Press "Enter" to skip to content

Faydalılığın mənası

Bu, iki səbəbdən dolayı səhv bir ittihamdır. Birincisi, böyük qrupların xoşbəxt olmasına kömək edə biləcək vərdişləri öyrənmək filosofların vəzifəsi deyil; alimlərin rolu budur. İkincisi, xoşbəxtliyi maraq sahəsinin mərkəzinə qoyan ən azı bir fəlsəfi cərəyanın olmasıdır. Adı utilitarizmdir.

İqtisadi terminlər-2

ƏDALƏTLİ DƏYƏR (fair value)
1. Məlumatlandırılmış və marağı olan tərəflərin azad sövdələşmə şəraitində aktivi dəyişdirə yaxud öhdəlikləri yerinə yetirə bildiyi məbləğ.
Mühasibat uçotunda açıq bazarda aktivlərin normal, adi qaydada satışından fərqlənən, alqı-satqı şəraiti və şərtləri müxtəlif olan satışların dəyəri ədalətli dəyər kimi nəzərdən keçirilmir. Qeyd olunan şərait bazar dəyəri anlayışında nəzərə alınmayan qısamüddətli iqtisadi böhranlar yaxud başqa vəziyyətlərdə yarana bilər.
2. “Ədalətli dəyər” anlayışından tərəflər arasında mübahisələrin məhkəmədə həlli zamanı bazar dəyəri məsələnin mahiyyətinə uyğun olmadığı hallarda da istifadə edilir. Deməli, “ədalətli dəyər” bazar dəyərinin sinonimi kimi qəbul oluna bilməz.
3. Ədalətli dəyər ayrı-ayrı aktivlərin istehsal potensialını, yəni pul vəsaitlərinin yaxud onların ekvivalentlərinin axınlarına təşkilata birbaşa yaxud dolayı təsir göstərmək potensialı baxımından təcəssüm olunmuş gələcək iqtisadi faydaları ifadə edə bilər.

ƏDALƏTLİ DƏYƏR ÜZRƏ UÇOTUN MODELİ (fair value model)
Bax:yenidən qiymətləndirilən dəyər üzrə uçotun modeli

ƏLAVƏ XƏRCLƏR — istehsal və idarəetmə üçün təsərrüfat xidmətinə çəkilən əlavə xərclər; istehsal üçün əsas xərclərə əlavə olunaraq, onunla birlikdə məhsulun maya dəyərinə daxil edilir.
ƏLAVƏ EDİLMİŞ DƏYƏR — müəssisə və firmaların təsərrüfat fəaliyyətinin mühüm həcm göstəricisi kimi ümumi məhsuldan, amortizasiya ayırmaları istisna olmaqla, bütün maddi məsrəflərin çıxılması yolu ilə müəyyən edilir; o, iqtisadi məzmununa görə “şərti-xalis” məhsuldan fərqlənmir, çünki sonuncu da ümumi məhsulun maddi məsrəflərdən (amortizasiyadan başqa) “təmizlənməsi” yolu ilə müəyyən edilir.
ƏMƏL OLUNMA HAQQINDA BƏYANAT (compliance statement) — Qiymətləndirmə tapşırığını yerinə yetirərkən Beynəlxalq Qiymətləndiricilər Cəmiyyətinin Davranış Məcəlləsinin etika və peşəkarlıq barədə tələblərinə əməl etməsi barədə qiymətləndiricinin bəyanatı. Bəzi ölkələrdə əməl olunma haqqında bəyanat Dəyərin Sertifikatlaşdırılması kimi məlumdur. Əməl olunma barədə bəyanatın məzmunu MCO 3-ün 5.1.10-ci və 5.1.10.1-ci maddələrində göstərilmişdir.
ƏMƏL OLUNMANIN EKSPERTİZASI(compliance review)
Bax: inzibati ekspertiza
ƏMƏLİYYAT AKTİVİ (operating asset) — Daimi fəaliyyət göstərən müəssisənin yaxud korporasiyanın əsas fəaliyyətinin həyata keçirilməsi üçün zəruri hesab olunan aktiv.
Həmçinin bax: investisiya aktivi; qeyri-əməliyyat aktivi; artıq aktiv

ƏMƏLİYYAT XƏRCLƏRİ[məsrəfləri] (operating expenses [outgoings]) — Gəlirin yaradılması zaman çəkilən xərclər. Daşınmaz əmlak sahəsində bu məsrəflər əmlak vergisini, sığorta haqlarını, təmir və texniki xidmət xərclərini, idarəçilərə ödənilən mükafatları əhatə edir. Ümumi gəlirdən əməliyyat xərcləri çıxıldıqda, xalis əməliyyat gəliri əldə olunur. “Əməliyyat xərcləri” anlayışından Şimali Amerikada, “məsrəflər” anlayışından isə Britaniya İttifaqı ölkələrində istifadə edilir.

