ACCA nədir
ACCA peşəkar kvalifikasiyasının Skills Modulunun bir hissəsidir. “Audit and Assurance – AA” Peşəkar tənzimləyici çərçivə kontekstində təminat öhdəliyinin yerinə yetirilməsi prosesi və onun tətbiqi haqqında lazım olan bilik və bacarıqları inkişaf etdirir.
Association of
Chartered Certified
Accountants
ACCA – 536.000 tələbə və 233.000 üzvü özündə birləşdirən, müəyyən etdiyi beynəlxalq mühasibat uçotu standartları dünyanın 180 ölkəsində tətbiq olunan, peşəkar maliyyəçilərin, mühasib və auditorların yetişdirilməsi üçün kvalifikasiyalar tərtib edən beynəlxalq assosiasiyadır.
“ACCA Member” olmaq
üçün tələblər
İlkin Qeydiyyatdan Keçmək (myACCA hesabının açılması)
ACCA imtahanlarında iştirak edə bilmək üçün ACCA-in portalında ilkin qeydiyyatdan keçmək (myACCA hesab açmaq) tələb olunur. ACCA Qualification üzrə imtahanlarda iştirak edə bilmək üçün ACCA-in tələbi minimum bakalavr dərəcəsi üzrə 1-ci kurs tələbəsi olmaqdır
13 İmtahandan Uğurla Keçmək
ACCA Member üzrə imtahan tələbini yerinə yetirmək üçün ACCA Qualification-a daxil olan Applied Knowledge, Applied Skills modulları üzrə 9 imtahan, Essensials Modulu üzrə 2 imtahan və Options modulu üzrə 4 imtahandan 2-si uğurla tamamlanmalıdır
Ethics Modulunu Tamamlamaq
Ethics and Professionalism Modulu ACCA Qualification-ın vacib hissəsidir. ACCA, tələbələrinin və üzvlərinin “təhlükəsiz” bir mühitdə etik təcrübə qazanmasına imkan verən interaktiv və onlayn modul vasitəsilə innovativ bir kurs təqdim edir. Real biznes dünyasının bir hissəsi olaraq Ethics Modulu bütün Strategic Professional imtahanları üçün çox vacib baza bilikləri verir. ACCA tələbələri və üzvləri etik qaydaları yüksək səviyyədə qorumaq və ictimai maraqlar baxımından dəyər qazanan bir davranış mədəniyyəti qazanırlar
İş təcrübəsinə sahib olmaq
Müvafiq mühasibatlıq və ya maliyyə sahələrində minimum 3 illik iş təcrübəsinə sahib olmaq tələb olunur. İş təcrübəsi imtahanları bitirdikdən sonrakı illər üçün və ya imtahanlardan öncəki illər üçün də hesablana bilir.
ACCA Kvalifikasiyaları
ACCA Kvalifikasiyaları sizə maliyyə, audit, mühasibatlıq sahəsində peşəkar mütəxəssis olmaq üçün lazım olan bacarıqlarınızı inkişaf etdirməyə köməklik göstərir.
Business and Technology (BT) – F1
ACCA peşəkar kvalifikasiyasının Applied Knowledge Modulunun bir hissəsidir. Business and Technology – BT: Müəssisələrin necə səmərəli və etik şəkildə fəaliyyət göstərəcəyini; maliyyə mütəxəssislərinin buna nail olmaqda oynadığı kritik rolunu; İdarəetmə, məşğulluq, sağlamlıq, məlumatların qorunması və təhlükəsizliyi kimi aspektlərə iqtisadi, hüquqi və tənzimləyici təsirlər də daxil olmaqla iş mühitini konteksini əhatə edir.
- Biznesin təşkili, onun maraqlı tərəfləri və xarici mühit
- Biznesin təşkilati quruluşu, funksiyaları və idarəçiliyi
- Mühasibat və hesabat sistemləri, uyğunluq, nəzarət, texnologiya və təhlükəsizlik
- İşçilərə və komandalara rəhbərlik etmək və onları idarə etmək
- Şəxsi effektivlik və ünsiyyət
- Mühasibatlıqda və biznesdə peşəkar etika
Management Accounting (MA) – F2
ACCA peşəkar kvalifikasiyasının Applied Knowledge Modulunun bir hissəsidir. “Management Accounting – MA” planlaşdırma və qərar qəbul edilməsi prosesində əsas idarəetmə məlumatlarının təmin edilməsini əhatə edir.
