Press "Enter" to skip to content

Seçilmiş əsərləri

D o k t o r M a h m u d b ə y. Xanımlar, doktor Ditrixson yaxşı mütəxəssislərdən biridir. Əsəb
xəstəliklərində onun böyük səriştəsi var. Nə üçün onu dəvət etmirsiniz?
H a c ı K a z ı m a ğ a (tələsik). Ay doxtur, burax dedim bu kafirləri. Ditrixsondur-zatdur,
bunlar hamısı Karapetovun agentləridir. Kişinin başına, əstəğfürullah, iş-zad açarlar. Bədbəxt
olarıq.
D o k t o r M a h m u d b ə y. Hacı Kərbəlayi Muxtarın həyatı bu qədər qiymətlidir sizinçün.
Nə isə əksinə oxşayır.
H a c ı K a z ı m a ğ a (özündən çıxır). Bura bax, doxtur, mən sənin kimi lütkom bəyləri çox
görmüşəm a-a! Oğlanlaruvun biri burda ortada gəzən vankələrə qoşulub təxribit salır mədənlərdə, o
birisi də Fitilbörkdə oxumaq əvəzinə dustaq yatır orda, imperator həzrətlərinin əleyhdarıdır, indi sən
burada mənə badalaq gəlirsən? And olsun Allaha, baxmaram doxturluğuva, baxmaram Berlində
həkimlik oxumağuva, bu saat bir mərəkə salaram burda ki, aləm tamaşasına yığılar.
D o k t o r M a h m u d b ə y (həmişəki sakitliyi ilə). Mən bir stəkan su deyiləm ki, sizinçün,
çəkəsiniz başınıza!
H a c ı K a z ı m a ğ a (get-gedə daha da qızışır). Alə, mən kafeşantanda firəng şampanı
içmirəm ki, bığım bulaşar, sən indi sudan dəm vurursan.
S ə k i n ə x a n ı m. Bəsdirin, Hacı!
M ə l e y k ə x a n ı m. Siz. Siz özünüzü bizim evdə çox. çox pis aparırsınız, Hacı.
H a c ı K a z ı m a ğ a (yumşaq). Bu nə sözdür, bacım? Mən bu evin ağsaqqalıyam. Bu ağır
günümüzdə mən bu evin böyüyüyəm. Kəbleyiylə tonnan duz-çörək kəsmişik.
M ə l e y k ə x a n ı m. Bu evin Aslan bəyi var.
H a c ı K a z ı m a ğ a. Nolar, bacım, nə qədər ki, o yoxdur burda, mən də sənin əmin.

Pulsuz yükləmələr

HEKAYƏLƏR
Mənlə mən arasında
Sarı pencək
Qatar Pikasso Latur
Beş qəpiklik motosikl
Epitafiya
Zireh
Qırmızı ayı balası
On ildən sonra
Iki Çal Papağın və bir Qara Kepkanın nağılı
Gümüşü, narıncı, məxməri
Baladadaşın ilk məhəbbəti
Günlərin bir günündə
Qış nağılı
Bu dünyada qatarlar gedər
Talvar
Şuşaya duman gəlib
Bülbülün nağılı
Baladadaşın toy hamamı
Ayaqqabı
Hotel Bristol
Hönkürtü
Bozluq içində iki nəfər
Parisdə avtomobil qəzası
Beş dəqiqə və əbədiyyət
Gül dedi bülbülə
Ömrün son səhəri
Stalinin ölümü
Dünyanın bəxtəvəri
Aydınlıq gecələr
Qırmızı qərənfil gülləri «Pera Palas» otelində qaldı
Qızıl diş
«Sarı gəlin»
Araba
«Qarabağ şikəstəsi»
UŞAQ HEKAYƏLƏRI
SƏLIMIN HEKAYƏLƏRI
Mənə niyə gülürlər?
Gör necə top vuraram
Mən Lalə istəyirəm
Belə də iş olar?
Mən hər şeyi bilirəm
AYSUNUN, HUMAYIN, GÜNAYIN,
YALÇININ VƏ NIGARIN NAĞILLARI

Balaca qırmızı çiçək
Küləyin, çinarın və qaranquş balasının hekayəti
Nigar, Yalçın və onların Dədəsi
Mən yaman qoçağam
Günayın, Yalçının, Nigarın və yekə canavarın nağılı
Humayın yuxusu
Günay, Humay, bir dənə günəbaxan və qırt toyuğun cücələri
Axı, nə oldu ki, birdən hamı güldü?
Ayıca
Gilas qız
Qəhrəman Aysu, qara pişik və cıqqılı siçanın nağılı
Kukla, yoxsa Aysu?
Aysu yorulub
Aysu və balaca balıqlar
SÖZLƏR, YANILTMACLAR, TAPMACALAR
Qar yağıb, yağmayıb?
Qumru quşları
«Süz» və «süz»
Bu «saz» hansı «saz»dı?
Kim uçundu, nə uçdu, nə uçmadı?
Necə oldu ki, yağış yağdı və dana hirsləndi?
Gülüşün bacısı Gülər gülə gülür
Abşeronda
Nənəm yaman hirsləndi

POVESTLƏR
Bir görüşün tarixçəsi
Toyuğun diri qalması
Dolça
Bayraqdar
KİNOPOVESTLƏR
Ox kimi bıçaq
Aman ovçu, vurma məni
Hökmdarın taleyi

KİÇİK PYESLƏR
Qızıl
Ordenli yazıçı ilə görüş
Mehmanxana nömrəsində görüş
Hövsan soğanı
Xüsusi sifariş
Teatr
«O da aşiq olub yaza dünyada»
Qisas
Su
PYESLƏR
Poçt şöbəsində xəyal
Ah, Paris, Paris!
Mən sənin dayınam
Dəlixanadan dəli qaçıb və yaxud mənim sevimli dəlim
Mənim ərim dəlidir
Mahmud və Məryəm
Ağ Dəvə

ROMANLAR
Ölüm hökmü
İlyas Əfəndiyev: şəxsiyyəti və sənəti

MƏQALƏLƏR
Dramaturgiyada şərtilik barədə
Elxan fədakarlığı ilə
«Aydın» və aydınların faciəsi
Müasir tənqidimiz: Vəziyyət və vəzifələr
Bizim haqqımız
Poeziyamızın bəzi yaradıcılıq problemləri
Hekayə janrı: İmkanlarımız və iddiamız
Şoloxov haqqında söz
Qələbələr arzusu ilə
«Quyu» müəllifinə məktub
Vətəndaşlıq — vətənin qeyrətini çəkməkdir
«Mənim könlüm deyir ki»
İlk Azərbaycan ədəbiyyatı tarixi
Vilyam Şekspir haqqında söz
Tənqidçinin «mən»i və tənqidin problemləri
Daha dərin qatlara
Nəsrimizdə konflikt və xarakter probleminin tədqiqi
Tiflis ədəbi mühitinin tədqiqi
Uman yerdən küsərlər
«Molla Nəsrəddin» işığı
Xoşbəxt poeziya
«Mənim fikirlərim haqdır»
Tarixin və ədəbiyyatın səhifələri
Təzadların faciəsi
Azərbaycan uşaq ədəbiyyatı haqqında
«Sübh şəfəqi»nin işığı
Fikrin karvanı
«O işıq əsla sönməz»
Dəyişməzlik
Tənqidimizin metodoloji problemləri

Borçalıdan gələn yollar
Əfsanə davam edir
Vətəndaş qayəsi ilə
Əbədi gün sorağında
Əlimdədir hələ qələm
Mən səndən ayrılmazdım
Vüsalın uzun yolu
Səhnəmizin sabahı naminə
Karvan yola düzülür
Ədəbi tənqid ictimai işdir
İşığa səsləyən sənət
Tənqidin vətəndaşlığı
Əlyazmaları yanmır
Həqiqət, ancaq həqiqət
Tənqid və ədəbiyyatşünaslığımızın
yaradıcılıq məsələləri
Bizimçün qalan sənət
Ədəbi proses Olum ya ölüm?
«Aləm sürətlə dəyişməkdədir»
Elmimiz müstəqil olmalıdır!
Həm ədəbiyyat, həm də ədəbi ictimaiyyət!

