Press "Enter" to skip to content

Dirçəliş-xxi əsr

Azərbaycanın və Ermənistanın dövlət başçıları və xarici işlər nazirləri səviyyəsində aparılan danışıqlar müsbət

Dirçəliş 21-ci əsr

“XXI Century International Education and Innovation Center” LLC is looking for an Physics teacher for the 2022/2023 academic year in the International Department of General Secondary Education School (English). 01.02.2023

Tarix müəllimi

“XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi” MMC-nin nəzdində fəaliyyət göstərən Ümumtəhsil məktəbinin orta və tam orta təhsil bölməsində 2022/2023 tədris ili üçün Tarix müəllimi (Azərbaycan bölməsi) vəzifəsi üçün vakansiya mövcuddur. 01.02.2023

Rus dili müəllimi

“XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi” MMC-nin nəzdində fəaliyyət göstərən Ümumtəhsil məktəbinə 2022/2023 tədris ili üçün Rus dili müəllimi vəzifəsi üçün vakansiya mövcuddur. 05.01.2023

Məktəbəqədər təhsil üzrə müəllimi (ingilis)

“XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi” MMC-nin nəzdində fəaliyyət göstərən Məktəbəqədər Təhsil bölməsində (KİPİNA) 2022/2023 tədris ili üçün Məktəbəqədər təhsil üzrə müəllimi (ingilis) vəzifəsi üçün vakansiya mövcuddur. 15.12.2022

Məktəbəqədər təhsil üzrə köməkçi müəllim (ingilis)

“XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi” MMC-nin nəzdində fəaliyyət göstərən Məktəbəqədər Təhsil bölməsində (KİPİNA) 2022/2023 tədris ili üçün Məktəbəqədər təhsil üzrə köməkçi müəllim (ingilis) vəzifəsi üçün vakansiya mövcuddur. 15.12.2022

Fizika müəllimi

“XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi” MMC-nin nəzdində fəaliyyət göstərən Ümumtəhsil məktəbinin orta və tam orta təhsil bölməsində 2022/2023 tədris ili üçün Fizika müəllimi (Rus bölməsi) vəzifəsi üçün vakansiya mövcuddur. 17.10.2022

ICT teacher

“XXI Century International Education and Innovation Center” LLC is looking for an ICT teacher for the 2022/2023 academic year in the International Department of General Secondary Education School (English). 17.10.2022

Teacher assistant

“XXI Century International Education and Innovation Center” LLC is looking for a Teacher Assistant for the 2022/2023 academic year in the International Department of the General Secondary Education School (English). 17.10.2022

Primary school teacher

“XXI Century International Education and Innovation Center” LLC is looking for a Primary school teacher for the 2022/2023 academic year in the International Department of the General Secondary Education School (English). 17.10.2022

Texniki işçi

“XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi” MMC-də Texniki işçi vəzifəsi üçün vakansiya mövcuddur. 02.09.2022

Dirçəliş-xxi əsr

“Dirçəliş-XXI əsr”.-2010.-№143-144.-S.292-297.

DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN NİZAMLANMASI

PROSESİNDƏ NÖVBƏTİ MƏRHƏLƏ

(2003-2006-cı illər)

Alı BALAYEV,

tarix elmləri namizədi

Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illər ölkəmizin

müstəqilliyinin qorunması, siyasi sabitliyin təmin edilməsi, iqtisadi tənəzzülün qarşısının alınması, ictimai və

iqtisadi həyatın bütün sahələrində köklü islahatların aparılması, dövlətimizin beynəlxalq arenada mövqeyinin

möhkəmlənməsi ilə yanaşı, Dağlıq Qarabağ münaqişəsində atəşkəsə nail olunmaqla problemin danışıqlar yolu ilə

çözülməsi istiqamətində həyata keçirilən səylərlə tarixə düşdü.

2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev bütün digər sahələrdə olduğu

kimi, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi sahəsində də

Heydər Əliyevin siyasi xəttini layiqincə uğurla davam etdirdiyini təsdiqlədi.