- İdarəetmə məlumatlarının təbiəti, mənbələri və məqsədləri
- Maya dəyərinin hesablanması və uçotu metodları
- Büdcələmə
- Standart metodla maya dəyərinin hesablanması
- Keyfiyyətin ölçülməsi
Financial Accounting (FA) – F3
ACCA peşəkar kvalifikasiyasının Applied Knowledge Modulunun bir hissəsidir. “Financial Accounting (FA)” beynəlxalq mühasibat uçotu standartlarının fundamental biliklərini özündə əks etdirən, müəssisənin zəruri maliyyə hesabatlarının hazırlanmasını əhatə edir.
- Maliyyə hesabatlarının məzmunu və məqsədi
- Maliyyə məlumatlarının keyfiyyət göstəriciləri
- Mühasibat uçotunun fundamental əsasları
- İkili qeydiyyat və mühasibatlıq sistemləri
- Sınaq balansının hazırlanması
- Maliyyə hesabatlarının hazırlanması
- Maliyyə hesabatlarının təhlili
Corporate and Business Law (LW) – F4
ACCA peşəkar kvalifikasiyasının Skills Modulunun bir hissəsidir. “Corporate and Business Law (LW)” Ümumi hüquqi çərçivəni və bizneslə əlaqəli xüsusi hüquqi sahələri əhatə edir.
- Hüquq sisteminin əsas elementləri
- Beynəlxalq biznes əməliyyatları
- Beynəlxalq biznes əməliyyatlarının daşınması və ödənilməsi
- Biznes təşkilatlarının yaranması və formalaşması
- Kapital və şirkətlərin maliyyələşdirilməsi
- Şirkətlərin idarə edilməsi və tənzimlənməsi
- İflas hüququ
- Korporativ fırıldaqçılıq və cinayətkarlıq davranışı
Performance Management (PM) – F5
ACCA peşəkar kvalifikasiyasının Skills Modulunun bir hissəsidir. “Performance Management (PM)” müəssisənin kəmiyyət və keyfiyyət üzrə məlumatlarından istifadə etməklə planlaşdırma, qərar qəbuletmə, performans qiymətləndirmə və nəzarət üçün tələb olunan idarəetmə uçotu üsullarının tətbiqini və bu istiqamətdə bilik və bacarıqları inkişaf etdirir.
- Mütəxəssislərin dəyəri və idarəetmə uçotu üsulları
- Qərarvermə üsulları
- Büdcələmə
- Maya dəyərinin standart metodu və variasiyaların təhlili
- Fəaliyyətin qiymətləndirilməsi və nəzarət
Taxation (TX) – F6
ACCA peşəkar kvalifikasiyasının Skills Modulunun bir hissəsidir. “Taxation (TX)” Vergi sistemi ilə bağlı fərdlərə, tək şirkətlərə və şirkət qruplarına aid bilik və bacarıqları inkişaf etdirir.
- Rusiya vergi sistemi və onun idarəolunması
- Gəlir vergisi öhdəlikləri
- Korporativ mənfəət vergisi öhdəlikləri
- Əlavə dəyər vergisi (ƏDV)
- Sığorta Təzminatı
- Korporativ əmlak vergisi
- Məşğulluq və texnologiya bacarıqları
Financial Reporting (FR) – F7
(Azərbaycan dilində: “Maliyyə hesabatları”) ACCA peşəkar kvalifikasiyasının Skills Modulunun bir hissəsidir. “Financial Reporting (FR)” maliyyə hesabatlarının necə təhlil və şərh olunması da daxil olmaqla, müəssisənin maliyyə hesabatlarının hazırlanmasının teorik çərçivəsi və mühasibat uçotu standartlarının anlaşılması və tətbiqi üçün lazım olan bilik və bacarıqları inkişaf etdirir.
