Press "Enter" to skip to content

Seçilmiş əsərləri

Kitabda müəllifin ana dililə bağlı problemlər, xarici dil və ona yiyələnməkdə ana dilinin rolu, bugünkü gəncliyimizin dilimizə münasibəti və s. barədə son illərdə qələmə aldığı publisistik yazıları toplanmışdır.

Nəbati “Seçilmiş Əsərləri” PDF

XIX əsr Azərbaycan ədəbiyyatının tanınmış simalarından olan Seyid Əbülqasim Nəbati zəngin ədəbi-bədii irs qoyub getmişdir. Əsərlərini həm klassik poeziya üslubunda, həm də aşıq şeri tərzində yazmış Nəbati milli ədəbiyyatımız tarixinə sufi-panteist fikirləri ictimai həyatla, maddi aləmlə əlaqələndirən, klassik üslubu şifahi xalq ədəbiyyatı ilə birləşdirən görkəmli sənətkar kimi daxil olmuşdur. Onun poetik irsi həm ideya məzmun, estetik mətləb, həm də forma-sənətkarlıq keyfiyyətləri baxımından seçilir. Şairin bu kitabı klassik və xalq şeri şəkillərində yaratdığı həmin gözəl nümunələrdən tərtib edilmişdir. Musiqililik, sadəlik, səmimi hisslər və dilin zənginliklərindən məharətlə istifadə bacarığı Nəbati şeirlərinin səciyyəvi xüsusiyyətidir.

Mir.az-a Dəstək üçün ianə edin!

Saytımızın aktiv qala bilməsi üçün Patreon hesabı açdıq və dəstəyinizi gözləyirik. Bir neçə dollar olsa belə, töhfəniz bizim üçün çox şey deməkdir. Niyə dəstəyə ehtiyacımız var?

Nəbati “Seçilmiş Əsərləri” PDF

Seçilmiş əsərləri

E46 «Seçilmiş əsərləri» (10 cilddə), 1-cü cild.

«Çinar-Çap» nəşriyyatı, Bakı, 2005, –626 səh.

© «ÇINAR-ÇAP», 2005

HAKIM OXUCUDUR

Bu kiçik ön sözü yazmaq istərkən fikrimə bir sual gəldi: mən ilk hekayəmi nə vaxt

Doğrusu, bu suala heç cürə cavab verə bilmirəm, çünki o ilk yazının nə adını, nə

də vaxtını xatırlayıram.

Mən əlifbanı çox erkən öyrənmişdim və Azərbaycan nağıllarını, eləcə də başqa

xalqların, Andersenin, Qaufun, Pyerronun, Qrimm qardaşlarının, Yerşovun, Pavel

Bajovun, Abdulla Şaiqin nağıllarını, başqa kitabları hələ birinci sinifə gedənə qədər

özüm oxumuşdum. O kitabların, misal üçün «Saman dana», «Slavyan nağılları»,

«Tık-tık xanım» kimi kitabların çoxdan itib-batmış mən oxuduğum nəşrlərinin rəngi

də, şəkilləri də, hətta adlarının yazılışları da mənim yaddaşımdadı, amma ilk yazımı

nə vaxt yazmışam?– heç vəchlə yadıma sala bilmirəm.

Orası yaxşı yadımdadı ki, 5-6 yaşımda həmişə atamın yazı mizinin üstündə olan

ağ kağızlardan götürüb ortadan ikiyə bölürdüm və evdə heç kim olmayanda nağıllar

(!), hekayələr (!!) yazırdım.

O ağ kağızları ona görə ikiyə bölürdüm ki, yazıb qurtarandan sonra onları,

görünməsin deyə, jurnal vərəqlərinin arasına qoyub – guya ki, jurnalda çap

olunmuş hansısa yazıçıların əsərləridir – nənəmə – Ilyas Əfəndiyevin anası Bilqeyis

xanıma oxuyurdum.

Mən oxuyurdum, nənəm də, qəribəydi, nədənsə, eynəyini taxıb «Kazbek»

papirosunu çəkə-çəkə diqqətlə mənə qulaq asırdı. Nənəm, adətən, eynəyi özü kitab

oxuyanda taxırdı (kitab oxumağı çox sevirdi və hər üç əlifbada – ərəb, latın, kiril –

çox da oxuyurdu və sevimli yazıçıları Viktor Hüqo və Rəşad Nuri Güntəkin idi).

