Press "Enter" to skip to content

Etik qaydalar: funksiyalar və prinsiplər

məqsədilə qərara alıram:

Etik davranış qaydaları haqqında qanun

DÖVL Ə T QULLUQ Ç ULARININ ET İ K DAVRANIŞ QAYDALARI HAQQINDA

AZ Ə RBAYCAN RESPUBL İ KASININ QANUNU

NORMATİV HÜQUQİ S Ə N Ə DL Ə R

BAKI 2008

ÖN SÖZ

Oxuculara təqdim edilən bu, xüsusi nəşr Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin 11 fevral 2008-ci il tarixli, S-128 saylı Əmrinə əsasən hazırlanmışdır. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanun məmurların bu qaydalara əməl etmə prinsiplərinə, respublikaımızda müasir dövlət qulluğu sisteminin qurulmasına və bu sahədə qanunun aliliyinin yüksək səviyyədə təmin olunmasına xidmət edir. Bu Qanun hər bir dövlət qulluqçusunun çalışdığı sahədə, tutduğu vəzifəyə məsuliyyətlə yanaşmasını, vətəndaşlarla ünsiyyətində etik normalar çərçivəsində davranmasını tələb edir.

15 oktyabr 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilən cənab İlham Əliyev Ümummilli liderimizin dövlətçilik siyasətini uğurla davam etdirməklə yanaşı, həmçinin bu illər ərzində özü yeni idarəçilik məktəbinin əsasını qoymuşdur.

Azərbaycan demokratik, unitar dünyəvi dövlət kimi inkişaf etməkdədir. Artıq o dünya ictimaiyyətinin diqqət mərkəzində olan sivil dövlətlərdən biridir. Bu sadalanan keyfiyyətlər proqressiv cəmiyyətin əsasını təşkil edir. Məhz dövlət qulluqçularının üzərinə bu istiqamətdə böyük vəzifə və məsuliyyət düşür. Dövlət qulluqçusunun öz səlahiyyəti çərçivəsində apardığı ictimai, siyasi fəaliyyəti qərəzsiz və obyektiv olmalıdır. O, ancaq qanunvericiliklə nəzərdə tutulan tədbirlər görməlidir. Etik davranış qaydalarına əməl olunması onun mənəviyyatının, mədəniyyətinin göstəricisidir. Təsadüfi deyil ki, ölkə Prezidentimiz öz çıxışlarının birində dövlət qulluqçularına öz iradlarını bildirmişdir: “Dövlət məmuru, vəzifəli şəxs hər sahədə – işdə, ictimai işində və həyatda təvazökar olmalıdır. Əgər hansısa bir iş adamı, yaxud da başqa bir adam nəsə edirsə, bu öz işidir. O işləri görməklə özünü biabır edir və cəmiyyətdə gözdən düşür. Bunu dövlət məmuru, vəzifəli şəxs edirsə, bu, artıq təkcə onun işi deyil. Bu bütün dövlətə, idarəçiliyə, iqtidara şərəf gətirməyən hərəkətdir”. Dövlət başçısı hər bir məsul dövlət işçisindən öz vəzifə borcunu vicdanla, şərəflə yerinə yetirməsini, nüfuz sahibi olmasını, öz adım və ləyaqətini uca tutmasını tələb edir. İnanırıq ki, bu Qanun dövlət qulluqçuları üçün davranış qaydalarını, prinsiplərini və onlara əməl edilməsi mexanizmlərinin həyata keçirilməsində böyük rol oynayacaqdır.

Bakı, 5 mart 2008-ci il

AZ Ə RBAYCAN RESPUBL İ KASI PREZİDENTİNİN

F Ə RMANI

“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək

məqsədilə qərara alıram:

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdınlmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. öz səlahiyyətləri daxilində “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

Mərkəzi icra hakimiyyəti orqanlarına tapşırılsın ki, öz səlahiyyətləri daxilində “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.8-ci maddəsində nəzərdə tutulmuş normativ hüquqi aktları hazırlayıb təsdiq etsinlər.

Müəyyən edilsin ki, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.0.2-ci maddəsində nəzərdə tutulmuş “müvafiq dövlət orqanı” nm səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya: həyata keçirir.

Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, “ 16 ” avqust 2007-ci il
№ 614

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin 2007 – ci il 8 oktyabr tarixli S-1073 § a nömrəli Əmri ilə TƏSDİQ EDİLMİŞDİR

AZ Ə RBAYCAN RESPUBL İ KASININ G Ə NCL Ə R V Ə İ DMAN NAZİRLİYİNİN

DÖVL Ə T QULLUQ Ç ULARININ ETIK DAVRANI Ş
QAYDALARI

Bu qaydalar “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.8-ci maddəsinə uyğun olaraq və “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 avqust tarixli, 614 nömrəli Fərmanının 2-ci bəndinə əsasən hazırlanmış və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində (bundan sonra – Nazirlik) qulluq keçən dövlət qulluqçularının etik davranış qaydalarını və onlara əməl edilməsi ilə bağlı təminatları müəyyən edir.

Dövlət qulluqçuları qanunun aliliyi, insan hüquqları, demokratik prinsiplər və yüksək etik davranış qaydalarını rəhbər tutaraq “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara əməl etməyə borcludurlar.

Bu qaydaların tətbiq edilməsinin əsas məqsədi Nazirliyin nüfuzunun artırılması, Nazirlik və dövlət qulluqçularına ictimai etimadın yüksəldilməsi, onların fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması, Nazirlikdə korrupsiyanın və dövlət qulluqçularının fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması, həmçinin Nazirlikdə qulluq keçən dövlət qulluqçuları (bundan sonra – dövlət qulluqçusu) tərəfindən ictimai maraqlara cavab verən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə vətəndaşların təsir imkanlarının genişləndirilməsi olmuşdur.

II. Etik davranış qaydaları

1.1. Dövlət qulluqçusu öz fəaliyyətini Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində qurmaqla şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə əmək və icra intizamına ciddi riayət edərək üzərinə düşən vəzifə və funksiyaları vicdanla, qərəzsiz və keyfiyyətlə yerinə yetirməyə, iş vaxtından səmərəli istifadə etməyə borcludur.

1.2. Dövlət qulluqçusu özünə qarşı tələbkar olmalı, öz fəaliyyətini səlahiyyətləri çərçivəsində peşəkarlıqla yerinə yetirməli, Nazirliyə daxil olan müraciətlərə və sorğulara qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxmalı, bu məsələləri qanuna müvafiq olaraq araşdırmalı və problemlərin öz səlahiyyətləri çərçivəsində həlli üçün dərhal müvafiq tədbirlər görməlidir.

1.3. Dövlət qulluqçusu öz vəzifə borcunu vicdanla, aşkarlıq və şəffaflıq şəraitində yerinə yetirməlidir.

1.4. Dövlət qulluqçusu bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır.

2.1. Dövlət qulluqçusu öz peşəkarlıq fəaliyyəti ilə Nazirliyə və dövlət orqanlarına hüquqi və fiziki şəxslərin inamını artırmalı və möhkəmləndirməlidir.

2.2. Gənclər və idman siyasəti sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, yeni normativ hüquqi sənədlərin hazırlanması zamanı peşəkarlıq mövqeyindən hərəkət etməli, hüquqi mübahisə doğuran məsələlərin həllində prinsipiallıq nümayiş etdirməlidir.

2.3. Dövlət qulluqçusu öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində qurmalı və öz funksiyalarını peşəkarlıqla yerinə yetirməlidir.

2.4. Dövlət qulluqçusu ona aid olan işlərin yerinə yetirilməsini başqasına həvalə etməməli, gördüyü işə görə özü şəxsən məsuliyyət daşımalıdır.

