Press "Enter" to skip to content

Dastanlarda təbiətə münasibət

Təbiət özü canlı bir tablodur. Onun qorunması problemlərinin həllini insanın təbiətə olan məhəbbətində, insan həssaslığında axtarmalıyıq. İnsan anlamalıdır ki, təbiətə vurulan hər bir zərbə müəyyən zaman dilimindən sonra onun öz üzərinə dönür. Hər şey müəyyən nizam, qayda-qanun içərisində qurulub və öz fəaliyyətinə davam edir. Gec də olsa, təbiətə, onun sərvətlərinə münasibətimizi dəyişməliyik. Təbiətə qarşı münasibət dəyişmədikcə bəşəriyyət öz fəlakətinə doğru irəliləyəcək və nəticədə bu gün sıxıntısını artıq hiss eləməyə başladığımız təmiz hava, təmiz su hər kəsin qarşısında duran ən böyük problemə çevriləcək.

Təbiətə münasibət dəyişmədikcə.

Day.Az представляет новость на азербайджанском языке.

İnsan təbiətin bir parçasıdır və onu təbiətdən ayrı təsəvvür etmək mümkün deyil. Son dövrdə dünyada təbiətin həyəcan təbili çalınmaqdadır. Səbəb isə insanlar tərəfindən vəhşicəsinə istifadənin nəticəsi olan atmosferdə ozon dəliyinin əmələ gəlməsini, meşələrin qırılmasını, çirkab tullantıların axar sulara və dənizlərə axıdılmasını, kimya zavodlarının zərərli qazlarının havaya buraxılmasını və bir çox səbəbləri göstərmək olar.

Hazırda dünyanın bütün ölkələrində ərzaq, içməli su, zülal aclığı problemi, iqlim dəyişikliyi, demoqrafik partlayış və digər qlobal problemlər başlayıb, ekoloji tarazlığın pozulması yeyinti məhsullarını yararsız hala salıb, insanlar və heyvanlar arasında ağır müalicə olunan keçici xəstəliklər əmələ gəlib. Buna səbəb isə insanlar tərəfindən vəhşicəsinə istifadənin nəticəsi olan atmosferdə ozon dəliyinin əmələ gəlməsini, meşələrin qırılmasını, çirkab tullantıların axar sulara və dənizlərə axıdılmasını, kimya zavodlarının zərərli qazlarının havaya buraxılmasını və bir çox səbəbləri göstərmək olar. Təbiətə, onun sərvətlərinə mənfi münasibət XX əsrdə sanki özünün pik və kulminasiya nöqtəsinə çatmışdır. Nəticədə ətraf aləm, canlı və cansız təbiət güclü dəyişikliyə məruz qalmış, bir çox heyvan və bitki növlərinin kökü kəsilmiş, bəziləri isə məhv olmaq ərəfəsində olduqları üçün artıq “Qırmızı kitab”a düşmüşlər. Hazırda dünyanın bütün ölkələrində ərzaq, içməli su, zülal aclığı problemi, iqlim dəyişikliyi, demoqrafik partlayış və digər qlobal problemlər başlayıb, ekoloji tarazlığın pozulması yeyinti məhsullarını yararsız hala salıb, insanlar və heyvanlar arasında ağır müalicə olunan keçici xəstəliklər əmələ gəlib.

