Epizootologiya və infeksion xəstəliklər
Soyuq fəsillərdə qripp və soyuqdəymə xəstəliklərinin riski dəfələrlə artır.
FƏNN: İnfeksion xəstəliklərin əsasları MÖVZU: “İnfeksiya və immunitet haqqında təlim”
AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ BAYTARLIQ TƏBABƏTİ VƏ ƏCZAÇILIQ FAKÜLTƏSİ EPIZOOTOLOGIYA, MIKROBIOLOGIYA VƏ PARAZITOLOGIYA KAFEDRASI . FƏNN: İnfeksion xəstəliklərin əsasları MÖVZU: “İnfeksiya və immunitet haqqında təlim”
Uploaded on Jul 18, 2014
Download Presentation
FƏNN: İnfeksion xəstəliklərin əsasları MÖVZU: “İnfeksiya və immunitet haqqında təlim”
Presentation Transcript
- AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİAZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ BAYTARLIQ TƏBABƏTİ VƏ ƏCZAÇILIQ FAKÜLTƏSİEPIZOOTOLOGIYA, MIKROBIOLOGIYA VƏ PARAZITOLOGIYA KAFEDRASI FƏNN: İnfeksion xəstəliklərin əsasları MÖVZU: “İnfeksiya və immunitet haqqında təlim” MÜHAZİRƏÇİ: dosent Ələsgərov Zahir Əmir oğlu Gəncə-2010
- PLAN • Infeksiya haqqında məlumat • Immunlaşdırıcı subinfeksiya • Immunitet haqqında məlumat • Orqanizmin immunobioloji dəyişiklikləri. • Rezistentlik
- Istifadə olunan ədəbiyyatlar • R.A.Qədimov, İ.B.Məmmədov, S.Ə.Culfayev- “Xüsusi epizootologiya”. Bakı, Maarif, 1990. • R.A.Qədimov, İ.B.Məmmədov, Z.Ə.Ələsgərov- “Epizootologiya”. Bakı, Maarif, 1998. • Z.Ə.Ələsgərov- “İnsanlar üçün təhlükəli heyvan xəstəlikləri”., 2006. • R.A.Qədimov, Z.Ə.Ələsgərov, Q.Ə.Dünyamalıyev, İ.B.Məmmədov – “Kənd təsərrüfatı heyvanlarının infeksion xəstəliklərinin diaqnostikası və profilaktikasında işlədilən bioloji preparatlar” Gəncə 2002. • Z.Ə.Ələsgərov, E.M.Aqayeva, Q.Ə.Dünyamalıyev– “Baytarlıq virusologiyası” Bakı 2009.
- İnfeksiya müəyyən kliniki əlamətləri ilə özünü göstərən infeksion xəstəlik haqqında və gizli – yəni latent, inapparant infeksiya, immunlaşdırıcı subinfeksiya və mikrobdaşıyıcılıq halında gedir. • İnfeksion xəstəliklər yaxşı öyrənilməklə bunlar qeyri-infeksion xəstəliklərdən spesifikliyi, kontagiozluğu, mərhələlərlə inkişafı və postinfeksion immunitetin yaranması ilə səciyyələnir. • Spesifiklik dedikdə belə başa düşülür ki, hər bir infeksion xəstəliyi müəyyən növ mikrob törədir. • İnfeksion xəstəliklər zamanı xəstəlik törədicisinin xəstələrdən sağlamlara kontakt və ya aralıq obyektləri vasitəsilə verilməsi halı kontagiozluq adlanır. Çiçək, dabaq, donuzların taunu, atların qripi yüksək dərəcədə kontagioz xəstəliklər hesab edilir. • İnfeksion xəstəliklərin əvvəlcə inkubasiya, sonra prodremal, daha sonra klinik dövr və nəticə halında getməsi onların mərhələlər üzrə getməsini göstərir. • İnfeksiya törədicilərinin orqanizmə daxil olması anından ilk kliniki əlamətlərinin görünməsinədək, latent infeksiyalarda isə immunobioloji reaksiyaların ilk müsbət nəticəsinədək olan dövrə inkubasiya dövrü deyilir.