2.5. Kütləvi informasiya vasitələri ilə çıxış edərkən dövlətin həyata keçirdiyi siyasəti təbliğ etməyi bacarmalı, Nazirliyin nüfuzunu aşağı salan ifadələrə yol verməməlidir.

2.6. Azərbaycan Respublikası daxilində və beynəlxalq səviyyəli idman yarışları, konfrans, seminar və digər tədbirlərdə iştirak edərkən tədbirin reqlamentinə əməl etməli, tədbirlər zamanı “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı (loyallıq) və 9-cu (mədəni davranış) bəndlərinin tələblərinə ciddi riayət etməlidir.

2.7. Dövlət qulluqçusu xarici ölkələrin dövlət, qeyri hökumət qurumlarının və bçynəlxalq təşkilatların nümayəndələrinin Azərbaycan Respublikasına rəsmi və işgüzar səfərləri çərçivəsində həyata keçirilən tədbirlər zamanı da ”Dövlət qulluqçusunun etik davranış qaydaları haqqında“ Azərbaycan Respublikasının Qanunundan və bu Qaydalardan irəli gələn etik davranış qaydalarına ciddi riayət etməlidirlər.

2.8. Dövlət qulluqçuları mütəmadi olaraq öz fəaliyyətləri çərçivəsində biliklərini mükəmməlləşdirməli, iş bacarığının, ixtisasının təkmilləşməsi və yeni biliklərin əldə edilməsi üçün çalışmalıdır.

3.1. Dövlət qulluqçusu onun xidməti vəzifəsinə aid olmadığı hallarda, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Bu qayda dövlət qulluqçusunun elmi fəaliyyəti ilə bağlı çıxışlarına və ya elmi yazılarına şamil olunmur.

3.2. Dövlət qulluqçusu dövlət qulluğu ilə bağlı vəzifələrin icrası ilə bir araya sığmayan, onun adına xələl gətirə biləcək, habelə nazirliyin nüfuzunu aşağı sala biləcək digər hərəkətlərə yol verməməlidir.

3.3. Peşəkar fəaliyyəti zamanı dövlət qulluqçusu dövlət qulluğu ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bütün məhdudiyyətlərə əməl etməlidir.

4.1. Dövlət qulluğu ictimai inamdır. Dövlət qulluqçusu dövlət və vətəndaş qarşısında məsuliyyət daşıyır.

4.2. Dövlət qulluqçusu dövlət qulluğu ilə bağlı nazirliyin və digər dövlət qulluqçularının səmərəli fəaliyyətinə mane olan amillərin qarşısını almağı, öz adı və şərəfini uca tutmağı bacarmalıdır.

4.3. Dövlət qulluqçuları etik davranış qaydalarının onun tərəfindən pozulması nəticələrini aradan qaldırmağa, o cümlədən ictimai etimadın bərpası üçün tədbirlər görməyə borcludur.

4.4. Dövlət qulluqçusu aidiyyəti sahə üzrə fəaliyyəti barədə kütləvi informasiya vasitələri nümayəndələrinin qanunla müəyyən edilmiş hallarda və qaydada doğru məlumatlar almasına köməklik göstərməlidir.

4.5. Hər bir vətəndaşın hakimiyyətə inamının təmin olunması üçün dövlət qulluqçusu öz fəaliyyətində bu Qaydalarda nəzərdə tutulmuş müddəaları əsas tutmalıdır.

5.1. Dövlət qulluqçularının fəaliyyəti insanların hüquq, azadlıq və qanuni maraqlarının təmin olunmasına, qorunmasına və müdafiəsinə xidmət etməlidir.

5.2. Dövlət qulluqçusu insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək qərar və hərəkətlərə yol verməməlidir.

5.3. Qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət qulluqçusu vəzifəsini icra edərkən, həmçinin ona həvalə edilmiş digər səlahiyyətləri həyata keçirərkən fiziki və hüquqi şəxslərin, eyni zamanda, digər dövlət qulluqçularının şəxsi həyatı, şərəf və ləyaqəti barədə ona məlum olan informasiyaların məxfiliyinin qorunmasını təmin etməlidir.

5.4. Dövlət qulluqçusu Nazirliyə daxil olmuş müraciətlərin baxılmasında süründürməçiliyə yol verməməlidir.

5.5. Dövlət qulluqçusu bütün fiziki və hüquqi şəxslərin işgüzar nüfuzuna hörmətlə yanaşmalı, o cümlədən birbaşa və yuxarı rəhbərliyə, həmçinin tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli, səbrli olmalı, digər dövlət qulluqçularına əsassız ittihamlar irəli sürməməli, kobudluq, sərtlik hallarına yol verməməlidir.

6.1. Dövlət qulluqçusu fiziki və hüquqi şəxslərin nüfuzunu ləkələyə biləcək hərəkətlərə yol verməməli, xidməti zamanı işgüzar üslubda geyinməyə üstünlük verməli, xarici görünüşünə, səliqə-səhmanma daim diqqət yetirməli, ünsiyyətdə nəzakətli olmalı, xoş təəssürat yaratmalı, vətəndaşlarla münasibətdə bərabərlik prinsipinə əsaslanmalı və öz vəzifə borcunu yerinə yetirərkən şəxsiyyətini və müvafiq vəzifə borcunu təsdiq edən sənədləri daim özü ilə gəzdirməlidir.

6.2. Dövlət qulluqçusu vəzifə borclarını yerinə yetirərkən hər bir müraciət edən vətəndaşı nəzakətlə qəbul etməli, onu səbr və təmkinlə dinləməli, qanunvericiliyə istinad edərək müraciətinə müvafiq izahatların verilməsini bacarmalıdır.

7.1. Dövlət qulluqçusu birbaşa və ya yuxarı rəhbərinin qanuna uyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi əmr və sərəncamları qeyri-şərtsiz yerinə yetirməli, xidməti tabeçilik normalarını gözləməlidir.

7.2. Birbaşa və ya yuxarı rəhbərin tabeliyində olan dövlət qulluqçusu tutduğu vəzifəyə uyğun olaraq üzərinə düşən məqsəd və funksiyaların həcmini dəqiq və dürüst müəyyən etməli, habelə ona qanunsuz, etik davranış qaydalarına zidd olan, icrası mümkün olmayan tapşırıqlar verilməməlidir.

7.3. Dövlət qulluqçusu icrası mümkün olmayan vəzifələri öz öhdəsinə götürməməlidir.

7.4. Qanuni göstərişlərin yerinə yetirilməməsi ciddi intizam məsuliyyətinə səbəb, olur.

7.5. Dövlət qulluqçusu birbaşa və ya yuxarı rəhbəri tərəfindən ona verilən əmrin, sərəncamın və ya tapşırığın qanuna zidd olmasına əmindirsə, bu barədə yazılı əsaslandırmanı birbaşa və ya yuxarı rəhbərinə təqdim etməli, və ondan yazılı şəkildə tapşırığın təsdiq olunmasını tələb etməlidir.

7.6. Dövlət qulluqçusu əmr, sərəncam yə tapşırıqları yerinə yetirərkən heç bir maliyyə maraqları güdməməlidir.

8.1. Dövlət qulluqçusu xidməti vəzifəsini yerinə yetirərkən və ya qərar qəbul edərkən qərəzsiz olmalı və bu zaman irqinə, milliyyətinə, dilinə, cinsinə, sosial mənşəyinə, əmlak və qulluq vəziyyətinə, dinə münasibətinə, əqidəsinə, ictimai və ya hər hansı digər birliyə mənsubiyyətinə görə hər hansı şəxsin və ya şəxslər qrupunun üstünlüyünə və ya belə üstünlüyün əldə edilməsi üçün şəraitin yaradılmasına yol verməməli, ədalət prinsipi və mənəvi dəyərləri əsas tutmalıdır.

