Press "Enter" to skip to content

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisinə general-mayor rütbəsi verilib

2 İyul , 2021 09:47

Müstəqil, qüdrətli, müasir Azərbaycan dövlətinin banisi

Ümummilli lider Heydər Əliyevin siyasi uzaqgörənliyi, qətiyyəti və müdrikliyi sayəsində müstəqil Azərbaycan dövlətinin təməli qoyuldu, dünyanı heyrətləndirən bugünkü gerçəkliklərin, gələcəyə aparan uğurlu yolun parametrləri müəyyənləşdirildi

Yazıya bu fikirlə başlamağımız səbəbsiz deyil: Həyata keçirilən siyasətin nəticələri dövlətin uğurlar tarixinə çevriləndə sabaha ümidlər daha da artır. Milli lider həyatda olmasa da, onun siyasi xətti əbədiləşir, yəni siyasi iradəçilik nəzəriyyəsinə, alternativi olmayan dövlətçilik fəlsəfəsinə çevrilir, daha dəqiq desək, “əbədiyaşar lider” zirvəsinə yüksəlir. Bir-birini əvəzləyən nəsillər yenidən bu siyasi irsi öyrənir, növbəti nəsillərə çatdırır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevi “Əbədiyaşar lider” zirvəsinə yüksəldən də Onun dövləti, xalqı qarşısındakı xidmətləri, bu günümüzə və gələcəyimizə bələdçilik edən ideyalarıdır. Məhz bu ideyaların gerçəkləşdirilməsi istiqamətində atılan addımların nəticəsidir ki, bu gün böyük fəxr və inam hissi ilə qeyd edirik ki, qarşıdakı 10 ildə Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimiz reallıqdır. Hansı sahəyə diqqət yetirsək əldə olunan uğurlar ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz bu təhlillər əsasında ümummilli lider Heydər Əliyevin xidmətlərinin əvəzsizliyini görürük. Ərazi baxımından kiçik olan Azərbaycan Ulu Öndərin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində böyük uğurları ilə dünyanın diqqət mərkəzindədir. Azərbaycan xalqının milli ifadəsini Heydər Əliyev fenomenindən ayrılıqda təsəvvür etmək mümkün deyil. Ulu öndər Heydər Əliyev Azərbaycanın inkişafı yoluna işıq saçan əbədi bir mayakdır. Ona görə də ümummilli lider Heydər Əliyev qəlblərdə daim yaşayır və yaşayacaq. Azərbaycan xalqının Heydər Əliyev yoluna inamı əbədidir.

Dahi şəxsiyyət Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən bəhs edərkən bu fikri böyük inam və qətiyyətlə bildiririk ki, müasir müstəqil Azərbaycan Ulu Öndərin şah əsəridir. Onun xidmətlərini obyektiv dəyərləndirmək üçün müstəqilliyimizin ilk illərində yaşananları xatırlatmağa böyük zərurət duyulur. Ölkə artıq dağılır, parçalanırdı. Xaos, anarxiya hökm sürürdü. Belə bir çətin dövrdə ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə Azərbaycanın müstəqilliyini əbədi etdi.

Hələ hakimiyyətinin birinci dövründə Azərbaycana intibah mərhələsini yaşadan, respublikanı aqrar diyardan inkişaf etmiş sənaye ölkəsinə çevirən Heydər Əliyev irsi hər zaman öyrənilməyə ehtiyac duyulan təcrübəli, əvəzolunmaz dövlət xadimi idi. Türkiyənin doqquzuncu prezidenti Süleyman Dəmirəl bildirmişdir ki, Azərbaycan xalqının bəxti onda gətirib ki, onun Heydər Əliyev kimi lideri var. Xalq şairi Məmməd Araz “Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı” sözlərini sanki Ulu Öndərimiz üçün yazmışdır. Qanında azərbaycançılıq ideyalarını yaşadan Ulu Öndər üçün Azərbaycan bir müqəddəs yer, alınmaz qala, keçilməz sədd idi. 1990-cı il yanvarın 20-də Sovet qoşunlarının Bakıda törətdikləri qanlı faciə ilə əlaqədar ertəsi gün özünə qarşı yönələn təhdid və təzyiqlərə baxmayaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransı keçirib bəyanatla çıxış edəndə də, xalqına qarşı törədilmiş cinayətin təşkilatçılarının və icraçılarının cəzalandırılmasını tələb edəndə də, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etirazını bildirəndə də əbədiyaşar liderimizə güc, qüvvət verən xalqına bağlılığı, torpaq, el, oba məhəbbəti idi.

