Press "Enter" to skip to content

Erix Maria Remark – “Zəfər tağı” ( Fariz Bayramov )

Çox istərdim ki, Remarkın əsərlərinin hamısını sıra ilə oxuyub bu yazıya başlayaydım… Bu ziddiyyətli, amma ziddiyyətli olduğu qədər də çox sevilən yazarın həyatını araşdırar, əsərlərini ilə həyatı haqda bağlar tapmağa çalışar və əməlli başlı bir resenziya yazardım. Ancaq təəssüf ki oxumamışam, hələ ki oxuduğum tək bu əsəridi və oxuyub bitirən kimi də qərara gəldim ki nə olursa olsun mütləq bu əsər haqda təəssüratlərımı yazmalıyam. Beləliklə Remark və onun “ Zəfər tağı “ əsəri…
Əvvəla əsərin qeyri- adi yazılış üslubundan danışım bir qədər. Əsər 3- cü şəxsin dili ilə, yəni ki yazarın özü tərəfindən danışılsa belə, bütün hadisələrin içində əsərin baş qəhrəmanı Ravik mütləq vardır. Əksər yazar bu hekayəti belə qurmuş olsaydı, mütləq qəhrəmanın öz dilindən verərdi, çünki zatən bütün hadisələrin içində o var. Amma yazar yəqin ki burda qəhrəmanını daha yüksək tutmaq istəmiş, onun keçirtdiyi həyəcanı, hissləri qəhrəmanın deyil, öz dilindən təsvir etmişdir ki təbii çıxsın. Elə əsəri oxuduqca bu məqam hey beynimdə dolandı və Ravikin qisas aldığı məqamlarda yazara bu barədə haqq qazandırmış oldum.
Əsər 1- ci dünya müharibəsində iştirak etmiş, gözəl əl qabiliyyəti olan cərrah kimi özünü təsdiq etmiş, 2- ci dünya müharibəsinin qoxusu gələn zamanlarda isə Almaniyadan qaçıb Fransanın paytaxtı Parisə sığınmış Ravik adlı alman mühacirin həyatından bəhs edir. Parisdə gizli cərrahlıq edərək özünü dolandıran Ravik, əsərin lap əvvəllərində Joan adlı bir qadına rast gəlir, köməksiz olduğunu hiss etdiyi bu qadına yardım əlini uzadır, onu mehmanxanaya aparıb otaq tutur, geceləməsi üçün şərait yaradır və artıq növbəti gecələrdə onların məhəbbət macərası başlayır… Əsər boyu biz bu məhəbbətin nə dərəcədə güclü, saf, ülvi olduğunu görə bimirik. Məncə Heminquey kimi Remark da burda sevgi məsələsini çox qabartmayaraq, müharibə ərəfəsində, müharibənin təsiri ilə sevginin belə necə cılızlaşdığını, adiləşdiyini göstərir. Ravikin pasienti Ketə dediyi bu sözlər məncə bu laqeydliyi ortaya qoyur : “ Həyatın çox yaxşı qanunu var: heç nə gözləmirsənsə məyus qalmayacaqsan”…
Raviki sevgidən daha çox maraqlaqndıran başqa bir hiss var: Qisas yanğısı. Vaxtilə gestapoda ona igəncə edən və ilk sevdiyi qadına işgəncə edərək öldürən Haake adlı alman zabitdən alacağı qisas yanğısı… İnsanı sevən, humanist, həyata biganə olsa da hər gördüyü köməksiz insana yardım əli uzadan Ravikin bu cür qisas eşqi ilə yaşaması mənə qəribə görünsə də, yenə də müharibə dövrünün keşməkeşli həyatında bu cür ziddiyyətlərin hardasa mümkünlüyünü anladım…
