Dövlət qulluğuna qəbul üçün test imtahanı KEÇİRİLDİ
İmtahan nəticələri saat 17:02-dən etibarən DİM-in saytında yerləşdirilib. Namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Dövlət qulluğuna qəbulla bağlı test imtahanının nəticələri açıqlandı
Dövlət İmtahan Mərkəzindən (DİM) Milli.Az-a verilən məlumata görə, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək.
DİM tərəfindən 22 dekabr 2019-cu il tarixində dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 2267 namizəddən 18 nəfər imtahana gəlməyib.
İmtahan nəticələri saat 17:02-dən etibarən DİM-in saytında yerləşdirilib. Namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
BA1 altqrupu üzrə – 6 nəfər;
BA2 altqrupu üzrə – 13 nəfər;
BA3 altqrupu üzrə – 38 nəfər;
BA4 altqrupu üzrə – 75 nəfər;
BB1 altqrupu üzrə – 83 nəfər;
BB2 altqrupu üzrə – 118 nəfər;
* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Dövlət qulluğuna qəbul üçün test imtahanı KEÇİRİLDİ
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 24-də dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib.
Manşet.az DİM-ə istinadən xəbər verir ki, imtahan kompüter vasitəsilə təlimata uyğun olaraq 3 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda namizədə imtahanın nəticələrinə dair arayış təqdim olunub.
İmtahanda 77 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, AB3 altqrupu üzrə 1 nəfər, AB4 altqrupu üzrə 1 nəfər, AC1 altqrupu üzrə 3 nəfər, AC2 altqrupu üzrə 1 nəfər, AC3 altqrupu üzrə 10 nəfər, AC4 altqrupu üzrə 14 nəfər olmaqla, ümumilikdə 30 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.
Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.
Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün iyulun 25-dən avqustun 5-dək DİM-in portalında müraciət formasını doldurmalıdır. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:
• ali təhsil haqqında sənədin surəti;
• əmək kitabçasının surəti (olduğu halda).
Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədi ilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir.
İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyası 25-27 iyul tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299.
DİM: Dövlət qulluğuna qəbul üzrə test bankı dəyişdirilib, dünyagörüşü bloku çıxarılıb
Bakı. 14 noyabr. REPORT.AZ/ “Dövlət qulluğuna qəbul üçün yeni test bankı hazırlanıb”. “Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin icraçı direktoru Vəfadar Misirov keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, vəzifə qrupları üzrə 20 yeni test proqramı hazırlanıb: “Əvvəlki qəbul imtahanlarından fərqli olaraq, yeni modeldə dünyagörüşü bloku ləğv edilib, onun yerinə Azərbaycan dili bloku salınıb. Test imtahanı modeli kifayət qədər mürəkkəbləşdirilsə də bir o qədər çevikləşib. Yeni modelin yoxlanılması məqsədilə artıq oktyabrın 5-dən dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün sınaq imtahanları keçirilib”. V.Misirov əlavə edib ki, test imtahanlarının məzmununda da yeniliklər mövcuddur: “Əvvəlki imtahanlardan fərqli olaraq, test imtahanları vakant vəzifələr üzrə deyil, vəzifə qrupları üzrə keçirilir. Hənçinin dövlət qulluğunda yüksəliş üçün ümumi müsahibə də nəzərdə tutulub”. Mərkəzin icraçı direktoru vurğulayıb ki, DİM-in bazasında ləğv olunmuş dövlət orqanlarında çalışmış 333 namizəd ehtiyat kadr kimi saxlanılır: “Ehtiyatda olanlardan artıq 44 nəfər vəzifəyə təyinat alıb”.
Comments are closed, but trackbacks and pingbacks are open.