Press "Enter" to skip to content

Xanım Fatimeyi Zəhranın şəhadəti (Audio)

O, var qüvvəsi ilə çalışırdı ki, xilafət binasının təməli çürümüş ağacların vasitəsilə qoyulmasın, amma ümidini artıq öz son cəhdlərindən də kəsmişdi. Artıq yaşaya bilmirdi Zəhra. Gün keçdikcə yaradanına qovuşmaq üçün səbirsizləşirdi. Nəhayət Hicri 11-ci ilin Cəmadiüs- sani ayının üçüncü bazar ertəsi günü, atasının öldüyü ildə, uşaqlarını öpüb onlarla vidalaşdı, daha doğrusu vidalaşdırdılar. Qoy bütün nəsillər bilsin ki, Peyğəmbərimizin qızı xanım Zəhra öz əcəli ilə ölməmişdir. Onun və nəinki onun, hətta boynundakı hələ dünyaya gəlməmiş Möhsününü belə xəyanətkar zalımlar şəhid etmişlər. Çünki xanım Zəhra öz atası və ərinin qəsb olunmuş haqqını müdafiə etdiyi üçün o xəyanətkarlar tərəfindən amansızcasına qətlə yetirilmişdi. Bəli, o gecə Zəhra bütün ailəsi ilə vidalaşdı.

Fatimeyi zəhranın şəhadəti

Salam aleykum baci ve ardaslar,men bu sayta teze qeydiyata kecdim,bu saytda qeydiyata kecmayimin sebebi budur ki,men heyat yoldasimi hicab ortmayi ona razi sala bilmiram,her sey eladim,neler danismadim,cennet , cehennemnen ,qiyamet gununen amma xeyri olmadi,artiq bacara bilmiram,belkem komay edasiniz.Allah sizden razi olsun.

manda sigar iki cahan yox manda sigarikan cahan .bu dogrudur.
wukurlar olsun gadir va uca ALLAHA

Allah razi olsun.Menim bir sualim var.Cavab yazsaz co sevinerem.Bele bir hedis var ki.Qelb qirmagin gunahi 70 defe Kebeni yixmaq gunahindan daha boyukdur.Bu hedisi deye bilersiz?kimin hedisidir ve ne derecede dogrudir[size=10][color=red] ;

–> –>Bizim sorğumuz –>
–> –>Saytın statistikası –>

–>Sherhler: 1635
Resmlerimiz: 1379
Müxtəlif mövzular: 601
Xeber sayi: 2668
İslamda nələr var?: 2987
Qur’ani-Kerim: 115
Qonaqlarimiz: 92
–>

–> –>Aktiv şərh yazanlar –>
–> –>Lazımlı saytlar –>
–> –> –>Son qeydiyyatçılar –>
–> –> –>Aktiv şərhçilər –>
–> –>Statistika –>
Ümumi miqdar : 1
Qonaqlar: 1
Istifadeciler 0
–>