İlham Əliyevin Azərbaycan Prezidenti kimi fəaliyyətinin ilk üç ili göstərdi ki, o, ulu öndər Heydər Əliyevin

siyasi kursunu sadəcə davam etdirməklə kifayətlənməmiş, bu kursun dövrün, zamanın tələblərinə uyğun

təkmilləşdirilməsinə və siyasi qətiyyət göstərərək ölkəmiz üçün taleyüklü məsələlərin yoluna qoyulmasına nail

Üçillik zaman kəsiyində ölkəmizdə siyasi hüquqi, iqtisadi islahatlar uğurla davam etdirilmiş, iri

infrastrukturlar, layihələr həyata keçirilmiş, ölkəmizin beynəlxalq əlaqələri və nüfuzu daha da güclənmiş,

sosial-iqtisadi inkişafı parametrlərinə görə Azərbaycan dünyanın lider dövlətlərindən birinə çevrilmişdir.

Prezident İlham Əliyev ən böyük və hələlik, həllinə nail ola bilmədiyimiz problem olan

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və Azərbaycanın ərazi bütövlüyü

çərçivəsində, beynəlxalq hüquq normaları əsasında nizamlanması üçün son dərəcə aktivlik nümayiş etdirmişdir. Bu

istiqamətdə həyata keçirilmiş məqsədyönlü siyasət nəticəsində Ermənistan bir sıra dövlətlər və nüfuzlu beynəlxalq

təşkilatlar tərəfindən təcavüzkar dövlət kimi tanınmışdır. Lakin dünyadakı ikili standartlar problemin ədalətli həlli

qarşısında sədd çəkir.

Bununla belə, Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, sülh danışıqları torpaqlarımızın azad

edilməsi istiqamətində yeganə vasitə deyil.

İlham Əliyevin prezidentliyinin ilk üç ili Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin

nizamlanması ilə bağlı danışıqlar prosesinin sürətlənməsi ilə yadda qaldı.

Hələ Azərbaycan Respublikasının Baş naziri işləyərkən, 2003-cü il sentyabr ayının 4-də İlham Əliyev

ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakovla görüşündə qətiyyətlə qeyd etdi ki, XXI əsrdə,

Azərbaycanın və Ermənistanın BMT, MDB, Avropa Şurası kimi beynəlxalq təşkilatların üzvü olduğu, dünya

strukturlarına inteqrasiya etdiyi bir dövrdə işğalın davam etməsi yolverilməzdir [3, s. 107, 520].

2004-cü il fevral ayının 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ATƏT-in Parlament

Assambleyası sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Qoran Lenmarkerin başçılıq etdiyi

nümayəndə heyətini qəbul etdi. Prezident qonağın nəzərinə işğal altındakı Azərbaycan ərazilərinin vəziyyətini, ölkə

iqtisadiyyatına vurulmuş böyük zərəri, 1 milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə

düşməsini çatdırmış və ATƏT-in səylərinin bu məqamda nəticəsiz qaldığını da vurğulamışdır.

Qonaq Avropa strukturlarının münaqişənin həllində, eləcə də regionda sülhün və təhlükəsizliyin

möhkəmləndirilməsində səylərinin artırılmasının zəruriliyi haqqında Prezident İlham Əliyevin fikirləri ilə

razılaşdığını bildirmişdi [l, №28 (3643)].

2004-cü il iyul ayının 23-də Azərbaycan Prezidenti ATƏT-in yeni təyin olunmuş sədri Mauritsıo Pavezi ilə

görüşündə də 16 ildən çox mövcud olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli yollarını

müzakirə etdi [10, №170 (3780)].

2004-cü il sentyabr ayının 15-də [8, №216 (3831)] Astanada keçirilmiş MDB-nin zirvə toplantısında

Azərbaycanın və Ermənistanın dövlət başçıları və xarici işlər nazirləri səviyyəsində aparılan danışıqlar müsbət

qiymətləndirildi. Həmin müddətdə Varşavada görüş zamanı əldə olunmuş razılaşmaya əsasən keçirilmiş və üç

saatdan çox davam etmiş təkbətək danışıqlarda İlham Əliyevlə R.Koçaryan münaqişənin sülh yolu ilə aradan

qaldırılması ilə bağlı olan müxtəlif məsələləri geniş müzakirə etdilər [9, № 216 (3831)].

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2004-cü il sentyabr ayının 22-də BMT Baş Məclisinin

59-cu sessiyasında iştirak etdi [11, №224 (3839)]. Cənab Prezidentin 2004-cü il sentyabrın 24-də Nyu-Yorkda,

ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri səfir Stiven Mənnlə görüşündə Ermənistan Azərbaycan, Dağlıq

Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması məsələsi müzakirə edildi [7, №158 (4077)].

