Press "Enter" to skip to content

Azərbaycan Dillər Universitetində “Dilçiliyə giriş” kitabının təqdimatı keçirilib

“Dil ruhi ifadədir. Dilin tarixi ifadənin ruhi formalarının, eyni zamanda, sözün ən geniş mənasında incəsənətin tarixindən başqa bir şey deyil” (Karl Fossler) və b.

Deskriptiv dilçilik

Deskriptiv dilçilik — struktur dilçiliyin bir qolu, latın sözü olub, “descriptivus – təsviri” mənasında işlənir. Bu cərəyan deskriptiv dilçilik məktəbi, yəni təsviri dilçilik məktəbi də adlanırdı.

Mündəricat

1930-50-ci illərdə Amerika dilçiliyində aparıcı cərəyan olmuşdur. Deskriptiv dilçiliyin banisi Leonard Blumfild onun nəzəriyyəsini “Dil” (1933) adlı kitabında formulə etmişdir. Burada müəllifin özünün dilə aid yeni baxışları əks olunmuşdur. Kitabda, həmçinin dilin təhlil metodları və prinsiplərinin şərhinə geniş yer verilmişdir. Blumfild öz elmi konsepsiyasında dili formal cəhətdən təsvir etməyi hərtərəfli əsaslandırmışdır. Blumfildin “Dil” monoqrafiyasında diqqəti cəlb edən qiymətli cəhətlərdən biri qrammatika nəzəriyyəsidir. Onun qrammatika nəzəriyyəsində qrammatik forma əsas yer tutur. Burada müəllif qrammatik anlayışlara dair əsas terminləri müəyyənləşdirməyə də ciddi səy göstərmişdir [1] .

O, həmçinin, sintaksis sahəsində də çox böyük nailiyyətlər əldə etmişdir. Monoqrafiya V.S.Ərəbov və Q.N.Heybətov tərəfindən Azərbaycan dilinə tərcümə edilərək nəşr olunmuşdır. Lakin diqqətsizlikdən kitabın çap olunduğu il göstərilməmişdir. Əsər 28 fəsildən ibarətdir. Burada dilin tədqiqi, fonem, fonetika, fonetik struktur, məna, cümlə tipləri, sintaksis, morfologiya, leksika, yazılı abidələr, müqayisəli metod, semantik dəyişikliklər, ikidillilik, ikidillilik şəraitində alınmalar və s. sahələr öz əksini tapmışdır [1] .

Deskriptiv dilçilik məktəbinin əsas nümayəndələri B.Blok, Eduard Sepir, Zelliq Harris, Çarlz Frensis Hokket, Corc Leonard Treycer, Yucin Albert Nayda, Frans Boas, Benjamin Uolf, Kennet Li Payk və başqaları idi. Onlar da iki qrupa ayrılırdı: mentalistlər və mexanistlər. Mentalistlərin əsas nümayəndələri Blumfild özü, Çarlz Friz, Kennet Payk, Henri Qlison, mexanistlərin əsas nümayəndələri isə Zelliq Harris, Corc Leonard Treycer, B.Blok idi. Bunun səbəbi o idi ki, Ferdinand de Sossür hər bir dil işarəsində iki cəhətin olduğunu fərqləndirirdi: işarələyəni və işarələnəni, yəni ifadə planını və məzmun planını. Məhz bu bölgüyə görə Blumfildin tələbələri iki qrupa bölünürdü. Mentalistlərin fikrincə, məna faktorunu dil tədqiqatlarında nəzərdən qaçırmaq olmaz. Amma mexanistlər mənanı nəzərə almırdılar, onlar hesab edirdilər ki, dili əsaslı şəkildə təsvir etmək mümkündür [1] . Strukturalizmin digər cərəyanları kimi deskriptiv dilçilik də digər elmlərin metod və ideyalarına əsaslanmayan dilə məhz linqvistik yanaşmanı yaratmağa cəhd göstərirdilər. Avropa strukturalizmi ilə müqayisədə, aşkar emprizm, mücərrəd sxemlərdən imtina, səsli nitqə və konkret materiala istinad deskriptiv dilçilik üçün xarakterik cəhətlərdir. Deskriptiv dilçilik məktəbi nümayəndələrindən Zelliq Harrisin “Struktur dilçilikdə metodlar”, Henri Qlisonun “Deskriptiv dilçiliyə giriş” əsərlərində bu problemlərə geniş yer verilmişdir.