- Maliyyə hesabatları üçün konseptual və tənzimləyici çərçivə
- Maliyyə hesabatlarında əməliyyat uçotu
- Müəssisənin və qrup şirkətlərin maliyyə hesabatlarının təhlili və təfsiri
- Maliyyə hesabatlarının hazırlanması
- Məşğulluq və texnologiya bacarıqları
Audit and Assurance (AA) – F8
ACCA peşəkar kvalifikasiyasının Skills Modulunun bir hissəsidir. “Audit and Assurance – AA” Peşəkar tənzimləyici çərçivə kontekstində təminat öhdəliyinin yerinə yetirilməsi prosesi və onun tətbiqi haqqında lazım olan bilik və bacarıqları inkişaf etdirir.
- Auditin əsasları və tənzimlənməsi
- Planlaşdırma və risklərin qiymətləndirilməsi
- Daxili nəzarət
- Audit sübutları
- Nəzarət və hesabat
- Məşğulluq və texnologiya bacarıqları
ACCA DipIFR – Diploma in International Financial Reportings
“DipIFR” – Diploma in International Financial Reportings dünyanın ən böyük mühasibatlıq qurumlarından biri olan ACCA tərəfindən verilən və bütün dünyada tanınan bir diplomdur. “DipIFR” beynəlxalq maliyyə hesabatları haqqında bilik və anlayışları inkişaf etdirir.
DipIFR ACCA’in xüsusi kvalifikasiyası olub:
Beynəlxalq mühasibat uçotunun quruluşunu;
Maliyyə hesabatlarının əsas elementlərinə müvafiq maliyyə hesabatı standartlarını tətbiqini;
Maliyyə hesabatlarında və açıqlamalarında şirkət tələblərini müəyyənləşdirməyi və tətbiq etməyi;
Törəmə müəssisələr, asılı müəssisələr və birgə müəssisələr də daxil olmaqla qrup maliyyə hesabatlarının hazırlanmasını əhatə edir.
Proqramda:
Beynəlxalq Mühasibat Uçotu Standartları Şurası (IASB) və tənzimləyici çərçivədə Maliyyə vəziyyəti, mənfəət-zərər, məcmu gəlir haqqında hesabatların və kapitaldakı dəyişikliklər haqqında hesabatın tərtib edilməsi;
Mühasibat uçotu siyasəti, mühasibat hesablamalarındakı dəyişikliklər; Maraqlı tərəflərin açıqlamaları;
Kiçik və orta müəssisələr üçün (KOBİ) hesabatlar;
Konsolidasiya edilmiş xarici hesabatların hazırlanması;
Törəmə şirkətlərin səhmlərinin tam özgəninkiləşdirilməsi əhatə olunur.
- Beynəlxalq səlahiyyət mənbələri
- Maliyyə hesabatlarının elementləri
- Maliyyə hesabatlarının təqdim edilməsi və açıqlamalar
- Asılı müəssisələr, birgə müəssisələr üçün və konsalidə edilmiş maliyyə hesabatlarının hazırlanması
Strategic Business Leader (SBL)
ACCA peşəkar kvalifikasiyasının Essentials Modulunun bir hissəsidir. “Strategic Business Leader – SBL” bir növ iş yerini əks etdirir, texniki, praktiki və peşəkar bacarıqları nümayiş etdirməyə imkan verən real keyslər ilə təmin edir.
- Liderlik
- İdarəetmə
- Strategiya
- Risk
- Texnologiya və məlumat analizi
- Təşkilati nəzarət və audit
- Planlaşdırma və qərar qəbul etmədə maliyyə
- Müvəffəqiyyətin təmini və dəyişikliklərin idarə olunması
- Professional Bacarıqlar
- Digər iş qabiliyyəti və rəqəmsal bacarıqlar
Advanced Financial Management (AFM)
ACCA peşəkar kvalifikasiyasının Options Modulunun bir hissəsidir. “Advanced Financial Management – AFM” proqramında Şəxsi və ictimai sektorlarda hər hansı bir təşkilatın maliyyə idarəçiliyi ilə əlaqədar qərarlar qəbul edərkən və ya tövsiyyə edərkən, yüksək səviyyəli maliyyə rəhbərindən və ya məsləhətçisindən gözlənildiyi kimi müvafiq bilik, bacarıq və peşə mühakiməsi tətbiq edəcəksiniz.