2004-cü il noyabr ayının 23-də BMT Baş Məclisinin 59-cu sessiyasının geniş iclasında “Azərbaycanın

işğal edilmiş ərazilərində vəziyyətin gündəlikdəki 163-cü maddə kimi müzakirə olunması Azərbaycan

diplomatiyasının mühüm uğuru oldu. İclasda Azərbaycan Respublikasının xarici işlər naziri E. Məmmədyarov

bəyanat verdi [12, №272 (3887)].

2001-ci ildə Azərbaycan Respublikası Avropa Şurasına qəbul olunduqdan sonra Ermənistanın işğalçı dövlət

olması AŞ PA-nın tribunasından bütün dünyaya bəyan edildi. Böyük britaniyalı deputat, Avropa Demokratlar

Qrupunun üzvü cənab Devid Atkinsonun hazırladığı və “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə

dair məruzə” adlanan bu sənəd 2004-cü ilin noyabrında AŞ PA-nın Siyasi Komitəsində müzakirə edildi. Sənəddə 20

mindən çox insanın həlak olması, bir milyon insanın qaçqın vəziyyətinə düşməsi faktı göstərilmişdi. Qəbul edilmiş

qətnamədə bəzi qeyri-obyektiv müddəalar nəzərə çarpsa da (məsələn, Dağlıq Qarabağdakı separatçı rejimin ayrıca

tərəf kimi təqdim edilməsi) nisbətən ədalətli sənədlərdən biri idi. D.Atkinsonun məruzəsində əks olunmuş

müddəalar Dağlıq Qarabağ münaqişəsinə dair obyektiv həqiqətləri əks etdirirdi. Bu məruzədə Dağlıq Qarabağın və

Azərbaycan Respublikasının 7 rayonunun Ermənistan ordusu və separatçı erməni hərbi qüvvələri tərəfindən işğal

edilməsi, həmin ərazilərdə genişmiqyaslı etnik “təmizləmə” əməliyyatlarının aparılması, monoetnik ərazinin

yaradılması planının həyata keçirilməsi, məsələnin həllində Azərbaycan Respublikasının dövlət suverenliyinin,

Azərbaycan və erməni icmalarının mənafelərinin qorunmasının zəruriliyi kimi mühüm məsələlər öz əksini tapmışdı

2005-cı ü yanvar ayının 11-də Azərbaycan Respublikası Milli Məclisinin Sədri Murtuz Ələsgərov

Yunanıstanın Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Merkurios Karafotiası qəbul etdi.

Görüşdə Ermənistan Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir bildirdi ki, Dağlıq Qarabağ

münaqişəsi beynəlxalq hüquq normalan, Azərbaycanın ərazi bütövlüyü əsasında həllini tapmalıdır. Səfir, həmçinin

ATƏT-in fəaliyyətinin daha da gücləndirilməsini vacib saydı [13, №8 (3927)].

2005-ci il yanvar ayının 11-də Çexiyanın paytaxtı Praqa şəhərində Azərbaycan və Ermənistanın xarici işlər

nazirləri Elmar Məmmədyarovun və Vardan Oskanyanın görüşü keçirildi. İki ölkə xarici işlər nazirlərinin

görüşlərinin əsası 2004-cü il aprel ayının 16-da qoyulmuş və “Praqa prosesi” adını almışdı. Buradakı görüşlərdə

nazirlərlə yanaşı, ATƏT-in Minsk qrupunun Rusiya, Fransa və ABŞ-dan olan həmsədrləri də iştirak edirdilər.

“Praqa prosesində” əsas məsələ “mərhələli həll” prinsipidir. Praqa görüşünə getməzdən öncə Ermənistan

XİN-in rəhbəri V.Oskanyan bəyanatla çıxış edərək bildirmişdi ki, “Biz konkret məsələləri və detalları müzakirə

edəcəyik. Lakin bu detallara daha dərindən vardıqca, danışıqlar prosesində çətinliklərin meydanaçıxma ehtimalları

çoxdur. Bu halda biz kompromislərə hazır olmalıyıq”. Ermənistan tərəfi kompromisə getməmək üçün ciddi cəhdlər

edir-i. Bu ölkənin rəhbərliyi Dağlıq. Qarabağın münaqişədə tərəf kimi qəbul edilməsinə çalışırdı. Bu vəziyyətdə

separatçıların Azərbaycan Respublikası ilə meydanda tək qaldığını görən R.Koçaryan hakimiyyəti yenidən “Praqa

prosesi”nə qayıtdı [17, №8 (3927)].

