Press "Enter" to skip to content

İzahlı dilçilik terminləri lüğəti nin tərtibçiləri plagiat iddialarına münasibət bildiriblər

Qeyd etmək lazımdır ki, türkologiyada dilçilik coğrafiyasının əsasını qoyan da akademik M.Şirəliyev olmuşdur.

Dilçilik lüğətdə azərbaycan dili

Coğrafi adlar dilçilik elmi olmadan lal, tarix elmi olmadan köksüz, coğrafiya elmi olmadan isə məkansızdır.

WikiMatrix
1962-ci ildə bu universitetdə Ümumi dilçilik kafedrasının dosenti olmuşdur.
WikiMatrix

Aristotel incəsənət, astronomiya, biologiya, etika, dilçilik, hüquq, məntiq, maqnetizm, metafizika, hərəkət, həzz, poeziya, siyasət, psixologiya, ritorika və ruhun ölməzliyi ilə bağlı əsərlər yazmışdı.

Bakı: AMEA Nəsimi adına Dilçilik İnstitutu, 2011.
WikiMatrix
Gimnaziyada arifmetika, dilçilik, oxu və rəqs.
WikiMatrix
Məsud Mahmudov (Dilçilik) prof.
WikiMatrix
Dilçilik və poeziya vurğunu.
WikiMatrix
2012-ci ildən isə AMEA Dilçilik İnstitutu nəzdindəki müdafiə şurasının üzvüdür.
WikiMatrix

Kommunikativ dilçilik sahəsində yeni bir addım // Dil və ədəbiyyat (Beynəlxalq elmi-nəzəri jurnal), No 3, 2011, səh.

WikiMatrix
O, Dilçilik və ədəbiyyatşünaslıq sahəsində məhsuldar çalışır.
WikiMatrix

C. Heyət fars dilində çap etdirdiyi “Türk dilinin tarixi və ləhcələri” əsərini Pəhləvi rejimi zamanı İran dilçilik elminin və hakim ideologiyanın Azərbaycan dilinin özünəməxsus müstəqil və zəngin bir dil olmasını inkar etməsinə cavab olaraq yazmışdır.

WikiMatrix

Qeyd etmək lazımdır ki, türkologiyada dilçilik coğrafiyasının əsasını qoyan da akademik M.Şirəliyev olmuşdur.

WikiMatrix

M.Zehtabi adı ilə qeyd olunan kitabı bir qədər təkmilləşdirərək İraq türkmanlarını ləhcə və ədəbiyyatı da daxil olmaqla digər bir dilçilik kitabı da hazırlayır.

“İzahlı dilçilik terminləri lüğəti”nin tərtibçiləri plagiat iddialarına münasibət bildiriblər

“İzahlı dilçilik terminləri lüğəti”nin tərtibçiləri plagiat iddialarına münasibət bildiriblər “İzahlı dilçilik terminləri lüğətinin tərtibçiləri lüğətin plagiat olması barədə iddialara münasibət bildiriblər.