- Çoxmillətli təşkilatda baş maliyyə məsləhətçisinin rolu
- Təkmilləşmiş investisiya qiymətləndirilməsi
- Satınalmalar və birləşmələr
- Şirkətin yenidən qurulması və yenidən təşkili
- Xəzinədarlıq və qabaqcıl risk idarəetmə üsulları
- Məşğulluq və texnologiya bacarıqları
Advanced Performance Management (APM)
ACCA peşəkar kvalifikasiyasının Options Modulunun bir hissəsidir. “Advanced Performance Management – APM” Müxtəlif iş kontekstlərində strateji idarəetmə mühasibatlıq texnikasının seçilməsi və tətbiqi ilə əlaqədar bilik, bacarıq və təcrübənizi tətbiq edəcək və təşkilatın fəaliyyətinin və strateji inkişafının qiymətləndirilməsinə töhfə verəcəksiniz.
- Strateji planlaşdırma və nəzarət
- Risk və qeyri-müəyyənliyin təşkilat fəaliyyətinə təsiri
- Performans idarəetmə məlumat sistemləri və texnologiyadakı inkişaflar
- Strateji performans ölçmə
- Performansın qiymətləndirilməsi və korporativ uğursuzluq
- Məşğulluq və texnologiya bacarıqları
Advanced Taxation (ATX)
ACCA peşəkar kvalifikasiyasının Options Modulunun bir hissəsidir. “Advanced Taxation (ATX)” proqramında: Əsas vergilərin maliyyə qərarlarına və vəziyyətlərə təsiri ilə əlaqədar fərdlərə və müəssisələrə müvafiq məlumat və məsləhətlər verərkən müvafiq bilik və bacarıqları tətbiq edəcək və peşəkar mühakimə həyata keçirəcəksiniz.
- Daha əvvəl öyrənilmiş vergi və ştamp rüsumları ilə bağlı təkmilləşmiş məsələləri öyrənməklə İngiltərə vergi sistemi haqqında məlumat və anlayış
- Vergilərin qarşılıqlı təsirləri də daxil olmaqla müxtəlif vəziyyətlərə və hərəkət formalarına təsiri
- Standart vergi planlaşdırma tədbirlərindən istifadə etməklə vergi öhdəliklərinin minimuma endirilməsi və ya təxirə salınması
- Müştərilər, HM(Her Majesty’s) Gəlir və Gömrük və digər mütəxəssislərlə əlaqə qurmaq
Advanced Audit and Assurance (AAA)
ACCA peşəkar kvalifikasiyasının Options Modulunun bir hissəsidir. “Advanced Audit and Assurance – AAA” proqramında Peşəkar və etik çərçivədə zəmanət və ya digər xidmət müqaviləsi üzərində səmərəli işləmək bacarığınızı inkişaf etdirməklə yanaşı, keyfiyyətə nəzarət siyasəti, prosedurların qiymətləndirməsi, peşəkar randevuların qəbul edilməsi və saxlanılması ilə bağlı auditorun mövqeyini, audit tapşırıqlarının məqsədlərinə çatmaq və Beynəlxalq Audit Standartlarını tətbiq etmək üçün lazım olan işləri müəyyənləşdirməyi və formalaşdırmağı öyrənəcəksiniz.
- Tənzimləyici mühit
- Peşəkar və Etik Məsələlər
- Keyfiyyətə Nəzarət və Təcrübə İdarəçiliyi
- Öncəki maliyyə məlumatlarının auditinin planlaşdırılması və aparılması
- Tamamlama, araşdırma və hesabat
- Digər tapşırıqlar
- Cari Məsələlər və İnkişaflar
- Məşğulluq və texnologiya bacarıqları
ACCA nədir?