2005-ci il iyul ayının 1-də ABŞ paytaxtında ATƏT-in Parlament Assambleyasının illik sessiyasında Dağlıq

Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndə Qoran Lenmarker “Ələ keçməyən imkan – Dağlıq Qarabağ

münaqişəsinə dair bəzi fikirlər” adlı hesabatını məclis iştirakçılarına təqdim etdi. Bu hesabatda deyilir ki,

beynəlxalq ictimaiyyət “Dağlıq Qarabağa müstəqillik verməyə hazır deyildir”. Qafqazda bir çox xalqlar yaşayır,

bölgəni kiçik, müstəqil dövlətlərə bölmək təhlükəli olardı. Dağlıq Qarabağ münaqişəsinin həlli vacibdir. Bu,

beynəlxalq normalara və Avropa dəyərlərinə əsaslanmalıdır.

Q.Lenmarker hesabatda dörd mühüm amilə diqqət yetirmişdi:

1) iştirakçı dövlətlər milli təhlükəsizliklərini risk qarşısında qoyduqlarını anlamalıdırlar;

2) ölkələrdə demokratiya meyarlarına, insan hüquqlarına hörmət olunmalıdır;

3) iqtisadi inteqrasiya möhkəm qarşılıqlı asılılıq yaradır və inkişafa zəmin olaraq bütün əhaliyə təsir edir;

4) gediş-gəliş azadlığı, xüsusilə gənclər arasında, inteqrasiyanı bir qədər artırır [19, №150 (4069)].

2005-ci il iyul ayının 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ATƏT-in Minsk

qrupunun həmsədrləri ilə görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə

bağlı müzakirələr apardı [7, №158 (4077)].

2005-ci il avqustun 24-də RF XİN-də ATƏT-in Minsk qrupunun Rusiya, ABŞ və Fransadan olan

həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirildi. Elmar Məmmədyarov

və Vardan Oskanyan arasında ikitərəfli görüşdə Rusiya xarici siyasət idarəsinin başçısı Sergey Lavrov da iştirak

etmişdi. Danışıqlarda Azərbaycan XİN başçısının müavini Araz Əzimov, ATƏT-in monitorinq qrupunun rəhbəri

Anjey Kasprşik iştirak etmişdir [16, №196 (4115)].

2006-cı il yanvar ayının 9-da AŞ PA-nın Dağlıq Qarabağ problemi üzrə alt komitəsinin Strasburqda

keçirilmiş iclasında Böyük Britaniya parlamentinin üzvü Lord Rassel Consonun hazırladığı xüsusi hesabat qəbul

olundu. Yeni hesabatda Azərbaycan Respublikası ərazilərinin işğalı, Dağlıq Qarabağdakı rejimin separatçı olması,

bir milyon azərbaycanlının yurdundan didərgin düşməsi kimi faktlar öz əksini tapmışdı. Yeni sənədin Azərbaycan

Respublikasının maraq və mənafeləri ilə tam uzlaşdığını təkcə Azərbaycan Respublikası nümayəndə heyətinin

üzvləri deyil, həm də ermənilər də qəbul edirdilər. Nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun sözlərinə görə,

AŞ PA-nın Dağlıq Qarabağ problemi üzrə qətnaməsində əks olunmuş bütün məqamlar, Azərbaycan Respublikasının

ərazi bütövlüyünün pozulması, etnik “təmizləmələr”, məcburi köçkünlərin problemləri, işğal olunmuş ərazilərdə

qanunsuz yaşayış məskənlərinin salınması qeyd olunmuşdu [15, №5 (4248)].

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2006-cı il fevral ayının 11-də Paris yaxınlığındakı

Rambuye sarayında ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT sədrinin xüsusi nümayəndəsi ilə görüşdü.

Ermənistan Respublikasının Prezidenti Robert Koçaryanla təkbətək görüşündə Dağlıq Qarabağ münaqişəsinin

Praqa prinsipləri əsasında nizama salınması ilə bağlı olan məsələlər müzakirə obyektinə çevrildi. [18, №31(5254)].

