Press "Enter" to skip to content

VIII Mövzu: Dövlət başlıca siyasi təsisatdır

B) insanın məhsuliyyətdən qaçmaması əməyi sevməsi

Dövlət menecmenti

7. İcra Hakimiyyət Orqanları və müvafiq elmi təşkilatlar.

E) 2, 3, 4, 7
2. İxtisas dərəcəsi dövlət qulluqçularının bəzi nailiyyətlərinə görə verilir. Hansı bu nailiyyətlər aid deyil?

A) qulluq stajına uyğun olaraq

B) tutduğu vəzifəyə görə

C) ixtisasına görə

D) əvvəllər verilmiş dərəcə nəzərə alınmaqla

E) aldığı mükafatlara görə

3. Hər bir dövlət qulluqçusu . rəhbər tutaraq, qanunların müddəalarına əməl etməyə borcludur. Boşluğa hansı gələ bilməz?

A) demokratik prinsipləri

B) qanunun aliliyini

C) insan hüquqlarını

D) yüksək etik davranış qaydalarını

E) şəxsi maraqlarını

4.Vahid konstitusiyası, vahid hüquqi sistemi, vahid vətəndaşlığı, vahid məhkəmə sistemi, vahid pulu olan dövlət hansıdır?

A) demokratik dövlət

B) unitar dövlət

C) federativ dövlət

D) parlamentar dövlət

E) monarxiyalı dövlət

5.Texniki qabiliyyətlərə ən çox ehtiyac duyan idarəetmə pilləsi aşağıdakılardan hansıdır ?
A) Baş menecer

B) Ən üst səviyyədəki idarəçilər

C) Aşağı səviyyəli idarəçilər

E) İnsan resursları
6. Dövlət . institutudur. Qanunları ilə . və hüquqlarını qoruyur. Boşluqlara hansı sözlər gəlməlidir?

A) vergi, vətəndaşları iqtisadi cəhətdən təmin edir

B) vətəndaşlıq, vətəndaşları tərbiyə edir

C) ailə, üzvlərinin refahını təmin edir

D) müstəmləkəçilik, mülkiyyətini

E) özünümüdafiə, insanları müdafiə edir

7. 3-cü dərəcə dövlət müşaviri dərəcələrini hansı orqan verir?

B) Azərbaycan Respublikasının Prezidenti;

C) Nazirlər Kabineti

D) Konstitusiya Məhkəməsi

E) Hərbi prokuroroluq

8. Dövlət qulluqçusunun . qanunvericiliklə ona verilmiş hüquqların həyata keçirilməsi və vəzifələrinin yerinə yetirilməsidir və qanunla müəyyən edilmiş . və prinsiplərinə əsaslanmalıdır.

A) xidməti davranış, dövlət qulluğu haqqında qanuna

B) xidməti davranışı, etik davranış qaydalarına

C) xidməti davranışı, mülki məcəllənin qaydalarına

D) hüquqi davranış, etik davranış qaydalarına

E) hüquqi davranış, mülki məcəllənin qaydalarına

9. Hansı səhvdir ?

A) Bir neçə vətəndaşlığı vardır,

B) Federasiya – bir qanunvericilik və hüquq sisteminə malik olur,

C) Federasiya dövlətin formal əlamətlərinə malik olan, lakin suverenliyə malik olmayan ayrı-ayrı subyektlərdən ibarət mürəkkəb dövlət quruluşu formasıdır,

D) Federasiyada muхtar quruluşun mövcud olma ehtimalı azdır,

E) Ərazisi federal subyektlərdən ibarətdir. Federasiyanın bölündüyü inzibati ərazi vahidləri siyasi müstəqilliyə malikdir.

10. Aşağıdakılardan hansı qanuni səlahiyyətə sahibdir?

D) Üst səviyyə idarəçisi

11. . inkişafın istiqamətinin müəyyən edilməsini nəzərdə tutursa, . həm inkişafın istiqamətlərini, həm də məqsədlərini və ona çatmaq yollarını müəyyənləşdirir.

A) əlaqələndirmə, proqnozlaşdırma

B) planlaşdırma, proqnozlaşdırma

C) proqnozlaşdırma, planlaşdırma

D) təşkiletmə, planlaşdırma

E) nəzarət etmə, planlaşdırma

12. İxtisas dərəcəsinin vaxtından əvvəl verilməsi dövlət qulluqçusu . .

A) ixtisas kursu bitirdikdə mümkündür.

B) yüksək naliyyətlər əldə etdikdə verilir.

C) magistr dərəcəsi aldıqda verilir.

D) daha yüksək təsnifat üzrə vəzifəyə təyin edildikdə mümkündür.

E) əlavə 2 avropa dili bildikdə verilir.

13. Aşağıdakılardan hansılar dövlət qulluqçusunun vəzifəsi deyil ?

1. Əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməsi,

3. Korrupsiyanın qarşısının alınması,

4. Hədiyyə almaq,

5. Maraq toqquşmasının qarşısının alınması,

6. Dövlət əmlakından və məlumatlardan istifadə etməmək,

7. İctimai və ya siyasi fəaliyyət.

E) 4,7
14. Aşağıdakılardan hansına iqtisadi güclərin təsiri ola bilməz ?

B) Mühit analizləri

E) İdarəçi xüsusiyyətləri

15. “İnsanlar öz məqsədlərinə təşkilatın məqsədləri istiqamətindən baxmağa hər zaman istəkli değil. Bu mövzuda insanların təbliğata ehtiyacı var” fikrinə əsaslanan elm sahəsi aşağıdakılardan hansıdır ?

B) Sosyal Psixologiya

C) Sanayi Psixologiyası

D) Təşkilat Psixologiyası

16. . dövlətçiliyi formasında ali hakimiyyət bir nəfərdən digərinə keçir. Ədalətin, qanun-qaydaların qorunmasında mütləq hakim, yalnız öz vicdanı qarşısında cavabdehdir.

17. Dövlət qulluqçusunun ixtisas dərəcəsindən məhrum edilməsi . ilə əlaqədar işdən azad edilməsi istisna olmaqla, dövlət qulluğuna xitam verildiyi bütün hallarda dövlət qulluqçusu ona verilmiş ixtisas dərəcəsini saxlayır.

B) Millət vəkili seçilməsi

C) Daha yüksək vəzifəyə keçməsi

D) Azərbaycan Respublikası vətəndaşlığından çıxması

E) Səhhəti ilə əlaqaəli problem yaranması

18. Dövlət orqanlarında etik davranış qaydalarına əməl olunmasına nəzarəti . həyata keçirir. Dövlət orqanının rəhbəri:

C) həmin orqanların müvafiq qurumları

D) dövlət qulluğu haqqında qanun

E) dövlət qulluqçusunun etik davranışlar haqqında qanun

19. Aşağıdakılardan hansı planların həyata keçirilməsində lazımi addımları müəyyən edən idarəetmə funksiyasıdır ?

D) Əlaqələndirmə
E) Nəzarət etmə
20. Əslərdən bəri idarəetmə anlayış və mədəniyyətinin ən inkişaf etmiş hüquq tənzim edicisi nədir?

21. Toplum və dövlət hayatına əxlaqın təzahürü nədir?

22. İnsanların yaşayış səviyyəsinin yüksəldilməsi üçün zəruri olan hər bir şəraiti kim yaratmalıdır?

23. Iqtisadi sosial (ictimai) və siyasi funksiyalar dövlətin hansı funksiyasıdır?


24. Cəmiyyətin iradəsini mənəvi irsini, tarixini mədəniyyətini, əxlaq sistemini qoruyub saxlamaq dövlətin hansı funksiyasını əhatə edir/

25. İdarə etdiyi ərazini və bu ərazidəki təbi ehtiyatları maddi-mənəvi sərvətləri əhalinin xeyrinə səmərəli şəkildə istifadə etməz dövlətin hansı funksiyasına aiddir.

