Press "Enter" to skip to content

İrəvan müharibəyə hazırlaşır: bir yol var… – Türk general

Nur-Sultan

Ələt–Kurık marşrutu ilə daşımaların xərcləri azaldılıb

Ələt (Azərbaycan) – Kurık (Qazaxıstan) marşrutu ilə dəniz nəqliyyatı vahid daşımalarının xərcləri 1800 ABŞ dollarına endirilib. Qeyd edək ki, əvvəllər avtomobil nəqliyyatı vasitələri üzrə gediş və gəliş vahid tarifi 2400 ABŞ dolları təşkil edirdi.

AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstan Sənaye və İnfrastruktur İnkişafı Nazirliyi məlumat verib.

2021-ci ilin birinci rübündə Qazaxıstan və Türkiyə ilə avtonəqliyyat daşımaları arasında müsbət dinamika müşahidə olunur və 283,3 min ABŞ dolları məbləğində 91,1 min ton yük nəql edilib. Artım 2020-ci ilin eyni dövrü ilə müqayisədə 40 faizdir (62,5 min ton).

Məlumatda bildirilir ki, tranzit-nəqliyyat əməkdaşlığının dinamik inkişafının ayrılmaz şərtlərindən biri də yerli daşıyıcıların beynəlxalq avtomobil yük daşımaları bazarında rəqabət qabiliyyətinin artırılması və xarici daşıyıcılarla bərabərhüquqlu paritet səviyyəsinin təmin olunmasıdır.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

İrəvan müharibəyə hazırlaşır: bir yol var… – Türk general

Təbii ki, bu qanunsuz silah və hərbi texnika daşınmaları, silahlıların toplanması müharibənin xəbərçisidir.

Bu sözləri Axar.az-a Rusiya sülhməramlı kontingentinin müşayiəti altında növbəti dəfə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə Ermənistandan hərbi yükün Xankəndiyə daşınması haqqında danışan Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.

General növbəti antiterror əməliyyatının yeganə çarə olduğunu vurğulayıb:

“Yalnız məsələ bununla məhdudlaşmır. Hindistan və başqa ölkələrdən alınan silah sistemləri Ermənistanın 10 noyabr Bəyannaməsi ilə düşdüyü məğlub vəziyyətlə barışmadığını göstərir. İrəvan yeni silah sistemlərini alaraq, terrorçuları toplayaraq, Xankəndiyə göndərir. Üstəlik bütün bu daşımaların rus sülhməramlıların müşayiəti ilə həyata keçirilməsi Üçtərəfli Bəyannamənin kobud şəkildə pozulması deməkdir. Daha öncə də dəfələrlə vurğuladığımız kimi, Qarabağdakı terrorçu ünsürlər təmizlənmədən, Ermənistan ordusunun qalıqları çıxarılmadan sülhün əldə edilməsi qeyri-mümkündür. Rusiya 10 noyabr Bəyannaməsinin zəmanətçisidir, bölgədə həm sülhməramlı qüvvələri var, həm də Ağdamdakı Monitorinq Mərkəzində Türkiyə ilə birlikdə fəaliyyət göstərir. Ona görə, rus sülhməramlıların bu hərəkəti birmənalı şəkildə qəbuledilməzdir. Ermənistan başqa ölkələrin fitnəsi və onların verdiyi pulla silah alaraq növbəti müharibəyə hazırlaşır. Baş verənlər bunun sübutudur. Gözümüzün içinə baxa-baxa bizə yalan deyir, ağlımızı, səbir və qətiyyətimizi sınayırlar. Tək çarə nəzarət mexanizmlərinin gücləndirilməsi, yeni bir antiterror əməliyyatı ilə terrorçu ünsürləri və oradakı silah-sursatı məhv etməkdir”.

