Press "Enter" to skip to content

Bu gün Elxan Ələsgərovun 68 yaşı tamam olacaqdı

1972-ci ildə 150 nömrəli şəhər orta məktəbini bitirib. Ali təhsilini Azərbaycan Texniki Universitetində rabitə mühəndisi ixtisası üzrə alıb. “Azon” Elmi-Tədqiqat İnstitutunda və Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarında çalışıb. 1987-ci ildə “Drujba” Cəmiyyətində xarici ölkələrlə mədəni əlaqələr üzrə sədr müavini, 1988-ci iıdə isə “Vətən” Cəmiyyətində xarici ölkələrlə mədəni əlaqələr üzrə sədr müavini olaraq çalışıb. Elxan Ələsgərov I Qarabağ müharibəsinin iştirakçısı olub, polkovnik hərbi rütbəsi daşıyıb.

Elxan Elatlının “On dördüncü adam” romanının təqdimatı keçirildi – FOTOLAR – ednews.net

You are using an outdated browser. Please upgrade your browser to improve your experience.

14 Mart, Çərşənbə axşamı
Günün xəbərləri

Xəbər xətti

14.03.2023

Ən çox oxunan xəbərlər

Elxan Elatlının “On dördüncü adam” romanının təqdimatı keçirildi – FOTOLAR

07.12.2017 18:45 Фото: 9 Канал–> Mədəniyyət A- A A+

Dekabrın 6-da TEAS Press Nəşriyyat Evi və LIBRAFF kitab mağazaları şəbəkəsinin təşkilati dəstəyi ilə detektiv əsərlər müəllifi Elxan Elatlının “On dördüncü adam” romanının təqdimatı və imza günü keçirilib.

TEAS Press Nəşriyyatı Evi tərəfindən Elxan Elatlının işıq üzü görən “On dördüncü adam” romanı bir insanın gəncliyində buraxdığı səhv ucbatından yaşadığı faciəli həyatdan bəhs edir. Yeni milli bestseller detektiv süjet üzərində qurulsa da burada Tanrıya münasibət, insanın öz taleyində daşıdığı rol və məhəbbət mövzuları ön plana çəkilib. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Populyar Azərbaycan yazıçısı Elxan Elatlı qələmini müxtəlif janrlarda sınasa da, daha çox detektiv romanlar müəllifi kimi tanınır.

Yazıçının indiyədək 25 kitabı işıq üzü görüb. Onların dördü şeir, ikisi riyazi məntiq, biri qəhrəmanlıq romanı (“Qisas gecəsi”), digəri isə psixoloji romandır (“Mərtəbələr”). Daha 17 detektiv nəsr əsərinin müəllifi olan Elxan Elatlı “Xəyanət” romanından sonra detektiv yazıçı kimi tanınmağa başlayıb. İrihəcmli “Qan ləkəsi” romanı və oradakı hadisələrin müəyyən mənada davamı olan “Cəhənnəmdən gələn səs” romanı vətənpərvərlik tərbiyəsi baxımından qiymətli əsərlər hesab olunur. Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatıdır.

Bu gün Elxan Ələsgərovun 68 yaşı tamam olacaqdı

Milli.Az Trend-ə istinadən bildirir ki, Elxan Ələsgərov görkəmli azərbaycanlı, ölkəsinin vətənpərvər insanı, Vətənə xidmət borcuna və vəzifəsinə sadiq zabitidir. Elxan Ələsgərov öz böyük həyat yoluna məhz bu Vətənə xidmət missiyası ilə başlayıb və ömrünün son günlərinədək fədakarcasına və pafosdankənar, səmimi qəlblə sevdiyi Azərbaycanın rifahı üçün çalışıb. Onun həyatının hər bir mərhələsi və addımı bunu təsdiq edir. O, kəşfiyyat və diplomatiya sahəsində xidmət etdiyi, elm və informasiya istiqamətindəki fəaliyyəti müddətində əldə etdiyi bilikləri və qiymətsiz həyat təcrübəsini cəmiyyətə ərmağan edib.

Elxan Ələsgərov 14 mart 1955-ci ildə Bakı şəhərində doğulub.

1972-ci ildə 150 nömrəli şəhər orta məktəbini bitirib. Ali təhsilini Azərbaycan Texniki Universitetində rabitə mühəndisi ixtisası üzrə alıb. “Azon” Elmi-Tədqiqat İnstitutunda və Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarında çalışıb. 1987-ci ildə “Drujba” Cəmiyyətində xarici ölkələrlə mədəni əlaqələr üzrə sədr müavini, 1988-ci iıdə isə “Vətən” Cəmiyyətində xarici ölkələrlə mədəni əlaqələr üzrə sədr müavini olaraq çalışıb. Elxan Ələsgərov I Qarabağ müharibəsinin iştirakçısı olub, polkovnik hərbi rütbəsi daşıyıb.

2000-2015-ci illərdə dəfələrlə Xarici İşlər Nazirliyinin xətti ilə xarici ölkələrə uzunmüddətli ezamiyyətlərə göndərilib.

2000-2006-cı illərdə Azərbaycanın Ankaradakı səfirliyində, 2008-2015-ci illərdə isə Azərbaycanın Haaqadakı səfirliyində diplomat olaraq çalışıb.

Elxan Ələsgərov “Qafqaz Albaniyası” mərkəzinin və “Qafqaz” analitik mərkəzinin təsisçisi olub.

Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranlarının İctimai Birliyinin və Yazıçılar İttifaqının üzvü olub. İki kitabın və 200-dən çox məqalənin müəllifidir.

Azərbaycanda “Əli və Nino” romanı ilə bağlı aparılmış ilk elmi tədqiqata görə filologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

5 yanvar 2021-ci ildə Elxan Ələsgərov koronavirusdan dünyasını dəyişib.

Elxan Ələsgərov Azərbaycanın yaddaşında böyük vətənpərvər olaraq qalacaq. O Zəfər Yürüşünü görə bilməsə də, Şuşa və Kəlbəcərin, Füzuli və Ağdamın geri alınmasını gördü. Bu, daima və hər yerdə öz ölkəsinin maraqlarını müdafiə edən zabit, alim, jurnalist, tarixçi, diplomat üçün ən gözəl mükafat və son hədiyyədir.

Milli.Az

Comments are closed, but trackbacks and pingbacks are open.