MƏQALƏLƏR
Mədəniyyət Bu gün və sabah
Məmməd Əmin Rəsulzadə
Kədərin poeziyası
Nəriman Nərimanov:
Şəxsiyyəti və fəaliyyəti
«Kitabi-Dədə Qorqud» aliliyi
Cəfər müəllim
Elitar poeziya
Müasir dövrdə Azərbaycan ədəbi tənqidinin
yaradıcılıq problemləri
Əbədi müasirimiz
Rusdilli mətbuat haqqında
MONOQRAFİYALAR
Bir neçə söz
Tənqid və nəsr
Bəstəkarın vətəndaş sözü
Klassik aşıq poeziyasında «Dünya» obrazı
Ədəbiyyatda tarix və müasirlik problemi
Şəxsiyyət və istedad

Seçilmiş əsərləri

E46 «Seçilmiş əsərləri» (10 cilddə), 3-ci cild. Bakı,
«ÇINAR-ÇAP» nəşriyyatı, 2005, – 590 səh.

©
«ÇINAR-ÇAP», 2005

Cəfər Cabbarlının xatirəsinə

Z a m a n – 1914-cü il avqustun 2-si, axşam.
M ə k a n – Bakı şəhəri.

Addım səsləri eşidilir.

S ə k i n ə x a n ı m. Kimdir gələn, Məleykə?
M ə l e y k ə x a n ı m. Doktor Mahmud bəydir, ana.
S ə k i n ə x a n ı m. Allaha şükür. Tez gəlsin içəri.

Addım səsləri yaxınlaşaraq kəsilir.

D o k t o r M a h m u d b ə y. Salaməleyküm, xanımlar.
S ə k i n ə x a n ı m. Salaməleyküm, həkim! Buyurun, buyurun, əyləşin. Kürsünü yaxın çək,
qızım.
D o k t o r M a h m u d b ə y. Zəhmət çəkməyin.
S ə k i n ə x a n ı m. Həmişə köməyimizə yetmisiz, həkim. Aslan bəyi uşaqlıqda ölümdən siz
qurtardınız. Allah sizin canınızı həmişə sağ eləsin, Mahmud bəy. Kişi əldən gedir, həkim, gərək
yenə də əlinizdən gələni əsirgəməyəsiniz. (Özünü saxlaya bilməyib hıçqırır. )
D o k t o r M a h m u d b ə y. Nə olub, xanım?
S ə k i n ə x a n ı m. Kişinin vəziyyəti çox ağırdır, həkim. Dünən günortadan özünü pis hiss
edirdi. Axşamdan bərk qızdırdı. Səhərə kimi gözümüzü yummamışıq, həkim. Səhər tezdən mən
düşdüm aşağı ki, mətbəxə baş çəkim, qayıdanda gördüm Kəbleyi yerində yoxdur. Məleykə ilə bütün
otaqları bir-birinə vurduq, tapa bilmədik. Nökər-qulluqçudan da gördüm deyən olmadı. Təzədən bu
otağa qayıdanda gördük ki, uzanıb yerində. Deyəsən, zirzəmiyə düşübmüş.
D o k t o r M a h m u d b ə y. Zirzəmiyə? Niyə?
S ə k i n ə x a n ı m. Heç baş aça bilmirik, həkim. Heç başa düşə bilmirik ki, səhər sübhdən o
cür xəstə-xəstə soyuq zirzəmiyə niyə düşmüşdü. Özü də dal qapıdan. Indi, həkim, səhərdən bəri
heç bir söz demir. Heç bir sözə cavab vermir.
D o k t o r M a h m u d b ə y. Zirzəmidən qayıdandan sonra?
S ə k i n ə x a n ı m. Bəli, həkim.
D o k t o r M a h m u d b ə y. Gecə necə, danışırdımı?
S ə k i n ə x a n ı m. Danışırdı, həkim. Qorxu düşmüşdü canına. Deyirdi axırım çatıb. Indi
elə-eləcə baxır adama, vəssalam. (Ağlamsınır.) Özü də. bizi yaxına buraxmır, həkim. Heç qoymur
ki, əlimiz onun yorğanına toxunsun.
D o k t o r M a h m u d b ə y. Necə yəni yaxın qoymur, xanım?

Məleykə xanım bərkdən hönkürüb ağlayır.

S ə k i n ə x a n ı m (ağlamsına-ağlamsına). Sakit ol, qızım, sakit ol. Yazıq qız səhərdən əzab-
əziyyət çəkir. Kəbleyiyə yaxın durmaq mümkün deyil, həkim. O saat qışqırır, vurnuxur yerində.
Bilmirəm nə edək, həkim. Ömründə belə işə düşməmişdik, həkim. (Ağlayır.)
D o k t o r M a h m u d b ə y. Həyəcanlanmayın, xanımlar. Izn verin bir xəstəyə baş çəkək.
S ə k i n ə x a n ı m. Buyurun, buyurun bura, həkim, bu otaqda yatır.
M ə l e y k ə x a n ı m. Biz də gələkmi, doktor?
D o k t o r M a h m u d b ə y. Nə olar, gəlin.

5
S ə k i n ə x a n ı m. Buyurun içəri, həkim.

D o k t o r M a h m u d b ə y. Salaməleyküm, Kərbəlayi Muxtar, axşamınız xeyir.

M ə l e y k ə x a n ı m. Ata, doktor Mahmud bəy gəlib.

D o k t o r M a h m u d b ə y. Kərbəlayi Muxtar, nə olub sizə. Heç nədən çəkinməyin. Bu
saat müayinə edərik sizi, hər şey düşər qaydasına.
S ə k i n ə x a n ı m. Allah sizdən razı olsun, həkim.
K ə r b ə l a y i M u x t a r (bərkdən). Yox.
D o k t o r M a h m u d b ə y. Kərbəlayi Muxtar.
K ə r b ə l a y i M u x t a r (bərkdən qışqırır). Yo-ox.
M ə l e y k ə x a n ı m (həyəcanla). Ata.
K ə r b ə l a y i M u x t a r. Yo-ox.
D o k t o r M a h m u d b ə y. Kərbəlayi Muxtar, siz uşaq deyilsiniz ki, həkimdən qorxursunuz!
Ikicə dəqiqə müayinə edəcəyəm sizi, vəssalam. Yorğanı aşağı çəkin.
K ə r b ə l a y i M u x t a r. Yo-x-ox.
S ə k i n ə x a n ı m. Kəbleyi.
K ə r b ə l a y i M u x t a r. Yo-ox. Yo-ox.
D o k t o r M a h m u d b ə y. Ikicə dəqiqə çəkəcək.
K ə r b ə l a y i M u x t a r (daha da bərkdən qışqırır). Va-a-ay.
M ə l e y k ə x a n ı m. Ata.
S ə k i n ə x a n ı m. Kəbleyi.
K ə r b ə l a y i M u x t a r. Va-ay! Va-ay.
D o k t o r M a h m u d b ə y. Yox, belə mümkün deyil.
M ə l e y k ə x a n ı m. Bəs, necə olsun, doktor?
S ə k i n ə x a n ı m. Kişi əldən gedir, həkim.
D o k t o r M a h m u d b ə y. Bu cür müayinə etmək mümkün deyil, xanım. Xəstə çox
həyəcanlıdır, həddən ziyadə.

Səkinə xanımla Məleykə xanım
hıçqıra-hıçqıra ağlayırlar.

S ə k i n ə x a n ı m. Keçək o biri otağa?
D o k t o r M a h m u d b ə y. Buyurun.

S ə k i n ə x a n ı m. Necə olacaq, həkim?
D o k t o r M a h m u d b ə y. Xəstənin əsəbləri çox pozulub, xanım.
S ə k i n ə x a n ı m. Özü də qızdırma içindədir, sifəti dəyişib tamam. Gözləri də birtəhər olub,
həkim, gördünüz gözlərini.
D o k t o r M a h m u d b ə y. Elədir, görkəmi çox pisdir. Ancaq müayinə etdikdən sonra bir
kömək göstərmək mümkündür.

