Press "Enter" to skip to content

Cəmşid Əmirov – Qara Volqa

Xüsusiyyətlər İstehsal ölkəsi: Türkiya

Məşhur “Qara volqa”nın sürücüsü

Kriminal aləmlə tanışlığım Cəmşid Əmirovun “Qara Volqa”sı ilə başlanıb. Sonra “Brilliyant məsələsi” və “Sahil əməliyyatı” həmin dünyada daha nələr baş verdiyini aydın göstərib. Onda yeniyetmə idim. Oxuduqlarımı yazıçının fantaziyası, müəllifin təxəyyülü hesab edirdim. Həyatda belə hadisələrin ola biləcəyi, Pəncəli Aslan, Tapança Yədulla, Paxan, qumarbaz Nerses, Klara kimi obrazların kimlərinsə prototipi olduğu ağlıma da gəlmirdi.

İllər öncə Bakıdakı cəzaçəkmə müəssisələrindən birinə getmişdim – yazı hazırlamaq üçün. Həbsxana rəisi həyətdə divara söykənmiş bir nəfəri göstərib dedi ki, o adam “Qara Volqa”nın sürücüsü olub. Doğrusu, çox təəccübləndim, təəccübləndiyim qədər də elə bildim ki, rəis zarafat edir. Arif Əliyevə yaxınlaşıb ona bir neçə sual verəndən sonra əmin oldum ki, zarafat-filan deyil, bu elə o sürücüdür ki, qarşımda dayanıb. Arif Əliyev 20 yaşından həmin bandanın üzvü olub, 61 yaşı vardı, hələ də həbsxana həyatı yaşayırdı. Cəmşid Əmirovun yazdıqlarını təsdiqləyərək dedi ki, o hələ az yazıb. Dəstəmiz elə dəhşətli işlərlə məşğul olurdu ki, bu barədə çoxları heç nə bilmir. “Kriminal qruplaşma”, “avtoritet”, “vor v zakone” kimi ifadələr işlədən Arif Əliyevlə olan söhbətim o zaman işlədiyim qəzetdə çap olundu. Mən ilk dəfə canlı olaraq kriminal dünyanın sakini ilə tanış olub söhbət etmişdim.

90-cı illərin əvvəlində bu aləmin başçıları haqqında çeşid-çeşid kitablar yazdılar. Sovet təbliğatının, Kommunist Partiyasının qadağan etdiyi mövzu gündəmə gəldi. İnsanlar həmin kitabları oxumağa başladılar, fikir söylədilər, onları qəhrəman səviyyəsinə qaldırdılar.

Bir neçə il əvvəl evimin yaxınlığında fəaliyyət göstərən şadlıq evlərinin birində baş verən atışmadan vahiməyə düşdüm. Gecənin bir aləmində güllə səsinə oyanan insanlar orada kriminal adamların – avtoritetlərin atışdığının şahidi oldular. Sözün həqiqi mənasında kinolarda gördüyüm səhnələri canlı seyr edirdik. Nə gizlədim, çox qorxmuşdum.

İndi də Rövşən Lənkəranski hadisəsi kriminal aləmin beynimdə yatıb qalan dəhşətlərini təkrar oyatdı. Bir neçə gündü hadisə haqqında yazılanları, insanların fikirlərini, qətllə bağlı mülahizələrini, Rövşənə olan məhəbbətlərini ən xoş sözlərlə ifadə etmələrini müşahidə edirəm. Sadə adamlardan tutmuş bir çox jurnalistə, bəzi deputatlara kimi Rövşən Lənkəranskinin ədalətindən yazır, danışırlar. Oğul anası olaraq mən bundan çox narahatam. Cəmiyyət hara gedir? Nəyi təbliğ edirlər? Kriminalın hansı ədalətindən bəhs edirlər? Gənc nəsili nəyə təhrik edirlər? Ona görə də bu hadisə ilə bağlı ilk reaksiyam oğluma tapşırmaq oldu ki, belə yazıları oxumasın.