Xüsusiyyətləri

Dəqiq üsulların işlənib hazırlanması və intuisiyaya əsaslanmayan təsvir qaydaları tələb edən deskriptiv dilçilik metodları bir çox hallarda ABŞ hindi dillərinin öyrənilməsi əsasında formalaşmışdır. Məsələn, Frans Boas “Amerika hindlilərinin dillərinə dair rəhbərlik” əsərində Amerika hindlilərindən dakot, eskimos, oneyda, simşey və başqa xalqların dillərini sorğu-sual üsulu ilə öyrənmiş və bu dillərlə bağlı elmi müşahidələr aparmışdır. O, hind-Avropa dillərinin tədqiqi üçün müəyyənləşdirilmiş metodları Amerika hindlilərinin dillərinin öyrənilməsində tətbiq etməyin yararsız olduğunu göstərmiş və hindlilərin dillərinin tədqiqi və təsvirində yeni fərqli metodlardan –dilin formal cəhətlərini təsvir edən metodlardan istifadə olunmasını tələb etmişdir. Frans Boasın elmi ənənələrini, tədqiqat üsullarını Eduard Sepir və Leonard Blumfild davam etdirmişlər. Blumfild öz üsulunu “materialistcəsinə yanaşma” adlandırırdı. Sepirin deskriptiv dilçiliklə bağlı çoxcəhətli yaradıcılığı müasir dilçiliyin müxtəlif aktual problemləri ilə əhatə olunmuşdur. Onun elmi fəaliyyətində dilçilik elminin təsnifinin verilməsi, dil və mədəniyyətin əlaqəsini müəyyənləşdirilməsi və s. məsələlər xüsusi yer tuturdu [1] . Eduard Sepirin dilçilik görüş və mülahizələri isə “Dil” adlı nəzəri əsərində və “Dilçiliyin elm kimi vəziyyəti” məqaləsində əks etdirilmişdir. Sepir dilə mədəniyyətşünaslıq aspektindən də yanaşırdı. Onun dil və mədəniyyətin münasibəti məsələsinə dair mülahizələri Amerika dilçiliyində dil ilə mədəniyyətin, adət və ənənənin əlaqəsini öyrənən etnolinqvistikanın əsasını qoymuşdur [1] . Deskriptiv dilçiliyə görə linqvistik təsvirin əsasını nitq axınının təhlili təşkil edirdi. Bu məktəb nümayəndələri üçün hələ sintaksis və semantika işlənmədiyi halda, fonologiya və morfologiya dilin təsvirinin əsas sahələri olmuşdur.

Deskriptiv dilçiliyin nümayəndələri dilin təsvirində dəqiq yoxlanılmış ciddi qaydalar hazırlamağa çalışmışlar (riyazi dilçilik də bunun əsasında meydana gəlmişdir). Buna görə də morfologiyanın əsas vahidi morfem hesab olunurdu, söz isə nəzərə alınmırdı. Deskriptiv dilçiliyin bəzi nümayəndələri (Zelliq Harris və başqaları) mənaya diqqət yetirmədən dilin təsvirini təklif edirdilər, bu isə uğurlu nəticələr əldə etməyə mane oldu. Lakin fonologiya və morfologiya sahəsində tədqiqat metodlarının işlənib hazırlanması və onların konkret materiala tətbiqi müsbət nəticələr idi. Deskriptiv dilçilik çərçivəsində çoxlu dillər araşdırılmışdır ki, onlardan bəziləri ilk təsvir olunurdu. Buna baxmayaraq, metod nəzəriyyədən, təsvir isə izahdan üstün idi.

1950-ci illərin sonu – 1960-cı illərin əvvəllərində deskriptiv dilçilik Harrisin şagirdi Noam Homski tərəfindən kəskin tənqidə məruz qaldı. Həmin tənqidin təsiri altında deskriptiv dilçilik 1960-cı illərin birinci yarısında tezliklə öz mövqelərini itirdi [2] .

İstinadlar

  1. 12345 Seyidəliyev N. (2015). Afad Qurbanov və ümumi dilçilik. Bakı: Zərdabi LTD. səh. 152-159.
  2. Большая Российская Энциклопедия. Т. VIII. Москва. 2004.
  • Azərbaycan Milli Ensiklopediyası. VI cild. Bakı. 2015.
  • Axundov A. (1979). Ümumi dilçilik (dilçiliyin tarixi, nəzəriyyəsi və metodları). Bakı: Maarif. səh. 254.
  • Babayev A.M. (2012). Dilçiliyə giriş. Bakı: Zərdabi LTD. səh. 515.

Avqust 08, 2021
Ən son məqalələr

Ağaəlili (Heris)