- Bu dövr bütün infeksion xəstəliklər üçün xarakterikdir, müddəti isə müxtəlif olmaqla bir neçə saatdan, bir neçə günə, bəzi infeksiyalar zamanı isə bir neçə aya qədər davam edir. Eyni bir xəstəlikdə də inkubasiya dövrü orqanizmin ümumi davamlılığı və xəstəlik törədicisinin virulentlik dərəcəsindən asılı olaraq müxtəlifdir. İnkubasiya dövründə heyvan orqanizmində mikrob çoxalır, onun toksini toplanır, maddələr mübadiləsi pozulur, qanın formalı elementlərində müəyyən keyfiyyət və kəmiyyət dəyişiklikləri baş verir, ancaq heç bir kliniki əlamət görünmür. • İnkubasiya dövrü sonra prodromal dövrlə əvəz olunur ki, bu da bir neçə saatdan 1-2 günə qədər davam edir. Bu dövrdə qeyri-spesifik əlamətlər- yəni zəiflik, ümumi ölgünlük, iştahanın pozulması və bəzən temperaturun az dərəcədə yüksəlməsi müşahidə olunur. • Prodromal dövr kliniki əlamətlər görünən dövrlə əvəz olunur. Bu dövrdə xəstəliyə məxsus olan əlamətlərin hamısı müşahidə edilir. Həmin dövrün müddəti heyvan orqanizminin davamlılıq dərəcəsindən asılı olaraq eyni bir xəstəlikdə də müxtəlifdir. • İnfeksion xəstəliklərin kliniki əlamətləri həddən artıq müxtəlif tərzdə müşahidə edilir ki, bu da ayrı-ayrı orqanların funksional və üzvi dəyişiklikləri ilə əlaqədardır. Bəzi kliniki əlamətlər, məsələn, temperaturun yüksəlməsi əksər infeksion xəstəliklər üçün xarakterikdir. Orqanizmdə istiliyin tənzimlənməsinin pozulması pirogen faktorların – yəhi bakterial toksinlərin, hüceyrə və toxumaların parçalanmasının aralıq məhsııllarının təsirindən baş verir. İsitmənin müddəti və temperatur əyrisinin xarakteri xəstəliklərin xarakterindən asılı olaraq müxtəlifdir. Belə ki, temperaturun yüksəlməsi kəskin, qəflətən və tədricən aşağı düşməsi də kritik və litik ola bilər.
- İnfeksion xəstəliklər zamanı bakterial və toxuma mənşəli toksiki məhsullar ürək əzələsi və qan damarlarına, həmçinin vegetativ sinir sisteminə təsir edərək ürək-damar sisteminin zədələnməsinə səbəb olur. Nəticədə həm funksional, həm də üzvi dəyişikliklər baş verir. Bakterial toksinlərin təsirindən mədə-bağırsaq şöbəsində iltihablı-destruktiv dəyişikliklər, fermentativ, sekretor və ekskretor funksiyaların pozulması əmələ gəlir. • Mərkəzi sinir sisteminin zədələnmələri zamanı heyvanlarda oyanıqlıq və ya ölgünlük, adinamiya, qıcolma, reflekslərdə dəyişkənlik və meninqoensefalit simptomları görünür. • İnfeksion prosesin yüngül gedişi zamanı orqanizmin bütün fizioloji sistemlərinin pozulmuş funksiyaları bərpa olunur, kliniki əlamətlər zəifləyir və rekonvalessensiya dövrü yaranır. Bu dövrün müddəti xəstəliyin xüsusiyyətindən, heyvanlarin immunoloji reaktivliyindən, onların saxlama və yemləmə şəraitindən, habelə müalicənin effektliyindən asılıdır. Sağalma hər vaxt tam şəkildə olmur. Belə ki, müəyyən müddət ərzində müəyyən orqanların funksiya pozğunluğu nəzərə çarpır. Rekonvalessentlər çox vaxt infeksiya törədicilərini xarici mühitə ifraz edir. • İnfeksion xəstəliklər zamanı heyvanların bəzilərində qəflətən, digərlərində isə tədricən baş verən zəiflik və arıqlıqdan onların tələf olması müşahidə olunur. • İnfeksion xəstəliklər ildırımvari, iti, yarımili, xroniki abortiv gedişə malik olmaqla, tipik və atipik formalarda törəyir.
