk? A kişi, nә deyirsәn?
M ә ş ә d i O r u c. Bәli, bәli, belә yazılıb; rәcәb ayının yeddisindә ya sәkkizindә tәşrif gәtirәcәk.
H a c ı K ә r i m. A kişi, nә danışırsan? Yәni neçә gündәn sonra bizim şәhәrә tәşrif gәtirәcәk?
M ә ş ә d i O r u c. Yәni iki-üç gündәn sonra.
A d a m l a r ı n b i r n e ç ә s i. Yәni iki-üç gündәn sonra şeyx cәnabları bizim şәhәrә tәşrif gәtirәcәk?
M ә ş ә d i O r u c. Bәli, bәli, belәdir.
Adamlar hәrәkәtә gәlir, bir-birinә deyir: “Dәxi niyә durmuşuq?” Bir az hamı baxır bir-birinin üzünә.
H a c ı H ә s ә n (üzünü hacılara tutub) Vallah, dünyanın işlәrinә mәәttәl qalmışam (bir az fikirdәn sonra). Yәni hәqiqәtdә bu bir möcüzәdir ki, insan ölәndәn sonra dirilә vә bizim kimi ağıllı-başlı adam ola.
H a c ı B ә x ş ә l i. Hacı Hәsәn ağa, sәn elә sözlәri gәrәk buyurmuyasan. Allahın hikmәtinә әl aparmaq olmaz vә bir dә bu işlәr gizlin bir iş ki, deyil: odur ki, kişi öz әli ilә kağız yazıb. Xeyr, Hacı ağa, sәn o sözlәri buyurma.
B i r n e ç ә a d a m. Әlbәttә, әlbәttә, bunların hamısı hikmәtdir. Bu sirlәr hamısı allah-talalanın yanındadır.
H a c ı H ә s ә n. Elәdә dәxi niyә durmuşuq? Elәdә indi şeyx cәnabları yoldadır. Dәxi durmaq vaxtı deyil. Hacı Kazım, Hacı Kәrim, Hacı Bәxşәli, Mәşәdi Oruc, dәxi kim var, hamınıza deyirәm: durmayın, tәdarük görün (ucadan). A gәdә, Heydәrәli, haradadır bizim gәdәlәr?
Nökәr Ә l i qapıda adamların dalında görsәnir.
A gәdә, ata arpa verin, yәhәr-әsbabı sazlayın. Siz dә, hacılar, mәşәdilәr, hazırlaşın; durmaq vaxtı deyil. Gәrәk yol tәdarükü görәk. Gәrәk qabağa gedәk.
Hacılar, adamlar hәrәkәtә gәlirlәr. Adamların bir neçәsi çıxır vә bir-birinә deyir: “Gedәk atları hazırlayaq”.
H a c ı H ә s ә n. A gәdә, Heydәr! Durma, tez evә xәbәr elә ki, otaqlara fәrş salsınlar, qonaq gәlәcәk.
Adamların içindәn nökәr Heydәr çıxıb gedir.
H a c ı K a z ı m (Hacı Hәsәnә). Hacı, qoy sizә zәhmәt olmasın, şeyx cәnablarının zәhmәtini mәn çәkim, qoy bizim qonağımız olsun; qorxuram sizә zәhmәt ola.
H a c ı H ә s ә n. Yox-yox, Hacı Kazım, sәn allah elә demә. Elә vücudun yolunda belә zәhmәtlәr xoşdur.
H a c ı B ә x ş ә l i. Xeyr, Hacı Hәsәn ağa, qoy şeyx bizә qonaq olsun.
H a c ı K ә r i m. Vallahı, razı olmanam, gәrәk şeyx cәnablarının bәndәçiliyini özüm qәbul edәm. Vallah, olmaz.
H a c ı H ә s ә n (Hacı Kәrimә). Sәnin başın üçün razı olmanam; çünki şeyx cәnablarının boynumuzda haqqı çoxdur.
H a c ı K a z ı m. Elәdә, Hacı Hәsәn ağa, dәxi dayanmaq vaxtı deyil. Gedәk hazır olaq. Hacılar, buyurun gedәk, yol tәdarükü görәk.
Hamı “buyur-buyur”–deyib çıxırlar. Otaqda bir Hacı Hәsәn qalır. Bu, tәrәfdәn qapıdan Kәrbalayı Fatma xanım, başında çadra, qorxa-qorxa başını içәri uzadıb, sonra girir, içәri.
K ә r b ә l a y ı F a t m a x a n ı m (Hacı Hәsәnә). Ay Hacı, bu nә xәbәrdir? Deyirlәr Kәrbәlayı Fәtullah dirilib gәlir?
H a c ı H ә s ә n. Kabla Fatma, dәxi durmaq vaxtı deyil, ev-eşiyi sazla. Dünya
vә alәm bir-birinә dәyib; Xorasanda hәr nә qәdәr adam ölmüşdü, hamısı dirilib. Kәrbәlayı Fәtullah da dirilib; odur, bu gün-sabah gәlir. Onu dirildәn şeyx dә gәlir; özü dә düşәcәk bizdә. Di sәnә deyirәm durma get, ev-eşiyi sәliqәyә sal (ucadan vә hirsli). Di sәnә deyirәm durma! (İstәyir çıxıb getsin).
K ә r b ә l a y ı F a t m a x a n ı m. Ay Hacı, allah atana rәhmәt elәsin, bir de görüm, bizim şәhәrin ölülәrini dә dirildәcәk?
H a c ı H ә s ә n (qapıda). Ay arvad, sәn allah, tez ol, durma! Bilmirәm dirildәcәk ya diriltmәyәcәk. O bağlıdır allahın iltifatına. Mәnim özümün dә ağlım çaşıb; heç bilmirәm nә cür dirilәcәk? Allahın iltifatı olsa, bu nә bir çәtin işdir? (Çığırır). Arvad, sәnә deyirәm durma get, tәdarük gör! Mәn gedirәm (çıxır).
K ә r b a l a y ı F a t m a x a n ı m (hәr iki әlini yuxarı qalxızıb ağlayır). Ey yeri-göyü yox yerdәn yaradan allah! Mәni il yarımdır ağlar qoyubsan, gülüzlü qızımı әlimdәn alıbsan, mәnim ciyәrimә dağ basıbsan! Ay rәhim allah, mәn sәndәn istәyirәm Saramı! Ay Kәrbәlayı Fәtullahı dirildәn allah, mәnә dә rәhmin gәlsin; mәnim gülüzlü qızımı dirilt! Allah! Allah! . (ağlayır, üzüqoylu döşәnir yerә).
İ s k ә n d ә r (içәri girir, yavaş-yazaş gәlib durur anasının yanında vә başını aşağı salıb qәmgin deyir). Yazıq ana!
Hacı Hәsәnin qonaq otağı. K ә r b ә l a y ı F a t m a x a n ı m vә qulluqçusu Zeynәb evi sәliqәyә salırlar. Nazlı sevincәk gәzir, oynayır, oxuyur.
N a z l ı (sevincәk anasına). Ana, başına dönüm, ana, o qadanı alım, ana, deyirlәr bu gәlәn qonağımız ölülәri dirildir. Qadanı alım, ana, bir de görüm doğrudur, ya yox? (Anasını qucaqlayır).
K ә r b ә l a y ı F a t m a x a n ı m. Ay qız, mәn nә bilim? Mәn dә sәnin kimi. Deyirlәr Xorasanda on yüz adam dirildib. Kәrbәlayı Fәtullah әmoğluvu da dirildib. Hәlә mәni ötür, indi qonaqların gәlmәk vaxtıdır, qoy işimi görüm. Ay qız, Zeynәb, tez ol yasdıqları gәtir, bu tәrәfdәn qoy. Bu xalçanı bir az bu tәrәfә çәk. Tez ol! Bir az çәpik tәrpәş!
