Press "Enter" to skip to content

5.10. Cənubi Qafqazın regional təhlükəsizliyi

443
matik olaraq Ermənistanın Gürcüstanla münasibətlərin-
də getdikcə sərinlik yaradacaqdır;
 Nəhayət, özünün işğalçı siyasəti və ərazi iddiaları ilə
qonşu Azərbaycan, Türkiyə və Gürcüstanla münasibət-
lərini pozan, bölgədə bu ölkələrin iştirakı ilə reallaşdı-
rılan bütün beynəlxalq və regional layihələrdən kənarda
qalan Ermənistanın getdikcə bütün inkişaf resursları
tükənir, fəaliyyət müstəvisi daralır. Bu ölkə Cənubi
Qafqazda Rusiyanın miskin “forpostuna”, bölgənin ən
zəif, etibarsız, arzuolunmaz militarist dövlətinə çevrilir.
2013-cü ilin sentaybr ayının 3-də Ermənistanın rəsmi dai-
rələri Rusiyanın rəhbərliyi altında yaradılan Gömrük İttifaqına
(Gİ) və Avrasiya İqtisadi Birliyinə (Avras.İB) daxil olmağa
hazırlaşdıqlarını bəyan ediblər. Baxmayaraq ki, bir qədər əvvəl
– 16 may 2012-ci ildə ölkənin bu ölkənin Baş naziri Tiqran
Sarkisyan “Vedomosti” qəzetində dərc etdirdiyi “Ermənistan
Avropaya baxır” adlı yazısında qeyd edirdi ki, Gömrük İttifa-
qına daxil olmaq onların geosiyasi maraqlarını əks etdirmir.
Onun fikrincə, Rusiya, Qazaxıstan və Belarusla ümumi sərhəd-
lərin olmaması, Ermənistanın bu birliklərdə təmsil olunmasını
qeyri-mümkün edir.
269