Ağaəmi Heybətov

Ağbat

Ağbaba

Ağbaba mahalı

Ağban piltiri aymağı

Ağbaş bələdiyyəsi

Ağbaş kərkəs

Ağbaş qartal

Ağbaş siçanaoxşar

Ən çox oxunan

Jet Cəmiyyəti

Jetikonır

Jeton Kelmendi

Jetuliu Varqas

Jetısay

deskriptiv, dilçilik, struktur, dilçiliyin, qolu, latın, sözü, olub, descriptivus, təsviri, mənasında, işlənir, cərəyan, deskriptiv, dilçilik, məktəbi, yəni, təsviri, dilçilik, məktəbi, adlanırdı, mündəricat, haqqında, xüsusiyyətləri, istinadlar, ədəbiyyathaqq. Deskriptiv dilcilik struktur dilciliyin bir qolu latin sozu olub descriptivus tesviri menasinda islenir Bu cereyan deskriptiv dilcilik mektebi yeni tesviri dilcilik mektebi de adlanirdi Mundericat 1 Haqqinda 2 Xususiyyetleri 3 Istinadlar 4 EdebiyyatHaqqinda Redakte1930 50 ci illerde Amerika dilciliyinde aparici cereyan olmusdur Deskriptiv dilciliyin banisi Leonard Blumfild onun nezeriyyesini Dil 1933 adli kitabinda formule etmisdir Burada muellifin ozunun dile aid yeni baxislari eks olunmusdur Kitabda hemcinin dilin tehlil metodlari ve prinsiplerinin serhine genis yer verilmisdir Blumfild oz elmi konsepsiyasinda dili formal cehetden tesvir etmeyi herterefli esaslandirmisdir Blumfildin Dil monoqrafiyasinda diqqeti celb eden qiymetli cehetlerden biri qrammatika nezeriyyesidir Onun qrammatika nezeriyyesinde qrammatik forma esas yer tutur Burada muellif qrammatik anlayislara dair esas terminleri mueyyenlesdirmeye de ciddi sey gostermisdir 1 O hemcinin sintaksis sahesinde de cox boyuk nailiyyetler elde etmisdir Monoqrafiya V S Erebov ve Q N Heybetov terefinden Azerbaycan diline tercume edilerek nesr olunmusdir Lakin diqqetsizlikden kitabin cap olundugu il gosterilmemisdir Eser 28 fesilden ibaretdir Burada dilin tedqiqi fonem fonetika fonetik struktur mena cumle tipleri sintaksis morfologiya leksika yazili abideler muqayiseli metod semantik deyisiklikler ikidillilik ikidillilik seraitinde alinmalar ve s saheler oz eksini tapmisdir 1 Deskriptiv dilcilik mektebinin esas numayendeleri B Blok Eduard Sepir Zelliq Harris Carlz Frensis Hokket Corc Leonard Treycer Yucin Albert Nayda Frans Boas Benjamin Uolf Kennet Li Payk ve basqalari idi Onlar da iki qrupa ayrilirdi mentalistler ve mexanistler Mentalistlerin esas numayendeleri Blumfild ozu Carlz Friz Kennet Payk Henri Qlison mexanistlerin esas numayendeleri ise Zelliq Harris Corc Leonard Treycer B Blok idi Bunun sebebi o idi ki Ferdinand de Sossur her bir dil isaresinde iki cehetin oldugunu ferqlendirirdi isareleyeni ve isareleneni yeni ifade planini ve mezmun planini Mehz bu bolguye gore Blumfildin telebeleri iki qrupa bolunurdu Mentalistlerin fikrince mena faktorunu dil tedqiqatlarinda nezerden qacirmaq olmaz Amma mexanistler menani nezere almirdilar onlar hesab edirdiler ki dili esasli sekilde tesvir etmek mumkundur 1 Strukturalizmin diger cereyanlari kimi deskriptiv dilcilik de diger elmlerin metod ve ideyalarina esaslanmayan dile mehz linqvistik yanasmani yaratmaga cehd gosterirdiler Avropa strukturalizmi ile muqayisede askar emprizm mucerred sxemlerden imtina sesli nitqe ve konkret materiala istinad deskriptiv dilcilik ucun xarakterik cehetlerdir Deskriptiv dilcilik mektebi numayendelerinden Zelliq Harrisin Struktur dilcilikde metodlar Henri Qlisonun Deskriptiv dilciliye giris eserlerinde bu problemlere genis yer verilmisdir Xususiyyetleri RedakteDeqiq usullarin islenib hazirlanmasi ve intuisiyaya esaslanmayan tesvir qaydalari teleb eden deskriptiv dilcilik metodlari bir cox hallarda ABS hindi dillerinin oyrenilmesi esasinda formalasmisdir Meselen Frans Boas Amerika hindlilerinin dillerine dair rehberlik eserinde Amerika hindlilerinden dakot eskimos oneyda simsey ve basqa xalqlarin dillerini sorgu sual usulu ile oyrenmis ve bu dillerle bagli elmi musahideler aparmisdir O hind Avropa dillerinin tedqiqi ucun mueyyenlesdirilmis metodlari Amerika hindlilerinin dillerinin oyrenilmesinde tetbiq etmeyin yararsiz oldugunu gostermis ve hindlilerin dillerinin tedqiqi ve tesvirinde yeni ferqli metodlardan dilin formal cehetlerini tesvir eden metodlardan istifade olunmasini teleb etmisdir Frans Boasin elmi enenelerini tedqiqat usullarini Eduard Sepir ve Leonard Blumfild davam etdirmisler Blumfild oz usulunu materialistcesine yanasma adlandirirdi Sepirin deskriptiv dilcilikle bagli coxcehetli yaradiciligi muasir dilciliyin muxtelif aktual problemleri ile ehate olunmusdur Onun elmi fealiyyetinde dilcilik elminin tesnifinin verilmesi dil ve medeniyyetin elaqesini mueyyenlesdirilmesi ve s meseleler xususi yer tuturdu 1 Eduard Sepirin dilcilik gorus ve mulahizeleri ise Dil adli nezeri eserinde ve Dilciliyin elm kimi veziyyeti meqalesinde eks etdirilmisdir Sepir dile medeniyyetsunasliq aspektinden de yanasirdi Onun dil ve medeniyyetin munasibeti meselesine dair mulahizeleri Amerika dilciliyinde dil ile medeniyyetin adet ve enenenin elaqesini oyrenen etnolinqvistikanin esasini qoymusdur 1 Deskriptiv dilciliye gore linqvistik tesvirin esasini nitq axininin tehlili teskil edirdi Bu mekteb numayendeleri ucun hele sintaksis ve semantika islenmediyi halda fonologiya ve morfologiya dilin tesvirinin esas saheleri olmusdur Deskriptiv dilciliyin numayendeleri dilin tesvirinde deqiq yoxlanilmis ciddi qaydalar hazirlamaga calismislar riyazi dilcilik de bunun esasinda meydana gelmisdir Buna gore de morfologiyanin esas vahidi morfem hesab olunurdu soz ise nezere alinmirdi Deskriptiv dilciliyin bezi numayendeleri Zelliq Harris ve basqalari menaya diqqet yetirmeden dilin tesvirini teklif edirdiler bu ise ugurlu neticeler elde etmeye mane oldu Lakin fonologiya ve morfologiya sahesinde tedqiqat metodlarinin islenib hazirlanmasi ve onlarin konkret materiala tetbiqi musbet neticeler idi Deskriptiv dilcilik cercivesinde coxlu diller arasdirilmisdir ki onlardan bezileri ilk tesvir olunurdu Buna baxmayaraq metod nezeriyyeden tesvir ise izahdan ustun idi 1950 ci illerin sonu 1960 ci illerin evvellerinde deskriptiv dilcilik Harrisin sagirdi Noam Homski terefinden keskin tenqide meruz qaldi Hemin tenqidin tesiri altinda deskriptiv dilcilik 1960 ci illerin birinci yarisinda tezlikle oz movqelerini itirdi 2 Istinadlar Redakte 1 2 3 4 5 Seyideliyev N 2015 Afad Qurbanov ve umumi dilcilik Baki Zerdabi LTD seh 152 159 Bolshaya Rossijskaya Enciklopediya T VIII Moskva 2004 Edebiyyat RedakteAzerbaycan Milli Ensiklopediyasi VI cild Baki 2015 Axundov A 1979 Umumi dilcilik dilciliyin tarixi nezeriyyesi ve metodlari Baki Maarif seh 254 Babayev A M 2012 Dilciliye giris Baki Zerdabi LTD seh 515 Menbe https az wikipedia org w index php title Deskriptiv dilcilik amp oldid 5818916, wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, hersey,