Siyasət Baxılıb: 3173 Tarix: 11 mart 2023

Şikayətiniz varsa Whatsapp: 051 7028255

DİGƏR MARAQLI XƏBƏRLƏR

Keçmiş baş nazir: “Biz Azərbaycanı da İranın təcavüzündən qorumalıyıq”

“Azərbaycanın heyran olduğum möhtəşəm lideri var. Azərbaycan Ordusu ölkənin ərazi bütövlüyü uğrunda döyüşərək qüdrətini göstərdi”. “Report” xəbər verir ki, bunu İsrailin keçmiş baş naziri Ehud Olmert deyib. Onun sözlərinə görə, İran çox diqqətli olmalı və Azərbaycanla qarşıdurmay

İranın hərbi təyyarəsi sərhədimiz üzərində uçuş keçirib: Azərbaycan tərəfi nota verdi

11 mart 2023-cü il tarixində İran İslam Respublikasına məxsus hərbi təyyarə saat 09:44-dən 10:26-dək fasiləsiz olaraq Azərbaycan-İran dövlət sərhədi boyunca, Zəngilan rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətinə və geriyə doğru uçuş həyata keçirib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi ilə Xaric

Prezident Təşkilat Komitəsi yaratdı, Fərid Qayıbovu sədr təyin etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransının (MİNEPS VII) 2023-cü ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb. -ın məlumatına görə, sərəncamd

Azərbaycan Prezidenti Si Cinpini təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. “Hörmətli cənab Sədr,. Çin Xalq Respublikasının Sədri vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Səsvermənin yekdi

Daxili Qoşunların bir qrup hərbi qulluqçusu təltif edildi – SƏRƏNCAM

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının bir qrup hərbi qulluqçusu təltif edilib. -ın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkə

Prezident İlham Əliyev Kolinda Qrabar-Kitaroviçi qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Xorvatiyanın sabiq prezidenti Kolinda Qrabar-Kitaroviçi qəbul edib. Bu barədə AZƏRTAC xəbər verir. Qeyd olunur ki, görüşdə X Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunulub, bu tədbirdə iştirak edən nüfuzlu qonaqların sayının ilbəil artdığ

İlham Əliyev Bolqarıstan prezidenti ilə videokonfrans formatında görüşüb – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə videokonfrans formatında görüşüb. Bu barədə AZƏRTAC xəbər verir. Görüşün videokonfrans formatında keçirilməsinə səbəb Bolqarıstan nümayəndə heyətinin üzvlərində COVID-19 testinin nəticəsini

Azərbaycan XİN zəlzələdən sonra Türkiyədən təxliyə olunanların sayını açıqladı

Azərbaycan XİN Türkiyədə zəlzələdən zərər çəkmiş vətəndaşların təxliyəsi barədə məlumat yayıb. Qeyd olunur ki, Türkiyədə zəlzələ nəticəsində zərər çəkmiş Azərbaycan vətəndaşlarına dəstək tədbirləri çərçivəsində 10 mart tarixində Azərbaycan Respublikası vətəndaşlarının və onların yaxın ailə üzvləri ola

İşçilər əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsinə xərc çəkməyəcəklər

Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. Dəyişikliyə əsasən, əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi ilə bağlı işçilər heç bir xərc çəkməyəcəklər

Transxəzər marşrutu üzrə Aktau limanı vasitəsilə daşımaların həcmi 66% artıb

Transxəzər marşrutu üzrə Aktau limanı vasitəsilə daşımaların həcmi 66% artıb Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) üzrə Aktau limanı vasitəsilə daşınan yüklərin həcmi 2022-ci ilin yanvar-oktyabr aylarında 66 % artıb.

29 Noyabr , 2022 16:40

https://static.report.az/photo/ce66887b-227c-3621-ae53-1b2cbd6e4d81.jpg

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) üzrə Aktau limanı vasitəsilə daşınan yüklərin həcmi bu ilin yanvar-oktyabr aylarında 66 % artıb. “Report” Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə “Qazaxıstan Temir Yol” şirkətinin Mətbuat Xidməti məlumat yayıb. “2022-ci ilin ilk 10 ayı ərzində Aktau dəniz limanı vasitəsilə 3,2 milyon ton yük daşınıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 7% çoxdur. Bu həcmin 1,9 milyon tondan çoxu (+7%) neft, 385 min tonu taxıl olub. Konteyner yüklərin yükboşaltma həcmi 17% artıb. TBNM marşrutu üzrə Aktau limanı vasitəsilə daşımaların həcmi ötən illə müqayisədə 66% artıb”, – məlumatda deyilir. Qeyd edək, Aktau dəniz limanı Qazaxıstan, İran, Azərbaycan, Rusiya və Türkiyəni birləşdirən nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir.

Comments are closed, but trackbacks and pingbacks are open.