12 Aprel , 2019 14:12

https://static.report.az/photo/8c736586-c856-4fd2-b6cf-eb9680349871.jpg

“İzahlı dilçilik terminləri lüğəti”nin tərtibçiləri lüğətin plagiat olması barədə iddialara münasibət bildiriblər. “Report” professor Sayalı Sadıqova, filologiya üzrə fəlsəfə doktorları Natəvan Hüseynova, İradə Abdullayeva, Svetlana Novruzova və Şəbnəm Həsənli-Qəribovanın hazırladığı cavab yazısını təqdim edir: Elm və texnikanın ayrı-ayrı sahələrinə aid terminlərin sistemə salınmasında, onların dəqiqləşdirilməsində terminoloji lüğətlərin mühüm rolu vardır. Azərbaycan dilində lüğətlər olmadan elmi-texniki, ictimai-siyasi terminləri sistemləşdirmək və təkmilləşdirmək qeyri-mümkündür. Terminoloji lüğətlərin əhəmiyyəti müxtəlif sahələrdə çalışan mütəxəssislərin ehtiyaclarını ödəməklə məhdudlaşmır, eyni zamanda filoloji lüğətlərin, xüsusən də izahlı lüğətlərin terminoloji sözlüyünün yaradılması üçün əsas bazadır. Bu lüğətlərin tərtibində terminlərin toplanması, verilməsi prinsipləri mühüm əhəmiyyət kəsb edir. Terminlərin ifadə etdikləri anlayışlar sistemi üzrə yerləşdirildiyi siyahı terminoloji lüğətlərin sözlüyünü təşkil edir. “Sözlük” dedikdə, bu və ya digər lüğət növü üçün toplanmış sözlərin məcmusu nəzərdə tutulur. Dilçiliklə bağlı tədqiqatlarda qeyd edildiyi kimi terminoloji lüğətlərin sözlüyünün hazırlanmasında iki şərt əsasdır: 1) əvvəllər nəşr edilmiş müvafiq terminoloji lüğətlərin sözlüyünün yenidən tənqidi surətdə nəzərdən keçirilməsi və təkmilləşdirilməsi; 2) orijinal mətnlərin, dərsliklərin, elmin ayrı-ayrı sahələrinə dair yazılmış əsərlərdən lazımi terminlərin seçilib sistemə salınması. Bu prinsiplərdən istifadə edilərək bir sıra dilçilik terminləri lüğəti nəşr edilmişdir. XX əsrin əvvəllərində SSRİ EA Azərbaycan filialının Ensiklopediya və Lüğətlər İnstitutu tərəfindən nəşr edilmiş “Rusca-azərbaycanca dil və qrammatika terminləri lüğəti” (1939-cu ildə D. Quliyev tərəfindən) tərtib edilmişdir. 1960-cı ildə Azərbaycan Tədris Pedaqoji Nəşriyyatı tərəfindən nəşr edilmiş “Müxtəsər dilçilik lüğəti”də bu sahədə atılmış uğurlu addımlardan hesab oluna bilər. 1989-cu ildə “İzahlı dilçilik terminləri” sorğu lüğəti çapdan çıxmışdır (müəlliflər – M.İ.Adilov, Z.N.Verdiyeva, F.M.Ağayeva). İndiyə qədər Azərbaycanda çap olunmuş dilçilik terminləri lüğətlərinin ən mükəmməli olan bu lüğətdə ali və orta məktəb dərslikləri, dərs vəsaitlərində işlənən sabitləşmiş təxminən 1600 termin əhatə olunmuşdur. Azərbaycan Dillər Universiteti nəzdində fəaliyyət göstərən Eksperimental fonetika və dilçilik laboratoriyasında F.Veysəllinin redaktorluğu ilə hazırlanan “Dilçilik ensiklopediyası”nda hər bir termin rus dilində əlifba sırası ilə düzülmüş, onun alman, ingilis, fransız, Azərbaycan dillərində qarşılığı verilmiş, ingilis dilində sözün tələffüzü ilə yazılı forması arasındakı böyük fərq nəzərə alınaraq terminlərin bu dildə transkripsiyası, sonra isə terminlərin izahı verilmişdir. Bu lüğət tərtib prinsipinə görə çoxdilli izahlı terminoloji lüğətdir. Dilçilikdə yeni istiqamət və sahələrə münasibət, şübhəsiz ki, aparılan tədqiqat işlərindən asılı olaraq formalaşır. Hər şeydən əvvəl qeyd edək ki, hazırda mətn dilçiliyi, diskurs təhlili, kompüter dilçiliyi, koqnitiv dilçilik, psixolinqvistika və paralinqvistikaya dair araşdırmalar gedir. Hazırda dilçiliyin müxtəlif sahələri ilə bağlı aparılan tədqiqatlar da lüğətin tərtibi üçün zəmin hazırlamışdır. Bu nəzərə alınaraq 2018-ci ildə AMEA Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları tərəfindən tərtib olunan “İzahlı dilçilik terminləri lüğəti”ndə 7500 terminin definitiv tərifinə, şərhinə geniş yer verilmişdir. Lüğət tərtib olunan zaman dilçiliklə bağlı tərtib olunmuş bütün lüğətlərdən, fundamental elmi əsərlərdən mənbə kimi istifadə edilmişdir. Lüğətin sonunda istifadə edilmiş ədəbiyyat siyahısı verilmişdir. Yeri gəlmişkən nəzərinizə çatdırırıq ki, “plagiatlıq” etdiyimiz deyilən, “İzahlı dilçilik terminləri” lüğətinin ön sözündə müəlliflər (M.