Əsərin süjetinə çox varıb nə marağınızı öldürmək, nə də sizi sıxmaq ustəmirəm. Əsas əsərin məğzini, mahiyyətini əks etdirən müəyyən səhnələrdən də bir az danışım və qalanını öz öhdənizə buraxıram.
Bir gün Ravik bir xəstənin məcburən mədəsini kəsib götürdükdən sonra rus dostu Morozov “ İndi oturub burda vurursan, sənin qurbanlarınsa orda sayıqlayır. Bunun özündə də insanlığa xas olmayan nəsə var. Gərək heç olmasa sənin də mədən ağrıyardı “ dedikdə Ravikin ona cavabı həqiqətən düşündürücü və sarsıdıcıdı : “ Düz deyirsen Boris! Dünyanın bədbəxtliyi elə bundadır ki nələr etdiyimizi özümüz də bilmirik. Ancaq sən bu islahatı niyə həkimlərdən başlayırsan? Siyasi xadimlərdən, generallardan başlasaydın, yaxşı olardı, müharibədn canımız qurtarardı.”
1-ci dünya müharibəsindəki çovğunlu bir günü xatırlayarkən etdiyi təsvirə fikir verin “ sanki allah yerdəki bəndələrindən bezib onları atəşə tutmuşdu “ …
Bir otelə sığımış ayrı- ayrı millətlərə mənsub olan qaçqınları kənardan izləyərkən balaca bir oğlan uşağının anasına verdiyi sualı eşidir :
“ – Niyə biz yəhudiyik? – deyə o anasından soruşdu
Qadın cavab vermədi … “
Dəhşətli səhnədi eləmi dostlar ?
Əsərdə yetərincə bu cür səhnələrə rast gələcək, riqqətlənəcəksiniz. Mən əsərdəki sevgi məhəbbət məsələlərinə çox da fikir bildirməyəcəm, qızlar üzrlü saysın . Çünki əsərin əsas mahiyyətini zəiflətmiş olaram. Bu əsərdə sevgi- məhəbbət məsələləri kiçik bir obyekt kimi götürülmüş, əsas mahiyyət kimi müharibənin törətdiyi bəlalar önə çəkilmişdir. Bircə bunu deyim ki, Joandansa Keti daha layiq bilirdim Ravikə və məncə ketin Ravikə sevgisi də var idi. Bir də oxuyarkən çox təsirləndiyim bir obraz var idi və tez- tez öz- özümə deyirdim ki “ Kaş adamın belə bir dostu ola “ . Yəqin ki oxuyanlar bildi, Boris Morozovdan bəhs edirəm. Bir almanla bir rusun 2- ci dünya müharibəsindən öncəki bu cür dostluğu da sanki qeyri ixtiyrai verilmiş bir mesajdı…
Ümumi götürdükdə əsərdə vicdan məsələsi, kosmopolitizm, humanizm, faşizmə,müharibəyə nifrət, hətta kitab oxumağın faydaları belə təbliğ edilir, qabardılır. Əsər məhz bu meyarlar üzərində qurulub və bu meyarlara xidmət edir. Baş qəhrəman Ravik nə qədər çətinliklərlə qarşılaşsa da, əzablar çəksə də heç zaman insanlığını, humanistliyini itirmir. Daxilində çəkdiyi əzabları ətrafa sirayət etdirmir, özünün ən çətin anında belə başqalarına el uzadır və beləliklə də oxucuya əsl insanlıq dərsi keçir…
Çox yazdım bilirəm, səbriniz çatsa oxuyun. Xoş mütaliələr hər birinizə!