8.2. Dövlət qulluqçusu xidməti vəzifələrin yerinə yetirilməsi zamanı siyasi bitərəfliyə əməl etməyə borcludur.

8.3. Dövlət qulluqçusu özünün və ya maraqlı şəxslərin mənafelərinin

onun xidməti vəzifələrinin yerinə yetirilməsinə təsirinə, yol verməməli və bu cür təsir üçün şərait yaratmamalıdır.

9.1. Dövlət qulluqçusunun qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər etməsi və ya bu barədə qərarlar qəbul etməsi qəti qadağandır.

9.2. Dövlət qulluqçusu onun hərəkətlərinin və ya qərarlarının maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə gətirib çıxarmasını istisna edən tədbirlər görməlidir.

9.3. Dövlət qulluqçusu vətəndaşlara göstərilən xidmətə görə haqq tələb edə bilməz.

10.1. Dövlət qulluqçusuna qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunursa ondan imtina etməlidir və bu barədə yuxarı rəhbərinə məlumat verməlidir.

10.2. Maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər dövlət qulluqçusuna ondan asılı olmayan səbəblərdən verilirsə, o, bu barədə birbaşa nazirə məlumat verməli və maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər Nazirliyə akt üzrə təhvil verilməlidir.

10.3. Dövlət qulluqçusu “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) rəhbərlik tərəfindən xidməti araşdırma aparılmalı və zərurət olduğu halda intizam məsuliyyətinə cəlb olu nm alıdır.

10.4. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş “Maliyyə xarakterli tələblər” haqqında məlumatlar qanunvericiliklə müəyyən edilmiş qaydada tələb edilə bilər.

11.1. Dövlət qulluqçusu vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz.

11.2. Bu qayda qonaqpərvərliklə bağlı və ya dəyəri “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda nəzərdə tutulmuş məbləğdən (55 manatdan) yuxarı olmayan hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir.

11.3. Bu qaydaların pozulması “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

12.1. Dövlət qulluqçusu ictimai maraqları şəxsi maraqlardan üstün tutmaqla xidməti informasiyanı qanunvericiliklə müəyyən olunmuş qaydada istifadə etməli, xidməti fəaliyyət zamanı əldə etdikləri məlumatları şəxsi maraqlar üçün istifadə etməməlidirlər.

12.2. Dövlət qulluqçusu maraqların toqquşmasının qarşısının alınması üçün qanunvericiliklə nəzərdə tutulmuş digər tədbirlər görməlidir.

12.3. Dövlət qulluqçusu vəzifəyə təyin edilərkən və bundan sonrakı müddətdə dövlət qulluğu, etik davranış qaydaları, korrupsiyaya qarşı mübarizə və maraqların toqquşmasının qarşısının alınmasına dair və digər normativ hüquqi aktlarla tanış olmalıdır. Eyni zamanda, onun xidməti vəzifələri və şəxsi maraqları arasında ziddiyyət yarana biləcəyi təqdirdə nazirliyin rəhbərliyinə məlumat verməyə borcludur. Bu aktlarla bağlı hər hansı bir sual çıxdıqda birbaşa və ya yuxarı rəhbərinə müraciət etməlidir.

12.4. Dövlət qulluqçusu Nazirliyin fəaliyyətinə mənfi təsir göstərən və ya mənfi təsir göstərə biləcək maraqların toqquşmasına yol verməməlidir.

13.1. Dövlət qulluqçusu istifadəsində olan dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompyuter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından qənaətlə və səmərəli istifadə etməlidir.

13.2. Dövlət qulluqçusu istifadəsində olan dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompyuter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından şəxsi maraqları naminə, habelə həmin dövlət qulluqçusu tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməməlidir.

14.1. Dövlət qulluqçusu xidməti vəzifəsini, xüsusilə maliyyə əməliyyatları həyata keçirərkən ona məlum olan heç bir xidməti məlumat və informasiyalardan istifadə etməməlidir.

14.2. Dövlət qulluqçusu ona məlum olan məlumatlardan qərəzli məqsədlər və şəxsi maraqlar üçün istifadə etməməli və məlumatın məxfiliyi üçün məsuliyyət daşımalıdır.

14.3. Dövlət qulluqçusu xarici ölkələrə ezamiyyələr zamanı vətəndaşlara verilən bütün informasiyalara görə məsuliyyət daşıyır.

15.1. Qanunvericilikdə başqa qayda nəzərdə tutulmamışdırsa, dövlət qulluqçusu ictimai və siyasi birliyə üzv olmaq hüququna malikdir.

15.2. Dövlət qulluqçusunun ictimai və siyasi fəaliyyəti, yaxud ictimai və siyasi birliyə mənsubiyyəti onun xidməti vəzifələrini qərəzsiz və obyektiv yerinə yetirdiyinə ictimai şübhə doğurmamalıdır.

15.3. Dövlət qulluqçusu qulluq mövqeyindən istifadə edərək digər dövlət qulluqçularını ictimai və ya siyasi birliklərin və dini təşkilatların fəaliyyətində iştiraka təhrik etməməlidir.

15.4. Dövlət qulluqçularının seçkilər zamanı öz mövqeyindən və səlahiyyətlərindən özünün və ya digər namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının xeyrinə istifadə etməsi qəti qadağandır.

16.1. Nazirlikdə qulluq keçən dövlət qulluqçusunun davranışının etik davranış qaydalarına uyğunluğu onun özü, birbaşa və ya yuxarı rəhbəri tərəfindən müntəzəm olaraq təhlil edilir.

16.2. Dövlət qulluqçusunun birbaşa və ya yuxan rəhbəri bu Qaydalarda nəzərdə tutulmuş tədbirlər görür.

16.3. Etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır.

16.4. Dövlət qulluqçusunun davranışının etik davranış qaydalarına uyğunluğu onun özü, birbaşa və ya yuxarı rəhbəri tərəfindən müntəzəm təhlil edir və müəyyən tədbirlər görülür.

16.5. Nəzarətə və ya intizam icraatına məsul şəxs (Nazir və ya onun səlahiyyətlərini həyata keçirən şəxs) aşağıdakı səlahiyyətləri həyata keçirir;

16.5.1. etik davranış qaydalarının pozulmasının qarşısının alınması və profilaktikası üzrə tədbirlər görür ;

16.5.2. etik davranış qaydalarını pozan dövlət qulluqçularının intizam məsuliyyətinə cəlb olunması üçün tədbirlər görür ;

16.5.3. etik davranış qaydalarının pozulmasının nəticələrinin aradan qaldırılması, habelə dövlət orqanına ictimai etimadın artırılması üçün tədbirlər görür;

16.5.4. daxil olmuş materiallarda hüquqpozmaların əlamətləri olduqda həmin materialların yoxlanılması üçün müvafiq göstərişlər verir ;

16.5.5. qanunvericiliklə müəyyən olunmuş digər səlahiyyətləri həyata keçirir.

17. Etik davranış qaydalarının pozulmasına görə məsuliyyət

17.1. Etik davranış qaydalarının pozulması hesab edilən hallar:

17.1.1. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarının dövlət qulluqçusu tərəfindən pozulması barədə hüquqi və ya fiziki şəxslər tərəfindən şikayət və ya digər məlumatın verilməsi;

17.1.2. Kütləvi informasiya vasitələrində dövlət qulluqçusu tərəfindən bu Qaydaların müddəalarının pozulması və maraqların toqquşmasına yol verilməsi barədə məlumatın dərc edilməsi;

17.1.3. Dövlət qulluqçusu tətil və ya Nazirliyin işini pozan digər hərəkətlərə yol verdikdə.

17.2. İntizam icraatı zamanı dövlət qulluqçusu tərəfindən yol verilən pozuntularda cinayət tərkibinin əlamətləri aşkar edildikdə Nazir və ya onun müvafiq səlahiyyətlər verdiyi şəxs bu barədə aidiyyəti orqanlara müraciət edir.