İ.Adilov, Z.N.Verdiyeva, F.M.Ağayeva) haqlı olaraq və əsl tədqiqatçı kimi yazmışlar ki: “Şübhəsiz, gələcəkdə dilçilik terminlərinin geniş şərhini verən akademik lüğətin yaranmasında bu vəsaitin də az-çox köməyi olacaqdır” Bizim tərtib etdiyimiz lüğətdə digərləri ilə yanaşı bu lüğətdən bir mənbə kimi istifadə edilmişdir. Mütəxəssislərə məlum olduğu kimi, lüğətçilik dilçiliyin tətbiqi sahəsinə aiddir və lüğətlərin tərtibində əsas məqsəd terminlərin bir sistem kimi vahid mənbədə toplanmasıdır. Bütün lüğətlər, Xüsusilə terminoloji lüğətlər müəyyən elm sahələri üzrə məlumat xarakteri daşıyır. Belə nəşrlər elmi yeniliyə iddia etmir və hər hansı elmi dərəcə almaq üçün dissertasiyaların tərkib hissəsi deyildir. Bizlər isə özümüzü müəllif yox, tərtibçi hesab edir və bu müvafiq qaydada lüğətin ön sözündə qeyd edilmişdir. Tədqiqatçılar hər hansı bir elm sahəsində yazılan bütün kitabları eyni zamanda istifadə etməyin mümkünsüz və ya çox çətin olduğunu yaxşı bilir. Terminoloji lüğətlərin böyük əhəmiyyətini şərtləndirən məqamların biri də məhz bu amildir. Nəzərə almaq vacibdir ki, elmi dilin stabilliyi və anlaşıqlığı, dildə anlayışların vahid terminlərlə və adekvat izahla ifadə edilməsi ilə ölçülür. Elmi anlayışın eyni terminlə ifadəsi, yaxud terminin vahid tərifinin olması elmi dil üçün olduqca zəruridir. Unifikasiya adlanan bu proses isə zamanla baş verir və əksəriyyət tərəfindən qəbul edilmiş termin o anlayışın ifadə vasitəsinə çevrilir. Məsələn, “isim əşyanın adını bildirir və kim? nə? hara? suallarına cavab verir” fikri bütün dilçi alimlər tərəfindən qəbul edilmiş faktdır və dərsliklərdə, lüğətlərdə də bu şəkildə öz əksini tapıb. Yaxud da dodaqlanan saitlər, dodaqlanmayan saitlər, cingiltili, kar samitlər dərsliklərdə necə verilirsə, lüğətlərdə də o şəkildə verilir. Bu baxımdan müəyyən elm sahəsi üzrə tərtib olunmuş lüğətlərdə eyni elmi anlayışlara və elmi izahlara rast gəlmək mümkündür. Bunu dəyişmək və ya başqa şəkildə izah etmək düzgün olmaz. Yeni lüğətin tərtibində əvvəlki mənbələrdən istifadə edilməklə yanaşı adı çəkilən lüğətlərdə olmayan 4200 termin toplanıb izahı verilmişdir. Çox təəssüflə qeyd etmək istərdik ki, Son zamanlar bəzi elektron nəşrlərdə, iki illik zəhmətimizin bəhrəsi olan tərtib etdiyimiz lüğət haqqında, qarayaxma ilə məşğul olan və bu işi “peşəyə” çevirmiş, elmi camiyyədə “məşhur” olan qeyri-peşəkar “mütəxəssis” tərəfindən düzgün olmayan fikirlər tirajlanır. Məsələnin mahiyyəti və incəliyindən xəbərsiz olan, bir qrup şəxslər isə “elm patriotuna” çevrilərək bizi 37-ci il havası ilə günahlandırmağa çalışır və dolayısı ilə “qarayaxmaçılığı” sanki stimullaşdırırlar. Bunları nəzərə alaraq diqqətə çatdırmaq istərdik ki, uzun illər bu sahədə məşğul olan biz tərtibçilər, “İzahlı dilçilik terminləri lüğəti”ni tərtib edərkən, işçi və açıq müzakirələrində iştirak etməklə öz töhfələrini vermiş dəyərli elmi adamlarının əsaslı mülahizələri ilə yanaşı, bu günə qədər mövcud olan bütün müvafiq dilçilik lüğətlərindən yararlanmış və lüğətin tərtib prinsipinə əsasən əsərin sonunda bunu qeyd etmişik. Lüğətlərdən istifadə, son nəticədə plagiatlıq deyil, mənbədən yararlanma səviyyəsini əks etdirir. F. Veysəllinin redaktorluğu və müəllifliyi ilə nəşr edilən lüğəti ilə yanaşı müəllifin “Koqnitiv dilçilik: əsas anlayışları və perspektivləri (Bakı. Mütərcim. 2015); “Dilçiliyin əsasları (Bakı. Mütərcim. 2013) kitablarından, eyni zamanda akademik A.Axundovun, akademik K.Abdullayevin, M.Hüseynzadənin, Ə.Dəmirçizadənin, Q.Kazımovun qrammatika kitablarında, eləcə də Z.Korkmazın, O.S.Axmanovanın, T.B.Jerebilonun, D.E.Rozental, M.A.Telenkovanın lüğətlərində verilən terminlər və onların tərifləri lüğətə daxil edilmişdir. Lüğət tərtib edilən zaman terminlər toplanıb, sistemli şəkildə izahı verilmişdir. Ona görə də lüğət tərtib edilir, onu tərtib edənlər isə tərtibçi adlanır. Bu isə plagiatlıq deyil. Plagiatlıq elmi ideyaların, elmi fikirlərin oğurlanması deməkdir. İzahlı terminlər lüğətində plagiatlıq axtaranlar lüğət tərtib etmə prinsiplərini öyrənib, sonra bu barədə fikir yürütməlidir. Əgər “rəyçilərin” məntiqi ilə yanaşsaq, onda gərək, ölkəmizdə