ƏMƏLİYYAT İCARƏSİ(operating lease) -Maliyyə icarəsindən fərqlənən icarə.
Həmçinin bax: maliyyə icarəsi

ƏMƏLİYYAT[fəaliyyət göstərən] ŞİRKƏTİ (operating company)
Malların yaxud xidmətlərin istehsalı, satışı yaxud dəyişdirilməsi yolu ilə iqtisadi fəaliyyəti həyata keçirən biznes.
ƏMLAK(property) — Mülkiyyətlə bağlı olan bütün maraqları, hüquqları və faydaları əhatə edən hüquqi anlayış. Əmlak mülkiyyətçiyə mülkiyyətdə marağı olmaq hüququ verən xüsusi mülkiyyət hüquqlarından ibarətdir. Daşınmaz əmlakın mahiyyətini fiziki obyekt və hüquqi münasibətlər obyekti baxımdan fərqləndirmək üçün daşınmaz əmlak üzərində mülkiyyəti daşınmaz əmlak adlandırırlar. Daşınmaz əmlakdan fərqlənən obyektlərdə maraq göstərmək hüququ daşınar əmlak adlanır.
Qiymətləndirmə Standartları üzrə Beynəlxalq Komitə tərəfində əmlakın aşağıdakı 4 tipi tanınılır: daşınmaz əmlak, daşınar əmlak, biznes və maliyyə maraqları.
ƏMLAK BAZARINDA TƏLƏB(demand in a property market) — Əhalinin sayı, gələcək qiymətlər, istehlakçıların zövqü kimi amillərin sabit qalması ehtimal olunmaqla, əmlakda olan konkret tip maraqları müxtəlif qiymətlərlə müəyyən bazarda müəyyən vaxtda axtaran alıcıların yaxud icarəçilərin mümkün miqdarı.
Həmçinin bax: bazar; təklif və tələb prinsipi; təklif.
ƏMLAK HÜQUQLARI(property rights) — Daşınmaz əmlak üzərində mülkiyyətlə bağlı olan hüquqlar. Bu hüquqlara torpaq sahəsini inkişaf etdirmək yaxud etdirməmək, onu başqa şəxslərə icarəyə vermək, satmaq yaxud bağışlamaq, becərmək, dağ-mədən işləri aparmaq, topoqrafiyasını dəyişmək, hissələrə bölmək, hissələri bir yerə toplamaq, tullantıların yığılması üçün istifadə etmək yaxud bu hərəkətlərdən heç birini yerinə yetirməmək hüquqları daxildir. Bu əmlak hüquqlarının kombinasiyası bəzən “hüquq dəsti” adlandırılır. Əmlak hüquqları adətən servitut, keçid hüququ, tikililərin sıxlığı, zonalaşdırılma və əmlakı yüklü edən başqa hallar kimi ictimai yaxud fərdi məhdudiyyətlərlə əlaqədardır.
ƏMLAK MƏSULİYYƏTİ — mülkiyyətin iqtisadi mahiyyətindən irəli gəlir və firma, müəssisə, təşkilat və vətəndaşların onlara məxsus əmlakla öz iqtisadi fəaliyyətlərinin nəticələrinə görə məsuliyyət daşıdıqlarını göstərir.
ƏMLAK ŞİRKƏTİ (propety company) — Daşınmaz əmlak sahəsində fəaliyyət göstərən holdinq şirkəti.
ƏMLAKDAN ADVALOR VERGİ TUTULMASI(ad volorem property taxation) — Müəyyənləşdirilmiş vaxt çərçivəsi ilə qanuniləşdirildiyi üçün, “dövlət gəlirlərinin yığımı proseduru” adlandırılan, vergi yükünün miqyası ilə əlaqədar olan əmlakın vergitutma dəyərinə əsaslanan əməliyyat.
ƏMLAKIN PEŞƏKAR QİYMƏTLƏNDİRİCİSİ (professional property valuer) — Əmlak üzərində mülkiyyət hüquqlarının verilməsi ilə bağlı əməliyyatlar, ssudalarının və girovların bank təminatı, vergiqoyma və başqa məsələlərlə əlaqədar məhkəmə araşdırmalarının aparılması, əmlakın maliyyə hesabatlarında əsas vəsaitlər kimi əks olunması və digər məqsədlər üçün daşınmaz əmlakın dəyərini hesablamaq üçün lazımi ixtisası, qabiliyyəti və təcrübəsi olan şəxs. Peşəkar qiymətləndirici əmlakın digər kateqoriyalarının, məsələn daşınar əmlakın, biznesin və maliyyə maraqlarının qiymətləndirilməsi üçün spesifik biliklərə malik ola bilər.
Həmçinin bax: kənar qiymətləndirici; müstəqil qiymətləndirici; daxili qiymətləndirici; qiymətləndirici
ƏMTƏƏ NİŞANI — bir müəssisənin əmtəələrinin digər müəssisənin anoloji əmtəələrindən fərqləndirilməsinə imkan verən, müəyyən qaydalar əsasında qeydiyyatdan keçən simvoldur. Əmtəə nişanından yalnız onun sahibinin istifadə etmək hüququ vardır.
ƏN SƏMƏRƏLİ İSTİFADƏ(highest and best use) — Əmlakdan istifadənin fiziki mümkün olan, lazımi dərəcədə əsaslandırılmış, hüquqi yol verilən və maliyyə baxımından əlverişli üsulu. Əmlak qiymətləndirildikdə, bu istifadə üsulu onun ən yüksək dəyərini təmin etməlidir.
Həmçinin bax: bazar dəyəri
ƏRAZİDƏN KEÇİD HÜQUQU(rights of way) — Başqasına məxsus olan torpaq mülkiyyəti zolağından keçmək müqaviləsinə uyğun olaraq əldə edilən hüquqlar yaxud imtiyazlar.
Həmçinin bax: servitut
ƏSAS FONDLAR — istehsal prosesində uzun müddət və bütövlükdə iştirak edən, öz natural görkəmini saxlayan və dəyərini istehsal olunan məhsulun üzərinə- köhnəlmə dərəcəsindən asılı olaraq – hissə-hissə keçirən əmək vasitələridir.
ƏSAS FONDLARIN İLKİN DƏYƏRİ — onlarınistehsalı (yaxud inşası), əldə edilməsi (alınıb gətirilməsi), habelə quraşdırılması ilə əlaqədar olan xərclərin məcmuudur.
ƏSAS FONDLARIN BƏRPA DƏYƏRİ — onların yeni şərait üçün ilkin dəyərlərinin təshih edilməsi, başqa sözlə, yenidən qiymətləndirilməsidir.
ƏSAS FONDLARIN QALIQ DƏYƏRİ — istehsal prosesi zamanı əsas fondun hələ məhsul üzərinə keçirmədiyi dəyərin həcmi, qiymətləndirmə məqamı üçün onun amortizasiyalanmamış dəyəridir; bu, əsas fondun həm ilkin və həm də bərpa dəyərinə görə hesablana bilər.
ƏSAS VƏSAİTLƏR (property, plant and equiment, [PP &E])
1. Məcmu amortizasiya çıxılmaqla, müəssisənin fəaliyyətində uzun müddət ərzində istifadə olunması nəzərdə tutulan aktivlər, o cümlədən torpaq sahələri, binalar, maşınlar, avadanlıq və xüsusiyyətlərinə görə bu kateqoriyaya daxil oluna bilən digər aktivlər. Əsas vəsaitlər maddi yaxud fiziki aktivlər hesab edilir.
2. müəssisə tərəfindən istehsal prosesində yaxud malların göndərilməsi və xidmətlərin göstərilməsi, başqa şəxslərə icarəyə verilmək yaxud inzibati məqsədlər üçün istifadə edilən və istehsal tsiklindən bir artıq müddətdə istifadə olunması gözlənilən maddi obyektlər.
ƏSASLI TİKİNTİ — yenilərinin tikilməsi, fəaliyyətdə olanların rekonstruksiyası, yenidən qurulması və modernləşdrililməsi yolu ilə əsas fondların yaradılması və təkmilləşdirilməsi prosesidir.