ne axtarsan burda

en yaxsi meqale sayti, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, seks, porno, indir, yukle, sex, azeri sex, azeri, seks yukle, sex yukle, izle, seks izle, porno izle, mobil seks, telefon ucun, chat, azeri chat, tanisliq, tanishliq, azeri tanishliq, sayt, medeni, medeni saytlar, chatlar, mekan, tanisliq mekani, mekanlari, yüklə, pulsuz, pulsuz yüklə, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar.

Azərbaycan Dillər Universitetində “Dilçiliyə giriş” kitabının təqdimatı keçirilib

Azərbaycan Dillər Universitetində (ADU) Auditoriya+ şöbəsinin təşkilatçılığı ilə bu ali məktəbin ümumi dilçilik kafedrasının professoru, eksperimental fonetika və tətbiqi dilçilik elmi-tədqiqat laboratoriyasının müdiri Fəxrəddin Veysəllinin “Dilçiliyə giriş” kitabının təqdimat mərasimi keçirilib.

ADU-dan AZƏRTAC-a bildiriblər ki, kafedranın müdiri, professor Azad Məmmədov dilçiliyə giriş fənninin Azərbaycan, rus və ingilis dillərində tədris olunduğunu söyləyib. Bu fənnin əhəmiyyətini qeyd edən professor onun dilçiliyin öyrənilməsində böyük rol oynadığını diqqətə çatdırıb.

Kitabın müəllifi F.Veysəlli “Dilçiliyə giriş” dərs vəsaiti haqqında məlumat verib, nəşrin xüsusiyyətləri, müraciət etdiyi mövzular barədə danışıb. O qeyd edib ki, kitabı hazırlayarkən dünya dilçilik irsini Azərbaycana gətirmək, azərbaycanlı tələbələri elmin yeni nailiyyətləri ilə tanış etmək, onlara dilçiliyin əsaslarını çatdırmaq, eyni zamanda, nəzəriyyə ilə təcrübəni əlaqələndirmək məqsədlərini ön plana çıxarıb. F.Veysəllinin sözlərinə görə, iyirmi fəsildən ibarət olan kitabda müasir dilçiliyin problemlərinin həlli araşdırılıb, həmçinin kitaba 100 test tapşırığı əlavə olunub.