26. Dövlətin idarəetmə prosesində elmi cəhətdən əsaslandırılmış sistem hansıdır?

B) Planlaşdırma və proqnəzlaşdırma

D) Sistemli yanaşma

E) Sahələrin inkişafı

27. İqtisadiyyatın dövlət tənzimləməsinin ali forması nədir?

A) Dövlət tənzimləməsi

B) Dövlət proqramlaşdırılması

28. XX-ci əsrin əvəllərində hansı alman alımi iqtisadiyyata məhsuldarlıq anlayışını gətirmişdir.

B) Harrington Emerson

29. İdarəetmənin səmərəli təşkili və aparalmasını ölçmək üçün aşağıdakilar hansını bilmək lazımdır.

1) İdarə xərcləri nə qədərdir

2) Idarə işçilərinin maaşları nə gədərdi

3) Dəftərxana xərcləri nə gədərdi

4) Borclar nə gədərdi

5) İdarəetmənin ölçüsü meyarı

E) 3, 4, 2, 5
30. Qəbul olunmuş qərarların icra müddətindən aslı olaraq idarəetmə hansı 3 formada ola bilər.

A) İnzibati, operativ,

C) Taktiki, inzibati, strateji

D) Kolektiv, inzibati, strateji

E) Təhlükəli, taktiki,

31.Ölkənin və ayrı-ayrı sahələrin idarə olunması üçün uzun müddətli məqsəd, vəzifə və tapşırıqları müəyyən edilməsi hansı idarəetmədir.

32. Strateji idarəetmə dövlətin secdiyi siyasi kursu həyata keçirməyə xidmət edir. Strateji idarəetmədə hansı uç amili Misal göstərmək.

A) Mərkəzləşmə, təkrarlanma, ləğvetmə

B) Artım, stabillºmə, böhran

C) Azalma, mərkəzləşmə problemlər

D) Artma-azalma, mərkəzləşmə

E) Kollektivləşmə, icraetmə, təkrarlanma

33. Dövlət orqanlarını sinifləşdirmək üçün hansı kreteriyalar vardır ərazi səlahiyətinin miqyasına görə necə sinifləşdirilir.

E) 4
34. Federasiya nə cür dövlətdir.

E) Suveren
35. Federasiya özündə hansı 3 növ subyekti birləşdirə bilər.

1. Milli dövlət birliklərini suveren respublikaları

2. Muxtar dövlət qrumlarını

3. Ərazi qrumlarını

4. Məhkəmə hakimiyyəti

5. İcra hakimiyyəti

E) 1,3,5
36. Dövlət orqanları müəyyən tələblərə cavab verməlidir. Dövlət orqanlarının say tərkibi hansı tələbə uyğundur.

E) Qərar qəbul etmə

37. Dövlət orqanlarının daxili və xarici əlaqələrini nəzərə alaraq informasiyanın sürətli ötürülməsi və qərar qəbulu hansı tələbə uyğundur.

38. Aparatın saxlanılması və fəaliyyəti üçün çəkilən xərclərin maksimum qənaəti hansı tələbə uygundur.

39. Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcəsinin verilməsi qaydaları Azərbaycan Respublikasının Prezidentinin neçənci ildə verdiyi fərmanla təsdiq edilmişdir.

A) 2003. 08. 10. tarixli 278№ fərmanı

B) 2001. 03. 09. tarixli 569№ fərmanı

C) 2000. 05. 09. tarixli 351№ fərmanı

D) 2002. 09. 11. tarixli 178№ fərmanı

E) 2004. 10.12. tarixli 189№ fərmanı

40. Dövlət öz hüquq və vəzifələrini icra etmək üçün nə formalaşdırır.

41.Dövlət ölkənin beynəlxalq möhkəmliyinini, təhlükəsizliyini və dünya ictimaiyyəti ilə münasibətlərini nizama salaraq hansı hüquq qaydalarını qoruyur.

42.İdarəetdiyi ərazini və bu ərazidəki təbii thtiyyatları, maddi- mənəvi sərvətləri əhalinin xeyrinə səmərəli şəkildə istifadə etmək. Dövlətin hansı funksiyasına aiddir.

43.İqtisadiyyatda dövlət proqramları 2 yerə bölünür və hansılardır. Düzgün cavab 2 variantda verilmişdir.

44. 5 il müddətini tərtib olunan proqramlar hansı proqramlardır.

45.Böhran kütvəli işsizlik, təhlükəli infliyasiya hallarında nisbətən qısa müddət üçün tərtib olunan proqramlar hansıdır.

B)Fövqaladə

46.Dövlət proqramlarının həyata keçirilməsi üçün hansı vasitələrdən istifadə olunur.

D) fövqaladə tənzimləmə

E) kütləvi tənzimləmə

47. Mövcud ehtiyatdan səmərəli istifadə etməklə iqtisadiyyatın sabit inkişafı və xalqın maddi və mənəvi təlabatının ödənilməsi. Dövlət idarəetməsinin hansı məqsədini əhatə edir.

B)ümumi və əsas

48.Dövlət idarəetməsinin məqsədi necə xarakter daşımalıdır.

E) sabit
49.Cəmiyyətin əminamanlıq şəraitində siyasi cəhətdən sabitliyi şəraitində inkişafın təmin edilməsi hansı məqsədi güdür.

E) psixoloji
50.Birbaşa insanların iqtisadi və mədəni tələbatının ödənilməsi ilə əlaqədar məqsədlərhansıdır.

A) ümumi inkişaf

B) sosial məqsədlər

D) mənəvi təlaabat

51.İctimai-siyasi və ya sosial məqsədləri həyata keçirmək və cəmiyyətin mənəvi potensialının artırılması hansı məqsədləri əhatə edir.

A) mədəni potensialı məqsədlər

B) mənəvi-psixoloji məqsədlər

C) ictimai siyasi məqsədlər

D) mədəni təlabat məqsədlər

E) sosial siyasi məqsədlər

52. İqtisadiyyatda ümumi inkişaf ÜDM-un artırılması və iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı ilə bağlı məqsədlər hansıdır.

E) ictimai siyasi

53.Dövlət idarəetmə sisteminin obyekt və subyektlərinin təşkilati qurluşunun təkmilləşməsi, yəni strukturların yaranması ilə əlaqədər məqsədlər hnsıdır.

A) Təşkilatın yaranması

E) Təşkilatın operativliyi

54.Dövlət idarəetməsinin obyektiv əsaslar. hansı 3 dügün variantda verilmişdir.

A) ölkənin tarixi-mədəni irsi şəraiti

B) ölkənin təbii coğrafi şəraiti

C) ölkənin təbii-ictimai şəraiti

D) ölkənin idarəetmədə vəziyyəti

E) ölkənin idarəetmədə mövqeyi

55.Dövlət idarəetməsinin subyektiv əsaslar əsaslar hansı 4 variantda verilmişdir.

A) Dövlət orqanlarında şalışanların idarəetmə qərarlarına münasibəti

B) Dövlətin idarəetmədə mövqeyi

C) Ölkədə mövcud olan qanunvericiliyin vəziyyəti

D) Dövlət orqanlarında çalışanların öz vəzifə borcuna münasibətdə aktivlik dərəcəsi

E) Dövlət orqanlarında çalışanların vəzifə maaşlarının verilməsi

56.Dövlət idarəetmə praktisasında çoxsaylı məktəblər və modellər mövcud olmuşdur. Lakin bunlardan üçü hazırki dövrdə istifadə olunmuşdur. Onlar kimlərdir?

B) Marksist məktəbi

57.Hansı alimin fikrincə bazar iqtisadiyyatı şəraitində Dövlət aktiv pul-kredit siyasəti qiymət siyasətini, verji siyasətini həyata keçirməlidir.

58.Hansı alman alimi dövlətin iqtisadiyyata müdaxiləsini tamamilə məhdudlaşdırmanı təklif edir.