6
M ə l e y k ə x a n ı m. Sinəsinə fikir verdinizmi, doktor, gördünüzmü necə şişib.
D o k t o r M a h m u d b ə y. Nəsə bir anormallıq var, düzdür. (Fikirli) Doğrudur.

S ə k i n ə x a n ı m. Gələnlər kimdir, Məleykə?
M ə l e y k ə x a n ı m. Hacı Kazımağagildir, ana.
S ə k i n ə x a n ı m. Yenə qoçusuyla?
M ə l e y k ə x a n ı m. Qoçusuyla, bir də Çəpiş bəylə.

Addım səsləri tələsik yaxınlaşaraq kəsilir.

H a c ı K a z ı m a ğ a (hövsələsiz). Salaməleyküm, bacılar! Bu nə xəbərdir şəhərə yayılıb?!
Kəbleyiyə nə olub?
S ə k i n ə x a n ı m. Kəbleyi bərk xəstədir, Hacı.
H a c ı K a z ı m a ğ a. Ba-a. Xəstə onun düşmənləri olsun! Işə bax ha. Nədir xəstəliyi,
bacım? Mahmud bəy, salaməleyküm, nə olub Kəblə Muxtara?
D o k t o r M a h m u d b ə y. Məlum deyil.
H a c ı K a z ı m a ğ a. Necə məlum deyil? Nöşün?
S ə k i n ə x a n ı m (ağlamsına-ağlamsına). Kəbleyi qoymur ey, həkim baxsın. Heç kimi
buraxmır ki, çarpayısına yaxınlaşsın.
H a c ı K a z ı m a ğ a. Ba-a. Işə bax ha-a. Yəni ağırdır, bacım?
S ə k i n ə x a n ı m (ağlayır). Ağırdır, Hacı.
H a c ı K a z ı m a ğ a. Bay səni.
Ç ə p i ş b ə y. Dağ da yerindən qoparmış. Ey gidi dünya.
H a c ı K a z ı m a ğ a. Puf. Alə, Çəpiş bəy, keç o tərəfdə dur demirəm sənə səhərdən? Araq
iyi öldürdü məni.
Q o ç u H ə s ə n q u l u. Tez elə, alə, çekil yanından qədeşin!
Ç ə p i ş b ə y. Çəkildim.
H a c ı K a z ı m a ğ a. Zalım balası, yayın istisində bir belə də araq dümləmək olar. Bacım,
yəni heç kimi yavuq buraxmır?
S ə k i n ə x a n ı m. Heç kimi.
H a c ı K a z ı m a ğ a. Yəni bu həkim Mahmud bəyi də? Alə, bu ki, Allahın ən sakit
bəndəsidi.
S ə k i n ə x a n ı m (ağlayır). Heç kimi, Hacı, bizi də.
H a c ı K a z ı m a ğ a. Ba-a.
D o k t o r M a h m u d b ə y. Həyəcanlanmayın, xanım.
H a c ı K a z ı m a ğ a (yavaşdan). Mahmud bəy, yəni Kəbleyinin işi xarabdı?
D o k t o r M a h m u d b ə y. Görkəmi yaxşı deyil.
H a c ı K a z ı m a ğ a (daha da yavaşdan). Yəni deyirsən lap o dünyalıqdı?
D o k t o r M a h m u d b ə y. Sizin gözünüz gülür, elə bil, sevinirsiniz?
H a c ı K a z ı m a ğ a (acıqlı). Bu nə sözdü, Mahmud bəy? Mənnən zarafat olmaz ha. Kəblə
Muxtarla mən qırx ilin dostuyuq, tonnan duz-çörək kəsmişik, kampanion olmuşuq. (Bərkdən)
Bacım, bəlkə Həsənquluya deyim, Kəbleyinin əl-qolunu tutsun, həkim ona baxsın?
M ə l e y k ə x a n ı m. Yox, yox.
D o k t o r M a h m u d b ə y. Belə yaramaz, Hacı!
Q o ç u H ə s ə n q u l u. Nöş yaramaz, alə? Alə, qədeşə yaramaz deyirsən?!
H a c ı K a z ı m a ğ a. Kəs səsini!
Q o ç u H ə s ə n q u l u. Baş üstə, qədeş!

7
S ə k i n ə x a n ı m. Bircə qurbanı olduğum Aslan bəy gəlib çıxsaydı.
H a c ı K a z ı m a ğ a. Aslan bəy? Bəyəm Aslan bəy gəlir, bacım?
S ə k i n ə x a n ı m. Bir həftə bundan əqdəm Fitilbörkdən qatara minib çıxıb. Bu gün-sabah
burda olsun gərək.
H a c ı K a z ı m a ğ a (yavaşdan). Paho. (Bərkdən) Nə tez təhsili sona yetdi. Mərhəba.
Bacım, bəlkə mən Kəbleyiyə təsir edə bildim?

S ə k i n ə x a n ı m. Gedək, həkim?
D o k t o r M a h m u d b ə y. Nə olar, gedək.
S ə k i n ə x a n ı m (Hacı Kazımağaya). Buyurun içəri.

H a c ı K a z ı m a ğ a. Kəbleyi, olmasın azar?
Pauza.

Kəbleyi, mənəm, Hacı Kazımağadı.
M ə l e y k ə x a n ı m. Ata, Hacı Kazımağa gəlib.

Pauza.

H a c ı K a z ı m a ğ a. Kəbleyi, and olsun Allaha, eşidəndə ki, düşmüsən yorğan-döşəyə,
kontorda yer titrədi ayağımın altında.
Q o ç u H ə s ə n q u l u (yavaşdan). Canuva can, qədeş!
H a c ı K a z ı m a ğ a. Kəbleyi, ay Kəbleyi.

Alə, səndə nə var ki, düşmüsən yorğan-döşəyə. Əyib döyül. Dayan, mən özüm səni bir
balaca dikəldim, Mahmud bəy baxsın sənə. Bax, belə, bax.
K ə r b ə l a y i M u x t a r (bərkdən tüpürür). Tfu!
H a c ı K a z ı m a ğ a (özündən çıxmış halda). Alə, mənim üzümə tüpürürsən?
M ə l e y k ə x a n ı m. Ata.
Q o ç u H ə s ə n q u l u. Alə, qədeşin üzünə tüpürürsən?!
H a c ı K a z ı m a ğ a. Mənim a-a.
Q o ç u H ə s ə n q u l u. Sən öləsən, qan tökəcəyəm.
H a c ı K a z ı m a ğ a. Alə, dünənəcən baqqal idün, uçastokun fantan vurdu, qudurdun? Üzümə
tüpürürsən, hə?!
D o k t o r M a h m u d b ə y. Sakit olun, ağalar!
H a c ı K a z ı m a ğ a. Qurban olasan burdakı arvad-uşağa. Yoxsa.
S ə k i n ə x a n ı m. Hacı.
H a c ı K a z ı m a ğ a. Yaxşı, bacım, onda mən keçdim o biri otağa. Alə, Həsənqulu!
Q o ç u H ə s ə n q u l u. Bəli, qədeş!
H a c ı K a z ı m a ğ a. Gəl dalımca.
Q o ç u H ə s ə n q u l u. Baş üstə, qədeş!

Addım səsləri. Çəpiş bəy gülür.