Cənubi qafqazın qeyri-hərbi təhlükəsizlik problemləri

Təbii ehtiyatlar içərisində yeraltı və yerüstü sular insan cəmiyyətinin inkişafında əsas rol oynayır. Ona görə də su ehtiyatlarından kompleks və daha səmərəli istifadə olunması zərurəti yaranır. Su ehtiyatlarından kompleks və səmərəli istifadə onların tükənməsinə qarşı tədbirlərin görülməsi, çirklənmədən mühafizə edilməsi məsələləri ilə üzvi bağlıdır. Su ehtiyatlarının idarə edilməsinin bütün su komponentləri bir-biri ilə sıx və qarşılıqlı əlaqəlidir. Hidrologiya, ekologiya və su ehtiyatlarının idarə olunmasının harada dəqiq sona çatdığını və iqtisadi modelləşdirilmənin haradan başlandığını demək çətindir. İqtisadi modelləşdirilmə qıt olan su ehtiyatlarının istifadəsi, ictimai və fərdi bölmələrdə sərmayələr və cari xərclər arasında əlaqə yaradır və həmçinin su təsərrüfatının inkişafı və idarə edilmə siyasətinin müxtəlif metodlarının müqayisə meyarlarını verir.
Bu gün Cənubi Qafqazda transsərhəd şirin su axarlarının, yerüstü və yeraltı ehtiyatların bölüşdürülməsi, qorunması və istifadəsi getdikcə ölkədaxili, dövlətlərarası iqtisadi-sosial münasibətlər müstəvisindən çıxaraq geosiyasi və geoiqtisadi xarakter almışdır. Belə ki, region dövlətlərinin yerüstü və yeraltı su ehtiyatları, ərazilərindən keçən transsərhəd su axarları bu ölkələrdəki iqtisadi, siyasi və sosial sabitliyin, ərzaq təhlükəsizliyinin, enerji siyasətinin təminatçısı olmaqla, konkret dövlətlərin, regionun deyil, bütövlükdə qlobal təhlükəsizlik mənafelərinin reallaşmasında müstəsna əhəmiyyət kəsb edir. Şirin suya olan tələbatın həndəsi silsilə üzrə artması nəticə etibarı ilə transsərhəd çaylara, qonşu dövlətlərin su mənbələrinin yerləşdiyi ərazilərə iddiaların baş qaldırmasına səbəb olmuşdur. Hazırda davam edən və ya proqnozlaşdırılan istənilən regional hərbi münaqişəyə, o cümlədən Ermənistanın Azərbaycana, Türkiyəyə və Gürcüstana qarşı irəli sürdüyü ərazi iddialarına hidropolitoloji təhlil müstəvisindən yanaşıldıqda, bu fəaliyyətin arxasında su ehtiyatlarına nəzarət planlarının dayanmasını, su amilindən qonşu dövlətlərə siyasi-iqtisadi təzyiq vasitəsi kimi istifadə edilməsini müşahidə etmək mümkündür(3).
Cənubi Qafqaz regionunun 2/5 hissəsi transsərhəd çay hövzələri ətrafında yerləşir. Coğrafi cəhətdən region dövlətləri arasında su ehtiyatları qeyri-bərabər paylanmışdır. Azərbaycan Respublikasının transsərhəd sulardan asılılığı ümumi su istifadəsinin 74%-ni təşkil edir. Bu göstərici ilə su qıtlığına görə Azərbaycan Respublikası post-sovet məkanında Türkmənistan, Moldova, Özbəkistandan sonra 4-cü yerdədir(2,s.30).
Azərbaycan Respublikasının daxili su ehtiyatlarının yalnız 30%-i ölkənin şirin suya olan tələbatını ödəmək iqtidarındadır. Digər qalan şirin su ehtiyatlarının 70%-i isə qonşu ölkələrdə formalaşır. Bunun da əsas hissəsini Kür və Araz çaylarının suları təşkil edir. Cənubi Qafqazın ümumi şirin su ehtiyatlarının 62%-i Gürcüstanın, 28 %-i Ermənistanın və yalnız 10 %-i Azərbaycan Respublikasının payına düşür. Ona görə də, Cənubi Qafqaz regionunda Azərbaycan Respublikasının hidrotəhlükəsizlik problemini bu reallıqlar fonunda təhlil etmək gərəkdir.
Transsərhəd su hövzələrinin idarə edilməsi tarixən qədim metodlardan biri hesab edilir. Bizim eradan öncə 2500-cü ildə Yaxın Şərqdə Laqaş və Umma dövlətləri arasında Mesopotamiya ovalığında Dəclə çayının birgə istifadəsinə dair imzalanan razılaşmada iki dövlət arasında mübahisəli su hövzəsinin dinc yolla istifadə üsulları göstərilirdi(13,s.79). Müasir dövrdə isə 1929-cu il Nil hövzəsi müqaviləsi, 1959-cu il Nil çayına dair razılaşma, 1960-cı il Hind çayına dair Hindistan və Pakistan arasında imzalanan müqavilələr müasir transsərhəd suların birgə istifadəsi mexanizm və prinsiplərini özündə əks etdirirdi(3).
Transsərhəd Araz və Kür çaylarının su ehtiyatının beş həmsərhəd dövlət (Türkiyə, Azərbaycan, İran, Gürcüstan, Ermənistan) arasında bölünməsi məsələsinin hüquqi baxımdan indiyədək tənzimlənməmiş qalması SSRİ, İran və Türkiyə arasında formalaşmış prinsip və hüquqi əhəmiyyətini itirmiş ikitərəfli müqavilələrin qüvvədə saxlanılması ilə əlaqəlidir. Belə ki, həmin müqavilələrdə – “Sərhəd çaylarından və bulaqlarından istifadə haqqında” konvensiyada (SSRİ-Türkiyə, 8 yanvar 1927-ci il), “Axuryan sərhəd çayı üzərində bəndin və su anbarının tikintisinə dair” Sazişdə (SSRİ-Türkiyə, 26 oktyabr 1973-ci il), “Sərhəd münaqişələrinin tənzimlənməsi haqqında” Müqavilədə (SSRİ-İran, 14 may 1957-ci il), “Suvarma və elektrik enerjisi istehsalı məqsədilə Araz və Atrek çaylarından bərabərhüquqlu və birgə istifadə üzrə ilkin layihələrin hazırlanmasına dair” Sazişdə (SSRİ-İran, 11 avqust 1957-ci il) nə Azərbaycan SSR, nə Gürcüstan SSR, nə də Ermənistan SSR-in hər biri üçün ayrı-ayrılıqda su limiti nəzərdə tutulmamışdır. Belə olan təqdirdə, Araz çayının keçdiyi ərazilərdə Türkiyə, İran, xüsusilə də Ermənistanın yaranmış hüquqi boşluqdan bəhrələnərək birtərəfli qaydada su istehlakı limitini artırması, çayın üzərində yeni bənd, hidrostansiya və su anbarları inşa etdirməsi Azərbaycan Respublikasında şirin su çatışmazlığı probleminin daha da kəskinləşməsinə səbəb olacaqdır. Araz çayı üzərində su elektrik stansiyası ilə bağlı İran və Ermənistanın birgə planlaşdırdıqları iki ortaq layihə Azərbaycan Respublikasının milli maraqlarına qarşı birbaşa təhdid, dövlətin siyasi iradəsinə təzyiq xarakteri daşımaqla, ölkədə sosial-iqtisadi və ekoloji böhranın yaranmasına istiqamətləndirilmişdir(2,s.19-25).
Müasir dövrdə dünyanın bütün inkişaf etmiş ölkələrində ekoloji təhlükəsizlik sahəsində milli proqramlar hazırlanıb həyata keçirilir. Əvvəllər bu proqramın reallaşdırılması yığılıb qalmış tullantıların məhv edilməsinə yönəldilmişdi. İstehsalat fəaliyyətinin neqativ nəticələri aradan qaldırılsa da, ətraf mühitin korlanması nəzərə alınmırdı. Lakin zaman keçdikcə pozulmuş ekosistemin xilas edilməsi zərurəti meydana gəldi. Ehtiyatların etibarlı qiymətləndirilməsi müxtəlif metodların təhlilindən sonra su hövzələrinin özünəməxsus xüsusiyyətlərini nəzərə almağa imkan verən daha optimal metodun seçilməsini zəruri etdi(1,s.12).
Kür və Araz çaylarının beynəlxalq hüquqi statusunun formalaşması prosesinin araşdırılması və Kür-Araz çayları hövzəsinin ekoloji vəziyyətinin müasir beynəlxalq, hüquq normaları kontekstində tədqiqi olduqca əhəmiyyətli məsələlərdəndir. Eləcə də Kür və Araz çaylarının ekoloji təhlükəsizliyi, Kür və Araz çayları hövzəsinin ekoloji təhlükəsizliyi ilə bağlı problemlərin müəyyən edilməsi və onların həlli yollarının təklif edilməsi, Kür və Araz çaylarından qeyri-gəmiçilik məqsədləri ilə istifadənin istiqamətlərinin və bunların ekoloji təhlükəsizliyə təsirinin öyrənilməsi, bu sahədə bağlanmış müqavilə və sazişlərin təhlili, hövzə dövlətləri tərəfindən Kür və Araz çaylarının canlı ehtiyatlarından istifadənin doğurduğu problemlərin tədqiqi, hövzənin canlı ehtiyatlarının qorunması ilə bağlı beynəlxalq-hüquqi təcrübənin təhlil edilməsi məqsədəuyğundur(4). Aparılan tədqiqatlar göstərir ki, Ermənistan Kür və Araz çayları hövzəsinin ekoloji təhlükəsizliyinə daha çox ziyan vurmuşdur. Bununla bağlı işğalçı dövlətin beynəlxalq-hüquqi məsuliyyətinin müxtəlif aspektlərdən araşdırılması vacibdir(6).
Cənubi Qafqaz regionunun transsərhəd sularının ekoloji təhlükəsizliyinə yardım məqsədi ilə beynəlxalq təşkilatlar bir sıra layihələr həyata keçirmişdilər. Bunlardan biri 2011-2013-cü illərdə UNDP-nin GEF (Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı) Kürün Qlobal Ətraf mühit Ehtiyatları Layihəsi oldu. Layihə Gürcüstan və Azərbaycan ərazisindən keçən çay sisteminə aid edilirdi. Layihənin fəaliyyətdə olduğu müddətdə 50 milli və 5 beynəlxalq ekspert bu prosesə cəlb edilmişdi(10). Kür hövzəsinin “Diagnostik Analiz”i zamanı 4 mühüm məsələ planda əks olunmuşdu: hidroloji su axınında azalma və dəyişiklik, suyun keyfiyyətinin korlanması, ekosistemin deqradasiyası, daşqınlar və iqlim dəyişikliyi. “Diaqnostik Analiz”in nəticəsinə əsasən aşkar olundu ki, Kür çayında hidroloji axında baş verən azalma Azərbaycan və Gürcüstan üçün çox riskli məsələnin yaranması deməkdir(8). Məlum oldu ki, Azərbaycan Respublikasında ildə 4-5 km2 su qıtlığı (tükənməsi) ilə qarşılaşır. Bu vəziyyət hər iki sahilyanı dövlətdə irriqasiya imkanlarını məhdudlaşdırır, kənd təsərrüfatında, məişətdə bir sıra problemlər yaradır. Analizin nəticələrində o da qeyd olunur ki, su qıtlığı çirklənmənin səviyyəsini yüksəldir. Layihə Kür hövzəsində baş verən bu cür neqativ halların Azərbaycan Respublikası üçün daha riskli olduğunu nəzərə alaraq aşağıdakı həll yollarını təklif etdi(2).
• su ehtiyatlarından məqsədyönlü istifadə imkanlarını inkişaf etdirmək;
• sudan məqsədyönlü istifadə üçün infrastruktur imkanları təkmilləşdirmək;
• su hövzəsinin müdafiəsi üçün iqlim dəyişikliyinə uyğunlaşmaq;
• su ekosisteminin qorunması;
• suyun keyfiyyətini inkişaf etdirmək(7).
Həyata keçirilən beynəlxalq layihələrin nəticələrinə əsasən demək olar ki, su ehtiyatlarının idarə olunması üzrə islahatlar hövzə prinsipinin tətbiqi istiqamətində aparılmalıdır. Belə ki, su ehtiyatlarının idarə olunması üzrə Qərb ölkələrinin təcrübəsi göstərir ki, su sahəsinin idarə olunması üzrə fəaliyyətlərin əlaqələndirilməsi ancaq hövzə səviyyəsində əldə edilə bilər.
Su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi sxemi müvafiq məsələlər üzrə Xəzər dənizinin şelfi də daxil olaraq Cənubi Qafqazın transsərhəd çay hövzələrini və Azərbaycan Respublikasının bütün ərazisini əhatə etməklə hazırlanmalıdır. Su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi sxeminin tətbiq ediləcəyi proqnoz hədəfləri: Su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi sxeminin qısa müddətli (10 il) və uzun müddətli (20 və 35 il) hədəflər üçün hazırlanması məqsədəuyğun hesab edilir. Proqnoz hədəflər kimi başqa müddətlər də qəbul edilə bilər. Nəticə etibarı ilə inteqrasiyalı idarəetmənin təmin edəcəyi üstünlüklər aşağıdakılardır:
• İnteqrasiyalı idarəetmə çay hövzəsi hüdudlarında aparılır. Bu, tələbatçının harada yerləşməsindən asılı olmayaraq stabil və bərabərhüquqlu su təchizatına təminat verir;
• Çay hövzələri hüdudunda yerüstü və yeraltı su obyektlərinin mövcud və potensial istismar ehtiyatları qiymətləndirilir;
• İstifadəçilərin suya tələbatı əsaslandırılmaqla sudan istifadə limitləri müəyyən edilir;
• Dövlətin müəyyənləşdirdiyi prioritetlər əsas götürülməklə koordinasiya və qarşılıqlı razılaşma əsasında sudan istifadə ierarxiyası müəyyən edilir;
• Yerüstü və yeraltı sulardan istifadə vahid planlaşdırılma əsasında həyata keçirilir;
• Yerüstü və yeraltı su obyektlərindən istifadə seçimi müqayisəli texniki-iqtisadi səmərəlilik əsasında aparılır;
• Su təsərrüfatçıları assosiasiyaları və şuraları vasitəsi ilə tələbatçılar arasında koordinasiya mexanizmi təmin olunur;
• İdarəetmənin bütün ierarxiyaları səviyyəsində fəaliyyətlərin dəqiq koordinasiyası nəticəsində suyun təşkilati səbəblərdən baş verən itkiləri minimallaşdırılır;
• Su sektorunda siyasət, qanunvericilik və idarəetmədə inteqrasiya yaradılır;
• Dinamik inkişaf edən şəraitə uyğun çevik qanunvericilik təmin edilir;
• Təşkilatlar özünümaliyyələşmə mexanizmi ilə fəaliyyət göstərir və dövlətin yardımı minimuma endirilir;
• ”Xidmət-ödəmə” prinsipi reallaşdırılır;
• Suya qənaət və səmərəli istifadə stimullarının tətbiqi ilə cəmiyyətin bütün üzvləri tərəfindən su ehtiyatlarının məhdudluğu daha çox dərk edilir;
• Verilən və kənarlaşdırılan suyun dəqiq uçotu aparılır;
• İdarəetmə bütün maraqlı tərəflərin iştirakı ilə həyata keçirilir, xidmətlər müqavilə əsasında təmin edilir;
• İctimaiyyətlə məsləhətləşmələr aparılır, maraqlı tərəflər qərarların qəbul edilməsinə cəlb edilir;
• Su istifadəçiləri assosiasiyaları hüquqi şəxs qismində su təsərrüfatı təşkilatları ilə münasibətlərdə dəqiq hüquq və öhdəliklərə malik olur;
• Ətraf mühitin mühafizəsi və ətraf mühitin qorunması üçün ekoloji su ayırmalarının toxunulmazlığı təmin edilir(10).
Su ehtiyatlarının idarə edilməsində dövlətlərin əsas vəzifəsi sudan səmərəli istifadənin təmin olunması, onların çirklənmə və miqdarca tükənmədən mühafizəsi, suların ziyanlı təsirlərinin qarşısının alınması və aradan qaldırılması, su obyektlərinin vəziyyətinin yaxşılaşdırılması və su istifadəçilərinin hüquqlarının qorunmasıdır.
Regional və beynəlxalq mexanizmlər qarşılıqlı asılılıqda və fəaliyyətdə, ətraf mühitin beynəlxalq hüquqi mühafizəsində beynəlxalq əməkdaşlığın əsas sistemini formalaşdırır. ATƏT-in Helsinki Yekun Aktında (1975) xüsusi olaraq qeyd edilmişdir ki, ətraf mühitin əksər problemləri ancaq sıx əməkdaşlıq yolu ilə həll edilə bilər(6). Bu mənada müasir dövrün əsas problemlərindən biri dövlətlərin çoxtərəfli əməkdaşlığının zəruriliyini dərk edib ona qayıtmasıdır. Bununla əlaqədar, 1992-ci il Ətraf mühit və inkişaf üzrə Rio-de-Janeyro Bəyannaməsinin 7-ci prinsipində deyilir: “Dövlətlər dünya ekosisteminin bütövlüyü, mühafizəsi, qorunması məqsədi ilə qlobal tərəfdaşlıq ruhunda əməkdaşlıq edirlər”. Bütövlükdə, ekoloji problemlərin qlobal xarakteri yeni fəlsəfi baxış və praktikaya əsaslanır, bu da son nəticədə region dövlətlərinin səylərini birləşdirməsini tələb edir.
Azərbaycan Respublikası Avropa İttifaqı ilə möhkəm əməkdaşlığın qurulmasına səy göstərir. Əməkdaşlıq üçün prioritet sahələr 2007-2013-cü illər üzrə ölkənin strategiya sənədində Avropa Qonşuluq və Əməkdaşlıq İnstrumenti əsasında Azərbaycan Hökuməti və Avropa Komissiyası tərəfindən təsdiq edilmişdir. Aİ və Azərbaycan Hökuməti arasında ikitərəfli razılaşdırılmış Fəaliyyət planı birgə qəbul edilmiş prioritetlərin icra edilməsi üçün beynəlxalq norma və prinsiplər ilə müqayisədə Azərbaycan Respublikasının öhdəliklərini özündə əks etdirir. Bu Fəaliyyət Planı suyun idarə edilməsi məsələləri də daxil olmaqla ətraf mühit üzrə əsas sektorlar üçün prioritet fəaliyyətləri təyin edir. Aİ-də su mühitinin qorunmasına dair qanunvericiliyin əsasını Su Çərçivə Direktivi (SÇD) təşkil edir. Bu direktiv Aİ üzrə su ehtiyatlarının idarə edilməsində əsas məqsədləri və icra planı ilə yanaşı əsas prinsipləri müəyyən edir. Azərbaycan Respublikası həmçinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya (ŞAQMA) ölkələri üzrə Milli Siyasi Dialoqlara (MSD) olan marağını da ifadə etmişdir. BMT-nin Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq üçün ŞAQMA ölkələrində Aİ-nin Su Təşəbbüsünün ŞAQMA komponenti çərçivəsində ən səmərəli alət kimi MSD-yə start verilmişdir. BMT-nin AİK katibliyi ŞAQMA ölkələrində SEİİE üzrə MSD-nin icrasında strateji tərəfdaş kimi çıxış edir. MSD-nin məqsədi ŞAQMA ölkələrində Su Ehtiyatlarının İnteqrasiyalı İdarə Edilməsi (SEİİE) ilə bağlı uyğunlaşdırılmış fəaliyyətlərin başlanılmasıdır. Milli Siyasi Dialoqların (MSD) əsas vəzifəsi SEİİE üzrə tənzimləyici və inzibati fəaliyyətlərin təkmilləşdirilməsi, dəstəyə ehtiyacı olan ölkələrdə suyun idarə edilməsi ilə bağlı çətinliklərə qarşı potensialın artırılması məqsədilə müvafiq layihələrin müəyyən edilməsidir(11).
Əvvəllər Azərbaycan və Gürcüstan arasında transsərhəd çayların su ehtiyatlarının istifadəsi bu məsələyə cavabdeh dövlət qurumları arasında aparılan ikitərəfli danışıqlar və müqavilələr əsasında tənzimlənirdi. Hazırda isə BMT-nin Avropa İqtisadi Komissiyası və ATƏT-in dəstəyi ilə Azərbaycan və Gürcüstan hökumətləri arasında transsərhəd çayların su ehtiyatlarının istifadəsi və mühafizəsi üzrə müqavilə tamamlanmaq üzrədir. 2017-2021-ci illərdə Azərbaycan və Gürcüstanda həyata keçirilməsi nəzərdə tutulan BMT-nin İnkişaf Proqramı və Qlobal Ekoloji Fondun “Kür II” layihəsi bu müqaviləyə dəstək olacaqdır. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, 2011-2014-cü illərdə bu layihənin I fazasında “Kür-Araz çayları hövzəsində transsərhəd deqradasiyanın azaldılması” Azərbaycanın Milli Su Ehtiyatlarının İnteqrasiyalı İdarə Edilməsi (SEİİ) üzrə Milli və Strateji Fəaliyyət Planları hazırlanmışdır.
Beynəlxalq təcrübədə su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi bir qayda olaraq çay hövzələri ilə uzlaşdırılaraq, çay hövzələri hüdudlarında aparılır. Çünki çay hövzələri hüdudunda su ehtiyatlarından içmək, suvarma, enerji alınması, sənaye məqsədi ilə istifadənin planlaşdırılaraq birlikdə idarə olunması inteqrasiyanın əsasını təşkil edir. Transsərhəd suların birgə istifadəsində həmçinin sosial, iqtisadi və ekoloji amillərin su ehtiyatlarından istifadədə planlaşdırılması və idarə edilməsi əhəmiyyətli inteqrasiyaya rəvac verir.
2012-ci ildə Azərbaycan Respublikasında hidrosiyasətin müəyyənləşdirilməsində əsas sənəd – Milli Su Strategiyası qəbul edildi. Bu sənədin hazırlanması prosesində Avropa İqtisadi Komissiyası və ATƏT-in iştirakı olmuşdur. Beynəlxalq hüquq aktlarına və Avropanın müvafiq konvensiyalarına söykənən ilk strategiyanın prioritet istiqaməti məhdud su ehtiyatlarına malik olan Azərbaycan Respublikasında yerüstü və yeraltı su ehtiyatlarının mərkəzləşdirilmiş qaydada idarə olunmasını, onların mühafizəsini, suya qənaət mexanizmlərini təmin etmək, ekoloji sistemi yaxşılaşdırmaq, transsərhəd su mənbələrinin ortaq istismarı istiqamətində dövlətlərarası əməkdaşlığı genişləndirməkdir. Beynəlxalq su qanunvericiliyinə və Avropa İttifaqının Su Çərçivə Direktivinə (SÇD) əsaslanan strategiyanın ümumi məqsədi Azərbaycanda mövcud su ehtiyatlarının səmərəli, bərabər və optimal istifadəsinə yönəldilmiş milli cəhdlərin möhkəmləndirilməsi və inkişafıdır(11).
Su ehtiyatlarının inteqrasiyalı idarəetmə sxeminin hazırlanması üçün başlıca şərtlərdən biri su sektoru üzrə qanunvericilik bazasının yaradılmasıdır. Azərbaycan Respublikasında su sektoru ilə əlaqədar normativ-hüquqi baza əsasən yaradılmışdır. Azərbaycan Respublikası, o cümlədən Kür hövzəsində su siyasəti ilk növbədə su qanunvericiliyi, xüsusilə də, Azərbaycan Respublikasının Su Kodeksi vasitəsilə həyata keçirilir. Su Kodeksi su sektoru sahəsində ölkənin əsas qanunverici aktıdır. Azərbaycan Respublikasının Su Kodeksi 1997-ci ilin dekabr ayında qəbul edilmiş və 1998-ci ilin 17 mart tarixindən qüvvəyə minmişdir. Cənubi Qafqazın digər ölkələrindən fərqli olaraq Azərbaycan Respublikası BMT-nin “Sərhəddən keçən su axınlarının və Beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə” Helsinki Konvesiyasını ratifikasiya etmişdir və Konvensiyanın tələblərinə ciddi riayət edir(3).
Heç də təsadüfi deyil ki, Azərbaycan Respublikasında 2010-cu il “Ekologiya ili” olmuş və Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) tərəfindən İtaliyanın Genuya, İsveçrənin Cenevrə şəhərləri ilə yanaşı Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəri də Dünya Ətraf Mühit Gününün Avropa regionunda qeyd edilməsi üçün əsas üç şəhərdən biri elan edilmişdi. BMT-nin Ətraf Mühit Proqramının Avropa Bürosunun direktoru Kristof Buvye Bakıya gələrək Ümumdünya Ətraf Mühit Günü münasibəti ilə “Çoxlu növlər, bir planet, bir gələcək” şüarı ilə Azərbaycan Respublikasının bütün şəhər və rayonlarında keçirilən tədbirlərdə, xüsusilə də bilavasitə ağacəkmə kampaniyasında iştirak etmişdir(12).
Region dövlətlərinin transsərhəd su ehtiyatlarından birgə səmərəli istifadəsi məsələlərini və yaranan hüquqi, ekoloji problemlərin həllində beynəlxalq hüququn imkanlarını müəyyənləşdirmək üçün Avropa İttifaqının Su Çərçivə Sazişindən, BMT-nin Avropa İqtisadi Komissiyasının konvensiyalarından, İslam Əməkdaşlıq Təşkilatının dəstəyindən, regionun transsərhəd dövlətləri ilə uzunmüddətli sazişlərin bağlanmasından və digər beynəlxalq sənədlərdən irəli gələn vəzifələrə əsasən regionda dayanıqlı sosial-iqtisadi inkişafın əsas təminedici amillərindən olan su ehtiyatlarından səmərəli, ədalətli və optimal istifadənin təşkili üçün milli səylərin birləşdirilməsi olduqca vacib məsələdir. Bu məqsədlə Kür və Araz çayları hövzəsinin ekoloji mühafizəsinin beynəlxalq-hüquqi problemlərini kompleks təhlil etmək, bu sahə üzrə ekoloji təhlükəsizlik problemlərini müəyyənləşdirmək və onların həlli yollarını göstərmək gərəkdir.
Beynəlxalq çay və göllərin çirklənməsinə yol verilməməsi, mövcud çirklənmənin azaldılması üçün sahilyanı dövlətlər bütün zəruri tədbirləri görməlidirlər. Belə tədbirlərin həyata keçirilməsi ilə digər dövlətə və ya dövlətlərə, həmçinin, dünya okeanı sularına dəyə bilən zərərin qarşısını almağa nail olmaq olar.