Yazdığımı oxuyub qurtarandan sonra soruşurdum:

– Yaxşıdı,– deyirdi.

Və nənəmin o «yaxşı»sı hər dəfə də, elə bil, bir işığa çönürdü, o işıq mənim içimə

dolurdu və o işığın sevinci çox doğma, əziz bir hiss kimi indiyə qədər mənimlədir.

Həmişə o gözəl çağları xatırlayanda, nənəmin dodaqlarındakı təbəssüm mənim

gözlərimin qabağına gəlir. Aydın məsələdir ki, nənəm jurnalların arasında gizlədib

oxuduğum o kağızları heç görməsə də, başa düşürdü ki, mən öz yazılarımı

oxuyuram, amma o zaman mən bunu bilmirdim və içimdəki o işığın sevinci ilə

küçəyə çıxıb (Mirzə Fətəli küçəsində yaşayırdıq) çox-çox yuxarılardan – göyün

yeddinci qatından məhəllə uşaqlarına baxırdım və elə bil, o işıq elə bizim

məhəllənin də üstünə düşürdü: evimizdən bir az yuxarıdakı köhnə Sarı hamamın

rəngi gözgörəti təzələnirdi, Dar dalanın həmişəki kölgəsi açılırdı, küçəyə döşənmiş

qənbər daşlar işım-işım işıldayırdı.

Elə o vaxtlar idi, bir səhər qəribə bir söhbətin şahidi oldum.

Səhər yuxudan oyanmışdım, amma hələ yerimdən durmamışdım, açıq qapıdan o

biri otaqda nənəmin dediyi sözləri eşitdim:

– Deyəsən, bu da yazıçı olacaq.

Ilyas Əfəndiyev:

– Bilirəm,– dedi.

Şəkk-şübhə yox idi ki, söhbət məndən gedirdi və atamın o «bilirəm» xatircəmliyi,

o sözü o cür arxayın və qəti deməsi o zaman mənə qətiyyən qəribə görünmədi, amma

sonralar, xüsusən Ilyas Əfəndiyevin vəfatından sonrakı bu səkkiz ildə hərdən o

«bilirəm»i yadıma salanda, doğrusu, çox qəribə (və təsirli!) bir hiss keçirirəm.

Ilk romanımın süjeti (!) də, adı da – «Sənubərin göz yaşları» – yaxşı yadımdadı

və o romanı mən Şuşada, 2-ci sinifdən 3-cü sinifə keçəndə yay tətilində yazmışdım.

Çox təəssüf ki, o gözəl dəftər (romanı dama-dama qalın dəftərdə yazmışdım)

arxivimdə qalmayıb, amma sonralar yazdığım «Bəşər övladı Həsən» (Andersen-

Nyeksenin «Bəşər övladı Ditte» əsərinin təsirilə belə bir ad qoymuşdum) romanı

indiyə qədər mənim arxivimdədir.

O da yaxşı yadımdadır ki, 7-ci sinfi qurtarandan sonra yazılarımı oxumaq üçün

atama verirdim ki, fikrini desin və elə atamın da məsləhətilə yazdığım hekayələri Isa

Hüseynova göstərməyə başladım. Isa Hüseynov Hüsü Hacıyev küçəsindəki məşhur

Yazıçılar binasının 3-cü blokunda, 5-ci mərtəbədə yaşayırdı (elə indi də o binada,

amma 1-ci blokda yaşayır) və axşamlar onun evində, onun yazı masasının

qarşısında oturub hekayələrim haqqında dediyi fikirlərə, qeydlərə, iradlara və

təriflərə qulaq asırdım.

Uzun illər boyu, aydın məsələdir ki, mən çox-çox yaradıcılıq söhbətlərinin şahidi

və iştirakçısı olmuşam, amma tam bir səmimiyyətlə deyirəm ki, Isa Hüseynovun yazı

mizinin qarşısında oturub o hekayələr haqqında onun fikirlərinə qulaq asdığım o

çağlar mənim həyatımdakı yaradıcılıq söhbətlərinin ən ucalarından biridir və o

ovqat da həmişəlik olaraq mənimlədir.