- Bəzən patoloji prosesin daha çox lokalizasiya yerinə görə də xəstəliyin formaları qeyd edilir. Məsələn, qarayarada xəstəliyin ağciyər, bağırsaq və dəri formaları nəzərə çarpır. • Xəstəliklərin ildırımvarı gedişi zamanı sürətlə artan septisemiya və toksemiya nəticəsində heyvanlarda ölüm baş verir. Xəstəliklərin xarakterik kliniki əlamətləri ildırımsürətli gediş zamanı tam şəkildə inkişaf edə bilmir. • Xəstəliyin iti gedişi 1 gündən bir neçə günə qədər davam elməklə, kliniki əlaməlləri xarakterik şəkildə nəzərə çarpır. • Yarımiti gedişdə xəstəlik daha çox davam edib, kliniki əlamətlər tipik olmaqla, ancaq zəif dərəcədə görünür. Belə gedişdə patoloji-anatomik dəyişikliklər daha xarakter olur. Xəstəliklərin xronik gedişində isə patoloji proses aylarla, bəzən illərlə davam edir. Kliniki əlamətlər zəif dərəcədə müşahidə edilir, bəzi dövrlərdə isə tamamilə itir. Belə vəziyyət atlarda infeksion anemiya, manqo, kənd təsərrüfatı heyvanlarında vərəm və brusellyoz xəstəlikləri zamanı müşahidə edilir. Ona görə də bu cür xəstəliklərə diaqnoz qoymaq çətindir. Xəstəliklərin xronik gedişi, əsasən zəif və yüksək virulentlikli törədicilərin, həmçinin yüksək rezistentlikli törədicilərin, həmçinin yüksək rezislentlikli heyvan orqanizminə düşməsi zamanı müşahidə edilir. Xəstəliklərin yuxarıda qeyd olunan gedişi bəzən dəyişilərək bir-birinə keçə bilər. Məsələn, donuzların qızıl yelinin kəskin və yarımiti gedişi bəzən xronik gedişlə nəticələnir. Bəzən isə xronik gediş dəyişilərək iti gedişlə əvəz olunur ki, belə vəziyyəti, əsasən manqo, vərəm və s. xəstəliklər zamanı görmək olar.
- Hər hansı bir xəstəlik üçün xarakterik olan bütün əlamətlər kompleks halda müşahidə edilirsə, xəstəliyin belə gedişi tipik forma adlanir. Bəzən xəstəlik həddən artıq ağır və ya yüngül gedərsə, bu xəstəliyin atipik forması adlanır. Son zamanlar infeksion xəstəliklərin atipik gedişi daha çox nəzərə çarpır ki, bu da heyvandarlıqda antibiotiklərin və digər müalicə vasitələrinin çox tətbiqi ilə izah edilir. Bundan başqa, xəsləliklərin atipik forması çox arıq heyvanlarda da müşahidə edilir ki, bu da onların orqanizmində immunobioloji reaktivliyin zəifləməsi ilə əlaqədardır. • Əgər xəstəliklərin tipik inkişafı qəflətən dayanırsa və baş verirsə, belə gediş infeksion xəstəliklərin abortiv gedişi adlanır. Belə vəziyyət orqanizmin ümumi rezistentliyinin yüksək dərəcədə olması ilə izah edilir. Bir sözlə xəstəliklərin abortiv gedişi qısamüddətli olmaqla yüngül formada gedir və çox vaxt mühüm kliniki əlamətlər nəzərə çarpmır. • Heyvanlarda infeksion xəstəlik prosesi tez bir zamanda sağalma ilə nəticələnirsə, xəstəliyin gedişi xoşxasəli, yüksək dərəcədə ağırlaşarsa, yaman xassəli adlanır. Bundan başqa, infeksion proses simptomsuz, gizli halda gedir, bu isə immunlaşdırıcı subinfeksiya ilə nəticələnir. Mikrobun az dozalarla orqanizmə dəfələrlə daxil olaraq immunobioloji reaksiyalar törətməsi, bunun əsasında spesifik antitellərin sintezi, xəstəlik törədicisinin mənbəyinə çevrilməsi hadisəsi immunlaşdırıcı subinfeksiya hadisəsi adlanır. İmmunlaşdırıcı subinfeksiyanı emfizematoz karbunkul, leptospiroz və bir çox infeksion xəstəliklərin törədiciləri yarada bilər.
