Press "Enter" to skip to content

Книга: Brilyant məsələsi – Cəmşid Əmirov

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Atasını ermənilər sürgün etdirdi, Zerkalo Klaranı buterbrodla danışdırdı, “əclaflar axırıma çıxdı” deyib dünyasını dəyişdi – “Qara “Volqa”nın müəllifi

Cəmşid Cabbar oğlu Əmirov 1918-ci il fevralın 10-da Naxçıvanda “Şirvanlar məhəlləsi”ndə anadan olub.

1937-ci ildə atası Cabbar Əmirov ermənilərin əli ilə həbs edilir və “Xalq düşməni” adı altında on il müddətinə Arxangelskə sürgün olunur. Cabbar kişinin həyat yoldaşı Tərlan xanım uşaqla birgə başsız qalır.

Bakıda yeddinci sinfi bitirən Cəmşid sənədlərini N. Nərimanov adına texnikuma verərək kimya fakültəsinə daxil olur. Tələbəlik illərində ədəbi yaradıcılığa maraq göstərən Cəmşid kiçik hekayə və məqalələr yazsa da, lakin onları çap etməyə tələsmir. O, texnikumu bitirdikdən sonra M. Əzizbəyov adına Azərbaycan Sənaye institutuna daxil olur və müəyyən səbəblərdən oranı yalnız 1966-cı ildə bitirir.

Cəmşid İkinci Dünya müharibəsi zamanı ön cəbhədə Sovet Ordusu tərkibində zabit kimi Almaniya, Polşa, Çexoslovakiya, Avstriya və Çində olur. Ordudan tərxis ediləndən sonra “Amustral”ın tikintisində fəal iştirak edir. “Azərbaycan gəncləri” qəzetində məsul katib, “Gənc işçi” qəzetində şöbə müdiri, “Bolşevik” qəzetində məsul katib işləyir.

Texnika Elmləri Doktoru, SSRİ Dövlət Mükafatları Laureatı, Azərneft Birliyinin rəisi, Azərbaycan KP MK-nin katibi Əli Əmirovun qardaşı olub.

Ədəbi yaradıcılığa 1940-cı illərdən oçerk, felyeton və hekayələrlə başlayıb. Onun ilk mətbu oçerki “Dəqiqələr, saniyələr. ” “Azərbaycan gəncləri” qəzetinin 28 avqust 1946-cı il tarixli sayında dərc edilib. “Sahil əməliyyatı”, “Brilliant məsələsi”, “Qara Volqa”, “Şəhər yatarkən” əsərlərinin müəllifidir.

Əsərlərini yazmazdan əvvəl milis əməkdaşları ilə əməliyyatlarda və məhkəmələrdə iştirak edir, arxiv materialları ilə diqqətlə tanış olur. Ona görə də əsərlərində real hadisələr və obrazlar daha qabarıq olub.

“Brilyant məsələsi” əsərindəki Əli Rüstəmovun real prototipi milis orqanlarında işləmiş, istefaya çıxmış polkovnik Səfərəli Rüstəmov idi. O, Mircəfər Bağırovun qəzəbinə tuş gələrək həbs olunur. Cəmşid Əmirov sonradan onun haqlı olduğunu sübut edir və Səfərəli Rüstəmovu əsərlərinin baş qəhrəmanına çevirir.

Azərbaycan ədəbiyyatı tarixində ilk dəfə macəra janrına müraciət edən yazıçı Cəmşid Əmirov olub. Onun bir çox əsərləri kimi “Brilyant məsələsi” kitabına maraq o qədər güclü idi ki, artıq əl-əl gəzən bu əsər öz məcrasından çıxmışdı. Həmin dövrdə bu kitabı əldə etmək müşkül məsələ idi. Əsər sözün əsl mənasında o dövrdə bir hadisəyə çevrilir. “Brilyant məsələsi”ndən öncə Azərbaycan polislərinin həyatından, onların ağır, çətin işindən bəhs edən “Sahil əməliyyatı” povesti ilə nəinki respublikamızda, hətta ondan çox-çox uzaqlarda tanınmağa başlamış və əsər bir neçə dilə tərcümə olunub. Əsərin ssenarisinin yazılması üçün yazıya müraciət olunur və nəticədə həmin povest əsasında “İstintaq davam edir” filmi çəkilir. Film üçün helikopter və katerlərin təşkilində Heydər Əliyevin böyük köməyi olub.

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Книга: Brilyant məsələsi – Cəmşid Əmirov

Azərbaycan ədəbiyyatında detektiv janrın banisi kimi tanınan Cəmşid Əmirov əlinizdə tutduğunuz bu kitabla yanaşı “Qara volqa”, “Şəhər yatarkən”, “Sahil əməliyyatı” əsərlərinin, “İstintaq davam edir” filminin ssenari müəllifidir.