Erix Maria Remark Zəfər tağı PDF

Tanınmış alman yazıçısı Erix Maria Remarkın “Zəfər tağı” romanı antifaşist mövzuda yazılmış ən yaxşı əsərlərindəndir. Müəllif cərrah Ravikin şəxsində faşizmin vətəndən didərgin saldığı qaçqınların acınacaqlı həyat tərzini, faciəli taleyini ustalıqla təsvir edir. Dünyagörüşündə və həyata baxışındakı ziddiyyət və bədbinliyə baxmayaraq, Ravik inamını itirmir, təkbaşına da olsa, faşizmlə mübarizə aparır.

Yazıçı öz qəhrəmanlarının mürəkkəb daxili aləmini məharətlə aça bilmişdir. Əsər ölkələrə, xalqlara fəlakət gətirən faşizmə qarşı dərin nifrət hissi oyadır.

Mir.az-a Dəstək üçün ianə edin!

Saytımızın aktiv qala bilməsi üçün Patreon hesabı açdıq və dəstəyinizi gözləyirik. Bir neçə dollar olsa belə, töhfəniz bizim üçün çox şey deməkdir. Niyə dəstəyə ehtiyacımız var?

Erix Maria Remark Zəfər tağı PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

erix-mariya-remark.pdf

Saytımızdakı kitablar tanıtım məqsədi ilə oxuculara təqdim olunur. Bu kitablar müxtəlif mövzularda və müxtəlif müəlliflər tərəfindən yazılmış əsərlərdir.
Unudulmamalıdır ki, müəlliflərin və nəşriyyatların zəhməti ilə üzə çıxan bu əsərlər bir çox çətin proseslərdən keçərək kitab halına gəliblər. Buna görə də müəlliflərə və nəşriyyatlara dəstək olmaq üçün kitabları almağı tövsiyə edirik.

Erix Maria Remark – “Zəfər tağı” ( Fariz Bayramov )