N a z l ı. Ana, vallah, bilmirәm ağlayım, ya gülüm. Vallah, gör fikrimә nә gәlir. Ana, ürәyimdә bir söz var, qoy deyim (anası dinmir). Ana, vallah, qonağımıza yalvaracağam, onun ayağına düşәcәyәm (ağlaya-ağlaya) mәnim Sara bacımı da diriltsin.
K ә r b a l a y ı F a t m a x a n ı m. Ay qız, nә bilim (Yerә çöküb, üzünü çarqatının ucu ilә örtür vә başlayır ağlamağa).
Z e y n ә b. Ay xanım, sәn allah, ürәyini sıxma, allah kәrimdir (Kәrbәlayı Fatma xanım gözlәrini silib, üzünü açır). Ay xanım, sәn allah, o kişi necә adamdır ki, ölülәri dirildir? Yaxşı, bәlkә imamdı, seyiddi? Bay, allah, kәrәminә şükür. (Bir az dinmәyib). Sәn allah, xanım, bircә bunu sәndәn soruşacaqdım ki, görәsәn o kişi kasıbların da ölüsünü dirildir, ya bircә dövlәtli adamlarınkını? Vallah, xanım, bu gün o qәdәr fikir elәmişәm heç bilmirәm nә qayırıram. Doğrusu (ağlaya-ağlaya) bizim balaca oğlan bu gün yadımdan çıxmır. Elә deyәsәn tifil bu saat qabağımda can verir. Yazıq uşaq ölәndә gözlәrini elә dirәmişdi üzümә ki, deyәsәn mәndәn bir zad istәyir. (Ağlaya-aqlaya çarqatı ilә gözünün yaşını silir).
K ә r b ә l a y ı F a t m a x a n ı m. Ah, vallah, heç özüm dә bilmirәm. Allah rәhim allahdı, әlbәttә bizә dә yazığı gәlәr. Di durma, Zeynәb, get Әliyә de ki, su gәtirsinlәr. Sәn dә ocağın altına bax. (Zeynәb çıxır).
N a z l ı. Ana, ana, vallah, ürәyim bir tikә olub. (Gülә-gülә). Bircә dәfә Sara bacımı görsәydim, ölmәzdim. Ana, axı, sәn bilirsәn mәn Sara bacımı nә qәdәr istәyirdim. Bircә ölmәyәydim, o günü görәydim Sara bu qapıdan girir içәri. Belә atılıb onun boynunu qucaqlayaydım, deyәrdim, ay torpaqların içindә çürüyәn bacı! Vallah, ana, istәyirәm dәli olam. Bilmirәm gülüm, ya ağlayım. Mәn and içirәm allaha, peyğәmbәrә; nәzir elәyirәm ki, hәr nәyim var, paylayım fәqir-füqәraya, bax, paltarlarımı, qızıllarımı, bax, gedib hәr nә var gәtirәcәyәm. (İstәyir qaçıb gedә).
K ә r b ә l a y ı F a t m a x a n ı m. Ay qız, hәlә tәlәsmә. Qoy hәlә görәk. Gedib şey-şüyü gәtirib bura tökmә. Qonaqların gәlmәk vaxtıdı. Get Zeynәbә de tez olsun gәlsin.
İ s k ә n d ә r (oxuya-oxuya girir içәri). Hә . ana, kefin necәdi?
K ә r b ә l a y ı F a t m a x a n ı m. Eh, zәhrimar olsun kefim! Sәnin dәrdin az qalıb mәni çürütsün. Xalqın da uşaqları dәrs oxuyublar. Odu, hamısı ağıllı-başlı adam olublar; hamısı ayıx-şayıx, ağılları başlarında. Hәrәsi özünә görә bir qulluq sahibi olub. Amma sәn gecә kefli, gündüz kefli. Vallah, el içindә lap biabır olmuşuq. İçirsәn o zәhrnmarı, hәr nә ağlına gәlir, danışırsan. Nә allah tanıyırsan, nә böyük-kiçik tanıyırsan. Hәlә o nә sözdü dünәn Nazlıya demisәn? “Gәl yapışım әlnndәn gedәk, gәzәk”. Yoxsa indi dә bu qalıb ki, qız uşaqları da oğlanlar kimi çıxıb çölü-bacanı gәzәlәr? Vallah, dünәn bunu Cәlal mәnә deyәndәn az qalıram elә öz әlimlә bir qәbir qazam, girәm içinә, yaxam qurtarsın.
İ s k ә n d ә r (qah-qah çәkib, yapışır anasının çiynindәn). Daha bundan sonra ölsәn dә, yaxanı qurtara bilmәyәcәksәn. Odu, Şeyx Nәsrullahdı-nәdi, bu gün gәlir. Sәn ölәrsәn, şeyx genә sәni dirildәr. Xa . xa . xa. Daha bundan sonra ölmәknәn dә yaxan qurtarmaz. Xa . xa . xa.
Z e y n ә b vә N a z l ı girirlәr. İskәndәr gedib oturur yasdıqların üstündә, Z e y n ә b istәyir qoymasın.
Z e y n ә b. Oturub yasdıqları әzmә! Sәndәn ötәri bunları bura qoymamışıq! Görmürsәn ki, qonaq gәlir?
İ s k ә n d ә r (Zeynәbә). Hey, Zeynәb, vallah, fәndini duymuşam! (Durur). Qonağın yolunda, bu qәdәr çalışırsan ki, әrin Kәrbәlayı Novruzu diriltsin? Vallahı, fәndini duymuşam. Xa . xa . xa.
K ә r b ә l a y ı F a t m a x a n ı m (İskәndәrә). Ay yazıq, ay başı daşlı! Sәn nәyә inanırsan ki, buna da inanasan? Yazığım gününә! Yaxşısı budu çıx get, qoy işimizi görәk. Ay qız, Zeynәb, gәl bu xalçanın ucunu düzәlt.
N a z l ı (İskәndәrә). Dadaş, sәn allah, barı bu gün özünü yaxşı saxla. Vallah, adam utanır, qonaq-zad gәlәcәk.
M i r B a ğ ı r a ğ a (girib, başmaqlarını çıxardır). Salam әleyküm.
Nazlı üzünü örtüb, qaçıb gedir.
K ә r b ә l a y ı F a t m a x a n ı m. Әleykәssәlam. Ağa, buyur әylәş.
M i r B a ğ ı r a ğ a oturur. İskәndәr qaçır Nazlının dalınca.
İs k ә n d ә r. Ay qız, Nazlı, muştuluğumu ver! Nişanlın gәldi.
K ә r b ә l a y ı F a t m a x a n ı m (İskәndәrә acıqlı). Kәs sәsini! Axmaq-axmaq danışma!
Mir Bağır ağa başını salır aşağı.
İ s k ә n d ә r (gәlib durur Mir Bağırın qabağında). Mәn ölüm, әl ver! Lotusan hәyә, әl ver! Vallah, ruhun var; düz doqquz yaşında; gәrәk bircә tikә artıq olmasın. Quzu әti, şax, tazә-tәr, lәtif, balaca. Ağzından süd qoxusu gәlir. Lәzzәt, lәzzәt! Vallah, ruhun var! Lotusan hәyә, әl ver!
M i r B a ğ i r (İskәndәrә). Ayıbdı, ayıbdı! Heç olmasa, anandan hәya elә, o sözlәri danışma.
K ә r b ә l a y ı F a t m a x a n ı m. Onun hәyası olsa, niyә o sözlәri danışır?
İ s k ә n d ә r (bir az durub, tәәccüblü baxır özünә). Doğrudan, bәlkә mәndә heç hәya yoxdu. (İki әlini ciblәrinә salıb, bir şey axtaran kimi). Baxım görüm, bәlkә hәya ciblәrimdәdi: yox, yoxdur. (Mir Bağır ağaya). Ağa, mәn ölüm, sәn dә bir ciblәrinә bax, bәlkә ciblәrindә ola.