ötən əsrin ortalarından başlayaraq tərtib olunan Orfoqrafiya lüğətlərinin müəllifləri dünyasını dəyişsə də həmin sözlərin lüğətdə qalmasını, yaxud bir neçə dəfə nəşr edilmiş “Azərbaycan dilinin izahlı lüğəti”ndə öz əksini tapmış terminlərin izahını plagiat olaraq qəbul edək. Digər elm sahələrində nəzərə alsaq onda gərək, eramızdan əvvəlki bir neçə min illik tarixdə qalanların hamısını bütün əsərlərimizdə qeyd edək. Məsələyə elmi yanaşmada bu, plagiatlıq deyil, lüğətçilikdə qəbul edilmiş əsas prinsiplərin realizasiyasıdır. Lüğətin nəşri prosesinə gəldikdə isə onu qeyd etməliyik ki, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr olunan lüğətin nəşrdən əvvəl İnstitutda geniş müzakirəsi olmuş və indi məsələni “geniş araşdıracağını” vəd edən İ.Abbasov həmin müzakirələrdə iştirak edərək Elmi Şuranın üzvü kimi nəşrin lehinə səs vermişdir. AMEA Nəsimi adına Dilçilik İnstitutunda, türk və qazaxıstanlı həmkarlarımızla da lüğət haqda geniş fikir mübadiləmiz olmuşdur. Bütün bu proses ərzində bizə irad və təkliflərini bildirən şəxslərin qeydləri nəzərə alınmışdır. Lüğət 5 yanvar 2018-ci ildə nəşr olunub. Lakin, son bir həftədir məqsədli şəkildə həyata keçirilən, Dilçilik İnstitutundakı məlum “qaranlıq” mənbəyə istinad edilən və əslində (bizdən əvvəl də elmi müzakirələrdə yox, qəzet səhifələri və sosial şəbəkələrdə bir çox nüfuzlu şəxslərin dərslik və əsərlərini qərəzli şəkildə plagiat kimi hallandıran, o cümlədən akademik Vasim Məmmədəliyev, professor Fəxrəddin Veysəllinin əsərini) bir nəfərin yazısının tirajlanması ilə saxta ajiotaj yaradan bu şəxslərə cavab olaraq demək istərdik ki, biz illərdir bu sahədə fəaliyyət göstərən lüğətçilər olaraq yazılan xəbərləri qərəzli, qəsdən qurulmuş, ucuz bir oyun kimi qəbul edirik. Biz isə hesab edirik ki, Azərbaycan dilçilik elminə belə bir lüğət təqdim etməyin qürur və şərəfinə bu məqsədli və qərəzli fikirlər kölgə sala bilməyəcək. Bizdən sonrakı tədqiqatçıların, bu lüğətdən də istifadə edərək daha sanballı akademik lüğətlər tərtib edəcəyinə inanırıq. P.S. 1. Bütün deyilənlərdən əlavə qeyd etmək istərdik: Nəzərə almaq vacibdir ki, sözügedən lüğət dilçilik ensiklopediyası deyil, Dilçilik terminləri lüğətidir. Bu vacib məqamdır. Belə ki, Terminlər ,təkmənalıdır, vahid tərifi yaranır və işləndiyi sahədə vahid məna daşıyır. Onlara yeni izah verilməsi həmin terminin mahiyyətinin dəyişməsinə gətirib çıxarır. Terminin tərifi anlayışın əsas əlamətlərinə əsaslanır. Necə ki, riyaziyyatda kub, romb, paraleloqram terminlərinin tərifi sabitləşib, bütün dərsliklərdə, elmi əsərlərdə olduğu kimi verilir. Məgər heca, vurğu, cümlə və s. yüzlərlə terminə hər terminoloji lüğətdə bir tərif verilir. Terminoloji lüğətdə termin yaradılmır, hər hansı bir elm sahəsində olan definitivləşmiş terminlər toplanılır. Terminlərin sözün bütün mənalarında müəllifi, onu ilk dəfə ifadə edənlərdir. Bu məntiqlə termininin müəllifliyinə hüquqi iddiası əsaslı olanları tapmaq üçün bəzi hallarda daha qədim mənbələrə müraciət edilməlidir. Bizə örnək göstərilən müəlliflər öz növbəsində daha əvvəlki kitablardan istifadə ediblər. 2. Maraqlı bir məqam isə ondan ibarətdir ki, “rəy” yazanlar, bizim istifadə etdiyimiz və elmi etikaya müvafiq qaydada istinad etdiyimiz, əvvəlki lüğətlərlə faktiki olaraq heç bir elmi və mülkiyyət hüququ baxımından bağlı olmayan bir-iki nəfərdir. Başqa sözlə, şəxsi qərəzlik amili aydın görünür. Heç olmasa tarixdən dərs alın. Təəssüf doğuran daha bir məqam ucuz sensasiyaya qaçaraq müəlliflərin fikirlərini öyrənmədən belə çızma-qaraları səxavətlə və dəfələrlə nəşr edilməsidir. 3. Lüğətin ön sözünün sonunda qeyd olunan bir fikrimizi yenə də təkrar etməyi məqsədəmüvafiq sayırıq: ”İzahlı dilçilik terminləri lüğəti”ndə mübahisə doğuracaq məqamların mövcudluğunu istisna etmirik. Buna görə də lüğətlə bağlı irad və təkliflərinizi Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasına və AMEA Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya Şöbəsinə (Sosial şəbəkələr və saytlara yox) bildirəcək mütəxəssislərə əvvəlcədən təşəkkür edirik.