Ulu Öndər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi dövlətçiliyimizin atributu olan üçrəngli bayrağımızın bərpasını vətəndaşlıq borcu adlandıranda da böyük qətiyyət göstərərək Azərbaycan naminə canından belə keçməyə hər an hazır olduğunu bildirmişdi.

1993-cü ildə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarananda Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyev fenomeni qarşısında acizliklərini hiss etsələr də, xalqın tələbi ilə Onu rəsmən Bakıya dəvət etməyə məcbur oldular. İyunun 9-da Bakıya qayıdışı ilə Azərbaycan dövlətçiliyinin xilaskarı kimi xalqa qurtuluş yolunda bələdçilik edən ulu öndər Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Onun üçün ən böyük sevinc xalq etimadı, Azərbaycanın müstəqilliyi, azadlığı, suverenliyi idi. Birinci hakimiyyəti illərində iqtisadi və mədəni tənəzzül dövrünü yaşayan Azərbaycanı qırmızı bayraqlar ölkəsinə çevirən ulu öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıdışı, siyasi bacarığı, müdrikliyi ilə ölkəni vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi pərakəndəlikdən xilas etdi və cəmiyyətin məqsədini, qayəsini öz varlığında, özünün güclü şəxsiyyətində təzahür etdirərək, doğma xalqını yenidən vahid bir məfkurə ətrafında səfərbər edib onların qəlbində sabaha inam hissi yaratmağı bacardı. AXC-Müsavat cütlüyünün iqtidarı dövründə Azərbaycanı parçalamaq, yenidən xanlıqlara bölmək istəyənlərin xəyanətkar niyyətlərini müdrikcəsinə başa düşərək, dövlətçilik təcrübəsinə və ən çox inandığı xalqına güvənərək ölkəmizi uçurumdan xilas etdi. Surət Hüseynov kimi “Milli Qəhrəmanın” xofundan qorxub ölkəni başsız buraxaraq qaçıb gizlənən səbatsızların səriştəsizliyi üzündən sabaha gümanını itirən insanlara yaşam sevincini bəxş edən əsl millət fədaisi kimi ürəyinin odu ilə sönmüş ümidlərə nur çilədi, ziya bəxş etdi. O nur ki, şölələri bu gün də müasir müstəqil Azərbaycanın işıqlı sabaha doğru uzanan yoluna işıq salır.

Dünya siyasət meydanında cərəyan edən proseslərə təsir imkanları böyük olan ulu öndər Heydər Əliyev həmişə öz sözü, bacarığı ilə seçilmişdir. Ümumxalq məhəbbəti qazanmış, onun bitməz-tükənməz enerjisi xalqı yaradıcılıq uğurlarına ruhlandırmışdır. Olduqca mürəkkəb bir dövrdə xalqına xidmət edən, müstəqilliyimizi qoruyan ulu öndər Heydər Əliyev ən bacarıqlı dövlət xadiminin edə bilmədiyini qətiyyəti sayəsində gerçəkləşdirmiş, müasir dünyanın ən aktual çağırışlarına cavab vermək bacarığı nümayiş etdirərək tanınmış siyasi xadimlər sırasında əbədi yerini tutmuşdur. Onun formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada əvəzsis rolunu və xidmətini müəyyən etmiş, milli dövlətçiliyimizin bünövrəsini möhkəmləndirmiş, dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır. Tarixin amansız və sərt sınaqları dövründə dünyanın ayrı-ayrı ölkələrinə səpələnərək yaşamaq məcburiyyətində qalmış azərbaycanlıların birlik və həmrəyliyinin əldə edilməsi işində ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri vardır. O, dünya azərbaycanlılarının təşkilatlanması və onların bir Vətən – müstəqil Azərbaycan ətrafında sıx birləşməsi üçün tarixi xidmətlərinə yeni səhifələr əlavə etdi. Ümummilli Liderin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində həyata keçirdiyi islahatlar artıq Azərbaycanın gerçəkliyinə çevrilir. Onun fəaliyyəti də, şəxsiyyəti də müasir Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi vardır. Bu müdrik siyasət Prezident İlham Əliyevin dövlətçilik fəaliyyətində yeni keyfiyyətlərlə davam etdirilir.

