Məhkəmə-Hüquq Şurası haqqında” qanuna dəyişiklik edilir
Yenicag.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti tərəfindən “Dövlət qulluğu haqqında” qanuna əlavələr təklif edilir. Layihəyə əsasən, qanunun 8-ci maddəsinin (Dövlət orqanlarının təsnifatı) 1-ci bəndinə (təsnifatlaşdırılan dövlət orqanlarının siyahısı) “məhkəmə hakimiyyətinin özünüidarə orqanı olan Azərbaycan respublikasının Məhkəmə-Hüquq Şurası” sözləri əlavə edilir. Hazırda isə Azərbaycanda dövlət orqanlarının təsnifat siyahısına görə qurumlar yalnız bunlardır: “Əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin III hissəsinə əsasən müəyyən edilən Azərbaycan Respublikasının qanunvericilik, icra və məhkəmə hakimiyyətinin ən yüksək dövlət orqanları, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, habelə Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanlar və icra səlahiyyətlərini həyata keçirən orqan, Azərbaycan Respublikasının Milli Məclisi, Ali konstitusiya ədalət mühakiməsi səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən işlər üzrə ali məhkəmə orqanı olan Azərbaycan Respublikasının Ali Məhkəməsi (Ali kateqoriya dövlət orqanları)”. Bununla bağlı maddənin ikinci bəndindən (təsnifatla bağlı ikinci mərhələdən) “Məhkəmə-Hüquq Şurası Aparatı” sözləri çıxarılır. Layihəyə əsasən, Məhkəmə-Hüquq Şurası aparatının rəhbərinə isə “Azərbaycan Respublikası Prezidentinin Administrasiya rəhbərinin vəzifəsi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin fəaliyyətini təmin edən struktur bölmənin rəhbərinin vəzifəsi, Azərbaycan Respublikası Milli Məclisinin Aparat rəhbərinin vəzifəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin vəzifəsi, Azərbaycan dövlətinin başçısının icra səlahiyyətlərini həyata keçirən orqanın Aparat rəhbərinin vəzifəsi, Azərbaycan Respublikası Dövlət müşavirlərinin vəzifəsi, Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların rəhbərlərinin vəzifəsi, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Aparat rəhbərinin vəzifəsi” siyahısında inzibati status verilir. Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sentyabrın 20-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
E qnun mehkeme hüquq şurası haqqında ən yeni
Kateqoriyalar
Özəl
Layihələr
- Seçki 2020
- Ramazan
- Video Xəbərlər
- Qurban Bayramı
- Beynəlxalq Media Forumu
- DÇ-2018
- Türkiyə Prezident Seçkiləri 2018
- Seçkilər 2018
- #Cümhuriyyətüçünyaz
- Formula 1 / Bakı 2017
- Simpozium 2017
- İslam Həmrəyliyi Oyunları
- Referendum
- 15 Temmuz Milletin İradesi
Struktur
- Haqqında
- Şərifzadə küç., 168A, II Bina, m.1, Bakı, Azərbaycan
- +99412 432 12 22
- +99455 681 11 82
- [email protected]
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
Ana Səhifə Cəmiyyət Məhkəmə-Hüquq Şurasına dövlət orqanı statusu verilir
!Reklam – Arxiv
Yeni Çağ Media Qrupu – Sentyabr 19, 2017 – 13:54
!Reklam – Yazi
Azərbaycanda Məhkəmə-Hüquq Şurasına dövlət orqanı statusu verilir.
Yenicag.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti tərəfindən “Dövlət qulluğu haqqında” qanuna əlavələr təklif edilir. Layihəyə əsasən, qanunun 8-ci maddəsinin (Dövlət orqanlarının təsnifatı) 1-ci bəndinə (təsnifatlaşdırılan dövlət orqanlarının siyahısı) “məhkəmə hakimiyyətinin özünüidarə orqanı olan Azərbaycan respublikasının Məhkəmə-Hüquq Şurası” sözləri əlavə edilir. Hazırda isə Azərbaycanda dövlət orqanlarının təsnifat siyahısına görə qurumlar yalnız bunlardır: “Əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin III hissəsinə əsasən müəyyən edilən Azərbaycan Respublikasının qanunvericilik, icra və məhkəmə hakimiyyətinin ən yüksək dövlət orqanları, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, habelə Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanlar və icra səlahiyyətlərini həyata keçirən orqan, Azərbaycan Respublikasının Milli Məclisi, Ali konstitusiya ədalət mühakiməsi səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən işlər üzrə ali məhkəmə orqanı olan Azərbaycan Respublikasının Ali Məhkəməsi (Ali kateqoriya dövlət orqanları)”. Bununla bağlı maddənin ikinci bəndindən (təsnifatla bağlı ikinci mərhələdən) “Məhkəmə-Hüquq Şurası Aparatı” sözləri çıxarılır. Layihəyə əsasən, Məhkəmə-Hüquq Şurası aparatının rəhbərinə isə “Azərbaycan Respublikası Prezidentinin Administrasiya rəhbərinin vəzifəsi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin fəaliyyətini təmin edən struktur bölmənin rəhbərinin vəzifəsi, Azərbaycan Respublikası Milli Məclisinin Aparat rəhbərinin vəzifəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin vəzifəsi, Azərbaycan dövlətinin başçısının icra səlahiyyətlərini həyata keçirən orqanın Aparat rəhbərinin vəzifəsi, Azərbaycan Respublikası Dövlət müşavirlərinin vəzifəsi, Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların rəhbərlərinin vəzifəsi, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Aparat rəhbərinin vəzifəsi” siyahısında inzibati status verilir. Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sentyabrın 20-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
www.yenicag.az
- ANDROID əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
- iOS əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
- Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
“Məhkəmə-Hüquq Şurası haqqında” qanuna dəyişiklik edilir
Məhkəmə-Hüquq Şurasının üzvlərinə səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün Ali Məhkəmənin hakimlərinin əmək haqqının deyil, vəzifə maaşının 25 faizi məbləğində aylıq əlavə pul təminatı veriləcək.
E-huquq.az-ın məlumatına görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən və parlamentə tövsiyə olünan “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
Qeyd edək ki, əməkhaqqı əmək stajının müddətindən asılı olaraq fərqli olur. Əmək Məcəlləsinə əsasən, əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə etdirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
Vəzifə maaşı isə işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir.
Hazırda bir sıra normativ hüquqi aktlarda əmək haqqı ifadəsi vəzifə maaşı ifadəsi ilə əvəz edilib. Layihədə nəzərdə tutulan dəyişikliyin əsas məqsədi “Məhkəmə-Hüquq Şurası haqqında” Qanunun təkmilləşdirilməsidir.
Comments are closed, but trackbacks and pingbacks are open.