Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana
Buna baxmayaraq, konsulluq işçiləri, görünür, Azərbaycan və fars dillərini pis bildikləri üçün Pişəvərinin çıxış və bəyanatlarındakı ayrı — ayrı ifadələrə tez — tez irad tutur və SSRİ Xarici İşlər Nazirliyini düzgün məlumatlandırmırdılar. Nəticədə Nazirlikdən Pişəvəriyə xəbərdarlıq olunması, ondan çıxış və ya nitqlərindəki bu və ya digər ifadənin mənası ilə bağlı izahat tələb olunması haqqında göstərişlər daxil olur. Bu da istər Pişəvərinin, istərsə də onun yaxın silahdaşlarının əhval — ruhiyyəsinə mənfi təsir göstərir.
fuzulibaratov
Son vaxtlar Mir Cəfər Bağırov və Mir Cəfər Pişəvəri haqqında müxtəlif qəzetlərdəki yazıların məlumatlarının haradan, hansı arxivdən götürüldüyü ilə maraqlandım. Nəticədə bu məqalə alındı.
“ Mir Cəfər Pişəvəri Moskva üçün M.Ə. Rəsulzadə və N. Nərimanovdan sonra ən qatı “millətçi rəhbər” idi. Onu M.Ə. Rəsulzadə kimi ölkədən çıxarıb mühacirətə göndərmək olmazdı. Çünki SSRİ — nin sərhədləri seyf qapısı kimi kilidlənmişdi. M.C. Pişəvərini N. Nərimanov kimi Moskvaya aparıb rəhbər bir iş də vermək olmazdı. Ən başlıcası ona görə ki, İranla münasibətlər Kreml üçün Azərbaycanın taleyindən üstün idi. M.C. Pişəvəri elə Sovet Azərbaycanının hüdudları çərçivəsində yox edilməli idi. Həm də bu, Bakıda baş verməməliydi. Çünki Moskvanın iki Mir Cəfərin arasını vurmaq cəhdlərinə baxmayaraq, onları bir — birinə düşmən etmək qeyri — mümkündü. “Gizli iş görməyə mahir olan şəxslər” Mir Cəfər Pişəvəriyə qarşı “əməliyyatı” Mir Cəfər Bağırovun xəbəri olmadan həyata keçirməli idilər. 1947- ci ilin isti yay günlərində Mir Cəfər Pişəvəri Gəncədə idi. O vaxtlar Kirovabad neft kəşfiyyatı trestinin rəisi işləyən Nəzər Heydərovun qonağı idi. O, tək deyildi. Qonaqlar arasında respublika Dövlət Təhlükəsizliyi Nazirliyi katibliyinin rəisi, SSRİ — nin Təbrizdəki konsulunun müavini işlədiyi illərdən Pişəvərinin tanıdığı Nuru Quliyev, general Qulam Yəhya da vardı.
Məclis ta gecədən keçənədək davam etdi. Əslən Şəkidən olan Nuru Quliyev birdən qonaqlara belə bir təklif etdi: gəlin buradan elə bu saat Şəkiyə yollanaq, səhəri orada açaq. Bu təkliflə məclisdəkilərin hamısı razılaşdı. Pişəvəri də qonaq kimi etiraz etmədi. Qonaqlar general Qulam Yəhyanın “Hudzon” markalı avtomaşınında yay gecəsinin sakitliyində Şəkiyə tərəf irəliləməkdə idilər. “Hudzon”un sürücüsü kim idi? Karnik Melixyan. Onun mənşəyi DTN rəhbərlərinə yaxşıca məlum idi. Atası İranda Daşnaksütyun partiyasının lideri imiş. Arvadı vaxtilə Britaniyanın İrandakı səfirliyində işləyirmiş. Karnik Melixyanın adına Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Nazirliyinin şöbəsində şəxsi vərəqə açılıbmış. 1944 — 49-cu illərdə respublika Dövlət Təhlükəsizliyi Nazirliyi Yevlax rayon şöbəsinin müdiri vəzifəsində işləmiş Lətif Salayevin şahid ifadəsində deyildiyi kimi, Karnik Melixyanın xarici kəşfiyyatın agenti olması Dövlət Təhlükəsizliyi naziri Yemelyanova məlum idi. Buna baxmayaraq, erməni sürücü general Qulam Yəhyanın maşınını sürməkdə idi. Ona hətta Pişəvərini də gəzdirməyi tapşırmışdılar. Azərbaycan xalqının qatillərinə nökərlik edən K. Melixyan Yevlaxın 14 kilometrliyində maşını qəzaya uğratmışdı. Axtarış zamanı ondan 10.000 manat pul və “Valter” tapançası tapılmışdı. Sürücü hiyləgərliyə əl atmış, qəzanın törədilməsində günahı olmadığını söyləmişdi. Guya maşını gecə vaxtı sürdüyündən sükan arxasında onu yuxu tutubmuş. Sürücüdən soruşan olmamışdı ki, sükanın ikiyə bölünməsinə baxmayaraq, sənə heç bir xətər dəymədiyi halda necə olub ki, sənin yanında əyləşən Pişəvərinin qabırğası əzilmiş, ayağı sınmış, başı yaralanmıdır?