ƏŞYA-HÜQUQ MARAQLARI(legal estates) — Daşınmaz əmlak üzərində hüquqlar və ona maraq əşya-hüquq maraqlarından irəli gəlir; əşya-hüquq maraqları mövcud olduqları dövlətin qanunları ilə müəyyənləşdirilir və adətən dövlətin qoyduğu məhdudiyyətlərə tabedirlər: məsələn, onlardan vergi tutulur, vəsiyyətnamə olmadıqda məcburi qaydada satılır yaxud dövlət mülkiyyətinə alınır.
ƏTRAF MÜHİT AMİLLƏRİ (environmental factors) — Qiymətləndirilən əmlakın dəyərinə müsbət və ya mənfi təsir yaxud ümumiyyətlə heç bir təsir göstərməyən, onun xaricində yerləşən amillər. Təhlükəli yaxud zəhərli maddələr qiymətləndirilən əmlakın yerləşdiyi ərazidə yaxud ondan kənarda ola bilərlər
ƏVƏZI ÖDƏNILƏN XƏRCLƏR(recoverable costs)
Bax: xərclərin keçirilməsi

ƏVƏZİ ÖDƏNİLƏN MƏBLƏĞ(recoverable amount) — Aktivin yaxud gəlir gətirən bölmənin əvəzi ödənilən məbləği — aktivin satış xərcləri çıxılmaqla ədalətli dəyəri və ya istifadə olunduğu zaman dəyəri göstəricilərindən daha böyük olanıdır.