[2009-06-27] [Qur’ani-Kerim]
1. Həmd surəsi (3)
[2009-06-27] [Qur’ani-Kerim]
2.əl-Bəqərə (İnək) surəsi (5)
[2009-06-27] [Qur’ani-Kerim]
2.əl-Bəqərə (İnək) surəsi (1)
[2009-06-27] [Qur’ani-Kerim]
3. Ali-İmran surəsi (0)
[2009-06-27] [Qur’ani-Kerim]
4. Nisa surəsi (0)
[2009-06-02] [Qur’ani-Kerim]
5. Maidə surəsi (5)
[2009-06-02] [Qur’ani-Kerim]
6. Ənam surəsi (0)
[2009-06-02] [Qur’ani-Kerim]
7. Əraf surəsi (0)
[2009-06-02] [Qur’ani-Kerim]
8. Ənfal surəsi (0)
[2009-06-02] [Qur’ani-Kerim]
9. Tovbə surəsi (0)
[2009-06-02] [Qur’ani-Kerim]
10. Yunus surəsi (0)
[2009-06-02] [Qur’ani-Kerim]
11. Hud surəsi (0)
[2009-06-02] [Qur’ani-Kerim]
12. Yusuf surəsi (0)
[2009-06-02] [Qur’ani-Kerim]
13. Rəd surəsi (1)
[2009-06-02] [Qur’ani-Kerim]
14. İbrahim surəsi (0)
[2009-06-01] [Qur’ani-Kerim]
15. Hicr surəsi (0)
[2009-06-01] [Qur’ani-Kerim]
16. Nəhl surəsi (0)
[2009-06-01] [Qur’ani-Kerim]
17. İsra surəsi (0)
[2009-06-01] [Qur’ani-Kerim]
18. Kəhf surəsi (0)
[2009-06-01] [Qur’ani-Kerim]
19. Məryəm surəsi (0)
[2009-06-01] [Qur’ani-Kerim]
20. Ta-Ha surəsi (0)
[2009-06-01] [Qur’ani-Kerim]
21. Ənbiya surəsi (0)
[2009-06-01] [Qur’ani-Kerim]
22. Həcc surəsi (0)
[2009-06-01] [Qur’ani-Kerim]
23. Muminun surəsi (0)
[2009-06-01] [Qur’ani-Kerim]
24. Nur surəsi (0)
[2009-06-01] [Qur’ani-Kerim]
25. Furqan surəsi (1)
[2009-06-01] [Qur’ani-Kerim]
26. Şuəra surəsi (0)
[2009-05-31] [Qur’ani-Kerim]
27. Nəml surəsi (0)
[2009-05-31] [Qur’ani-Kerim]
28. Qəsəs surəsi (0)
[2009-05-31] [Qur’ani-Kerim]
29. Ənkəbut surəsi (0)
[2009-05-31] [Qur’ani-Kerim]
30. Rum surəsi (1)
[2009-05-31] [Qur’ani-Kerim]
31. Loğman surəsi (0)
[2009-05-31] [Qur’ani-Kerim]
32. Səcdə surəsi (0)
[2009-05-31] [Qur’ani-Kerim]
33. Əhzab surəsi (0)
[2009-05-31] [Qur’ani-Kerim]
34. Səbə surəsi (0)
[2009-05-31] [Qur’ani-Kerim]
35. Fatir surəsi (0)
[2009-05-31] [Qur’ani-Kerim]
36. Yasin surəsi (0)
[2009-05-31] [Qur’ani-Kerim]
37. Saffat surəsi (0)
[2009-05-31] [Qur’ani-Kerim]
38. Sad surəsi (0)
[2009-05-31] [Qur’ani-Kerim]
39. Zumər surəsi (0)
[2009-05-31] [Qur’ani-Kerim]
40. Ğafir (Mumin) surəsi (0)
[2009-05-31] [Qur’ani-Kerim]
41. Fussilət surəsi (1)
[2009-05-31] [Qur’ani-Kerim]
42. Şura surəsi (2)
[2009-05-31] [Qur’ani-Kerim]
43. Zuxruf surəsi (0)
[2009-05-31] [Qur’ani-Kerim]
44. Duxan surəsi (1)
[2009-05-31] [Qur’ani-Kerim]
45. Casiyə surəsi (0)
[2009-05-31] [Qur’ani-Kerim]
46. Əhqaf surəsi (0)
[2009-05-31] [Qur’ani-Kerim]
47. Muhəmməd surəsi (0)
[2009-05-31] [Qur’ani-Kerim]
48. Fəth surəsi (0)
[2009-05-31] [Qur’ani-Kerim]
49. Hucurat surəsi (0)
[2009-05-30] [Qur’ani-Kerim]
50. Qaf surəsi (0)
[2009-05-30] [Qur’ani-Kerim]
51. Zariyat surəsi (0)
[2009-05-30] [Qur’ani-Kerim]
52. Tur surəsi (0)
[2009-05-30] [Qur’ani-Kerim]
53. Nəcm surəsi (0)
[2009-05-30] [Qur’ani-Kerim]
54. Qəmər surəsi (0)
[2009-05-30] [Qur’ani-Kerim]
55. Rəhman surəsi (0)
[2009-05-30] [Qur’ani-Kerim]
56. Vaqiə surəsi (0)
[2009-05-30] [Qur’ani-Kerim]