Çox istərdim ki, Remarkın əsərlərinin hamısını sıra ilə oxuyub bu yazıya başlayaydım… Bu ziddiyyətli, amma ziddiyyətli olduğu qədər də çox sevilən yazarın həyatını araşdırar, əsərlərini ilə həyatı haqda bağlar tapmağa çalışar və əməlli başlı bir resenziya yazardım. Ancaq təəssüf ki oxumamışam, hələ ki oxuduğum tək bu əsəridi və oxuyub bitirən kimi də qərara gəldim ki nə olursa olsun mütləq bu əsər haqda təəssüratlərımı yazmalıyam. Beləliklə Remark və onun “ Zəfər tağı “ əsəri…
Əvvəla əsərin qeyri- adi yazılış üslubundan danışım bir qədər. Əsər 3- cü şəxsin dili ilə, yəni ki yazarın özü tərəfindən danışılsa belə, bütün hadisələrin içində əsərin baş qəhrəmanı Ravik mütləq vardır. Əksər yazar bu hekayəti belə qurmuş olsaydı, mütləq qəhrəmanın öz dilindən verərdi, çünki zatən bütün hadisələrin içində o var. Amma yazar yəqin ki burda qəhrəmanını daha yüksək tutmaq istəmiş, onun keçirtdiyi həyəcanı, hissləri qəhrəmanın deyil, öz dilindən təsvir etmişdir ki təbii çıxsın. Elə əsəri oxuduqca bu məqam hey beynimdə dolandı və Ravikin qisas aldığı məqamlarda yazara bu barədə haqq qazandırmış oldum.
Əsər 1- ci dünya müharibəsində iştirak etmiş, gözəl əl qabiliyyəti olan cərrah kimi özünü təsdiq etmiş, 2- ci dünya müharibəsinin qoxusu gələn zamanlarda isə Almaniyadan qaçıb Fransanın paytaxtı Parisə sığınmış Ravik adlı alman mühacirin həyatından bəhs edir. Parisdə gizli cərrahlıq edərək özünü dolandıran Ravik, əsərin lap əvvəllərində Joan adlı bir qadına rast gəlir, köməksiz olduğunu hiss etdiyi bu qadına yardım əlini uzadır, onu mehmanxanaya aparıb otaq tutur, geceləməsi üçün şərait yaradır və artıq növbəti gecələrdə onların məhəbbət macərası başlayır… Əsər boyu biz bu məhəbbətin nə dərəcədə güclü, saf, ülvi olduğunu görə bimirik. Məncə Heminquey kimi Remark da burda sevgi məsələsini çox qabartmayaraq, müharibə ərəfəsində, müharibənin təsiri ilə sevginin belə necə cılızlaşdığını, adiləşdiyini göstərir. Ravikin pasienti Ketə dediyi bu sözlər məncə bu laqeydliyi ortaya qoyur : “ Həyatın çox yaxşı qanunu var: heç nə gözləmirsənsə məyus qalmayacaqsan”…
Raviki sevgidən daha çox maraqlaqndıran başqa bir hiss var: Qisas yanğısı. Vaxtilə gestapoda ona igəncə edən və ilk sevdiyi qadına işgəncə edərək öldürən Haake adlı alman zabitdən alacağı qisas yanğısı… İnsanı sevən, humanist, həyata biganə olsa da hər gördüyü köməksiz insana yardım əli uzadan Ravikin bu cür qisas eşqi ilə yaşaması mənə qəribə görünsə də, yenə də müharibə dövrünün keşməkeşli həyatında bu cür ziddiyyətlərin hardasa mümkünlüyünü anladım…
Əsərin süjetinə çox varıb nə marağınızı öldürmək, nə də sizi sıxmaq ustəmirəm. Əsas əsərin məğzini, mahiyyətini əks etdirən müəyyən səhnələrdən də bir az danışım və qalanını öz öhdənizə buraxıram.
Bir gün Ravik bir xəstənin məcburən mədəsini kəsib götürdükdən sonra rus dostu Morozov “ İndi oturub burda vurursan, sənin qurbanlarınsa orda sayıqlayır. Bunun özündə də insanlığa xas olmayan nəsə var. Gərək heç olmasa sənin də mədən ağrıyardı “ dedikdə Ravikin ona cavabı həqiqətən düşündürücü və sarsıdıcıdı : “ Düz deyirsen Boris! Dünyanın bədbəxtliyi elə bundadır ki nələr etdiyimizi özümüz də bilmirik. Ancaq sən bu islahatı niyə həkimlərdən başlayırsan? Siyasi xadimlərdən, generallardan başlasaydın, yaxşı olardı, müharibədn canımız qurtarardı.”
1-ci dünya müharibəsindəki çovğunlu bir günü xatırlayarkən etdiyi təsvirə fikir verin “ sanki allah yerdəki bəndələrindən bezib onları atəşə tutmuşdu “ …
Bir otelə sığımış ayrı- ayrı millətlərə mənsub olan qaçqınları kənardan izləyərkən balaca bir oğlan uşağının anasına verdiyi sualı eşidir :
“ – Niyə biz yəhudiyik? – deyə o anasından soruşdu
Qadın cavab vermədi … “
Dəhşətli səhnədi eləmi dostlar ?
Əsərdə yetərincə bu cür səhnələrə rast gələcək, riqqətlənəcəksiniz. Mən əsərdəki sevgi məhəbbət məsələlərinə çox da fikir bildirməyəcəm, qızlar üzrlü saysın . Çünki əsərin əsas mahiyyətini zəiflətmiş olaram. Bu əsərdə sevgi- məhəbbət məsələləri kiçik bir obyekt kimi götürülmüş, əsas mahiyyət kimi müharibənin törətdiyi bəlalar önə çəkilmişdir. Bircə bunu deyim ki, Joandansa Keti daha layiq bilirdim Ravikə və məncə ketin Ravikə sevgisi də var idi. Bir də oxuyarkən çox təsirləndiyim bir obraz var idi və tez- tez öz- özümə deyirdim ki “ Kaş adamın belə bir dostu ola “ . Yəqin ki oxuyanlar bildi, Boris Morozovdan bəhs edirəm. Bir almanla bir rusun 2- ci dünya müharibəsindən öncəki bu cür dostluğu da sanki qeyri ixtiyrai verilmiş bir mesajdı…
Ümumi götürdükdə əsərdə vicdan məsələsi, kosmopolitizm, humanizm, faşizmə,müharibəyə nifrət, hətta kitab oxumağın faydaları belə təbliğ edilir, qabardılır. Əsər məhz bu meyarlar üzərində qurulub və bu meyarlara xidmət edir. Baş qəhrəman Ravik nə qədər çətinliklərlə qarşılaşsa da, əzablar çəksə də heç zaman insanlığını, humanistliyini itirmir. Daxilində çəkdiyi əzabları ətrafa sirayət etdirmir, özünün ən çətin anında belə başqalarına el uzadır və beləliklə də oxucuya əsl insanlıq dərsi keçir…
Çox yazdım bilirəm, səbriniz çatsa oxuyun. Xoş mütaliələr hər birinizə!

Fariz Bayramov

Comments are closed, but trackbacks and pingbacks are open.