Məşhur rəssamlar haqqında ən yaxşı filmlər
Frida/Frida
Parlaq, onun üsyankar təbiəti, enerjisi barədə gözəl film. Frida Meksikanın o zaman ən məşhur rəssamı Dieqo Rivyeraya ərə gedəndə 20 yaşı var idi. Film Fridanı təkcə dahi rəssam kimi yox, həm də hər şeydən öncə sevgi və ailənin dəyər verən qadın kimi təqdim edir. Filmin musiqisi isə ayrıca diqqətə layiqdir, film “Ən orijinal soundtrek” nominasiyasında «Oskar» mükafatına layiq görülüb.
Somerset Moem Ay Və Qara Qəpik
Romanda bütünlüklə özünü sənətə vermiş insanın yaratmaq eşqi, Ay kimi əlçatmaz dahilik işığı və onunla müqayisədə bir qara quruşa dəyməyən bayağı var-dövlət meşşanlığı üz-üzə qoyulur. Əsər dahi fransız rəssamı Pol Qogenin həyatına improvizasiyadır. Dahi və xudpəsənd, alicənablıq və rəzillik, istedad və qəddarlıq – eyni bir şəxsdə bu sifətlərin olması mümkündürmü? Dahiliklə əclaflıq bir araya sığa bilərmi? Sənətkar yaşadığı cəmiyyətin əxlaq qanunları ilə hesablaşmalıdırmı? “Yaradıcı adamın içində bir iblis də var” – bu deyim doğrudurmu? Görkəmli ingilis nasiri S.Moem kitabda bu problemləri bədii bir dillə açıqlayır.
Çarlz Strikləndlə tanış olanda, doğrusu, heç ağlıma gəlməzdi ki, o nəsə qeyri-adi bir adamdı. Amma indi az adam tapılar ki, onun böyüklüyünə şəkk eləsin. Mən nə güclü bir siyasətçinin, nə də şöhrətli bir sərkərdənin böyüklüyünü nəzərdə tutmuram, çünki bu, adamın özündən çox onun tutduğu mövqeyə aiddir. Şərait dəyişən kimi, mövqe də, nüfuz da əldən çıxır. Necə ki, idarəsindən kənarda baş nazirin nitqi qəliz və ibarəli bəlağətdən başqa bir şey deyil, ordusu olmayan general isə olsa-olsa bir qoçu təsiri bağışlayır. Çarlz Striklənd əsl mənada böyük adamdı. Onun əsərləri xoşa gəlməyə bilər, amma onlara laqeyd qalmaq çətindir. Onlar adamı sarsıdır, ahənrüba kimi cəzb edir. Onların rişxənd hədəfi olmaq vaxtı da keçib daha, indi onlardakı vəhşəti duyub görmək də, bəyənib müdafiə etmək də istehza kimi qəbul olunmur. Sənətkarın kəm- kəsiri də özünəməxsus ləyaqətini tamamlayan cizgilərdi. Düzdür, bu rəssamın incəsənətdəki yeri barədə hələ mübahisələr gedir, güman ki, pərəstişkarlarının hədsiz tərifi kimi ona kəmetina yanaşanların dediqodusu da əsassızdır. Amma bir şey şübhəsizdir, bunlar dahiyanədir. Məncə, incəsənətdə ən maraqlısı sənətkarın şəxsiyyətidir, sənətkar heç kimə bənzəmirsə, orijinaldırsa, onun səhvlərini bağışlamaq olar. VelaskesJ rəssam kimi, yəqin ki, El Qrekodan2 yüksəkdə durur, amma onu yaxından tanıdıqca marağın adiləşir və bir o qədər də təsirlənmirsən. El Qreko isə ruhundakı əbədi yanğınlardan xəbər verir. Aktyor olsun ya rəssam, şair ya musiqiçi, özlərinin gözəl sənətilə estetik tələbatımızı ödəyirlər, amma bu, bir yandan baxanda, həm də qeyri-insani məmnunluqdur, çünki qəlbin gizli və batin duyğularını açıb göstərmək elə cinsi qabiliyyətin nümayiş etdirilməsi qədər qeyriinsanidir, fizioloji instinktə bərabər bir şeydir.
Aşağıdakı düyməyə vuraraq resursu yükləyə bilərsiniz.