8
D o k t o r M a h m u d b ə y. Nəyə gülürsünüz, Çərkəz bəy?
Ç ə p i ş b ə y. Əvvəla, Çərkəz bəy yox, Çəpiş bəy, doktor. Çərkəz bəy atası ölənə qədər idi.
Ikincisi də, dünyanın işlərinə gülürəm, doktor Mahmud bəy. Dünyanın işlərinə də iki cür gülmək
mümkündür. Birincisi mənim kimi gülmək, ikincisi də «Molla Nəsrəddin»in naşiri və sizin əziz
dostunuz Mirzə Cəlil kimi gülmək.
D o k t o r M a h m u d b ə y. Hər halda yaxşı deyil. Ağır xəstə var.
Ç ə p i ş b ə y. Mənə yox də, doktor. Ağır xəstə o deyil, ağır xəstə bu dövrandır.
S ə k i n ə x a n ı m. Çərkəz bəy, biz nə hayda, siz nə hayda.
Ç ə p i ş b ə y. Bağışlayın, xanım. Üzr istəyirəm iki min dəfə.
M ə l e y k ə x a n ı m. Ata, izn ver, heç olmasa, başının altını düzəldim. Boynun yastıqdan
düşüb.
K ə r b ə l a y i M u x t a r. Yox.
D o k t o r M a h m u d b ə y. Zənənləri incitmək yaramaz, Kərbəlayi Muxtar.
K ə r b ə l a y i M u x t a r. Yox.
S ə k i n ə x a n ı m. Ay kişi, belə münasibət olmaz axı. Niyə qoymursan sənə yaxın duraq?
Nə olub axı.
K ə r b ə l a y i M u x t a r. Yox. Yox. (Qışqırır.) Va-ay.
H a c ı K a z ı m a ğ a (o biri otaqda). Gör nə böyürür! Öküz oğlu öküz! Elə bil üç yaşında
dananın xayası qalıb qapı arasında!
Q o ç u Hə s ə n q u l u. Qan tökəcəyəm, qədeş!
H a c ı K a z ı m a ğ a. Kəs səsini, səfeh oğlu səfeh!
Q o ç u H ə s ə n q u l u. Qədeş.
H a c ı K a z ı m a ğ a. Kəs!
Q o ç u H ə s ə n q u l u. Baş üstə, qədeş.
S ə k i n ə x a n ı m. Ay Allah, bu nə pis gündü belə biz düşmüşük. Bu nə dərddi belə.
M ə l e y k ə x a n ı m. Ay ata.
D o k t o r M a h m u d b ə y. Sakit olun, xanımlar, sakit olun. Gəlin bu biri otağa, gəlin.

H a c ı K a z ı m a ğ a. Noldu, Mahmud bəy, bu nə qışqırıqdı belə?
D o k t o r M a h m u d b ə y. Kərbəlayi Muxtar heç kimi özünə yaxın buraxmır.
H a c ı K a z ı m a ğ a. Bay səni!

S ə k i n ə x a n ı m. Kimdi gələn?
M ə l e y k ə x a n ı m. Karapetovdur, ana.
H a c ı K a z ı m a ğ a. Nə, Karapetov? Ay səni, tülkü oğlu tülkü. Alə, Həsənqulu!
Q o ç u H ə s ə n q u l u. Bəli, qədeş!
H a c ı K a z ı m a ğ a. Gəl dur yanımda.
Q o ç u H ə s ə n q u l u. Baş üstə, qədeş!

Addım səsləri yaxınlaşaraq kəsilir.

K a r a p e t o v. Axşamınız xeyir, xanımlar! Salaməleyküm, ağalar!
H a c ı K a z ı m a ğ a (heç kimə macal vermir). Alə, Karapetov, səndən nə əcəb? Balam, bu
Kəbleyinin daldasında yüz cür fırıldaq, fitnə-fəsad düzəldən sən deyildün? Indi nə olub, ürəyün
yanır?

9
K a r a p e t o v. Xacı, yaxşı deyil, ayıpdı, biz din ayrı qardaşıq Kəbla Muxtarla!
H a c ı K a z ı m a ğ a. Ay sən öləsən, Vartan! Burnuva başsız mədən iyi, paroxod iyi gəlib,
indi qardaş olmusan?! Kəbleyinin milyonları çəkib gətirib səni? Belə sənin kəlləpaça başun haqqı.
Karapetov. Xacı.
H a c ı K a z ı m a ğ a (aman vermir). Alə, Vartan, adamı yoxdu bəyəm Kəbleyinin? Ürəyindən
keçir ki, uçastokundan-zadından qoparasan? Istəyirsən yenə camaatı tovlayıb milyonları cibiştanuva
yığasan? Ay sən öləsən!
K a r a p e t o v. Ara, mən sən deyiləm ki, bu yazıq Çəpiş bəyin atasının var-yoxuna saxib
oldun, özün də elədin kloun. Indi də gəlib buranı kəsdirmisən ki, müftə para keçsin əlinə.
H a c ı K a z ı m a ğ a. Alə, ay hanbal Vartapetin oğlu, sən mənim üzümə qabarırsan?! Itil
burdan! Tez!
K a r a p e t o v. Xacı, mən sənin evinə gəlməmişəm. Xanım, əriniz Kabla Muxtarın – Allax
onun ömrün uzun eləsin – advokatlarıyla bir-iki danışığım var sabax. Amma əvvəl sizlə bir-iki
sözüm var.
H a c ı K a z ı m a ğ a. Nə? Mən ölmüşəm bəyəm, Vartan?! Alə, Həsənqulu, bunun mitilini at
bayıra!
K a r a p e t o v. Xacı, ayıpdı.
D o k t o r M a h m u d b ə y. Axı, belə yaramaz, Hacı Kazımağa!
H a c ı K a z ı m a ğ a. Alə, Həsənqulu, eşitmirsən?! Bas bunu bayıra!
Q o ç u H ə s ə n q u l u. Alə, dığa, bas bayıra! Tez elə, tez.
K a r a p e t o v. Xanım, bura kimin evidi? Mən kimin evinə gəlmişəm?
S ə k i n ə x a n ı m. Ay kişilər.
H a c ı K a z ı m a ğ a (aman vermir). Həsənqulu!
Q o ç u H ə s ə n q u l u. Alə, dığa, tez elə, çaxaram başuva patronları! Bas bayıra!
K a r a p e t o v. Yaxşı! Yaxşı, Xacı! Bizimki qalsın soraya! Bunun altın çox çəkərsən! Yaxşı,
qoçu Xasanqulu! Sabah Ohanı göndərrəm, doğrar səni, onda bilərsən qoçu Ohan kimdi. Yaxşı,
getdim mən.
H a c ı K a z ı m a ğ a. Bir dənə qara daş da dalunca!

Addım səsləri uzaqlaşır.

S ə k i n ə x a n ı m. Ay kişilər, burada dağ boyda kişi əldən gedir, siz nə haydasız?
H a c ı K a z ı m a ğ a. Kafirdir, bacım, müsəlmançılıqda yaraşmaz bizə ki, bu günümüzdə kafir
üzü görək, kafir sözü eşidək.

Nolub sənə, udmusan saruvu?
Q o ç u H ə s ə n q u l u. Qədeş.
H a c ı K a z ı m a ğ a. Nə qədeş?
Q o ç u H ə s ə n q u l u. Qoçu Ohan.
H a c ı K a z ı m a ğ a. Alə, mən ölmüşəm ki, sən Ohandan qorxursan? Ala, tut bu əlli manatı,
tut!
Pulun xışıltısı eşidilir.

Qoçu Gülbalaya da de gəlsin sabah, adamlarını da gətirsin.
Q o ç u H ə s ə n q u l u (sevincək). Baş üstə, qədeş! Allah vurmuşdu Ohanı! Qoçu Ohan. Mən
ölüm, bir qoçuya bax! Alə, o, mənim qabağımda qoçuluq eliyə bilər?! Qarnın tüstülədəcəyəm sabah
onun, qoy bir keçsin əlimə!