Ilyas Əfəndiyevlə Mehdi Hüseyn çox yaxın dost idilər və təbii ki, Mehdi əmi (onu

belə çağırırdım) mənim yazmağımdan yaxşı xəbərdar idi və yazdıqlarımı oxumaq

istəyirdi, amma mən o hekayələri ona 15 yaşımdan sonra verməyə başladım. Mehdi

Hüseyn o yazıları çox diqqətlə və mənim açıq-aşkar hiss etdiyim bir maraqla

oxuyurdu, amma fikirlərini söyləyəndə heç bir güzəştə getmirdi, iradlarını deyirdi,

mən də qızışıb onunla mübahisə edirdim, axırda Mehdi Hüseyn tab gətirməyib gülə-

– Ə, bu Elçin məni yordu!– deyirdi.

Çox istəyirdim ki, mətbuatda çap olunum.

Nəhayət, bir gün Isa Hüseynov oxuduğu yeni hekayələrimin arasında birini çapa

layiq bildi və mənim o hekayəm 1959-cu il iyulun 5-də «Azərbaycan gəncləri»

qəzetində dərc olundu. Hekayənin adı «O inanırdı» idi və bu mənim mətbuatda dərc

olunan ilk yazım idi.

O zaman 16 yaşım var idi.

Ilk kitabım – «Min gecədən biri» adlı hekayələr toplusu 1966-cı ildə nəşr olundu.

Sonra «Açıq pəncərə» və «Sos» povestlərim nəşr edildi.

O yazıların hamısı mənim üçün, əlbəttə, əzizdir, amma bu gün mən əlyazmalarını

oxuduğum cavanlara həmişə məsləhət görürəm ki, çap olunmağa tələsməsinlər və

özümü misal gətirirəm, yəni bu mənada misal gətirirəm ki, 1967-68-ci illərə qədər

yazdığım hekayə və povestləri bu gün mən heç bir kitabıma daxil etmirəm.

Bəli, onlar mənim üçün əzizdir, hətta çox əzizdir, mən qəti surətdə onlardan

imtina etmək fikrində deyiləm (onsuz da, yazıya pozu yoxdur!), amma əvvəllər də bir

neçə dəfə söylədiyim bir fikri yenə təkrar etmək istəyirəm: mətbuat həvəskarın yox,

professionalın əsərini çap etməlidir və mətbuat yazıçı olmaq istəyən adamın yazıçı

olmasına qədər keçdiyi yolu öz səhifələrində əks etdirməyə borclu deyil.

«Yaradıcılıq» sözü ilə «sənətkar» sözü eyni mahiyyətlidir, əslində, sinonimdirlər

(«gizli» sinonim!), həvəskarın yaradıcılığı olmaz, sənətkarın yaradıcılığı olar.

Mən bu 10 cildliyə də 1968-ci ilə qədər yazdığım hekayə və povestləri daxil

Indicə bu «10 cildlik» sözlərini yazanda yenə uşaqlıq illərimi xatırladım.

Ilyas Əfəndiyev çox oxuyan, klassik və müasir dünya ədəbiyyatına yaxından

bələd olan bir yazıçı idi və onun yaxşı kitabxanası var idi və o kitabxanadakı

kitablarla mənim aramda qəribə bir ünsiyyət, hətta mən deyərdim ki, bir münasibət

O kitablar mənim üçün, əslində, canlı məxluqlar kimi bir şey idi.

Mən rəflərə düzülmüş o kitablarla, xüsusən çoxcildliklərlə – Şekspir, Molyer,

Tolstoy, Balzak, Stendal, Dikkens, Dostoyevski. – fəxr edirdim və ona görə yox ki,

baxın, bizdə belə kitablar var, ona görə ki, öz-özlüyündə belə kitablar var, necə ki,

qardaşla fəxr edirsən, atayla, oğulla fəxr edirsən.

Mən məhz kitab olduğu üçün kitabla fəxr edirdim.

