Dövlət büdcəsi 2017
Unikal.org xəbər verir ki, bu qərar “Büdcə sistemi haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi imzalanıb.
Dövlət büdcəsi 2017
Xəbər verdiyimiz kimi, “2017-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsi artıq Milli Məclisə təqdim olunub. Büdcə zərfinə daxil olan sənədlər bu günlərdə parlament komitələrinin müzakirəsinə çıxarılacaq..
Modern.az-ın məlumatına görə, dekabrın 6, 7 və 8-də Azərbaycan Respublikasının 2017-ci il üzrə büdcə zərfi Milli Məclisin plenar iclaslarında müzakirə olunacaq.
Qeyd edək ki, 2017-ci ilin büdcə zərfinə “Azərbaycan Respublikasında 2017-cı il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2017-cı il üçün ehtiyac meyarının həddi haqqında”, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-cı il büdcəsi haqqında” qanunları, Milli Məclisin və Hesablama Palatasının 2017-cı il üçün xərclər smetaları daxildir.
Xatırladaq ki, 2017-ci il dövlət büdcəsinin gəlirləri 15 955 000,0 min manat, xərcləri 16 600 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 15 334 706,0 min manat, yerli gəlirləri 620 294,0 min manat, mərkəzləşdirilmiş xərcləri 15 911 286,0 min manat, yerli xərcləri 688 714,0 min manat) məbləğində nəzərdə tutulub.
Gələn ilin dövlət büdcəsinin 645 mln. manatlıq kəsirlə icra olunması nəzərdə tutulub.
2017-ci ilin dövlət büdcəsi layihəsində Azərbaycanda neftinin 1 barelinin qiyməti 40 dollardan götürülüb.
Yarana biləcək risklərdən qorunmaq məqsədi ilə qiymətlər 3 ssenari üzrə icra olunacaq:
Pessimist qiymətin 1 bareli- 35 ABŞ dollar
Baza qiyməti – 40 ABŞ dollar
Optimist – 45 ABŞ dolları
2017-ci ilin dövlət büdcəsi layihəsində elmə ayrılan xərclər 125.318.640,0 manatdır.
Təhsilə ayrılan pulun məbləği isə 1.859.499.497,0 manat nəzərdə tutulub.
Gələn ilin dövlət büdcəsindən səhiyyə sahəsinə 775.785.130,0 manat ayrılması proqnozlaşdırılıb.
2017-ci ildə Azərbaycan Respublikasında əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi (ipoteka) xərcləri üçün 100.000.000 manat nəzərdə tutulub.
2017-ci ildə ölkənin müdafiə xərcləri üçün 1.615.359.868.0 manat nəzərdə tutulub.
Bu məbləğdən 1.486.905.140,0 manat müdafiə qüvvələrinə, 122.700.302,0 manat milli təhlükəsizliyə, 2.642.144,0 manatı müdafiə və təhlükəsizlik sahəsində tədqiqatlara sərf olunacaq.
Modern.az
Dövlət büdcəsi 2017
Nazirlər Kabineti Azərbaycan Respublikasının 2017-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2017-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında qərar qəbul edib.
Unikal.org xəbər verir ki, bu qərar “Büdcə sistemi haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi imzalanıb.
Qərarda bildirilir ki, Maliyyə Nazirliyinin əlaqədar nazirlik, komitə, idarə və təşkilatlarla birlikdə müvafiq dövlət proqramları əsasında hazırladığı “Azərbaycan Respublikasının 2017-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri və İqtisadiyyat Nazirliyinin təqdim etdiyi “Azərbaycan Respublikasının 2017-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri bəyənilsin, eyni zamanda bu sənədlər və “Büdcə sistemi haqqında Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində nəzərdə tutulan müvafiq materiallar Azərbaycan Prezidentinə təqdim edilsin.