Ədəbiyyat:
1. UN Environmental Performance Reviews, The Azerbaijan Republic NationalWaterStrategy,2013.http://www.unece.org/environmentalpolicy/environmentalperformancereviews/enveprpublications/environmental-performancereviews/2011/2nd-environmental-performance-review-of-azerbaijan.html.
2. Humbatov M. Threat to the world: hydrological crime and ecological genocide.Vilnius, 2018 199 p.
3. Alakbarov A. Transboundary water issues in the Southern Caucasus in the context of international law / Global and regional hydropolitical problems in the context of international cooperation and security International Conference. Baku: 2014, p.58-68.
4. Davamlı insan inkişafı və ekoloji sivilizasiyanın əsasları: Ali məktəblər üçün dərslik / Ələkbərov U.K. Bakı: Təhsil, 2013, 222 s.
5. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumat materialları əsasında erməni silahlı təcavüzü və işğal nəticəsində ətraf mühit və təbii sərvətlərə vurulmuş zərərlərin qiymətləndirilməsi (hesabat). Bakı: 2015, 252 s.
6. Təbiətdən istifadənin hüquqi əsasları. Dərslik / Dolxanov A.B. Bakı: 2008, 578 s.
7. Evrim Maden T. Azerbaycan’da su kitliği ve Ermenistan ile Sarsang rezervuari sorunu (water scarcity in Azerbaijan and Sarsang reservoir issue with Armenia) Ermeni Arastirmalari, nömre 52, 2015.
8. Matthews Mary M. Presentation Title: Building transboundary cooperation in the Kura River basin through shared water resources management / Global and regional hydropolitical problems in the context of international cooperation and security International Conference. Baku: 2014, p.36-41.
9. Ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu, №677 iQ, 1999-cu il əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında, №401 IIQ, 2002-ci il. http://www.e-qanun.az/framework/3852
10. Slobodan P. Simonovich. Managing Water Resources. UNESCO Publishing. London: 2009, 626 p.
11. Azərbaycan Respublikası Milli Su Strategiyası layihə. Bakı: 2016. http://blackseariverbasins.net/system/files_force/Milli%20Su%20Strategiyasi%201%20Sen%20%202016.pdf?download=1
12. Ətraf mühit ilə bağlı məsələlərdə məlumatın əldə edilməsi, ictimaiyyətin qərar qəbul edilməsində iştirakı və ədalət məhkəməsinin açıq keçirilməsi haqqında BMT-nin Konvensiyasına Azərbaycan Respublikasının qoşulması haqqındaqanunu.9.04.1999.http://eco.gov.az/az/684-azerbaycan-respublikasinin-etraf-muhit-ile-bagli-meselelerde-melumatin-elde-edilmesi-ictimaiyyetin-qerar-qebul-edilmesinde-istiraki-ve-edalet-mehkemesinin-aciqkecirilmesihaqqinda-bmt-nin-konvensiyasina-qosulmasi-barede-azerbaycan-respublikasinin-qanunu
13. Mustafazadə T. Ümumi tarix. 4 cilddə, I cild, Bakı: 2009