- Mikrobdaşıyıcılıq infeksiyanın xüsusi forması olub, kliniki sağalmadan sonra müəyyən müddət orzində heyvanlar arasında müşahidə edilir. Mikrobdaşıyan heyvanlar epizootoloji nöqteyi-nəzərdən qorxulu olub infeksiya törədicisinin potensial mənbəyi sayılır. Bəzi hallarda mikrobdaşıyıcılığın infeksion xostəliklə əlaqəsi olmur və özü sərbost halda qeyd edilir. Belə vəziyyətdə olan heyvan orqanizmində immunooloji dəyişikliklər görünmür, o yalnız bakterioloji və ya virusoloji müayinə üsulları ilə təyin edilir. Məlum olmuşdur ki, rezistentli sağlam heyvanlar salmonellyozun, pasterellyozun, qızıl yelin, saqqonun törədicilərinin daşıyıcıları ola bilər. Mikroblar belə halda, əsasən selikli qişalarda, badamcıqlarda, bağırsaqların limfa follikulalarında lokalizasiya edir və xarici mühitə tədricən və az miqdarda ixrac olunur. • Müəyyən səbəblərdən heyvanın ümumi rezistentliyi aşağı düşdükdə qeyd edilən xəstəlik törədiciləri fəallaşır, onların virulentliyi yüksəlir, nəticədə autoinfeksiyalar baş verir. Heyvanların ümumi rezistentliyini aşağı salan faktorlara misal olaraq onların uyğun zoogigiyeniki şəraitdə saxlanmaması, adinamiya, uzun müddot nəql etdirilməsi, yemlərin tərkibinin kəskin dəyişilməsi, yem payında zülalların az olması, intoksikasiyalar, digər infeksiyaların baş verməsi və s. göstərmək olar. İnfeksiya törədicilərinin gizli daşıyıcıları olan heyvan epizootiya cəhətdən çox qorxulu olmaqla bunlar müəyyən ərazidə epizootik ocağın saxlanmasında təkrar infeksiyaların baş verməsində böyük rol oynayır. • İnfeksiyanın bir formasının digərinə keçməsi qeyd edilir. Belə ki, mikrobdaşıyıcılıq və ya gizli infeksiya orqanizmin rezistentliyi aşağı düşdükdə infeksion xəstəliyə və əksinə infeksion xəstəlik isə gizli infeksiyaya keçə bilər.
- İMMUNİTET • Immunitet (immunitas) -latınca qeyri-həssaslıq deməkdir. Yəni genetik yabançı maddəyə qarşı, o cümlədən, patogen mikroba və ya onun toksininə orqanizmin qeyri-həssaslığıdır. Klassik immunologiyaya və onun banilərinə (L.Paster, P.Erlix və İ.İ.Meçnikov) görə yoluxucu xəstəliklərə qarşı qeyri-həssaslıq dedikdə, xəstəliktörədiçi amillərə qarşı orqanizmi qoruyan sistem başa düşülməlidir. İmmunitet orqanizmin vacib bioloji uyğunlaşma funksiyası olub, onun genetik (antigen daimililiyini qoruyan) nazarətinə yönəldilir. İmmunitetin yaranmasında bütün orqanizm iştirak edir və bu mürəkkəb prosesin orqanizmin inkişafında mərkəzi sinir sistemi başlıca rol oynayır. • İmmunologiyanın bir sərbəst elm kimi həll etdiyi məsələlər və vəzifələr çox mürəkkəb və çətindir. Ancaq immunologiyanın əsas istiqaməti immunitetin faktorlarını vəmexanizmini öyrənməkdir. Bunun əsasını İ.İ.Meçnikov qoymuş və immunitetin əmələ gəlməsində faqositlərin rolunu öyrənib immunitetin faqositar nəzəriyyəsini (1887) irəli sürmüşdür. Bundan sonra 1901-ci ildə P.Erlix öz humoral nəzəriyyəsini təklif etmişdir. Sonralar isə Q.Sele (1942), F.Bernet (1959), P.F.Zdradovski (1961), Qaşek-Medavr (1964) və başqaları immunitetin əmələgəlmə mexanizmini öyrənib, bütün orqanizmin immunoresistiv təlimini və onun ümumi fizioloji qanunlarına tabe olmasını irəli sürmüşlər.
