Erix Mariya Remark Qərb Cəbhəsində Dəyişiklik (Təbəddülat) Yoxdur PDF
1933-cü ildə Nasional Sosialist Alman Fəhlə Partiyasının hakimiyyətə gəlməsi ilə Remarkın ağır günləri başlanır. Dönəmin təbliğat işləri üzrə naziri Jozef Göbbelsin göstərişi ilə yazıçının çap edilmiş əsərli yandırılır. Təziqlərdən yayınmaq üçün Remark özünü daha təhlüksəzilikdə hiss etdiyi İsveçərədəki villasına köçür. Nasistlər Remarkın ölkəni tərk etməsinə baxmayaraq onun yazılarını və romanlarını tənqid etməkdə davam ediridlər. Yazıçıya qarşı səsləndirilən əsas itthiamlardan biri isə onun fransız yəhudilərinin nəsilindən gəlməsi və əsil adının Remark yox Kramer olması ilə bağlı idi. Erix Remarka qarşı səsləndirilən bu iddialar sonralar belə öz təsdiqini tapmamışdır. Remarkın alman vətəndaşlığı ləğv edildi.
Erix Mariya Remark – Wikipedia
Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz.
Erix Mariya Remark (alm. Erich Maria Remarque, Erich Paul Remark ; 22 iyun 1898 [2] [3] […] , Osnabrük , Hannover [d] , Prussiya [4] – 25 sentyabr 1970 [4] [2] […] , Lokarno [d] , İsveçrə [4] ) — XX əsr görkəmli alman yazıçısı, alman ədəbiyyatının klassiki. Erix Mariya Remark əsasən 1929-cu ildə yazdığı Qərb cəbhəsində yenilik yoxdur və 1937-ci ildə yazdığı Üç yoldaş romanları ilə məşhurlaşmışdır.
Mündəricat
- 1 Həyatı
- 1.1 Gənclik illəri
- 1.2 Yazçılıq fəaliyyəti
- 1.3 Nasist dönəmi
Gənclik illəri
Erix Mariya Remark 1898-ci ilin 22 iyun tarixində Osnabrük şəhərində alman işçi Peter Franz Remarkın ailəsində doğulmuşdur. Anası Anna Maria da etnik baxımdan alman idi. Birinci Dünya Müharibəsi zamanı Remark ordu sıralarına qoşulur. Döyüşə yollanan zaman onun cəmi 18 yaşı vardı. 1917-ci ilin 12 iyun tarixində Qərb cəbhəsinə göndərilən gələcəyin yazıçısı buradan da Fransız şimalında yerləşən Hem-Lenglet departamentinə göndərilir. Remark burada da çox saxlanılmır 26 iyun tarixində yenidən yer dəyişikliyi baş verir və bu dəfə onun yeni ünvanı XV Ehtiyat Piyada Alayı olur. Torhout və Houthulst məntəqlərinin arasında saxlanılan hərbi birləşmənin tərkibində olan Remark burada düşmən qüvvələrə qarşı döyüşə atılır.
31 iyul tarixində iştirak etdiyi döyüşlərin birində sağ ayağı, sol qolu və boyun nahiyyəsindən ağır formada yaralanır. Yaxınlıqda yerləşən hərbi xəstəxanaya yerləşdirilən Remark daha sonra daha böyük hərbi xəstəxanaya köçürülür və müharibə bitənə qədər burada müalicə alır. Birinci Dünya Müharibəsi başa çatandan sonra 1919-cu ilin 1 avqust tarixindən etibarən Lohn şəhərində yerləşən orta məktəbdə müəllimlik fəaliyyətinə başlayır. 1920-ci ildən etibarən isə Emsland və Nahn bölgələrində yerləşən məktəblərdə çalışır. Erix Remark müəllimlik peşəsi ilə yanaşı özünü müxtəlif peşələrdə sınayır. Bir müddət sahibkarlıqla məşğul olur, sonralar bu sahədə uğur əldə edə bilmədikdə isə kitabxanaçı, jurnalist və editor vəzifələrini ardıcıllıqla icra edir. Jurnalistika fəaliyyətinə görə ilk qonararını isə Continental AG şirkəti üçün hazırladığı bir yazıya görə alır.