Açar sözlər: Cənubi Qafqaz regionu, transsərhəd sular, çirklənmiş Kür-Araz çayları, inteqrasiyalı idarəetmə, beynəlxalq layihələr, Avropa İttifaqı.

Ключевые слова: Южно-Кавказский регион, трансграничные воды, загрязненные реки Кура-Араз, интегрированное управление, международные проекты, Европейский Союз.

Key words: South Caucasus region, transboundary waters, polluted Kur-Araz rivers, integrated management, international projects, European Union.

Summary
The article explores the problems of integrating transboundary water resources in the South Caucasus countries. The investigator notes that the transboundary Kur and Araz rivers basically have been polluted. This factor indicates great dangers in the ecology of the South Caucasus region. The dependence of the Republic of Azerbaijan on transboundary waters in the region is greater than in the neighboring states. In this sense, the effective integration of the regional states from the transboundary rivers is crucial. At the same time, the article notes that so much pollution of transboundary rivers by coastal states has resulted in international organizations interested in the region with a number of projects on this issue.

Резюме
В статье рассматриваются проблемы интеграции трансграничных водных ресурсов в страны Южного Кавказа. Следователь отмечает, что трансграничные реки Кура и Араз в основном загрязнены. Этот фактор указывает на большую опасность для экологии региона Южного Кавказа. Зависимость Азербайджанской Республики от трансграничных вод в регионе больше, чем в соседних государствах. В этом смысле эффективная интеграция региональных государств от трансграничных рек имеет решающее значение. В то же время в статье отмечается, что такое сильное загрязнение трансграничных рек прибрежными государствами привело к тому, что международные организации, заинтересованные в регионе, осуществили ряд проектов по этому вопросу.

“GEOSTRATEGİYA” jurnalı №01 (49) YANVAR-FEVRAL 2019

§ 5.10. Cənubi Qafqazın regional təhlükəsizliyi

AZƏrbaycan respublikasinin prezidenti yaninda döVLƏT İdarəÇİLİk akademiyasi

§ 5.10. Cənubi Qafqazın regional təhlükəsizliyi

§ 5.10. Cənubi Qafqazın regional təhlükəsizliyi
və Ermənistanın qonşu dövlətlərə qarşı əsassız
ərazi iddialarının geosiyasi nəticələri

Cənubi Qafqazın ümumi geosiyasi və geoiqtisadi niza-
mını, regional təhlükəsizlik sisteminin dinamizmini və hər üç
yerli ölkənin bir-biri ilə sıx bağlı olan geosiyasi maraqlarını
davamlı olaraq pozan və təhdid edən ölkə Ermənistandır.
Regional səpgidən yanaşılsa bölgənin həm böyük dövlət-
ləri- Rusiya, İran və Türkiyə, həm də Cənubi Qafqazın digər
ölkələri- Azərbaycan və Gürcüstanla münasibətlərində Ermə-
nistanın yalnız birinci ikisi ilə ciddi regional problemi müşahi-
də olunmur. Qalan bütün qonşu ölkələrlə bu dövlətin mü-
nasibətləri “qonşularına qarşı işğalçılıq siyasəti yürütməsi”,
“açıq, yaxud gizli ərazi iddiaları ilə çıxış etməsi” və “regional
münasibətlərdə beynəlxalq hüquqa zidd addımlar atması”
fonunda daim ciddi problemlərlə müşahidə olunmuşdur.
Mütəxəssislər Ermənistanın Azərbaycan və Türkiyəyə qar-
şı açıq, Gürcüstana qarşı isə gizli ərazi ilddiaları irəli sürməsi
faktını Qafqaz bölgəsində regional geosiyasi sabitliyi və sülh
mühitini təhdid edən əsas amillərdən biri kimi dəyərləndirirlər.
Onların fikrincə, Ermənistan günü-gündən silahlanaraq bölgə-
də militarist dövlətə çevrilir. Bu vəziyyət faktiki olaraq ona
gətirib çıxarır ki, hər üç dövlət ya Ermənistanın ərazi iddiaları
tələblərinə göz yummalı və bu tələblər qarşısında öz təhlükə-
sizliyinin təhdidinə dözməli, ya da ki, Ermənistanla yanaşı
sürətli silahlanmaya davam etməlidir.
267
Göründüyü kimi,
Cənubi Qafqazda əslində qeyri-müstəqil siyasət yürüdən və
“sifarişli” missiya həyata keçirən Ermənistan regional sülhün