Məşhur rəssamlar haqqında ən yaxşı filmlər
Frida/Frida
Parlaq, onun üsyankar təbiəti, enerjisi barədə gözəl film. Frida Meksikanın o zaman ən məşhur rəssamı Dieqo Rivyeraya ərə gedəndə 20 yaşı var idi. Film Fridanı təkcə dahi rəssam kimi yox, həm də hər şeydən öncə sevgi və ailənin dəyər verən qadın kimi təqdim edir. Filmin musiqisi isə ayrıca diqqətə layiqdir, film “Ən orijinal soundtrek” nominasiyasında «Oskar» mükafatına layiq görülüb.
Modigliani/Modilyani
Rejissor Maykl Devis təkcə bioqrafik film deyil, daha bioqrafiya elementləri ilə məşhur rəssam Modilyani barədə dram yaradıb. Modilyani və Pikasso aradında sərt rəqabət, onların təkəbbürü, ehtirasları barədə hekayə. Ancaq Amedeonun həyatında yeni başlayan rəssam qadın Jan peyda olur, məhz onun səmimi sevgisi bu mübarizədə onun işıq şüasına çevrilir.
Girl with a Pearl Earring/Mirvari sırğalı qız
1665-ci il, Hollandiyanın Delft şəhəri. Rəssam Yohannes Vermeyerin evinə 16 yaşlı qız Qriyet xidmətçi işləmək üçün gəlir. Tezlikə o, üzərində rəssamın diqqətini hiss edir, çünki öz gənc yaşına baxmayaraq, Qriyet əsrlərlə yaşayacaq rəsmlərin yaranma mexanizmi, prosesin özünü çox gözəl hiss edir. Bir dəfə Vermeyer Qriyetə yeni əsəri üçün poza verməyi təklif edir, beləliklə də məşhur şedevr yaranır.
Lust for Life/Həyat eşqi
Minellinin filmi anlaşılmaz və yaşadığı zaman qəbul edilməyən Vinsent Van Qoqun faciəvi taleyi barədədir. Aktyor öz zamanının ən təzadlı və mürəkkəb personajlarından birini oynayır. Bəzi anlarda o, əsl dəliyə bənzəyir, ancaq bir müddət sonra bir insanla danışa və ətrafdakılar və özü üçün təhlükəli olduğunu anlaya bilərdi.
Factory Girl/Mən Endi Uorholun ağlını başından aldım
Endi Uorhol — pomidor supunun bankasını kult əşyaya çevirən rəssam və rejissor, 60-cı illərin bohema çevrələrinin kralı və Nyu-Yorkda yerləşən məşhur «Fabrika» klubunun təsisçisidir. «Fabrika» Uorhol üçün bir növ oyundur: kim dözə biləcək, kimsə isə sınacaq. Burada Uorhol öz muzsı İdi Secviklə tanış olur.
Little Ashes/Keçmişin sədaları
Federiko Qarsiya Lorko və Salvador Dali arasında münasibətlərin hekayəsi. Orijinalda filmin adı «Xırda qalıqlar»dır. Salvador Dalinin 1927-28-ci illərdə yaratdığı sürrealist işlərdən biri belə adlanır. Dali bütün həyatı boyu kimi bildirib ki, onunla dostluq həyatının ən vacib hadisələrindən biridir.
El Greco/El Qreko
O özündən sonra davamçılar qoymadı, öz məktəbini yaratmadı və öz zamanının rəssamlıq istiqamətlərindən heç birini seçmədi. Onun incəsənəti öz zamanını çox qabaqladı. Krit adasından olan Dominikos Teotokopulos Qrek ləqəbini qazanıb. Məhz bu ad altında o, incəsənət tarixinə daxil oldu. Onun həyatı haqqında çox az şey məlumdur, heç bir avtoportreti qalmayıb, yaşadığı Markiza de Vilyena sarayı isə çoxdan dağıdılıb. Toledolu rəssamın incəsənəti də 20-ci əsrin əvvəlinə qədər unudulmuş olub. Ancaq zaman əsas şeyləri qoruyub — onun rəsmlərini.
My Left Foot/Mənim sol ayağım
Filmin əsası irlandiyalı yazıçı və rəssam Kristi Braunun təcrübəsi üzərindədir. O, bütün ömrü boyu sağalmaz xəstəlikdən — serebral iflicdən əziyyət çəkib. Braun ətrafdakılar üçün anasına və ailəsinə sevgi, onun şəxsi cəsarəti onu sol ayağının barmaqları ilə rəsm çəkməyə kömək etməsinə qədər sadəcə şikəst adam idi. Bu film iki Oskar mükafatı qazanıb.
Comments are closed, but trackbacks and pingbacks are open.