Əslində Azərbaycan cəmiyyətinin sosial tarazlığı o zaman pozuldu ki, qanuni oğrular haqqında kitablar tirajlanıb satışa çıxarıldı və buna “dur” deyən olmadı. Gənclər bədii ədəbiyyat adına həmin kitabları oxudular və indi də oxuyurlar. Bu, sadəcə dəhşətdi!

Dünya bina olandan insanlar qruplara bölünüblər, zümrələrə ayrılıblar. Hər qrupun, hər zümrənin özünəməxsus dünyabaxışı, həyat tərzi var. Kiriminal aləmin yaşam tərzi isə tam fərqlidi. Burada qan qoxusu hökmranlıq edir. Cinayətlər, qətllər insanları qorxu altında saxlamaq, çevrəsindəkilərə “mənəm-mənəmlik” davranışları ilə “xox” gəlmək üçün qanlı vasitədi. Bu vasitələrlə kimlərəsə hökm edən adamların kasıb-kusuba əl tutması, maddi köməklik etməsi elə də ədalətli görünmür. Hansısa əyri yollarla qazanılan pullardan da qan qoxusu gəlir və bu pulların müəyyən qisminin ünvanlandığı kasıb adamlara xeyir gətirəcəyi də mümkün görünmür.

Vaxtilə Azərbaycanda xeyriyyəçilər olub, mesenatlar fəaliyyət göstərib. Təkcə Hacı Zeynalabdin Tağıyevin xeyriyyəçilik fəaliyyəti insanlıq tarixinin qızıl hərflərlə yazılmış səhifəsidir. Eləcə də digər milyonçuların halal pulları ilə Bakıda tikdirdikləri binalar tarixilik baxımından heç vaxt diqqətdən kənarda qalmır. Oğru dünyasının nümayəndələri bu kişilərin həndəvərinə belə hərlənə bilməyiblər. Onların insanlara göstərdikləri xidmət daha yüksək səviyyədə olub. Halal qazanclarından xeyriyyə məqsədi ilə istifadə ediblər, kasıb balalarını oxudublar, ali təhsil üçün xarici ölkələrə göndəriblər. Himayələrinə götürdükləri insanlara sona qədər arxa-dayaq olublar.

Amma kriminal aləmin, oğru dünyasının qan qoxuyan pulları ilə çörək yeyən insanların heç də hamısının aqibəti yaxşı olmur, asılı vəziyyətə düşürlər. Bir qarın çörək üçün qaranlıq dünyanın adamlarına əl açmaq heç də ədalətdən xəbər vermir.

Mənə elə gəlir ki, bu günlərdə “uf” demədən düşmən üstünə gedən Mübariz İbrahimovun sümükləri sızıldayır. Qəhrəmanlıq nümunəsi göstərən bu igid oğul torpaq üçün, vətən yolunda şəhid oldu. Əsil əfsanə O idi. Vətən namusunu, bayraq qürurunu azadlığına dəyişən Ramil Səfərov illərlə məhbəsdə yatdı. Əsil qəhrəman Odur. Əminəm ki, aprel döyüşlərində vətən torpağına son yolçuluqlarını edən şəhidlər – mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə, polkovnik-leytenant Murad Mirzəyev, polkovnik-leytenant Raqub Orucov, baş leytenant Bəkir İsmayılov və digər 89 nəfər vətən oğlunun, eləcə də ötən 20 ildə torpağa qovuşan digər şəhidlərin ruhu narahatdı. Ona görə narahatdı ki, torpaqları işğaldan azad etmək üçün səfərbər olmağa gücü çatmayanlar kriminalların yolunda az qala ölümə belə hazırdılar.

Dünyanın hər yerində kriminal qruplaşmalar, avtoritetlər, qanuni oğru adını daşıyanlar var və onların həyat tərzindən bəhs edən çoxlu sayda filmlər çəkilib, kitablar yazılıb. Bariz nümunə kimi İtaliya mafiyasından bəhs edən “Xaç atası” filminin qəhrəmanının adını çəkə bilərəm. Əminəm ki, don Vito Korleone həyatdakı hansısa Korleonenin prototipidir. Amma nə İtaliyada, nə də başqa ölkələrdə kriminal dünyanın insanları bizdəki kimi təbliğ olunmur, bizdəki kimi cəmiyyətin üst təbəqəsinə çıxarılmır.