Mir Bağır ağa istәyir dursun ayağa.
Xa . xa . xa. Mәn ölüm incimә! Lotusan hәyә, incimә! Әylәş, әylәş. Bu saat gedib nişanlını gәtirәcәyәm yanına. (Çağırır) Nazlı, Nazlı! (Fatma xanım da durur ayağa).
M i r B a ğ ı r a ğ a (qeyzli çox ucadan). Kәs sәsini, piyan! (istәyir getsin).
K ә r b ә l a y ı F a t m a x a n ı m. Buy, ay uşaq, başıma xeyr! Bu gәdә lap dәli olub. (Ucadan) Adә, Әli, kәl bu sәfehi çıxar sal eşiyә! (Mir Bağır ağa çıxıb gedir)
N a z l ı (girir içәri). Dadaş, vallah, lap biabır olduq. O nә sözlәrdi danışırdın? Ayıb deyil?
İ s k ә n d ә r (çırtıq çala-çala oxuyur vә oynayır).
Bir qız sevmişәm doqquz yaşında.
Sürmә gözündә, rasix qaşında.
Ay can! Ay can! Ay can.
(Kәrbәlayı Fatma xanım ikiәlli İskәndәrә boğma çıxardıb gedir).
N a z l ı (ucadan). Dadaş, kәs sәsini!
İ s k ә n d ә r (bir az fikir elәyәndәn sonra gedib yapışır Nazlının әlindәn vә gәtirir pәncәrәnin qabağına). Bax, bax, o kimdi?
N a z l ı. Nә bilim? Özün bilirsәn kimdi.
İ s k ә n d ә r. Yaxşı bax! Bax, gör kimdi?
K ә r b a l a y ı F a t m a x a n ı m (gәlib durur qapıda). Ay balam, axı bir bәsdi! Utan, yorul! Axı bir özünә yazığın gәlsin. Axı bir hәya elә. O sözlәri ki, o kişiyә dedin, necә utanmadın? Yazıq kişi xәcalәtindәn dayana bilmәdi, durub getdi. Necә olsa seyiddi, qohumdu. Mәgәr adamın ağzına nә gәlsә danışar? Axı o da yazıqdır, qәribdir; bizdәn savayı onun bu şәhәrdә kimi var?
İ s k ә n d ә r (çırtıq çalıb Nazlını göstәrir). Belә bu şәhәrdә onun Nazlı kimi nişanlısı var.
N a z l ı. Dadaş, and olsun allaha, mәn Mir Bağır ağaya getmәyәcәyәm. Mәn heç kәsә getmәyәcәyәm.
İ s k ә n d ә r. Xa . xa . xa. (gedib yapışır Nazlının әlindәn). Bacım, hәlә sәn uşaqsan. Get dolanginәn, xamsәn hәnuz! Bir gün olar ki, gәlib görәrәm sәnin qabağına bir ayna tutub, çәkә-çәkә aparırlar. Onda tutaq ki, sәn çәm-xәm elәdin. (Özü dә çәm-xәm, elәyәn kimi burulur). Tutaq ki, sәn istәmәdin gedәsәn. O vaxt bir dә görәcәksәn ki, sәni daldan itәlәyib deyirlәr ki, “Dayanma, tez-tez get!” Çönüb baxıb görәrsәn ki, itәlәyәn sәnin atan Hacı Hәsәndir. Bәli, sonra bәlkә gedә-gedә bir dә istәdin ki, dayanıb getmәyәsәn; bir dә görәcәksәn ki, daldan genә bir adam sәni dürtmәlәyir ki: “Dayanma, yeyin yeri!” Çönüb baxıb görәcәksәn ki, bu da sәnin anan Kәrbәlayı Fatma xanımdı. Әgәr, işdi, çox hay-huy elәsәn, yanındakı, әtrafındakı bibilәrin, xalaların, әmilәrin, seyidlәr, mollalar, qonşular, cicilәr, bacılar–hәrә bir yandan sәni mizlәyәcәklәr ki: “Dinmә, kәs sәsini! Xortdan gәlәr sәni aparar!” Bәli, halla-hallaynan sәni aparıb qatacaqlar bir kişinin yanına. Onda daha sәn mәni haradan tapacaqsan? (Çırtıq çalıb oxuyur).
Bir gün olar sәn dә mәni atarsan,
Qurtlarınan aşnalığı qatarsan,
(Bir az dayanıb fikir elәyәndәn sonra, baxır Nazlının vә anasının üzünә). Ana, bәlkә mәn kef havasına bu sözlәri danışıram? (Kәrbәlayı Fatma xanım dinmir. Nazlı gәlib İskәndәri qucaqlayır).
N a z l ı . Dadaş, kefli dә olsan, mәn sәnin sözündәn çıxmanam.
N ö k ә r l ә r (tövşüyә-tövşüyә girib, xәbәr verirlәr). Xanım, çıxın eşiyә, qonaqlar gәlir.
Xanım vә Nazlı qaçırlar otaqdan.
H a c ı H ә s ә n (üstü-başı tozlu, girib tövşüyә-tövşüyә otağın o tәrәfinә, bu tәrәfinә baxır, uzaqdan salavat sәsi gәldikcә ucalır). Allah-taalanın hәr bar bәlası gәrәk bizim vilayәtә nazil ola, Şeyx cәnabları yolda bir az naxoş olub. Bari allah şәfa versin ki, xәcalәt olmayaq. (İskәndәrә). İskәndәr, bu gün qonaqların yanında özünü yaxşı saxla. Ayıbdı, dost-düşmәn var.
İ s k ә n d ә r. Dadaş, bu haman ölü dirildәn şeyxdir ki, gәlir?
H a c ı H ә s ә n. Şeyx Nәsrullah cәnablarıdır. Dәxi vaxtım yoxdur sәnnәn artıq danışmağa. (İstәyir çıxsın). Görüm evdә hәr bir şeyi hazır elәyiblәrmi?
İ s k ә n d ә r. Dadaş, elәdә qonaqdan tәvәqqe elә ki, әvvәl qabaqca mәni diriltsin; çünki elә mәn dә ölü kimi bir şeyәm.
Hacı Hәsәn tez vә dinmәz gәlib yapışır İskәndәrin qolundan vә çәkә-çәkә aparır eşiyә. Salavat sәsi, adamların hay-küyü yaxınlaşır. Tarap-turup, at kişnәmәsi vә qiylu-qal gәldikcә ucalır, H a c ı H ә s ә n bir tәrәfdәn vә Ş e y x Ә h m ә d bir tәrәfdәn, Ş e y x N ә s r u l l a h ı qoltuqlayıb, gәtirirlәr içәri vә oturdurlar döşәyin üstündә vә özlәri çәkilib, әdәblә dururlar kәnarda. H a c ı B ә x ş ә l i, H a c ı K ә r i m, H a c ı K a z ı m, M ә ş ә d i O r u c, M i r B a ğ ı r a ğ a vә h a c ı l a r, otaq tutduqca, c a m a a t üst-başları tozlu, tövşüyә-tövşüyә otağa girib, әdәblә dururlar kәnarda. Şeyx Nәsrullah naxoş kimi heç kәsә baxmayıb, dayanır yastıqlara. İskәndәr adamların içindәn başını çıxardıb baxır. Hacı Hәsәn işarә elәyir ki, çıxıb getsin. İskәndәr yox olur. Şeyx Әhmәd yavaşca gәlir, çökür Şeyx Nәsrullahın qabağında vә dizi üstә yavaşca soruşur.
Ş e y x Ә h m ә d (Şeyx Nәsrullaha). Şeyxәna, әhvalınız indi necәdir?
Şeyx Nәsrullah bir söz demәyib, başını tәrpәdir.
H a c ı H ә s ә n (qorxa-qorxa Şeyx Әhmәdә yavıq gәlib). Şeyx cәnabları izin versin çay gәtirsinlәr.