Dilçilik terminləri lüğəti

Lüğəti Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları – pro­fessor Sayalı Sa­dıqova, filologiya üzrə fəlsəfə doktorları Natəvan Hüseynova, İradə Ab­dul­la­yeva, Svetlana Novruzova, Şəbnəm Hə­sənli-Qə­ribovanın tərtibatçılığı ilə “İzahlı Dilçilik Terminləri Lüğəti” nəşr olunmuşdur. Lüğətin baş redaktoru akademik İsa Həbibbəyli və Möhsün Nağısoylu, elmi redaktoru isə professor Sayalı Sadıqovadır. Rəyçilər akademik Nizami Cəfərov və professor Qəzənfər Kazımovdur.

Dilçilikdə işlədilən terminlərin məcmusu, yəni dilçiliyə dair an­layışlar sistemi dilçilik terminologiyasını təşkil edir. Hər bir elmin in­kişaf səviyyəsi onun terminologiyasında əks olunur. Dilçilik termin­­ləri də dilin inkişafı ilə bağ­lı təşəkkül tapmışdır. Xüsusilə, XX əs­rin son onilliyində Azərbaycan dilçiliyində dil nəzəriyyəsi, riyazi dil­çilik, koq­nitiv dilçilik kimi ayrı-ayrı sahələrin formalaşması onun ter­mi­nolo­gi­ya­sı­nın zənginləşməsinə, inkişaf etməsinə təkan verdi. Eləcə də son dövr­lərdə Azərbaycan dilinin, dilçilik elminin inkişafı ilə bağlı bir çox sərəncamlar və fərmanlar verilmişdir. Xü­susən, 29 may 2012-ci ildə “Qloballaşma şəraitində zamanın tələb­lə­rinə uy­ğun Azərbaycan dilinin və dilçiliyinin inkişafı haqqında” sərəncam dilçilik elmi­nin inkişafını sürətləndirmişdir. Hazırda informasiya cə­miyyəti şə­raitində linqvistik terminologiyanın ənənəvi sərhədləri də­yiş­miş, onun təd­qiqat ob­yek­ti­nin hüdudları xeyli genişlənmişdir. Ter­minoloji sistem eks­tra­linqvistik təsirlərə indi daha çox məruz qalır. Bu baxımdan dilçiliyin istiqa­mət­ləri yeni sahə terminologiyalarının yaranmasını şərt­ləndirmişdir.