Cəmşid Əmirov 1962-ci ildə qələmə aldığı “Brilyant məsələsi” povestinin baş qəhrəmanlarını – qumarbaz Yədullanı və Zerkola Klaranı (Klara Yusifzadə, red.) əsərə real həyatdan gətirib. Povest boyunca oxucu bu mənfi obrazlarla, kapitan İsayevin timsalında onlara qarşı mübarizə aparan, aman vermədən onları təqib edən personajların başına gələnlərə şahidlik edirlər və bu müddətdə nə zaman baş verdiyini hiss etmədən gözlərini açarkən özlərini qarışıq cinayət hadisələrinin düz ortasında tapırlar. Əsərlərində dolğun həyat cizgilərinə önəmli yer ayıran yazıçının “Brilyant məsələsi”ndə də DTK (Dövlət Təhlükəsizlik Komitəsi; rusca КГБ, red.) sistemində çalışan yaxın dostlarının köməkliyi ilə (Cəmşid Əmirovun atası – Çingiz Əmirov Ədliyyə polkovniki idi, red.) arxivlərdə qorunan real istintaq materiallarına, habelə, təcridxanalardakı məhbusların ifadələrinə istinad etdiyini görmək mümkündür.

Povestin kulminasiyalarına doğru Yədullanın sovet milisi tərəfindən ifşa olunmasından bəhs edən fəsillər maraqlı səhnələrdən biridir. Qumarbazın sonrakı taleyi necə olacaq? O, həbsdən qaçıb canını qurtara biləcəkmi? Mənzil oğurluğu ilə Klaranın əlaqəsi varmı? Ev sahibəsinin telefon danışıqları nə üçün dinlənilirdi? İttiham olunan şəxsin günahsız olduğu sübuta yetiriləcəkmi? Oxucular bütün suallara əsəri oxuyarkən cavab tapa biləcəklər.

Скачать книгу в форматах: fb2 &nbsprtf &nbspepub &nbsptxt &nbsppdf &nbsppdf (мобильная версия) &nbspfb3 &nbsp

Читать книгу “Brilyant məsələsi”
(фрагмент)

Данное произведение размещено по согласованию с ООО “ЛитРес” (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Оплатили, но не знаете что делать дальше?

Şəhər yatarkən – Cəmşid Əmirov

“Sahil əməliyyatı”, “Qara volqa”, “Brilyant məsələsi” kimi maraqlı əsərləri ilə xatırlanan, “Azərbaycanfilm”in istehsalı olan “İstintaq davam edir” bədii filminin ssenari müəllifi kimi yadda qalan Cəmşid Əmirovun “Şəhər yatarkən” kitabına müəllifin eyni adlı povesti ilə yanaşı, II Dünya müharibəsindən sonrakı illərdə Almaniyada çalışan azərbaycanlı çekistin həyatından bəhs edən “Mənim ilk məhəbbətim” povesti də daxil edilib. Hər iki əsərdə ötən əsrin kriminal və siyasi tablosu, müxtəlif tipli insan xarakterləri, köhnə Bakı mənzərələri öz əksini tapıb.

Oxşar kitablar

Qara Volqa – Cəmşid Əmirov

Cəmşid Əmirov

Cild : Yumşaq

Mavi mələklər – Çingiz Abdullayev

Çingiz Abdullayev

Cild : Yumşaq

Qələbənin səcdəgahı – Çingiz Abdullayev

Çingiz Abdullayev

Cild : Yumşaq

Kitabxanadakı cəsəd

Aqata Kristi (Agatha Christie)

Cild : Yumşaq

Da Vinçi şifrəsi

Dan Brown

Cild : Yumşaq

İblislərin ənənələri – Çingiz Abdullayev

Çingiz Abdullayev

Cild : Yumşaq

Lord Ecverin ölümü

Aqata Kristi (Agatha Christie)

Cild : Yumşaq

Okkamanın inkarı – Çingiz Abdullayev

Çingiz Abdullayev

Cild : Yumşaq

Soyuğu qoruyanlar – Çingiz Abdullayev

Çingiz Abdullayev

Cild : Yumşaq

Baki bulvarı – Çingiz Abdullayev

Çingiz Abdullayev

Cild : Yumşaq

Mavi mələklər – Çingiz Abdullayev

Çingiz Abdullayev

Cild : Qalın

Üçüncü qız

Aqata Kristi (Agatha Christie)

Cild : Yumşaq

Yalan nöqtəsi

Dan Brown

Cild : Yumşaq

Bir, iki-ayaqqabımın toqqası

Aqata Kristi (Agatha Christie)

Cild : Yumşaq

Komissar Meqre – Latış Pietr

Georges Simenon

Cild : Yumşaq

Tor Körpüsünün Sirri – Şerlok Holms (Sherlock Holmes) macəraları

Artur Konan Doyl

Cild : Yumşaq

Masadakı kartlar

Aqata Kristi (Agatha Christie)

Cild : Yumşaq

Erkül Puaronun milad bayramı

Aqata Kristi (Agatha Christie)

Cild : Yumşaq

Puaro istintaq aparır

Aqata Kristi (Agatha Christie)

Cild : Yumşaq

Stokda yoxdur

Böyük dördlük

Aqata Kristi (Agatha Christie)

Cild : Yumşaq

Mən öldürürəm – Corco Faletti

Corco Faletti

Cild : Yumşaq

Lord Ecverin ölümü

Aqata Kristi (Agatha Christie)

Cild : Yumşaq

Pauro istintaq aparır

Aqata Kristi (Agatha Christie)

Cild : Yumşaq

Yeni cəngavər qadınların qəbiləsi

Çingiz Abdullayev

Cild : Yumşaq

Rəylər

Rəy yaz

Ünvan: Bakı, Tbilisi prospekti, 76

Abunə olmaqla hər həftə kitablardan və kitab dünyasında baş verən yeniliklərdən xəbərdar ola bilərsiniz.

Comments are closed, but trackbacks and pingbacks are open.