Ulu öndər Heydər Əliyev müstəqillik yollarında ilk addımlarını atan ölkələrin qarşısında dayanan vəzifələrdən geniş bəhs edərkən xaricdə varlığını təsdiqləməsi üçün ikitərəfli və çoxtərəfli çərçivədə əlaqələrin qurulmasını xüsusi qeyd edirdi. Uğurlu daxili siyasət nəticəsində ölkədə yaradılan sabitlik və normal iqtisadi mühit bu əlaqələrin qurulmasında və genişləndirilməsində mühüm rol oynadı. Azərbaycan çox qısa zamanda böyük investisiyalar məkanına çevrildi. Təbii ki, bu uğurumuz ulu öndər Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasına əsaslanır. Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadəsinin təmin edilməsi, ən əsası iqtisadiyyatın inkişafında neft amilinə yüksək dəyərin verilməsi 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə nəticələndi. Ulu Öndərin səyləri nəticəsində imzalanan bu saziş ölkəmizin iqtisadi imkanlarının genişlənməsinə, dünya iqtisadi sisteminə inteqrasiyasının sürətlənməsinə geniş yol açdı. Sonrakı mərhələlərdə yeni-yeni sazişlərə imza atıldı, Azərbaycan bu layihələrin əsas iştirakçısı və təşəbbüsçüsü kimi nüfuz qazandı. Bu müdrik siyasətin nəticəsidir ki, Azərbaycan zəngin ehtiyatlara malik neft-qaz ölkəsi kimi müasir dünyanın enerji bazarında böyük rol oynayır. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın iştirakı və razılığı olmadan regionda heç bir qlobal enerji, nəqliyyat layihəsi həllini tapa bilməz. BTC, BTƏ, BTQ kimi neft-qaz kəmərləri, nəqliyyat infrastrukturu layihələri dünya birliyində ölkəmizin önəmini artırır. Artıq bu gün TAP, TANAP, “Cənub” qaz dəhlizindən bəhs edilir, Azərbaycanın qarşıdakı illərdə dünyanın enerji təhlükəsizliyinin təminatında rolunun daha da artacağı barədə xoş fikirlər səsləndirilir. Bu gün böyük qürur hissi lə qeyd edirik ki, ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu layihələr xalqlar, dövlətlər arasında körpü rolunu oynayır, həmin ölkələrin uzunmüddətli iqtisadi inkişafına öz müsbət təsirini göstərir. Təbii ki, bu uğurlara yol açan əsas amil 1994-cü il mayın 12-də Ermənistanla atəşkəs sazişinin imzalanmasıdır. Azərbaycan bu addımı ilə həm dünyaya sülhsevər bir ölkə olduğunu nümayiş etdirdi, eyni zamanda öz iqtisadi, siyasi imkanlarını artırmaq üçün yol açdı. İqtisadi tərəqqi digər sahələrdə uğurlu addımların atılmasını şərtləndirdi. Belə ki, ulu öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi bu gün müdafiə qüdrətli ilə fərqlənən Milli Ordumuz formalaşdı, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami Silahlı Qüvvələr yaradıldı. O da məlumdur ki, müstəqilliyimizin ilk illərində torpaqlarımızın işğalında əsas rol oynayan amillərdən biri məhz Silahlı Qüvvələrin torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəsinə xidmət etməsi idi. Dahi şəxsiyyət Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı bu sahədə də problemlərin aradan qaldırılmasına, Azərbaycanın güclü ordusunun yaradılmasına geniş imkanlar açdı. Bu faktı da qeyd edək ki, hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünən ulu öndər Heydər Əliyev bu istiqamətdə bir sıra mühüm addımlar atmışdır ki, bunlardan da biri gənclərin keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi və həmin dövrdə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması idi. Bu gün orduda xidmət edən zabitlərin böyük əksəriyyəti məhz həmin liseyin yetirmələridir. Ulu öndər Heydər Əliyev bildrirdi ki, sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü orduya malik olmaq gərəkdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində diplomatik mübarizənin önəmi xüsusi qeyd olunur. Məhz Ulu Öndərin qətiyyətli siyasəti nəticəsində Azərbaycanın ətrafında yaradılan informasiya blokası yarıldı, dünya dövlətləri və beynəlxalq təşkilatlar Azərbaycan həqiqətlərini düzgün dəyərləndirməyə səy göstərdilər. Ulu öndər Heydər Əliyevin xarici ölkələrə elə bir səfəri yox idi ki, orada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi əsas müzakirə mövzusu olmasın, Azərbaycanın tarixi faktlara əsaslanan mövqeyi bildirilməsin.

Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi də ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1995-ci ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanan və referendum yolu ilə qəbul olunan milli Konstitusiyamız insan hüquqlarının, fikir plüralizminin, söz və məlumat azadlığının, vətəndaş cəmiyyəti institutlarının formalaşdırılması və inkişafına etibarlı zəmin yaratdı. Sənəddə əksini tapan maddələrin üçdə iki hissəsinin insan hüquq və azadlıqlarının qorunmasına xidmət etməsi də bu diqqət və qayğıdan irəli gəlir. Ulu öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı “İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanda, “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nda ölkədə insan hüquqlarının qorunması, beynəlxalq standartlara uyğunlaşdırılması üçün çox mühüm icra mexanizmləri nəzərdə tutulmuşdur. Ümummilli lider Heydər Əliyev bildirmişdir: “Azərbaycan Respublikası öz həyatını demokratik prinsiplər əsasında quraraq daim çalışacaqdır ki, insan hüquqlarının qorunmasına əməl edilsin.”

Hüquqi, demokratik cəmiyyəti azad mətbuatsız təsəvvür etməyin mümkünsüzlüyünü önə çəkən ulu öndər Heydər Əliyevin həyata keçirdiyi siyasətin əsas prioritetlərindən biri də məhz müstəqil mətbuatın inkişafı idi. Ümummilli Lider müstəqil mətbuatın inkişafını demokratiyanın tələbi kimi dəyərləndirərək bu sahəyə diqqətini əsirgəmədi. 1998-ci ildə mətbuata dövlətin nəzarət mexanizmi olan senzuranı ləğv etməklə azad, müstəqil mətbuatın inkişafı üçün geniş imkanlar açan ümummilli lider Heydər Əliyev imzaladığı sərəncamlarla cəmiyyəti maraqlandıran informasiya bolluğunun yaradılmasının təməlini qoydu. Ölkədə xeyli sayda müstəqil mətbu orqanın və informasiya agentliklərinin, elektron KİV-lərin, jurnalist qurum və birliklərinin, bu sahəni əhatə edən qeyri-hökumət təşkilatlarının azad fəaliyyət göstərməsi üçün zəruri imkanlar yaradıldı. Məhz bu diqqət və qayğının bariz nümunəsi olaraq Ulu Öndər 2002-ci ildə “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşdür. Ulu öndər Heydər Əliyev bildirirdi ki, bizim ümumi məqsədimiz mətbuata daha çox azadlıq vermək, söz azadlığını daha geniş təmin etmək, Azərbaycanda demokratiyanı bütün sahələr üzrə inkişaf etdirməkdən ibarətdir. Açıq sözün, həqiqəti əks etdirən informasiyaların tərəfdarı, mətbuat azadlığının qarantı olduğunu bəyan edən Ümummilli Lider jurnalistləri dövlət mükafatları, orden və medallarla təltif etməklə bildirirdi ki, KİV-lərə qayğı davamlı və sistemlidir.

Dövlətin siyasətində vətəndaş amilinin öndə dayanması atılan hər bir addımda özünü qabarıq şəkildə büruzə verir. Seçkilərdə vətəndaşlara sərbəst seçim hüququnun verilməsi də bu qayğıdan irəli gəlir. Ulu öndər Heydər Əliyev ölkədə keçirilən seçkilərin beynəlxalq standartlara uyğunluğunu təmin etmək üçün ciddi səylər göstərdi, dünya təcrübəsinin tətbiqinin vacibliyini bəyan etdi. 2003-cü ilin mayında Azərbaycan Hökumətinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, həmçinin Avropa Şurası Venesiya Komissiyası ilə birgə əməkdaşlığı sayəsində Seçki Məcəlləsinin qəbulu da buna əyani sübutdur. Sənəd ölkədə prezident, parlament və bələdiyyə seçkilərinin beynəlxalq standartlara uyğun keçirilməsini təmin edir. Seçki Məcəlləsinə zaman-zaman dəyişikliklər edilir, bu və ya digər yeniliklər sənəddə öz əksini tapır.

