ELEKTRIK QURĞULARI
vk.com/club152685050 | vk.com/id446425943 5.2.4. 10kV gərginlikli qazma qurğusuna gələn hava elektrik xəttinin yarımstansiyaya (paylayıcı qurğuya) girişində olan cərəyandaşıyıcı hissələrə yerdən (döşəmədən) olan məsafə 4,5 m-dən az olmamalıdır. Yerdən həmin cərəyandaşıyıcı hissələrə (naqillərə ) qədər olan məsafə 3,5 m-ə qədər azalarsa, həmin ərazi 1,5 m hündürlükdə çəpərlənməlidir; bu halda yerdən məftilə qədər olan məsafə (çəpər müstəvisindən) 3,5 m-dən az olmamalıdır və ya giriş kabellə yerinə yetirilməlidir. 5.2.5. Buruğun dartıcı kanatlarının (burazlarının) hava elektrik xətləri ilə (toxunmamaqla) kəsişməsinə müstəsna hallarda yol verilir. Belə hallarda: a) elektrik xəttinin (naqilin) dartıcı kanatla kəsişdiyi (toxunmamaqla) hissədə birləşməsi (calağı) olmamalıdır; dartıcı kanatdan hündürdə keçməli və dayaqlarda ikiqat bərkidilməlidir; b) dartıcı kanatla elektrik naqili (ən çox əyilmədə) arasındakı məsafə 2 m-dən az olmamalıdır. 5.2.6. Qazma qurğusunun 6-10 kV-luq hava EVX-nin qıraq (kənar) naqilindən nasosxanaya, məişət binalarına və digər tikililərə qədər olan üfqi məsafə 2 m-dən az olmamalıdır, 1000 V-a qədər hava xətlərində isə 1,5 m-dən az olmamalıdır. 5.2.7. Qazma qurğusunun transformator yarımstansiyasına giriş, transformatorlardan və hava elektrik xətlərinin girişlərindən daha çox aralı olan yerdən olmalıdır. 5.2.8. Elektrik intiqallı qazma qurğularında qazma nasoslarını dərhal (qəza hallarında) saxlamaq üçün, qazmaçının əlinin altında «Stop» düyməsi olmalıdır. 5.2.9. Qazma bucurqadının elektrik intiqalı (ötürücüsü) talblokun kəlləçarxın altına dartıb (çəkib) aparılmasının qarşı- sını alan qurğu ilə təchiz olunmalıdır. 5.2.10. Qazma buruğunun işıqlandırılması, partlayışdan mühafizəli çıraqlarla (projektorlarla) yerinə yetirilməlidir.
Şəbəkə avadanlıqları
Kompüterləri bir şəbəkədə birləşdirmək və şəbəkənin işini təmin etməkdən ötrü əlavə avadanlıqlar — yönləndirici, toparlayıcı, kommutator və s. lazımdır. Belə əlavə avadanlıqlara şəbəkə avadanlıqları deyilir və onların özlərini də iki qrupa ayırırlar: aktiv şəbəkə avadanlıqları və passiv şəbəkə avadanlıqları.
Aktiv avadanlıqlar elektrik şəbəkəsindən, yaxud başqa mənbələrdən qidalanan elektron sxemləri olan və siqnalları gücləndirən, çevirən və ya başqa funksiyaları yerinə yetirən avadanlıqlardır. Başqa sözlə, bu avadanlıqlar siqnalları xüsusi alqoritmlər üzrə emal etmək imkanına malikdir. Müasir lokal şəbəkələrdə Ethernet texnologiyası — verilənlərin paketlə ötürülməsi texnologiyası tətbiq edilir. Hər bir verilənlər paketində ötürülən verilənlərin özləri ilə yanaşı, texniki informasiya — verilənlərin mənbəyi və təyinat yeri, eləcə də paketin təyinat yerinə çatması üçün zəruri olan başqa məlumatlar da olur.
Aktiv şəbəkə avadanlıqları təkcə siqnalları qəbul edib göndərmir, eyni zamanda həmin texniki informasiyanı emal etməklə daxil olan paketləri öz daxili yaddaşındakı alqoritmlər əsasında yönləndirir.