Xankəndi
AzVision.az Palatanın rəsmi saytına istinadən xəbər verir ki, rəydə qeyd olunub ki, “Büdcə zərfi”ndə növbəti ilin dövlət büdcəsinin layihəsi ilə birlikdə təqdim olunan sənədlər “Büdcə sistemi haqqında” qanununun tələbləri gözlənilməklə tərtib edilib. Ötən illərdən fərqli olaraq 2017-ci ilin dövlət büdcəsinin layihəsi ilə birgə təqdim edilmiş sənədlərdə növbəti ilə manatın məzənnəsi, həmçinin ÜDM-in digər valyutada proqnozlaşdırılan həcmi ilə bağlı məlumatlar əks etdirilməyib.
2017-ci ilin dövlət büdcəsi ilə bağlı Qanun layihəsində ilk dəfə olaraq xarici ölkələrdən qrantların (Avropa Birliyinin qrantından daxilolmaların) proqnozlaşdırılmış məbləği əks etdirilib. Eyni zamanda təqdim olunmuş qanun layihəsində ilk dəfə olaraq il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi (limiti) ayrıca olaraq nəzərdə tutulub.
Sənəddə qeyd olunub ki, “Büdcə sistemi haqqında” qanununun 16.1.5-ci maddəsində ayrı-ayrı gəlirlərin büdcələr arasında bölgüsü və ayırma normalarının əks etdirilməsi nəzərdə tutulsa da, “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində həmin bölgü və normalar təsbit edilməyib, “Avtomobil Yolları” Məqsədli Büdcə Fonduna ayırmaların proqnoz göstəriciləri əks olunub.
“Təqdim edilmiş “Büdcə zərfi”nə əsasən 2017-ci ilə dövlət büdcəsinin gəlirləri 15955,0 mln. manat məbləğində olmaqla 2016-cı ilin müvafiq göstəricisi ilə müqayisədə 867,0 mln. manat və yaxud 5,2% az proqnozlaşdırılıb. 2017-ci ildə dövlət büdcəsi gəlirlərinin ÜDM-ə faiz nisbəti 26,0% və ya cari ilin müvafiq göstəricindən 3,1 faiz bəndi az nəzərdə tutulub. Dövlət büdcəsinin gəlirlərinin qeyri-neft sektoru üzrə təklif olunan proqnozu 2015-ci ilin icrasından 821882,1 min manat və ya 11,3%, 2016-cı ilin gözlənilən icrasından isə 503000,0 min manat və ya 6,6% çoxdur. 2017-ci il üzrə qeyri-neft sektorundan proqnozlaşdırılan gəlirlərin ÜDM-ə nisbəti 13,2%, qeyri-neft sektoru ÜDM-nə qarşı isə 19,4% nəzərdə tutulub.
Dövlət büdcəsinin qeyri-neft sahələrindən gəlirləri üzrə proqnozlaşdırılmış artım əsasən Dövlət Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə təmin edilən gəlirlər üzrə, neft sektorundan gəlirlərin azalması isə Dövlət Neft Fondunun daxilolmaları hesabına nəzərdə tutulub. “2016-2020-ci illər üzrə Azərbaycan Respublikasının əsas makroiqtisadi proqnoz göstəriciləri”nə əsasən isə tədiyyə balansı üzrə cari hesab balansının 2015-2016-cı illər ərzindəki mənfi davranışının 2017-ci ildən etibarən müsbətə doğru dəyişməsi proqnozlaşdırılıb. “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və büdcə zərfinə əlavə olunmuş müvafiq sənədlərə əsasən dövlət büdcəsinin gəlirlərinin 45,2%-i və ya 7210000,0 min manatı Azərbaycan Respublikasının Vergilər Nazirliyinin, 13,8%-i və ya 2200000,0 min manatı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin, 38,2%-i və ya 6100000,0 min manatı Dövlət Neft Fondunun, 2,8%-i və ya 445000,0 min manatı isə digər mənbələrin payına düşüb. Vergilər Nazirliyi üzrə proqnozlaşdırılmış məbləğ 2016-cı ilin gözlənilən icrasına nisbətən 200000,0 min manat və ya 2,9%, Gömrük Komitəsi üzrə 390000,0 min manat və ya 21,5% çox, Dövlət Neft Fondu üzrə isə 1515000,0 min manat və ya 19,9% azdır”.
Hesablama Palatasının rəyinin tam mətni ilə BURADAN tanış ola bilərsiz.
Comments are closed, but trackbacks and pingbacks are open.