- Müasir elmə görə infeksion xəstəliklərin törədiciləri və ya antigen təbiətli yabançı qıcıq, orqanizmdə qeyri-spesifik reaksiya əmələ gətirir. Orqanizmin immunobioloji dəyişkənliyi üç spesifik proseslə əlaqədardır: • Spesifik antigenlə reaksiyaya girən və qanda sirkulyasiya edən antitellərin biosintezi və təcili hiperhəssaslığın əmələ gəlməsi (A.E.Qurviç, 1968). • Ləngidilmiş hiperhəssaslığın yaranması (B.D.Bronda, 1965). • Tolerantlığın orqanizmdə baş verməsi ilə yanaşı orqanizmin xüsusi antigenlərə qarşı antitellər əmələ gətirmə qabiliyyətini itirərək, başqa antigenlərə qarşı antitellər törətməsi (T.N.Fontalin, 1968). Beləliklə, immunitetin orqanizmdə əmələ gəlməsinin immunobioloji reaktivliyi geniş surətdə spesifik və qeyri-spesifik reaksiyalardan və orqanizmin ümumi rezistentliyindən asılıdır. • Bədənə zülal təbiətli yabançı diri və yad cisim düşdükdə, onun bütün müdafiə qüvvələri fəallaşır, burada immunitetlərdən başqa ümumi rezistentlik də böyük rol oynayır. • Orqanizmin davamlılığında iştirak edən bütün qeyri-spesifik amillərin cəmi rezistentlik adlanır. Orqanizmdə immunitetin yaranmasında spesifik və qeyri-spesifik amillər bir-birilə sıx əlaqədardır. Orqanizmin qeyri-spesifik müdafiə mexanizmi kompleks xarakter daşıyır. İnsan və heyvan orqanizmi dəqiq surətdə “özününkünü” və “özgəni” fərqləndirir. Beləliklə, “özününkünü” -yəni orqanizmin normal hüceyrələrini və molekullarını patogen mikroblardan, patogen zülallardan, polisaxaridlərdən, irsi dəyişmiş hüceyrələrdən və başqa maddələrdən müdafiəsini təmin edir, “özgənin” isə antigenliyini parçalayıb ixrac edir. Beləliklə, immunitetin əsas vəzifəsi orqanizmin özünün və ya başqa genetik dəyişilmiş hüceyrələrin ləğv edilməsidir.
- Orqanizmin müxtəlif orqan və toxumalarına patogen mikroblar daxil olduqda orqanizm müdafiə üçün qeyri-spesifik amilləri fəallaşdırır, sonra isə əks cisimlər və başqa spesifik amillər öz fəaliyyətini göstərir. İ.İ.Meçnikov, N.Y.Çistoviç, L.A.Taraseviç, İ.Q.Savçcnko, A.M.Bezredka və başqaları makroorqanizmin patogen mikrobların təsirinə davamlılığının mexanizmini geniş öyrənmişlər. Sonralar isə makroorqanizmin infeksion prosesdə rolunu İ.P.Pavlov, N.E. Vedenski, A.A.Boqomoles, Y.E.Kolyakov, A.D.Ado, P.F.Zdradovski, L.A.Zilber, Y.R.Kovalenko, A.A.Konopatkin, M.A.Sidorov vo başqaları öyrənmişlər. • Canlı orqanizmin təbii inkişaf prosesində müxtəlif mənfi hallara qarşı, bəzi qeyri-spesifik faklorla orqanizmə daxil olmuş patogen mikroblara təsir edir. • Antigen qıcığına orqanizmin spesifik reaksiyası immun cavab adlanır. Bunun nəticəsində orqanizmdə spesifik antitellər və spesifik sensibilləşdirilmiş limfositlər istehsal olunur. Bunlar müvafiq stimullaşdıran antigenləri neytrallaşdırıb parçalayır. Baxmayaraq ki, spesifik qoruyucu mexanizmin rolu çox böyükdür, orqanizmdə irsi hazır yabançı antigenə qarşı təbii qeyri-spesifik təsirə malik olan rezistentlik faktorları da