267
C. Eyvazov. Göstərilən əsəri.
AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ
TƏHLÜKƏSİZLİK SİYASƏTİNIN ƏSASLARI

435
və təhlükəsizlik sisteminin yaradılması yolunda ən ciddi
maneədir.
Azəprbaycanın təhlükəsizliyinin ermənilər və onların re-
gional, beynəlxalq havadarları tərəfindən təhdid edilməsi,
ərazilərinin ələ keçirilməsi və azərbaycanlıların davamlı olaraq
etnik təmizlənməyə məruz qalması, faktiki olaraq son iki əsr
çərçivəsində davamlı olaraq baş vermişdir. Ermənilər müxtəlif
beynəlxalq və regional himayədarlarının dəstəyi ilə İran,
Türkiyə və Yaxın Şərqdən köçürülərək, tədricən Cənubi
Qafqaza- Azərbaycan ərazilərinə yerləşdirilmiş, burada yerli
əhalini sıxışdırmaq, zaman-zaman soyqırımına məruz qoymaq
yolu ilə Ermənistan adlanan dövlət yaratmışlar. Bunun əsası,
Rusiya və İran arasında Azərbaycan torpaqlarının iki hissəyə
parçalanmasını rəsmiləşdirən müqavilələrlə qoyulmuş və
sonrakı illərdə davam etdirilmişdir. Təkcə keçən əsrdə onlar
tərəfindən üç dəfə- 1905-1920; 1948-1955 və 1988-1993-cü
illərdə İrəvan, Naxçıvan. Zəngəzur, Qarabağ, Gəncəbasar,
Bakı, Şirvan, Quba və b. tarixi Azərbaycan ərazilərində yerli
əhalinin əksəriyyətini təşkil edən azərbaycanlılara qarşı kütləvi
soyqırımı və “təmizləmə” əməliyyatı həyata keçirmiş, milyon-
larla dinc əhali qətlə yetirilmiş, yaxud öz ata-baba yurdundan
didərgin salaınmışdır. Azərbaycanın Zəngəzur, Dağlıq Qara-
bağ, Naxçıvan və b. tarixi torpaqlarına birbaşa ərazi iddiaları
irəli sürərək, zaman-zaman yaranan əlverişli şəraitdən istifadə
etmiş və bu bölgələri ələ keçirməyə cəhd göstərmişdir.
XX əsrin 1918-20-ci illərində Rusiya imperiyasının da-
ğılmasından və Cənubi Qafqazda yaranan əlverişli şəraitdən
istifadə edərək Azərbaycanın keçmiş İrəvan xanlığını ələ keçir-
miş, Türkiyə ilə ərizi birliyini pozmuş, yerli əhalini tədricən
tarixi torpaqlardan təmizləməyə başlamışlar. Bunun ardınca,
neçə il sonra sovet hökuməti və bolşevik-daşnak hakimiyyəti

436
nümayəndələrinin dəstəyindən bəhrələnərək Zəngəzur mahalı-
nı ələ keçirmiş, Azərbaycanın Naxçıvan və Türkiyə ilə quru
əlaqələrini tam kəsmiş, bu torpaqlardan istifadə edərək özünə
İranla geosiyasi dəhliz yaratmışdır. Həmin illərdə ermənilər
həm də Azərbaycanın tərkibində Dağlıq Qarabağa “erməni
muxtar vilayəti” statusu verdirməyə nail omuş və gələcək yeni
ərazi iddialarının, separatçı çıxışların təməlini qoymuşlar.
SSRİ-nin dağılması ərəfəsində ittifaq səviyyəsində yaran-
mış hakimiyyət böhranından, sovet hökuməti rəhbərliyinin
ermənipərəst mövqeyindən və başqa əlverişli şəraitdən istifadə
edən erməni separatçıları Dağlıq Qrabağ vilayətini və ətrafdakı
daha yeddi rayonu işğal edərək, yerli azərbaycanlı əhalini
kütləvi surətdə qətlə yetirmiş, yaxud öz torpaqlarından didər-
gin salmışlar. O vaxtdan bəri- iyirmi ildən artıqdır ki, bu ölkə
Azərbaycanın beynəlxalq səviyyədə tanınmış və BMT tərəfin-
dən qəbul olunmuş ərazi bütövlüyünü pozaraq, 20% ərazisini
işğal altında saxlayır, dövlətin bu ərazilər üzərindəki milli su-
veren hüquqlarını, əhalisinin ümumi təhlükəsizliyini birbaşa
pozmaqda davam edir.
Hazırda Ermənistan bölgədə Rusiyanın “forpostu” funksi-
yasını yerinə yetirərək, Cənubi Qafqazın ümumi geosiyasi,
geostrateji və geoiqtisadi məsələlərinə təsir etmək istiqamətin-
də “vasitə” kimi istifadə olunur. Ermənistanın bütün regional
geosiyasi, geoiqtisadi və hərbi-təhlükəsizlik məsələlərinə ya-
naşması bu “statusa” müvafiq olaraq, formal xarakter daşıyır
və sadəcə olaraq “digər bölgə ölkələrindən geridə qalmamaq”
xatirinə “müstəqil dövlət” imitasiyası kimi həyata keçirilir.
Rusiyanın hərbi qüvvələrini öz ərazisində yerləşdirən, onun
yaratdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının heç
bir tələbindən kənara çıxa bilməyən bir ölkənin müstəqil geo-
AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ
TƏHLÜKƏSİZLİK SİYASƏTİNIN ƏSASLARI

437
siyasət, yaxud təhlükəsizlik siyasəti yürütməsi, sadəcə olaraq
mümkün deyildir.
Rusiya Ermənistanı özünün Cənubi Qafqazdakı yeganə
«etibarlı strateji müttəfiqi» (forpostu) hesab edir və onunla
hərbi, siyasi və iqtisadi əlaqələrə dair indiyə qədər 160-dan çox
hüquqi sənəd imzalamışdır. Bunların arasında bəziləri strateji
əhəmiyyət daşıyır və Ermənistanın Rusiyadan tam asılılığını
rəsmiləşdirir. Məsələn, 1997-ci il avqustun 29-da imzalanmış
“Dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında” müqavilə,
2001-ci il sentyabrın 15-də imzalanmış “2010-cu ilədək uzun-
müddətli iqtisadi əməkdaşlığa dair” müqavilə, XXI əsrdə
Rusiya ilə Ermənistan arasında müttəfiqliyə dair bəyannamə,
2010-cu ildə həmin hərbi müqavilənin yenidən uzun müddətə
uzadılması və s. Ermənistanın Rusiyadan siyasi, hərbi və
iqtisadi cəhətdən tam asılılığını təmin etmişdir.
Ermənistanın geostrateji mövqeyi, işğalçılıq siyasəti və
iqtisadi potensialının səviyyəsi bu ölkənin regiondakı proses-
lərdə müstəqil iştirakını mümkünsüz edir və Rusiya ilə eyni
mövqedən çıxış etməsini şərtləndirir. Bu gün Ermənistan
Rusiyanı öz müstəqilliyinin və təhlükəsizliyinin yeganə təmi-
natçısı hesab edir. Bu ölkə bütün sahələrdə, xüsusilə də hərbi
sahədə Rusiyanın inhisarındadır. MDB Kollektiv Təhlükəsizlik
Müqaviləsinin cənub istiqamətində əsas və yeganə tərəfdaşı
funksiyasını icra edən Ermənistanın hava məkanını, İran və
Türkiyə ilə sərhədini də rus hərbçiləri qoruyur.
Ermənistan Rusiya ilə hərbi müttəfiqliyə söykənərək,
Azərbaycan və Gürcüstanın Cənubi Qafqazın regional təhlü-
kəsizliyi ilə bağlı bütün təşəbbüslərinə, bölgədə davamlı sül-
hün bərqərar olmasına ciddi maneçilik törədir.
268
Regiondakı

268
İki ölkə arasında hərbi müttəfiqliyin bünövrəsi 1992-ci il avqustun 21-də
prezidentlər Boris Yeltsin ilə Levon Ter-Petrosyanın imzaladığı “Ermənistan