Passiv avadanlıqlar dedikdə elektrik şəbəkəsindən, yaxud başqa mənbələrdən qidalanmayan və siqnalların paylanması və ya səviyyəsinin endirilməsi funksiyalarını yerinə yetirən avadanlıqlar nəzərdə tutulur; məsələn: kabellər, onların uclarına taxılan bağlayıcılar və s. Passiv avadanlıqlara kabellərin keçdiyi yolları — kabel novlarını, montaj şkafları və dayaqlarını, telekommunikasiya şkaflarını da aid edirlər.
İndi bu avadanlıqlarla daha yaxından tanış olaq. Kompüteri kabel şəbəkəsinə qoşmaq üçün onun şəbəkə interfeys kartı (network interface card, NIC) olmalıdır. Ona bəzən, sadəcə, şəbəkə kartı, yaxud Ethernet adapteri də deyilir. O, ayrıca kart kimi də, kompüterin ana lövhəsinin bir hissəsi kimi də ola bilər. Kompüterdə şəbəkə kartının olub-olmadığını bilmək üçün sistem blokunun arxa panelində RJ-45 yuvasını axtarın. O, telefon kabeli üçün yuvanın böyüdülmüşünə oxşayır, yalnız ora telefon kabelinin əvəzinə şəbəkə kabeli taxılır.
Lokal şəbəkədə olan avadanlıqları bir-birinə birləşdirmək üçün şəbəkə kabelindən istifadə olunur. Belə kabel kompüterlərlə mərkəzi qurğu arasında siqnalları ötürür. Şəbəkə kabeli rəsmi olaraq CAT5 kabeli və ya 5-ci kateqoriyalı kabel adlandırılır. Sarınmış cütlük kabelinin bu kateqoriyası 8 naqildən ibarətdir və bu naqillər cüt-cüt bir-birinə sarınıb. Bu kabeldən həm telefonların, həm də kompüterlərin qoşulmasında istifadə olunur. Şəbəkə kabelləri rənginə və uzunluğuna görə seçilir. Kabelin hər iki ucunda onu rahat qoşub-açmaq üçün RJ-45 bağlayıcısı (konnektoru) olur. Hazırda belə kabellərlə qurulmuş və verilənlərin ötürülmə sürəti 100 Mbit/san olan “ulduzşəkilli” şəbəkələr daha geniş yayılıb.
Verilənləri uzaq məsafələrə ötürmək üçün optik lifli kabellərdən istifadə olunur. Bu kabellərdə informasiya işıq şüası vasitəsilə ötürülür.
Mövcud standartla verilənlərin ötürülməsi sürəti 10 Mbit/san, 100 Mbit/san, 1 Gbit/san və 10 Gbit/san müəyyən olunur.
Ola bilər, siz hava limanlarında tətbiq olunan toparlayıcı (ingiliscə: hub) sözünü eşitmisiniz. Səyahətçilər bir yerdən başqa yerə getmək üçün müxtəlif toparlayıcılardan keçirlər. Verilənlərin ötürülməsində də toparlayıcı bənzər şəkildə işləyir. Bu tip qurğu ona daxil olan bütün informasiyanı, sadəcə, ötürür, yəni toparlayıcının portuna qoşulmuş qurğuların hamısı eyni bir informasiyanı alır.
Kompüterləri “ulduz” sxemi üzrə vahid şəbəkədə birləşdirmək üçün çox zaman kommutator və ya svitç adlanan qurğular tətbiq olunur. Toparlayıcılardan (hablardan) fərqli olaraq kommutatorlar paketləri yalnız nəzərdə tutulduqları kompüterə ötürür. Kompüter kommutatorla hər iki ucunda RJ-45 bağlayıcısı olan və “patç-kord” (ingiliscə: patching cord — birləşdirici ip) adlandırılan kabel parçası ilə birləşdirilir. Adətən, lokal şəbəkədə olan kompüterlər İnternetə bir rabitə kanalı vasitəsilə bağlanır. Lokal şəbəkəni İnternetlə əlaqələndirmək üçün yönləndirici və ya router lazımdır. Yönləndirici yol polisinə bənzəyir: bu “ağıllı” qurğu şəbəkə trafikinə yol göstərir (istiqamətləndirir). Şəbəkədə göndərilən verilənlər kiçik paketlərə bölünür. Paketlərin hamısı eyni yolla (marşrutla) hərəkət etmir; paketlərin bəzisi bir yolla, başqaları başqa bir yolla gedə bilər. Paketlər təyinat yerinə çatdıqda ilkin formada birləşdirilir. Mürəkkəb, yəni çoxlu hissəsi olan şəbəkələrdə yönləndiricilər göndərilmiş paketləri qəbul edir və onları mövcud marşrutların ən səmərəlisi (ən qısası) üzrə göndərir. Şəbəkənin hər hansı bir hissəsində nasazlıq olarsa, yönləndirici də paketləri yol polisi kimi alternativ yollara istiqamətləndirə bilər.