Günlərdi bir sual beynimdə durmadan səslənir: görəsən, bizim insanlar avtoritet, “vor v zakone” acıdırlarmı? Söhbət təkcə Rövşən Lənkəranskidən getmir. Bu gün onun adı və ölümü sadəcə bir təkan rolunu oynayır. Kriminal dünyaya heyranlıq nümayiş etdirənlər unudurlar ki, avtoritetlərin, qanuni oğruların öz aralarındakı ədavətin, yaxud da özlərindən asılı vəziyyətə sadıqlarına göstərdikləri köməyin adı ədalət deyil. Onlar həm dövlət, həm də cəmiyyət üçün böyük təhlükədir. Çünki öz cinayətlərini ört-basdır etmək üçün kütləyə, aztəminatlı, kasıb təbəqəyə etdikləri xırda-para köməklilərlə onları dövlətdən narazı salırlar. İnsanlar dövlətdən umacaqlarını, yaxud da istəyəcəklərini kriminallardan ala biləcəklərinə ümid edirlər. Guya ki, onlar daha ədalətlidirlər, daha güclüdürlər, daha səxavətlidirlər. Əslində isə bu qaranlıq dünyanın insanları belə əməlləri ilə sanki, tövbə edərək Allah qarşısında günahlarını yumaq kimi görüntü verirlər.

Kriminallar böyük günahlar nəticəsində qaranlıq dünyanın sakininə çevriliblər. Onların alt təbəqədə cücərən köklərini üst təbəqəyə çıxarmağın kimsəyə bir faydası yoxdu. Avtoritetlər bir-birlərini qətiyyən sevmirlər, bir-birlərinə olan nifrətləri sonda güllə yağışı ilə nəticələnir. Onların həyatını qan-qada müşaiyət edir. Necə deyərlər “su sənəyi suda sınır”.

Ən acınacaqlısı odur ki, bəzi dövlət rəhbərlərinin idarəçiliyini avtoritar rejim adlandıraraq bəyənməyənlər yeraltı dünyanın avtoritetlərinə tapınırlar. Necə olur ki, ölkə idarəçiliyində avtoritarizm qəbul olunmur, amma kriminal aləmdə hörmətli sayılır? Hər ikisinin mahiyyəti eyni deyilmi?

Bir vaxtlar Cəmşid Əmirovun əvvəldə adını çəkdiyim kitabları qadağan olunmuşdu. Sovet hökuməti bu qadağanı onunla əsaslandırırdı ki, həmin kitablar gənclərin tərbiyəsinə, əxlaqına, mənəvi dünyasına mənfi təsir göstərir.

Hadisələrə bu günkü prizmadan baxanda həmin qadağaya haqq qazandırıram.

Cəmşid Əmirov – Qara Volqa

Cemsid Emirov – Qara Volqa
Təminedilmə: 1 iş günü ərzində
Cəmşid Əmirovun “Brilyant məsələsi” və “Qara Volqa” kitabları 60-cı illərdə yazılmış və oxucuların böyük marağına səbəb olmuşdur. Yazıçının “Qara Volqa” əsəri Azərbaycanda cinayətkar qrupun törətdiyi saysız-hesabsız cinayətlərdən və nəhayət, hüquq-mühafizə orqanları tərəfindən aşkarlanmasından bəhs edir.

Əlaqədar şəxs
Ovod Kitab Evi
Bakı şəhəri
Bu elanın vaxtı bitib. Oxşar elanlara baxın
Paylaş
Tarix: 13.12.2018

Xüsusiyyətlər Müəllif: Harvard Biznes Janr: Psixoloji Nəşr dili: Azərbaycan Cild: Yumşaq

Xüsusiyyətlər İstehsal ölkəsi: Türkiya

Xüsusiyyətlər İstehsal ölkəsi: Türkiya

Xüsusiyyətlər Rəng: qoz İstehsal ölkəsi: Türkiya Brend: UVİ mobilya

Xüsusiyyətlər Müəllif: Harvard Business Review Janr: Biznes Nəşr dili: Azərbaycan Cild: Yumşaq Ölçü, sm: 12.8×17,8