Digər çıxış edənlər də “Dilçiliyə giriş” kitabını dilə geniş nəzəri müddəalar gətirən, dilçilik elmini ictimaiyyətə çatdıran, tələbələr və tədqiqatçılar üçün çox böyük təcrübi əhəmiyyətə malik olan, dilə insan nöqteyi-nəzərindən yanaşan təqdirəlayiq bir dərs vəsaiti kimi dəyərləndirib, müəllifə uğurlar arzulayıblar.

Qeyd edək ki, “Dilçiliyə giriş” kitabı dilin və dilçiliyin yaranması, dilin strukturu və sistemi, dilçiliyin şöbələri və başqa elmlərlə əlaqəsi məsələlərini, dilçiliyin obyekt və predmetini, onun tədqiqat metodlarını işıqlandırır, dilin daxili strukturunu açıb göstərir, söz və cümlə semantikasını müasir nəzəriyyələr baxımından şərh edir.

Azərbaycanda ümumi dilçilik dərsləri – Nizami CƏFƏROV yazır – Nizami CƏFƏROV

Dil haqqında elmin tarixini yazının meydana çıxdığı dövrlərdən başlamaq, əlbəttə, ona görə tamamilə özünü doğruldur ki, ən qədim dilçilər şifahi nitqi bu və ya digər miqyasda üzvlərinə ayıraraq yazılı nitqə çevirmişlər. Və bu, dilin (daha doğru olar ki, deyək: nitqin) quruluşu barədə müəyyən təsəvvürlərin yaranmasına elə əhəmiyyətli təkan vermişdi ki, sonralar dil barəsindəki elm, bir qayda olaraq, şifahi deyil, yazılı nitqin tədqiqinə əsaslanmalı olmuşdur.

Ferdinand de Sössür XX əsrin əvvəllərində “Ümumi dilçilik kursu”nda deyirdi:

“Dilçilik özünün əsl və yeganə obyektinin nə olduğunu dərk edənə qədər üç ardıcıl inkişaf mərhələsindən keçmişdir.

Dilçiliyin əsası, əgər belə demək mümkünsə, “qrammatika” ilə qoyulmuşdur. Əvvəlcə yunanlarda meydana çıxan, sonra əsas etibarilə Fransada inkişaf edən bu fənn məntiqə əsaslandığı üçün dilə elmi və obyektiv baxışdan məhrum idi.

. Sonralar filologiya meydana çıxdı. Onun məqsədi, hər şeydən əvvəl, mətnləri izah və şərh etməkdir.

. Üçüncü mərhələ dilləri bir-birilə müqayisə etmək imkanının kəşfi ilə başladı. Lakin təkcə müqayisə ilə düzgün nəticələrə gəlib çıxmaq olmaz”.

Məsələ burasındadır ki, dilçilik, demək olar ki, bütün tarixi boyu dil ətrafında “dolanaraq” həm praktik müşahidələri, həm də az-çox nəzəri mühakimələri ilə bu və ya digər səviyyədə “dil nədir” sualına cavab verməli olmuşlar. Və əslində, dilin nə olduğu məsələsinə müdaxilə edən digər elmlər içərisində dil haqqındakı elmin mövqeyini, ilk növbədə, “dil nədir” sualına verdiyi cavabın nə dərəcədə əsaslı olub-olmaması müəyyənləşdirmişdir.

Elmi dilçiliyin meydana çıxdığı XIX əsrin əvvəllərindən ta XX əsrin əvvəllərinə qədər “dil nədir” sualına verilmiş ən mötəbər cavabları nəzərdən keçirsək görərik ki, onların biri digərini, prinsip etibarilə, istisna etmir:

“Dil – fikir formalaşdıran orqandır. Tamamilə ruhi, dərinliklərinə qədər daxili və heç bir iz qoymadan keçən əqli fəaliyyət nitq səsləri vasitəsilə maddiləşir və hissi qavrama üçün əlçatan olur. Ona görə də təfəkkür fəaliyyəti və dil qırılmaz şəkildə əlaqədə təqdim edilir. Dil xalq ruhunun, sanki xarici təzahürüdür; xalqın dili onun ruhudur və xalqın ruhu onun dilidir – bundan daha çox eynilik təsəvvür etmək çətindir. Dil ruhun elə bir davamlı fəaliyyətini təqdim edir ki, həmin fəaliyyət səsi, nəticə etibarilə, fikrin ifadəsinə çevirə bilsin” (Vilhelm fon Humboldt).

“Dil fikrin səsli ifadəsidir, səslərdə təzahür edən təfəkkür prosesidir” (Avqust Slayxer).

“Dil. dərk olunmuş daxili, psixi və ruhi hərəkətlərin vəziyyət və münasibətlərinin tələffüz olunan səslər vasitəsilə ifadəsidir” (Haynrix Ştayntal).

“Dilin mahiyyəti ünsiyyətlə müəyyən olunur” (Hüqo Şuxardt).