Yazçılıq fəaliyyəti
Remark 16 yaşından etibarən kiçik həcmli hekayələr və essələr yazmağa başlamışdı. Yazıçının tamamlanaraq çap edilən ilk kitabı Xülyaların sığınacağı 1920-ci ildə çap edilir. Qərb cəbhəsində yenilik yoxdur romanından sonra Remark anasına itahfən təxəllüsünü dəyişir. Remarkın ata babası nəslin adının ilkin forması olan (alm. Remarque ) ni (alm. Remark ) ilə əvəzləməsindən sonra yazıçıda öz təxəllüsünü bu formada dəyişir. 1927-ci ildə yazıçı ikinci romanın üzərində işləməyə başlayır. Üfüqdə görünən stansiya adlı roman bir il müddətində davam edən iş nəticəsində yazıb bitirlir və elə bu ərəfədə də Remark Bild qəzetinin İdman redaksiyasında işləmək təklifi alır. Hələdə özünü bir yazıçı kimi tam olaraq təsdiq edə bilməyən gənc yazıçı 1929-cu ilin yanvar ayında Qərb cəbhəsində yenilik yoxdur adlı romanını yayımlayır. Roman Remarkın yaradıcılığında dönüş nöqtəsində çevirilir və ilk ilindəcə 26 dilə tərcümə edilərək bütün dünyada oxunmağa başlanır.
Qərb cəbhəsində yenilik yoxdur romanı Erix Mariya Remarkın bu gün belə ən çox satılan və oxunan əsəri hesab olunur. Belə kitab ilk dəfə nəşr edildiyi 1929-cu ildən sonra dəfələrlə nəşr edilmiş və toplamda 15-20 milyon tiraj ilə satılmışdır. Kitabın əldə etdiyi məşhurluq nəticəsində 1930-cu ildə Luis Milestonun rejisorluğu ilə roman əsasında eyni adlı film çəkilir. Kitab yazıçının Birinci Dünya Müharibəsində iştirakı zamanı şahid olduğu hadisələr əsasında yazılmışdır. 1931-ci ildə Qayıdış romanını bitirdikdən sonra Remark İsveçrənin Porto-Ranco qəsəbəsində villa satın alır və yazıçının bu dönəmdəki əsas düşüncəsi Fransaya köçmək və bütün fəaliyyətini orada davam etdirmək üzərinə olur.
Yazıçının növbəti əsəri olan Üç yoldaş əsərində isə Veymar Respublikası zamanı yaşanan hiper-infilyasiya ustalıqla təsvir edilir və Üç yoldaş romanıda dönəminin tənqidçilərindən müsbət rəy almağı bacarır. Remarkın dördüncü romanı olan Flotsam alman dilindən tərcümə edilərək 1939-cu ildə ingilis dilli Kollier jurnalında yayımlanır. 1945-ci ildə yayımlanan Zəfər tağı romanı yazıçının növbəti şah əsərlərindən birinə çevrilir və kitab toplamda 5 milyon satış əldə edir.
Nasist dönəmi
1933-cü ildə Nasional Sosialist Alman Fəhlə Partiyasının hakimiyyətə gəlməsi ilə Remarkın ağır günləri başlanır. Dönəmin təbliğat işləri üzrə naziri Jozef Göbbelsin göstərişi ilə yazıçının çap edilmiş əsərli yandırılır. Təziqlərdən yayınmaq üçün Remark özünü daha təhlüksəzilikdə hiss etdiyi İsveçərədəki villasına köçür. Nasistlər Remarkın ölkəni tərk etməsinə baxmayaraq onun yazılarını və romanlarını tənqid etməkdə davam ediridlər. Yazıçıya qarşı səsləndirilən əsas itthiamlardan biri isə onun fransız yəhudilərinin nəsilindən gəlməsi və əsil adının Remark yox Kramer olması ilə bağlı idi. Erix Remarka qarşı səsləndirilən bu iddialar sonralar belə öz təsdiqini tapmamışdır. Remarkın alman vətəndaşlığı ləğv edildi.