17.3. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanununun və bu Qaydaların müddəalarını pozmuş dövlət qulluqçusu barədə Nazir və ya onun müvafiq səlahiyyətlər verdiyi şəxs tərəfindən aşağıdakı intizam tənbeh tədbirləri tətbiq edilə bilər:

17.3.1. töhmət;

17.3.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması;

17.3.3. həmin dərəcədən olan, lakin vəzifə maaşı aşağı olan işə keçirilməsi;

17.3.4. daha aşağı dərəcəli işə keçirilməsi;

17.3.5. ixtisas dərəcəsinin aşağı salınması ;

17.3.6. ixtisas dərəcəsindən məhrum edilməsi;

17.3.7. dövlət qulluğundan azad olunması.

17.4. Tətbiq olumuş intizam tənbeh tədbirinin ləğv edilməsi üçün 7 gün ərzində şikayət vermək olar. Bu zaman intizam tənbeh tədbiri 10 gün ərzində Nazirlik tərəfindən ya ləğv olunmalı, ya da qüvvədə saxlanılmalıdır. Çıxarılmış intizam tənbeh tədbirindən şikayət verilməsi qaydası “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir.

17.5. Yuxarıda qeyd olunan Qanunun və bu Qaydaların müddəalarının dövlət qulluqçusu tərəfindən pozulması barədə Nazirliyə daxil olan şikayət, məlumat və müraciətlər anonim xarakterli olduqda, bu müraciət və məlumatlara baxılmır.

AZ Ə RBAYCAN RESPUBL İ KASI
G Ə NCL Ə R V Ə İ DMAN NAZ İ RL İ Y İ

Ə MR

№ S – 928 § a “24” avqust 2007ci il Bakı şəhəri

Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 2007ci il 16 avqust tarixli, 614 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 2007-ci il 16 avqust tarixli, 614 nömrəli Fərmanının 2-ci bəndinin icrasının təmin edilməsi məqsədi ilə

1. Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 2007-ci il 16 avqust tarixli, 614 nömrəli Fərmanının 2-ci bəndi rəhbərlik və icra üçün qəbul edilsin.

2. Regionlarla iş və kadrlar şöbəsinə (A.Quliyev) və baş hüquqşünasa (R.Əliyev) tapşırılsın ki, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun 21.2.8-ci maddəsinə müvafiq olaraq normativ hüquqi aktları işləyib hazırlasın və təsdiq edilmək üçün Nazirə təqdim etsin.

3. Ümumi şöbəyə (N.Nəbiyev) tapşırılsın ki, həmin normativ hüquqi sənədlərin Nazirliyin strukturuna daxil olan qurumlara çatdırılmasını təmin etsin.

4. Əmrin icrasına nəzarət Aparatın rəhbəri F.Hacıyevə həvalə edilsin.


AZ Ə RBAYCAN RESPUBLİKASI

G Ə NCL Ə R V Ə İDMAN NAZİRLİYİ

ƏMR

№ S – 1073 § a “08” oktyabr 2007ci il Bakı şəhəri

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dövlət qulluqçularının etik davranış Qaydalarının təsdiq edilməsi barədə

“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 avqust tarixli 614 nömrəli Fərmanının 2-ci bəndinin icrasının təmin etmək məqsədi ilə

“Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dövlət qulluqçularının etik davranış Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dövlət qulluqçularının etik davranış Qaydaları” Nazirliyin mərkəzi aparatında, strukturuna daxil olan qurumlarda çalışan dövlət qulluqçularına şamil edilsin.

3. Nazirlikdə qulluq keçən dövlət qulluqçularının etik davranış Qaydalarına əməl olunmasına nəzarət Nazirliyin Aparat rəhbərinə (F.Hacıyev), strukturuna daxil olan qurumlarda bu sahəyə nəzarət Regionlarla iş və kadrlar şöbəsinə (A.Quliyev) tapşırılsın.

4. Əmrin icrasına nəzarət Nazirliyin Aparatının rəhbəri F.Hacıyevə həvalə edilsin.

Etik qaydalar: funksiyalar və prinsiplər

A etik qaydalarBir təşkilat və ya qrup üzvlərinin funksiyalarının inkişafında hərəkət etməsi lazım olan prinsiplərin və dəyərlərin bir bəyannaməsidir. Təşkilati mədəniyyətin yaxşı niyyətli bir sərgisidir və mənəvi davranış üçün daxili normanı müəyyənləşdirir.

Cəmiyyətlərin və qrupların düzgün işləməsi, birgəyaşayışa üstünlük verən ümumi davranış qaydalarının qurulmasından asılıdır. Bu qaydalar, insanların başqalarının iştirakını zədələmədən bir cəmiyyətin xeyirinə görə fəaliyyət göstərmə tərzinə uyğundur. Yəni etik davranın.

Marxı parafraz edərkən etik, ictimai vicdanın bir növüdür. Əxlaqı öyrənən fəlsəfi təlimdir, cəmiyyətdə ahəngdar yaşamağın əsası kimi yaxşı ilə pisi quran sistemdir.

Konkret olaraq, yazılı və qanunun təfsiri altında qurulan əxlaq və yaxşı davranış prinsiplərinə əsaslanan, etik kod adlanan şeyi yaradan sosial bir rəhbərdir.

Etik qaydaların funksiyaları

Etik qaydalar, xarici təsirlərə əsaslanan daxili hərəkətlər əxlaqını tənzimləyən təşkilatlar içərisində bir davranış rəhbəridir. Bu tənzimləmə bazası, prinsipləri və dəyərləri dərnəyin siyasət və hədəflərinə əsaslanan davranış və fəaliyyət modeli olaraq ön plana çəkir.

Funksiyası daxili və xarici kollektiv öhdəlikləri ifadə etmək, tətbiq olunmasını təmin etmək və uyğunsuzluq halında müvafiq tədbirləri tənzimləməkdir.

Bir təşkilatın etik dəyərlərini pozmağın qanuni cəzalar nəzərdə tutulmadığı, əxlaqsız hərəkətin cinayət tərkibi olmadığı təqdirdə inzibati cəzaların nəzərdə tutulduğu aydınlaşdırılmalıdır. Hər halda, cəza tətbiq edən etik qaydalar deyil, müvafiq hüquqi müraciətdir.

Daxili qaydalarda etik kodeks, təşkilatın əxlaqi prinsiplərini institusionalizasiya etmək, dürüstlük və bağlılıq mühitini təşviq etmək və qrupa əsaslanan qərar verməyə rəhbərlik etmək funksiyasını yerinə yetirir.

Xarici olaraq, dərnəyin sosial fəlsəfəsini yaymaq, ətraf mühitlə əlaqəli bir təşkilati mədəniyyətin inkişafına imkan verir. Özünü tənzimləmə mexanizmi kimi etik kodeks əməliyyat şəffaflığını təşviq edir və cəmiyyətdə etimad səviyyəsini yüksəldən dost bir sosial imic yaradır.

Etik qaydaların prinsipləri

Hər bir etik davranış qaydası, eyni sosial mühitin bir hissəsi kimi təşkilati birliyin üzvlərinin vicdanını tənzimləyən bir sıra əxlaqi dəyərlər tərəfindən idarə olunur. Söhbət qurumun fəlsəfi düşüncəsini bütün üzvlərindən idarə edən bir sıra prinsiplərdən gedir.