10
S ə k i n ə x a n ı m. Mahmud bəy, bir çarə qılın bizə! Nə edək Mahmud bəy.
D o k t o r M a h m u d b ə y. Xanım, gərək xəstəyə baxasan ki, biləsən nə lazımdır.
M ə l e y k ə x a n ı m. Bəs, necə olsun, doktor?
D o k t o r M a h m u d b ə y. Atanıza nevrepatoloq köməyi gərəkdir, xanım. Doktor
Ditrixsonu dəvət edin, bəlkə kömək edə bildi. Bəlkə atanızı razı sala bildi ki, müayinə edək.
H a c ı K a z ı m a ğ a. Sən Allah, Mahmud bəy, bu kafirləri soxma ortaya.
S ə k i n ə x a n ı m ( sıxıla-sıxıla). Bəlkə. bəlkə qubernatorun arvadı Kəbleyiyə təsir etdi?
Kəbleyi onun sözünü yerə salmaz. Xətrini çox istəyir.
H a c ı K a z ı m a ğ a. Hə, bax, bu başqa məsələ. (Yavaşdan) Kəbleyi onun xətrini lap canı-
dildən istəyir. Ağzı nədi istəməsin.
Q o ç u H ə s ə n q u l u. Canuva can, qədeş!
S ə k i n ə x a n ı m. Necə bilirsiz, həkim?
D o k t o r M a h m u d b ə y. Məncə, ancaq doktor Ditrixsonu dəvət etsəniz xeyirli olar.
H a c ı K a z ı m a ğ a. Yox, yox. Dedik ki, bu kafirləri ortaya soxma də, Mahmud bəy.
Qubernatorun arvadı yaxşıdır, bacım.
Ç ə p i ş b ə y. Hacı, qubernatorun arvadı bəyəm kafir deyil?
H a c ı K a z ı m a ğ a (acıqlı). Alə, çəpiş oğlu çəpiş, sənə deməmişəm hədyan-hədyan
danışma?! Həsənqulu!
Q o ç u H ə s ə n q u l u. Bəli, qədeş!
H a c ı K a z ı m a ğ a. Tez elə, at bunun mitilini bayıra.
S ə k i n ə x a n ı m. Hacı.
Q o ç u H ə s ə n q u l u. Alə, tez elə, çəpiş, çək qəmişini bayıra!
Ç ə p i ş b ə y. Hacı, mən elə demək istəmirdim.
H a c ı K a z ı m a ğ a. Yaxşı, yaxşı. Puf. Yaxın durma mənə. Yeri get. Ehsan verəndə
gələrsən.
S ə k i n ə x a n ı m. Bu nə sözdür, Hacı?
Q o ç u H ə s ə n q u l u. Tez elə, alə! Tökərəm yerə bağırsaqlaruvu.
Ç ə p i ş b ə y. Tökərsən, inanıram. Mən inanıram, atam, inanıram. Mənim qoçu Ohanım yoxdu
axı.
Q o ç u H ə s ə n q u l u. Alə, mən qoçu Həsənquluya üçlük atırsan?!
Ç ə p i ş b ə y (tələsik). Getdim, getdim. Onsuz da, gərək özümü bir balaca düzəldim. Adam
gərək samovarın üstündəki çaynik kimi olsun, yəni dəmdə olsun.

Addım səsləri uzaqlaşır.

S ə k i n ə x a n ı m. Yaxşı deyil axı, Hacı, heç yaxşı deyil. Bu nə sözlərdir? Ehsan-zad nədir?
H a c ı K a z ı m a ğ a. Piyaniskədir, bacım. Müsəlmançılıqda yaraşmaz bizə belə ağır
günümüzdə piyaniskəylə oturub-duraq.
M ə l e y k ə x a n ı m. Onu siz gətirmişdiniz bura.
H a c ı K a z ı m a ğ a. Tula kimi düşür adamın dalına də, bacım.
M ə l e y k ə x a n ı m. Mən sizin bacınız deyiləm.
H a c ı K a z ı m a ğ a. Ba-a. Adam Hacı Kazımağa əmisinə söz qaytarmaz. Müsəlmançılıqda
yaraşmaz bizə, bacım.
M ə l e y k ə x a n ı m. Dedim ki, mən sizin bacınız deyiləm.
H a c ı K a z ı m a ğ a (mülayim). Mən düz demirəm, doxtur. Bu Çəpiş bəy sülənir adamın
dalıyca ki, kim bunun boğazına bir az araq tökəcək. Bu da bizim intiligentimiz! Firəngistanda
universitet qurtarıb gəlib. (Yavaş-yavaş qızışır.) Boyuvu yerə soxum elə sənin! Ala e-e.
D o k t o r M a h m u d b ə y. Burada xanımlar var, Hacı! Belə tərzdə danışmaq yaramaz!
H a c ı K a z ı m a ğ a (hövsələsiz). Sən də yaman qozqırdırsan a, Mahmud bəy.

11
D o k t o r M a h m u d b ə y (acıqlı). Hacı!
S ə k i n ə x a n ı m. Xahiş edirəm sizdən, ağalar, bizə kömək edin, dərdimizə bir çarə qılın.
H a c ı K a z ı m a ğ a. Yaxşısı budu, bacım, qubernatorun arvadın gətirək, bir əncam çəksin bu
işə. (Yavaşdan) Ay əncam çəkdi ha. Nina Mixaylovna deyil, kölgəsidi.
Q o ç u H ə s ə n q u l u. Canuva can, qədeş!
S ə k i n ə x a n ı m. Bəs, kim getsin gətirsin qubernatorun arvadını?
H a c ı K a z ı m a ğ a. Həsənqulu!
Q o ç u H ə s ə n q u l u. Bəli, qədeş!
H a c ı K a z ı m a ğ a. Get qubernatorun arvadını gətir bura.
Q o ç u H ə s ə n q u l u. Gələr bəyəm, qədeş?
M ə l e y k ə x a n ı m. Alın mənim bu üzüyümü, verin ona.
H a c ı K a z ı m a ğ a. Hə, indi lap avtomobilə minib gələr. (Yavaşdan) Bu köpək qızı
qubernatorşa kasıb saldı Kəblə Muxtargili. Elə hamını, bircə məndən başqa. Mənim özümdən, öz
cibimdən hələ bir köpük qoparda bilməyib.
Q o ç u H ə s ə n q u l u. Canuva can, qədeş!
H a c ı K a z ı m a ğ a (bərkdən). Get, Həsənqulu, tez elə!
Q o ç u H ə s ə n q u l u. Baş üstə, qədeş!

Uzaqlaşan addım səsləri.

D o k t o r M a h m u d b ə y. Xanımlar, doktor Ditrixson yaxşı mütəxəssislərdən biridir. Əsəb
xəstəliklərində onun böyük səriştəsi var. Nə üçün onu dəvət etmirsiniz?
H a c ı K a z ı m a ğ a (tələsik). Ay doxtur, burax dedim bu kafirləri. Ditrixsondur-zatdur,
bunlar hamısı Karapetovun agentləridir. Kişinin başına, əstəğfürullah, iş-zad açarlar. Bədbəxt
olarıq.
D o k t o r M a h m u d b ə y. Hacı Kərbəlayi Muxtarın həyatı bu qədər qiymətlidir sizinçün.
Nə isə əksinə oxşayır.
H a c ı K a z ı m a ğ a (özündən çıxır). Bura bax, doxtur, mən sənin kimi lütkom bəyləri çox
görmüşəm a-a! Oğlanlaruvun biri burda ortada gəzən vankələrə qoşulub təxribit salır mədənlərdə, o
birisi də Fitilbörkdə oxumaq əvəzinə dustaq yatır orda, imperator həzrətlərinin əleyhdarıdır, indi sən
burada mənə badalaq gəlirsən? And olsun Allaha, baxmaram doxturluğuva, baxmaram Berlində
həkimlik oxumağuva, bu saat bir mərəkə salaram burda ki, aləm tamaşasına yığılar.
D o k t o r M a h m u d b ə y (həmişəki sakitliyi ilə). Mən bir stəkan su deyiləm ki, sizinçün,
çəkəsiniz başınıza!
H a c ı K a z ı m a ğ a (get-gedə daha da qızışır). Alə, mən kafeşantanda firəng şampanı
içmirəm ki, bığım bulaşar, sən indi sudan dəm vurursan.
S ə k i n ə x a n ı m. Bəsdirin, Hacı!
M ə l e y k ə x a n ı m. Siz. Siz özünüzü bizim evdə çox. çox pis aparırsınız, Hacı.
H a c ı K a z ı m a ğ a (yumşaq). Bu nə sözdür, bacım? Mən bu evin ağsaqqalıyam. Bu ağır
günümüzdə mən bu evin böyüyüyəm. Kəbleyiylə tonnan duz-çörək kəsmişik.
M ə l e y k ə x a n ı m. Bu evin Aslan bəyi var.
H a c ı K a z ı m a ğ a. Nolar, bacım, nə qədər ki, o yoxdur burda, mən də sənin əmin.