Ölkəmizdə ekoloji vəziyyətin tənzimlənməsi mühüm əhəmiyyət daşıyır. Eyni zamanda ekoloji təbliğat və ekoloji maarifləndirmə, bu sahədə görüləcək işlərin geniş əhali kütləsinə çatdırılmasını tələb edir. Respublikamızda təbiəti mühafizə sahəsində atılan addımlardan ən vacibi, ən xeyirxah işlərdən biri də nəsli tükənməkdə olan heyvan və bitki növlərini qoruyub saxlamaq məqsədilə qoruqların təşkil olunmasıdır. Bu gün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində 6 Milli park, 13 dövlət qoruğu və 19 dövlət yasaqlığı mövcuddur. Bundan əlavə 30 xüsusi əhəmiyyətli meşə əraziləri, təbii qruplar, yaşı 100 ildən artıq olan 2083 ağac, 73 geoloji və paleontoloji obyektlər təbiət abidələri siyahısına daxil edilib. Ümumiyyətlə, bu gün respublika ərazisində xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 8 faizindən çoxunu təşkil edir. İnsan təbiətin bir hissəsi olub onunla sıx bağlıdır. Təbiət insanların yaşayış mühiti vəzifəsini görür, onun vəziyyəti cəmiyyətin rifah və inkişaf səviyyəsini təyin edir. XX əsrin başlanğıcında yer kürəsinin əhalisi təmiz hava alır, saf su içirdilər. Dünya sonsuz, təbii sərvətlər isə tükənməz hesab edilirdi. İndi bəşəriyyət elə problemlərlə üz-üzə gəlmişdir ki, onlar insanın mövcudluğunu təhlükə altına almışdır. Ekoloqların fikrincə, əgər bəşəriyyət bu yolu davam etdirərsə, yaxın bir neçə nəsildən sonra onu fəlakət gözləyir. Atmosferin çirklənməsi, torpaq örtüyünün qüvvədən düşməsi və xarab olması, su hövzələrinin kimyəvi zəhərlənməsi belə problemlərin ən vaciblərindəndir. Hazırda ekologiyanın ən qlobal problemlərindən biri də ətraf mühitin radioaktiv maddələrlə çirklənməsidir. Sənayenin inkişafı, əhalinin artması, insanların təbiətə təsiri hamımız üçün bir olan Yer kürəmizin kimyəvi və bioloji tarazlığını dəyişib.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, bütün dünyada xərcəng xəstəliyinə tutulanların dörddə üçünün səbəbi ətraf mühitin çirklənməsidir. Ətraf mühitin çirklənməsi şəhərlərdə günəşli günlərin sayını azaldır, bitki aləmini, tikinti materiallarını və abidələri məhv edir. Ətraf mühitin çirklənməsinin ən təhlükəli nəticəsi insan orqanizmində mənfi mutasiyaların yaranmasıdır. Bu səbəbdən fiziki və zehni çatışmazlıqları olan uşaqlar dünyaya gəlir, sonsuzluq halları müşahidə edilir, irsi ağır xəstəliklər adi hal alır. 1986-cı il Çernobıl qəzasının ölkəmizə həm birbaşa, həm də dolayısilə təsiri olmuşdur. Belə ki, 7 minə yaxın Azərbaycan vətəndaşı qəzanın aradan qaldırılmasında şüalanmaya məruz qalmışdır. Şüalanmış ərzaq məhsulları Moskvanın təkidi ilə əhaliyə satılmışdır. Çernobıl hadisəsindən sonra respublikanın bir çox rayonlarında radioaktiv maddələrin qatılığı təxminən 3 dəfə daha çox artmışdır.

Digər qlobal problemlərdən biri də stratosferdə qoruyucu ozon qatının dağılmasıdır. Ozon qatının dağılmasına səbəb olan amillərdən biri mineral gübrələrdən ayrılan azot oksidləridir. Hazırda respublikamızın üzləşdiyi ən ağır problemlərdən biri ermənilərlə müharibə nəticəsində təbii sərvətlərimizin amansızlıqla qarət və talan edilməsi və bunun nəticəsi kimi ətraf mühitə vurulan sağalmaz yaralar, Ermənistan rəhbərliyinin işğal olunmuş ərazilərdə törətdiyi ağır cinayətlərdir. Məlum olduğu kimi zəbt edilmiş torpaqlarımızda ölkəmizin zəngin faydalı qazıntı yataqları qalmışdır. Həmin ərazilərdə 155 növ yeraltı və yerüstü sərvət, o cümlədən 15 qızıl, 6 civə, 2 mis, 13 müxtəlif növ tikinti daşları yatağı və s. yerləşir ki, bu da ölkəmizin iqtisadi potensialında mühüm əhəmiyyət kəsb edirdi. Hazırda Ermənistan həmin yataqlardan soyğunçuluqla yararlanmaqdadır. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın bitki örtüyünə, meşələrinə amansız divan tutulmuşdur. Dağlıq Qarabağ və onun ətrafında gedən hərbi əməliyyatlar nəticəsində 250.928 hektar meşə sahəsi, o cümlədən Zəngilan rayonundakı Bəsitçay və Laçın rayonundakı Qarabağ dövlət qoruqları, həmçinin dörd təbiət yasaqlığı, digər çoxsaylı təbiət abidələri amansızlıqla məhv edilməkdədir. Son zamanlar ermənilər Azərbaycana qarşı ekoloji terror tədbirlərini daha da aktivləşdiriblər. 2006-cı ilin yaz və yay aylarında törətdikləri yanğınlar onların Azərbaycan təbiətinə, flora və faunasına vurduğu ağır zərbələrin izini itirmək cəhdləridir. Meşələrin məhvi isə təkcə flora və faunanın məhvi demək deyil, eyni zamanda regionun iqliminə neqativ təsir göstərən amillərdəndir. Qlobal iqlim dəyişikliklərinin dünya üçün ciddi sınaq və təhlükəyə çevrildiyi bir zamanda Ermənistanın işğal edilmiş ərazilərdə meşələrə divan tutması bütövlükdə Cənubi Qafqaz regionunda bioloji müxtəlifliyin məhvinə, ekoloji tarazlığın pozulmasına yönəlib. Sərhəd zolağında törədilən geniş miqyaslı yanğın, işğal olunmuş ərazilərdə ağacların kütləvi qırılması və digər hallar buna misaldır. Yanğın nəticəsində Azərbaycana dəymiş ziyanla bağlı ilkin rəqəm 4,5 milyon ABŞ dollarıdır.