“Dil ruhi ifadədir. Dilin tarixi ifadənin ruhi formalarının, eyni zamanda, sözün ən geniş mənasında incəsənətin tarixindən başqa bir şey deyil” (Karl Fossler) və b.

“Dil nədir” sualına dilçilik ən çox maraq doğuran cavabı Ferdinand de Sössürün şəxsində XX əsrin əvvəllərində verdi. Dahi dilçi, hər şeydən əvvəl, insanın nitq fəaliyyətində dillə nitqi bir-birindən fərqləndirərək dilçiliyin yeganə obyektinin o zamana qədər əsasən “dil” adı altında sinkretik (mücərrəd) şəkildə öyrənilən hadisə deyil, “iyerarxik işarələr sistemi” olduğunu sübut etdi. Və bu kəşf tezliklə ən azı üç struktur dilçilik məktəbinin – Praqa funksional dilçiliyinin, Amerika deskriptivizminin və Kopenhagen qlossematikasının yaranmasına gətirib çıxardı.

Azərbaycanda ümumi dilçiliyin öyrənilməsinə 1919-cu ildə Bakı Dövlət Universitetinin (və onun tərkibində Ümumi dilçilik kafedrasının) yaradılması ilə başlanılmışdır. “Dilçiliyimizin məbədi (BDU-nun Ümumi dilçilik kafedrasının tarixi)” kitabının müəllifi professor Adil Babayev göstərir ki, “Ümumi dilçilikdən dərs deyən V.B.Tomaşevskinin, M.V.Belyayevin, P.O.Piloşevskinin xidmətlərini kiçiltmədən demək olar ki, onlar bu fənn üçün. B.Çobanzadə və başqaları qədər can yandırmamışlar. Bəkir Çobanzadə Bakıya gələn kimi 1924-cü ildə türkologiyada ümumi dilçiliyə aid “Türk- tatar lisaniyyatına mədxəl”. yarada bildi”.

Professor Bəkir Çobanzadə “Mədxəl”də dilçiliyin mövzusu, vəzifələri və üsulları barədə bəhs edərkən yazır:

“Lisan elmində tədqiq mövzusu insanların nitqi, lisanıdır. Lisan isə ən ümumi və geniş mənada hiss və fikirlərimizi ifadə edən işarətlərin öylə bir məcmusudur ki, bunları hassələrimiz vasitəsilə fəhm və tələqqi etmək və eyni zamanda, iradəmizlə təkrar istehsal etmək mümkün olur”.

“. Lisaniyyat lisanın hadisələrini keçmiş və şimdiki – əgər bu sonuncusu var isə – dövrləri arasındakı təbəddüllər nöqteyi-nəzərindən çarpışdırmaq, qarşılaşdırmaq üsulunu tutduğundan lisaniyyatın üsulu bu təqdirdə müqayisə üsulu olmuş olur. Ancaq hər hankı bir dilin ömrü boyunca keçirdiyi dürlü dövrləri, onun şivələrini və nəhayət, nəşət etdiyi ana dili bir-birilə müqayisə etmək təriqilə bu lisanın ömründə təbəddül və təkamülündə hökm etmiş olan ruhi və üzvi qanunları bulub çıxarırız və bu surətlə qarşımızda bir-birini təqib edən müxtəlif dövrlərin geniş lövhəsi açılır ki, bu lövhədə artıq insanın ən əsrarəngiz, ən tilsimli bir şeyi olan lisanın taleyi açıqcasına gözümüz önündə tərəssüm edər.

İştə bu surətlə lisaniyyat elminin başlıca əsası bir-birinə yaxınlığı, qərabəti olan lisanların tarixi müqayisə üsulu ilə tədqiqidir. Digər tərəfdən, yalnız bir-birinə yaxın olan lisanlar deyil, ümumiyyətlə yer üzündə mövcud olan bütün lisanların təşəkkülatı, üzviyyəti arasında pək çox müsavi və müşabihə nöqtələr bulunduğundan bir-birinə yaxın olmayan lisanları bir-birilə müqayisə etmək lisaniyyat elminin ən əsaslı tələblərindən biridir”.

“Mədxəl”in nəşrindən bir neçə il keçmiş Sovet İttifaqında ümumi dilçiliyi akademik Nikolay Yakovleviç Marrın “dilçilikdə yeni təlim”i əvəz etdiyindən müqayisəli-tarixi araşdırmalar qadağan olunur. Və XX əsrin 40-cı illərinin axırlarında aparılan dilçilik müzakirələrindən sonra dövlət başçısı İ.V.Stalin təxminən iyirmi beş illik bir dövrdə sovet dilçiliyində marksizmi təmsil etmiş “yeni təlim”i məhz antimarksizmdə ittiham elədi.

Və beləliklə, sovet dilçiliyi 1950-ci illərdən etibarən ümumi dilçilik nəzəriyyələrini “əlifba”dan öyrənmək məcburiyyəti altında qaldı.

