Press "Enter" to skip to content

Büdcə-vergi (fiskal) siyasəti

Büdcə təsnifatı müxtəlif səviyyə büdcələrinin, büdcədənkənar dövlət fondlarının gəlirlərinin, xərclərinin və maliyyələşmə mənbələrinin müəyyən prinsiplər əsasında qruplaşdırılmasıdır.

Vergi və yığımların dövlət büdcə gəlirlərinin formalaşmasında rolu

Dövlətin büdcə sistemi, onun öz funksiyalarını yerinə yetirməsi üçün nə qədər pul xərcləyəcəyini, nəyə xərcləyəcəyini, xərcləməyə qərar verdiyi pulun necə toplamasını təmin edir. Məqalədə bu sistemin əsas anlayışları, onun təşkilati quruluşu, büdcə gəlirlərində verginin rolu qısa da olsa şərh olunur. Beləliklə…

Vergi nədir?

Bu gün müasir dünya dövlətin pul vəsaitlərinin yığım üsulu kimi vergidən daha səmərəli vasitə tanımır. İstənilən dövlətdə vergi dövlət gəlirlərinin əsas hissəsini təşkil edir.

“Vergi”, “rüsum” – bu anlayışları biz dəfələrlə eşitmişik, nəinki eşitmişik, dəfələrlə “öz dərimizdə hiss etmişik” – əmək haqqımızdan , gəlirimizdən tutulma, müəyyən xidmətlərə görə ödənişlər formasında. Çox vaxt da bizdə sual yaranıb: “Bunu niyə ödəməliyəm, nə üçün kimsə az, bir başqası daha çox ödəyir, kimsə heç ödəmir?” Sualların cavabı fərqli ola bilər, amma vergi haqqında nə qədər belə suallar versək də, cəmiyyətin inkişaf tarixinin cavabı daha dəqiqdir:

Cəmiyyətin inkişaf tarixində heç bir dövlət vergisiz mövcud ola bilməzdi, çünki əhalinin ehtiyaclarını, tələblərini ödəmək məqsədi ilə ona həmişə müəyyən miqdarda pul vəsaiti lazım olacaq.

Beləliklə, deyə bilərik ki, vergi yığımları olmadan dövlətin özünün mövcudluğu mənasız olardı. Yəni verginin tarixi dövlətin yaşı qədər qədimdir.

Tarixə qısa ekskursiya etsək, vergi obyektlərinin müxtəlif olduğunu görə bilərik: oxuyan quşlar, cins atlar, xəzlər, fortepiano, subaylar…

  • qonşu Rusiyada hökmranlıq etmiş I Pyotrun saqqal vergisi (1698);
  • İngiltərədə tüstü borularına vergi (1660);
  • “Şərq incə məsələdir”, odur ki, buradakı vergilər də özünəməxsusdur. Osmanlı imperiyasında diş vergisi var idi, amma bunu öz dişi üçün deyil, təchiz etdiyi keyfiyyətsiz ərzağın zədələdiyi məmur dişlərinə görə ödəyirdi.

Günəş, kölgə, sərçə vergisi – bunlar zarafat deyil, həqiqətdir, İnternetdə axtarış etsəniz, buna əmin ola bilərsiniz.

Məqalənin həcmini nəzərə alıb, çox uzatmadan, deyə bilərik ki:

Vergilər vətəndaşların öz əmlak və gəlirlərindən, qanuna uyğun qaydada, dövlət və cəmiyyətin ehtiyaclarının təmin olunmasına yönəlmiş dövri icbari ödənişləridir.
  • icbari ödənişdir;
  • fərdi, təmənnasız ödənilir;
  • mülkiyyət, təsərrüfat yaxud operativ idarəetmə hüququ üzrə təşkilatlara, fiziki şəxslərə məxsus vəsaitlərin özgəninkiləşdirilməsidir;
  • dövlətin yaxud bələdiyyənin fəaliyyətinin maliyyələşməsi məqsədi ilə toplanır.