Əvvəlcədən qurulmuş maşın qəzasında Pişəvərinin sağ qalması “əməliyyatın” tam həyata keçirilməməsi demək idi. Ona görə də Pişəvərinin ölümü, necə deyərlər, təşkil olunmalı idi. 1947-ci il iyul ayının 11-də Pişəvəri ölümcül halda Yevlax rayon xəstəxanasına gətiriləndə huşu özündə idi. Həkimlərdən xahiş etdi ki, Bakıdan doğma qardaşını gətirsinlər, o, həkim — cərrahdır. Əvəzində Stepanakertdən cərrah Əsriyan gəldi. Pişəvəri Gəncədəki iyirmi yaşlı oğlunu yanında görmək istədi. Ömrünün ən çətin məqamında ataya oğlundan daha yaxın kim ola bilərdi? Xəbər çatdırmadılar. Çatdırsaydılar, qaça — qaça gələrdi və … cinayətdən agah olardı. Yalnız ertəsi günü, iyulun 12-də Bakıdan həkimləri və şəfqət bacılarını gətirən təyyarə Yevlaxa endi. Artıq gec idi. Pişəvəri cərrahiyyə əməliyyatından ayağa qalxmadı.
Mir Cəfər Pişəvərinin bacısı, 93 yaşlı Suğra Cavadzadə o faciəli günlərdən ürək ağrısı ilə danışır: — “O zamanlar biz Buzovnada camaat arasında “Nobel bağı” deyilən yerdə ikimərtəbəli binada yaşayırdıq. Burada Cənubi Azərbaycandan gəlmiş digər ailələr də məskunlaşmışdı. Qardaşım Mir Cəfər tez — tez bizi tərk edərək, bir neçə günlüyə rayonlara gedir, əsgərlərə baş çəkirdi. Bunu da söyləyim ki, Cənubi Azərbaycanda milli hökumət devriləndən sonra da Bakı və respublikanın digər yerlərində 35 fədailərimizin hərbi hissələri qalırdı. Təkcə Bakının hərbi məktəbində 500-dək cavan təhsil alırdı. Pişəvəri onlara pənah idi. Son dəfə bizdən ayrılarkən, Gəncəyə gedəcəyini bildirmişdi. O zaman qardaşımın oğlu Daruş da Gəncə yaxınlığında əsgərlər arasında idi. Pişəvəridən kiçik qardaşım Mir Səlim həkim — cərrahdı. Pişəvərinin rayondan ağır vəziyyətdə Sabunçu xəstəxanasına gətirildiyini də Buzovnaya Mir Səlim çatdırdı. Amma tapşırdı ki, Sabunçuya getməyək, onsuz da xəstəxanaya buraxmayacaqlar.
Ertəsi günü “Nobel bağı” yasa batdı. Qardaşımı ehtiramla burada dəfn etdilər. Mərasimdə nitq söyləyənlər çoxdu. Onların arasında ailəmizin yaxşı tanıdığı şair Mir Əli Mənafi də vardı. Onun qardaşımın qəbri üstündə oxuduğu şeir mərasimə gələnləri sarsıtdı, mən bacını daha çox.”