Dürüstlük

Düzgünlük və şərəflə davam etməkdir. Onun təməli hər vəziyyətdə ləyaqətdir. Bərabərliyi və ədaləti təşviq edən bir vasitə olaraq həqiqətə etibar edir.

Qanuni

Qanuna hörmət əvəzolunmaz və toxunulmazdır. Müvafiq qanuni tənzimləmələri bilmək və onlara tam hörmət etmək, həm fərdi, həm də peşəkar səviyyədə etikanın əsas şərtidir.

Məsuliyyət

Digər etik prinsiplərdə çox geniş və məcburi bir şəkildə olma vəzifəsi ilə əlaqədardır. Bir tərəfdən, insan öz rolunu vaxtında və səmərəli şəkildə yerinə yetirməlidir, həm də uyğunsuzluq yükünü və bununla nəticələnə biləcək nəticələri qəbul etməlidir.

Şəffaflıq

Bütün etik davranışlar şübhə yeri qoymur. Hər hansı bir hərəkətin niyyətləri, bunun üçün istifadə olunan vasitələr və əldə edilmiş nəticələr şübhəsiz bir şübhəyə səbəb ola biləcək aydın və aydın bir məqsəd daşımalıdır.

Hörmət

Cəmiyyətdə birgəyaşayış üçün bir bələdçi olduğundan, başqalarına hörmət, hər hansı bir hərəkətdə qrup və ətraf mühit üstünlük təşkil etməlidir. Özünüzü səmimiyyət, sədaqət və vicdanla idarə etmək, düşüncənin və tolerantlığın hökm sürdüyü bir mühitdə səmimi və dinc mübadiləyə üstünlük verir.

Peşə etikası

Etik qaydalar, peşəkar fəaliyyət vəzifələrini yerinə yetirmək üçün deontologiyaya güvənən bir vasitədir. Bu şəkildə həmkarlar ittifaqı təşkilatlarının və onların iş birliyinin əmək sahəsində həyata keçirilməsinə nəzarət etmək üçün tənzimləmə bazası olur.

Peşəkar fəlsəfi mədəniyyət üzvlərinin sosial mühitdə oynadığı rola və ətraf mühitə qayğıya əsaslanır. Bu, etik qaydalar altında karyeranı həyata keçirmək üçün mənəvi bir öhdəlik yaradır.

Peşəkar iş sahəsində, etik qaydalar həmişə ədalətli, vaxtında və səmərəli bir xidmət təklif etməyi hədəfləyən fərdi hərəkətlərin məsuliyyətlərini müəyyənləşdirir.

Həkimlər xəstələri rahatlaşdırmağa, jurnalisti həqiqəti söyləməyə, polisi günahsızları qorumağa, vəkili ədalətlə müdafiə etməyə, müəllimi şagirdinə nümunə olmağa, auditoru müşahidələrində şəffaf olmağa və bu kimi digər peşələrə necə and içirlər.

Ticarət etikası

Bu gün şirkətlərin fəaliyyəti sosial təsir göstərir. Getdikcə artan rəqabətə və məhsuldarlığı artırmağın zəruriliyinə əlavə edilən təsirlər onları ətraf mühitə əlverişli təsir göstərən daxili davranış qaydalarını yaratmağa məcbur edir.

Bu səbəbdən şirkətlər fəaliyyətlərini müəyyənləşdirən etik qaydalarla idarə olunur. Daxili olaraq, əməkdaşlıq, hörmət, dürüstlük və sədaqət prinsipləri altında işçilərinin prosedurlarını və davranış qaydalarını tənzimləyirlər.

Xarici olaraq, cəmiyyətə mənfi təsir azalır, münaqişə vəziyyətləri gözlənilir, qurumlararası əlaqələr yaxşılaşdırılır və cəmiyyətin xeyrinə məsuliyyətlə iş aparılır.

Etik qaydaların dizaynının açarları

Peşəkar və ya iş etik qaydaları əxlaqi davranış prinsiplərinə əsaslanan hərtərəfli bir əməliyyat sistemi təşkil edir.

Fərdi bir öhdəlik olduğu üçün bir qrupdan bəhs etsə də, bu sənəddə təşkilatın imicini təmsil edən şəxsi dəyərlər sadalanmalıdır.

Fərdi məsuliyyətə əsaslanan etik sosial mədəniyyət qurmağın yolu budur. Bundan əlavə, etik qaydalara uyğun gəlmədiyi təqdirdə şikayət mexanizmləri tətbiq edilməlidir.

Etik qaydaların məqsədi işçilər və ya həmkarlar ittifaqı üzvləri tərəfindən götürüləcək və uyğunluğu məcburi olan məsuliyyətlərin bəyannaməsini verməkdir.

İstinadlar

  1. Rosental M. Iudin P. (1946). Marksist fəlsəfi lüğət. Philosophy.org saytından bərpa edildi
  2. Hirsh A. (2004). Peşə etikası. Anlamaq üçün bəzi maddələr. Galega do Encino Magazine. Scielo.org.mx saytından bərpa edildi
  3. Hortal A. (1996). Prefessional etika, etik perspektivlər haqqında yeddi tezis. Poj.peeters-leuven.be saytından bərpa edildi
  4. Etik Resurs Mərkəzi. (2018) Qlobal İş Etik Araşdırması. Ethics.org saytından bərpa edildi
  5. López M. (2013). Peşə etikası və mürəkkəblik. Əsaslar və din. Təhsil profilləri. Populyar Puebla Muxtar Universiteti (UPAEP). Scielo.org.mx saytından bərpa edildi

Etik davranış qaydaları haqqında qanun

Azərbaycan Respublikası ədliyyə nazirinin
29 noyabr 2007-ci il tarixli 41-T nömrəli
əmri ilə təsdiq edilmişdir.

Ədliyyə orqanları işçilərinin etik davranış
Q A Y D A L A R I

1. Ümumi müddəalar

1.1. Ədliyyə orqanları işçilərinin etik davranış qaydaları (bundan sonra – Qaydalar) ədliyyə orqanlarında qulluq keçən işçilərin (bundan sonra – ədliyyə işçisi) qulluq etikası və xidmətdənkənar davranışının normalarını, prinsiplərini və onlara əməl edilməsi ilə bağlı münasibətləri müəyyən edir.
1.2. Bu Qaydalar ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan, habelə dövlət qulluğu vəzifələrində qulluq keçən işçilərə şamil edilir.
Notariat fəaliyyəti ilə məşğul olan dövlət və xüsusi notariusların etik davranışı «Notariusun etik davranış kodeksi» ilə tənzimlənir.
1.3. Bu Qaydalar Azərbaycan Respublikasının Konstitusiyasına, BMT-nin «Hüquq mühafizə orqanlarının davranış məcəlləsi»nə, «Ədliyyə orqanlarında qulluq keçmə haqqında» və «Dövlət qulluqçularının etik davranış qaydaları haqqında» Azərbaycan Respublikasının Qanunlarına, həmçinin, korrupsiyaya qarşı mübarizə haqqında qanunvericiliyə, o cümlədən «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı»na müvafiq olaraq hazırlanmışdır.
1.4. Ədliyyə işçisi öz fəaliyyətində insan və vətəndaş hüquqları və azadlıqlarına hörmət, qanunçuluq, humanizm və digər demokratik prinsipləri, yüksək etik davranış normalarını rəhbər tutaraq bu Qaydalara əməl etməyə borcludur.