Şeyx Nәsrullah başı ilә yox işarәsi elәyir.
H a c ı H ә s ә n (qorxa-qorxa). Bәlkә qәndab gәtirsinlәr?
Şeyx Nәsrullah yenә başı ilә işarә elәyir razı deyil.
H a c ı H ә s ә n. Bәlkә şeyx cәnabları tәam buyuralar? Yaxşı cücә-plov bişiriblәr.
Ş e y x N ә s r u l l a h (heç kәsin üzünә baxmayıb yavaşca). Adәmi dәr vәqti-mәrәz iştәhayi-tәam nәmibaşәd. Dil niz dәr vәqti-ibtila bәillәti-hәva vә istilayi-mәrәzi-hübbi dünya, rәğbәt bәzikri-pәrvәrdigar nәmidarәd. Tәam hәrçәnd lәziz başәd vә lakin dәr nәzәri-bimar lәzzәt namidәhәd. Dil niz çün bәmәrәz zatül-sәfәr vәsvәseyi-dünya mübtәla başәd, әz nemәti-bәndәgiyi-xuda vә tәhsili-faideyi-üqba mütәlәzziz nәmigәrdәd. Bәqәdri-matәhzünü lid-dünya yüxrücühümül-axirәtü min qәlbikә vә biqәdri matәhzünü axirәtin yüxrücü hümmüd dünya min qәlbikә [7].
[7] Xәstәlik zamanı insanın xörәk yemәyә meyli olmaz. Ürәk dünyanın hәvavü hәvәs mәrәzinә mübtәla olan vaxt allahı yada salmağ rәğbәt etmәz; yemәk nә qәdәr lәzzәtli olur-olsun xәstәnin nәzәrindә lәzzәtli görünmәz vә axirәt faydasını әlә keçirmәk dә ona lәzzәt vermәz. Sәndә axirәt eşqi olsa, dünya üçün gözәl hesab etdiyin şeylәrin hamısını axirәt sәnin ürәyindәn çıxardar vә axirәtdә görmәk istәdiyin şeylәr dünyanı sәnin ürәyindәn çıxardar.
(Bir az fikir elәyib, baxır Hacı Hәsәnin üzünә vә birdәn dikәlib çığırır). Necә tәam? Necә cücә-plov? (Şeyx Әhmәdә). Şeyx Әhmәd, mәni hara gәtirmisәn? Bunlar necә müsәlmandırlar? Necә mömindilәr? Bu nәdir? (Otağın fәrşlәrini göstәrir). Bu xalilәr nәdir? Necә tәam, necә cücә-plov? Şeyx Әhmәd, mәgәr sәn bunlara demәmisәn ki, mәnim xörәyim gündә bir xurmadır?!
Şeyx Әhmәd vә adamlar qorxub titrәyirlәr.
Ş e y x Ә h m ә d. Bәli, şeyxәna, demişәm.
Ş e y x N ә s r u l l a h (üzünü adamlara tutub çığırır). Bu nәdir, vәlәdüzzina? Nә uymusunuz bu dünyaya? İnnә dünyaküm indi lahövlә min vәrәqәtin fixümmi cәradәtin. Bu nәdir? Nә istәyirsiniz? Nә axtarırsınız? Ölәcәksiniz, әgәrçi şah olasız. Dünyayi-şüma dәr nәzdi-mәn hәr ayinә biqәdrtәr әst әz bәrgi ki, dәr dәhәni-mәlәx başәd [8]. Sizin dünyanız ibarәtdir altı cür lәzzәtdәn: mәtum, mәşrub, mәlbus, mәnkuh, mәrkub vә mәşmum. Vәssәlam! Lakin tәamların әn lәzzәtlisi baldır ki, arının tüpürcәyindәn әmәlә gәlir. İçdiyiniz suyun içindә minlәrcә heyvanat cәmdәyi üzür. Әtirlәrinizin әlası müşkdür ki, ahunun göbәyinin qanından ibarәtdir. Mәrkubatın әşrәfi atdır ki, onu minәn hәmişә xәtadadır. Libasların nәfistәri ipәkdir ki, qurdun üfunәtli ağzından çıxır. O ki, qaldı mәnkuhatın müәzzәm faydaları burada mәtlәb bir az tuldur (bir az sakit olub, yavaşca deyir). Sudmәndtәr daruyi ki, cәrәb xarxari-şahidan gülüzarra füru minişanәd, әmri-tәzvic nikahi-mitәәst. Tәdbirist mәtin dәr mühafizәti-şәhristani-iman әz taraci-türkan, qәmzәhayi canistan hisnisti-hәsini dәr tәqlidi-xuni-fasid [9]. (Çox ucadan). Mәn tәzәvvәcә әhrәzә nisfi dinihi. Yәni hәr kәs ki, tәzvic konәd nisfi-dini-xudra әz şәrri-vәsvasi-şeytani vә fәsadi vә hәvәshai-nәfsani eymәn başәd [10]. (Bir az dayanıb yavaşca), Şeyx Әhmәd, bu camaatın içindә bacılardan heç gözümә dәymir? Deynәn ki, o biçarәlәrә xәbәr versinlәr ki, onlar da buraya gәlib vә pәrdә dalına cәm olub, allah-taalanın hökmlәrini eşitmәkdәn bibәhrә qalmasınlar.
[8] Sizin dünyanız mәnim yanımda çәyirtkә ağzında olan yarpaqdan da alçaqdır.
[9] Gözlәrin xәyalı ilә tәrpәnәn çox qaşıntılı qoturluğun әn faydalı dәrmanı– evlәnmәk mәsәlәsi, yәni siğә elәmәkdir. İman mәmlәkәtini canalıcı naz-qәmzә gözәllәrinin qarәtindәn mühafizә etmәk üçün siğә möhkәm bir tәdbirdir.
[10] Hәr kәs evlәnsә, evlәnmәk onun dinini saxlar. Vәlәdüzzina, yәni hәr kәs evlәnsә, öz dininin yarısını şeytanın şәrindәn vә nәfsani hәvavü hәvәsdәn qorumuş olar.
Adamlar hәrәkәtә gәlir. Çadraya bürünmüş övrәtlәr tәk-tәk otağa girib, kişilәrin dal tәrәfinә düzülürlәr.
Ş e y x N ә s r u l l a h (ucadan). Әksәrü әhlinnaril-әz-zәb; biştәrin әhli-cәhәnnәm әzabanәnd (yavaşca Şeyx Әhmәdә). Şeyx Әhmәd, mәnim taqәtim yoxdur, sәn bunları başa sal.
Ş e y x Ә h m ә d (camaata). Şeyx cәnablarının fәrmayişindәn belә mәlum olur ki, cәhәnnәm әhlinin çoxsu siğeyi-mütәdәn mәhrum olan kişi vә övrәtlәrdir.
Ş e y x N ә s r u l l a h (Şeyx Әhmәdә). Ucadan de, ucadan de. (Çığıra-çığıra). Dü rükәt nәmazi ki, mütәzәvvic güzarәd behtәr әst әz hәftad rükәt nәmazi ki, әzәb miküzarәd [11]. (Birdәn ayağa qalxıb vә sağ әlini camaata tutub, çox ucadan). Tәzvic kon vә gәr nә әz cümleyi rәhbanani-nәsarayi vә gәr nә әz bәradәrani-şeytani [12].
[11] Evlinin qıldığı iki rükәt namaz subayın qıldığı yetmiş rükәt namazdan yaxşıdır.
[12] Evlәn, әks tәqdirdә nәsara rәhbanlarından vә şeytan qardaşlarından olarsan.
H a c ı H ә s ә n (qabağa yeriyib, düşür Şeyx Nәsrullahın qabağında sәcdәyә). Şeyxәna, bizә rәhmin gәlsin; biz yazığıq. Biz hәr halda sizin әmrinizә itaәt etmәyә hazırıq. Bizә yazığın gәlsin.