… Suğra bacı qızı Fəxrinin, nəvə və nəticələrinin əhatəsindədir. Böyük Pişəvərinin sonbeşik bacısı onun yeganə oğlu Daruşla da fəxr edir. Qardaşoğlunun bibisi həm də onun qaynanasıdır. Hazırda Almaniyada yaşayan Cavadzadələr Bakıdakı ağbirçək anadan həmişə hal — əhval tuturlar. Vaxtilə Azərbaycan Neft Akademiyasını bitirmiş Daruş Berlində alim və mühəndis kimi nüfuz qazanmışdır. Xanımı Cəvahir həkim işləyir. İki oğul atasıdır.
… İllər keçmişdir. Mir Cəfərləri göyə qaldırıb sonra da yerə çırpan imperiya dağılmışdır. Xalqımızın nadir övladlarının müəmmalı ölümünün əsl səbəbləri üzə çıxmaqdadır. Tarix elmləri doktoru, professor Şövkət Tağıyeva “Azadlıq” qəzetinin 1996-cı il 13 iyul tarixli sayında dərc olunmuş “Əbədi dərs” məqaləsində inkaredilməz elmi nəticələrə gəlmişdir. Görkəmli alim yazır:
“İran müəlliflərindən Vəkilinin gəldiyi bu nəticə də düşündürücüdür: “Pişəvərinin dikbaşlığından incik və narazı olan ruslar… onu öldürməyi qərara aldılar, qəzadan sonra xəstəxanada iynə vurub öldürdülər”. “Azadlıq” qəzetindəki yazının tam ziddinə olaraq, “Avrasiya” qəzetinin 1997 — ci il 23 avqust tarixli sayında “Pişəvərini kim öldürdü?” adlı məqalədə oxuyuruq: “Üzvü olduğu üçün insanları güllələtdirdiyi Müsavat partiyasının qurduğu Azərbaycan Demokratik Cümhuriyyəti atributlarını Təbrizdə yaşadan Bağırov millət xilaskarı deyildi. İlk baxışdan çox oxucularımız düşünə bilər ki, Mir Cəfər Təbrizdə hökumət yaratmaqla azərbaycanlılara xeyir vermişdir. Fəqət, bu qətiyyən belə deyildir. Təbriz hökumətinin başçısı Mir Cəfər Pişəvərinin məhvini təşkil edən Bağırov yaxşı bilirdi ki, azərbaycanlılar deportasiya edilərsə, o, hakimiyyətini itirə bilər. Əhalisi Qazaxıstan çöllərinə sürgün edilmiş respublikanın başçısı kimə və nəyə lazım idi?” Azərbaycan dilində deyil, “Avrasiya” ləhcəsində yazılmış qəzet materialından yalnız bir şeyi anlamaq mümkündür: Pişəvərinin məhvini Bağırov təşkil etmişdir. Başqa sözlə, “Rudenko məhkəməsi”nin sübut edə bilmədiyi iyrənc məqsədə həmin məhkəmədən 42 il keçəndən sonra “Avrasiya” nail olmaq istəmişdir. Sual olunur, Pişəvəriyə canıyananlıq edən qəzet bəs nə üçün bu böyük şəxsiyyətin anadan olmasının ildönümünü yada salmır? Yada sala da bilməz. Çünki başlıca məqsəd Pişəvəridən bəhs etmək deyil, oxucuya bu fikri aşılamaqdır: Mir Cəfər Bağırov millət xilaskarı deyildir. Bəs kimdir?” (Teyyub Qurban, “Düşmənlərindən Güclü Şəxsiyyət” Mir Cəfər Bağırov və Mir Cəfər Pişəvəri)
24 aprel 1946-cı il tarixdə SSRİ ilə İran arasında neft sazişi bağlandıqdan sonra Azərbaycan Demokrat Partiyasının lideri M.C. Pişəvəriyə bildirirlər ki, o daha Tehran hökumətinə qarşı çıxış etməsin. Amma SSRİ — nin İrandakı diplomatik korpusunun nümayəndələri Kremlə xəbər verirlər ki, M.C. Pişəvəri bu göstərişi yerinə yetirmir.
