Rübailər (Nəsimi)
Bir əmin məhrəm bulunmaz, ey Nəsimi, çün bu gün,
Xəlqə faş etmə bu rəmzi, kəşfi-əsrar istəmə!
Ey özündən bixəbər qafil oyan
Gəl ki, müştaq olmuşam didarına,
Vermişəm can zülfi-ənbərbarına,
Məhrəm etdin çün məni əsrarına,
Ey pəri, gəl çək məni bir darına.
Ey saçın vəlleyl, üzün vəzzüha,
Surətin şə’nində gəldi qül kəfa.
Ey saçından çün əyan oldu mana,
Ey üzündən zahir əsmayi-xuda,
Şöylə ki, Qur’anda dedi külləha.
Adəmi bil, andadır əsrarha,
Can ilə başın yolunda qıl fəda.
Eşq ilə gəldi cəmiyi-ənbiya,
Eşqdir seyrü süluki-övliya.
Eşq ilə yola girərlər biriya,
Eşq ilə vasil olurlar Tanrıya.
Ey üzün min-indəhü elmül-kitab,
Qül kəfa gəldi camalından xitab.
Surətin həqdir, götür həqdən niqab,
Həq budur, vəllahu-ə’ləm-bissəvab.
Ey camalından münəvvər afitab,
Düşdü hüsnün pərtövündən aya tab.
Kirpiyin, zülfün, qaşın ümmül-kitab,
Oldu üzündən əyan yövmül-hesab.
Ey saçın dövründə məstur afitab,
Vey üzün aləmdə məşhur afitab,
Utanır hüsnündən, ey hur, afitab,
Səndən oldu məstü məxmur afitab.
Ey qəmər üzlü, götür həqdən niqab
Kim, üzündə rövşən oldu afitab.
Arada munca nədəndir bu hicab?
Şərh edər min indəhü ümmül-kitab.
Ey məlik, mülkündə vəchin afitab,
Ey boyu sidrə, rüxün ümmül-kitab.
Düşdü cana atəşi-hicrində tab,
Şövqi-eşqin bağrımı qıldı kabab.
Ey özündən bixəbər, qafil qərib,
Olmasın bu sirrə məhrəm hər rəqib,
Həmçinin pünhan gərək razi-həbib.
Canımın cananəsi sənsən, həbib,
Xubların fərzanəsi sənsən, həbib,
Küntə-kənzin xanəsi sənsən, həbib,
Vəhdətin dürdanəsi sənsən, həbib.
Bir-iki-üç gün cahandır cayigəşt,
Faida qılmaz, keçər çün dər güzəşt.
Dərd ilə sən özünü qılma məlul,
Şadiman ol, ta gəlincə həftü həşt.
Ey rüxün eşqində əqlim şahmat,
Səlsəbil oldu ləbin abi-həyat.
Ünsürün dörd oldu, həddin şeş cəhat,
Qəflətin müstəhliki bulmaz nəcat.
Ey üzün ayatı ənvari-sifat,
Zülfü xalın sureyi-vəlmürsəlat.
Ayağın tozuna dəyməz kainat,
Failatün, failatün, failat.
Ey xətin Xızrü ləbin abi-həyat,
Ənbərin zülfün şəbi-qədrü bərat.
Mehrü mah istər camalından zəkat,
Failatün, failatün, failat.
Al əlindən atını yabana at,
Həqpərəst ol, həqqi tanı, olma at.
Dünyanın dövründə yoxdur çün səbat,
Atını qaçırma rüxdən, olma mat.
Kafü nun əmrində oldu kainat,
Həm sifatdır kafü nun, həm eyni-zat.
Kafü nundan vacib oldu mümkünat,
Bil ki, sənsən aləmi-zatü sifat.
Gəldi bəydən muştucu bir gündə dört,
Bəy sizə yazdırdı bir köklük yoğurt.
Ol dəxi yarısı su, yarısı dürt,
Bəxşişə türkmanmı yeydir, yoxsa kürt!
Gəlmişəm qalü bəlidən meypərəst,
Aşiqəm, məstəm, vəli məsti-ələst.
Ey gözün sevdalarından fitnə məst,
Sünbülün hər tarəsi mə’nidə şəst.
Bir büsati-eşq imiş şətrənci-zat,
Otuz ikidən gəlibdir kainat.
Uyxudan oyan, anı tanıvü gör,
Olmayasan bu büsata şahi-mat.
Ey münəvvər çöhrənizdən kainat,
Qismət iltər xanınızdan cümlə zat.