2006-cı il fevralın 22-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasına

səfərə gəldı. Prezidentlərin iştirak etdiyi geniştərkibli yığıncaqda iki ölkə arasında münasibətlərin inkişaf etdiyi

vurğulanmışdı. İclasda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin aradan qaldırılması yolları da

müzakirə edildi [4, №40(4263)].

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2006-cı il mart ayının 13-də Bakıda Prezident

sarayında ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Stiven Mənni qəbul etdi. Görüşdə

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı müzakirələr aparıldı [6, №55

Nəzərdən keçirilən dövrdə 2003-2006-cı illər ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Dağlıq Qarabağ probleminin aradan qaldırılması məqsədilə Ermənistan prezidenti ilə 6, ATƏT-in həmsədrləri ilə

20, xarici ölkələrə 57 səfəri zamanı müxtəlif ölkələrin dövlət rəhbərləri ilə çoxsaylı görüşlər keçirmişdir [14, №245

Beləliklə, İlham Əliyevin prezidentliyinin ilk üç ilində Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi

bütövlüyü və beynəlxalq hüquq normalan çərçivəsində nizamlanması üçün müasir təbliğat metodları ilə çevik

diplomatik iş aparılmışdır. Bütün xarici səfərlərində, ikitərəfli və çoxtərəfli görüşlərində İlham Əliyev bu problemi

ön plana çəkmiş, ölkəmizin qətiyyətli və haqlı mövqeyini bəyan etmişdir. Azərbaycanın beynəlxalq münasibətlərdə

rolu və yeri getdikcə güclənməyə başlamış, problemin ədalətli həlli üçün imkanlar yaranmışdır. 2005-ci ilin

yanvarında AŞ PA-nın da Ermənistanı təcavüzkar kimi tanınması, bu dövlətə qarşı beynəlxalq qınağın və

təzyiqlərin artması Azərbaycan diplomatiyasının böyük uğuru hesab edilməlidir. Diplomatik uğursuzluğu ilə

barışmaq məcburiyyətində qalan Ermənistan münaqişənin “Praqa prosesi”, yəni “mərhələli həlli” əsasında

nizamlanmasına razılıq verməli olmuşdur. Prezident İlham Əliyevin dəfələrlə səsləndirdiyi kimi, Azərbaycan heç

zaman ərazi itkisi ilə barışmayaraq, öz ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcəkdir.

Ölkəmizin getdikcə artan iqtisadi potensialı, günü-gündən güclənən ordusu, möhkəmlənən beynəlxalq nüfuzu,

düzgün qurulan diplomatik siyasəti münaqişənin ədalətli həllinə real imkanlar yaratmışdır. Ermənistan-Azərbaycan,

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində bu gün həyata keçirilən siyasət bu nəticənin

düzgünlüyünü biri daha sübut edir.

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

1. Avropa strukturları Ermənistan Azərbaycan. Dağlıq Qarabağ münaqişəsinin həllində səylərini

artırmalıdır // Azərbaycan, №28 (3643), 5 fevral 2004

2. Avropa Şurası Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipi əsasında həllinə tərəfdardır //

Azərbaycan, №5 (3924), 8 yanvar 2005

3. Azərbaycan 2003 inkişaf strategiyasında yeni mərhələ. Bakı, 2005, 520 s.

4. Azərbaycan və Rusiya prezidentlərinin geniş tərkibdə görüşü // Azərbaycan, №40 (4263), 23 fevral 2006

5. Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Stiven Mənni

qəbul etmişdir // Azərbaycan, №225 (3840). 26 sentyabr 2004

6. Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Stiven Mənni qəbul

etmişdir // Azərbaycan, №55 (4278). 14 mart 2006

7. Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul etmişdir //

Azərbaycan, №158 (4077), 12 iyul 2005

8. Azərbaycan Prezidenti İlham Əliyevin Astanaya səfəri // Azərbaycan, №216 (3831), 16 sentyabr 2004

9. Azərbaycan Prezidenti İLham Əliyevin Ermənistan Prezidenti Robert Koçaryan ilə təkbətək görüşü //

Azərbaycan, №216 (3831), 16 sentyabr 2004

10. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ATƏT-in Bakı ofisinin rəhbərini qəbul etmişdir //