Təbiət özü canlı bir tablodur. Onun qorunması problemlərinin həllini insanın təbiətə olan məhəbbətində, insan həssaslığında axtarmalıyıq. İnsan anlamalıdır ki, təbiətə vurulan hər bir zərbə müəyyən zaman dilimindən sonra onun öz üzərinə dönür. Hər şey müəyyən nizam, qayda-qanun içərisində qurulub və öz fəaliyyətinə davam edir. Gec də olsa, təbiətə, onun sərvətlərinə münasibətimizi dəyişməliyik. Təbiətə qarşı münasibət dəyişmədikcə bəşəriyyət öz fəlakətinə doğru irəliləyəcək və nəticədə bu gün sıxıntısını artıq hiss eləməyə başladığımız təmiz hava, təmiz su hər kəsin qarşısında duran ən böyük problemə çevriləcək.

“Zaman Azərbaycan”

Dastanlarda təbiətə münasibət

İslam dini – kamil din olaraq, təbiətin və ətraf mühitin təmiz olmasına və qalıcı olmasına xüsusi əhəmiyyət verir.

Qurani-Kərimdə buyurulur: “(O şəriklərmi yaxşıdır,) yoxsa göyləri və yeri yaradan, göydən sizə (yağış, qar və dolu şəklində) su nazil edən?

Beləliklə (həmin suyun) vasitəsilə gözəl, yamyaşıl və könül oxşayan bağlar yetişdirdik ki, onların ağaclarını bitirmək sizin üçün müyəssər deyildi! Məgər heç tək olan Allahla yanaşı, başqa bir tanrımı var?

(Xeyr,) əslində onlar (Allahdan) üz döndərən və Ona şərik qoşan bir tayfadırlar”. (“Nəml” 60).

İslam Peyğəmbəri (s) buyurur: “Hər kim ağac əkərsə və onu saxlamaqda səy göstərərsə ki, meyvə versin – o meyvədən əldə olunanların qarşılığında Allah yanında mükafatı olar”.

O zaman ki, İmam Əli (ə) Allahdan yağış yağmasını istəyir, belə buyurur: “Allahım, öz rəhmətini bol yağışlı buludlar, çox sulu bahar və xoş mənzərəli bitkilər ilə bizə nazil et. Bizlərə iri damcılı yağış endir ki, ölüləri diriltsin və əlimizdən gedənləri bizə qaytarsın”.

Bu nurani duada görünür ki, Əmirəl-möminin (ə) yağış istəməklə yanaşı, təbiətin nizamına və bitkilərin dəyişkənliyinə də işarə edir. Buyurur ki, təbiət də ölür. Ancaq o zaman ki, bahar gəlir, ölmüş təbiət tək olan Allah tərəfindən yenidən dirçəlir və çiçəklənir. Öz bəhrəsini insanlara və məxluqlara təqdim edir.

İmam Sadiq (ə) buyurur: “Sevinc on şeydədir: piyada yol getməkdə, (ata) minməkdə, üzməkdə, təbiətə nəzər salmaqda. “.

Bəli, təbiət insana sevinc və şadlıq gətirir. İnsana Allahın qüdrətini nümayiş etdirir. Uca dağlar, axan şəlalələr, meşələr, düzənliklər və dənizlər insana baxdıqca, şadlıq və fərəh hissi verir və ruhunu qidalandırır. Ona görə də biz gərək bu əmanəti sonrakı nəsilə ötürə bilək və təbiətin gözəl qalması üçün hər birimiz səy göstərək.