Bütün bunlar Azərbaycanın demokratiya yolunda inamla irəlilədiyinin təsdiqidir. Demokratiyanın qanunun aliliyinin, ictimai-siyasi sabitliyin mövcudluğu şəraitində inkişaf etdiyini önə çəkən dövlətimiz daim bu istiqamətdə təkmil qanunların qəbuluna və icrasına çalışır. Bir faktı da böyük inam və qətiyyətlə qeyd etmək lazımdır ki, Azərbaycanın bugünkü inkişafına, demokratiya yolunun işıqlı olmasına səbəb uğurlu daxili siyasət nəticəsində ölkəmizin sabitlik diyarına çevrilməsdir. Ulu öndər Heydər Əliyev bildirirdi ki, sabitlik olmasa, heç bir inkişafdan, sosial-iqtisadi proqramların icrasından söhbət gedə bilməz. Sabitlik bütün inkişafın təməlidir. Azərbaycanın demokratik dəyərlərə sadiqliyinin bariz nümunəsi 2001-ci ilin yanvarında dünyanın nufuzlu təşkilatı olan Avropa Şurasına tamhüquqlu üzv qəbul olunması oldu. Ulu öndər Heydər Əliyevin səyləri və qətiyyəti sayəsində bu yolda olan maneələr aradan qaldırıldı, istər daxili, istərsə də xarici bədxahlarımızın cəhdlərinin qarşısı alındı, ölkəmiz bu quruma tamhüquqlu üzv qəbul olunmaqla demokratik prinsiplərə sadiqliyini sözdə deyil, əməldə sübut etdiyini dünyaya nümayiş etdirdi.

Ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən bəhs edərkən ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaradıcısı olduğunu xüsusi qeyd etməliyik. Ulu öndər Heydər Əliyevin “YAP sınaqlardan çıxmış, böyük və şərəfli yol keçmiş, indi artıq Azərbaycan cəmiyyətində özünəməxsus yer tutmuş bir partiyadır” fikri ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayan, illər keçdikcə sıraları kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmlənən, ən başlıcası milyonların partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının dünəninə, bu gününə və gələcəyinə bələdçilik edir. 1992-ci ildə xalqın istəyi, zamanın tələbi ilə yaradılan Yeni Azərbaycan Partiyası bütün dövrlərdə öz siyasi xəttinə sadiq olmuş, dövlətə, xalqa xidməti fəaliyyətinin əsası kimi qəbul etmişdir. Arxada qalan hər gün, hər ay, hər il baş verən hadisələri daha düzgün təhlil etmək, dəyərləndirmək üçün əlavə imkanlar yaradır. Yeni Azərbaycan Partiyasının yaradıldığı dövrdə ölkənin hansı durumda olduğu yaddaşlardadır. Tarixi Azərbaycanın müstəqillik tarixi ilə üst-üstə düşən Yeni Azərbaycan Partiyası ölkəmizin uğurlarının bələdçisi və fəal iştirakçısıdır. Dahi şəxsiyyət Heydər Əliyevin yaradıcısı olduğu YAP möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da qüdrətlənməsi, möhkəmlənməsi istiqamətində ciddi səylər göstərir. Bu günümüzün reallıqları ulu öndər Heydər Əliyevin partiyanın yaradılması ilə bağlı xalqın böyük əksəriyyətinin istəyini ifadə edən “91-lər”in müraciətinə “Yeni, müstəqil Azərbaycan uğrunda” cavabında ifadə etdiyi inamın təsdiqidir: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan siyasi partiyasının yaradılması obyektiv zəruriətdən doğur. Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər.” Yeni Azərbaycan Partiyası 23 illik fəaliyyəti dövründə bu inam və etimadı doğrultmağa çalışmış və ölkəmizin uğurlarına töhfəsi ilə qürur duymuş, gələcəyə doğru daha böyük inamla irəliləmişdir. Bu gün sıralarında 670 minə yaxın üzvü birləşdirən YAP-ın cəmiyyətdə artan nüfuzu ölkədə keçirilən seçki proseslərində onun qələbəsini də şərtləndirir. Son parlament seçkiləri YAP-ın nüfuzuna, xalqın bu partiyaya dəstəyinə bir daha işıq saldı. Yeni hədəflərə doğru inamla irəliləyən Yeni Azərbaycan Partiyası ölkəmizin daha da qüdrətlənməsinə, möhkəmlənməsinə, xalqın rifahının yüksəlməsinə öz töhfələrini vermək istiqamətində əzmlə fəaliyyət göstərir.