57. Hədid surəsi (1)
[2009-05-30] [Qur’ani-Kerim]
58. Mücadilə surəsi (0)
[2009-05-30] [Qur’ani-Kerim]
59. Həşr surəsi (1)
[2009-05-24] [Qur’ani-Kerim]
60. Mumtəhənə surəsi (0)
[2009-05-24] [Qur’ani-Kerim]
61. Səff surəsi (0)
[2009-05-24] [Qur’ani-Kerim]
62. Cümə surəsi (0)
[2009-05-24] [Qur’ani-Kerim]
63. Munafiqun surəsi (0)
[2009-05-24] [Qur’ani-Kerim]
64. Təğabun surəsi (0)
[2009-05-24] [Qur’ani-Kerim]
65. Təlaq surəsi (0)
[2009-05-24] [Qur’ani-Kerim]
66. Təhrim surəsi (1)
[2009-05-24] [Qur’ani-Kerim]
67. Mulk surəsi (0)
[2009-05-24] [Qur’ani-Kerim]
68. Qələm surəsi (0)
[2009-05-24] [Qur’ani-Kerim]
69. Haqqə surəsi (0)
[2009-05-22] [Qur’ani-Kerim]
70. Məaric surəsi (0)
[2009-05-22] [Qur’ani-Kerim]
71. Nuh surəsi (0)
[2009-05-22] [Qur’ani-Kerim]
72. Cinn surəsi (0)
[2009-05-22] [Qur’ani-Kerim]
73. Muzzəmmil surəsi (0)
[2009-05-22] [Qur’ani-Kerim]
74. Muddəssir surəsi (0)
[2009-05-22] [Qur’ani-Kerim]
75. Qiyamət surəsi (1)
[2009-05-22] [Qur’ani-Kerim]
76. İnsan surəsi (0)
[2009-05-22] [Qur’ani-Kerim]
77. Mursəlat surəsi (0)
[2009-05-22] [Qur’ani-Kerim]
78. Nəbə surəsi (0)
[2009-05-22] [Qur’ani-Kerim]
79. Naziat surəsi (0)
[2009-05-22] [Qur’ani-Kerim]
80. Əbəsə surəsi (0)
[2009-05-22] [Qur’ani-Kerim]
81. Təkvir surəsi (0)
[2009-05-22] [Qur’ani-Kerim]
82. İnfitar surəsi (0)
[2009-05-22] [Qur’ani-Kerim]
83. Mutəffifin surəsi (0)
[2009-05-22] [Qur’ani-Kerim]
84. İnşiqaq surəsi (0)
[2009-05-22] [Qur’ani-Kerim]
85. Buruc surəsi (0)
[2009-05-22] [Qur’ani-Kerim]
86. Tariq surəsi (0)
[2009-05-22] [Qur’ani-Kerim]
87. Əla surəsi (0)
[2009-05-22] [Qur’ani-Kerim]
88. Ğaşiyə surəsi (0)
[2009-05-22] [Qur’ani-Kerim]
89. Fəcr surəsi (1)
[2009-05-22] [Qur’ani-Kerim]
90. Bələd surəsi (1)
[2009-05-22] [Qur’ani-Kerim]
91. Şəms surəsi (0)
[2009-05-22] [Qur’ani-Kerim]
92. Ləyl surəsi (0)
[2009-05-22] [Qur’ani-Kerim]
93. Zuha surəsi (2)
[2009-05-22] [Qur’ani-Kerim]
94. Şərh surəsi (0)
[2009-05-22] [Qur’ani-Kerim]
95. Tin surəsi (1)
[2009-05-22] [Qur’ani-Kerim]
96. Ələq surəsi (0)
[2009-05-22] [Qur’ani-Kerim]
97. Qədr surəsi (0)
[2009-05-22] [Qur’ani-Kerim]
98. Bəyyinə surəsi (0)
[2009-05-22] [Qur’ani-Kerim]
99. Zəlzələ surəsi (0)
[2009-05-22] [Qur’ani-Kerim]
100. Adiyat surəsi (0)
[2009-05-22] [Qur’ani-Kerim]
101. Qariə surəsi (0)
[2009-05-22] [Qur’ani-Kerim]
102. Təkasur surəsi (0)
[2009-05-22] [Qur’ani-Kerim]
103. Əsr surəsi (1)
[2009-05-22] [Qur’ani-Kerim]
104. Huməzə surəsi (0)
[2009-05-22] [Qur’ani-Kerim]
105. Fil surəsi (0)
[2009-05-22] [Qur’ani-Kerim]
106. Qureyş surəsi (0)
[2009-05-22] [Qur’ani-Kerim]
107. Maun surəsi (0)
[2009-05-22] [Qur’ani-Kerim]
108. Kovsər surəsi (0)
[2009-05-22] [Qur’ani-Kerim]
109. Kafirun surəsi (0)
[2009-05-22] [Qur’ani-Kerim]
110. Nəsr surəsi (1)
[2009-05-22] [Qur’ani-Kerim]
111. Məsəd surəsi (0)
[2009-05-21] [Qur’ani-Kerim]
112. İxlas surəsi (0)
[2009-05-21] [Qur’ani-Kerim]
113. Fələq surəsi (0)
[2009-05-21] [Qur’ani-Kerim]
114. Nas surəsi (2)