438
geosiyasi vəziyyətin gərginləşdirilməsi, qüvvələr nisbətinin bu
ölkənin xeyrinə dəyişməsi və Dağlıq Qarabağ probleminin
həllinin uzanması da bilavasitə bu hərbi müttəfiqliyin fəsadları
hesab oluna bilər.
Ermənistanın Cənubi Qafqazda regional təhlükəsizliyin
bərqərar olmasındakı qeyri-konstruktivliyinin əsas səbəblərin-
dən biri də mütəxəssislərin fikrincə, onun İranla olan yaxın
münasibətləri, rəsmi Tehranın bu işğalçı ölkəyə verdiyi hərtə-
rəfli siyasi, iqtisadi və hərbi-geostrateji dəstək hesab olunur.
Mütəxəssislər Cənubi Qafqazda İran, Rusiya və Ermənistanın
geostrateji müttəfiqliyini onların anti-NATO, anti-Türkiyə və
anti Azərbaycan mövqeləri ilə əlaqələndirirlər. Xüsusən, son
zamanlar NATO-nun “Şərqə doğru genişlənmə” planı çərçivə-
sində Türkiyənin bölgədə fəallaşması hər 3 dövləti antitürk
mövqeyində birləşdirərək, rəsmi Ankaranın bölgədə möhkəm-
lənməsinin qarşısını almağa səfərbər etmişdir. Bu dövlətlər
Türkiyənin regiondakı türkdilli və qərbyönümlü xalqları öz
ətrafında birləşdirəcəyi, xüsusən də Azərbaycanı NATO-ya
istiqamətləndirəcəyi ehtimalından qorxur və bu perspektivin
onların regiondakı mövqelərinə ciddi zərbə ola biləcəyini
proqnozlaşdırırlar.
Ermənistanın Cənubi Qafqazdakı bugünkü rolu da ötən
əsrin əvvəlində çar Rusiyası parçalanandan sonra ermənilərin
bölgədə tutduğu mövqeni və göstərdiyi fəaliyyəti xatırladır.

ərazisindəki Rusiya hərbi qüvvələrinin hüquqi statusuna dair” müqavilə ilə
qoyulmuşdur. 1995-ci ilin martında isə prezidentlər Moskvada Ermənistan
ərazisindəki hərbi bazaya dair 25 illik daha bir müqavilə imzalayıblar. Sənəd
Ermənistandakı 102-ci hərbi bazanın 2020-ci ilədək ölkə ərazisində qalmasını
nəzərdə tutur. Bundan başqa, Rusiya-Ermənistan birgə hərbi qruplaşması
yaradılmışdır, Ermənistan MDB-nin havadan vahid müdafiə sisteminə qoşul-
muşdur, Kollektiv Təhlükəsizlik Müqaviləsinin fəal üzvüdür, Rusiya Ermə-
nistana silah və hərbi texnikanı güzəştli qiymətlə “satır” və s.
AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ
TƏHLÜKƏSİZLİK SİYASƏTİNIN ƏSASLARI

439
Cənubi Qafqaz ölkələrindən birinin (Azərbaycan) ərazisinin 20
faizini işğal etmiş və digər dövlətə Gürcüstana qarşı da gizli
ərazi iddiaları ilə çıxış edir. Bundan başqa, Ermənistan bölgə-
də Türkiyənin ərazi bütövlüyünü təhdid edir və ona qarşı açıq
ərazi iddiaları irəli sürür, bu dövlətə “tarixi düşmən” kimi
yanaşır və beləliklə, regionda qeyri-sabitliyin əsas mənbəyi
kimi çıxış edir.
Rusiya ilə hərbi-siyasi müttəfiqlikdən, beynəlxalq aləmdə-
ki himayədarlarından və dünyadakı erməni lobbisinin dəstə-
yindən sui-istifadə edən Ermənistan uzun illərdir ki, beynəl-
xalq hüquqa, qlobal və regional təhlükəsizlik strukturlarının
tələblərinə meydan oxuyur və bun görə heç bir ciddi məsuliy-
yətə cəlb edilmir. Lakin bu gün dünyada və regionda yaranmış
yeni geosiyasi durum, terrorizmlə, dağıdıcı ekstremizm və
etnik separatizmlə mübarizənin bəşəriyyət üçün ciddi prioritetə
çevrilməsi Ermənistan kimi pozucu mövqe nümayiş etdirən
ölkələlərə də öz təsirini göstərməkdədir.
Ermənistanın regionda ikitərəfli münasibətlərin inkişafına
xüsusi əhəmiyyət verdiyi ölkələr Rusiya və İrandır. Hərbi və
iqtisadi sahədə daha çox Rusiyaya sığınan Ermənistan üçün
coğrafi və geoiqtisadi baxımdan İranla əlaqələr də mühüm
əhəmiyyət kəsb edir. Çünki Türkiyə və Azərbaycanla sərhədi
bağlı saxlanılan və hərbi-siyasi müttəfiqi Rusiya ilə birgə
sərhədə malik olmayan Ermənistan İranı özünün «həyat dəhli-
zi» adlandırır. Orta Asiya, Çin və Yaxın Şərqə məhz İran vasi-
təsilə yol tapan Ermənistan üçün Tehranla əlaqələrin pozul-
ması xarici aləmdən tam təcrid olunmaq deməkdir. Bundan
başqa, Ermənistan Tehranın regiondakı geosiyasi mövqelərinin
güclənməsini, ABŞ-ın köməyi ilə bölgənin əsas transmilli ak-
torlarına və tranzit dövlətlərinə çevrilən Azərbaycan-Gür-

440
cüstan-Türkiyə üçlüyünün regional geosiyasi mövqelərinin
zəiflədilməsi yolunda əsas vasitələrdən biri hesab edir.
Rusiya ilə Ermənistanın əlaqələri daha çox iqtisadi, təhlü-
kəsizlik və hərbi strateji əməkdaşlıq xarakteri daşıdığı halda,
İranla münasibətlər daha çox geoiqtisadi, enerji, nəqliyyat,
kənd təsərrüfatı, maşınqayırma, yüngül və yeyinti sənayesi
sahələrini əhatə edir. Hər iki ölkə Ermənistanın əsas xarici
partnyoru və sərmayədarı hesab olunur. Məlumatlara görə,
indiyədək Ermənistan iqtisadiyyatına qoyulmuş xarici sərma-
yənin 70 faizdən çoxu məhz bu iki ölkənin payına düşür. Bu
ölkədə reallaşdırılan hərbi, strateji və digər layihələr Rusiya-
nın, digərləri, məsələn, qaz kəmərinin çəkilişi, Mehri-Qacaran
tunelinin tikintisi və başqa layihələr isə yalnız İrəvanın deyil,
həm də Tehranın maraqlarına xidmət edir.
Cənubi Qafqaz regionunda keçən əsrin 90-cı illərində
həyata keçirilmiş transmilli enerji, nəqliyyat-kommunikasiya
və alternativ neft-qaz ixracı layihələri, Xəzər dənizinin Azər-
baycan, Qazaxıstan və Türkmənistan zonalarında və bitişik
sahil ərazilərindəki transmilli geoiqtisadi proseslər bölgədəki
qüvvələr nisbətini son 15 ildə xeyli dəyişmişdir. Nəticədə, fak-
tiki olaraq həm Rusiya və Ermənistan, həm də İran özlərinin
qeyri-adekvat siyasəti, Qərbi Xəzərə buraxmamaq istiqamə-
tindəki fəaliyyətləri nəticəsində reallaşdırılan əsas transmilli
layihələrdən kənarda qalmışlar. Ermənistanın yürütdüyü işğal-
çılıq siyasətinə görə Azərbaycan, Rusiyanı öz iddiaları, İranı
isə Qərb və ilk növbədə, ABŞ bu proseslərdən təcrid etmişdir.
Belə olan halda, bu üç ölkənin alternativ olaraq reallaşdırmağa
çalışdığı birgə regional layihələr- İranla Ermənistan üçün
“daha çox beynəlxalq təcridolmadan xilas olmağa” xidmət
etdiyi halda, Rusiya üçün, sadəcə, Qafqaz siyasətində “Ermə-
nistanı dəstəkləməkdən” başqa bir şey deyildi. Bu gün rəsmi
AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ
TƏHLÜKƏSİZLİK SİYASƏTİNIN ƏSASLARI

441
İrəvan Rusiya və İranla sıx əməkdaşlığı da, əsasən, bu kon-
tekstlərdən əsaslandırmağa çalışır. Ermənistanın rəsmi siyasəti
bundan ibarətdir ki, Türkiyə və Azərbaycanın tətbiq etdiyi
“blokada” şəraitində, İrəvan Rusiya və İranla hərtərəfli strateji
əməkdaşlığa məhkumdur. Qeyd etmək lazımdır ki, uzun illər
Qərb dairələri Cənubi Qafqazda “Moskva-İrəvan-Tehran”
əməkdaşlığını təqdir etməsələr də, bu problemə ciddi mane də
olmayıblər. Lakin son bir neçə ildə dünyada və regionda yaran-
mış geosiyasi vəziyyət, bu məsələyə fərqli yanaşma meyili
yaradıb. 11 sentyabr 2001-ci il hadisələrindən sonra işğalçı
imici qazanmış və qlobal layihələrdən təcrid olunmuş Ermə-
nistan «ikili oyun» oynamaq imkanından qismən məhrum olub.
Bir neçə il əvvəl ABŞ Dövlət Departamentinin İranla qeyri-
leqal əməkdaşlıqda təqsirli bilinən Ermənistanın kimya şir-
kətlərindən birinə qarşı sanksiyalar tətbiq etməsi və Ağ Evin
İran-Ermənistan qaz kəmərinin çəkilişinə olduqca sərt reaksiya
verməsi də bunun göstəricisidir.
2005-ci ildən başlayaraq Ermənistanın dünyada və böl-
gədə üzləşdiyi əsas geosiyasi, geoiqtisadi və hərbi-geostrateji
problemləri aşağıdakı kimi xarakterizə etmək olar:
 Dünya birliyi artıq əvvəlki illərdə olduğu kimi Ermə-
nistanın işğalçı siyasətinə, BMT qətnamələrinə məhəl
qoymamasına açıq-aşkar göz yummur. Əsas beynəlxalq
təşkilatlar- BMT, ATƏT, Avropa İttifaqı, Avropa Şura-
sı, İƏT, ayrı-ayrı nüfuzlu ölkələr Azərbaycan torpaqla-
rının işğal faktını qəbul etmiş və beynəlxalq hüquq nor-
malarına müvafiq olaraq Ermənistanı işğalçı ölkə elan
etmişdir. Belə vəziyyətdə Ermənistanın öz siyasətini
beynəlxalq aləmdə pərdələmək cəhdləri getdikcə çətin-
ləşir, adekvat olaraq nüfuzu və imici pisləşir;