M.C. Bağırov M.C. Pişəvərinin gələcək taleyinə biganə qalmayaraq, Demokrat Partiyasının liderini müdafiə məqsədi ilə Stalinə məktubla müraciət edir.
Sonradan, 1956 — cı ildə, M.C. Bağırovun məhkəməsində bu məktub onu M.C. Pişəvərinin ölümündə ittiham edənlərə bir cavab oldu. Əgər M.C. Bağırov Pişəvərini fiziki olaraq aradan götürmək niyyətində olsaydı, hələ Təbrizdə ikən onun ölümünü istəyən Moskva emissarları ilə razılığa gələrdi. Moskvanının özündə Pişəvəriyə münasibət də buna imkan verirdi. Bu məktubda Bağırov Qəvamı da kəskin tənqid etmişdi. (Fond №1,siyahı №89, iş №112)
MOSKVA, ÜİK(b)P MK
STALİN YOLDAŞA
Sizin göstərişinizə müvafiq olaraq, biz İran Azərbaycanı Demokrat Partiyası ilə əlaqə saxlamağa çalışırıq. Təbriz radiosunu və qəzetlərini izləyirik. Mühüm məsələlərdə bizimlə məsləhətləşməkdə davam edən Demokrat Partiyasının lideri Pişəvərinin çıxış və bəyanatlarına xüsusi diqqət yetiririk. İran hökuməti ilə saziş imzalandıqdan sonra Pişəvərinin çıxış və bəyanatlarında mərkəzi hökumətin ünvanına heç bir kəskin ifadə və ya ikibaşlı eyhamlar tapmırıq.
Buna baxmayaraq, konsulluq işçiləri, görünür, Azərbaycan və fars dillərini pis bildikləri üçün Pişəvərinin çıxış və bəyanatlarındakı ayrı — ayrı ifadələrə tez — tez irad tutur və SSRİ Xarici İşlər Nazirliyini düzgün məlumatlandırmırdılar. Nəticədə Nazirlikdən Pişəvəriyə xəbərdarlıq olunması, ondan çıxış və ya nitqlərindəki bu və ya digər ifadənin mənası ilə bağlı izahat tələb olunması haqqında göstərişlər daxil olur. Bu da istər Pişəvərinin, istərsə də onun yaxın silahdaşlarının əhval — ruhiyyəsinə mənfi təsir göstərir.
Eyni zamanda ingilislər və amerikanlar son vaxtlar İran Azərbaycanında bizə qarşı öz həyasız təxribat fəaliyyətlərini gücləndirərək, Məclisə seçkilərə hazırlaşan bütün irticaçı qrup və təşkilatları açıq — aşkar dəstəkləməyə başlamışlar.
Azərbaycana münasibətdə Qəvamın davranışı da şübhəli görünür: bizim səfirimiz vasitəsilə Qəvam kürdlərin rəhbəri Qazi Məhəmmədi onunla görüşmək üçün Tehrana gəlməyə razı salmağı xahiş etmişdir. Qazi Məhəmməd bizim məsləhətimizlə Tehrana getmişdir. Daxil olan məlumatlara görə, Qəvam hər vasitə ilə kürdləri azərbaycanlılara qarşı çıxmağa təhrik edir. Qazi Məhəmmədə cürbəcür vədlər verməklə, Qəvam çılışır ki, kürdlər Təbrizə tabe olmasınlar. Bu şəraitdə Demokrat Partiyasının lideri kimi Pişəvəriyə İranın gələcək demokratikləşməsi uğrunda mübarizədə qarşıya çıxacaq çətinliklər haqqında danışmağı qadağan etmək lazım deyil.
M.C. Bağırov, iyul 1946-cı il
Təsadüfi deyil ki, hətta 1950 — ci ildə M.C. Pişəvərinin ölümündən sonra M.İ. İvanov İran Kommunist Partiyası haqqında dissertasiya yazanda Pişəvərini öz xalqının düşməni kimi göstərmişdi. Nəzərə almaq lazımdır ki, bu dissertasiya ÜİK(b) P MK-nın nəzdindəki İctimai Elmlər Akademiyasında müdafiə olunmuşdu.