Müasir dilçilik-çox­əsrlik tarixi olan dil haqqında el­min inkişaf etmiş, təkmilləşmiş, forma­laş­mış və ümumiləşdirilmiş ye­kun nəticə­si­dir. Dil haqqında elmin təşəkkül döv­rü çox qədimlərə ge­dib çıxır. Era­mız­dan 1500 il əvvəl yaranmış dini-fəl­səfi kitabələr qə­dim Hind dilçi­li­yinin tədqiqat obyekti olmuşdur. Sonralar Ro­ma və Yu­nan dilçiliyi sürətlə inkişaf etməyə başlamış, Heraklitin, De­mok­ritin, Aristotelin, Platonun dilçilik görüşləri formalaşmışdır. Dil haq­qında elmin yaran­dı­ğı ilk günlərdən onun özünəməxsus terminoloji sistemi də təşəkkül tap­mış, müəyyən təkamül dövrü keçirərək forma­laş­mış və sa­bit­ləş­miş­dir. Ayrı-ayrı elm sahələrində olduğu kimi dil­çi­likdə də ter­min­lərin toplanması, təkmilləşdirilməsi, unifikasiyası mə­sələlərinin həlli ən zə­ruri məsələlərdəndir. Bu məqsədlə dilçiliklə bağ­lı bir sıra terminoloji lüğətlər nəşr olunmuşdur. Belə ki, 1939-cu ildə D.Quliyevin tərtib et­di­yi “Rusca-azərbaycanca dil və qrammatika terminləri lüğəti” SSRİ EA Azərbaycan filialının Ensiklopediya və Lü­­ğətlər İnstitutu tərə­fin­dən nəşr edilmişdir. Həmin lüğət orta məktəb proq­ramını əhatə edir. 1954-cü ildə Azər­baycan SSR Elmlər Aka­demiyası Nəşriyyatı tərə­fin­dən layihə şəklində çap olunmuş dilçilik terminləri yenidən işlənmiş və təkmilləşdirilmişdir. Dilçilik terminləri həmin dövrdə Azərbaycan SSR EA Rəyasət Heyəti yanında Ter­mi­no­lo­giya Komitəsində müza­kirə və təsdiq olunmuşdur. 1957-ci ildə Azər­­­baycan SSR Elmlər Akademiyası nəşriyyatı həmin lüğəti R.Ə.Rüs­təmov, M.Ş.Şi­rəliyev və C.H.Əfəndiyevin redaktorluğu ilə nəşr etmişdir. Göstərilən “Dilçilik terminləri lüğəti”ni ilk rəsmi, müzakirə və təsdiq olunmuş lüğət hesab etmək olar.

1960-cı ildə Azərbaycan Tədris Pedaqoji Nəşriyyatı tərəfindən nəşr edilmiş “Müxtəsər dilçilik lüğəti” də bu sahədə atılmış uğurlu addımlardan hesab oluna bilər. Lakin bütün bu lüğətlər dilçiliyin in­kişaf dövrlərini əks etdirmir və məhdud terminləri əhatə edir.

1969-cu ildə Ə.Fərəcov tərəfindən çap edilmiş dilçilik lüğətində orta məktəblərdə işlənən dilçilik terminləri, onların əsas əlamət və xü­su­siy­yətləri göstərilməklə izah edilir. Həmin lüğət orta məktəb şa­girdləri, dil-ədəbiyyat müəllimləri, habelə filologiya fakültəsinin tələ­bələri üçün nəzərdə tutulmuşdur. Qeyd etmək lazımdır ki, Ə.Fə­­­rə­co­vun “İzahlı dilçilik lü­ğəti”ndə dilçiliyə aid son illərdə yaranmış ter­minlər əhatə edilməmişdir.

1989-cu ildə “İzahlı dilçilik terminləri” lüğəti çapdan çıxmışdır (müəlliflər – M.İ.Adilov, Z.N.Verdiyeva, F.M.Ağayeva). İndiyə qədər Azər­baycanda çap olunmuş dilçilik terminləri lüğətlərinin ən mükəm­məli olan bu lüğətdə ali və orta məktəb dərsliklərində, dərs vəsait­lə­rində işlənən sabitləşmiş terminlər əhatə olunmuşdur. Arxaikləşmiş, dublet terminlər lüğətin sonuna əlavə edilmişdir.