–>
Fatimeyi Zəhranın şəhadəti

Fatimeyi Zəhranın şəhadəti

Bu günlər həzrət Fatimeye Zəhranın şəhadət günləridir. Həzrət Fatimə atasının rehlətindən sonra çox az yaşadı, bəzi rəvayətlərdə Peyğəmbərimizdən 45 gün sonra, bəzi rəvayətlərdə 75, bəzilərində isə 95 gün sonra Axirət dünyasına köç etdiyi göstərilir. Yaşadığı bu müddət ərzində dövrün İmamı Əli həzrətlərinin (Ona salam olsun!) qanuni haqqını – İmam kimi xalqın başına keçməsini müdafiə etməyə çalışdı. Bunun üçün əlindən gələni əsirgəmədi.

Nəhayət, Həzrət Fatimə (Allahın salamı olsun Ona!) artıq hər bir şeyi əldən verdiyini və Əli (Ona salam olsun!) üçün bir iş görə bilmədiyini dərk etmişdi.

O, var qüvvəsi ilə çalışırdı ki, xilafət binasının təməli çürümüş ağacların vasitəsilə qoyulmasın, amma ümidini artıq öz son cəhdlərindən də kəsmişdi. Artıq yaşaya bilmirdi Zəhra. Gün keçdikcə yaradanına qovuşmaq üçün səbirsizləşirdi. Nəhayət Hicri 11-ci ilin Cəmadiüs- sani ayının üçüncü bazar ertəsi günü, atasının öldüyü ildə, uşaqlarını öpüb onlarla vidalaşdı, daha doğrusu vidalaşdırdılar. Qoy bütün nəsillər bilsin ki, Peyğəmbərimizin qızı xanım Zəhra öz əcəli ilə ölməmişdir. Onun və nəinki onun, hətta boynundakı hələ dünyaya gəlməmiş Möhsününü belə xəyanətkar zalımlar şəhid etmişlər. Çünki xanım Zəhra öz atası və ərinin qəsb olunmuş haqqını müdafiə etdiyi üçün o xəyanətkarlar tərəfindən amansızcasına qətlə yetirilmişdi. Bəli, o gecə Zəhra bütün ailəsi ilə vidalaşdı.

Yeddi yaşında olan Həsən (Ona salam olsun!) ilə;

Altı yaşında olan Hüseyn (Ona salam olsun!) ilə;

Beş yaşındakı Zeynəb (Ona salam olsun!) ilə;

Üç yaşında olan Ümmü Gülsüm ilə;

Axırda isə Əli (Ona salam olsun!) ilə vidalaşdı. Nə çətin idi o vida anları! Fatimə (Allahın salamı olsun Ona!) qüsl etmək üçün su istədi. Allahı ilə görüşə getdiyi üçün təzə paltar geydi. Sonra isə üzü qibləyə tərəf uzandı və gözləməyə başladı. Bir az sonra gözlərini yumub dünyadan köçməsi ilə Əlinin evində yanan bir şam artıq sönmüşdü.

Əli (Ona salam olsun!) Fatimənin vəsiyyətinə əməl edərək ona özü qüsl verdi, kəfənləyib dəfn etdi.

Amma qəbrinin yeri gizli qalmalı və heç kimin xəbəri olmamalı idi.