Ş e y x N ә s r u l l a h (bir qәdәr Hacı Hәsәnin üzünә baxandan sonra başlayır ağlamağa). Hәzrәt Davudra bә qәbristani güzar iftadә, mәlәki әzabra did ki, mürdәra әzab mikünәd. Hәzrәt fәrmud [13]. (Dayanıb oturur yerә vә camaat başlayır ağlamağa). Şeyx Әhmәd, danışmağa taqәtim yoxdur.
[13] Davudun bir qәbiristana yolu düşdü, gördü ki, әzab mәlәki bir ölüyә әzab verir. Hәzrәt buyurdu.
H a c ı H ә s ә n. Allah şәfa versin!
A d a m l a r. Allah şәfa versin!
Adamların içindәn “çәkil oyza yol ver” sәsi gәlir. H e y d ә r a ğ a, Ә l i b ә y vә müәllim M i r z ә H ü s e y n girirlәr içәri. Şeyx Nәsrullah bunlara göstәrilәn hörmәti görüb, durur ayağa.
Ş e y x N ә s r u l l a h. Şeyx Әhmәd, bu ağalar kimdirlәr?
H a c i H ә s ә n. Şeyxәna! Bu Heydәr ağadır, telğrafxanada sahibmәnsәb vә әhli-elm bir vücuddur. Bu ağa–Әliqulubәydir. Mәşhur Cahangir bәy mәrhumun oğlu; özü dә hakim yanında dilmancdır. Bu cәnab–Molla Hüseyn müәllimdir.
Ş e y x N ә s r u l l a h (әli ilә gәlәnlәrә yer göstәrir, onlar da otururlar). Mәzaci-şәrifiniz inşallah sәlamәtdir?
H e y d ә r a ğ a. Allah-taala siz tәk ülәmanın sayәsini bizim üstümüzdәn әskik elәmәsin.
Ә l i q u l u b ә y. Allah sizә ömür versin.
Ş e y x N ә s r u l l a h. Çün adәmira bә cәnazә güzarәnd vә raqimani-kitabxaneyi-qeybi ibrәtxaneyi-kalbudi-insanra baxameyi-әcәl bәr lövhi-tәxteyi-tabut nigarәnd hәqq-tәala. [14] (Şeyx Nәsrullah birdәn “uy-uy” elәyib, üzünü qırışdırır vә sol әlini qoyur böyrünә).
[14] Elә ki, insanı qәbrә qoydular, qeyb kitabxanasının katiblәri insan bәdәninin ibrәtxanasını әcәl qәlәmilә tabut taxtasının üstünә
Adamlar tәәccübә gәlib dinmirlәr. Şeyx Әhmәd genә bir söz demәyib, durur
ayağa vә Hacı Hәsәnә işarә elәyib çıxır. Hacı Hәsәn Şeyx Әhmәdin dalınca çıxandan sonra Şeyx Nәsrullah yenә başlayır moizәsini.
Çehl sual әz u nümayәd. Әz cümleyi on sual: yeki anәst ki, fәrzәndi-alim, zahiri xudra balibashayi-kafiran zinәt dadi vә batini xudra ki, mәhәlli-nәzәri-mәn büvәd vagüzaşti. Nәdanәm ki, dәr cәvabi-in sual çe guyәnd? [15].
[15] Ona 40 sual verәr. O suallardan biri odur ki, ey alim oğlum, sәn öz zahirini kafirlәrin paltarları ilә bәzәdin, amma mәnim nәzәrimi cәlb edәn batinini yaddan çıxartdın. Bilmirәm bu suala necә cavab verәcәklәr.
H e y d ә r a ğ a. Bәli, cәnab şeyx, biz hәr halda allah-taalanın günahkar bәndәlәrindәnik. (Üzünü adamlara çöndәrib bir az yavaş). Maşallah, cәnab elm dәryasıdır; mәn belә alim görmәmişәm.
A d a m l a r ı n b i r n e ç ә s i. Maşallah, qәribә danışır, lap allah vergisidir.
Ә l i q u l u b ә y (adamlara). Maşallah olsun şeyxin elminә! “Malades!”.
Ş e y x N ә s r u l l a h (Heydәr ağaya). Ağayi-mәn, bu şәhәrdә sizdәn savayı da әcnәbi dәrsini oxuyan var, yainki siz iki nәfәrsiniz?
H e y d ә r a ğ a. Xeyr, şeyxәna, yoxdur. Ancaq bir neçә nәfәrik. Doğrudur, Hacı Hәsәn ağanın oğlu da Firәngistanda oxuyub; amma çifayda ki, axırı peşimanlıq olub. Hәqiqәt, cәnab şeyx, әcnәbi millәtlәrin dilini insan bir az öyrәnsә, heç eyib deyil.
Ş e y x Ә h m ә d vә H a c ı H ә s ә n girirlәr içәri.
Amma bir surәtdә ki, müsәlman uşağı illәrlә gedib kafirlәr içindә qaldı, әlbәttә, etiqadı dәyişilәcәkdi.
H a c ı H ә s ә n. Şeyxәna, doğrusu, mәn övladdan yana bәdbәxt olmuşam. Bir qәlәtdir elәmişәm.
Ş e y x N ә s r u l l a h. Hacının oğlu da burada camaat içindәdir?
H a c ı H ә s ә n. Xeyr, cәnab şeyx, xәcalәtindәn sizi görcәk qaçıb gizlәnib. Allah onun üzünü qara elәsin.
Ş e y x N ә s r u l l a h. Әmr bәmәruf hәr müsәlmana vacibdir. Hacı Hәsәn ağa, çağırın oğlunuzu gәlsin; mәn onu görmәk istәyirәm.
Adamlar hәrәkәtә gәlir, Hacı Hәsәn qapıya tәrәf gedir, bir övrәt başlayır ucadan ağlamağa.
Nә istәyir övrәt?
M ә ş ә d i O r u c (bir az qabağa yeriyib). Şeyxәna, bu mәnim anamdı; oğlundan ötrü ağlayır. Oğlu haman Kәrbәlayı Fәtullahdır ki, sizin mәrhәmәtiniznәn Xorasanda dirilib.
A ğ l a y a n ö v r ә t (çadra başında, bir az ağlaya-ağlaya qabağa gәlir). Belә sәnә qurban olum, ay şeyx! Mәn oğlumu sәndәn istәyirәm.
Ş e y x N ә s r u l l a h (çox ucadan). Hәr süxәn cayi, hәr nüktә mәqami darәd [16].
[16] Hәr sözün bir yeri, hәr nüktәnin bir mәqamı var.
Ş e y x Ә h m ә d (övrәtә). Ay bacı, çәkil get, şeyxә başağrısı vermә; hәlә o söhbәtin vaxtı deyil.
Mirzə Cəlilin “Ölülər” əsəri haqqında Cəfər Cabbarlının qeydləri
Əfəndilər! Hər kəsə bəllidir ki, daim, hər halda çox vaxt məhkəmələrdə iki mübariz tərəf: müddəi-ümumi və müdafiələr bir-birilə çarpışır və nə vasitə ilə olursa olsun yekdigərlərinə qalıb gəlmək istəyirlər. Müddəi çox vaxt həqiqət və ədalətlə belə hesablaşmadan müttəhimin hər bir işini, sözünü və hərəkətini fənalığa yozar və müttəhimin məhkum edilməsinə çalışar. Eynilə müdafiələr caniliklərini açıq bildikləri bir adamı belə müdafiə edərkən bütün fəna hərəkətlərini bilərək yaxşıhğa yozmağa, cinayətləri örtüb-pərdələməyə və nə vasitə ilə olursa-olsun müqəssiri pak, təqsirsiz çıxarmağa çalışarlar. Burası hər iki tərəfin bir növ vəzifələridir. Fəqət bu gün mən arzu edərdim ki, heç bir tərəf yoxdur. Mütəəssiblüyə qapılmayıb bir haqq, bir ədalət naminə mühakimə yürütsün, heç kəs bilərik haqdan qaçmasın və böyləliklə bu gün müttəhimlər sandalyasında oturmuş İskəndərin əsl siması aydınlaşıb araya çıxmış olsun. Biz buna söz veriyor və əhd ediyoruz. Həmin bunu, bu bitərəflik və ədaləti də müdafiə vətəndaşlardan gözlər, ümid və arzu edəriz.