Eşitdiyimə görə, Kəbleyi heç bir vəsiyyət-zad yazmayıb. Izn versəniz, yəni məni vəkil etsəniz,
bu işlə cani-dildən məşğul olaram. Bu saat aləm qarışıb bir-birinə. Sizin var-dövlətinizə göz dikən
çoxdur. Camaat indi canavardır, bacım, kimin ki, ayağı bir balaca büdrədi, kəsirlər başının üstünü.
Gördünüz Karapetovu necə gəlmişdi quzğun kimi.

12
S ə k i n ə x a n ı m. Bu işlə, ancaq Aslan bəy özü məşğul ola bilər.
H a c ı K a z ı m a ğ a (yavaşdan). Bu qurumsaq balasının Fitilbörkdən qayıtması heç yerinə
düşmədi a, heç. (Bərkdən) Mən Aslan bəy gələnə qədər işləri sahmana salaram, bacım. Kəbleyinin
kontoru başsız qalıb.
M ə l e y k ə x a n ı m. Atam sağ ola-ola bu nə sözlərdir, Hacı?
H a c ı K a z ı m a ğ a. Ehtiyat igidin yaraşığıdır, bacım!

S ə k i n ə xa n ı m. Gələnlər kimdir, Məleykə?
M ə l e y k ə x a n ı m. Qubernatorun arvadı ilə qoçu gəlir, ana.

Addım səsləri yaxınlaşaraq kəsilir.

N i n a M i x a y l o v n a. Dobrıy veçer, qospoda! Bu nədir? Deyir Muxtar xəstədir? Ay-ay-
ay. Ya eqo oçen lyublyu.
H a c ı K a z ı m a ğ a (yavaşdan). Yenə lublu.
N i n a M i x a y l o v n a. Qadji, sizin adyutant bunu mənə deyən kimi, avtomobilə minib
gəldim.
H a c ı K a z ı m a ğ a (yavaşdan). O boyda üzüyü barmağuva taxanda lap balonla da uçub
gələrsən.
Q o ç u H ə s ə n q u l u. Canuva can, qədeş!
N i n a M i x a y l o v n a. Ay-ay-ay. Nə olub Muxtara?
H a c ı K a z ı m a ğ a. Halı yaman fənadır, vaşe prevasxodstva, heç kimi özünə yavuq
buraxmır. Doxtur səhərdən qalıb məəttəl. Kəbleyinin kravatına yavuq düşmək mümkün deyil,
qışqırır.
N i n a M i x a y l o v n a. Bilirəm, bilirəm. Sizin adyutant mənə dedi. Eybi yox, bu saat
düzələr işlər. Ardımca, qospoda! Hardadır Muxtar?
S ə k i n ə x a n ı m. Bu otağa buyurun, xanım.
N i n a M i x a y l o v n a. Za mnoy, qospoda!

Bu nədir, Muxtar? Bu istidə yorğan nədir? Net-net, tak nelzya! Mən özüm bunu bu saat
götürəcəyəm. Mən özüm. Doktor, gəlin. Muxtar, bir mənə bax, mənə bax!
K ə r b ə l a y i M u x t a r (bərkdən tüpürür). Tfu.
N i n a M i x a y l o v n a. Oy!
M ə l e y k ə x a n ı m. Ata!
N i n a M i x a y l o v n a (bərkdən qışqıra-qışqıra). Kakaya nevospitannost! Kakoy pozor!
H a c ı K a z ı m a ğ a. Gəlin, gəlin bu biri otağa.

N i n a M i x a y l o v n a. Neslıxannaya dikost! Qadji, siz gördünüz.
H a c ı K a z ı m a ğ a (yavaşdan). O, elə əvvəldən belə idi, vaşe prevasxodstva. Baqqal Muxtar
deyərdilər. Özü də it xəsisi idi!
N i n a M i x a y l o v n a. Düzdür! Çox xəsis adamdır. Takoy skupoy, prosto ujas!
H a c ı K a z ı m a ğ a. Elədir ki, var, vaşe prevasxodstvo.

13
N i n a M i x a y l o v n a (yumşalmış). Bəs, siz niyə görünmürsünüz, Qadji? Indicə Aleksandr
Aleksandroviç işdən qayıtmışdı. Oturub bir yerdə çay içirdik. Mən hazırlaşırdım ki, Aleksandr
Aleksandroviçdən soruşum ki, sizin başınıza nə iş gəlib ki, görünmürsünüz?
H a c ı K a z ı m a ğ a (tələsir). Yox, yox, vaşe prevasxodstva, kişini narahat etməyin! Narahat
etməyin kişini. Sabah gələcəyəm sizə.
Q o ç u H ə s ə n q u l u (lap yavaşdan). Sən öləsən, Hacı düşdü xərcə! Əcəb oldu! Xəsis oğlu
xəsis.
H a c ı K a z ı m a ğ a. Ba, vaşe prevasxodstva, nə gözəl sırğanız var belə?! Əladır! Ancaq
düzdür.
N i n a M i x a y l o v n a. Düzdür nə, Qadji?
H a c ı K a z ı m a ğ a. Vaşe prevasxodstva, dünən yox, srağagün Məşədi Cabbar bir sırğa
götürdü zərgər Ələşrəfin dükanından, brilyantı üç dəfə bundan böyük!
N i n a M i x a y l o v n a. Ne mojet bıt!
H a c ı K a z ı m a ğ a. And olsun Allaha, vaşe prevasxodstva!
N i n a M i x a y l o v n a. Interesno, oçen interesno.
H a c ı K a z ı m a ğ a. Vaşe prevasxodstva, Məşədi Cabbara sizin interesi çatdıraram mütləq!
Elə sabah onu da götürüb gələrəm sizə.
Q o ç u H ə s ə n q u l u (lap yavaşdan). Gör nə çıxdı altından.
N i n a M i x a y l o v n a. Gözləyəcəyəm!
H a c ı K a z ı m a ğ a. Baş üstə, xanım, arxayın olun! (Yavaşdan) Ölmüşdü Hacı ki, öz cibiylə
gəlsin səni görməyə. Məşədi Cabbarın sırğası getdi işinin dalınca.
Q o ç u H ə s ə n q u l u. Canuva can, qədeş!
H a c ı K a z ı m a ğ a. Nə?
Q o ç u H ə s ə n q u l u. Deyirəm canuva can, qədeş! Bir dənəsən! Allah sənin kölgəvi
başımızın üstündən əskik eləməsin!
H a c ı K a z ı m a ğ a. Elə sən də bir dənəsən! Ağciyər oğlu ağciyər. O əlli manatın iyirmi
beşini qaytar özümə. Iyirmi beş manat bəs eylər qoçu Gülbalaya!
Q o ç u H ə s ə n q u l u. Qədeş.
H a c ı K a z ı m a ğ a (acıqlı). Tez elə, alə!
Q o ç u H ə s ə n q u l u (tələsik). Baş üstə, qədeş! Alaginə.
Addım səsləri.

H a c ı K a z ı m a ğ a. Bu kimdi belə?

Addım səsləri yaxınlaşır.

Ç ə p i ş b ə y (sevinclə qışqıra-qışqıra). Xanımlar, muştuluğumu verin, xanımlar! Yaxşıca bir
xələtim sizdə, xanımlar!
S ə k i n ə x a n ı m (səbrsiz). Nə olub? Nə xəbərdir, Çərkəz bəy?
Ç ə p i ş b ə y. Aslan bəy gəlib, xanım! Aslan bəy! Muştuluğum sizdə!
S ə k i n ə x a n ı m. Aslan bəy?! Dar gündə köməyim, oğul.
M ə l e y k ə x a n ı m. Necə xələt desəniz, məndə, Çərkəz bəy!
Ç ə p i ş b ə y. Səndə də muştuluğum var, Hacı!
H a c ı K a z ı m a ğ a. Püf. Adə, məndən uzaq dur. (Yavaşdan) Xoş xəbər gətirmisən mənə?
(Yamsılayır.) Muştuluq. Ay sən öləsən!

S ə k i n ə x a n ı m. Aslan bəy! Ömrüm, günüm mənim. (Ağlayır.)