59. Dövlət idarəetməsində başlıca vasitə planlaşdırmanın olması və planların yerinə-yetirilməsi məcburidir. Bu məktəbin müəllimi kimdir.

A) Keyms məktəbi

B) Marksist məktəbi

C) Azeizın məktəbi

D) Fredmen məktəbi

E) Pokfiller məktəbi

60.Marksist məktəbinin nümayəndəsi olan dövlətlər hansı dövlətlər olmuşdur.

C) Almaniya Federativ respublikası

61.İnfliyasiya zamanı dövlət xərclərinin azaldılması hansı idarəetmə məktəbinin əsas prinsipidir.

A) Keyms məktəbinin

B) Fredmen məktəbinin

C) Marksist məktəbinin

D) Teylor məktəbinin

E) Fngels məktəbinin

62.Konkret rəhbərlərin ayrı-ayrı bölmələrdə eyni səviyyədə yerləşdirilməsi asılı olmayan hansı əlaqələri meydana gətirir.

E) xətti
63.İdarəetmə işinin şaquli bölüşdürülməsi idaəetmə səviyyəsini və pillələrinin yaratmaqla hansı xüsusiyyətləri əmələ gətirir.

A) bizi-digərindən asılılıq

C) tabesizlik və cavabdehlik

D) Rəhbərdən asılılıq və cavabdehlik

E) Fəsiləsiz asılılıq və cavabdehlik
64.Subyektə geniş səlahiyyətlərin havalə edilməsi, müstəqillik verilməsi hansı idarəetmənin prinsipi sayılır.

65. Demokratik düşüüncədə əsas meyar nə hesab edilir.

A) insan əməyini qiymətləndirmək

B) insanın məhsuliyyətdən qaçmaması əməyi sevməsi

C) insanın məhsuliyyətdən qaçması əməyi sevməməsi

E) insan əməyini mükafatlandırmaq.

66.demokratik idarəetmə düşüncələrinin əksi hansı idarəetmədir.

67.Mərkəzi hakimiyyətin dövlətin tərkibinə daxil olan inzibati və milli vahidlərin qarşılıqlı münasibətlərin xüsusiyyətlərinə görə dövlət idarəetməsi hansı 2 formaya ayrılır.

E) zəif
68.Federasiya və konfederasiya formasında həyata keçirilən idarə etmə forması hansıdır.

A) tək hakimiyyətli

E) demokratik.
69.Sərt inzibati tabeçiliyinə yuxarıların verdiyi qərarların sərancamların aşağıların yerinə yetirməsi hansıidarəetmədir.

A) inzibati idarə etmə

B) Subardinasiyalı idarə etmə

C) mərkəzi idarə etmə

D) ərazi idarə etmə

E) yerli idarə etmə

70.Subordinasiyalı idarəetmə hansı dövlətlər üçün xas idarəetmədir.

A) Koperativ dövlət

B) Unitar dövlət

C) Tatalitar dövlət

E) Konstiturson dövlət

71. İnzibati ərazi vahidindən ibarət olub, vahid normativ əsasında fəaliyyət göstərən dövlətlər necə adlanır.

A) Fedarativ dövlət

B) Unitar dövlət

C) Demokrativ dövlət

D) Koperativ dövlət

E) İnzibati dövlət

72.İcra hakimiyyəti orqanları və yerli özünü idarəetmə orqanları tərəfindən idarə olunan idarəetmə nədir?

A) İnzibati idarəetmə

B) Ərazi idarəetmə mərkəzi

C) Dövlət idarəetmə

D) Koperativ idarəetmə

E) Kollektiv idarəetmə

73. Elmi menecment dünyada neçənci əsrin əvələrində tanınmışdır.

A) XX əsrin ortaları

B) XX əsrin əvvəlləri

C) XXI əsrin əvvələri

D) XXI əsrin ortaları

E) XIX əsrin əvvəlləri

74. Elmi menecment hansı alimlərin tədqiqatları ilə sıx əlaqədardır.

3) Lili Qilbertlərin

5) Ralf Slauderr

E) 1,3,5
75.Elmi menecment məktəbinin banisi hansı alim hesab edilir.

76. Bazar iqtisadiyyatı şəraitində ölkəmizdə müxtəlif mülkiyyət formaları təsərrüfat subyektləri fəaliyyət göstərir. Belə təsərrüfat subyektlərinin bütün dünya ölkələrində olduğu kimi ən geniş yayılmış forması hansıdır.

A) kollektiv müəssissələridir

B) fərdi (ailə) müəssissələridir

C) koperativ müəssissələridir

D) səhmdar müəsisələr

E) məhdud məsuliyyətli müəssisələr

77.Hər hansı bir şəxsin öz vəsaiti hesabına yaratdığı müəsissələr hansı müəssisədir.

78.Fərdi müəssisənin mənfi cəhəti nədən ibarətdir.

A) Dövlət maliyyələşdirir

B) Maliyy dayaqları az olur

C) Maliyy dayaqları çox olur

D) Dıvlət kredit ayırır

E) Dövlət subsidiyalar ayırır.

79. Bəzi alimlərin fikirlərinə görə prinsiplərin funksiyaların metodların və üslubalrın bilavasitə həyata keçirilməsi kimi nəyi nəzərdə tutmuşdur.

80. İdarəetmənin səmərəli təşkilini ölçmək üçün nələri bilmək lazımdır.

1) İadrə xərcləri

2) İdarə işçilərinin maaşları

3) Dəftərxana xərcləri

81. İdarəetmə meyarı nədir.

E) Borc
82. Dölətin maraqları, dölətin bütövlüyü, onun əhalisinin həyat səviyyəsinin yüksəldilməsiəsas dövlət idarəetmə istitutlarının saxlanması maraqları hansı idarəçilik növüdür.

A) Müəssisə idarəçiliyi

B) Dövlət idarəçiliyi

C) Nazirlik idarəçiliyi

D) Respublika idarəçiliyi

E) Fedarasiya idarəçiliyi
83. Tədqiqatların göstərdiyinə görə hansı səviyyənin işi daha gərgin və müxtəlif fəaliyyətdən ibarətdir.

84.Böyük təşkilatlarda orta səviyyənin rəhbərlərinin sayı o qədər çox ola bilər ki, verilən qrupu 2 yerə bölmək lazım gələr. Onda hansı ki, səviyyə meydana çıxa bilər.

85.Münaqişənin idarə edilməsində təşkilatı-hüquqi formalar və mexanizmlərlə yanaşı yaradıcı iş üslubunun və s. Tətbiqinin böyük əhəmiyyəti vardır.

C) Demokratik söz

D)Yaradıcıtəşkilat
E)Situasiyalı təşkilat
86. Hansı səviyyə rəhbərləri ümumi idarəçilik işlərinin 60-70%-ni icra edir.

A) Orta, ali səviyyə

D) Texniki səviyyə

E) Orta, texniki səviyyə

87. İdarəetmə pillələrinin azaldılması və idarəçilik xərclərinin minimuma endirilməsinin ən əsas yolları hansılardır.

1) Kompüter texnologiyasından

2) İnformasiya şəbəkəsindən

3) İşçilərin sayının artırılması

4) İşçilərin sayının azaldılması

5) İşçilərə tələbkarlığın artırılması

VIII Mövzu: Dövlət başlıca siyasi təsisatdır

Dövlətin əsas əlamətləri məcburetmə, zor tətbiqetmə,suverenlik, ümumilik, hüquq, vergilərin toplanması və s.

Dövlətin funksiyaları daxili və xarici funksiyalar.

Dövlətin formaları: 1. Dövlətin ərazi quruluşu (unitar, federativ və konfedrativ) 2. İdarəçilik formaları (monarxiya və respublika) 3. Siyasi rejimlər (totalitar, avtoritar, demokratiya).

