Elektron imzanın alınma qaydası
Nadir müəllim yeni aksiyanın (ilk müraciət edən 1000 nəfərə pulsuz e-imza) təşkil olunma səbəblərini də izah elədi: “Yaxın günlərdə yeni bir xidmətə başladıq. Artıq vətəndaşlar internet üzərindən birbaşa bizim saytın elektron ərizə bölməsinə daxil olaraq ərizə formasını doldura bilərlər. Burada şəxsiyyət vəsiqəsindəki məlumatları elektron ərizəyə daxil etməklə istənilən vətəndaş e-imza üçün müraciət edə bilər. Belə bir aksiyanı keçirməkdə məqsədimiz əvvəlcə bu məsələni təbliğ eləməkdir. Eyni zamanda, bizim xidmətin bir illik yubileyidir. Bunları nəzərə alaraq nazirlik rəhbərliyi qərar verdi ki, ilk müraciət edən 1000 nəfər vətəndaşa elektron imza sertifikatları pulsuz təqdim olunsun. Bu kartları alan vətəndaş üç il müddətində elektron xidmətlərdən istifadə edə biləcək. Amma nəzərə almaq lazımdır ki, bu xidmət pullu xidmətdir, yəni ilkin 1000 nəfərdən sonra internet üzərindən də ödəniş edərək, gəlib nazirliyin özündən elektron imza üçün sertifikatı almaq olacaq”.
Elektron sənəd haqqında
Elektron sənəd haqqında bu gün ki, elektron və dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Şəbəkə və ümumi istifadə olan resurslar və virtual mühitdə iş bacarıqları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
- 1 Elektron sənəd haqqında
- 1.1 Elektron sənəd nədir?Elektron sənəd informasiya sistemində istifadə üçün elektron formada təqdim edilir. Həmçinin elektron imza ilə təsdiq olunur.
- 1.2 Hər hansı bir faylı elektron sənəd adlandırmaq üçün başlıca əməliyyat nədir?
- 1.3 Elektron sənəd vasitəsilə hansı əməliyyatlar aparılır?
- 1.4 Elektron sənəd dövriyyəsi nədir?
- 1.5 Elektron sənəd dövriyyəsi vasitələri nələr hesab olunur?
Elektron sənəd haqqında
Elektron sənəd nədir? Elektron sənəd informasiya sistemində istifadə üçün elektron formada təqdim edilir. Həmçinin elektron imza ilə təsdiq olunur.
Hər hansı bir faylı elektron sənəd adlandırmaq üçün başlıca əməliyyat nədir?
Hər hansı bir faylı elektron sənəd adlandırmaq üçün bu fayl e-imza ilə kodlaşdırılmalıdır.
Elektron sənəd vasitəsilə hansı əməliyyatlar aparılır?
Elektron sənəddə dəyişiklik etməyə icazə verilmir. Elektron sənəd vasitəsilə rəsmi və qeyri-rəsmi yazışmalar, hüquqi məsuliyyət və öhdəliklər doğuran sənəd və informasiya mübadiləsi aparıla bilər.
Azərbaycan Respublikasının qanunvericiliyi ilə sənədin notariat qaydasında təsdiqi və (və ya) dövlət qeydiyyatı tələb olunduğu hallar istisna olmaqla, elektron sənəd kağız daşıyıcıda olan sənədə bərabər tutulur və onunla eyni hüquqi qüvvəyə malikdir.
Elektron sənəd dövriyyəsi nədir?
Elektron sənəd dövriyyəsi — informasiya sistemində elektron sənədin nizamlanmış hərəkəti ilə bağlı informasiya proseslərini nəzərdə tutur.
Elektron sənəd dövriyyəsi vasitələri nələr hesab olunur?
Elektron sənəd dövriyyəsində istifadə olunan proqramlar, texniki vasitələr və texnologiyalar isə elektron sənəd dövriyyəsi vasitələri hesab olunur.