Büdcə anlayışı

Dövlətin vergi siyasəti onun sürətlə inkişaf edən, prioritet istiqamətlərdən biridir, çünki onun mövcudluğu, dövlət gəlirlərinin formalaşmasının vergilərdən asılıdır. Vergi ödəyicilərinin bütün ödənişləri dövlət büdcəsinə – dövlətin xəzinəsinə daxil olur, oradan isə müxtəlif ehtiyacların təmin edilməsinə yönəldilir. Büdcə xərclərini sxematik olaraq belə təsvir etmək olar:

Gəlin qısaca “büdcə” (ing. budget) anlayışına nəzər salaq. O, qədim normand dilində “pulla dolu çanta”, “pul kisəsi” mənasında işlənən “bougette” sözündən alınıb. Maliyyə kateqoriyası kimi XVIII əsrdən etibarən leksikona daxil olub.

Büdcə quruluşuna görə gəlir (mədaxil)xərc (məxaric) hissələrindən ibarətdir. Büdcə gəlirlərinin cəmi ilə xərclərin cəmi arasındakı fərq mövcud büdcənin durumunu xarakterizə edir. Fərq müsbətdirsə, yəni büdcədə artıqlıq varsa – profisit, mənfidirsə, yəni kəsir varsa – defisit hesab olunur. Gəlirlərin cəmi xərclərin cəminə bərabərdirsə, bu balanslaşdırılmış büdcə adlanır.

Müəyyən bir dövrə hazırlanan büdcə onu tərtib edənin həm gəlir, həm də xərclərini əks etdirir, habelə ehtiyacları ödənməsinə kifayət qədər pulun olub-olmadığın görməyə imkan verir.

Büdcə müxtəlif müddətlərə hazırlana bilər. Büdcənin əhatə etdiyi il maliyyə yaxud büdcə ili adlanır. AR qanunvericiliyinə əsasən büdcə ili biri yanvardan 31 dekabıradək olan dövrü əhatə edir.

  • dövlət büdcəsi;
  • regionla (yerli) büdcə;
  • təşkilatların büdcələri;
  • ailə və şəxsi (fərdi) büdcə.

Büdcə sistemi, onun təşkilati strukturu

Büdcə sistemi dedikdə vahid sistem formasında birləşdirilən dövlət, digər büdcələrin, habelə dövlət fondlarının məcmusu başa düşülür. Respubliuka ərazisində onun hüquqi-təşkilati, habelə iqtisadi əsalarını “Büdcə sistemi haqqında” AR Qanunu tənzimləyir, ayrı-ayrı büdcələrin qarşılıqlı əlaqəsi həmin qanunla təyin olunur.

  • AR dövlət büdcəsi;
  • Naxçıvan MR büdcəsi;
  • yerli ( bələdiyyə) büdcələri.

“Dövlət büdcəsi – müvafiq hakimiyyət orqanları vasitəsi ilə dövlətə məxsus funksiyaların yerinə yetirilməsin təmin etmək məqsədilə lazım olan pul vəsaitinin qanunla müəyyən olunmuş qaydada yığılması və xərclənməsi formasıdır.

Dövlət büdcəsinin gəlirləri həm dövlət, həm də qeyri-dövlət sektorundan daxil ola bilər.

“Büdcə gəlirləri – dövlət büdcəsinə, Naxçıvan MR büdcəsinə və yerli büdcələrə daxil olan vergilər, rüsumlar, digər ödənişlər və daxilolmalardır.

Dövlət büdcəsinin xərcləri – dövlətin ehtiyaclarını, tələblərini ödəmək üçün büdcədən ayrılmış vəsaitlərdir.

“Büdcə xərcləri – büdcə təsnifatına uyğun olaraq dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən, habelə yerli büdcələrdən qanunvericiliklə nəzərdə tutulan tələbatı ödəməyə ayrılan vəsaitlərdir.

Büdcə təsnifatı müxtəlif səviyyə büdcələrinin, büdcədənkənar dövlət fondlarının gəlirlərinin, xərclərinin və maliyyələşmə mənbələrinin müəyyən prinsiplər əsasında qruplaşdırılmasıdır.