Adil Babayev yazır:

“1961-ci ildə ümumi dilçilik kafedrasının dosenti (sonra professoru) N.N.Məmmədov 1945-ci ildən oxumağa başladığı mühazirələr əsasında “Dilçiliyin əsasları” adlı dərsliyini nəşr etdirdi. Bu əsər Azərbaycan dilçiliyində B.Çobanzadənin “Mədxəl”indən sonra ilk hadisə idi”.

Sovet ideologiyasının üzvi tərkib hissəsi olan sovet, eləcə də Azərbaycan sovet dilçiliyi 60, 70 və 80-ci illərdə demək olar ki, heç bir ümumi dilçilik təlimi yarada bilmədi. Həmin illərdə tərtib olunmuş ümumi dilçilik dərsliklərində aparıcı “metod” dünyada az-çox geniş yayılmış ümumi dilçilik nəzəriyyələrinin məhz sovet ideologiyası mövqeyindən “tənqidi şərh”indən ibarət idi ki, həmin “şərhlər”, bir qayda olaraq, məsələn, Vilhelm fon Humboldt, Ferdinand de Sössür, Leonard Blumfild, Lui Yelmselev. kimi dahi dilçilərin dil haqqındakı mülahizələrini çox hallarda təhrif edirdi. Bu baxımdan Azərbaycanda, ümumən müttəfiq respublikalarda vəziyyətin daha acınacaqlı olduğunu xüsusi qeyd etmək lazımdır. Hər şeydən əvvəl ona görə ki, dünya dilçiliyi klassiklərinin əsərləri nəinki müttəfiq respublika xalqlarının dillərinə (o cümlədən Azərbaycan dilinə), eləcə də əksəriyyəti rus dilinə tərcümə edilmədiyinə görə ən populyar nəzəriyyələri belə, ilk mənbədən öyrənmək mümkün deyildi.

Dilçilik elmi biri digəri ilə əlaqədar olan (və tarixi ardıcıllıqla biri digərindən törəmiş) üç sahəyə, yaxud səviyyəyə ayrılır ki, onlardan birincisi xüsusi dilçilik, ikincisi müqayisəli dilçilik, üçüncüsü isə ümumi dilçilikdir.

Xüsusi dilçilik konkret bir dili öyrənir; məsələn, Azərbaycan dilçiliyi, rus dilçiliyi, ingilis dilçiliyi və s. Lakin nəzərə almaq lazımdır ki, bu ifadə-terminlər hər hansı bir dili (müvafiq olaraq Azərbaycan dili, rus dili, ingilis dili və s.) öyrənən elmi bildirməklə yanaşı, Azərbaycanda, Rusiyada, İngiltərədə və s. aparılan dilçilik araşdırmalarının ümumi vəziyyətini də göstərə bilir; belə ki, “Azərbaycan dilçiliyi” dedikdə Azərbaycanda rus, ingilis, ərəb və s. dilçiliyi də başa düşülür. Əlbəttə, “xüsusi dilçilik” anlayışına həmin ifadə terminlərin birinci mənası aiddir.

Dil haqqında elmin məhz bir dilin öyrənilməsindən – xüsusi dilçilikdən başlaması, prinsip etibarilə, heç bir şübhə doğurmur. Və dilçiliyin tarixi göstərir ki, dil barəsindəki ilk az-çox təsəvvürlər ayrı-ayrı dillərin fonetik, leksik, qrammatik, üslubi xüsusiyyətləri üzərində aparılmış müşahidələrdən yaranmışdır. Dilçiliyin sonrakı səviyyələri təşəkkül tapandan sonra da xüsusi dilçilik nəinki öz aktuallığını itirmiş, əksinə, ayrı- ayrı dillərin daha dərindən tədqiqi üçün geniş nəzəri-metodoloji imkanlar meydana çıxmışdır.

Müqayisəli dilçilik iki və ya daha çox dilin müqayisəli öyrənilməsinə əsaslanmaqla bir-birindən fərqli iki sahəyə ayrılır:

1) müqayisəli-tarixi dilçilik,

2) müqayisəli-tipoloji dilçilik.

Müqayisəli-tarixi dilçilik eyni mənşəli dillərin müqayisəli araşdırılması ilə məşğuldur. Və bu müqayisənin əsas məqsədi praformaları (bir neçə qohum dil üçün tarixən ortaq olmuş dil quruluşu modelləri) bərpa etmək, nəticə etibarilə, pradil (ulu dil) barəsində mümkün qədər aydın təsəvvür yaratmaqdan ibarətdir.

Müqayisəli-tipoloji dilçilik qohum olmayan dilləri müqayisəli araşdırmaqla dil tiplərinin səciyyəvi əlamətlərini aşkarlayır.

Ümumi dilçilik həm xüsusi, həm də müqayisəli dilçiliyin uğurlarına əsaslanaraq dil haqqında elmi keyfiyyətcə yeni səviyyə yüksəldir. Hər şeydən əvvəl o mənada ki, hər iki dilçilik səviyyəsinin problemlərini özündə ehtiva edən ümumi dilçilik həmin problemlərə dil adlandırılan hadisənin mahiyyəti, ən ümumi qanunauyğunluqları baxımından yanaşmaqla universal prinsiplər müəyyənləşdirməyə çalışır. Həmin prinsiplərin nə dərəcədə əsaslı olub-olmamasına isə müxtəlif dilçilik məktəbləri, təlimləri, nəzəriyyələri arasındakı polemik münasibət münsiflik edir.