Xüsusiyyətlər İstehsal ölkəsi: Türkiya

Xüsusiyyətlər Müəllif: Cəmilə Musayeva Janr: Özünü inkişaf etdirmə Nəşr dili: İngilis Cild: Yumşaq Ölçü, sm: 15,3×20,3

Xüsusiyyətlər İstehsal ölkəsi: Türkiya

Xüsusiyyətlər İstehsal ölkəsi: Türkiya

Xüsusiyyətlər İstehsal ölkəsi: Türkiya

Xüsusiyyətlər Müəllif: Harvard Biznes Janr: Özünü inkişaf etdirmə Nəşr dili: Azərbaycan Cild: Yumşaq

Xüsusiyyətlər Müəllif: Ryan Holiday Janr: Psixologiya Nəşr dili: Azərbaycan Cild: Yumşaq

Xüsusiyyətlər İstehsal ölkəsi: Türkiya

Xüsusiyyətlər Müəllif: Elxan Elatlı Janr: Detektiv Nəşr dili: Azərbaycan Cild: Yumşaq

Xüsusiyyətlər Müəllif: Ədalət Tahirzadə Janr: Bioqrafiya, Tarix Nəşr dili: Azərbaycan Cild: Sərt Ölçü, sm: 17×24

Xüsusiyyətlər Müəllif: Annabel Karmel Janr: Analar üçün kitab Nəşr dili: Azərbaycan Cild: Yumşaq Ölçü, sm: 19×19

MAQAZIN.AZ saytında özünüzə onlayn maqazin yaradın , məhsullarınızı yerləşdirin və asanlıqla satın. Maqazin.az mağaza və dükan sahibləri, internet biznesi olanlar üçün alış satış platformasıdır. Maqazin.az online saytı ilə siz müxtəlif mağazaların, yeni məhsulların təklifləri ilə tanış ola biləcək, endirimlər, aksiyalar və kampaniyalar haqqında məlumat əldə edən müştərilər əldə edəcəksiniz.
Onlayn maqazin, alis veris sayti, Bakida ucuz qiymete mehsullar, onlayn shop ticarət mərkəzi. © 2016 MAQAZIN.AZ | info [@] maqazin.az | Bizimlə əlaqə

Qara Volqa

Cəmşid Əmirovun “Brilyant məsələsi” və “Qara Volqa” kitabları 60-cı illərdə yazılmış və oxucuların böyük marağına səbəb olmuşdur. Yazıçının “Qara Volqa“ əsəri Azərbaycanda cinayətkar qrupun törətdiyi saysız-hesabsız cinayətlərdən və nəhayət, hüquq-mühafizə orqanları tərəfindən aşkarlanmasından bəhs edir.

412 pages, Paperback

First published January 1, 1993

Book details & editions
Loading interface.
Loading interface.

About the author

Cəmşid Əmirov

5 books 3 followers

Azərbaycan ədəbiyyatında detektiv janrının banisi.

Cəmşid Əmirov 1918-ci il fevralın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. Orta məktəbi bitirib Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutuna daxil olmuş (1934), eyni zamanda respublika qəzetləri ilə əməkdaşlıq etmişdir. Son kursda institutu tərk etdiyinə görə öz ixtisası üzrə (mühəndis-geoloq) işləməyə həvəs göstərməmişdir. “Azərbaycan gəncləri” qəzetində məsul katib (1937-1940), “Gənc işçi” qəzetində şöbə müdiri (1940-1941), “Bolşevik” qəzetində məsul katib (1941), “Əzizbəyovneft” şirkətində mühəndis-geoloq (1941-ci ilin mayından dekabrınadək) işləmişdir. İkinci Dünya müharibəsi zamanı ön cəbhədə Sovet Ordusu tərkibində zabit kimi Almaniya, Polşa, Çexoslovakiya, Avstriya və Çində olmuşdur.

Comments are closed, but trackbacks and pingbacks are open.