Nemətlərindən istifadə etdiyi mühitin bir yavrusu bir fərdi doğurur, bəsləyir, yaşadır, böyüdür, tərbiyə edir, öz-özünü idarə edə biləcək, dolandıra biləcək bir insan halına döndərir ki, bunlar həpsi həmin şəxsin möhtac dövrlərində dirilmiş bir borcudur. Alman bir borc, şübhəsiz ki, qaytarılmalıdır. Bunu inkar etmək olmaz. Həm də bu borcun məqsədi nasıl olmalıdır? Təbiətdə ümumi bir qanun vardır. Təsir əks təsirə müsavidir. Bu qanun dediyiniz məsələdə də işlədəcək olursaq, böylə şəkildə deyə biləriz ki, hər bir fərd üçün nə qədər artıq zəhmət çəkilmişsə, o qədər də artıq zəhmət çəkməli, nə qədər artıq faydalanmışsa, o qədər artıq fayda verməlidir.
İnsan adlı bir təbir meydana çıxıyor ki, onun da mənası belədir: Sən bəşəriyyətin bir üzvünü, onun illər boyu qazandığı təcrübələrindən, tərəqqi və təalisindən istifadə etmişsən. Sən ona bir mənfəət yetirməlisən. Sən içində bulunduğun xalqın bir üzvü, ölkənin bir yavrususan. Onun biliyindən, ruzisindən, ab-həvasından istifadə etmisən, ona bir mənfəət verməlisən. Həm də bu mənfəət aldığın faydanın miqdarına çox da olmazsa, bərabər olmalıdır. İştə buradan tarixdə öylə qüvvətli simalar təsadüf ediyor ki, bütün varlığını xəlqə borclu olduğunu hiss ediyor və kəndisini unudub varlığını da həmin xalqa vəqf ediyor. Fəqət öylə simalar da vardır ki, onlar deyil ki, öz vəzifeyi-ictimaiyyətlərini ifa etməyir, xalqa, cəmiyyətə bir fayda gətirməyir, hətta bir çox zərərlər də toxundururlar. Bu adamlar aldıqları borcu, aldıqları şeyləri qaytarmadıqları üçün… toxundurduqları zərərlər için¬də bir canidirlər. İştə böylə simalardan biri də bu gün müddəilər skamyasında qarşınızda oturmuş kefli İskəndərdir.
O, bu gün qarşınızda gördüyünüz, uzun illər uyğudan sonra göz açmış və kəndisini XX əsrin tərəqqi və təkamülünə qarşı yoxsul, gücsüz və qaranlıqda bulmuş zavallı, halına ağlanacaq şaşqın bir mühitin oğludur. Mən burada asanlıq üçün xalqı, cəmiyyəti bir ailəyə, ailəni də Hacı Həsən əmi olmaq üzrə bir şəxsin simasında toplayıb ümumi nəzəriyyələrdən ayrılmaq və həqiqətin içinə girmək istərəm. Hacı Həsən əmi kəndi avamlığına, qaranlıqda parçalanmasınna baxmayaraq, həmin bu İskəndəri min cür nazla tərbiyə etmiş, böyütmüş, gecələr yatmamış, qazanmış, ona yedirtmişdir. Fəqət Hacı Həsən əmi bununla iktifa etməmiş, İskəndəri başlı-başına buraxmamışdır. Onu məktəbə göndərmiş, illərlə oxutmuşdur. Bulunduğu dairədəki hər kəslə bərabər bir yüksəkliyə qaldırmışdır. Mühiti nəzərə alarsaq, deyə bilərik ki, bu¬nunla Hacı Həsən əmi öz atalıq vəzifəsini ifa etmişdir. Fəqət Hacı Həsən əmi adi atalar və yaxşı bir ata olmaqla da iktifa etməmiş, o, öz oğlunu daha gözəl tərbiyə etmək istəmiş, ağırlığınca pul qoymuş, onu ta Firəngistana qədər göndərmişdir. 7 il onu orada oxutmuşdur. Bu, bizim vəqtimizdə bir qədər qəribə gəlməyir. Fəqət mən istərdim ki, buradakı adamların təsəvvüratı bir qədər geniş olsun və həmin bu mühit içinə girib görsün ki, Hacı Həsən əmi bununla nə kimi böyük bir fədakarlıq göstərmişdir. Şübhəsiz, tanışlar-bilişlər, Hacılar onu töhmətləndirmiş, oğlunun kafir olacağı ilə qorxutmuş, o, zavallı oğluna nə olacağı xəyalilə gecələr uyuşmamış, Allah mənim oğlumu yoldan sapdırma, ona kömək ol, mənim üzümü xalq içində qara eləmə deyə bəlkə də bir çox uyğusuz gecələri ağlamışdır. O bu kədərlər, şübhələr içində “Allah sənə pənah” – deyə kəndisinə təsəlli vermiş və oğlunun qayıtmasını gözləmişdir. O, istəyir ki, onun oğlu oxusun, böyük, adlı bir adam olsun və o da qoca vaxtında öz oğlunun əqlilə, adı ilə iftixar etsin, lovğalansın.
Qoy bunu kimsə onun fənalığına yozmasın. Qoy burada olan vətəndaşlardan ata olmayanlar psixologiyaya, ata olanlar kəndi ürəklərinə müraciət etsinlər və görsünlər ki, bu hər bir atada təbii bir atalıq hissidir. Xüsusilə Hacı Həsən əmi tək bunları da düşünməmiş deyil, müsəlmanları oxumadıqları üçün töhmətləndirir… Qoy müsəlmanlar da oxuyan olsun, burada bir vətəndaşlıq, dindaşlıq, nə isə ictimai bir duyğu bir rəng də vardır. Soruyoram mən hər kəsdən ki, bu yoxsul, zavallı mühitdə bundan artıq nə yaxşılıq, nə atalıq haqqı gözləmək olar?! Hətta vəqtimizin ataları belə, iki faiz böylə atalar göstərə bilməzlər ki, hər hansı bir fransız, ya ingilis öz oğluna bundan artıq əmək sərf etmişdir. Hacı Həsən əmi öz atalıq vəzifəsini bir qədər geniş ölçüdə götürüb, mühit, İskəndər xüsusunda öz vəzifəsini artıqlamasilə ifa etmişdir.
İştə on il keçir, İskəndər Firəngistandan dönüb gəliyor, Hacı Həsən əminin ürəyi döyünür, çünki bu qədər çəkdiyi zəhmətlərin, töhmətlərin, iztirabların hədərmi, yerlimi olduğu, ümumiyyətlə nəticəsi şimdi anlaşılacaqdır. Hər kəs maraqlanıyor ki, əcəba İskəndər nə olmuş qayıtmışdır. Zatən şimdi də hər kəs maraqlanıyor. Fəqət mən sizi maraq içində boğmamaq üçün əvvəlcədən söyləyirəm. Bilirmisiniz İskəndər nə üçün qayıtmışdır? Hakim əfəndilərin müsaidəsilə kefli İskəndər ki, mühitin ona verdiyi bu adı təhlil etdikdə əxlaqsız, tərbiyəsiz, işsiz-gücsüz, tənbəl, birisinə it küskürər, o birisini yalandan aldadar, çocuqları yoldan çıxarıb səfalətə alışdırmağa çalışar, mühitin adətlərilə ənənələrilə hesablaşmaz, heç bir sözün yerini, heç bir hərəkətin vaxtını bilməz, başsız-ayaqsız bir səfil, bir sərxoş qarşısında mühiti, bu bədbəxt, qaranlıq xalqı cəhalət didiyor, əziyor, parçalayor, məhv ediyor, möminlərlə Şeyx Nəsrullah bu bədbəxtləri aldadaraq namuslarına toxunuyor, irzlərini-namuslarını canavarlar kimi çamurlara çırpıb tapdayor, bunların həpsini görüyor, bir ölü kimi hərəkətsiz qalıb ona müəyyən bir yol göstərməyir, onun üçün çalışmayır, xalqın səadəti üçün bir diləyi yox, bir ideyası yox, ictimai işlər üçün bir projesi yox, öylə səfil bir halda diyirlənib gediyor. Fəqət əfv edərsiniz.