14
M ə l e y k ə x a n ı m. Aslan.
A s l a n b ə y. Ana. Məleykə.

Salam, ağalar!
N i n a M i x a y l o v n a (yavaşdan). Mujçina – krasaves, v otliçii ot otsa – nepovorotlivoqo
bıka!
H a c ı K a z ı m a ğ a (yavaşdan). Gör nə marıtlayıb gədənin üzünə? Lubludu e, lublu.
Q o ç u H ə s ə n q u l u. Canuva can, qədeş!
A s l a n b ə y. Bu nə xəbərdir belə? Aşağıda bütün nökərlər, qulluqçular deyir ki, atam bərk
xəstələnib?
S ə k i n ə x a n ı m (ağlayır). Elədir, oğul, elədir.
A s l a n b ə y. Nə olub ona, doktor Mahmud bəy? Qorxulu bir şey varmı?
D o k t o r M a h m u d b ə y. Atanız gözümə yaxşı dəymir. Qızdırması, görünür, həddən
artıqdır. Sifətinin, gözlərinin rəngi xoşuma gəlmir. Ola bilsin ki, möhkəm sətəlcəmdir.
A s l a n b ə y. Nə üçün «ola bilsin ki»? Niyə konsilium çağrılmayıb? Nə üçün diaqnoz
dəqiqləşdirilməyib?
D o k t o r M a h m u d b ə y. Atanızın əsəbləri tamam sarsılıb.
A s l a n b ə y. Nə üçün?
D o k t o r M a h m u d b ə y. Səbəbini bilmirəm. Heç kimi yaxına buraxmır. Müayinə etməyə
qoymur.
A s l a n b ə y. Bu necə işdi, ana?
S ə k i n ə x a n ı m. Dünəndən halı xarab idi, qızdırması qalxmışdı, amma köynəyini
dəyişdirdik, ovxaladıq, bir dəfə banka salmışdım. Səhər bizdən gizli ayağa qalxıb dal qapıdan düşüb
zirzəmiyə, yuxarı qalxandan sonra bizi yaxına buraxmır.
A s l a n b ə y. Axı, nə üçün?
S ə k i n ə x a n ı m (ağlayır). Bilmirəm..
H a c ı K a z ı m a ğ a. Qubernatorun arvadı da kömək edə bilmədi.
A s l a n b ə y. Qubernatorun arvadı? Hanı qubernatorun arvadı. A-a. Izvinite, madam! Ya vas
ne uznal. Rad vas privetstvovat v svoem dome! Vaş pokornıy sluqa, Aslan bek.
N i n a M i x a y l o v n a. Oçen priyatno.
H a c ı K a z ı m a ğ a (yavaşdan). Ba-a! Gör nə bülbül kimi ötür? Bu atasından çox irəli
gedib. Yox, hiss eləyirəm ki, bunu dişləmək çətin işdi. Köpək oğlu, deyəsən, başımıza bəla
olacaq. Həsənqulu!
Q o ç u H ə s ə n q u l u. Bəli, qədeş!
H a c ı K a z ı m a ğ a. Alə, qaytar mənə o iyirmi beş manatı! Qoçu Gülbala-zad lazım deyil!
Q o ç u H ə s ə n q u l u (özünü itirir). Qədeş.
H a c ı K a z ı m a ğ a. Kül sənin başuva ki, bir dənə Ohanla da bacarmırsan! Tez elə, millətin
adını batıran qurumsaq! Ac qoyaram səni.
Q o ç u Hə s ə n q u l u (təşvişlə). Ala, qədeş.
A s l a n b ə y. Sakit ol, ana. Məleykə, sakit ol. Mən bu saat özüm atamın yanına gedərəm.

S ə k i n ə x a n ı m. Allah eləsin hər şey yaxşı olsun, oğul. Doyunca boy-buxununa baxıb
sevinə bilmirəm, ay bala. Ay Allah, bizə bir əlac. (Ağlayır.)
D o k t o r M a h m u d b ə y. Sakit olun, xanım.
Ç ə p i ş b ə y. Mənə də bir əlac, doktor.

15
D o k t o r M a h m u d b ə y. Sizə verdiyim pulların hamısını içirsiniz, Çərkəz bəy. Söz
qoymuşam ki, daha sizə heç vaxt pul verməyim.
Ç ə p i ş b ə y. Əvvəla, bayaq ərz etdim ki, Çərkəz bəy yox, Çəpiş bəy. Camaat necə, siz də elə.
Ikincisi isə, yalan sözdür, doktor, inanmayın. Sizin verdiyiniz pullara gedib qəzet-jurnal alıram,
«Molla Nəsrəddin» alıb oxuyuram.
D o k t o r M a h m u d b ə y. Neyləyirsiniz «Molla Nəsrəddin» məcmuəsini? Siz elə özünüz
«Molla Nəsrəddin»in qəhrəmanlarından deyilsinizmi məgər?

Kərbəlayi Muxtarın qışqırtısı o biri otaqdan eşidilir.

K ə r b ə l a y i M u x t a r. Yo-ox.
M ə l e y k ə x a n ı m. Atamdır.
N i n a M i x a y l o v n a. Opyat oryot!

Sürətli addım səsləri.

A s l a n b ə y. Atamın əsəbləri tamam pozulub. Məni tanıdı, amma yaxın qoymadı. Hətta, elə
bil, nədənsə, daha da qorxdu.
S ə k i n ə x a n ı m. Ay Allah, bu nə işdi biz düşmüşük?! Bu nə bəladı?!
D o k t o r M a h m u d b ə y. Təcili surətdə doktor Ditrixsonu çağırmaq lazımdır.
H a c ı K a z ı m a ğ a. Aslan bəy, izin ver, Həsənquluya tapşırım kömək etsin, Mahmud bəy də
Kəbleyini müayinədən keçirsin.
Aslan bəy. Ay Hacı. Ay Hacı. Siz öz köntöy qoçunuzu buyurmaqdan başqa heç nə
bilmirsiniz.
Q o ç u H ə s ə n q u l u. Qədeş, mənə köntöy dedi.
A s l a n b ə y. Həzərat! Sizin xəbəriniz varmı ki, dünən avqust ayının 1-də axşam Almaniya
Rusiyaya müharibə elan edib? Bilirsinizmi ki, bu, Cahan müharibəsi deməkdir?! Bəli, bəli! General
qraf Vladimirov mənimlə birlikdə qatarla Peterburqdan Bakıya gəlirdi. Yoldaca ona cənab hərbi
nazir Suxomlinovdan tel gəldi.
N i n a M i x a y l o v n a. Boje moy! Deyirəm axı, Aleksandr Aleksandroviç nə üçün hələ
işdən qayıtmayıb.
H a c ı K a z ı m a ğ a (yavaşdan). Bayaqdan qozqırdırdı ki, oturub çay içirdik.
A s l a n b ə y. Buna necə baxırsınız, Hacı? Cahan müharibəsinə?
H a c ı K a z ı m a ğ a. Aslan bəy, mənim kontorda başımı qaldırmağa macalım var ki, cahana
baxım?
A s l a n b ə y. Əlbəttə, əlbəttə, siz heç nə görmürsünüz! Qulağınızın dibində «Hümmət»
təşkilatı fəaliyyət göstərir. Mühəndis Məşədi bəy Əzizbəyov fəhlələri tətilə çağırır. Doktor Nəriman
Nərimanovun məqalələri, çıxışları camaatı ayağa qaldırır. Bütün bunların sədası Peterburqa gəlib
çatır!
H a c ı K a z ı m a ğ a. Pah atonnan!
A s l a n b ə y. Bəli, Hacı, bəli! Siz isə, burnunuzdan uzağı görmürsünüz!
Q o ç u H ə s ə n q u l u. Qədeş, bu nə danışır belə?
H a c ı K a z ı m a ğ a. Kəs səsini!
Q o ç u H ə s ə n q u l u. Baş üstə, qədeş!
H a c ı K a z ı m a ğ a. Aslan bəy, Nəriman Nərimanov boynu kraxmallının biridir. Məşədi
Əzizbəyovun bir nəfər bəyin yanında hörməti yoxdur. Onlar nəkarədir ki, bizim qabağımızda qoz
sındıra?