Beləliklə biz Elektron sənəd mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır
Sizə aşağıdakı mövzular faydalı ola bilər:
- Elektron poçtla rəqəmsal məzmunun göndərilməsi
- Ştamp aləti haqqında
- Dodge Tool aləti haqqında
- Güvənli şifrənin yaradılması
- Corel Draw X6 proqramında sənədin yaddaşa verilməsi
Elektron imzanın alınma qaydası
Xəbər verdiyimiz kimi, oktyabrın 9-dan Azərbaycan vətəndaşları elektron imza vəsiqəsini daha asan qaydada əldə edə biləcək. Bunun üçün Elektron imza vəsiqəsi alınması prosedurlarına yeniliklər edən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi elektron ərizə proqramını istifadəyə verib. Bu proqramın köməyi ilə istənilən vətəndaş “e-imza.az” saytına daxil olaraq, internet üzərindən elektron ərizə formasındakı suallara cavab verməklə və online qaydada ödəniş etməklə, elektron imza kartı sifariş edə bilərlər.
Bu sahədə daha bir yenilik Məlumat Hesablama Mərkəzinin həyata keçirdiyi aksiya ilə bağlıdır. Belə ki, onlayn elektron ərizə xidməti vasitəsilə imza sertifikatı almaq üçün müraciət edən ilk 1000 vətəndaşa elektron imza kartları ödənişsiz veriləcək.
Qeyd olunan yeniliklər və digər məsələlər barədə əlavə məlumatlar almaq üçün elə “Elektron imza” layihəsinin rəhbəri, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin baş mütəxəssisi Nadir Rəsulovla əlaqə saxladıq. O, öncə qeyd elədi ki, elektron imza şəxsiyyət vəsiqəsini əvəzləyən və şəxsiyyətin kimliyini təsdiq edən bir sənəddir: “Bilirsiniz ki, getdikcə cəmiyyətin bütün sahələri elektron xidmətlərlə əvəz olunur. Elektron imza, elektron sənəd haqqında qanunda açıq bildirilib ki, istənilən vətəndaş dövlət hakimiyyəti orqanına ancaq gücləndirilmiş elektron imza ilə imzalanmış sənədlə müraciət etməlidir. Buna görə də elektron imza təkcə vətəndaşlar üçün deyil, həm də dövlət işçiləri üçün çox aktual məsələdir. Bu həm də informasiya təhlükəsizliyini təmin edən bir vasitədir”.
Bir günə 300-dən çox elektron müraciət olub
Nadir müəllim yeni aksiyanın (ilk müraciət edən 1000 nəfərə pulsuz e-imza) təşkil olunma səbəblərini də izah elədi: “Yaxın günlərdə yeni bir xidmətə başladıq. Artıq vətəndaşlar internet üzərindən birbaşa bizim saytın elektron ərizə bölməsinə daxil olaraq ərizə formasını doldura bilərlər. Burada şəxsiyyət vəsiqəsindəki məlumatları elektron ərizəyə daxil etməklə istənilən vətəndaş e-imza üçün müraciət edə bilər. Belə bir aksiyanı keçirməkdə məqsədimiz əvvəlcə bu məsələni təbliğ eləməkdir. Eyni zamanda, bizim xidmətin bir illik yubileyidir. Bunları nəzərə alaraq nazirlik rəhbərliyi qərar verdi ki, ilk müraciət edən 1000 nəfər vətəndaşa elektron imza sertifikatları pulsuz təqdim olunsun. Bu kartları alan vətəndaş üç il müddətində elektron xidmətlərdən istifadə edə biləcək. Amma nəzərə almaq lazımdır ki, bu xidmət pullu xidmətdir, yəni ilkin 1000 nəfərdən sonra internet üzərindən də ödəniş edərək, gəlib nazirliyin özündən elektron imza üçün sertifikatı almaq olacaq”.