Milli.Az

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı

Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən “Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək” layihəsi çərçivəsində istifadəyə verilib. E-mail:edebiyyat-az.com@mail.ru Əlaqə telefonu: 051 785 44 33; 070 815 12 96 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Dastan haqqında məlumat

Dastan – Azərbaycan şifahi xalq ədəbiyyatının həcmcə ən böyük növlərindən biri. Azərbaycan ədəbiyyatında dastana epos da deyilir. Başqa janrlardan fərqli olaraq, dastanda həm nəsr, həm də nəzm hissələri olur. Dastandakı hər hansı bir əhvalat, hadisə nəsrlə söylənilir və yeri gəldikcə mövzu ilə bağlı şeir parçaları da verilir. Bu xüsusiyyətinə görə dastan bəzən epik-lirik adlanan xüsusi bir ədəbi növə aid edilir. Dastanın nəzm hissəsi, adətən, qoşma və gəraylılardan ibarət olur və saz havası üstündə oxunur. Dastanlar mövzu və məzmunlarına görə iki növə bölünür: qəhrəmanlıq dastanları, məhəbbət dastanları.

Qəhrəmanlıq dastanları
Qəhrəmanlıq dastanlarında xalqın həyatı ilə bağlı tarixi hadisələrdən, onun haqq-ədalət və azadlıq uğrunda apardığı mübarizədən bəhs edilir. Belə dastanların qəhrəmanları xalq içərisindən çıxmış mərd və igid insanlar olur. Ən məşhur qəhrəmanlıq dastanları Kitabi-Dədə Qorqud, Koroğlu və Qaçaq Nəbi, Qaçaq Kərəmdir. Qəhrəmanlıq dastanları əsasən, xalq qəhrəmanları haqqında olan rəvayət və nəğmələr əsasında yaranır.

Məhəbbət dastanları
Məhəbbət dastanları sayca qəhrəmanlıq dastanlarından çoxdur. Bu dastanlarda əsas mövzu sevən gənclərin saf və təmiz məhəbbəti, düz ilqarı, vəfa və sədaqətdir. Məhəbbət dastanları bir-birini sevən gənclərin həyatlarında baş verən hadisələrdən bəhs edir. Çox zaman onlara yuxuda ikən buta verilir və bundan sonra qəhrəman haqq aşiqinə çevrilərək sevdiyi qızın dalınca yola düşür. Müxtəlif maneələrlə rastlaşan qəhrəman bəzən sevgilisinə qovuşsa da, bəzən buna nail ola bilmir. Dastan qəhrəmanları daha çox sazın və sözün gücü ilə qalib gəlirlər.

“Qurbani”, “Abbas və Gülgəz”, “Aşıq Qərib”, “Tahir və Zöhrə”, “Şah İsmayıl”, “Leyli və Məcnun” dastanları ən məşhur məhəbbət dastanlarıdır. Məhəbbət dastanları ənənəvi olaraq ustadnamə ilə başlayır və duvaqqapma ilə bitir. Ustadnamə hikmətli məzmunlu qoşmaya deyilir. Duvaqqapmada isə sevgililərin bir-birinə qovuşması təriflənir. Duvaqqapmalar könülaçan, şən məzmun daşıyır və müxəmməs şəklində olur. Sonu faciə ilə qurtaran dastanlarda duvaqqapma olmur. Çünki burada sevgililərin vüsalı mümkün olmadığı üçün duvaqqapma mərasimi də keçirilmir. “Şah İsmayıl”, “Novruz və Qəndab”, “Şahzadə Əbülfəz” dastanlarında qəhrəman igidliyi və cəsarətiylə qalib gəlir. “Aşıq Qərib” dastanında isə qəhrəman oxuduğu şeirlərlə qələbə çalır.

Dastanlar yaranma yollarına görə fərqlənir. Bəzi dastanlar naməlum ozan-aşıqlar tərəfindən yaradılır. “Koroğlu”,”Qaçaq Nəbi” dastanları belə yaranmışdır.

“Qurbani”, “Abbas və Gülgəz”, “Aşıq Qərib”, “Vaqif” dastanları isə həmin aşıqların (şairlərin) məhəbbət mövzusunda yazdıqları şeirlər və onlar barəsində xalq rəvayətlərinə əsasən yaranmışdır. Məhəbbət dastanlarına həmçinin, ’’Əsli və Kərəm’’; ’’Şah İsmayıl’’ ’’Alıxan və Pəri xanım’’dastanları da daxildir.