Büdcə gəlirlərinin təsnifatı AR NK-in “Vahid büdcə təsnifatı” – na uyğun aparılır. Təsnifatda hər bir büdcə gəlirinin özünəməxsus kodu var. Dövlət büdcəsinə vergi və digər ödəmələr zamanı bu kodları bilmək vacibdir – ödəmələr bu kodlara uyğun həyata keçirilir.

Cəmil Əsədov,

Accounting.az saytının redaktoru

Büdcə-vergi (fiskal) siyasəti

İqtisadiyyat və siyasət elmində fiskal siyasət dövlət gəlirlərininxərclərinin köməyi ilə iqtisadiyyata təsir etmək üçün istifadə olunur [1] . Keyns iqtisadi məktəbinə görə, dövlət vergilərin səviyyəsini (dərəcəsini) və xərclərini dəyişdikdə bu məcmu tələbə və iqtisadi aktivliyə təsir göstərir. Fiskal siyasət biznes tsikllərində dəyişikliklər baş verdikdə iqtisadiyyatı sabitləşdirmək üçün tətbiq edilir [2] . Fiskal siyasətin iki əsas aləti olan vergilər və dövlət xərcləri dəyişdikdə, bu aşağıdakı makroiqtisadi göstəricilərə təsir edir [3] :

  • Məcmu tələb və iqtisadi aktivliyin səviyyəsi;
  • Yığım və investisiyalar;
  • Gəlirlərin bölgüsü.

Quick facts: .Close

Fiskal siyasət monetar siyasətdən bəzi xüsusiyyətlərinə görə fərqlənir. Belə ki, fiskal siyasət qanunvericilik aktı ilə tənzimlənən dövlət gəlirləri və xərclərindəki dəyişiklik vasitəsi ilə iqtisadiyyata təsir göstərir. Monetar siyasət isə mərkəzi bank tərəfindən pul təklifinə, faiz dərəcəsinə və məcburi ehtiyat normasına təsir etməklə bunu həyata keçirir.

Facebook

Вы используете браузер, который Facebook не поддерживает. Чтобы все работало, мы перенаправили вас в упрощенную версию.

Makroiqtisadi biliklər на Facebook. Если вам интересны новости Makroiqtisadi biliklər, регистрируйтесь на Facebook сегодня!

Makroiqtisadi biliklər на Facebook. Если вам интересны новости Makroiqtisadi biliklər, регистрируйтесь на Facebook сегодня!

Makroiqtisadi biliklər

► Büdcə – vergi siyasəti (fiskal siyasət)

Büdcə – vergi siyasəti dövlətin iqtisadiyyatı tənzimləməsi məqsədilə istifadə etdiyi əsas alətlərindən biridir. Bu alətin köməyilə dövlət iqtisadiyyatı tarazlı vəziyyətdə saxlaya və müəyyən sahələri stimullaşdıraraq inkişaf etdirə bilər. Dövlət büdcəsi gəlir və xərclərdən ibarətdir. Büdcə gəliri vergilər (70-80%), transfertlər və digər qeyri-vergi daxilolmaları hesabına formalaşır.

Büdcə-vergi siyasəti iqtisadiyyatda bölüşdürücü qismində çıxış edir. Onun həyata keçirilməsində başlıca məqsəd məcmu tələb səviyyəsinin, müvafiq olaraq, ÜDM-nin stabilləşdirilməsidir.

Məlum olduğu kimi iqtisadi tsikllərdə enmə və yüksəlmə müşahidə olunur. Büdcə – vergi siyasəti də buna uyğun olaraq aparılır. Əgər resessiya (eniş) müşahidə olunursa, onda dövlət stimullaşdırıcı büdcə – vergi siyasəti həyata keçirərək iqtisadi böhranın baş verməsinin qarşısın alır. Yox, əksinə olaraq canlanma müşahidə olunursa, bu zaman dövlət məhdudlaşdırıcı fiskal siyasət həyata keçirərək ölkədə yüksək inflyasiya tempinin yaranmasının qarşısın alır.

Comments are closed, but trackbacks and pingbacks are open.