Kompüterləri naqilli şəbəkədə birləşdirmək, adətən, divar və tavan boyunca çoxlu kabellərin çəkilməsini tələb edir. Naqilli şəbəkələrdə həm də qurğuların yerləşməsinə müəyyən məhdudiyyətlər yaranır. Ancaq naqilsiz şəbəkələrin belə çatışmazlıqları yoxdur: minimal fiziki əmək, zaman və material sərf etməklə belə şəbəkələrə kompüterlər və başqa naqilsiz qurğular artırmaq olar.
Mobil qurğuların (noutbukların, printerlərin və s.) stasionar lokal şəbəkəyə çıxışını təmin etmək üçün çox zaman simsiz erişim nöqtələrindən (wireless access point, WAP) istifadə olunur. Simsiz erişim nöqtəsi mövcud naqilli və ya naqilsiz şəbəkəyə naqilsiz girişi təmin etmək, yaxud tamamilə yeni naqilsiz şəbəkə yaratmaq üçün nəzərdə tutulmuş baza stansiyasıdır. Bu qurğulardan “qaynar nöqtələr” adlandırılan sahələrdə — müştərilərə ödənişsiz İnternet xidməti göstərilən yerlərdə istifadə olunur. Adətən, belə nöqtələr hava limanlarında, kitabxanalarda, iri şəhərlərin restoran və kafelərində yerləşir.
Son zamanlar ev şəbəkələrinin yaradılması zamanı da simsiz erişim nöqtələrinə maraq artıb. Bir mənzil daxilində belə bir şəbəkənin yaradılması üçün bir simsiz erişim nöqtəsi yetərlidir.
Simsiz şəbəkələrin yaradılması zamanı kompüterlərdə Wi-Fi adapterlərinin olması zəruridir. Müasir daşınabilir (portativ) kompüterlər belə adapterlərlə təchiz olunur. Əgər kompüterdə belə bir adapter yoxdursa, onun USB portuna taxılan Wi-Fi adapterindən istifadə etmək olar.
Şəbəkələrdə müəyyən məqsədlər üçün nəzərdə tutulmuş başqa avadanlıqlara da rast gəlinir; məsələn, şəbəkəni altşəbəkələrə ayırmaq və ya lokal şəbəkələri birləşdirmək üçün xüsusi qurğudan — körpüdən istifadə olunur. Bəzən körpü rolunu uyğun proqram təminatı ilə təchiz olunmuş kompüter də yerinə yetirə bilir. Ayrı-ayrı rabitə protokolları ilə işləyən müxtəlif tipli şəbəkələr arasında informasiya mübadiləsini gerçəkləşdirmək üçün birləşdirici qurğu kimi şəbəkə keçidi, yaxud şlüz tətbiq edilir; məsələn, PC tipli kompüterlərdən ibarət şəbəkə ilə Macintosh tipli kompüterlərin olduğu şəbəkəni vahid şəbəkədə birləşdirmək üçün şlüzdən istifadə olunur. Eynitipli şəbəkələr arasında mübadilə zamanı informasiyanı çevirən körpüdən fərqli olaraq şlüz təkcə ötürməni gerçəkləşdirmir, həm də verilənlərin formatını təyinat şəbəkəsinin protokoluna uyğunlaşdırır.