Azərbaycan, №170 (3780), 24 iyul 2004

11. Azərbaycan torpaqlarının işğalı, ərazi bütövlüyünün pozulması və etnik təmizləmənin nəticələri ilə heç

zaman barışmayacaq // Azərbaycan, №224 (3839), 25 fevral 2004

12. BMT-nin Baş Məclisi Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyəti müzakirə etmişdir //

Azərbaycan, №272 (3887), 24 noyabr 2004

13. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir // Azərbaycan,

№8 (3927), 12 yanvar 2005

14. Həsənov Əli. Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli Prezident İlham Əliyevin daim

diqqət mərkəzindədir // Xalq qəzeti, №245 (25419), 31 oktyabr 2006

15. Qaraxanlı R. AŞ PA-dan Koçaryana yeni il sürprizi // Azərbaycan, №5 (4228). 12 yanvar 2006

16. Moskvada Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair danışıqlar davam etdirilmişdir //

Azərbaycan. №196 (4115), 25 avqust 2005

17. “Praqa prosesi” Praqada davam etdirildi // Azərbaycan, №8 (3927), 12 yanvar 2005

18. Prezidentin mətbuat xidmətinin məlumatı // Azərbaycan, №31 (4254), 12 fevral 2006

19. Şəfəq Akif qızı. ATƏT PA sədrinin xüsusi nümayəndəsi Dağlıq Qarabağın müstəqilliyini münaqişənin

həllinə alternativ hesab etmir // Azərbaycan, №150 (4069). 2 iyul 2005

ОЧЕРЕДНОЙ ЭТАП В ПРОЦЕССЕ УРЕГУЛИРОВАНИЯ

НАГОРНО-КАРАБАХСКОГО КОНФЛИКТА (2003-2006 гг.).

В статье рассмат ривается целенаправленная деятельность руководства Азербайджана по

справедли вому разрешению нагорно-карабахской проблемы. Отмечается, что одной из причин

неурегулированности данного конфликта является пассивная и необъективная по зиция, занятая Минской

группой ОБСЕ. Автором дается подробный анализ всех встреч и обсуждений, которые проводил Президент

Азербайджана Ильхам Алиев в направлении решения этих проблем.

Dostları ilə paylaş:

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət

“DİRÇƏLİŞ-XXI ƏSR” JURNALININ NÖVBƏTİ NÖMRƏSİ ÇAPDAN ÇIXMIŞDIR

AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Quruculuğu və Beynəlxalq Münasibətlər İnstitutunun elmi-siyasi nəşri olan “Dirçəliş-XXI əsr” jurnalının 98-99-cu nömrəsi çapdan çıxmışdır.

“Dirçəliş-XXI əsr”in oxucuları, jurnalı ilin əvvəlindən yeni baxışda, yeni tərtibatda görürlər. Belə ki, bu ildən dərginin auditoriyası üç dəfə genişlənmişdir. Başqa sözlə, azərbaycandilli oxucularla yanaşı, ingilis və rusdilli xalqların nümayəndələri də jurnalı öz dillərində oxumaq imkanı əldə etmişlər.

Jurnalın redaktoru A.Mustafazadənin “Azərbaycan-şəxsiyyət kontekstində” adlı yazısında milli dövlətçiliyimizin inkişaf tarixinin bütöv bir dövrü adı ilə bağlı olan ümummilli liderimiz Heydər Əliyevin doğum günü yad edilir. Heydər Əliyev dövlətçilik təfəkkürünün fenomenindən bəhs edən müəllif, fikrini ATƏT-in nüfuzlu ekspertlərindən birinin sözləri ilə tamamlayır. “Heydər Əliyev Azərbaycan xalqına konkret olaraq nə vermişdir? Sorğusuna cavab, əlbəttə, yalnız bu ola bilər: o sizə Yol göstərib”. Azərbaycanımız neçə illərdir ki, bu yolun izini, işığını tutub gedir.

Dərginin rəsmi bölməsində, Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a səfəri ilə bağlı materiallar dərc edilmişdir. Oxucular bu bölmədə Azərbaycan və ABŞ prezidentlərinin bəyanatlarını və dövlətimizin başçısı İlham Əliyevin ”ABŞ-Azərbaycan strateji əlaqələri: siyasi və iqtisadi prioritetlər” mövzusunda nitqinin mətnini oxuya biləcəklər.