Və o gözəl xəyallar aləmi də yaxşı yadımdadır ki, indi fikir məni tez-tez keçmişə

apardığı kimi, o zaman da fikir məni tez-tez gələcəyə aparanda gözlərimin qabağına

mənim öz gələcək cildlərim gəlirdi: 50 cild. 60 cild. 100 cild.

. Mənim 2 cildlik ilk «Seçilmiş əsərlər»im 1987-ci ildə nəşr olunub. Sonralar

xeyli kitabım çıxsa da, bu 10 cildlik mənim ikinci «Seçilmiş əsərlər»imdir.

Mən bu cildlərə yalnız mətbuatda çap olunmuş əsərlərimi salmışam.

Bu 10 cildlik mənim üçün, əlbəttə, indiyə qədərki yazı-pozu işlərimin, bir növ,

yekunlaşdırılmasıdır və orası da aydın məsələdir ki, bu zaman da, istər-istəməz, bir

sual peyda olur: nə yazmısan? necə yazmısan? niyə yazmısan.

Mən bu suala da cavab vermirəm (bəlkə cavab vermək istəmirəm?).

Çünki o cavabın sahibi oxucudur.

Mən isə, yalnız onu deyə bilərəm ki, olanı budur.

F veysəlli seçilmiş əsərləri

Kitabda alman dilinin fonetik quruluşu və fonoloji sistemi geniş dil materialı əsasında araşdırılır, yeri gəldikcə Azərbaycan dililə müqayisə aparılır.

F.Y.Veysəlov (Veysəlli) və b. Ekperimental fonetika. I cild, Bakı, ADU, 1980, 84 s., II cild, Bakı,1981, 100 s.

Bu ikicildlikdə dilin səslərinin tərkibinin tədqiq etmək üçün istifadə olunan ən müasir metodlardan bəhs olunur, Azərbaycan dilinin fonetik quruluşu çoxsaylı nümunələr əsasında tədqiq edilir.

F.Yadigar (Veysəlli). Dilimiz, qeyrətimiz, qayğılarımız. Bakı, “Maarif”, 1993, 173 s.

Kitabda müəllifin ana dililə bağlı problemlər, xarici dil və ona yiyələnməkdə ana dilinin rolu, bugünkü gəncliyimizin dilimizə münasibəti və s. barədə son illərdə qələmə aldığı publisistik yazıları toplanmışdır.

F.Yadigar (Veysəlli). Fonetika və fonologiya məsələləri. Bakı “Maarif”,1993, 191 s.

Əsərdə dilin fonetik qurumu və fonoloji sistemi müxtəlif dillərin materialı əsasında ardıcıl şəkildə geniş şərh olunur. Müəllif qaldırılan məsələlər barədə prinsipial mövqeyini bildirir, fikir və mülahizələrini sübut etmək üçün öz tədqiqatlarına və ədəbiyyatda mövcud olan elmi dəlillərə əsaslanır. Kitab əsasən filoloqlar üçün nəzərdə tutulsa da ondan dil və ədəbiyyat müəllimləri, aspirant və dissertantlar, filoloji fakültələrin tələbələri, habelə dilçiliklə maraqlananlar da faydalana bilərlər.

F.Yadigar (Veysəlli). German dilçiliyinə giriş. Bakı, “Təhsil”, 2-ci, yenidən işlənmiş və genişləndirilmiş nəşri. 2003, 408 s.

F.Y.Veysəlli. Struktur dilçiliyin əsasları. Studia Philologica. I Bakı, “Təhsil”, 2005, 342 s.

Kitabda struktur dilçiliyin yaranması, inkişafı və əsas məziyyətləri geniş açıqlanır, dünya dilçiliyində strukturalizmin mövcüd cərəyanları təqdim olunur, dil, yazı və əlaqələri araşdırılır, çağdaş dilçiliyin yaranıb təşəkkül tapmasında mühüm rol oynayan İ.A.Boduen de Kurtenenin nəzəriyyəsinin əsas qaynaqları və mənbələri açılıb göstərilir, müxtəlif fonoloji məktəblər təhlil edilir son illərin əsas nailiyyəti sayılan generativ fonologiya və onun yaradıcısı N.Xomskiyə kitabda xüsusi bir fəsil ayrılmışdır.