Müəllif: Ramin Mahmudzadə, İsmayıl Sadıqov, Naidə İsayeva
Mənbə: İnformatika 10 Ümumtəhsil məktəblərinin 10 cu sinfi üçün İnformatika fənni üzrə DƏRSLİK
- Teqlər:
- şəbəkə avadanlıqları
- , mobil qurğular
- , Kompüter avadanlıqları
- , kompüterdən istifadə
ELEKTRIK QURĞULARI
5.1. Ümumi tələblər 5.1.1. Neftqazçıxarma sənayesinin elektrik qurğuları [15]–ın tələblərinə uyğun olmalı, onlara xidmət və onların təmiri [16, 17]–in tələblərinə uyğun aparılmalıdır. 5.1.2. Müxtəlif sex və müəssisələrin (qazma qurğularının, kompressorların, nasos stansiyalarının və s.) elektrik qurğularına təhlükəsiz xidməti təşkil etmək üçün, müəssisə üzrə rəhbərlik tərəfindən həmin sex və müəssisələrin elektrotexniki heyətinin bu qurğulara xidmət sahəsinin hüdudları dəqiq təyin edilməli və rəhbərliyin sərəncamı ilə rəsmiləşdirilməlidir. 5.1.3. Partlayışdan mühafizə vasitələri və bloklayıcıları nasaz, idarəetmə və mühafizə sxemində pozuntular olan elektrik avadanlıqlarının istismarı qadağandır. 5.1.4. Nasaz elektrik avadanlıqlarının (transformatorlar, mühərriklər, kabellər, naqillər, qoruyucular və s.) istismarı qadağandır. 5.1.5. Elektrotexnoloji avadanlığa xidmət edən və elektrik aqreqatlarının işə salınmasını və açılmasını yerinə yetirən şəxs müvafiq təlim keçməli (təlimatlandırılmalı) və biliyi yoxlanıldıqdan sonra ona elektrik təhlükəsizliyi üzrə II –dən az olmayan qrup verilməlidir. 5.1.6. 5.1.5 bəndində göstərilən şəxslərin təlimatının həcmi müəssisənin baş mühəndisi və baş energetiki tərəfindən müəyyənləşdirilir və təsdiq edilir. 5.1.7. Partlayış təhlükəli zonalarda istifadə olunan elek- trik avadanlığı partlayışdan mühafizəli olmalı, partlayışdan mühafizə səviyyəsi partlayış təhlükəli zonanın sinfinə, partlayış-
vk.com/club152685050 | vk.com/id446425943 dan mühafizə növü isə partlayış təhlükəli qarışığın kateqoriya və qrupuna uyğun olmalıdır. 5.1.8. Xaricdə istehsal edilmiş elektrik avadanlıqlarının partlayış təhlükəli zonada və mühitdə quraşdırılmasına icazə verilməsi barədə müvafiq ekspert təşkilatının rəyi olmalıdır. 5.1.9. Partlayışdan mühafizə üzrə markalanması (markirovkası) olmayan, həmçinin kustar (əldəqayırma) üsulla hazırlanmış elektrik avadanlıqlarının quraşdırılması qadağandır. 5.2. Qazma işlərində elektrik qurğuları 5.2.1. Mürəkkəb geoloji şəraitdə 3000 m-dən dərin quyuların qazılmasında elektrik intiqallı (ötürücülü) qazma qurğusunun, bir-birindən asılı olmayan iki elektrik enerji mənbəyi olmalı və ya qəza zamanı qazma alətlərini qaldırmaq üçün qəza intiqalı olmalıdır. Bu məsələ hər bir ayrıca hal üçün müəssisənin baş geoloqu və baş energetiki tərəfindən birgə həll olunur. 5.2.2. Qazma qurğusunun 6 kV-luq gərginlik paylayıcı quruluşunun xanasında (yaçeyka) aşağıdakıları istisna edən bloklayıcılar olmalıdır: a) yağ, vakuum və elektrikqaz açarının və ya yüksək gərginlikli kontaktorun qoşulmuş vəziyyətində ayırıcıda əməliyyatın aparılmasını; b) xananın arxa qapısının açıq vəziyyətində ayırıcının qoşulmasını; c) ayırıcının qoşulmuş vəziyyətində xananın arxa qapısının açılmasını. 5.2.3. Gərginlik tam açılmaqla qazma qurğusunun gərginlik paylayıcısında kommutasiya aparatlarının təmirini təmin etmək üçün hər bir qidalandırıcı xəttin girişində xətt ayırıcısı olmalıdır.