O gündən indiyə qədər və gələcəkdə də davam edəcək bir mübarizədir bu hadisə.

Siyasətçilər oraya gəlib namaz qılmalı idilər. Həzrət Fatimə (Allahın salamı olsun Ona!) gələcək nəsillərə bunu demək istəyirdi ki, mənə zülm olundu, ürəyim qəmlə doludur və mən intiqam gününü gözləyirəm.

Artıq Əli (Ona salam olsun!) yalqızdır. Tənha özü qalıb, bir də uşaqları.

Həzrət Zəhranın qəbrinin yanında oturub Peyğəmbərin (Allahın salamı olsun Ona və pak əhli beytinə!) qəbrinə xitabən dedi: «Ey Allahın Peyğəmbəri! Mənə tapşırdığın əmanəti sənə qaytarıram. Başıma gələn bütün əhvalatları qızın sənin üçün olduğu kimi danışacaqdır. Bütün suallarını ondan soruş. O, hamısını sənə deyəcək.

Bu dünyadan dərin qəmlərə qərq olmuş yaralı ürəklə köçən Həzrət Zəhranı sevənlərə təsliyyət ərz edirik!

Xanım Fatimeyi Zəhranın şəhadəti + (Audio)


Həzrət Mühəmməd Peyğəmbərin (s) vəfatından sonra dünyasını dəyişmiş ilk Əhli-beyt üzvü də Fatimədir (ə). Rəvayətə görə, Peyğəmbər ölüm yatağında ikən Fatimənin (ə) üzüntüsünü görüncə, bu barədə Ona müjdə vermiş və tezliklə o biri dünyada görüşəcəklərini söyləmişdi. Atasının vəfatından sonra bu itkiyə dözə bilməyən Fatimə (ə) Həzrət Əlinin (ə) tikdiyi beytül-əhzan (hüzn, kədər evi) adlı otaqda vaxtını ağlamaqla keçirirdi. Şiə rəvayətlərinə görə, Peyğəmbərin vəsiyyətinə rəğmən Həzrət Əlinin (ə) hakmiyyətdən uzaqlaşdırılması, Peyğəmbər tərəfindən Əhli-beytə hədiyyə olaraq verilmiş Fədək bağının birinci xəlifə Əbu Bəkrin göstərişi ilə Əhli-beytdən alınması, eləcə də, Həzrət Fatimənin (ə) özünə qarşı edilmiş fiziki və mənəvi təzyiqlər Onun səhhətini pozmuşdu (məlumat üçün bax: Şeyx Abbas Qummi. Beytül-əhzan). Fatimeyi-Zəhra (ə) Həzrət Mühəmməd Peyğəmbərin (s) vəfatından 75 və ya 95 gün sonra – h. 11-ci il cəmadiyül-əvvəl ayının 13-də və ya eyni ilin cəmadiyüs-sani ayının 3-də (m. 632-ci il) Mədinədə dünyasını dəyişdi. Öz vəsiyytinə əsasən, dəfnində narazı olduğu insanların iştirak etməməsi üçün Həzrət Əlinin (ə) başçılığı altında məhdud saylı şəxslərin müşayiəti ilə gecəyarı naməlum yerdə torpağa tapşırılmışdır. Məzarının harada olması bu gün də mübahisəlidir. Bəziləri Onun Məsci¬dün-nəbəvidə, bəziləri isə Bəqi qəbristanlığında dəfn olunduğunu iddia edirlər.

Bu hüznlü gün münasibəti ilə başda İmam Zaman (ə.f) həzrətlərinə və bütün müsəlman dünyasına baş sağlığı verir və Allahdan hər birimizə Məsumlarımızın (əleyhimus səlam) həyat yolunu səbrlə davam etdirməyi arzu edirik.

Xanım Fatimeyi Zəhra (s.ə) həyatı-1
Xanım Fatimeyi Zəhra (s.ə) həyatı-2

Saytda olan məlumatlardan istifadə zamanı “Ya-Əli” saytına istinad zəruridi! Əkis halda halallıq verilmir.

Xanım Fatimeyi-Zəhranın (s.ə) şəhadət günüdür

Bu gün dünya və axirət xanımlarının Seyyidəsi, Peyğəmbərin (s) ciyərinin parçası, İmam Əlinin (ə) xanımı, İmamlar (ə) anası və bütün bəşəriyyətə nümunə olaraq yaradılmış Xanım Fatimeyi-Zəhranın (s.ə) şəhadət günüdür.