F.Yadigar(Veysəlli). Dil, cəmiyyət və siyasət. Bakı, “Mütərcim”, 2004, 350 s.

Kitabda müəllifin müxtəlif illərdə qələmə aldığı yazıları, məqalələri və yol qeydləri toplanmışdır. Burada müəllif dil, cəmiyyət və siyasətlə bağlı fikir və mülahizələrini şərh edir və ətrafda baş verən hadisələrə öz münasibətini bildirir.

F.Y.Veysəlli. Dilçilik ensiklopediyası. I. Bakı, “Mütərcim”, 2006, 513 s., II, Bakı, “Mütərcim”, 2008, 526 s.

Bu ikicildlikdə dilçilik terminləri rus əlifbası ilə düzülür, sonra onların alman, ingilis (transkripsiyada) və fransız dillərində ekvivalentləri verilir, yalnız bundan sonra həmin terminlərin Azərbaycan dilində qarşılıqlarının geniş linqvistik təhlili verilir.

F.Y.Veysəlli. Dil. Bakı, 2007, “Təhsil”, 291 s.

Kitabda dilin əsas məziyyətləri şərh olunur, ünsiyyət modelinin komponentləri açıqlanır. Dünyanın dil mənzərəsi və süni dillər haqqında geniş məlumat verilir, dilin işarəviliyi və sistemliliyi əsərdə öz əksini tapır. Bundan başqa əsərdə dil və kibernetika, dil və mədəniyyət, dil və cəmiyyət kimi məsələlərə də aydınlıq gətirilir. Kitabda dilin daxili struktur xüsusiyyətlərinin təhlilinə üç fəsil həsr edilmişdir. Kitabın son iki fəsli presuppozisiya və lüğətçilik məsələlərinə həsr olunmuşdur.
İnanırıq ki, bu kitab dillə maraqlanan geniş oxucu kütləsinin ciddi marağına səbəb olacaqdır.

F.Y.Veyselli. Azerbaycan türkcesi fonetiği. Ankara, 2008, 176 s. Tərcüməsi və ön söz prof. M.Musaoğlunundur.

Kitab 1993-cü ildə Bakıda “Maarif” nəşriyyatında çapdan çıxmış “Fonetika və fonologiya məsələləri” adlı əsərin Türkiyə türkcəsinə tərcüməsidir. Kitaba yazdığı “Girişdə” tərcüməçi, filol.e.d., prof M.Musaoğlu onun türkologiyaya gətirdiyi yenilikləri incələyir və Türkiyə universitetləri üçün dəyərli bir mənbə olacağını xüsusi qeyd edir.

F.Y.Veysəlli. Dil, ədəbiyyat və onların tədrisi metodikasının aktual problemləri. Bakı, 2008, 182 s.

Toplu görkəmli dilçi-alim, filologiya elmləri doktoru, professor F.Y.Veysəllinin anadan olmasının 65, elmi-pedoqoji yaradıcılığının 45 illiyinə həsr edilmişdir. Topluda Respublikamızın tanınmış alimlərinin yubilyar haqqında ürək sözləri və müəllifin elmi yaradıcılığına yaxın olan mövzularla bağlı məqalələr çap olunmuşdur.

F.Y.Veysəlli. Struktur dilçiliyin əsasları. Studia Philologica. II. Bakı,“Mütərcim”, 2008, 307 s.

F.Y.Veysəlli. Seçilmiş əsərlər. I cild. Bakı, “Mütərcim”, 2009, 639 s.

Bu cilddə müəllifin elmi yaradıcılığa başladığı ilk gündən son illərə qədər müxtəlif elmi-nəzəri jurnallarda çap etdirdiyi məqalələri toplanmışdır.

F.Y.Veysəlli. Struktur dilçiliyin əsasları. Studia Philologica. III. Bakı, “Mütərcim”, 2009, 266 s.

F.Yadigar (Veysəlli). Mirzə Şəfi Vazeh və Fridrix fon Bodenştedt: yozmalar və faktlar. Bakı, “Təhsil”, 2010, 156 s.