M.C. Bağırov Malenkova məktub göndərərək qeyd edirdi ki,M.C. Pişəvəriyə bu cür münasibət heç bir məntiqə sığmır və tamamilə əsassızdır . O yazırdı: “Pişəvəri İran xalqı tərəfindən sevilir və görkəmli bir şəxsiyyətdir. Bu iftira Tudə Partiyası (İran Kommunist Partiyasının sədri, erməni Artaşes Ovanesyan) tərəfindən yayılmışdır. Bu, Tudə Partiyasının əksinqilabi fəaliyyətində və eyni zamanda Pişəvəri haqqında iftiraların yayılmasından başqa bir şey deyildir. Bu iftira xalq kütlələri “arasında parlaq partiya və hökumət xadimi kimi Pişəvərinin adı üzərinə heç bir kölgə salına bilməz”. (Cəmil Həsənli “Soyuq müharibənin başlanğıcı”)
Füzuli Baratov
Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana
“Düşmənlərindən güclü şəxsiyyət” (I Kitab). Mir Cəfər Bağırov haqqındakı kitabda onun çoxcəhətli siyasi fəaliyyəti arxiv sənədləri əsasında şərh edilir, Kremlin göstərişilə 1956-cı ildə qurulmuş qondarma məhkəmənin ittihamları ifşa olunub
İctimai-siyasi, publisistik kitablar
Teyyub Qurban. “Düşmənlərindən güclü şəxsiyyət” (I Kitab). Mir Cəfər Bağırov haqqında məqalələr toplusu. Kitabda M.C.Bağırovun çoxcəhətli siyasi fəaliyyəti arxiv sənədləri əsasında şərh edilir, Kremlin daşnak-rus hakimlərinin göstərişi ilə 1956-cı ildə qurulmuş qondarma məhkəmənin bütün ittihamları ifşa olunur.
Mir Cəfər Bağırovun anadan olmasının 110 illiyi miinasibətilə
“Düşmənlərindən güclü şəxsiyyət”
Redaktoru Qorxmaz Quliyev, filologiya elmləri doktoru, professor
Teyyub Qurban. Düşmənlərindən güclü şəxsiyyət. Mir Cəfər Bağırov haqqında məqalələr toplusu. Bakı, Şirvannəşr, 2006. 584 səh.
Kitabda M.C.Bağırovun çoxcəhətli siyasi fəaliyyəti arxiv sənədləri əsasında şərh edilir, Kremlin daşnak-rus hakimlərinin göstərişi ilə 1956-cı ildə qurulmuş qondarma məhkəmənin bütün ittihamları ifşa olunur.
Müəllifin fikrincə, M.C.Bağırov Azərbaycan xalqının ən nəhəng və əyilməz tarixi şəxsiyyətlərindəndir.