Qeyd etdiklərimiz ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı misilsiz xidmətlərinin yalnız az bir hissəsidir. Ulu Öndərin xidmətləri barədə xeyli sayda kitablar yazılıb və yazılmaqdadır. Hər bir nəşr yeni araşdırma olmaqla dahi şəxiyyətin fəaliyyətinin ayrı-ayrı sahələrinə işıq salır. Ümumi fikir budur ki, Azərbaycanın uğurlu gələcəyi üçün möhkəm təməl yaradan ulu öndər Heydər Əliyev, eyni zamanda, 2003-cü ildə xalqa müraciəti ilə bir daha dövlətinin, xalqının gələcəyinin etibarlılığını təmin etdi. Son 12 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunun möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın ən yüksək zirvələri fəth etməsinə zəmin yaratdı. Ulu öndər Heydər Əliyev Azərbaycanın dünyaya günəş kimi doğmasını arzulayırdı. Bu istək artıq gerçəklikdir. Ölkəmiz ən nüfuzlu beynəlxalq təşkilatlarda layiqincə təmsil olunur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olan beynəlxalq ictimaiyyətin ölkəmizin mövqeyini qətiyyətlə dəstəkləməsi bu sahədə misilsiz xidmətlər göstərən Heydər Əliyev siyasətini davam etdirən Prezident İlham Əliyevin diplomatik uğurlarıdır. Azərbaycanın 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzv seçilməsi böyük uğurdur. Ümummilli liderin qurduğu müasir müstəqil Azərbaycan bu gün artıq dünyanın inkişaf etmiş dövlətlərindən biri kimi regionda söz sahibinə çevrilib. Azərbaycan islahatçı, iqtisadi möcüzələr ölkəsi, beynəlxalq tədbirlərin keçirilməsi üçün ideal məkan kimi tanınır. Cari ilin iyununda ilk Avropa Oyunlarına ev sahibliyi etməklə dünyanın diqqətini özünə yönəldən Azərbaycan inkişafı ilə qonaqlarını heyrətləndirdi. Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrində keçirilən “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimatları Azərbaycan reallıqlarının, eyni zamanda, bu mühüm idman bayramının təbliğində əhəmiyyətli rol oynadı. Hazırlığın səviyyəsini yüksək qiymətləndirən Beynəlxalq və Avropa Olimpiya Komitələrinin nümayəndələri bu inamı ifadə edirdilər ki, Azərbaycanda ilk Avropa Oyunları yay Olimpiya Oyunları səviyyəsində keçiriləçək. Bu inam özünü doğrultdu. Möhtəşəm açılış və bağlanış mərasimlərinin kompoziyası sülhü, humanizmi, insanlar, svilizasiyalar arasında barışığı, Şərq və Qərbin harmoniyasını əks etdirdi. “Bu möhtəşəm bayram müstəqil Azərbaycanın, hər bir Azərbaycan vətəndaşının qələbəsidir. Müstəqillik illərində əldə etdiyimiz uğurlar və nailiyyətlər nəticəsində bu gün burada, gözəl Bakıda Avropa Olimpiya hərəkatının tarixində yeni səhifə yazılır. Bu səhifəni biz yazırıq, Azərbaycan xalqı yazır. Qoy, Tanrı Azərbaycanı hər zaman qorusun” söyləyən birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva Azərbaycanın iqtisadi sabitliyi və davamlı inkişafı fonunda bu inamı ifadə etdi ki, gələn illərdə Avropa Oyunlarının məşəli nə qədər uzaqlarda alovlansa da, Azərbaycanın və “Bakı-2015″in parlaq ruhunun atəşi orada olacaq. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki “Bakı 2015″i uzun yolun ən vacib nöqtəsi kimi dəyərləndirərək qeyd etdi ki, idman və Olimpiya hərəkatının gənc dövlətin sürətli inkişafının mərkəzində dayanmasına daim səy göstərən Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın qətiyyətli mövqeyi hazırlıq işlərinin aparıcı qüvvəsi oldu.