Heç şübhəsiz, ümumi dilçilik dərslərində dilçiliyin bütün problemlərini əhatə etmək mümkün deyil, bununla belə, dil haqqında elmin əsaslarını təşkil edən elə fundamental mövzular vardır ki, onlar diqqət mərkəzində dayanmalıdır. Yeri gəlmişkən, ümumi dilçilik mütəxəssislərinin əsərlərində ümumi dilçiliyin bu və ya digər probleminə həmin mütəxəssisin maraq dairəsindən asılı olaraq az, yaxud çox diqqət yetirməsinə tez-tez rast gəlinir. Ancaq mümkün qədər mükəmməl şərh təcrübəsi göstərir ki, aşağıdakı məsələlər ilk növbədə əhatə olunsun: dilçiliyin tarixi; dilin mahiyyəti, quruluşu (strukturu); dil və cəmiyyət; nitqin normaları, funksional üslub texnologiyaları; dilin tarixi; dil əlaqələri; dillərin təsnifi və nəhayət, dilçiliyin metodları.

Akademik Ağamusa Axundovun neçə on illərdir ki, Azərbaycan ali məktəblərində ümumi dilçilik problemlərinin yüksək səviyyədə tədrisinə uğurla xidmət edən “Ümumi dilçilik” dərsliyində həmin problemlər üç qrupda birləşdirilir: dilçiliyin 1) tarixi, 2) nəzəriyyəsi və 3) metodları. Bu isə ona gətirib çıxarır ki, dilçiliyin tarixi, xüsusilə ayrı-ayrı dilçilik klassiklərinin nəzəriyyələri izah olunarkən nəzərdən keçirilən məsələlər bir də həm dilçilik nəzəriyyəsində, həm də dilçiliyin metodlarında istər-istəməz təkrar edilir.

Ali təhsilin bakalavr pilləsində iki ümumi dilçilik fənninin (dilçiliyə girişlə ümumi dilçiliyin) keçilməsi də metodiki baxımdan özünü doğrultmur. Və daha yaxşı olardı ki, yuxarı kurslarda yalnız bir fənn – ümumi dilçilik tədris olunsun. Fikrimizcə, bu fənnin strukturu və ya problematikası indiki dilçiliyə girişlə indiki ümumi dilçiliyin mövzularını keyfiyyətcə birləşdirməlidir. Vaxtilə həmin məsələni akademik Afad Qurbanov qaldırmış, özünün kifayət qədər populyar dərsliyini də “Ümumi dilçilik” adlandırmışdır. Lakin qeyd etmək lazımdır ki, Afad müəllimin dərsliyində təfərrüata həddindən artıq yer verilir. Və bu təfərrüat elə bir miqyas alır ki, müəllif həddindən artıq materialist mövqedən ümumi dilçilik klassiklərinin, demək olar ki, bütün nəzəriyyələrini “saf-çürük” etdiyindən dil haqqında elmin ümumi dilçilik sahəsi və ya səviyyəsinin ümumən metodiki taleyi həmin interpretasiyada, prinsip etibarilə, havadan asılı qalır.

Heç şübhəsiz, 50, 60 və 70-ci illərdə dünya dilçiliyini dünyadan geri qalmış rus-sovet dilçiliyinin özünəməxsus (çox hallarda vulqar materialist) şərh texnologiyaları əsasında mənimsəyən Azərbaycan dilçilərinin ilk mənbələrdən uzaq ümumi dilçilik dərsləri müasir dövrün tələblərinə cavab verə bilməz.

Ali təhsilin magistratura pilləsinə gəldikdə isə burada ümumi dilçiliyin öyrədilməsinə diferensial yanaşılmalı, başqa sözlə, dilçiliyin tarixi, dil nəzəriyyəsi (hətta mühüm dilçilik nəzəriyyələri, təlimləri, məktəbləri), dilçiliyin tədqiqat metodları ayrı-ayrılıqda tədris edilməlidir.

Məlum olduğu kimi, ümumi dilçilik, ilk növbədə, hind-Avropa dillərinin müqayisəli- tarixi tədqiqinin nəticəsi olaraq formalaşmışdır. Lakin düşünmək olmaz ki, ümumi dilçiliyin mövcud elmi-nəzəri prinsipləri digər dil ailələrinin, yaxud dillərin tədqiqinə ümumiyyətlə yaramır. Əvvəla ona görə ki, ümumi dilçiliyin ən müxtəlif mənşəli dillərin öyrənilməsi sahəsində artıq zəngin metodoloji təcrübə vardır; ikincisi isə unutmaq olmaz ki, ümumi dilçilik ümumən dili öyrənir.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

Comments are closed, but trackbacks and pingbacks are open.