var. Bu irsi qoruyucu mexanizmi konstitiv olaraq, təşkil edən hüceyrə və humoral komponentlor təbii rezistentlik faktoru adlanır. Ancaq makroorqanizmin qeyri-həssaslığı təkcə bunlarla təşkil olunmur. Çox vaxt bəzi heyvanların orqanizminə daxil olmuş mikrob üçün lazım olan boy maddələri, tcmperalur, pH, qidalandırıcı mühit və ya onların hüceyrələrində xüsusi reseptorları tapılmadığı üçün onlar inkişaf etmir. Orqanizmdə qeyri-həssaslığın inkişafında spesifik amillərdən başqa qeyri-spesifik, yəni imumi təsirə malik olan amillər də iştirak edir. Qeyri-spesifik amillərin əsasını müdafiə toxuma və hüceyrələri təşkil edir ki, onlar xəstəliktörədicinin orqanizmə keçməsinə və inkişafına maneçilik törədir. Rezistentlik amillərinə dəri və selikli qişalar, iltihab, faqositoz limfa vəziləri, humoral faktorlar (kompliment – properdin sistemi, qanın bakteriositliyi və s.) aiddir. 1-ci cədvəldə immunitetin faktorlarını və mexanizminin çoxluğunu nəzərə alaraq patogen mikroblar orqanizmə daxil olduqdan sonra əmələ gələn xassəsinə və təsirinə görə spesifik və qeyri-spesifik faklorlar göstərilir (A.A.Konopatkinə görə).
- Cadvəl 1Spesifik və qeyri-spesifik faklorlar
© 2023 SlideServe | Powered By DigitalOfficePro
Epizootologiya və infeksion xəstəliklər
Dünyada ən təhlükəli yoluxucu xəstəliklərdən biri də suçiçəyidir. O, hava-damcı yolu ilə keçir.
Mövsümi qriplə mübarizə necə aparılmalıdır? – AÇIQLAMA
Qış aylarında və ya mövsümi keçidlərdə insanların ən böyük problemlərindən biri qripdir. Mövsümi qrip xüsusilə tənəffüs və qan dövranı sisteminə təsir edir və bütün orqanlarda müxtəlif zədələnmələrlə müşahidə edilir.
Hamilə qadınlar koronavirusdan necə qorunmalıdır? – AÇIQLAMA
Hamilə qadınların koronavirusdan qorunma üsullarının başında əsas gigiyena qaydaları gəlir.
Ağır qaraciyər xəstəliklərinin əsas səbəbi – Hepatit C, B və D virusları
Hepatit virusları bu günə qədər əsas ictimai sağlamlıq problemlərindən biri olub, milyonlarla insana təsir etmişdir. Dünyada yalnız hepatit C-dən 71 milyon insanın əziyyət çəkdiyi hesablanmışdır və hər il bunların 399 000-i ölümlə nəticələnir.
Tanınmış həkim koronavirus pandemiyasının bitəcəyi tarixi açıqlayıb
“Jit zdorovo” verilişinin aparıcısı həkim-kardioloq, tibb elmləri doktoru, professor Yelena Malışeva koronavirus epidemiyasının bitəcəyi tarixi açıqlayıb. Mütəxəssisin sözlərinə görə, epidemiya 6 həftədən çox çəkməyəcək.
Hər dükanda satılan KORONAVİRUS qatili – Tanınmış rusiyalı həkimin tövsiyyələri
Tanlnmış rusiyalı həkim, “O samon qlavnom” televiziya verilişinin aparıcısı Aleksandr Myasnikov koronavirus epidemiyası zamanı təşvişə düşməməyi, şarlatanlara inanmamağı və koronavirusa qarşı heç bir effekivliyi olmayan dərmanlara pul xərcləməməyi tövsiyyə edir.
Koronavirusdan qorunmaq üçün nə etməli? ÜST tövsiyyələri
Saglamolun.az Ümumdünya Səhiyyə təşkilatının koronavirus infeksiyasından qorunmaq üçün tövsiyyələrini sizə təqdim edir.