ACCA – “Chartered Certified Accountants Association” aparıcı beynəlxalq mühasibat orqanıdır. ACCA kvalifikasiyası müxtəlif ölkələrdə tanınır və yerli kvalifikasiyalarla bərabər səviyyədədir.
ACCA ixtisası işçilərə işin bütün aspektlərində bacarıqlarınız olduğunu sübut edir. 170 ölkədə 500.000 -dən çox üzv və tələbə ilə dünyanın ən böyük və ən sürətlə inkişaf edən kvalifikasiyadır. ACCA – “Sertifikatlı Mühasiblər Birliyi”, biznes sahəsində çox hörmətli və dəyərli beynəlxalq keyfiyyətlər verən qlobal bir professional orqandır. Avropa Birliyi və Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlər tərəfindən tanınır.
İxtisası necə əldə etmək olar? İngilis dilində maksimum 13 imtahan verməlisiniz və işlədiyiniz hər hansı bir iş sektorunda əldə edə biləcəyiniz praktiki təcrübəyə sahib olmalısınız.Hər sessiyada 4 imtahan verə bilərsiniz və bunu etmək üçün 10 iliniz var! Normalda uyğunlaşmaq üçün 2 və ya 3 il çəkir. Peşəkar ixtisas, maliyyə hesabatları, idarəetmə mühasibatlığı, iş vergisi və hüquqdan auditə və iş etikasına qədər bütün iş sahələrini əhatə edir! Bir çox çoxmillətli və yerli firmalar işçilərinin bu nüfuzlu ixtisas üçün təhsil almasını istəyir və ya tələb edir.
ACCA imtahanları
1-ci hissə Fundamental
- F1 Accountant in Business – Mühasib və Biznes
- F2 Management Accounting – İdarəetmə uçotu
- F3 Financial Accounting – Maliyyə uçotu
- F4 Corporate and Business Law – Korporativ hüquq
- F5 Performance Management – Səmərəliliyin idarə edilməsi
- F6 Taxation – Vergilər
- F7 Financial Reporting – Maliyyə hesabatları
- F8 Audit and Assurance – Audit və onu müşayiət edən xidmətlər
- F9 Financial Management – Maliyyə menecmenti
Fundamentals mərhələsi iki modula ayrılır: Knowledge və Skills. Knowledge modulu (F1-F3) maliyyə və idarəetmənin əsasları haqqında məlumatdır. Skills modulu (F4-F9) isə əsas texniki sahələri tam əhatə edən 6 fənni ehtiva edir. Bu fənnlər hüquqşünaslıq, səmərəliliyin idarə edilməsi, vergi qoyma, maliyyə hesabatlarının təqdim edilməsi, audit və maliyyə idarəetməsi daxildir.
2-ci hissə Professional
- P1 Professional Accountant – Professional Mühasib
- P2 Corporate Reporting – Korporativ Hesabatlar
- P3 Business Analysis – Biznesin Təhlili
- P4 Advanced Financial Management – Maliyyə Menecmenti
- P5 Advanced Performance Management – Səmərəliliyin idarə edilməsi
- P6 Advanced Taxation – Vergilər
- P7 Advanced Audit and Assurance Audit və onu müşayiət edən xidmətlər
Professional mərhələsi də həmçinin Fundamentals kimi iki modula ayrılır. Essentials (əsas fənnlər) (P1-P3) və Options (əlavə ixtisas fənnləri) (P4-P7). Hər iki modulun intellektual səviyyəsi magistr tələbəsinin səviyyəsinə uyğun hazırlanmışdır.
ACCA imtahanlarına hazırlaşmaq üçün siz ya ACCA tərəfindən rəsmi akkreditasiya olunmuş təlim mərkəzlərində təhsil ala, ya self-study adlandırdığımız metoddan istifadə edərək özünüz hazırlaşa, ya da distance-learning deyilən online təlim proqramlarına qeydiyyatdan keçməklə hazırlaşa bilərsiniz.