Dövlət və cəmiyyət anlayışlarının bir-birindən ayrılması (N. Makiavelli). Vətəndaş cəmiyyəti və dövlət anlayışlarının bir-birindən ayrılması (H.Hegel).

Hüquqi dövlətin əsas əlamətləri: qanunun aliliyi, hüququn üstünlüyü, vətəndaşların hüquqlarının müdafiəsi, dövlət hakimiyyəti həddinin müəyyən edilməsi, hakimiyyət bğlgüsü, konstitusiya nəzarəti və s.

Hüquqi dövlətin başlıca məqsədi: ictimai həyatın başlıca sferalarında öz vətəndaşlarının hüquq və azadlıqlarının həyata keçirilməsinə təminat vermək.

Azərbaycan Respublikasında hüquqi dövlət quruculuğu prosesi.

SİYASİ FİKRİN İNKİŞAF TARİXİ

Sosial-tarixi planda siyasi təlimlərin meydana çıxması dövlətin yaranması prosesi ilə bağlı olmuşdur. Bu prosesi anlamaq üçün bəşəriyyətin inkişafının həmin dövrünün sosial-iqtisadi şəraitini və orada gedən mübarizəni öyrənmək vacibdir.

Nəzəri cəhətdən siyasi təlimlərin təşəkkül tapması insan idrakının erkən dini-mifoloji formatlardan rasional- məntiqi formaya keçməsi gedişində baş vermişdir. Belə ki, erkən dövrlərdə insanların siyasi baxışları bütövlükdə nisbi müstəqil bilik sahəsinə çevrilməmişdi və mifoloji dünyagörüşünün tərkib hissəsi kimi çıxış edirdi. Mifik təsəvvürlər yer üzündə mövcud olan bütün qaydaların ilahi mənşəyə malik olduğunu iddia edirdilər. Şübhəsiz, qədim xalqların hər birində bu fikir bu və ya başqa şəkildə təqdim olunur və müxtəlif formalarda şərh olunurdu. Mifik təsəvvürlərə görə, yerdəki qayda-qanun dünya qaydasının, kosmik qaydanın tərkib hissədir, buna görə də ayrı-ayrı şəxslər tərəfindən bu qaydaların pozulması səma və yer harmoniyasının pozulmasına və beləliklə də, fəlakətə gətirib çıxara bilər. Qədim cəmiyyətlərdə insan fəaliyyətinin həddindən artıq kəskin çərçivəyə salınması, çoxsaylı dini-etik qadağaların (tabuların) mövcud olması, onları pozmaq üstündə ciddi cəza verilməsi məhz bununla izah olunur.

E.ə. 1-ci minillikdə siyasi təsəvvürlərin rasional xarakter alması mifoloji ideologiyaya tədricən son qoydu. Həmin dövrdə sosial ziddiyyətlərin kəskinləşməsi bu prosesdə mühüm rol oynadı.

Lakin buna baxmayaraq, uzun əsrlər boyu mifoloji təsəvvürlər siyasi təlimlərə və insanların siyasi baxışlarına öz təsirini göstərməkdə davam etmişdir. Bu, özünü qədim Hindistanda mövcud olmuş Vedlərdə və Upanişadlarda (e.ə.9– 6-cı əsrlər), Manu qanun – larında (e. ə. 1-ci minillikdə Çində yaşamış Konfusinin (e. ə. 551– 479) təlimində və s. göstərir.

Konfusinin yaratdığı patriarxal-paternalist konsepsiyaya görə, dövlət böyük bir ailəni xatırladır, onun idarə olunması isə aristokratik prinsiplərə əsaslanır.

Qədim Çində siyasi fikir sonradan Laoszı, Moszı, lekistrlər və b. tərəfindən inkişaf etdirilmişdir. Siyasi fikir qədim Misirdə, Babilistanda, qədim Yəhudilərdə də inkişaf etmiş, müxtəlif xarakterli tarixi mənbələrdə dövlət və hakimiyyət məsələləri öz əksini tapmışdır. Bəşəriyyətin siyasi fikir tarixində

Qədim Yunanıstan və Roma mütəfəkkirlərinin böyük rolu olmuşdur. İnsanların azadlara və qullara bölündüyü bir şəraitdə yaranan antik (yunan və Roma) siyasi fikir azad insanların ideologiyası kimi formalaşmış və inkişaf etmişdir. Buna əsasən o zaman siyasət azadların, əmək isə qulların işi elan olunurdu. Qədim Yunanıstanda siyasi fikrin inkişafı əsas etibarilə üç böyük dövrə bölünür. Erkən dövr (e.ə.9-6-cı əsrlər) yunan dövlətçiliyinin təşəkkül tapması dövrüdür. İkinci dövr – siyasi fikrin çiçəkləndiyi dövrdür. O, e.ə. 5 – 4-cü əsrin 1-ci yarısını əhatə edir. Üçüncü dövr (e.ə. 4-cü əsrin 2-ci yarısı – 2-ci əsr) ellinizm dövrü adlanır. Bu, yunan dövlət quruluşunun tədricən dağıldığı dövrdür. E. ə. 2-ci minilliyin sonu – 1-ci minilliyin əvvəllərində siyasi təsəvvürlər Homerin “İlliada”- və “Odisseya” əsərlərində öz əksini tapmışdır. Bu əsərlərdə göstərilir ki, ədalət adətin, adi hüququn əsası və prinsipidir. E. ə. 7-ci əsrdə yaşamış Kesiodun anlamında allahlar müxtəlif mənəvi-hüquqi prinsiplərin və qüvvələrin təcəssümü kimi çıxış edirlər. “Yeddi böyük müdrik” – Fales, Pittak, Periandr, Biant, Solon, Kleobul və Hilon – polisin (şəhər-dövlət) həyatında ədalətli qanunların əhəmiyyətini yüksək qiymətləndirirdilər. Onların fikrincə, ən yaxşı dövlət odur ki, orada vətəndaşlar qanundan, müstəbiddən qorxan kimi, qorxsunlar. Spartalı Hilon deyirdi: “Qanuna tabe ol!” Afina islahatçısı Solon e. ə. 594-cü ildə yeni qanunlar verir və senzli demokratiya elan edir. Onun fikrincə, dövlət qayda-qanuna möhtacdır, qayda və qanun onun üçün ən böyük sərvətdir. Qanun isə, öz növbəsində, hüquq və gücün (polisin rəsmi qüvvə si nin) birləşməsidir.

Pifaqor (e. ə. 580-500) və pifaqorçular (Arxit, Lizis, Filolay və b.) demokratiyanı tənqid edərək, “yaxşıların” – əqli və əxlaqi elitanın aristokratik idarəetmə idealını əsaslandırırdılar. Onların fikrincə, ədalət bərabərlikdir. Ədalətli qanunları olan dövlət onların idealı olmuşdur.

Heraklit (e. ə. 530-470) belə hesab edirdi ki, təfəkkür hamıya xas olsa da, bütün adamlar ümumi lotosu (hamını idarə edən zəkanı)başa düşmürlər. Buradan çıxış edərək, o, müdrikləri və ağılsızları, yaxşıları və pisləri ayırırdı. Sosial-siyasi bərabərsizliyə haqq qazandıran filosof demokratiyanı tənqid edidi.

Demokritin (e. ə. 460-370) fikrincə, zəruri hadisə kimi yaranan dövlət ümumi rifahı və ədaləti özündə birləşdirir, dövləti idarə etmək isə sənətlərin ən yaxşısıdır.

Sokrat (e. ə. 469-399) belə hesab edirdi ki, ədalət və qanun eyni şeydir. Qanunçuluğun prinsipial tərəfdarı olan filosof istibdadı tənqid edirdi. O yazırdı ki, çox gülməlidir ki, adamlar hər yoldan ötənə ayaqqabılarını tikməyi təklif etmədikləri halda, dövləti idarə etməyi püşk atmaq yolu ilə həll edirlər. “Məgər bu sonunçu çox asan işdir?” – deyə o, sual edir və beləliklə, demokratiyanı məsxərəyə qoyurdu.