Koronavirusla bağlı MİFLƏR
Saglamolun.az Ümumdünya Səhiyyə Təşkilatının saytına istinadla koronavirusla bağlı bəzi ən yayılmşı mifləri sizə təqdim edir:
Koronavirus haqqında ən vacib 12 fakt
Koronavirus artıq 2 aydan artıqdır ki, bütün dünya KİV-lərinin manşetlərini “bəzəyir”. Lakin buna baxmayaraq insanların bir çoxu bu virus haqqında dəqiq məlumata sahib deyillər.
Koronavirusa tutulmamaq üçün əsas TƏHLÜKƏSİZLİK QAYDALARI
Koronavirusa yoluxma halları demək olar bütün dünyada qeydə alınır. Bu səbəbdən hal hazırda insanları ən çox maraqlandıran sual – koronavirusa yoluxmamaq üçün nə etmək lazımdır?
Koronavirus yoxsa soyuqdəymə? Sizdə bu simptomlar varsa… – VİDEO
Xəstəliyin əvvəlində koronavirus, qrip və soyuqdəymənin simptomları biri birinə çox oxşayır. Bəs bunları necə ayırd etmək olar? Koronavirusun spesifik simptomları varmı? Saglamolun.az bu videoda sizi məhz koronavirusa işarə edən simptomlarla tanış edəcək.
Ölümcül virusdan necə qorunaq?
Dünyanı Coronavirus dəhşəti bürüyüb. Virus ilk dəfə 1965-ci ildə kəskin rinitli pasientdə tapılıb.
Qripdən necə qorunmalıyıq? Həkim TÖVSİYƏLƏRİ
İnsanlar arasında qrip kimi tanınan “Respirator virus infeksiyaları” əsasən soyuq aylarda yayılmağa başlayır.
QIZILCA virusu immuniteti sıfıra endirir
QİÇS virusu kimi qızılca virusu da öncə insanın immunitetinə hücum edib, onu çökdürür. İnsanın orqanizmi zəifləyir və xəstəliklərə tab gətirə bilmir.
Sonu ölüm olan QUDUZLUQ – Əlamətləri, müalicəsi, yardım
Quduzluq – ağır infeksion xəstəlik olub, quduzluq xəstəliyinə tutulmuş pişik, it və vəhşi heyvanların dişlənməsindən sonra keçir. Quduzluq xəstəliyi çox ağır əlamətərlə xarakterizə olunur və əksər hallarda ölümlə nəticələnir.
Qanazlığı, qəbizlik, qarın ağrıları, yuxusuzluq, əsəbilik. Lyambliozun simptomları və müalicəsi
Parazitar xəstəliklər arasında lyamblioz geniş yayılan və çətin müalicə olunan xəstəliklərdəndir.
Donuz qripinin əlamətləri nədir?
Gürcüstanda H1N1 virusuna (donuz qripi) yoluxmadan ölənlərin sayı 10 nəfərə çatıb.
DİQQƏT: Bu infeksiya düşüncəmizi və davranışımızı dəyişir – HƏKİM YAZIR
İnsanlar çox fərqlidirlər. Hərənin öz genetik kodu, qidalanma alışqanlığı, keçmişi və . öz parazitləri vardır.
Sən demə, immuniteti qaldıran C vitamini deyil, bu VİTAMİNdir
Soyuq fəsillərdə qripp və soyuqdəymə xəstəliklərinin riski dəfələrlə artır.
Ən hiyləgər bakteriya haqqında 10 FAKT. Xərçəngə də səbəb olur!
Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, dünyada yaşayan insanların 60%-i Helicobacter pylori bakteriyanın daşıyıcılarıdır.
Quduzluq və onun müalicəsi yolları
Quduzluq virusu quşlarda və heyvanlarda müxtəlif patologiyalar yarada bilmək bacarığı ilə onlar üçün çox təhlükəlidir.
Heyvan dişləməsi zamanı MÜALİCƏ. Bunu hamı bilməlidir!
Heyvan dişləməsinin əsas təhlükələri yerli irinli prosess, sepsis (qana infeksiyanın düşməsi), quduzluqdur (ağır infeksion xəstəlik).
ORQANİZMDƏ QURDLAR. Simptomlar, müayinə və müalicə
Helmintlər insan və heyvan orqanizmində – bağırsaq, qaraciyər və digər daxili orqanlarda yaşaya bilən qurdlardır və onların 300-dən çox növü var.