Mütəxəssisin sözlərinə görə, bir gün keçməsinə baxmayaraq, artıq mərkəzə 300-dən çox müraciət daxil olub. O, bildirdi ki, elektron-imza üçün vətəndaşlar ilkin olaraq, ərizə ilə ora müraciət edirdilər. Məhsul hazır olduqdan sonra ikinci dəfə mərkəzə gəlib sənədi almalı olurdular. Amma indiki halda vətəndaşın qeydiyyat mərkəzlərinə gəlməsinə ehtiyac qalmır. Bu, həm növbələri aradan qaldırır, həm də istismarı sürətləndirir. Eyni zamanda, istifadəçinin sertifikat alma müddətini də xeyli azaltmış olur. N. Rəsulov qeyd etdi ki, elektron sertifikat kartını almaq üçün vətəndaş mütləq onların mərkəzinə gəlməlidirlər: “Biz gələcəkdə bu prosesi öyrənəcək və effektli olarsa, bu xidməti bütün regionlardakı qeydiyyat mərkəzlərinə də şamil edəcəyik. Ona görə ki, elektron imza üçün regiondan müraciət edənlər, məhsulu götürmək üçün Bakıya gəlməsinlər”.
Sertifikat kartı itərsə.
Vətəndaş ona verilmiş sertifikat kartını itirərsə, dərhal Milli Sertifikat Xidmətləri mərkəzinə müraciət etməlidir. Baş mütəxəssis dedi ki, hər bir kartın üzərində bizim əlaqə nömrəmiz və sorğu xidmətimiz var – 157. İstənilən imza sahibi öz kartını itiribsə, yaxud onun kodunun kimə aid olmasında müəyyən şübhələri varsa, sorğu mərkəzinə zəng eləyib məlumat verməlidir: “Ərizə doldurulanda orada gizli sual-cavab bölməsi olur. Operator vətəndaşın ad-soyadını daxil edərkən sistem avtomatik olaraq gizli sual-cavabı tələb edir. Kartın əsl sahibi qeydiyyata alındıqdan sonra, həmin kart bloka salınır. Yəni Elektron sertifikat kartını itirmiş hər bir şəxs bu qayda ilə mərkəzə zəng edərək öz kartını bloka sala bilər. Bu məsələdə əsas məsuliyyət vətəndaşın üzərinə düşür. Bizim üzərimizdə olan məsuliyyət isə odur ki, biz onun kartının aktuallığını saxlayırıq və təsdiq edirik ki, sertifikatın əsl sahibi filankəsdir. Həmin şəxsin sənədlərini yenidən yoxlayıb, tutuşdurduqdan sonra onun elektron imza üçün sertifikat kartı təsdiqlənərək bərpa olunur”.
Elektron-imza neçəyədir?
Məlumdur ki, “Elektron-imza” “Elektron hökumət”in tərkib hissələrindən biridir. Bir çox sənədləşmə işləri artıq elektron imza ilə aparılır. Ona görə də bu imzanın neçəyə başa gəlməsi yəqin ki, sahibkarların, hüquqi və fiziki şəxslərin, həmçinin vətəndaşların marağındadır. RİTN informasiya cəmiyyətinin inkişafı şöbəsinin məsləhətçisi Kamal Məmmədovdan aldığımız məlumata görə, burada 3 tarif var: “Bildirim ki, “Elektron imza” kartı adi vətəndaşa 30 manata başa gəlir. Kart 3 illiyə verilir. Bu müddətdə bərabər hüquqlarla məlumatları imzalaya bilərlər. Əslində adi vətəndaşlar üçün verilən kartın qiyməti digər tariflərə nisbətdə həddindən artıq ucuzdur. Belə bir aşağı qiymət ona görə götürülüb ki, vətəndaşlar bundan istifadə edə bilsin. Nəzərə almaq lazımdır ki, dövlət hakimiyyəti orqanları üçün onun qiyməti 135 manat, hüquqi və fiziki şəxslər üçün isə 168 manatadır”.
Qeyd edək ki, elektron-imzanın əldə olunması barədə ətraflı məlumatları “e-imza.az” saytından da əldə edə bilərsiniz.Kaspi.az
Comments are closed, but trackbacks and pingbacks are open.