Platonun (e. ə. 427-347) siyasi təlimi “ideyalar aləminə” əsaslanır. “Dövlət” əsərində o, ideal dövlət haqqında təlim yaratmış

və onu ictimai-siyasi həyatda ideyalar aləminin imkan daxilində maksimum təcəssüm etməsi kimi nəzərdən keçirmişdir. Bu zaman o, bütövlükdə kosmos, dövlət və ayrılıqda götürülən insan qəlbi arasındakı uyğunluğu əsas götürürdü. Onun fikrincə, ədalətli insan ədalətli dövlətdən heç nə ilə fərqlənmir. İnsan qəlbinin üç əsasa – ağıla, qəzəbə və şəhvətə bölünməsinə dövlətin üç əsası – məşvərət, müdafiə və işgüzarlıq, sonunculara isə öz növbəsində üç silk – hakimlər, döyüşçülər və istehsalçılar, (sənətkarlar) uyğun gəlir. Platon insanın tələbatı, əmək bölgüsü və dövlət adlandırdığı cəmiyyət arasında əlaqə olduğunu göstərirdi. Onun fikrincə, cəmiyyətin sosial quruluşu ilə müharibə aparılması arasında birbaşa asılılıq var, çünki müharibələr xüsusi qrupun meydana gəlməsini nəzərdə tutur.

Platonun siyasi baxışlarında ideal dövlət ideyası mərkəzi yer tutur. Onun ideal dövlət layihəsinin iki əsas şərti vardır: 1)dövlət filosoflar tərəfindən idarə olunur və 2)burada ədalətli qanunlar vardır. İdeal dövlət, onun fikrincə, aristokratik dövlət quruluşuna əsaslanır.

Platon bunu iki cür adlandırır: əgər idarə edənlər aralarından kimsə bir nəfər seçilirsə, o, çar hakmiyyəti, bir neçəsi seçilirsə, onda aristokratiya adlanır. Platon siyasi quruluş formalarının təsnifatını verməyə cəhd edir. O, insan qəlbinin beş növünə uyğun olaraq, beş dövlət quruluşunu: aristokratiya, timokratiya, oliqarxiya, demokratiya və tiraniyanı bir-birindən fərqləndirirdi.

Siyasətə gəldikdə isə Platon belə hesab edirdi ki, o, çar sənətidir, çünki adamları idarə etmək bacarığı və bilik tələb edir. Bu cür keyfiyyətlərə malik olan dövlət başçısının artıq qanun əsasında və yaxud bunun əksinə idarə etməsi o qədər də vacib deyildir. Əgər dövləti həqiqi hökmdarlar idarə etmirlərsə, onda orada idarəetmə ancaq qanun əsasında həyata keçirilməlidir. “Qanunlar” əsərində Platon bəşəriyyətin siyasi təkamülünün realist mənzərəsini təsvir etməyə çalışır. Monarxiyaların meydana gəlməsi insanların həyat tərzində baş verən dəyişikliklərin nəticəsi kimi qiymətləndirilir. Cəmiyyətin sosial tərəqqisinə əngəl olan qeyri-bərabərliyi aradan qaldırmağın zəruriliyini qeyd edərək göstərirdi ki, onu yaradan vərəsəliyi aradan qaldırmaq lazımdır. Bunun yeganə yolunu isə ailələri uşaqları tərbiyə etmək hüququndan məhrum etməkdə görürdü. Platon hüquqi dövlət ideyasının çizgilərini yaradan ilk mütəfəkkir hesab edilə bilər. “Qanunlar” əsərində o, dövlətin iki növünü fərqləndirir. Birinci halda hamıdan yüksəkdə hökmdarlar durur, ikinci halda isə hökmdarların özləri də qanuna tabe olurlar.

Platonun siyasi təliminin sonrakı dövrlərin, demək olar bütün nəzəriyyələrinə böyük təsiri olmuşdur. Klassik siyasi fikrin banilərindən biri yunan mütəfəkkiri Aristotel (e. ə. 384-322) hesab olunur. Onun siyasi təlimi “Siyasət”, “Afina siyasəti”, “Etika” və s. əsərlərində öz əksini tapmışdır. Aristotel siyasət haqqında elmi hərtərəfli işləyib hazırlamağa cəhd göstərmişdir. Onun anlamında siyasət bir elm kimi etika ilə bağlıdır. O belə hesab edirdi ki, siyasətin elmi anlayışı mənəviyyat (fəzilətlər) haqqında yüksək təsəvvürləri, etikanı (adətləri) bilməyi nəzərdə tutur.

Aristotel öz təlimini ideal polis (şəhər-dövlət) mövqeyindən işləyib hazırlamışdır. O belə hesab edirdi ki, polis azad və bərabər insanların siyasi ünsiyyətidir. Onun fikrincə, dövlət təbii inkişafın məhsuludur. Onun yaranması ilkin sosial əlaqələrlə bağlıdır. Bu əlaqələr iki qrupa bölünür: a) ailə-nikah əlaqələri – insan növünün mövcudluğunu təmin edir; b) ağa-qul münasibətləri – bu münasibətlər isə sabit sosial birliyi təmin edir. Həmin qrup əlaqələr üzərində ailə, icma, dövlət yüksəlir. Meydana gəlməsinə görə insanların obyektiv həyat tələbatlarına minnətdar olan dövlət öz növbəsində şəxsiyyətin dolğun inkişafı üçün şərait yaradır. İnsan təbiətcə siyasi varlıqdır və dövlətdə (siyasi ünsiyyətdə) insanın bu siyasi təbiətinin təkamülü başa çatır. Aristotel fərdin hüquqlarını, xüsusi mülkiyyəti və ailəni müdafiə edirdi. Onun fikrincə, dövlət mürəkkəb anlayışdır, formasına görə o, təşkilatdır və vətəndaşların müəyyən məcmusudur. Eyni

zamanda, dövlətin bu cür müəyyən edilməsi məhz kimi vətəndaş hesab etməkdən asılıdır. Onun inamına görə, vətəndaş dövlətin qanunyaratma və məhkəmə hakimiyyətində iştirak edə bilən şəxsdir. Buna uyğun olaraq, vətəndaş anlayışını hər bir dövlət forması özü müəyyən edir. Həm də vətəndaş anlayışının, deməli, dövlət formasının dəyişməsi ilə dövlətin özü də dəyişir. O, dövlət formasını siyasi sistem kimi də müəyyən edir. Bu baxımdan, onun fikrincə, dövlət forması idarə edənlərin sayı ilə müəyyən olunur. Bundan əlavə, düzgün və düzgün olmayan dövlət formalarını bir-birindən fərqləndirir. Birinci halda hökmdarlar ümumi rifaha xidmət edir, ikinci halda isə şəxsi xeyir güdürlər. Üç düzgün dövlət forması kimi o, monarxiya idarə üsulunu (çar hakimiyyətini), aristokratiyanı və politiyanı, buna müvafiq olaraq, onların əksi kimi tiraniya, oliqarxiya və demokratiyanı ayırır. Eyni zamanda hər bir dövlət forması daxilində bir neçə növü bir-birindən fərqləndirir. Onun fikrincə, ən düzgün dövlət forması politiyadır. Burada ümumi mənafe naminə əksəriyyət idarə edir. Qalan formaların hamısında, ona görə, bu və ya digər sapmalar vardır. O belə hesab edirdi ki, politiya oliqarxiya və demokratiyanın birləşməsidir. Düzgün olmayan dövlət formalarının ən pisi isə tiraniyadır. Aristotelin siyasi təlimində varlıların və yoxsulların barışığına və qanunun hökmranlığına əsaslanan senzli demokratiyaya üstünlük verilir. Buradan çıxış edərək, o, Solonun islahatlarına tərəfdar çıxırdı. Aristotel belə hesab edirdi ki, politiya “orta” dövlət formasıdır və ona görə də orada “orta” ünsür – adətlərdə mötədillik, əmlakda – orta rifah, hakimiyyətdə – orta sinif hakim olmalıdır. O yazırdı ki, “orta” insanlardan təşkil olunmuş dövlət ən yaxşı dövlət quruluşuna malik olar. O, habelə belə hesab edirdi ki, demokratiya orta sinfə arxalandıqda səmərəli şəkildə fəaliyyət göstərə bilər. Siyasi təlimində bir çox ziddiyyətlərin olmasına baxmayaraq, Aristotelin adı bəşəriyyətin siyasi fikir tarixində mühüm yer tutur. Qədim Romada siyasi fikrin tarixi təqribən min illik bir dövrü əhatə edir. Bu dövrün başlıca nailiyyəti hüquqşünaslıq adlanan müstəqil bir elmin yaradılması olmuşdur.