442
 Beynəlxalq terrorizmlə mübarizə çərçivəsində ABŞ-la
əməkdaşlıqdan imtina edə bilməyən Ermənistan, bu-
nunla paralel olaraq İran və Rusiya ilə strateji müttə-
fiqlik münasibətlərini aşkar şəkildə davam etdirməkdə
çətinlik çəkməyə başlayıb. Rəsmi Vaşinqtonun İran-
Ermənistan hərbi əməkdaşlığına, xüsusən, Ermənistan
vasitəsilə bu ölkəyə qadağan olunmuş ayrı-ayrı hərbi
ləvazimatların ötürülməsinə, iki ölkə arasında qaz
kəməri və s. enerji layihələrinin planlaşdırılmasına qarşı
sərt bəyanatla çıxış etməsi və s. bunun əyani sübutu
hesab oluna bilər;
 Öz işğalçı siyasəti ilə qonşu Türkiyə və Azərbaycanla
bütün münasibətlərini pozması və nəticədə regionda
həyata keçirilən əksər qlobal enerji, nəqliyyat-kommu-
nikasiya layihələrindən kənarda qalması Ermənistanın
onsuz da məhdud olan iqtisadi inkişaf resurslarını tü-
kətmiş, onu çətin sosial-iqtisadi vəziyyətə salmış, əha-
lisinin rifah halını bir qədər də pisləşdirmişdir. Azər-
baycanın geosiyasi, geoiqtisadi, hərbi qüdrəti artdıqca
və bölgənin lider dövlətinə çevrildikcə, Gürcüstanla
birlikdə beynəlxalq və regional proseslərə təsir imkan-
ları genişləndikcə, Ermənistanınkı aşağı düşür və pers-
pektivi olmayan bir ölkəyə çevrilir ki, bu da ölkə və-
təndaşlarının kütləvi şəkildə xarici dövlətlərə köç
etməsinə səbəb olur;
 Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz
kəmərinin açılışından, Bakı-Tbilisi-Qars dəmir yolu
layihəsinin işə düşməsindən sonra Azərbaycan-Gür-
cüstan-Türkiyə strateji əməkdaşlığı və regional müttə-
fiqliyi daha da möhkəmlənəcəkdir. Bu vəziyyət avto-
AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ
TƏHLÜKƏSİZLİK SİYASƏTİNIN ƏSASLARI

443
matik olaraq Ermənistanın Gürcüstanla münasibətlərin-
də getdikcə sərinlik yaradacaqdır;
 Nəhayət, özünün işğalçı siyasəti və ərazi iddiaları ilə
qonşu Azərbaycan, Türkiyə və Gürcüstanla münasibət-
lərini pozan, bölgədə bu ölkələrin iştirakı ilə reallaşdı-
rılan bütün beynəlxalq və regional layihələrdən kənarda
qalan Ermənistanın getdikcə bütün inkişaf resursları
tükənir, fəaliyyət müstəvisi daralır. Bu ölkə Cənubi
Qafqazda Rusiyanın miskin “forpostuna”, bölgənin ən
zəif, etibarsız, arzuolunmaz militarist dövlətinə çevrilir.
2013-cü ilin sentaybr ayının 3-də Ermənistanın rəsmi dai-
rələri Rusiyanın rəhbərliyi altında yaradılan Gömrük İttifaqına
(Gİ) və Avrasiya İqtisadi Birliyinə (Avras.İB) daxil olmağa
hazırlaşdıqlarını bəyan ediblər. Baxmayaraq ki, bir qədər əvvəl
– 16 may 2012-ci ildə ölkənin bu ölkənin Baş naziri Tiqran
Sarkisyan “Vedomosti” qəzetində dərc etdirdiyi “Ermənistan
Avropaya baxır” adlı yazısında qeyd edirdi ki, Gömrük İttifa-
qına daxil olmaq onların geosiyasi maraqlarını əks etdirmir.
Onun fikrincə, Rusiya, Qazaxıstan və Belarusla ümumi sərhəd-
lərin olmaması, Ermənistanın bu birliklərdə təmsil olunmasını
qeyri-mümkün edir.
269

Lakin, göründüyü kimi Ermənistan Rusiyanın rəhbərliyi
altında yaradılan hər iki quruma daxil olmaq haqqında “qərar
vermişdir”. 13 fevral 2014-cü ildə “Sibilitas” Fondunun təşki-
latçılığı ilə “Ermənistan: bu gün və sabah” mövzusunda təşkil
olunan və keçmiş üç xarici işlər nazirinin iştirakı ilə həyata
keçirilən toplantıda Ermənistanın bu cür ittifaqlara daxil olma-

269
См:Т.Саркисян. Армения смотрит на Европу. Газета «Ведомости»,
16.05.2012г./www.vedomosti.ru/opinion/news/1745680/vremya_sobirat_edinye_sta
ndarty)

444
sına müxtəlif yanaşmalar ortaya qoyulmuşdur. Keçmiş xarici
işlər naziri Vahan Papazyan qeyd etmişdir ki, Gİ-na qoşulması
Ermənistanın Avropa ilə, o cümlədən Cənubi Qafqazın yerli
ölkələri – Gürcüstan və Azərbaycanla münasibətlərinə tam
mənfi təsir göstərəcək. Onun fikrinə görə, hazırkı ölkə rəhbər-
liyi “Gömrük İttifaqına daxil olmanın məsuliyyətini dərindən
dərk etmir və bu addımın Cənubi Qafqazın vahid birlik arxi-
tekturasını necə pozacağının fərqində” deyil. Papazyan hazırda
Ermənistanın müstəqil siyasət yürütmək üçün heç bir resursa
malik olmadığını da xüsusi vurğulamış və hətta, “Dağlıq
Qarabağ münaqişəsinin nizamlanması prosesində belə onun
müstəqil siyasət yürüdə bilməməsini” diqqətə çatdırmışdır.
270

Digər keçmiş xarici işlər naziri Vardan Oskanyan bildir-
mişdir ki, “Cənubi Qafqaz dövlətlərinin birliyini şərtləndirən
yeganə amil, onların Avropaya inteqrasiyaya can atması idi ki,
bu da Ermənistanın Gömrük İttifaqına daxil olmaq qərarları ilə
aradan qalxdı.” Onun fikrincə, Ermənistanın bu addımı onun
İran və Gürcüstanla münasibətlərinə də xələl gətirəcəkdir.
“Artıq Ermənistan nə qonşuları, nə də digər dövlətlərlə müs-
təqil xarici ticarət əlaqələri qurmaq səlahiyyətində deyil.”
271

Başqa keçmiş Xarici İşlər naziri A. Arzumanyanın fikrin-
cə, Ermənistan Gömrük İttifaqına daxil olmaqdansa, Avropa
Birliyinin Assosiativ üzvlüyünə imza atmalı idi. Onun fikrinə
görə, Ermənistanın milli maraqları hazırda qonşu Gürcüstan və
Türkiyə ilə tərəfdaşlıq münasibətlərinin qurulmasını diqtə
edir. “Amma Gömrük İttifaqına daxil olandan sonra bizi bu
ölkələrlə birləşdirən heç nə qalmır”. Arzumanyan, o cümlə-

270
Проблемы внешней политики Армении бывшие министры иностран-
ных дел предлагают решить «демократией». ИА Regnum, 13.02.2014
г.//www.regnum.ru/news/fd-abroad/1766723.html)
271
Yenə orada
AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ
TƏHLÜKƏSİZLİK SİYASƏTİNIN ƏSASLARI

445
dən Dağlıq Qarabağ probleminin həllində Ermənistanın mütləq
güzəştə getməli olacağını da bəyan etmişdir.
272