Kitabda Mirzə Şəfi və Fridrix fon Bodenştedt əlaqələri geniş şərh olunur, indiyə qədər ədəbiyyatşünaslığımıza bəlli olmayan məqamlar alman mənbələri əsasında araşdırılaraq təhlil olunur.

F.Y.Veysəlli. Semiotika. Studia Philologica. İV, “Mütərcim”, 2010, 334 s.

F.Y.Veysəlli. Diskurs təhlilinə giriş. Bakı, “Təhsil”, 2010, 155 s.

Bu kitabda diskursun geniş izahı və onun mətndən fərqi verilir, onun növləri sadalanır və konkret dil materialı əsasında diskursiv təhlil aparılır. Burada, həmçinin diskursun intonasiya və prosodiya əlamətləri də təhlil edilir.

Ana dili: Azərbaycan dili efirdə

“Azərbaycanda Xarici Dillər” jurnalı 2007-ci ildən filol.e.d., prof. F.Y.Veysəllinin şəxsi təşəbbüsü əsasında yaranmışdır. Jurnalın təsisçisi və baş redaktoru prof. F.Y.Veysəllidir. Jurnalda Azərbaycan Respublikasında xarici dillərin təlimi, tədrisi, tətbiqi və tədqiqilə bağlı məsələlər işıqlandırılır. Bundan başqa jurnalda psixoloji, sosioloji, neyroloji, kompyuter və s. dilçiliyin problemlərinə həsr olunmuş məqalələr yer alır. Jurnalın ildə 4 sayı çıxır. Toplu dilçiliyimizdə Avropa dilçiliyinə pəncərə açan ilk dilçi-germanşünas, f.e.d., prof. F.Y.Veysəllinin 60 illik yubileyinə həsr olunmuşdur. Topluda ümumi dilçilik, fonetika, fonologiya, morfologiyaya dair məqalələr, həmçinin nəzəri və tətbiqi dilçiliyin aktual problemlərinə dair biblioqrafiya verilmişdir.

Tərcümələri:

1.K.Uşinski. Ana dili. “Dilimiz, qeyrətimiz və qayğılarımız”. Bakı, “Maarif”, 1993, s.154-170.
Bu əsər böyük rus pedaqoqu K. Uşinskinin ana dili haqqında nadir düşünclərinin qısa şərhidir. Dilə məhəbbətin vətənə məhəbbətdən və, əksinə, vətənə məhəbbətin dildən başladığını açıb göstərən bu əsər rus elmi təfəkküründə şedevr əsərlərdən sayılır.

2. Р.О. Якобсон. Детский язык, афазия и общие звуковые законы. Перевод, «Послесловие» и «Комментарии» проф. Ф.Ядигяра (Вейсялли). Baky, 1993,100 s.
В книге всемирно известного языkоведа- теоретика Р.О.Якобсона излагаются особенности детской речи и афазии. В ней устанавливаются различия, используемые ребенком в первую очередь, забываемые афатиками последними. 3. T.Ştorm. İmmen gölü. “Dünya”almanaxı. Bakı, “Yazıçı”, 3/1988, s. 158-183. F.Y.Veysəllinin məşhur alman yazıçısı T.Ştorm yaradıcılığında öz yeri olan bu novellada iki gəncin məhəbbətinin lirik bir dildə təsvirdir.

N.S.Trubeskoy. Fonologiyanın əsasları. Almancadan tərcüməsi, “Son söz” və “Qeydlər” filol.e.d.prof. F.Yadigarındır (Veysəllinindir). Bakı, 2001, 380 s.

Dünya şöhrətli N.S.Trubeskoyun bu əsərində 200-dən yuxarı dilin fonoloji sistemi tədqiq edilir. N.S. Trubeskoy bu əsərində ilk dəfə olaraq fonoloji qarşılaşmalar tipologiyasını sistemli şəkildə şərh edir.

4. E.Koseriu. Ümumi dilçiliyə giriş. Bakı, “Mütərcim”, 2006, 248 s.

Görkəmli alim E.Koseriu “Ümumi dilçiliyə giriş” əsərində müasir dilçiliyin aktual problemlərini, onun fəlsəfə ilə sıx bağlılığını, dünya dilçiliyində hökm sürən cərəyanları təhlil edir və dilin sistem və struktur əlamətlərini açıb göstərir.