Qədim Roma siyasi fikrinin ən böyük simalarından biri məşhur natiq, dövlət xadimi və mütəfəkkir Mark Tuli Siserondur (e. ə. 106- 43). Onun “Dövlət haqqında” və “Qanunlar haqqında” adlı əsərləri siyasət məsələlərinə həsr olunmuşdur. Siseron dövləti xalqın işi, onun nailiyyəti kimi müəyyən edirdi. Onun fikrincə, dövlət hüquqi təsisatdır. Bununla da o, “hüquqi dövlət” ideyasının banisi kimi çıxış edirdi. Dövlətin yaranmasının səbəbini isə o, insanların anadangəlmə birgəyaşayışa olan tələbatında görürdü.

Siseron idarə edənlərin sayından asılı olaraq, idarəetmənin üç formasını: çar hakimiyyətini, optimatların hakimiyyətini (aris tok – ratiya) və xalq hakimiyyətini (demokratiya) ayırırdı. Onun fikrincə, hər üç idarə formasındakı çatışmazlıqları aradan qaldırmaq və “daha yaxşı dövlət “yaratmaq üçün”qarışıq dövlət” yaratmaq lazımdır.

Qədim Romada siyasi fikrin inkişafından danışarkən erkən xristianlıqdan yan keçmək olmaz. Belə ki, e. ə. 1-ci əsrdə Roma imperiyasının yoxsul kütlələrinin mənafeyinin ifadəsi kimi meydana gələn erkən xristianlığın siyasi ideologiyası ESXATOLOJİ və MESSİAN xarakter daşıyırdı (“esxatos” – yunan dilində “son”, “sonuncu”, “messiya” isə “məsih” sözündən olub, “xilaskar” deməkdir). Burada bəşəriyyətin xilası İsa peyğəmbərin ikinci dəfə zühur etməsi ideyasına əsaslanırdı. Bu isə, təbii ki, mövcud quruluşun tənqidi ilə sıx bağlı idi. Erkən xristianlığın bir çox ideyaları sonralar xalq hərəkatlarına böyük təsir göstərmişdir.

19-cu əsr tarixə yeni iqtisadi və sosial münasibətlərin sürətli inkişafı ilə yanaşı, bəşəriyyətin siyasi

tərəqqisinə güclü təsir göstərmiş maraqlı ideyalar əsri kimi daxil olmuşdur. Fransa burjua inqilabı siyasi fikrə güclü təkan verərək azadlıq, fərdiyyətçilik kimi ideyalar əsasında liberalizmin dərin kök salmasına zəmin hazırladı. Maarifçilik dövrünün siyasi ideyaları üzərində qərar tutan siyasi liberalizm Kantın şəxsiyyətin mənəvi azadlığı ilə sosial məsuliyyətinin vəhdəti haqqında tezisini mənimsəyərək, mülkiyyət azadlığı, şəxsiyyət azadlığı, insan hüquqları kimi fundamental dəyərlərin hüquqi dövlət anlayışı ilə üzvi şəkildə əlaqələndirilməsini nəzəri cəhətdən əsaslandırmağa və praktikada reallaşdırmağa çalışdırdı.
Siyasi liberalizmin ideya əsasları və nəzəri şərhi B.Konstan və H.Spenserin əsərlərində özünün əksini tapmışdır. Fransada liberalizmin nümayəndəsi Bentamen Konstan(1767-1830) olmuşdur. İkicildlik “Konstitusiya siyasəti kursu” adlı kitabında o, burjua hüquq və azadlıqlarını müdafiə edir, feodalizmi tənqid edir və eyni zamanda sadə insanların radikalizminin əleyhinə çıxırdı. Onun diqqət mərkəzində duran problemlərdən biri şəxsiyyət və

dövlətin nisbəti idi. Onun fikrincə, insana azadlıq xasdır, buradan da vətəndaşın əsaslı hüquqları irəli gəlir. O, mülki (şəxsi) və siyasi azadlığı bir-birindən ayırır. Onun fikrincə, qədim xalqlar (yunan və Roma) ancaq siyasi azadlığa malik olmuşlar. Onların azadlığının mənası kütləvi siyasi hakimiyyətdən ibarət olmuşdur. Şəxsi azadlığın nə olduğunu isə bilməmişlər, çünki din, mülkiyyət, təsərrüfat və s. dövlət tərəfindən ciddi çərçivəyə salınmışdı.

Yeni xalqlarda mülki azadlıq ön plana çıxır. Onun mənası şəxsi həyatın siyasi hakimiyyətdən müstəqil olmasındadır və o, bir sıra şəxsi hüquqları birləşdirir. Bununla əlaqədar olaraq, o, qədim xalqların azadlığından yeni xalqların azadlığına keçməyin üç başlıca səbəbini qeyd edir:

■ onların döyüşkənliyindən fərqli olaraq, yeni xalqların sülhsevər və kommersiya xarakteri;

■ köləliyin ləğvi və əməyə münasibətin dəyişməsi;

■ qədim dövlətlərin ərazisinin böyük olmaması, azad əhalinin azlıq təşkil etməsi bilavasitə demokratiyanı həyata keçirməyə imkan verirdi. Nəticədə, faktik olaraq, ali hakimiyyət meydanlarda yaradılırdı. Müasir tarix, onun anlamında, azadlığa doğru hərəkətdən ibarətdir. Yeni xalqlarda azadlığın özəyi şəxsi hüquqlardır. Siyasi azadlıq isə mülki azadlığı həyata keçirmək üçün vasitə kimi çıxış edir. Parlamentdə cəmləşmiş ictimai rəyin gücü, hakimiyyətin bölünməsi və tarazlığı bu zaman hakimiyətdən sui-istifadə əleyhinə tə mi nat kimi çıxış edir. Hakimiyyət sistemini o, belə təsvir edirdi: 1) kral hakimiyyəti, 2) icraedici hakimiyyət, 3) perlərin vərəsəli pala tasının hakimiyyəti, yaxud “daimi nümayəndəli hakimiyyət”, 4)seçkili aşağı palatanın hakimiyyəti (“ictimai rəyi təmsil edən hakimiyyət”), 5) məhkəmə hakimiyyəti.