Azərbaycan Dillər Universiteti nəzdində fəaliyyət göstərən Eks­pe­rimental fonetika və tətbiqi dilçilik laboratoriyasında hazırlanan “Dilçilik ensik­lo­pe­diyası”nda hər bir termin rus dilində əlifba sırası ilə düzülmüş, onun alman, ingilis, fransız dillərində qarşılığı verilmiş, in­gilis dilində sözün tələffüzü ilə yazılış forması arasındakı böyük fər­q nəzərə alınaraq terminlərin bu dildə transkripsiyası, sonra isə termin­lərin Azərbay­can dilində izahı yer almışdır. Sözlərin semantik məna­ları­nın açılması və şərhi zamanı imkan daxilində Azərbaycan dilçili­yin­dəki mənbələrdən istifadə edilmiş, bəzən də şərh olunan məsələ ilə bağlı başqa dillərdən də misal­lar veril­miş­dir. İstisnasız olaraq bütün baş sözlərin açılışından sonra konkret elmi-nəzəri mənbə göstərilir. Əksər hallarda mənbələrin dəqiq bib­lio­qrafik göstəriciləri verilir.

Lakin müasir dövrdə elmlərin inteqrasiyası prosesinin güc­lən­məsi müx­təlif elm sahələrində, o cümlədən də dilçilikdə yeni elmi isti­qa­mətlərin sürətlə inkişaf etməsi üçün əsaslı zəmin yaratmışdır. Dil­çi­lik­də yeni istiqamət və sahələrə münasibət, şübhəsiz ki, aparılan tədqiqat işlərindən asılı olaraq formalaşır. Son dövrlərdə mətn dil­çili­yi, nəzəri dilçilik, kompüter dilçiliyi, koqnitiv dilçilik, psixolinqvistika və para­linq­vistikaya dair araşdırmalar gedir. Qeyd edək ki, dilçilikdə bu isti­qamətlərdə yeni sahələr yaranmışdır. Diqqəti cəlb edən başqa bir cəhət xarici dilçiliyin fundamental tədqiqat işlə­ri­nin Azərbaycan dilinə tər­cüməsi ilə bağlıdır. Belə tərcümələr də Azər­baycan dilində dilçilik ter­minlərinin yaranmasına təsir gös­tə­rir. Dil­çiliyin bir elm ki­mi müxtəlif istiqamətlərdə inkişafı, başqa elm sa­hələri ilə inteqra­siyası mövcud ter­minoloji sistemdə əsaslı dəyiş­mə­lərə səbəb olmuşdur. Azər­bay­can­da nəşr olunmuş dilçilik terminləri lü­ğətlərində bu ter­min­lər əhatə olun­ma­mışdır. Ona görə də müxtəlif təd­qi­qat işlərində, yeni yazılan dərs­liklərdə terminlərin işlənməsi bə­zən elmi mübahisə ob­yek­tinə çevrilir. Çox vaxt tədqiqatlarda termin an­­laşılmazlığının olması ilə bağlı iradlar səslənir. Dil­çi­lik elminin müasir inkişaf səviyyəsi, yeni-yeni istiqa­mət­lərin təşəkkülü, elm­lərin inteqrasiyası və diferensi­ya­sının nəticəsi ola­raq dilçiliyin həm­hüdud sahələrinin inkişafı yeni terminlərin yaran­ma­sına səbəb olur. Hazırda bu proses da­vam etmək­də­dir. Bu terminlərin ifadə olunmasında dilin daxili im­kan­ları əsasın­da termin yaradıcılığı ilə paralel terminalma da sürətli forma almışdır. Müasir dövrdə termi­no­logiyada gedən prosesləri sə­ciy­yə­lən­dirən əsas cə­hətlərdən biri bey­nəlmiləl terminlərin sayının sü­rətlə art­ma­sıdır. Dil­çilik el­minin sürətli inkişafı, yeni dilçilik sahə­ləri­nin ya­ran­­ması bu sahədə yaranan termin­lərin toplanmasını, on­ların sis­temləş­di­ril­məsini və izahlı dilçilik ter­minləri lüğətinin tərtibini zəruri edir. Hazırda dil­çiliyin müxtəlif sahə­lə­ri ilə bağlı aparılan təd­qi­qatlar da lüğətin tərtibi üçün zəmin hazır­la­mışdır. Azərbaycan dilinin dilçilik ter­mi­nolo­gi­ya­sının ni­za­ma salın­ma­sına kəskin ehtiyac du­yu­lur. Bu nəzərə alına­raq tərtib olunan lüğət­də el­mi monoqrafiyalarda, tədris işində tez-tez rast gəli­nən 8500 termi­nin definitiv tərifinə, şər­hi­nə geniş yer verilmişdir. “İzah­lı dilçilik termin­ləri lüğəti”ndə əksər ter­min­lərin Azərbaycan dilində izahını vermək (məsə­lən, heca vurğusu – sözdəki hecalardan birinin digərinə nisbətən qüvvətli tələffüz edilməsinə heca vurğusu deyilir. Sözün tərkibindəki he­calardan biri­nin qüvvətli şəkildə və ya səs tonunu dəyişməklə tələf­füz edilərək başqa­la­rından fərqləndiril­məsi. Heca vurğusunun düz, qal­xan, enən, enən-qalxan, qal­xan-enən növləri vardır. Sözdə vurğu­nun ye­­ri çox müxtəlifdir. Belə ki, vurğu bütün dillərdə həmişə sözün bir he­­cası üzərinə düşmür, həm sözün əv­vəlində, həm ortasında, həm də so­nunda ola bilir. Bu cəhətinə görə heca vurğusu iki yerə bölünür: 1. sər­­­bəst vurğu; 2. sabit vurğu) və dilçiliyimizdə müəyyən tarixə ma­lik, qəbul edilmiş və işləklik qazanan terminlərin saxla­nıl­ma­sı (mə­sə­lən, sait, samit, feil, isim və s.) prinsipi əsas götürülmüşdür. Bun­dan baş­qa bir çox dünya dil­lərində işlənən və Azərbaycan dilində qarşı­lı­ğı­nı tam şə­kildə yaratmaq müm­kün olmayan (adstrat, adverbial, se­man­tika) ter­min­lər ol­duğu kimi sax­lanılmışdır. “İzahlı dilçilik ter­min­ləri” lüğətinin tərtibi prosesində aşağıdakı isti­qa­mətlər aparıcıdır: – dilin öz daxili im­kanları hesabına yaranan termin­lər; – rus dilindən, rus dili vasitəsi ilə baş­qa dillərdən bir­başa alınmış terminlər; – ingilis dilindən birbaşa alı­nan ter­­minlər; – qohum türk dillərindən alınan terminlər.