Bu rubrikadan, həmçinin İqtisadi Əməkdaşlıq Təşkilatının 9-cu zirvə toplantısında Prezident İlham Əliyevin nitqi dərc edilmişdir.

“Əliyev-Buş” münasibətlərinin Vaşinqton formatı dünyaya nəyi göstərə bilər? Moskva şəhər analitik-informasiya bürosunun rəhbəri, politoloq Oleq Sıqanov bu sorğunun şərhini “Azərbaycan siyasətinin Amerika vektoru” adlandırdığı məqaləsində vermişdir.

Latın Mədəniyyəti Akademiyasının Heydər Əliyev Fondu ilə birgə keçirdiyi “Azərbaycan sivilizasiyalararası dialoqun keçmişi və bu günü” mövzusunda beynəlxalq konfransdan Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın, Latın Mədəniyyəti Akademiyasının baş katibi Kandido Mendesin, İordaniya Haşimilər Krallığının şahzadəsi, Roma klubunun sədri əl-Həsən bin Talan və YUNESKO baş direktorunun müavini Jerom Bindenin çıxışları da jurnalda öz əksini tapmışdır.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun “TRASEKA: reallıq, təzadlar və maraqlar” sərlövhəli məqaləsi Azərbaycanın unisirovka etdiyi transmilli kommunikasiya layihələrinin analitik tədqiqatıdır. Yazıda müasir dünyada yaranmış enerji şəraitinin coğrafi-siyasi təhlili verilir. Sivilizasiyalararası dialoqda, layihənin iştirakçısı olan ölkələr arasında qarşılıqlı münasibətlərin inkişafında Böyük İpək Yolunun bərpası üzrə proqramın rolu qeyd olunmuşdur.

Siyasi elmlər doktoru, professor Rövşən Mustafayevin təqdim edilmiş “Virtuallıq” politoloji essesində erməni etnokorporasiyalar problemləri nəzərdən keçirilir, onun törətdiyi yəhudi, rus, türk, gürcü, azərbaycanlı, tat, ləzgi, qaraçı, digər xalq, etnik və dini cəmiyyətlərin kütləvi qətliamlarını göstərən tarixi sənədlər şərh olunur.

ABŞ dövlət katibinin sabiq müavini Stüart Auzenstatın 1996-1998-ci illərin sənədlərinə istinadən “Xolokost dövründə nasistlərin qarət etdikləri qızıl məsələlərinə dair” Beynəlxalq konfransdan çıxışı əsasında oxucuya təqdim edilmiş məqalə eyni mövzunun məntiqi davamı kimi xüsusi maraq doğurur.

Jurnalda ekspert Natəvan Faiqqızının “Alim Qasımovun portretinə cizgilər” kitabından verilmiş bir bölmə ingilisdilli oxucular üçün nəzərdə tutulmuşdur. Kitab yeddi dildə dünya xalqlarına təqdim ediləcəkdir.

AMEA İnsan Hüquqları İnstitutunun şöbə müdiri, hüquq elmləri namizədi Rauf Qarayevin (“Azərbaycanın müasir mülki hüququ və mülki-hüquqi sistemləri ailəsində onun yeri”) və həmin institutun Siyasi Təhlükəsizlik Mərkəzinin direktoru Rəşad Rzaquliyevin (“Yeni siyasət”), iqtisad elmləri doktoru Tofiq Hüseynovun (“Müasir Azərbaycanın iqtisadi durumu və investisiya siyasəti”), fəlsəfə elmləri namizədləri Tahirə Allahyarova (“Cəmiyyətin siyasi həyatı-sosial sinergetikanın obyekti kimi”) və Zöhrə Əzizovanın (“Avropa maarifçiliyi Azərbaycan tədqiqatında”), tarix elmləri namizədi, dosent Lətifə Həsənovanın (“XX yüzilliyin ikinci yarısında Azərbaycanda əhali probleminin bəzi xüsusiyyətləri”), kənd təsərrüfatı elmləri namizədi Cümşüd Nuriyevin (“Kənd təsərrüfatında dövlət tənzimlənməsinin metod və formaları”) və bir sıra başqa müəlliflərin məqalələri də oxucuların marağına səbəb olacaqdır.

Comments are closed, but trackbacks and pingbacks are open.