ACCA imtahanında iştirak etmək üçün qeydiyyat linki
ACCA kvalifikasiyasının üstünlükləri:
Sertifikatlı mühasib olmağınıza, ACCA təyin məktublarını istifadə etməyinizə və hər hansı bir işdə maliyyə və ya idarəetmənin hər hansı bir aspektində işləməyinizə imkan verir, işin bütün sahələrində daha yaxşı məşğulluq perspektivləri aşılayır, daha yüksək rəhbər vəzifələrə keçmək üçün lazım olan bacarıqlara sahib olduğunuzu işçiyə təmin edir.
Müəllif: Kənan Hüseynzadə / Rüfət İsmayılov
- İngilis dilinini öyrənmək üçün 7 Pulsuz Mobil Proqram
- IELTS-ə hazırlaşanlar üçün dəyərli məsləhətlər
- Rus dili öyrənməyin 6 qısa yolu
- Sözləri şəkillər vasitəsilə öyrənin
- Düzgün Tələffüz qaydalarını öyrənmək üçün ən effektiv 3 say
- İngilis dilində mətnlər
- Rus dili öyrənənlər üçün 3 Youtube kanalı
- Britaniya ilə Amerikan ingiliscəsi arasındakı fərqlər
- İngiliscə lüğəti genişləndirmək
- İngiliscə danışığı öyrənməyin 10 yolu
- İngiliscə qrammatik səhvləri düzəltməyin 5 yolu
- İngiliscə tələffüz və səlisliyi artırmağın 5 yolu
- IELTS 7+ almaq üçün nələr etmək lazımdır?
- İngilis dilində sözləri yadda saxlamağın 9 üsulu
- Rus dilini öyrənmək üçün sözlər və ifadələr
- İngilis dilini niyə öyrənə bilmirik?
- Rus dilində frazeoloji birləşmələr
- İngilis dilini öyrənərkən qarşımıza çıxa biləcək çətinliklər
- 5 ADDIMDA İNGİLİSCƏ DANIŞ
- TOEFL nədir?
- GMAT və GRE nədir?
- Liderlik haqqında sitatlar (RUS-AZE)
- SAT nədir?
- İngilis dilində dinləmə inkişaf etdirmək üçün yollar
- İngilis dilini evdə öyrən
- Rus Dili Oyrenmek üçün 5 Effektiv yol
- 3 ƏN EFFEKTİV LÜĞƏT ÖYRƏNMƏ METODU
- İngilis dilində ən çox işlənən 10 feil! Öyrən və daha sürətli danış!
- İNGİLİS DİLİNDƏ NECƏ ESSE YAZMALI?
- CV hazırlamaq
- İş tapmaq üçün Xarici dil nə qədər vacibdir?
- HR Nədir?
- İmtahana hazırlaşmağın 4 effektiv yolu
- HR olmaq istəyən gənclərin izləməsi vacib olan 4 film
- Tələbə Krediti
- IELTS nədir və nə üçün lazımdır?
- İngilis dilində necə Esse yazmaq lazımdır?
- Ən Yaxşı Təqaüd Veb saytları
- Yerli Təqaüd Proqramları
- Yös nədir?
- İngilis Dili Səviyyələri
- Rus Dilində Mətnlər
- İngilis dilinin tarixi
F2 acca idarəetmə uçotu
İqtisadi inkişafın tələblərinə və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ında nəzərdə tutulan keyfiyyət göstəricilərinin Avropa təhsil sistemlərinin standartlarına uyğunlaşdırılması istiqamətində UNEC-də ciddi işlər görülür.
FED.az xəbər verir ki, bunlardan biri ilk dəfə olaraq 12 iyul 2017-ci il tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Biznes Məktəbinin MBA proqramının “Mühasibat uçotu” və Beynəlxalq İqtisadiyyat Məktəbinin muhasibat uçotu və audit ixtisaslarnın Beynəlxalq Mühasiblər Assosiasiyasının (IFAC) üzvü olan ACCA-nın (Diplomlu və Sertifikatlı Mühasiblər Assosiasiyası) akkreditasiyasını əldə etməsidir.