Lüğətin sözlüyünün hazırlanması zamanı aşağıdakı meyar və prin­siplər gözlənilmişdir:

  • Lüğətdə baş sözlər əlifba sırası ilə iri və qara şriftlə verilir.
  • Lüğətin sözlüyünə daxil edilən dilçilik termin­lərinin ge­niş, daha dolğun izahı verilir.
  • Sözlükdə əsas lüğət məqaləsindən sonra söz birləşməsi və baş sözlər də öz əksini tapmışdır. Ehtiyac olduqca “bax” mə­qalələri də verilmişdir.
  • Əsas maddədə mövzu ilə əlaqədar terminlər yenə də daxili əlifba sırası ilə qruplaşdırılmışdır.
  • Lüğətdə terminlərin orfo­qra­fiyası müasir ədəbi dilimizin or­fo­qrafiya normalarına uyğun verilmişdir.

Göstərilən prinsiplər əsasında tərtib edilmiş lüğətdə elmi-tədqi­qat və tədris prosesində tez-tez rast gəlinən terminlərin şərhinə geniş yer verilmişdir. Bə­zi tədqiqatçılar öz əsərlərində əsaslandırıl­mamış ter­min­lərdən istifadə edir­lər. Belə fərdi terminlər lüğətə daxil edil­mə­mişdir. Lüğətə dilçilikdə vahid formada qəbul edilmiş və eyni mə­nada işlənən terminlər daxil olmuşdur. Lakin bu terminlərin izahında bir-birindən fərqli fikirlər də mövcuddur. Belə terminlərin izahında, bir sıra mü­ba­hisəli məsələlərin həllində son tədqi­qat­lar əsas götürül­müş­dür.

Lüğət 912 səhifədən ibarətdir.

Comments are closed, but trackbacks and pingbacks are open.