16
A s l a n b ə y. Səhv edirsiniz, Hacı! Böyük səhviniz var! Bu gün Ulyanov bütün Rusiyanı
lərzəyə salıb. Peterburqa zəlzələ gətirib. Imperator Nikolayın özünün bu saat taxt-tacı təhlükə
altındadır. Siz isə, əbləh qoçunuzun müşayiətilə özünüzü toxunmaz bilirsiniz!
Q o ç u H ə s ə n q u l u. Qədeş, bu mənə əbləh deyir.
H a c ı K a z ı m a ğ a. Kəs səsini!
Q o ç u H ə s ə n q u l u. Baş üstə, qədeş!
A s l a n b ə y. Erməni daşnakları, gürcü menşevikləri öz millətlərinin qeyrətini çəkir, bəs, siz
nə edirsiniz? Ac fəhlələr, avam kəndlilər ayağa qalxanda nə edəcəksiniz?! Yoxsa elə bilirsiniz ki,
üstünüzə gələn selin qarşısını sizin bu əbləh qoçunuz kəsəcək?
Q o ç u H ə s ə n q u l u. Alə, yenə əbləh?
H a c ı K a z ı m a ğ a. Kəs səsini!
Q o ç u H ə s ə n q u l u. Qeyrət boğur axı, məni, qədeş.
H a c ı K a z ı m a ğ a. Alə, demədim kəs?
Q o ç u H ə s ə n q u l u. Baş üstə, qədeş.
H a c ı K a z ı m a ğ a. Aslan bəy, sözlərin ağlıma batır. Mədənlər bu saat çox şuluqdur. Bizim
nadürüstlər vankələrə qoşulub təxribat salırlar hər yerdə. Ancaq, Aslan bəy, deyiblər ki, ağalıq
verimlədir, igidlik vurumla! Kəndçi-kündçüdən, lüt-üryandan da qorxsaq, daha bu nə oldu?
A s l a n b ə y. Ağalar! Mən sizə təkrar edirəm ki, Ulyanov bu gün bütün Rusiyanı, fəhlələri,
kəndliləri ayağa qaldırır. Bu Cahan müharibəsi rus imperiyasına baha başa gələcək, təxribatçıların
sırası artacaq. Bütün bunlar barədə dərindən düşünmək lazımdır. Qəti tədbirlər görmək lazımdır.
Bir-birinizdən danos yazmaqdansa, təxribatçılara qarşı amansız olmalısınız!
H a c ı K a z ı m a ğ a. Ulyanovu mən də eşitmitşəm, Aslan bəy. Axı, bu kim olan kəsdir belə?
D o k t o r M a h m u d b ə y. Vaxt gələr, Hacı, bilərsiniz ki, Ulyanov kimdir.
A s l a n b ə y. Sizin də oğlunuz Peterburqda bolşeviklərə qoşulub, doktor Mahmud bəy! Buna
nə deyirsiniz?
D o k t o r M a h m u d b ə y. Mən oğlanlarımdan arxayınam.
A s l a n b ə y. Yoxsa özünüz də dönüb marksist olmusunuz?
N i n a M i x a y l o v n a. Oçen mojet bıt! On poxoj na marksista.
D o k t o r M a h m u d b ə y. Mən həkiməm.
A s l a n b ə y. Nəriman Nərimanov da həkimdir.
S ə k i n ə x a n ı m. Aslan, oğul, bəs necə olsun, atan əldən gedir axı.
A s l a n b ə y. Bu saat bir də onun yanına gedəcəyəm.
M ə l e y k ə x a n ı m. Siz də gedin, doktor.
H a c ı K a z ı m a ğ a. Elə hamımız gedək.

A s l a n b ə y. Ata, sən uşaq deyilsən ki, izin vermirsən həkim səni müayinə etsin?

Pauza.
Ata!
K ə r b ə l a y i M u x t a r. Yox.
A s l a n b ə y. Axı, belə olmaz.
K ə r b ə l a y i M u x t a r. Yox.
A s l a n b ə y. Belə yaramaz, ata! Yaxın durun, doktor!
K ə r b ə l a y i M u x t a r (qışqırır). Yo-o-ox.
H a c ı K a z ı m a ğ a. Alə, Həsənqulu, tut bunun qollarını!
Q o ç u H ə s ə n q u l u. Baş üstə, qədeş!
K ə r b ə l a y i M u x t a r (bərkdən qışqırır). Va-a-ay!

17
D o k t o r M a h m u d b ə y. Belə olmaz, ağalar!
K ə r b ə l a y i M u x t a r. Va-a-ay!
H a c ı K a z ı m a ğ a. Həsənqulu, bərk tut!
A s l a n b ə y. Ata!
K ə r b ə l a y i M u x t a r. Va-a-ay!

Kərbəlayi Muxtarın səsi birdən-birə kəsilir.

S ə k i n ə x a n ı m. Ay camaat, kişi keçindi-i-i.
M ə l e y k ə x a n ı m (qışqırır). Ata.
Ç ə p i ş b ə y. Kəblə Muxtar getdi o dünyaya.
D o k t o r M a h m u d b ə y. Əl çəkin, ağalar, əl çəkin!
A s l a n b ə y. Buraxın! Buraxın!
M ə l e y k ə x a n ı m. Atam öldü.
N i n a M i x a y l o v n a. Skonçalsya ot razrıva serdsa!

H a c ı K a z ı m a ğ a. Bu nədir belə, Kəbleyinin sinəsinin üstündəki nədir belə?
S ə k i n ə x a n ı m (bərkdən ağlayır). Bizi bədbəxt edib getdin, ay kişi.
H a c ı K a z ı m a ğ a. Bu kisə nədir belə, Kəbleyinin sinəsi üstə? Hə?
A s l a n b ə y. Əl dəyməyin!
H a c ı K a z ı m a ğ a. Alə, Həsənqulu bu nədir belə?
A s l a n b ə y. Əl dəyməyin!
Q o ç u H ə s ə n q u l u (bərkdən). Qızıl!
N i n a M i x a y l o v n a. Zoloto!

Yerə tökülən qızıl pulların səsi.

A s l a n b ə y. Heç kim əl dəyməsin!
H a c ı K a z ı m a ğ a. Alə, Həsənqulu, yığ!
Q o ç u H ə s ə n q u l u. Mən özümə yığıram, qədeş, sən özünçün yığ!
N i n a M i x a y l o v n a. Vot nastoyaşaya psixoloqiya kupsa!
Ç ə p i ş b ə y. Deyirəm axı, kişi səhər-səhər zirzəmiyə niyə düşüb, sonra niyə heç kimi yanına
buraxmırmış. Bağrına basıbmış zirzəmidə basdırdığı qızılı.
D o k t o r M a h m u d b ə y. Bu nə rəzalətdir. Mənim ürəyimə dammışdı! Dammışdı
ürəyimə!
Ç ə p i ş b ə y. Görüb ki, işi fırıqdı, qorxub ölər, qızıl qalar başqasına. Indi apardın özünlə, ay
Kəblə Muxtar.
A s l a n b ə y (tövşüyə-tövşüyə). Bunlar hamısı bizimdir! Əl dəyməyin! Məleykə, yığ! Ana,
nökərləri çağır, bunları qovsun! Əl dəyməyin.
H a c ı K a z ı m a ğ a. Həsənqulu, yığ!
Q o ç u H ə s ə n q u l u. Özünçün sən yığ, qədeş!
N i n a M i x a y l o v n a. Mne toje!
Ç ə p i ş b ə y. Mənə bircə dənə qızıl onluq kifayətdir.
N i n a M i x a y l o v n a. Kakoye boqatstvo!
D o k t o r M a h m u d b ə y. Kakoy ujas, madam, kakoy ujas! Bu nə rəzil zəmanədir! Bu nə
rəzil cəmiyyətdir! Uzaq burdan, Mahmud bəy! Uzaq! Uzaq! Uzaq.

Bir-birinə qarışmış səs-küy, sürətlə uzaqlaşan

18
addım səsləri eşidilir.

Comments are closed, but trackbacks and pingbacks are open.