- Xülyaların sığınacağı (1920)
- Qem (1923-1924)
- Üfüqdə görünən stansiya (1927-1928)
- Qərb cəbhəsində yenilik yoxdur (1929)
- Qayıdış (1931)
- Üç yoldaş (1937)
- Yaxınını sev (1929)
- Zəfər tağı (1945)
- Həyat qığılcımı (1952)
- Yaşamaq və ölmək zamanı (1954)
- Qara abidə (1956)
- Lissabonda gecə (1961-1962)
- Borc həyat (1961)
- Doğma torpaqlar (1970)
- Cənnətdə kölgələr (1970)
Erix Mariya Remark “Qərb Cəbhəsində Dəyişiklik (Təbəddülat) Yoxdur” PDF
Burada birinci dünya müharibəsi tarixindən, gənc əsgərin düşüncələrindən bəhs olunur. 19 yaşlı Paul Boymer özü də bilmədən məktəbdən birbaşa cəbhəyə gəlir. O, cəbhədə gözlədiyi müharibə həyəcanı və macəraları əvəzinə qırğının amansızlığını və dostlarının dəhşətli ağrılarının şahidi olur.
İllər boyudur müxtəlif satış rekordları vuran bu kitabda Remark birinci dünya müharibəsinin dəhşətlərini canlı və hər kəs üçün anlaşıqlı dillə təsvir edib.“Həyatın qorxunc hüznünü, insan övladının mərhəmətsizliyini hiss edirəm. “
• Oxuduqca müharibə, işğalçılıq və millətçilik barədə düşüncələrinizi bir daha gözdən keçirməli olacağınız bu kitabda hekayə oxuculara baş qəhrəman Paul’un dilindən, axıcı və sadə bir şəkildə anladılmaqdadır.
• Paul, tarixin ən mərhəmətsiz döyüşlərindən biri olan Birinci Dünya Müharibəsinə müəlliminin təsiri ilə könüllü olaraq qatılmış bir uşaqdır. Onunla bərabər, burada dostları və məktəb yoldaşları, həmçinin xalqın içindən hər cür sadə insan var. Və qıraqda durub həvəsləndirici, ruhlandırıcı danışıqlar aparan bir çox şəxslə müqayisədə, bu sadə insanlar müharibənin əsl üzünü bizə daha yaxşı göstərirlər.
• Onlar müharibənin mənasızlığını sorğulayırlar, ancaq bu sorğulayışa rəğmən, düşünmədən döyüşməyə də davam edirlər, çünki düşünsələr, dəli ola bilərlər. Və qorxu var – ölmək, bəlkə də, vəhşicə qətl edilmək qorxusu, qollarını, ayaqlarını, dostlarını itirmək qorxusu, ancaq ən çox da savaşdan qayıtmağı bacarsalar, heç bir yerə aid olmamağın, silinmiş bir nəslin son fərdi olmağın verdiyi qorxu.
• Hər zamankı kimi, müharibəni tərifləyən, qəhrəmanlıq hekayələri danışıb vətənləri uğruna ölməyin nə qədər şərəfli bir şey olmasından bəhs edən insanlar var burada; hansı ki, əvvəldə Paul və dostlarının orduya qatılmasına səbəb olan, bu insanların danışdığı o nağıllar, cəbhədəki həyatdan sonra heç nə ifadə etmir. Ki bununla da, kitabda çox önəmli bir məqama toxunulmuş olur : Köhnə dövr insanlarının ikiüzlülüyü.
• Ailələrinin, müəllimlərinin, böyüklərinin basqıları ilə müharibəyə göndərilən, almanlar tərəfindən toplu atəşə qarşı harada sipər ala biləcəkləri, düşməndən gizlənməyi necə bacaracaqları barədə deyil, düymə parıldatmaq, üst rütbələrə yaltaqlanmaq barədə təlim görən gənclər cəbhədə bir-bir ölərkən, geridə qalan insanların Almaniyanın gücünün böyüklüyündən, müharibənin haqlılığından danışması Paul’u diksindirir. Elə oxucunu da.
“Əlbəttə anlayırlar, haqlı olduğunu deyirlər, onlar da sənin kimi düşünürlər, amma ancaq sözdə, sadəcə sözdə. “
Comments are closed, but trackbacks and pingbacks are open.