“İskəndərin bir idealı, diləyi yoxdur” – deyincə, mən burada bir haqsızlıq tapdım. Hər halda İskəndərin bir diləyi, bir idealı vardır. O da bilirmisiniz nədir? Bir şüşəni səhərdən içib axşama kimi, o biri şüşəni də axşamdan içib səhərə kimi keflənmək və İsrafil surini çalıncayadək ayılmamaq. Əfəndilər, mən bilirəm və siz şimdicə görərsiniz ki, müdafe əfəndilər deyəcəklər ki, İskəndəri içməyə məcbur edən mühit özüdür. O, mühitdə gördüyü rəzalətləri, qaranlığı görmiyor, mühit onu anlamıyor, o da bütün bu fəlakətləri alkoqolla sərxoş qoynunda boğmaq, xırpalamaq istəyor. Əvət mən əvvəlcə dedim ki, yürüdəcəyimiz mühakimələr bitərəflik və ədalətdən ayrılmalı, haqlar etiraf edilməlidir. İştə mən də sözümə sadiq qalıyor, hətta etiraf ediyor və deyirəm: mühit İskən¬dəri anlamayor. Fəqət qoy buna qarşı hər kəs, xüsusilə müdafe əfən¬dilər əllərini vicdanlarının üzərinə qoyub etiraf etsinlər ki, İskəndər özü də mühiti anlamayor, anlamağa çalışmayor, anlamaq istəmiyor.
Xalq etiraf edir ki, o qaranlıqdır, anlamayor. Bu, onun üçün bir o qədər də ayıb deyil və bir günah da deyildir. İskəndər 10 il Firəngistanda oxuyub gəlmiş, heç şübhəsiz, bu avam mühitdən yüksəkdə olacaqdır və Parisdə götürdüyü XX əsrin pək uzaqlara getmiş fikrini, fəlsəfəsini, Nuh dövrünü yaşayan xalqa birdən söyləyərkən o anlamayacaqdır, ürkəcəkdir. Cəhalət xalqı parçalayır. Burada mübarizə gərəkdir ki, gecələr uyumasın, müəyyən yollar, planlar düzəltsin. Bütün varlığılə ayıq bir fikir, düşüncə ilə xalqın içinə atılıb onun ruhunu, adət və ənənələrini, tradisiyasını, psixologiyasını bütün dərinliklərinə, görülməz incəliklərinə qədər öyrənib onu təhlil etsin və bunlar üzərinə gecələr uyumayıb müəyyən planlar qursun, yollar düzəltsin və gündüzlər haman yolları xalqın anlayacağı bir tərzdə həyata keçirsin, xalqa anlatsın, öyrətsin, xalq üçün bir müəllim olsun. Fəqət İskəndərdən böylə başyorucu şeyləri sormayın, zatən bunları düzəltmək üçün ayıq bir vaxtı yox ki! O, böylə cəfəngiyata baxmaz. O, hər şeyi təsadüfi görmək istər.
O, sistema, üsul-filan tanımaz. Yolunda yaxşılıqdan başqa heç bir şey etməyən, kəndisini heç bir şeydə müqəssir bilməyən Hacı Həsən əminin yanına gəlir və heç bir söz demədən, səbəbini anlatmadan birdən başlar: tfu sənin üzünə! Hacı Nəcəfəliyə yetişir, heç bir söz demədən mars-mars, kus-kus deyə itə yedirtmək istəyir. Axı neçin? Səbəbi bəlli deyil. İskəndər özü bilir. Və yaxud iki aydan sonra gedib qəbiristanda ölülərin məzar daşlarına nəsihət söylər. İştə İskəndərin bütün mübarizəsi “mühit onu anlamayır” – deməklə buradan çıxılmaz hər bir yenilik, hər daim kəndisinə bir çox rəqiblər bulmuş və ancaq böyük sistematik mübarizələrdən sonra, anladandan sonra təzvic edilə bilmişdir. Bu gün mühiti təqsirləndirəcək və İskəndəri haqlandırmağa çalışacaq. XX əsrin oğulları olan müdafiələr qəti deyə bilərlərmi ki, yarın onlar özləri bir İskəndər qarşısında qalınca Hacı Həsəndən daha fəna bir vəziyyət almayacaqlar. Təsəvvür ediniz güzdəkli… oğlu Səməndəri böyük zəhmətlərlə Petroqrada oxutmağa göndərmiş ki, gəlsin adətən bir insan olsun. Səməndər getmiş, 10 ildən sonra Güzdəyə qayıtmış, fəqət nə cür qayıtmış? Bütün paltarlarını soyunmuş, lüt madərizad o kəndin içində gəziyor.
Bir qonaqlıqdan gələn anasını küçənin ortasında yaxalamış və birdən birə: tfu sənin üzünə! Kim ona dəli deməz? Hətta müdafelərin öz başlarına bu iş gələrsə, ona dəli deməyəcəklərinə söz verə bilərlərmi? Fəqət bu adam dəli deyilmiş, bilirmisiniz nə imiş? Bir fotoqrist imiş. Anasının da üzünə onun üçün tüpürürmüş ki, neçin başına ipək yaylıq bağlamış, köynək geymiş. Halbuki o bir təbiətin qızıdır, çılpaq gəzsə daha gözəl olur. Biz heç kəsə istədiyi fikirdə olmasını yasaq etməyirik. Fəqət hər kəs etiraf edir ki, yeni bir fikri təzvic üçün keflənməyib çalışmaq, o fikri anlatmaq lazımdır. İskəndər mühit üçün bir müəllimdir. Şübhəsiz, mühit onu anlamayacaqdı. Mühit onu anlayacaq dərəcədə olursa, xalqın idrakı onun yüksəkliyində olursa, o zaman kimə lazım idi. İskəndər cəhənnəm olub getsin, şüşə ilə deyil, istəyirsə boçka ilə içsin. Əsl dərd orasıdır ki, mühit ondan aşağı, o isə bir müəllim vəziyyətindədir. Nəhayət, söylədiyimiz hal ki, məktəbə bir müəllim göndərilərkən, mütəəllimlər əvvəlcədən həmin müəllimin bildiyi dərəcədə öyrədilir. O zaman kimə lazımdır müəllim. Müəllim bilməyənlərə, anlamayanlara gərəkdir ki, gəlsin, müxtəlif yollar, vasitələr ilə bir yol, beş yol, yüz yol desin, anlatsın, öyrətsin. Yoxsa müəllim içəri girəcək: Həsən – 5! Kərəm – 5! Müəllim başlayacaq: “Tfu sizin üzünüzə! Mənə bir küp şərab, bunlar məni anlamayırlar.” Bu bir cəhəti, fəqət bizim əlimizdə tutarlı sənədlər vardır ki, İskəndəri kefli halına salan mühit deyil, onun keyf mayişadan alkoqola alışdığıdır.