5. F.Niçe. Zərdüşt belə söylədi. Bakı, BSU, 2010, 250 s.(həmmüəlliflə).

6. Nibelunqlar nəğməsi. Bakı, BSU, 2010, 600 s

Bu dastanda alman xalqının o dövürkü həyatı, adət – ənənəsi, habelə mübarizəsi epik şəkildə təsvir edilir.

Alman dilində çap olunmuş kitabları

F.Y.Veysəllov (Vejsälli). Lehrbuch der deutschen Phonetik. Bakı, “Maarif”, 1989, 268 s.

Kitabda alman dilinin fonetik biçimi dilçiliyin inkişafı baxımından araşdırılır. İrəli sürülən fikirlər geniş dil və illüstrativ materiallarla əsaslandırılır.
Kitab ali məktəblərin ixtisas fakültələri tələbələri üçün nəzərdə tutulur. Ondan aspirantlar, dissertantlar və, ümumiyyətlə, dilçiliyin fonetika sahəsi ilə maraqlananlar da faydalana bilərlər.

F.Jadigar (Veysälli) və b. Deutsch. Lehrbuch für Fakultäten und pädagogische Hochschulen in Fremdsprachen. Baku, “Maarif”, 2000, 327 S.

Dieses Lehrbuch besteht aus zwei Teilen, insgesamt 35 Lektionen. Jede Lektion enthält reiche Spachmaterialien in der Phonetik, Grammatik und Lexik. Sie ist für Studenten der Fachhochschule vorgesehen.

F.J.Veysälli. Einführung in die Phonologie. I Teil, Baku, “Mütärdshim”, 2004, 169 S.

Dieses Buch setzt sich als Ziel, einen Blick in die Grundlagen der Wissenschaft über die lautliche Seite der Sprache zu werfen, durch Exkurse mögliche Zusammenhänge zwischen den Fächern zu zeigen, wobei jedes von ihnen einen wesentlichen Beitrag zur Entwicklung der Phonologie geleistet hat: das sind vor allem Sprachwissenschaft, Semiotik, Physiologie, Physik. Psychologie und der Strukturalismus, der all den obenerwähnten Disziplinen zugrundeliegt. Im weiteren will sich dieses Buch mit der Frage über die Segmentierbarkeit des Redestroms und den Begriff “Phonem”, womit dann die infolge der Segmentation des Redestroms gewonnenen Segmente bezeichnet werden, beschäftigen. Nicht zuletzt ist festzustellen, dass in diesem Buch die Systemverhältnisse auf der Phonemebene einer bestimmten Einzelsprache aufgrund der angesehenen Forschungsmethoden einer tiefgreifenden Analyse unterzogen werden. Die weiteren Kapitel des Buches enthalten unsere Forschungsergebnisse über die Anordnungsprinzipien der Phoneme, ihre fonotaktischen Regeln und Wechselwirkungen in Silben und Silbenfolgen, so wie auch in Wörtern und Sätzen, indem das alles unter Heranziehung suprasegmenteller Eigenschaften (Prosodie, Akzent, Intonation) dargelegt wird.

Fəxrəddin Veysəlli “Seçilmiş əsərlər” 3-cü cild. Bakı, 2016.

Orta məktəb dərslikləri:

1. Deutsch. VI. Kl. Bakı, “Maarif”, 1998, 192 s;sonuncu nəşr: 2006, 233 s.(Koverfasser)

2. Deutsch.VII. Kl. Baku, “Maarif”, 2007, 123 s.(Koverfasser)

Redaktorluğu:

1. Azərbaycan Respublikasının orta ümumitəhsil məktəbləri üçün Xarici dillər üzrə proqram. Bakı, “Maarif”, 1993, 24 s.

2. Ümum dilçilik, Azərbaycan dilçiliyi, Fonologiya . Bakı, “Mütərcim”, 2002, 15 9 s.

3. Dilçilik: Problemlər və mülahizələr. Bakı, “Mütərcim”,2003, 192 s.

4. Azərbaycanda Xarici Dillər jurnalı. Bakı, “Mütərcim”, N: 1-14, 2007-2010.

Comments are closed, but trackbacks and pingbacks are open.