2. Ədliyyə işçilərinin etik davranış prinsipləri

2.1. İnsanların hüquq, azadlıq, qanuni maraqlarına, şərəf və ləyaqətinə, işgüzar nüfuzuna hörmət prinsipi – ədliyyə işçisi unutmamalıdır ki, onun fəaliyyətinin əsas məqsədi insanların hüquq, azadlıq və qanuni maraqlarının təmin olunmasına (qorunmasına və müdafiəsinə) xidmət etməkdir.
Ədliyyə işçisi insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf və ləyaqətini, həmçinin işgüzar nüfuzunu ləkələyə biləcək qərarlar qəbul etməməli və hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.
Qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, ədliyyə işçisi xidməti vəzifələrinin icrası ilə bağlı fiziki şəxslərin, habelə digər ədliyyə işçilərinin şəxsi həyatı barədə ona məlum olmuş məlumatların konfidensiallığını təmin etməlidir.
Ədliyyə işçisi, həmçinin hüquqi şəxslərin işgüzar nüfuzuna hörmətlə yanaşmalı və onların işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.
2.2. Qanunçuluq prinsipi – ədliyyə işçisi vəzifələrinin icrası zamanı Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin, Azərbaycan Respublikasının qanunlarının və digər normativ hüquqi və normativ xarakterli aktlarının tələblərinə ciddi əməl etməlidir.
2.3. Vicdanlı davranış prinsipi – ədliyyə işçisi insan, cəmiyyət və dövlətin maraqları naminə öz xidməti vəzifələrini səmərəli yerinə yetirməyə borcludur. Ədliyyə işçisi bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır.
2.4. Loyallıq prinsipi – ədliyyə işçisi onun xidməti vəzifəsinə aid olmadığı hallarda, ədliyyə və digər dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Bu qayda ədliyyə işçisinin elmi-pedaqoji fəaliyyəti ilə bağlı çıxışlarına və ya elmi yazılarına şamil olunmur.
Ədliyyə işçisi hər bir şəraitdə şərəf və ləyaqətini qorumalı, andına sadiq olmalı, qulluq keçmə ilə bağlı vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə ədliyyə orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli, hər hansı etik normaların pozuntusu təsiri bağışlayan hərəkətlərdən çəkinməlidir.
Ədliyyə işçisi açıq çıxışlarla bağlı müəyyən olunmuş qaydalara əməl etməlidir.
2.5. Mədəni davranış prinsipi – ədliyyə işçisi ünsiyyətdə olduğu bütün şəxslərlə, o cümlədən birbaşa və yuxarı rəhbəri, həmkarları və ya tabeliyində olan şəxslərlə davranışında nəzakətli, xeyirxah, diqqətli və təmkinli olmalıdır.
Ədliyyə işçisi peşə fəaliyyəti ilə əlaqədar iradları, tənqidi fikirləri qəbul etməli, qiymətləndirməli və onlardan düzgün nəticə çıxarmalıdır.
Ədliyyə işçisi səmimi, çalışqan, intizamlı, təşəbbüskar olmalı, xarici görkəminə xüsusi fikir verməli, hər zaman səliqəli olmalıdır.
2.6. Qərəzsizlik prinsipi – ədliyyə işçisi xidməti vəzifəsini yerinə yetirərkən, o cümlədən qərar qəbul edərkən qərəzsiz olmalı və bu zaman irqinə, milliyyətinə, dininə, dilinə, cinsinə, sosial mənşəyinə, əmlak və qulluq vəziyyətinə, əqidəsinə, ictimai və ya digər birliyə mənsubiyyətinə görə hər hansı şəxsin və ya şəxslər qrupunun üstünlüyünə yaxud belə üstünlüyün əldə edilməsi üçün şəraitin yaradılmasına yol verməməlidir.
Ədliyyə işçisi xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı siyasi bitərəfliyə əməl etməyə borcludur.
Ədliyyə işçisi özünün və ya maraqlı şəxslərin mənafelərinin onun xidməti vəzifələrinin yerinə yetirilməsinə təsirinə yol verməməli və bu cür təsir üçün şərait yaratmamalıdır.
Ədliyyə işçisi öz qulluq vəzifələrindən kənar, o cümlədən başqa əməkdaşların səlahiyyətlərinə aid məsələlərə müdaxilə etməməli, onların icraatında olan sənəd və materialların həllinə təsir etməyə cəhd etməməli, maraq göstərməməlidir.
2.7. İctimai etimad prinsipi – ədliyyə işçisi Azərbaycan Respublikasının, ədliyyə orqanlarının və bu orqanlarda qulluğun nüfuzunu möhkəmləndirməyə, ədliyyə işçisi adını, şərəf və ləyaqətini uca tutmağa borcludur.
Ədliyyə işçisi etik davranış qaydalarının onun tərəfindən pozulması nəticələrini aradan qaldırmalı, ictimai etimadın bərpası üçün tədbirlər görməlidir.
Ədliyyə işçisi ədliyyə orqanlarının və onların vəzifəli şəxslərinin fəaliyyəti barədə ictimaiyyəti məlumatlandıran kütləvi informasiya vasitələri nümayəndələrinin qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada doğru (dürüst) məlumatlar almasına köməklik göstərməlidir.
2.8. Peşəkarlıq və fərdi məsuliyyətin artırılması prinsipi – ədliyyə işçisi öz qulluq borcunun məsuliyyətini dərindən dərk etməli, ixtisasını artırmalı, rəhbər işçilər həmçinin, qulluq vəzifələrini yerinə yetirərək işçilərin nəzəri biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması üçün tədbirlər görməlidir.
Ədliyyə işçisi etik davranışı və öz peşəkar fəaliyyəti ilə ədliyyə orqanlarına hüquqi və fiziki şəxslərin inamını artırmalı və möhkəmləndirməlidir.

3. Ədliyyə işçilərinin korrupsiyaya qarşı davranışı

3.1. Ədliyyə işçisi tərəfindən qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etmək və ya qərarlar qəbul etmək qadağandır.
Ədliyyə işçisi onun hərəkətlərinin (hərəkətsizliyinin) və ya qərarlarının maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə gətirib çıxarmasını istisna edən tədbirlər görməlidir.
Qanunvericiliklə müəyyən olunmuş ödəniş məbləğləri istisna olmaqla, şəxslərə xidmət (xidmətlər) göstərən ədliyyə işçisi buna görə hər hansı haqq tələb edə bilməz.
3.2. Ədliyyə işçisi qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda onlardan imtina etməlidir. Maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər ədliyyə işçisinə ondan asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə birbaşa rəhbərinə məlumat verməli, maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər onun qulluq keçdiyi ədliyyə orqanına akt üzrə təhvil verilməlidir.
Tərəflərdən biri ədliyyə orqanı olan əqdlərdə bu orqanlarda qulluq keçən ədliyyə işçisi digər tərəf ola bilməz.
3.3. Ədliyyə işçisi xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan və ya onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz. Bu qayda qonaqpərvərliklə bağlı və dəyəri «Korrupsiyaya qarşı mübarizə haqqında» Qanunda nəzərdə tutulmuş məbləğdən yuxarı olmayan hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir.
Ədliyyə işçisi hədiyyənin qəbul edilməsi və ya qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə birbaşa rəhbərinin rəyini öyrənməlidir.
3.4. Ədliyyə işçisi qulluq etdiyi dövrdə maraqların toqquşmasına yol verməməli və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir.
Ədliyyə işçisi xidməti vəzifələri ilə onun şəxsi maraqları arasında ziddiyyət yarana biləcəyi hallarda o, qanunvericiliyə müvafiq olaraq ədliyyə orqanlarına qulluğa qəbul olunduqda, habelə bundan sonrakı dövrdə həmin maraqların xarakteri barədə ədliyyə orqanının rəhbərinə məlumat verməyə borcludur.
Ədliyyə işçisinə başqa vəzifəyə keçmə ilə əlaqədar edilən təkliflər maraqların toqquşmasına səbəb ola bilərsə, o, bu barədə ədliyyə orqanının rəhbərinə əvvəlcədən məlumat verməlidir.
Bütün hallarda maraqların toqquşmasına səbəb ola bilən məsələlər, vəzifəyə namizəd barəsində müvafiq təyinat aparılanadək aradan qaldırılmalıdır.
Ədliyyə orqanlarında qulluq keçməsinə xitam verildikdən sonra ədliyyə işçisi qanunvericiliklə müəyyən edilmiş müddət ərzində əvvəllər fəaliyyətinə nəzarət etdiyi idarə, müəssisə, təşkilatlara və ya onların bölmələrinə işə qəbul edilə bilməz.
Ədliyyə işçisi maraqların toqquşmasının qarşısının alınması üçün qanunvericiliklə nəzərdə tutulmuş digər tədbirlər görməlidir.
Ədliyyə işçisi qulluğa qəbul edilərkən və bundan sonrakı müddətdə etik davranış qaydaları, korrupsiyaya qarşı mübarizə və maraqların toqquşmasının qarşısının alınması ilə əlaqədar normativ hüquqi və normativ xarakterli aktlarla tanış olmalıdır. Bu aktlara əməl edilməsi ilə bağlı hər hansı suallar yarandıqda bu barədə birbaşa və ya yuxarı rəhbərinə müraciət etməlidir.