Bir sıra xalq dastanları əsasında operalar yazılmışdır; Ü.Hacıbəyov “Koroğlu”, Z.Hacıbəyov “Aşıq Qərib”, M.Maqomayev “Şah İsmayıl” və s.

Son Yazılar

  • “Hece Taşları” dergisinin 97. sayısı yayında
  • “Hece Taşları” dergisinin 96. sayısı yayında
  • Çindən Azərbaycana qrup turist səfərləri bərpa olunur
  • “Wikipediya”da Şah İsmayıl Səfəvi haqqında özbək dilində bölmə istifadəyə verilib
  • Uşaq Filarmoniyasında konsert

Arxivlər

Blogroll

Kateqoriyalar

  • “Açık Kara” dergisi
  • “Alkış” dergisi
  • “Ədəbi Körpü” dərgisi
  • “Güzlek”
  • “Güzlek” dərgisi
  • “Hece Taşları” dergisi
  • “Kümbet” dergisi
  • “Mevsimler” dergisi
  • “Türkay” dərgisi
  • “Usare” dergisi
  • “Yarpuz” dergisi
  • “Yeni nəşrlər”
  • “Zərif kölgələr”
  • “Zərrələr”
  • “Kardelen” dergisi
  • AJB Sumqayıt şəhər təşkilatı
  • Ana səhifə
  • Azərbaycan Dövlət Aqrar Universiteti
  • Azərbaycan ədəbiyyatı
  • Azərbaycan Prezidenti
  • Dilçilik İnsitutu
  • Ədəbiyyatşünaslıq
  • Haqqımızda
  • Mədəniyyət
  • Müsabiqə
  • Müsahibə
  • Pakistan ədəbiyaytı
  • Prezident Mükafatçıları 2022
  • Publisistika
  • Ruskaya literatura
  • SOCAR «Azərikimya» İB
  • Sumqayıt RMTİ
  • Türk xalqları ədəbiyyatı
  • Türkiyə Cümhuriyyəti
  • Türkiyə ədəbiyyatı

Təqvim

Mart 2023

BE ÇA Ç CA C Ş B
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31

Son Yazılar

  • “Hece Taşları” dergisinin 97. sayısı yayında 13 Mart 2023
  • “Hece Taşları” dergisinin 96. sayısı yayında 13 Mart 2023
  • Çindən Azərbaycana qrup turist səfərləri bərpa olunur 13 Mart 2023
  • “Wikipediya”da Şah İsmayıl Səfəvi haqqında özbək dilində bölmə istifadəyə verilib 13 Mart 2023
  • Uşaq Filarmoniyasında konsert 13 Mart 2023
  • Xalq şairi Cabir Novruzun 90 illiyi münasibətilə virtual kitab sərgisi hazırlanıb 13 Mart 2023
  • Ağstafa, Qazax, Tovuz və Şəmkir rayonlarında mədəniyyət müəssisələrinə baxış keçirilib 13 Mart 2023
  • Oscar-2023: “Hər şey hər yerdə və dərhal” filmi “Ən yaxşı film” mükafatını qazanıb 13 Mart 2023
  • “Qafqazlı qardaşqızı” operettası yenidən səhnədə 13 Mart 2023
  • Xalça Muzeyində toxuma üzrə ustad dərsi keçiriləcək 13 Mart 2023
  • Nargis İSMAYILOVANI doğum günü münasibətilə təbrik edirik! (12 Mart) 12 Mart 2023
  • 14 Mart-Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Rzayevin doğum günüdü 12 Mart 2023
  • 12 Mart-Xalq şairi Süleyman Rüstəmin doğum günüdü 12 Mart 2023
  • 12 Mart-Xalq şairi Cabir Novruzun doğum günüdü 12 Mart 2023
  • Həvəskar rəssamların təsviri sənət sərgisi açılıb 11 Mart 2023
  • “Baharın rəngləri” adlı rəsm müsabiqəsinin yekun sərgiləri açılacaq 11 Mart 2023
  • “Euronews.com”: Azərbaycan turizm üçün möhtəşəm ilə hazırlaşır VİDEO 11 Mart 2023
  • UNESCO-nun rəsmi sosial şəbəkələrində Hacı Zeynalabdin Tağıyev haqqında məlumat paylaşılıb 11 Mart 2023
  • Mədəniyyət nazirinin birinci müavini Adil Kərimli Teatr Xadimləri İttifaqında olub 11 Mart 2023
  • Bəlkə də son nəfəsində Anna qatara gülmüşdü… – NARGİS 10 Mart 2023

Comments are closed, but trackbacks and pingbacks are open.