Bu gün dünya və axirət xanımlarının Seyyidəsi, Peyğəmbərin (s) ciyərinin parçası, İmam Əlinin (ə) xanımı, İmamlar (ə) anası və bütün bəşəriyyətə nümunə olaraq yaradılmış Xanım Fatimeyi-Zəhranın (s.ə) şəhadət günüdür.

İslamazeri.com: Xanım Zəhranın (s.ə) şəhadəti ilə bağlı müxtəlif rəvayətlər var. Amma alimlər tərəfindən iki rəvayət mötəbər hesab edilir. Birincisi İslam Peyğəmbərinin (s) dünyadan köçməsindən, yəni hicri 11-ci ilin səfər ayının 28-dən 75 gün sonra, yəni cəmadiul-əvvəlin 13-cü günüdür. Bu günlərə “Fatiməyi-əvvəl” deyilir. İkinci rəvayətə görə isə İslam Peyğəmbərinin (s) dünyadan keçməsindən 95 gün sonra, yəni cəmadius-saninin 3-cü günüdür.

Həzrət Məhəmməd ibni Abdullahın (s) Allah tərəfindən peyğəmbərliyə seçilməsindən 5 il sonra həzrəti Fatimə (ə) dünyaya göz açıb. Həzrəti Fatimə Peyğəmbərdən (s) sonra yaşayan yeganə övladıdır. Belə ki, həzrət Məhəmməd peyğəmbərin (s) iki xanımdan 7 övladı olmasına baxmayaraq, həzrəti Fatimə istisna olmaqla onların hamısı peyğəmbərdən əvvəl vəfat ediblər. Peyğəmbər nəslinin davam etdirilməsi isə həzrəti Fatimənin (s.ə) övladları vasitəsilə baş tutub.

Qurani-Kərimin bir çox ayələrində, xüsusilə Əhzab surəsinin 33-cü ayəsində və onun təfsirində peyğəmbər ailəsinin və Əhli-beytinin kimlərdən ibarət olduğu təkidlə qeyd edilir. Bu məsələyə peyğəmbərdən fərqli məzhəblərin mənbə kitablarında nəql edilən hədislərdə daha çox yer verilib.

Həzrəti Fatimənin uşaqlıq illəri atasının müşriklərlə mübarizəsinin çətin və şiddətli zamanına təsadüf edib. Həzrəti peyğəmbər belə bir zamanda həyat yoldaşı həzrəti Xədicəni (ə) itirib. Bu zaman Fatimeyi Zəhranın (s.ə) öhdəsinə düşən məsuliyyət daha da artıb. Həzrəti Fatimə müşriklərin atasına verdiyi əzab-əziyyətləri görür və hiss edirdi. O, bu anlarda daim atası peyğəmbərin yanında idi. Məhz buna görə idi ki, Məhəmməd peyğəmbər (s) qızını “Atasının anası” deyə səsləyərdi.

İmamlar anası Fatimeyi-Zəhra 18 yaşında ikən, yəni peyğəmbərdən cəmi 90 gün sonra Mədinə şəhərində şəhid edilir. Həyat yoldaşı həzrət İmam Əli (ə) məzarının yeri bilinməsin deyə onu gecə ikən dəfn edir. Məhz buna görə də həzrəti Fatimənin (s.ə) məqbərəsi naməlum olaraq qalır.

Fatimeyi Zəhranın (s.ə) şəhid edilməsi günü ilə bağlı iki fərqli tarixi hədis var. Bu iki rəvayət onun şəhid edilməsinin 20 gün fərqlə qeyd olunmasına əsas yaradır. Bir çox müsəlman ölkələrində bu 20 günü əzalı “Fatimiyyə günləri” kimi qeyd edirlər.

Həzrət Fatimənin şəhadəti ilə bağlı bir neçə gündür Azərbaycan məscidlərində o müqəddəs xanımın şəninə məclislər keçirilir və ehsanlar verilir.

  • Xəbəri paylaş:

Comments are closed, but trackbacks and pingbacks are open.