4. Ədliyyə işçilərinin xidməti davranışı

4.1. Ədliyyə işçisinin xidməti davranışı qanunvericiliklə ona verilmiş hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar fəaliyyətidir. Ədliyyə işçisinin xidməti davranışı bu Qaydalarla müəyyən edilmiş etik davranış normalarına və prinsiplərinə əsaslanmalıdır.
Ədliyyə işçisinin xidməti davranışı bu Qaydalara və digər normativ hüquqi və normativ xarakterli aktlara uyğun olaraq tənzimlənir.
Ədliyyə işçisi icra və əmək intizamına əməl etməli, iş vaxtını kənar işlərə sərf etməməli, üzrsüz səbəbdən işdən yayınmamalıdır.
Ədliyyə işçisi xüsusi geyim formasında fərqlənmə nişanlarının dürüst yerləşdirilməsi, geyim formasının səliqəliliyi, tamlığı və dəstliyi məsələlərinə xüsusi diqqət yetirməklə onun daşınması qaydalarına ciddi əməl etməlidir.
4.2. Ədliyyə işçisi birbaşa və ya yuxarı rəhbərinin qanuna uyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi yazılı əmri, sərəncamı və ya verdiyi şifahi tapşırıqları yerinə yetirməyə borcludur.
Ədliyyə işçisi birbaşa və ya yuxarı rəhbər tərəfindən ona verilən əmrin, sərəncamın və ya tapşırığın qanuna və ya digər normativ hüquqi akta zidd olmasına əmindirsə, bu barədə yazılı əsaslandırmanı birbaşa və ya yuxarı rəhbərinə təqdim etməlidir. O, birbaşa rəhbərindən bu əmr, sərəncam və ya tapşırığın yazılı şəkildə təsdiq olunmasını tələb etməlidir. Birbaşa rəhbərindən yazılı şəkildə təsdiq edilmiş əmr, sərəncam və ya tapşırıq almasına baxmayaraq, ədliyyə işçisi onların qanuna, yaxud digər normativ hüquqi akta zidd olmasına inanmaqda davam edərsə, o, həmin əmr, sərəncam və ya tapşırığın yerinə yetirilməsindən imtina edə bilər.
Qanuni göstərişlərin yerinə yetirilməməsi intizam məsuliyyətinə səbəb olur.
4.3. Ədliyyə işçisi subordinasiya məsələlərinə diqqət yetirməli, şikayət halları istisna olmaqla, yuxarı rəhbərinə yalnız birbaşa rəhbəri vasitəsilə müraciət etməlidir.
4.4. Ədliyyə işçisi qulluq vəzifəsi ilə bağlı tədbirlərdə iştirakı barədə əvvəlcədən bilavasitə rəhbərini məlumatlandırmalıdır.
4.5. Ədliyyə işçisi istifadəsində olan dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi–texniki təchizat avadanlıqlarından qənaətlə və səmərəli istifadə etməlidir.
Ədliyyə işçisinə dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi–texniki təchizat avadanlıqlarından şəxsi maraqları naminə, habelə xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməsi qadağandır.
4.6. Ədliyyə işçisi istifadəsindəki xidməti silah və xüsusi vasitələrin, həmçinin xidməti vəsiqəsinin saxlanması və gəzdirilməsində məsuliyyətli olmalıdır.
4.7. Ədliyyə işçisi xidmət etdiyi ədliyyə orqanının sərəncamında olan məlumatların qanunvericiliklə müəyyən olunmuş qaydada əldə olunması və yayılması mümkünlüyünü təmin etməli, habelə xidməti informasiyanın təqdim edilməsi qaydalarına əməl etməlidir.
Ədliyyə işçisi xidməti fəaliyyəti zamanı əldə etdiyi məlumatları şəxsi maraqları üçün istifadə edə bilməz.
4.8. Ədliyyə işçisi dövlət sirrini və qanunla mühafizə edilən digər sirri həmişə, o cümlədən işdən çıxdıqdan sonra da saxlamalıdır.

5. Ədliyyə işçilərinin xidmətdənkənar davranışı

5.1. Ədliyyə işçisi şəxsi həyatında ümumqəbul olunmuş milli əxlaq, ictimai davranış normalarına əməl etməlidir.
5.2. Ədliyyə işçisi icra etmək imkanı olmayacağı təqdirdə öhdəliklər (kredit, borc, pul, kirayə və s.) götürməməlidir. Üzərinə götürdüyü öhdəlikləri müəyyənləşdirilmiş şərtlərə uyğun icra etməlidir.
5.3. Ədliyyə işçisi öz ailə üzvlərinin, habelə sosial və digər münasibətlərin onun xidməti fəaliyyətinə nüfuz etməsinə yol verməməlidir.
5.4. Ədliyyə işçisi vəzifəsindən və qulluq mövqeyindən şəxsi məqsədlər üçün istifadə etməməli, xidməti zərurət olmadıqda ədliyyə orqanları əməkdaşı olduğunu qabartmamalı, xidməti vəsiqəsini təqdim etməməlidir.
5.4-1. Ədliyyə işçisi başqa orqan və təşkilatlar tərəfindən keçirilən müsabiqə və ya müsahibələrdə, tədbirlərdə iştirak etməsi, habelə ictimai birliklərə (funksiyalarının icrası ilə bir araya sığmasının müəyyən edilməsi üçün) üzv olması barədə bilavasitə rəhbərini əvvəlcədən məlumatlandırmalıdır.
5.4-2. Ədliyyə işçisi məhkəmə və ya cinayət prosesinə iştirakçı kimi cəlb olunması barədə bilavasitə rəhbərini məlumatlandırmalıdır.
5.4-3. Ədliyyə işçisi iş yerində olmadığı hallarda iş yeri ilə əlaqə saxlanılmasından üzrsüz səbəbdən yayınmamalıdır.
5.5. Ədliyyə işçisi heç bir seçkili və ya digər təyinatlı vəzifələr tuta bilməz, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməz. Ədliyyə işçisi pedaqoji fəaliyyətlə qulluq keçdiyi ədliyyə orqanı rəhbərinin icazəsi ilə məşğul ola bilər, elmi və yaradıcılıq fəaliyyəti ilə məşğul olması barədə qulluq keçdiyi ədliyyə orqanının rəhbərini əvvəlcədən məlumatlandırmalıdır.