Akkreditasiya 01 yanvar 2018-ci il tarixindən 31 dekabr 2022-ci il tarixinədək 5 ili əhatə edir. Bu müddətdə magistratura və bakalavr pilləsində UNEC Biznes Məktəbinin MBA Proqramının “Mühasibat uçotu” ixtisası ACCA təşkilatında mühasibat və audit üzrə peşəkar səviyyəli akkreditasiya edilib. Bu o deməkdir ki, UNEC Biznes Məktəbinin MBA proqramının “Mühasibat uçotu” ixtisaslaşmasını 2017-2018-ci tədris ilindən etibarən bitirən magistrantlar ACCA akkreditasiyasının fundamental hissəsinin aşağıda qeyd edilmiş bütün fənlərindən azad olunurlar:
F1 –Biznesdə mühasib;
F2 – İdarəetmə uçotu;
F3 – Maliyyə uçotu;
F4 – Biznes hüququ;
F5 – Performansın idarəedilməsi;
F6 – Vergitutma;
F7 – Maliyyə hesabatı;
F8 – Audit;
F9 – Maliyyə menecmenti.
“Mühasibat uçotu” ixtisaslaşmasından başqa MBA proqramının digər ixtisaslaşmaları isə ACCA təşkilatının F1-F4 imtahanlarından azad olunur.
UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin muhasibat uçotu ixtisasının məzunları isə aşağıdakı ACCA sertifikatları ilə təltif oluna bilərlər.
- Accountant in Business (AB) (Biznes muhasibatlığı)
- Management Accounting (MA) (İdarəetmə uçotu)
- Financial Accounting (FA) (Maliyyə uçotu)
- Corporate and Business Law (LW) (Korporativ və biznes hüququ)
- Audit and Assurance (AA) (Audit)
- Financial Management (FM) (Maliyyə menecmenti)
- Performance Management (PM) (Performansın idarə edilməsi)
Qeyd edək ki, ACCA akkreditasiyasının fundamental hissəsinin fənlərindən azad olmaq və bu kvalifikasiyanı əldə etmək üçün əmək bazarında fəaliyyət göstərən beynəlxalq institutlarda və peşəkar təlim mərkəzlərində ən azı 2 il vaxt və kifayət qədər investisiya tələb edilir. UNEC, məzunlarını məhz bunlardan azad edib. Universitetin Biznes Məktəbinin MBA proqramı və Beynəlxalq İqtisadiyyat Məktəbi ACCA akkreditasiyasını əldə etməklə öz magistrant və tələbələrinin əminliklə karyera qurmasına şərait yaradır. UNEC-in sözügedən məzunlarını fərqləndirən ən əsas xüsusiyyət ondan ibarətdir ki, əmək bazarında uğurlu fəaliyyət göstərən rəqabət qabiliyyətli yerli və transmilli şirkətlər, maliyyə institutları, müstəqil audit firmaları və konsaltinq xidməti göstərən şirkətlər onlara qeyd-şərtsiz üstünlük verir. Çünki ACCA sertifikatı peşəkar dəyərlərə, iş etikasına və idarəetməyə xüsusi önəm verən beynəlxalq səviyyəli kvalifikasiya statusuna malikdir.
Sözügedən ixtisaslar üzrə UNEC-in 2018 və 2019-cu illlər məzunları artıq ACCA təşkilatının www.accaglobal.com internet ünvanına daxil olaraq sertifikat üçün müraciət edə bilərlər. Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) növbəti illərdə bitirəcək şəxslərə də bu aiddir.
Xatırladaq ki, ACCA kvalifikasiyası İngiltərədə yaradılıb. Bu, maliyyə, uçot və audit sahələri üzrə beynəlxalq əmək bazarının tələblərini özündə əks etdirən, peşəkar bilikləri, bacarıq və yenilikləri, o cümlədən işgüzar dəyər formalaşdıran peşəkar kvalifikasiya hesab olunur.
Comments are closed, but trackbacks and pingbacks are open.