Düşmənlərindən güclü şəxsiyyət
Dağlıq Qarabağ (1988-1993)
Xankəndi (18.09.1988)
Əskəran (19.10.1991)
Hadrut (19.11.1991)
Xocalı (26.02.1992)
Şuşa (08.05.1992)
Laçın (17.05.1992)
Xocavənd (02.10.1992)
Kəlbəcər (3-4.04.1993)
Ağdərə (07.07.1993)
Ağdam (23.07.1993)
Cəbrayıl (23.08.1993)
Füzuli (23.08.1993)
Qubadlı (31.08.1993)
Zəngilan (30.10.1993)
Azərbaycanda milli azadlıq hərəkatı XX əsrin əvvəllərində(1900-1907)
Müəllif: | Джаваншир Гусейнов |
Çap olunub: | 2001 |
Səhifələrin sayı: | 256 |
Dili: | rus |
Yüklənilib: | 17312 |
Yüklə (.pdf | 1.546 MB)
Hakimiyyət və insanlar – 1945-1953
Müəllif: | Эльдар Исмаилов |
Çap olunub: | 2003 |
Səhifələrin sayı: | 344 |
Dili: | rus |
Yüklənilib: | 9574 |
Yüklə (.pdf | 1.345 MB)
“Alban tarixi” Musa Kalankatulu mənbə kimi
Müəllif: | Маммедова,Ф. |
Çap olunub: | 1977 |
Səhifələrin sayı: | 198 |
Dili: | rus |
Yüklənilib: | 20572 |
Yüklə (.pdf | 1.274 MB)
1905-1906-cı illərdə erməni müsəlman davası
Müəllif: | Mir Möhsün Nəvvab |
Çap olunub: | 1993 |
Səhifələrin sayı: | 128 |
Dili: | azərbaycan |
Yüklənilib: | 10502 |
Yüklə (.pdf | 1.089 MB)
1918-ci il Şamaxı soyqırımı
Müəllif: | Seyfəddin Qəniyev |
Çap olunub: | 2003 |
Səhifələrin sayı: | 170 |
Dili: | azərbaycan |
Yüklənilib: | 9057 |
Yüklə (.pdf | 1.573 MB)
1918-ci il qırğınları
Müəllif: | Vaqif Arzumanlı |
Çap olunub: | 1995 |
Səhifələrin sayı: | 92 |
Dili: | azərbaycan |
Yüklənilib: | 5722 |
Yüklə (.pdf | 0.544 MB)
1918-ci il qırğınları. Tarixi araşdırmalar
Müəllif: | V. Arzumanlı, V. Həbiboğlu, K. Muxtarov |
Çap olunub: | 1995 |
Səhifələrin sayı: | 90 |
Dili: | azərbaycan |
Yüklənilib: | 6864 |
Yüklə (.pdf | 0.603 MB)
1918-ci ilin martı. Bakı
Müəllif: | С.Рустамова |
Çap olunub: | 2009 |
Səhifələrin sayı: | 864 |
Dili: | rus |
Yüklənilib: | 10360 |
Yüklə (.pdf | 3.941 MB)
1918. İstiqlal yürüşü
Müəllif: | Yusif Ağayev |
Çap olunub: | 2009 |
Səhifələrin sayı: | 416 |
Dili: | azərbaycan |
Yüklənilib: | 8916 |
Yüklə (.pdf | 4.888 MB)
1920-ci ildə Qarabağ döyüşləri
Müəllif: | Şəmistan Nəzirli |
Çap olunub: | 2009 |
Səhifələrin sayı: | 480 |
Dili: | azərbaycan |
Yüklənilib: | 7889 |
Yüklə (.pdf | 2.279 MB)
31 mart soyqırımı: 1918-1920-cı illər mətbuatında
Müəllif: | Akif Aşırlı |
Çap olunub: | 2011 |
Səhifələrin sayı: | 100 |
Dili: | azərbaycan |
Yüklənilib: | 5803 |
Yüklə (.pdf | 3.252 MB)
Abbas Mirzə və Azərbaycan
Müəllif: | Əminə Pakrəvan |
Çap olunub: | 2010 |
Səhifələrin sayı: | 336 |
Dili: | azərbaycan |
Yüklənilib: | 9629 |
Yüklə (.pdf | 1.436 MB)
Ağa Musa Nağıyev
Müəllif: | Manaf Süleymanov |
Çap olunub: | 1994 |
Səhifələrin sayı: | 40 |
Dili: | azərbaycan |
Yüklənilib: | 8531 |
Yüklə (.pdf | 0.567 MB)
Ağqoyunlu – Osmanlı müharibəsi (1472 – 1473-cü illər)
Müəllif: | Агаев Юсиф, Ахмедов Сабухи |
Çap olunub: | 2006 |
Səhifələrin sayı: | 127 стр |
Dili: | rus |
Yüklənilib: | 10603 |
Yüklə (.pdf | 1.113 MB)
Ağqoyunlu və Səfəvi Dövlətləri ilə Qərbi Avropa ölkələrinin əlaqələri
Müəllif: | Махмудов Я. М. |
Çap olunub: | 1991 |
Səhifələrin sayı: | 180 |
Dili: | rus |
Yüklənilib: | 18807 |
Yüklə (.pdf | 1.782 MB)
Comments are closed, but trackbacks and pingbacks are open.