Məxfi ikən, zahir oldu dərdimiz,
Otuz iki laməmat, illa həyat.
Ey təbibi-haziqü nazikmizac,
Sən bilirsən xəstə könlümə əlac.
Mən könül ilə sənə qul olmuşam,
Şivə ilə nazına nə ehtiyac?
Doğdu Məğribdən günəş, endi Məsih,
Burğu çalındıvü həşr oldu səhih.
Keç kinayətdən ki, rəmz oldu sərih,
Gör ki, müstəhsənmisən, yoxsa qəbih?
Saqiyi-gülrüx əlindən bir qədəh
İç, pərişan xatirin olsun fərəh.
Mey haram isə, həqin nitqi halal,
Qamu məzhəbdə budur qövli-əsəh.
Rübailər (Nəsimi)
Fəzli həqdir vaqifi əsrarımız
Fəzli həqdəndir qamu ənvarımız
Fəzl həq göstərmiş idi karımız
Fəzli həqdir, Fəzli həq memarımız.
Ey özündən bixəbər qafil, oyan
Həqqə gəl kim, həq deyil batil, oyan
Olma fani aləmə mail, oyan
Mərifətdən nəsnə qıl hasil, oyan.
Həq-təala Adəm oğlu özüdür
Otuz iki həq kəlamı sözüdür
Cümlə aləm bil ki, Allah özüdür
Adəm ol candır ki, günəş özüdür.
Ay ilə günəş üzün heyranıdır
Müşk ilə ənbər saçın tərxanıdır
Çün Nəsimi əyyamın sultanıdır
Dövr anın, dövran anın dövranıdır.
Naviqasiya menyusu
- Bu səhifə sonuncu dəfə 8 oktyabr 2022 08:09 tarixində redaktə edilib.
- Mətn Creative Commons Attribution-ShareAlike lisenziyası altındadır, bəzi hallarda əlavə şərtlər tətbiq oluna bilər. Ətraflı məlumat üçün istifadə şərtlərinə baxın.
- Gizlilik siyasəti
- Vikimənbə haqqında
- Məsuliyyətdən imtina
- Mobil görüntü
- Tərtibatçılar
- Statistikalar
- Kuki məlumatı
MUĞAM SƏNƏTİ
Ey özündən bixəbər qafil, oyan!
Həqdən olma yadü həm batil, oyan!
Olma fani aləmə mail, oyan!
Mə’rifətdən nəsnə qıl hasil, oyan!
İmadəddin Nəsimi. Ay ilə günəş üzün heyranıdır (Tuyuğ)
Ay ilə günəş üzün heyranıdır,
Mişk ilə ənbər saçın tərxanıdır,
Çün Nəsimi aləmin sultanıdır,
Dövr anın, dövran anın dövranıdır.
İmadəddin Nəsimi. Sən sana gər yar isən var
Sən sana gər yar isən var, ey könül, yar istəmə!
Yarü dildar ol sana, sən yarü dildar istəmə!
Bivəfadır çün bu aləm, kimdən istərsən vəfa?
Bivəfa aləmdə sən yari-vəfadar istəmə!
Gül bulunmaz bu dikənli dünyanın bağında çün,
Əbsəm ol, bihudə gülsüz yerdə gülzar istəmə!
Mə’rifətdir xalis altun, sikkəsi fəzlü hünər,
Altunu tanı, zəğəldən ari dinar istəmə!
Həqqə münkirdir fəqih, inanma ol şeytana kim,
Yoxdur ol cinxilqətin zatında iqrar, istəmə!
Ari göftar, ey könül, gerçəklərin nitqidürür,
Hər diliəgridə yoxdur ari göftar, istəmə!
Cifədir dünya, anın talibləri adı kilab,
Olma kəlb anın kim, oldu adı murdar, istəmə!
Şərbəti ağuludur fani cahanın, sən anın
Şərbətindən nuşudaru umma, zinhar istəmə!
Dünyanın sevgisi ağır yük imiş, məndən eşit,
Nəfsini yük etmə ana, ey səbükbar, istəmə!
Bir əmin məhrəm bulunmaz, ey Nəsimi, çün bu gün,
Xəlqə faş etmə bu rəmzi, kəşfi-əsrar istəmə!
Ey özündən bixəbər qafil, oyan! (Tuyuğ), Ay ilə günəş üzün heyranıdır (Tuyuğ),
Sən sana gər yar isən var . İfa edir: Novruz Novruzov(AUDİO)
Comments are closed, but trackbacks and pingbacks are open.