Təbii ki, bu kimi ürəkaçan fikirlər müasir müstəqil Azərbaycanımızın uğurlu gələcəyinə inama əsaslanır. Azərbaycanın uğurlarının digər əsas təqdimatı dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə qəbul olunan “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasından irəli gələn tədbirlərin uğurlu icrası və bu Konsepsiyada əksini tapan hədəflərdir. Azərbaycanı uğurlarımıza söykənərək qarşıdakı illərdə inkişaf etmiş ölkələr sırasında görmək istəyimiz bir daha belə bir reallığı ortaya qoyur ki, xalq-iqtidar birliyinin möhkəm olduğu ölkəmizdə hər bir hədəfin gerçəkləşməsi qaçılmazdır. Azərbaycan Heydər Əliyev yolu ilə inamla irəliləyir. Nə qədər ki müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaqdır!

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisinə general-mayor rütbəsi verilib

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisinə general-mayor rütbəsi verilib Prezident İlham Əliyevin sərəncamı ilə ali xüsusi rütbə alan şəxslər alasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Əbülfət Rzayev də var.

2 İyul , 2021 09:47

https://static.report.az/photo/0604668d-0562-3da4-a759-cf29929dfb11.jpg

Əbülfət Rzayev

Prezident İlham Əliyevin sərəncamı ilə ali xüsusi rütbə alan zabitlər alasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Əbülfət Rzayev də var. “Report”un xəbərinə görə, sərəncamla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabiti – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi polis polkovniki Əbülfət Əhəd oğlu Rzayevə polis general-mayoru ali xüsusi rütbəsi verilib. Qeyd edək ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun 2020-ci ilin iyul ayında imzaladığı əmrlə Ə.Rzayev Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə rəis təyin edilib.

Daxili münaqişələrdə təbii sərvətlər uğrunda mübarizə

1. Daxili işlər orqanlarında xidmətə könüllülük əsasında, şəxsi keyfiyyətlərinə, fiziki və peşə hazırlığına, sağlamlıq vəziyyətinə və təhsil səviyyəsinə görə bu orqanlarda xidmətə yararlı olan, habelə hərbi xidmət keçmiş və hərbi mükəlləfiyyətli (qadınlar istisna olmaqla), Azərbaycan Respublikasının dövlət dilini bilən, yaşı 20-dən aşağı və bir qayda olaraq yaşı 30-dan yuxarı olmayan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tədris müəssisələrinə yaşı 18-ə çatmamış orta təhsilli şəxslər də qəbul edilə bilərlər.

Maliyyə, təsərrüfat, kriminalistik təhqiqatlar, tibb xidmətlərinə, həmçinin mühəndis-proqramçı, tədris müəssisələrində orta və böyük rəis heyəti vəzifələrinə yaşı 35-dək olan şəxslər qəbul oluna bilərlər.

Zərurət yarandıqda tədris müəssisələrinə və digər xidmət sahələrinə yaşı 40-dək olan elmi dərəcəyə malik mütəxəssislər qəbul oluna bilərlər.

2. Daxili işlər orqanlarında xidmətə qəbul olunan şəxs aşağıdakı sənədləri təqdim edir:

1) şəxsi ərizə;
2) şəxsiyyətini təsdiq edən sənəd;
3) əmək kitabçası;
4) hərbi bilet;
5) müvafiq təhsilə malik olmasını təsdiq edən sənəd;
6) tərcümeyi-hal;
7) yaxın qohumları və himayəsində olan şəxslərin anadan olduğu, iş (təhsil) və yaşayış yeri haqqında məlumatlar.

3. Daxili işlər orqanlarında xidmətə qəbul müsabiqə və şəffaflıq əsasında həyata keçirilir (müsabiqə test imtahanlarından və söhbətdən ibarətdir).

4. İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, əvvəllər işdə yol verdiyi ciddi nöqsanlara, daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olmasına, xidmətə tam yararsız olmasına, daxili işlər orqanlarının əməkdaşı adına ləkə gətirən hərəkətlərə görə daxili işlər və digər hüquq-mühafizə orqanlarından xaric edilmiş şəxslər daxili işlər orqanlarında xidmətə qəbul oluna bilməzlər.

5. Daxili işlər orqanlarının sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə tam orta, orta ixtisas və ali təhsilli şəxslər qəbul edilirlər.

6. Orta və böyük rəis heyəti vəzifələrində xidmətə bir qayda olaraq xüsusi təyinatlı və digər təhsil müəssisələrini bitirən orta ixtisas və ali hüquq təhsilli şəxslər qəbul edilirlər.

Comments are closed, but trackbacks and pingbacks are open.