Toplantıda çıxış edənlərin ümumi fikri ondan ibarət ol-
muşdur ki, Ermənistan rəhbərliyi keçən müddətdə Cənubi
Qafqazda çox əlverişsiz geosiyasət yürütmüşdür ki, bu da
nəticədə ölkəni təcrid vəziyyətinə salmışdır.
Bütün bu amillər Ermənistanın son 20 ildə regionda yürüt-
düyü geosiyasətin nə qədər effektsiz və perspektivsiz olduğunu
nümayiş etdirir. Vaxti ilə SSRİ tərkibində dotasiya ilə yaşayan
Ermənistan, müstəqillik əldə etdikdən sonra da öz inkişafını
əsasən xarici aləmdən gələn yardımlar üzərində qurmuşdur ki,
bu da ölkədə davamlı sosial-iqtisadi böhran yaratmışdır. Nəti-
cədə həm bu ölkədən miqrasiya edənlərin sayı fəlakətli sə-
viyyəyə çatmış, həm də əhalinin təbii artımı tam dayanmışdır.
Ermənistan İnzibati İdarəetmə Nazirliyinin qaçqın və
məcburi köçkünlərlə iş üzrə agentliyinin rəsmi statistik göstə-
ricilərinə görə, 1990-2010-ci illərdə bu ölkəni 1,5 milyon nəfər
insan tərk edib. Ölüm səviyyəsinin doğum səviyyəsindən yük-
sək olması və miqrasiya prosesi hər il ölkə əhalisinin təqribən
100 min nəfər azalması ilə nəticələnir.
Xarici beynəlxalq humanitar təşkilatların Ermənistanın
ayrı-ayrı bölgələrinin insan resurslarına dair hesabatlarına gö-
rə, əksər rayonlarda yaşayan əhalinin 40 faizi 55-70 yaş qru-
puna daxil olanlar, 25 faizi isə 18 yaşa çatmamış uşaqlar, digər
35 faizi qadınlardan ibarətdir.
Ölkəni tərk etmiş vətəndaşlar arasında əmək qabiliyyətli
əhali qrupu 80% təşkil edir. Bu, həm də hərbi xidmətə yararlı
olan vətəndaşların təqribən 70 faizi deməkdir. ABŞ-ın USAİD
təşkilatının Ermənistanda miqrasiya proseslərinə dair araş-

446
dırmaları göstərir ki, bu ölkədən xarici ölkələrə axın edən
əhalinin ən çoxu 10 faizi geri dönür.
Müxtəlif mənbələr Ermənistan əhalisinin 50 faizdən çoxu-
nun ölkəni tərk etdiyini, başqa ölkələrə mühacirət etdiyini
bildirir. Ən müxtəlif beynəlxalq təşkilatların hesablamalarına
görə, hazırda Ermənistanda yaşayan real əhalinin sayı rəsmi
bəyan olunan rəqəmdən 2 dəfə azdır, yəni 1.5 mln. nəfərdir.
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Ermənistanda apar-
dığı sorğunun nəticələrinə görə, hərbi xidmətə yararlı 15-49 yaş
qrupuna daxil olan vətəndaşların əksər hissəsi başqa ölkələrə
köçüb, yaşı 18-ə çatan vətəndaşların 70 faizi isə yaxın bir il
ərzində ölkəni tərk etməyə hazırlaşır. Digər tərəfdən, ölkədən
getməyə hazırlaşan hər 5 vətəndaşdan 2-si Ermənistanı
birdəfəlik tərk edəcəyini bildirir.
Bu, miqrasiya probleminin ölkənin demoqrafik vəziyyə-
tinin kəskinləşməsinə ciddi təsir göstərdiyinə əyani sübutdur.
Miqrasiyaya səbəb olan 2 problemin- ağır sosial-iqtisadi vəziy-
yət və Azərbaycanla müharibə vəziyyəti ölkədən xaricə axının
hələ uzun illər davam edəcəyini proqnozlaşdırmağa əsas
verir.
273

Cənubi qafqazın qeyri-hərbi təhlükəsizlik problemləri

“Prezident İlham Əliyevin 59-cu Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi görüşlərin, verdiyi müsahibələrin hər biri, müxtəlif mövzular ətrafında plenar iclaslarda iştirakı və sair kimi biri-birindən mühüm hadisələr Azərbaycanın, ölkə Prezidentinin nüfuzunun təqdimatı oldu.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Deputat qeyd edib ki, Azərbaycan MTK-nın illik görüşlərində müntəzəm olaraq dövlət başçısı və ya digər səviyyələrdə fəal iştirak edir: “İlham Əliyevin builki Münhen Təhlükəsizlik Konfransına dəvət olunan az sayda dövlət başçıları sırasında olması lider kimi şəxsiyyətinə böyük hörmətin göstəricisi, eyni zamanda, ölkəmizin enerji təhlükəsizliyi kimi qlobal miqyaslı aktual mövzuda və Cənubi Qafqazın təhlükəsizliyinin təmin olunmasında aparıcı rolunun nümayişidir. “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclas yeni reallıqların hansı formada qəbuluna işıq saldı. Münhen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgenin moderatorluq etdiyi plenar iclasda Prezident İlham Əliyev, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Ermənistanın baş naziri Nikol Paşinyan, ATƏT-in Baş katibi, Münhen Təhlükəsizlik Konfransı Şurasının sədr müavini xanım Helqa Maria Şmid də iştirak etdilər. Bu iclas bir daha Azərbaycanı sülh gündəliyinin müəllifi kimi təqdim etdi”.

M.Həsənov bildirib ki, tarixi Zəfərimiz yeni reallıqlar yaradıb: “Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən plenar iclas göstərdi ki, bəziləri bu reallıqla barışmaq istəmir. Azərbaycan dövləti ilk gündən bu çağırışı etdi ki, dünya bu reallıqları qəbul etməyə məcburdur. Münhen Təhlükəsizlik Konfransı kimi mötəbər qurumun bu məsələyə xüsusi diqqət göstərməsi Azərbaycanın ədalətli mövqeyinin, haqq mübarizəsinin və qalibiyyətinin təsdiqi və qəbuludur. Dövlət başçısı İlham Əliyev təhlükəsizlik baxımından Cənubi Qafqazın xəritəsini təqdim etdi. Builki görüşdə iştirakçıların say tərkibinin genişliyi gündəlikdə olan məsələyə marağın göstəricisi idi. Azərbaycan iki ildən artıqdır ki, sülh müqaviləsinin imzalanması üçün üzərinə düşən öhdəlikləri yüksək səviyyədə yerinə yetirir və bunu qarşı tərəfdən də tələb edir. Keçirilən plenar iclasda səsləndirilən suallar fonunda Cənubi Qafqazda təhlükəsizliyin təmin olunması məsələsinin aktuallığı və iştirakçıların bu məsələyə marağı dövlət başçısı İlham Əliyevin “Əgər bu müzakirə daha bir neçə saat davam etsəydi, yəqin ki, heç kim bu toplantını tərk etməzdi” fikirlərində bir daha özünün aydın ifadəsini tapır. Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinkenin təşəbbüsü əsasında Ermənistanın baş naziri Nikol Paşinyan ilə keçirilən görüş də ölkəmizin haqqın, ədalətin yanında olduğunu nümayiş etdirdi. Dövlət başçısı bu görüşdən sonra televiziya kanallarına müsahibəsində belə bir əminliyi ifadə etdi ki, əgər Ermənistan tərəfi özündə iradə və güc taparsa, yaxın zamanlarda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, ədavət dövrünün arxada qalması mümkün olacaq”.

Parlamentari qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev plenar iclasda Qarabağ münaqişəsinin tarixə qovuşduğunu, Dağlıq Qarabağ sözünün qüvvədən düşdüyünü, Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahidin olmadığını bir daha Ermənistana və ona havadarlıq edən dövlətlərə çatdırdı. 2020-ci il noyabr tarixli üçtərəfli Bəyanat, əslində, de-fakto Ermənistan tərəfindən kapitulyasiya aktıdır.
“Münhen Təhlükəsizlik Konfransının builki görüşü ölkəmiz üçün mühüm məqamlarla yadda qaldı. Dövlət başçısı İlham Əliyev bir daha bəyan etdi ki, bu gün həqiqətləri gizlətmək, yaxud da təhrif etmək mümkün deyil. İnformasiya dünyası dövründə yaşayırıq. Qeyri-ciddi və manipulyativ mahiyyət daşıyan açıqlamalar ciddi qəbul edilmir. Azərbaycanın mövqeyi birmənalıdır. Qarabağ məsələsi beynəlxalq gündəlikdən çıxmalıdır”, – deyə Malik Həsənov bildirib.

M. Həsənov vurğulayıb ki, dünya növbəti dəfə Azərbaycanın haqqın, ədalətin, sülhün, Ermənistanın isə yalanın, ədalətsizliyin yanında olduğunu gördü. Ermənistanın baş naziri Nikol Paşinyan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın Ermənistanın kapitulyasiyasının təsdiqi olduğunu inkar etməklə sülh müqaviləsinin imzalanması prosesinin uzadılması istəyini açıq-aydın nümayiş etdirdi.

Comments are closed, but trackbacks and pingbacks are open.