Bələdiyyə hakimiyyətini ayrıca qeyd edir. Onun fikrincə, yerli idarənin ifrat mərkəzləşmədən kənar edilməsi mərkəzin despotik hakimiyyətinin yaranmasına imkan vermir. 19-cu əsrin 2-ci yarısında Avropada kapitalizm sürətlə inkişaf edərək, öz yeni mərhələsinə qədəm qoydu. Bu proses bir yandan

siyasi fikrin daha da liberallaşması, digər tərəfdən isə onda mühafizəkar və ifrat radikal meyllərin güclənməsi ilə müşayiət olunurdu. Bu dövrün siyasi liberalizm cərəyanının görkəmli nümayəndəsi Herbert Spenser (1820-1903) idi. O, “Dövlətin üzvi nəzəriyyəsi” adlı konsepsiyasını işləyib hazırlamışdır. Bunun üçün o, dövləti bioloji orqanizmlərlə müqayisə edirdi. Sübut edirdi ki, dövlət (“siyasi aqreqat”, siyasi cəmiyyət”) elə bir orqanizmdir ki, onun ayrı-ayrı hissələri arasındakı münasibətlər canlı orqanizmləri xatırladır. Hər bir canlı orqanizm kimi, “siyasi aqreqat” da iki əsas prosesi: differensiasiyanı və ixtisaslaşmanı birləşdirir. Birinci halda dövlət böyüyür, dövlət tipi “başa çatmaqla differensiasiya da qurtarır. Bioloji orqanizmlərdə olduğu kimi, dövlət də doğulur, çoxalır, qocalır və ölür. İkinci halda isə, fərdlər qruplarda – orqanlarda birləşir, orqanlar spesifik funksiyalar yerinə yetirir, nəticədə siyasi bədən orqanları sistemi yaranır. Spenserin fikrincə, dövlətin yaranma səbəbi başqa cəmiy – yətlərlə mübarizə, müharibələr və zülmdür. Bununla o, dövlətin yaranmasını sosial darvinizm mövqeyindən şərh edirdi. O, inkişafın iki mərhələsini və buna uyğun olaraq, dövətin iki tipini ayırırdı:

■ primitiv, yaxud hərbi, yırtıcı tip;

■ yüksək, yaxud sənaye tipi. Onun fikrincə, birinci tipin vəzifəsi müharibə aparmaq, ikinci tipin vəzifəsi isə fərdi rifahdır. Bu sistemdə fərd ilkin başlanğıc, dövlət isə yalnız vasitədir. 19-cu əsrin 40-cı illərində meydana gələn marksizm siyasi elmin inkişafında xüsusi bir cərəyanın ayrılması ilə nəticələndi. Marksist siyasi baxışların ən görkəmli nümayəndələri bu cərəyanın banisi K.Marks (1818-1883) və F.Engels (1820-1895) olmuşdur. Marksizmin siyasi təliminə aşağıdakı başlıca müddəalar və yanaşma üsulları xasdır:

1.Siyasi münasibətlər hər şeydən əvvəl hakimiyyət uğrunda mübarizədən irəli gələn münasibətlərdir və mahiyyət etibarilə ictimaiiqtisadi münasibətlər kimi fundamentə malikdir. Cəmiyyətdə yaranan ictimai-iqtisadi münasibətlər – bazis özünə müvafiq siyasi üstqurum hazırlayır. Bazis və üstqurum arasında qırılmaz əlaqə və asılılıq mövcuddur. Siyasət hər şeydən əvvəl iqtisadi münasibətlərin inikası kimi təzahür edir.

2.Dövlət sinfi ziddiyyətlərin barışmazlığı məhsuludur və iqtisadi cəhətdən hakim mövqe tutan siniflərin mənafeyinə xidmət edir. Dövlətin meydana gəlməsi xüsusi mülkiyyətin və siniflərin yaranması ilə əlaqədardır;

3.İqtisadi cəhətdən hökmranlıq edən sinif cəmiyyətin siyasi və ideoloji sferaları üzərində də hökmran mövqeləri öz əlində saxlayır. Beləliklə də, sinfi ağalıq şəraiti yaranır, yəni istehsal vasitələrinə sahib olan sinif faktik olaraq mülkiyyətdən məhrum olan sinif üzərində bütün sahələrdə ağalıq edir;

4.İnsanların siyasi şüuru, dünyagörüşü, baxışları onların cəlb olunduğu ictimai münasibətlərə əsasən formalaşır. Hakim sinfin baxışları cəmiyyətdə hakim ideyalara çevrilir. Lakin həmin ideyaların cəmiyyətin bütün üzvlərinin şüuruna yol tapması qeyri-mümkündür, çünki hakim sinif ideologiyası yalnız hakim sinfin mənafeyini əks etdirir. Buna görə də bu ideologiya “yalançı şüur” rolunu oynayır; 5.Siniflərin ictimai mövqeyinin dərk edilməsi onların siyasi davranışının müəyyənedici amilidir. Hər bir siyasi liderin, ictimai qrupun siyasi fəaliyyətinin əsasında onun daxil olduğu sinfin mənafeyinin müdafiə edilməsi tələbatı durur.

19-cu əsrin sonları siyasi fikir tarixində bir sıra maraqlı ideyaların meydana gəlməsi ilə əlamətdardır. Bunlar içərisində sosial darvinizm, zorakılıq və elita nəzəriyyələri xüsusi əhəmiyyətə malikdir. İlk sosial darvinist ingilis alimi, “Fizika və siyasət” əsərinin müəl lifi U.Beccqot (1826-1877) olmuşdur. Onun fikrincə, bəşə – riyyətin siyasi tarixinin üç mərhələsi: a) ənənələrin meydana gəlməsi; b) dövlətin və xalqların meydana gəlməsi mənbəyi kimi zorakılıq (işğal); c) sivilizasiya – yaşayış və güclülərin zəifləri işğal etməsi uğrunda mübarizədə pis ənənələrin yaxşı ənənələr tərəfindən aradan qaldırılması mərhələləridir.
Zorakılıq (işğal) nəzəriyyəsinin görkəmli nümayəndəsi polyak Lüdviq Qumploviçdir (1838-1909). “İrqlərin mübarizəsi” əsərində Qumiloviç göstərir ki, insanların bir-birinə əbədi nifrəti tayfalar, qəbilələr və xalqlar arasında münasibətləri müəyyənləşdirən ilkin amildir. Dövlətin inkişafı prosesi onun ərazisinin inkişafına adekvat olduğundan, bu, dövlətlərin və xalqların daim münaqişəyə girməsinə, toqquşmasına, müharibələrə səbəb olur.

19-cu əsrin sonu – 20-ci əsrin əvvəllərində siyasi fikir tarixində dərin iz buraxmış alim böyük sosioloq və politoloq Maks Veber (1864-1920) olmuşdur. Onun başlıca siyasi ideyaları 1927-ci ildə çapdan çıxmış “İqtisadiyyat və cəmiyyət” əsərində şərh edilmişdir.

Veberin siyasi sosiologiyasında çıxış nöqtəsi müasir Avropa dövlətlərini tarixdə olmuş və ya dünyanın digər hissələrində mövcud olan dovlətlərdən fərqləndirən səbəblərin axtarışı ilə bağlıdır. Hakimiyyətlə onun legitimləşməsi arasında asılılığın tədqiqi də Veberin müasir sosiologiyaya və politologiyaya töhfəsi hesab edilə bilər. Veberin siyasi təlimində mərkəzi kateqoriya “hökmranlıq” anlayışıdır. Bu mütəfəkkir “hökmranlıq” anlayışını “hakimiyyət” anlayışından fərqləndirir və göstərir ki, birincidən fərqli olaraq ikinci iqtisadi gücə əsaslanır. Veberdən sonra gələn bütün sosioloqlar və politoloqlar onun “hökmranlığın” üç tipi (ənənəvi, harizmalı, rasional-leqal) haqqında tezisini əsas etibarilə qəbul edir. 20-ci əsrin əvvəllərindən etibarən siyasi tədqiqatların mərkəzi Avropadan Amerikaya keçir. ABŞ siyasi məktəbinin görkəmli nümayəndələri Çarlz Marriam (1874-1953) politologiyada bixeviorçu cərəyanın, Hans Morgentau (1904-1980) praqmatizmin və siyasi realizmin baniləri hesab olunur. 50-60-cı illərdə politoloqların diqqətini siyasi mədəniyyət, siyasi sistem problemləri cəlb edir. Q.Almondun, Ç.İstonun bu məsələlərə həsr olunmuş əsərləri çapdan çıxır. Siyasi elmdə bir sıra meyllər formalaşmağa başlayır:

1) başlıça olaraq Avropadan kənar siyasi sistemlərin öyrənilməsi hesabına siyasi elmin empirik hüdudları genişlənir

2)siyasi biliklərin və siyasi elmin dəqiqləşdirilməsi sahəsində birgə səylər edilir; 3) sosial qrupların siyasi roluna və sosial təsisatlara maraq artır;

4) siyasi sistemlər analitik təhlil obyektinə çevrilir. Qərb siyasi fikrində 50-60-cı illərdən etibarən yeni bir nəzəriyyə – “konvergensiya nəzəriyyəsi” yayılmağa başlayır. Latın dilində bu söz yaxınlaşmaq, bir nöqtədə birləşmək deməkdir. Mənşəcə bioloji termindir, eyni mühitdə yaşayan canlı orqanizmlərdə oxşar cəhətlərin inkişaf etməsini nəzərdə tutur. Nəzəriyyənin baniləri Pitirim Sorokin (1889-1968), Con Kennet Helbreyt (1908-Kanada), Uolt Uitmen Rostoudur (1916- Nyu-York).