vk.com/club152685050 | vk.com/id446425943 5.2.4. 10kV gərginlikli qazma qurğusuna gələn hava elektrik xəttinin yarımstansiyaya (paylayıcı qurğuya) girişində olan cərəyandaşıyıcı hissələrə yerdən (döşəmədən) olan məsafə 4,5 m-dən az olmamalıdır. Yerdən həmin cərəyandaşıyıcı hissələrə (naqillərə ) qədər olan məsafə 3,5 m-ə qədər azalarsa, həmin ərazi 1,5 m hündürlükdə çəpərlənməlidir; bu halda yerdən məftilə qədər olan məsafə (çəpər müstəvisindən) 3,5 m-dən az olmamalıdır və ya giriş kabellə yerinə yetirilməlidir. 5.2.5. Buruğun dartıcı kanatlarının (burazlarının) hava elektrik xətləri ilə (toxunmamaqla) kəsişməsinə müstəsna hallarda yol verilir. Belə hallarda: a) elektrik xəttinin (naqilin) dartıcı kanatla kəsişdiyi (toxunmamaqla) hissədə birləşməsi (calağı) olmamalıdır; dartıcı kanatdan hündürdə keçməli və dayaqlarda ikiqat bərkidilməlidir; b) dartıcı kanatla elektrik naqili (ən çox əyilmədə) arasındakı məsafə 2 m-dən az olmamalıdır. 5.2.6. Qazma qurğusunun 6-10 kV-luq hava EVX-nin qıraq (kənar) naqilindən nasosxanaya, məişət binalarına və digər tikililərə qədər olan üfqi məsafə 2 m-dən az olmamalıdır, 1000 V-a qədər hava xətlərində isə 1,5 m-dən az olmamalıdır. 5.2.7. Qazma qurğusunun transformator yarımstansiyasına giriş, transformatorlardan və hava elektrik xətlərinin girişlərindən daha çox aralı olan yerdən olmalıdır. 5.2.8. Elektrik intiqallı qazma qurğularında qazma nasoslarını dərhal (qəza hallarında) saxlamaq üçün, qazmaçının əlinin altında «Stop» düyməsi olmalıdır. 5.2.9. Qazma bucurqadının elektrik intiqalı (ötürücüsü) talblokun kəlləçarxın altına dartıb (çəkib) aparılmasının qarşı- sını alan qurğu ilə təchiz olunmalıdır. 5.2.10. Qazma buruğunun işıqlandırılması, partlayışdan mühafizəli çıraqlarla (projektorlarla) yerinə yetirilməlidir.
vk.com/club152685050 | vk.com/id446425943 5.2.11. Hər bir qazma qurğusunun 380/220 V-luq paylayıcı lövhəsində qaynaq transformatorlarını və geofiziki partiyaların elektrik qəbuledicilərini qoşmaq üçün kommutasiya aparatı olmalıdır. 5.2.12. Şaxta istiqamətləndiricisi, quyunun konduktoru və şurf boruları bilavasitə quraşdırıldıqdan sonra buruğun yerləbirləşdirmə quruluşuna qoşulmalıdır. Bu qoşulmalar qaynaqla yerinə yetirilməlidir. Birləşmə yerləri baxış üçün münasib olmalıdır. Bu halda yerləbirləşdirmə quruluşunun müqaviməti [15] –in tələblərinə uyğun olmalıdır. 5.2.13. Qazma qurğusunu bir yerdən başqa yerə köçürdükdə (nəql etdikdə) elektrik avadanlığının gərginliklə sınaqdan keçirilməsi zəruriliyi müəssisənin elektrik təsərrüfatına cavabdeh şəxs tərəfindən [16] ilə təyin olunmuş müddətdə müəyyən (təyin) edilir. 5.2.14. Quraşdırma mərhələsində olan qazma qurğusuna gərginliyin verilməsini (açılmasını) elektrik təsərrüfatına cavabdeh şəxs yerinə yetirməlidir. Qazma qurğusuna gərginliyin verilməsi «Qazma qurğusunun istismara buraxılması haqqında AKT» sənədləşdirildikdən sonra və yalnız sutkanın işıqlı vaxtında aparılmalıdır. Bununla yanaşı buruğa gərginlik, briqada üzvlərinin xəbərdar olunması və ya təhlükəli sahələrdən çıxarılması haqqında tikintiquraşdırma işlərinin rəhbəri tərəfindən yazılı surətdə təsdiqdən sonra verilməlidir. 5.2.15. Elektrik intiqallı qazma qurğularının qazma briqadalarının və quyuların mənimsənilməsi briqadalarının tərkibində elektrik təhlükəsizliyi üzrə qrupu IV-dən az olmayan elektrik montyoru olmalıdır. Küt şəkildə qazma aparıldıqda qazma qurğularına xidmət edən elektrik montyorlarının sayının azaldılması məsələsini müəssisənin baş energetiki həll edir.
Comments are closed, but trackbacks and pingbacks are open.