Hepatit B və C ilə bağlı QORXUNC STATİSTİKA
Ümumdünya Səhiyyə Təşkilatı hepatit B və C ilə bağlı olan qorxunc statistikanı dərc edib.
Zöhrəvi xəstəlik SÜZƏNƏK. Simptomları və müalicəsi
Qonoreya, başqa adla desək, süzənək sidik-cinsiyyət orqanlarının, nadir hallarda isə ağızın, düz bağırsağın selikli qişalarını və konyuktivanı zədələyən zöhrəvi xəstəlikdir.
Hepatoloq: Hepatit C 3 aya tam müalicə olunur
Artıq hepatit C müalicə olunan infeksiya sayılır. Kliniki sınaqlar göstərib ki, yeni preparatların köməyi ilə 3 ay ərzində 99% hallarda bu infeksiyanı tam müalicə etmək mümkündür.
Tez sağalmaq istəyirsinizsə YATIN
İnsan xəstələnəndə daha çox yatmaq istəyir.
Virus infeksiyalarının qarşısını almaq üçün hər gün bunu edin
Soyuq fəsillərdə insanlar daha tez-tez soyuqdəymə, virus və qripp xəstəliklərinə yoluxur. Bu xəstəliklərin qarşısını almaq üçün sadə və çox effektli vasitələr mövcuddur.
Soyuqdəymə zamanı bunları içməyin!
Soyuqdəymə və qripp zamanı mayenin düzgün qəbulu sağalmanı tezləşdirir, xəstənin vəziyyətini yüngülləşdirir.
Rotavirus infeksiyası – çirkli əllər xəstəliyi
Rotavirus infeksiyası – qastroenteritin kəskin formalarından biri olub, rotaviruslar tərəfindən törədilir.
SON MƏLUMATLAR
Ürəyimizi qoruya, xərçəngin qarşısını ala bilər – Qozun faydaları
Birdən artıq qadınla ailə qurmağın fəsadları: şəkər, ürək çatışmazlığı.
Bakıda daha çox insan bu xəstəlikdən əziyyət çəkir – Səbəb…
Bədənimizin nə qədər suya ehtiyacı var: HESABLANMASI
Əgər ürəyiniz daha çox turş yeməklər istəyirsə: Deməli sizin.
Qadın alt paltarının bilinməyən zərərləri: BÜSQALTERDƏN İMTİNA EDİLMƏLİDİR?
Kardioloq dəhşətli faktları açıqladı: idman zallarında elə hormonlar verirlər ki.
Saqqız çeynəmək sən demə ürəyə xeyirli imiş: amma qadınlar .
Dədə-baba qaydası faydasızdır: Boğazgəlməni əzmək olmaz – Bu resepti sınayın
Həddindən artıq aybaşı qanaması bu problemdən xəbər verir
Qan laxtalanmasının dəhşətli fəsadları: MÜTLƏQ MÜALİCƏ OLUNMALIDIR
DİGƏR MARAQLI MÖVZULAR
Bişmiş və çiy yumurtanı soyuducuda nə qədər saxlamaq olar?
Rahat yaşamaq üçün. PSİXOLOQ rəyi
Oynaqları DUZLARdan təmizləyən dəmləmə
Kahı yemək üçün 7 SƏBƏB
Kosmetik məhsullarda olan spirt dərini qurudur?
Körpə uşaqlarda hidrosefaliya xəstəliyi
Əvəliyin inanılmaz faydaları
1 stəkan pomidor şirəsinin möcüzəsi – Radiasiyanı təmizləyir, xərçəngdən qoruyur
30 yaşdan sonra üzə qulluq. Kosmetoloqdan VACİB TÖVSİYƏLƏR
Qadınların əhəmiyyət vermədiyi AĞRILAR – Bu 12 hal xərçəngin ƏLAMƏTİDİR
Çox yaşamaq üçün qadınlar mütləq bu tərəvəzləri yeməlidir
Sağlam ürəyin sirrləri
HƏKİMLƏR
Cavid Musazadə
Zülfiyyə Bağırova
İlahə Quliyeva
Copyright © 2011-2023. Saglamolun.Az -Sağlamlıq saytı. Layihə və tərtibat: Buta design
Comments are closed, but trackbacks and pingbacks are open.