Onların fikrincə, kapitalizm və sosializm “vahid postindustrial cəmiyyətdə” birləşməlidir. Kapitalizmdə qərarlaşmaqda olan dövlət tənzimləməsi (“sosiallaşma” prosesi) bazar stixiyasının qarşısını alacaqdır. Sosializm isə liberallaşacaq. Nəticədə vahid bir sistem yaranaçaq. Dövlətə menecerlər rəhbərlik edəcəklər. Helbreyt yazır ki, müasir dövlət burjuaziyanın işlərini idarə edən orqan deyil, texnostrukturanın içraiyyə komitəsidir. Nəzəriyyənin başlıca nəticəsi ondan ibarətdir ki, iki sistem arasındakı əksiklik aradan qalxdığına görə, sosial inqilab problemi yox olur.

Müasir Qərb siyasi fikrinin ən kəskin təzahürlərindən biri faşizmdir. Faşist siyasi ideologiyasının tərkib hissələri aşağıdakılardır: rasizm, şovinizm və millətçilik, coğrafi siyasət, totalitar dövlət konsepsiyası, antidemokratizm, hüquqi nihilizm, elitarlıq və rəhbərin hakimiyyəti. Faşist diktaturasının əsas aləti terrorçu totalitar dövlətdir. Faşist ideologiyasında Nitsşenin fövqəlinsan və elita nəzəriyyəsi birləşmişdir.

“Texnokratiya doktrinası” amerikalı professor T.Veblenin (1857-1929) adı ilə bağlıdır. “Mühəndislər və qiymətlər sistemi” kitabında (1921) o, hakimiyyəti sənaye sisteminin Baş qərargahı olan “texniklərə” verməyi tələb edirdi. 30-cu illərdə bu konsepsiyanı Q.Skott və Frederiko Uinslou Teylor müdafiə edirdi. 1941-ci ildə Ç.Bernhem «Menecerlər inqilabı» adlı əsərində doktrinanı daha da inkişaf etdirdi. O, iddia edirdi ki, müasir dünyanın bir sıra dövlətlərində texnokratiya siyasi reallığa çerilmişdir. Buna görə də gələcəkdə planetdə texnokrat direktorlar komitəsi başda olmaqla vahid texnokratik dövlət yaranacaqdır.

60-70-ci illərdə bu ideya Q.Saymon (“elmi surətdə idarə olunan dövlət”), D.Bell (“postindustrial cəmiyyət”), B.Bekvit (“ekspertokratiya konsepsiyası) və Z.Bjezinski (texnotron cəmiyyət)’ tərəfindən inkişaf etdirilmişdir.

Doktrinanın tərəfdarları belə hesab edirlər ki, elmi-texniki inqilab şəraitində siyasi həyata elm və texnikanın təsiri güclənir, elmitexniki mütəxəssislərin dövlət idarəçiliyində iştirakı genişlənir. Nəticədə hakimiyyət biznesmenlərdən menecerlərə keçir. Texniki mütəxəssislər həm də “sosial mühəndislər” olur, istehsal funksiyaları ilə yanaşı, dövlət hakimiyyətini də onlar öz əllərində cəmləşdirirlər. “Texnobürokratiya” yaranır, yeni hakim sinif formalaşır, yeni sosialsiyasi sistem olan texnokratiya meydana çıxır. Bütün bunların nəticəsində texnokratiyada siyasi hakimiyyət öz sinfi mahiyyətini itirir. “Ümumi rifah dövləti” nəzəriyyəsi. Azad rəqabət dövründə dövlətin vəzifəsi kapitalist təsərrüfatının ümumi səylərini qorumaqdan ibarət (“gecə gözətçisi dövləti” siyasəti) idi. Müasir dövrdə isə o, iqtisadiyyata fəal müdaxilə etməyə başlayır. Bu işin nəzəriyyəsi ingilis iqtisadçısı D.Keynsin (1883-1946) “Ümumi məşğulluq, faiz və pul nəzəriyyəsi” (1936) kitabında işlənib hazır – lanmışdır. Onun ideyaları sonralar “ümumi rifah dövləti” nəzəriyyəsinin yaranması üçün əsas oldu. C.Myurdal, C.Streçi, A.Piqu, U.A.Robson, D.Neyl, K.Bouldinq və başqalarının əsərlərində göstərilir ki, dövlətin müdaxiləsi iqtisadiyyatın yaralarını sağaldır, ayrı-ayrı ölkələrdə “ümumi rifah dövlətinin”, gələcəkdə isə bütövlükdə “rifah dünyasının” yaranmasına gətirib çıxarır.

Müasir dünyanın siyasi fikrinə və ictimai hərəkatlarına Hindistan mütəfəkkiri, hind xalqının böyük oğlu Mohandas Karamçand Qandi (1869-1948) böyük təsir göstərmişdir. O, hind xalqının ingilislərin müstəmləkə zülmünə qarşı azadlıq müharibəsinin rəhbəri, Hindistan Milli konqres partiyasının lideri olmuşdur. Onun siyasi konsepsiyasının kökləri dini-əxlaqi postulatlara gedib çıxır və universal əxlaqi-fəlsəfi doktrinanın sanki bir vəsiləsini təşkil edir. O, induizmə hər şeydən əvvəl “qeyri-zorakı vasitələrlə” həqiqətin axtarılıb tapılması kimi baxırdı. Həqiqəti Allahla eyniləşdirir, “allahquruculuğu” “axmisa” (“ziyan vurmamaq”) prinsipi ilə əsaslandırırdı. O, “axmisanı” dünya qanunu hesab edirdi. Qandi ümumi seçki hüququ tələb edirdi. O, insanların ürəyində inqilab etmək istəyirdi. Dövlətə nihilist münasibət bəsləyir və belə hesab edirdi ki, onların hamısına istismarçılıq xasdır. Onun fikrincə, dövlət mütləq şərtdir. Ondan çıxış yolunu isə özünü idarə edən kənd respublikalarının – icmaların federasiyasında görürdü. O, “içma kommunizmi” arzulayırdı. Bu, “maarifçi anarxizm” adlanır. Qandinin fəlsəfi dünyagörüşü və siyasi baxışları siyasətdə yeni cərəyanın – qandizmin formalaşmasının əsasını qoydu. Siyasəti əxlaq qanunları ilə bir araya qoymağın qeyri-mümkünlüyünə əsaslanan makiavelliçi cərəyanın əksinə olaraq qandizm siyasətlə əxlaqın qarşılıqlı münasibətlərinə yeni yanaşmanı ifadə edir. Qandinin fikrincə, siyasət əxlaq prinsiplərinə əsaslandıqda insanın sosial mahiyyətinə daha yaxın olur.

Comments are closed, but trackbacks and pingbacks are open.