6. Bəzi ədliyyə orqanlarında davranışın xüsusiyyətləri

6.1. Müstəntiqlər, icra məmurları, həmçinin, Məhkəmə ekspertizası mərkəzinin, penitensiar və tibb xidmətlərinin əməkdaşları bu Qaydalarla müəyyən edilmiş bütün normalara, o cümlədən aşağıdakılara əməl etməlidir:
6.1.1. Müstəntiq:
vəzifələrini yerinə yetirərkən qanunu və vicdanını rəhbər tutmalıdır;
istintaq hərəkətlərini həyata keçirərkən orada iştirak edən şəxslərlə prosessual münasibətlərdən kənara çıxmamalıdır.
6.1.2. İcra məmuru:
icra işi ilə bağlı tərəflər və ya onların qohumları (yaxınları) ilə xidmətdənkənar münasibətlər qurmamalıdır;
aralarında münaqişə olan tərəflərin münasibətlərinin kəskinləşməsinə şərait yaratmamalı, zərurət olduqda, ayrı-ayrı icra hərəkətlərini həyata keçirərkən həmin şəxslərin bir-biri ilə təmasda olmamaları üçün tədbirlər görməlidir;
icra hərəkətlərini həyata keçirərkən iş üzrə tərəflərin, eləcə də cəmiyyətdən təcrid etmə ilə əlaqədar olmayan cəzalara məhkum edilmiş şəxslərin və onların ailə üzvlərinin şərəf və ləyaqətini alçalda biləcək hərəkətlərə yol verməməlidir.
6.1.3. Məhkəmə eksperti:
məhkəmə ekspertizasının aparılması ilə bağlı işin gedişatında maraqlı olduğunu güman etməyə əsas verən proses iştirakçıları ilə şəxsi əlaqələr yaratmamalıdır;
dövlət, qulluq, peşə və kommersiya sirri təşkil edən və qanunla qorunan məlumatları, habelə məhkəmə ekspertizasının aparılması ilə əlaqədar ona məlum olan və açıqlanması insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulmasına səbəb ola bilən məlumatları yaymamalıdır.
6.1.4. Penitensiar xidmətin əməkdaşı:
qohumunun məhkum olunması barədə məlumatı ona məlum olduğu vaxt qulluq etdiyi orqanın rəhbərliyinə təqdim etməlidir;
özünün əxlaqı və vəzifə borclarını yerinə yetirməsi ilə yüksək nümunə göstərməli və məhkumların rəğbətini qazanmalıdır;
penitensiar müəssisələrdə və istintaq təcridxanalarında saxlanılan bütün şəxslərlə münasibətdə nəzakətli olmalı, onlarla davranış zamanı hüquqlarına hörmət etməlidir;
məhkumların fikir, vicdan və dini etiqad azadlığına hörmətlə yanaşmalıdır;
məhkumlarla, onların qohumları və yaxınları ilə xidmətdənkənar münasibətlər yaratmamalıdır.
6.1.5. Tibb xidmətinin əməkdaşı:
penitensiar müəssisələrdə və istintaq təcridxanalarında saxlanılan şəxslərlə davranışda tibb işçiləri üçün ümumqəbul olunmuş deontologiya qaydalarına ciddi əməl etməklə yanaşı, azadlıqdan məhrum etmə yerlərinin spesifik xüsusiyyətlərini nəzərə almalıdır;
penitensiar müəssisələrdə və istintaq təcridxanalarında saxlanılan şəxslərlə davranışda onlara hər-hansı bir səbəbdən ayrı-seçkilik qoymadan öz peşə etikası çərçivəsində tibbi xidmət göstərilməsini təmin etməli, onların fiziki və psixi sağlamlığının qayğısına qalmalıdır;
həkim sirrinin saxlanılması və xidməti fəaliyyəti ilə əlaqədar malik olduğu məlumatların yayılmaması üzrə ümumi qaydalara əməl etməlidir.

7. Etik davranış qaydalarının həyata keçirilməsinin təmin olunması

7.1. Ədliyyə işçisi tərəfindən etik davranış qaydalarına əməl olunması üçün davranışının həmin qaydalara uyğunluğu onun özü, birbaşa və ya yuxarı rəhbəri tərəfindən müntəzəm təhlil edilir və bu Qaydalarla müəyyən edilmiş tədbirlər görülür.
7.2. Etik davranış qaydalarına əməl olunmasına nəzarət müvafiq ədliyyə orqanının rəhbəri tərəfindən həmin orqanın kadr xidməti vasitəsilə həyata keçirilir.
7.3. Etik davranış qaydalarına əməl edilməsi ilə bağlı aşağıdakılar həyata keçirilir:
ədliyyə işçilərinin xidməti davranışlarının bu Qaydalarla müəyyən olunan etik davranış qaydalarına uyğunluğuna nəzarət və onun təhlili aparılmalıdır;
ədliyyə işçiləri arasında onların tutduqları vəzifələrə uyğun olaraq vəzifə bölgüsü aparılmalıdır;
rəhbər işçilər tərəfindən tabeliyində olan şəxslər hüquqa və hamılıqla qəbul edilmiş etik normalara zidd olan hərəkət etməyə və qərarlar qəbul etməyə sövq edilməməlidir;
ədliyyə orqanlarına və onların struktur bölmələrinə kadrların seçilməsi və yerləşdirilməsi zamanı qanunvericiliyin tələblərinə əməl edilməlidir;
etik davranış qaydalarının pozulmasının qarşısının alınması və profilaktikası üzrə tədbirlər görülməlidir;
ədliyyə işçilərinə etik davranış qaydaları izah edilməli və müraciət olunduğu təqdirdə etik davranış qaydalarına əməl olunmasına dair onlara tövsiyələr verilməlidir;
etik davranış qaydalarını pozan ədliyyə işçilərinin intizam məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görülməlidir;
etik davranış qaydaları və ədliyyə işçiləri tərəfindən həmin qaydalara əməl olunmasını tələb etmək hüquqlarına malik olmaları barədə vətəndaşları və təşkilatları məlumatlandırmaq üçün tədbirlər görülməlidir;
etik davranış qaydalarının pozulması halları ilə bağlı həyata keçirilmiş tədbirlər barədə maraqlı tərəflər məlumatlandırılmalıdır;
etik davranış qaydalarının pozulmasının nəticələrinin aradan qaldırılması, habelə ədliyyə orqanına ictimai etimadın artırılması üçün tədbirlər görülməlidir;
etik davranış qaydalarına əməl olunması ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələr həyata keçirilməlidir.
7.4. Etik davranış qaydalarının pozulması ədliyyə işçisinin intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır.
7.5. Ədliyyə işçisinin intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir.
7.6. Bu Qaydaların müddəalarının ədlliyyə işçisi tərəfindən pozulması barədə şikayət və ya digər məlumat daxil olduqda xidməti yoxlama (intizam icraatı) başlanıla bilər.
Ədliyyə işçisi barəsində xidməti yoxlama (intizam icraatı) aparılarkən ona verilən sualları tam, səmimi və obyektiv cavablandırmalıdır.
7.7. Xidməti yoxlama (intizam icraatı) zamanı ədliyyə işçisi tərəfindən yol verilən hüquq pozuntusunda cinayət tərkibinin əlamətləri aşkar edildikdə, həmin əlamətləri aşkar etmiş ədliyyə orqanının rəhbəri bu barədə cinayət təqibi orqanına məlumat verməlidir.
7.8. Ədliyyə işçilərinin etik davranışı ilə bağlı bu Qaydalarla nəzərdə tutulmayan məsələlər «Dövlət qulluqçularının etik davranış qaydaları haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Comments are closed, but trackbacks and pingbacks are open.