O, mədəniyyətin özünü belə alkoqola dəyişir. İskəndər evdə, təklikdə oturub düşünür: nədir elm? “Elm ona deyərlər ki, bir adam bu şüşəni çəksin başına, həpsini içsin”. Bu, onun xüsusi düşüncəsidir ki, heç kəsə dəxli yoxdur və təkliyində İskəndərin düşündüklərini bir şeyə qarşı nümayiş kimi götürmək olmaz. iştə böyləlik ilə İskəndər bütün varlığını alkaqolun müdhiş pəncəsinə tapşırmış, heç bir vəzifəyi-ictimaiyyəsini ifa etməmiş, mühitdən aldığı faydaları da, borcları da bir midvər kimi mənimsəmiş, qaytarmamışdır. Mühit mübarizələrə möhtac ikən o heç bir yaxşı iş görməmişdir. Hətta İskəndərin qarşısında cinayətlər işlənir. Şeyx Nəsrullah hər gün məsum, zavallı bir yavrucuğun namusunu tapdayır, İskəndər susuyor. Heç bir əməli, qəti, təşəbbüsə girişməyir, halbuki, bu mümkün idi də. Şeyx Nəsrullah ölüləri diriltməyi iddia edirdi. İskəndər bilirdi ki, bu yalandır. Orada xalqa bu yalanı anlatmaq üçün böyük fədakarlıqlar lazım idi. Bir igid istəyirdi ki, bu kor xalqın qarşısına çıxsın və şeyxə söyləsin ki, şeyxanə, bu ölülərin həpsini dirilt, ya Heydər ağanı öyrədib göndərə idi ki, get ölülərini diriltməyi xahiş et. Şeyx bunu bacarmayacaq və yalanların üstü açılacaq, cinayətləri aradan qalxacaqdı. İskəndər bunu etməyir, çünki ayıq deyil idi. O, hər şey bitəndən sonra sallana-sallana durub gəlmiş və toydan sonra nağara və ruslar demişkən “Posle draki kulakami maşet”.
Ölülərə vəz ediyor. İskəndər… ümumi ölçüdə çalışmayır, hətta bir ailəyə də təsir edəməyir. Çünki tanındığı qiyafətlə onu kimsə tanımaq istəməz, ona kimsə etibar etməz. İskəndər yalançıdır, duyğusuz və canidir. Bacısını müdafiə etməyə söz vermişkən bir fəlakətə məruz qalmış, zavallı yavru son gündə hər yerdən əli üzülmüş, bircə ona ümid edər, ona iltica edər, ondan müdafiə gözləyirkən “Gəl-bacım, mən ölmədikcə səni kimsə məndən ayırmaz” – deyə qollarını açib onu qucmaq və qəhrəman kimi araya atılmaqdansa onu kobudcasına itələyib yıxır, fəqət İskəndər qollarını açıb qucuyur da. Həm də qucduğunu şübhəsiz ki, bilirsiniz nədir: Haman şüşə ki, bütün varlığı ondan ibarət bulur. Bəzilərində öylə bir nəzəriyyə var ki, nəhayət, şeyxin torları açıldı, İskəndərin fikri qalib gəldi, İskəndər qalib gəldi. Xalq anladı ki, İskəndər haqlı imiş. Bəlkə bu özü də bir metoddur. Fəqət bu yanlış bir nəzəriyyədir. Əvət şeyxin fırıldaqları açıldı. Həm də bir çox məsum qızlar çeynənəndən sonra açıldı. Fəqət bunda İskəndərin iştirakı olmadı, qalib gələn İskəndər deyildi, bir təsadüf idi. Xalqın anladığı İskəndərin fikri deyildi, bəlkə şeyx Nəsrullahın fırıl¬daqları idi. İskəndər olmasaydı da bu fırıldaqlar açılacaq idi. O, burada arabanın beşinci çərxi də ola bilməmişdir. İskəndər bütün o cinayətlərə qarşı susmuş, özü də bir cani olmuşdur.
Bəziləri, xüsusilə İskəndər özü də düşünə bilər ki, pəki Hacı Baxşəli də cəmiyyət üçün, xalq üçün çalışmayır, onu nə üçün mühakimə etməyirlər. “Şərab da içirəm özüm bilirəm, can mənim, cəhənnəm tanrının” Fəqət onun üçün mütəəssüfanə olaraq burası böylə deyildir. Qanun kodekslərində bir qanun vardır. Bir nəfər Səməndər keflənib, ya da hətta dəli olub öz evini yıxarsa, ola bilər ki, onu cəzalandırsınlar, ola bilər ki, bir növ əfv etsinlər. Fəqət həmin Səməndər keflənib
öz evini yıxarsa və onun üzərinə köydəki evlərin həpsi od alıb yaxıla-gülə dönərsə, Səməndər mütləqa cəzalanmalıdır. Onu heç bir qanun əfv edəməz. Şimdi baxalım İskəndər keflənməsilə yalnız öz evini yaxıyor. Çünki dediyimiz kimi şərait böylə düşmüş ki, İskəndər Firəngistandan
qayıtmış, xalq mədəniyyətinin, elmin, maarifin nə olduğunu bilməyir. İskəndər həmin mədəniyyətin, maarifin yeni fikirlərin bir timsal mücəssəmi kimi görünür. Ona baxacaq mədəniyyətə öz münasibətini təyin edəcəkdir. Bu bir həqiqətdir. İskəndər bir nümunədir ki, onu görüncə hanki bir axmaq öz oğlunu Firəngistana göndərəcəkdir.
Xalq anlamış, daha doğrusu, İskəndər onlara anlatmış ki, oxuyanlar Allahı, peyğəmbəri tanımaz, gecə kefli, gündüz kefli, böyük bilməz, kiçik bilməz, əxlaqsız, tərbiyəsiz, işsiz-gücsüz bir sərsəm olaraq, küp dibində yatacaqdır. Bunu görən Hacı Həsən on il əvvəl oğlunu Firəngistana göndərmişdi. Bilirmisiniz nə düşünür, nə qənaət hasil etmiş…
Nə oluyor, nə düşünür mən onu sizə təcəssüm etdirmək istərəm…
İştə qoy, canı çıxsın, zavallı mollaların ölsün, qaranlıqda məhv olsun. Çünki İskəndər bütün mədəniyyəti, bütün elmi, maarifi, onun əsl məna və əhəmiyyətini məhv etdi. İskəndər onların ölümünə bais oldu. İştə buna görə də İskəndər Firəngistanda keflənib qalsaydı, öz evini yaxmış olurdu, fəqət gəlib bu zavallı mühit içində keflənmiş, minlərlə evləri yaxmış, ailələri məhv etmiş, minlərlə zavallının cəlladların qaranlıq pəncəsində can çəkişməsinə səbəb olmuşdur. Ona görə bu gün ona bəraət qazandırmaq istəyənlərəsə, bütün gəncliyin haqqı vardır ki, qalxıb bir səslə bağırsın: Qaldırın onu mühitdən, o bizə gərək deyildir. O gələcək nəslin qatilidir. O, Şeyx Nəsrüllahdan daha bədtər canidir. Yolları ayrı, fəqət hədəfləri birdir. Şeyx Nəsrullah xalqı elmdən uzaqlaşdırıyor, qaranlıqda boğuyor. İskəndər elmi xalqdan uzaqlaşdırıyor, xalqı tapdayor, öldürüyor, məhv ediyor. Mən sözümü bitiriyor və əsl mühakiməyi möhtərəm hakimlərə tapşırıyoram, qoy onlar özləri kəsdirsinlər, kim daha böyük müqəssirdir? Müəyyən bir psixoloji xəstəlik nəticəsində cinayətlər işləmiş və bu mühitə bir şey borclu olmayan Şeyx Nəsrullahmı? Və ya mühitdən böyük faydalar alıb ona bir çox şeylər borclu olan, eyni vaxtda zavallı xalqı bir qaranlığa doğru sürükləyən, gələcəyin, gəncliyin qatili kefli İskəndərmi?
Comments are closed, but trackbacks and pingbacks are open.