ƏVƏZOLUNMA[yenisi ilə] XƏRCLƏRİ (replacement cost [new])
1. Hazırda tətbiq edilən konstruksiyalardan və materiallardan istifadə olunmaqla, faydalılığı qiymətləndirilən obyektlə eyni olan qurğunun inşasına çəkilən xərclər.
2. Faydalılığı qiymətləndirilən obyektə daha yaxın olan yeni analoji obyektin yaradılması üçün tələb edilən, cari qiymətlərlə ifadə olunmuş xərclər.
3. Qiymətləndirilən aktivin kifayət dərəcədə qaneedici hesab edilən əvəzedici-aktivlə əvəz olunmasına çəkilən xərclər. Bu xərclərin məbləği adətən yeni yaxud istifadədə olmuş, istehsal gücü və ya istehsal-xidmət potensialı qiymətləndirilən aktivlə eyni olan analoji aktivin əldə olunmasına çəkilən cari xərclər əsasında hesablanır.
Əvəzolunma xərcləri müasir materiallardan, texnikadan və konstruksiyalardan istifadə olunmasını nəzərdə tutur.
Həmçinin bax: təkrar istehsal xərcləri; müasir ekvivalent aktiv.

ƏVƏZOLUNMA PRİNSİPİ (principle of substitution) — Səriştəli alıcı alqı-satqı prosesini mürəkkəbləşdirən vaxt, böyük risk və ya narahatlıq amilləri olmadıqda, mala yaxud xidmətə görə onları qaneedici səviyyədə əvəz edə bilən malı və ya xidməti əldə etmək üçün ödəyəcəyindən artıq qiymətlə razılaşmayacaqdır. Orijinalın yaxud əvəzedicinin bazar dəyərini daha dolğun əks etdirməsindən asılı olmayaraq, ən yaxşı alternativ daha aşağı olan xərclərdir.
Bu prinsip bazar dəyərinin qiymətləndirilməsinə üç mövqedən yanaşmanın hər biri üçün fundamental rol oynayır.

ƏVƏZOLUNMANIN AMORTİZASİYA OLUNMUŞ XƏRCLƏRİ (depreciated replacement cost [DRC]) — Birbaşa bazar məlumatlarının məhdudluğu yaxud mövcud olmadığı vəziyyətlərdə ixtisaslaşdırılmış aktivlərin dəyərinin maliyyə hesabatı məqsədləri üçün hesablanmasına xərclər mövqeyindən yanaşmanın tətbiqi.
Fiziki aşınma və köhnəlmənin yaxud optimallaşdırmanın müvafiq formaları çıxılmaqla, aktivin bərpasının yaxud əvəz olunmasının cari xərcləri.

ƏVƏZOLUNMANIN CARI XALİS XƏRCLƏRİ(net current replacement cost)
1. Eyni dərəcədə qaneedici olan əvəzedici aktivin bazarda əldə olunması üçün çəkiləcək xərclər.
2. Balansın tərtib olunduğu gün ayrıca götürülmüş aktivin qalıq istehsal potensialının alınması üçün mümkün olan minimum xərclər;
3. Sadə şəkildə — amortizasiya çıxılmaqla əvəzolunma xərcləri.

ƏVƏZOLUNMANIN ÜMUMİ XƏRCLƏRİ (gross replacement cost) –Torpaq və binalar amortizasiyanın mühasibat uçotunun aparılması məqsədi ilə qiymətləndirilərkən, müəyyən tarixdəki cari qiymətlərlə qiymətləndirilən binanın yaxud ümumi daxili məkanı eyni olan müasir əvəzedici binanın inşası üçün tələb olunan xərclərin hesablanmış məbləği. Bu göstərici qonorarları, tikinti dövrü üçün səciyyəvi olan maliyyə xərclərini və binanın inşası ilə birbaşa əlaqəsi olan başqa xərcləri də əhatə edə bilər. Bax: əvəzolunmanın xalis xərcləri

ƏVƏZOLUNMANIN XALİS XƏRCLƏRİ(net replacement cost) – Torpaq və binalar qiymətləndirilərkən, fiziki və funksional köhnəlməni və ətraf mühitlə bağlı olan amilləri əks etdirmək və müvafiq tarixdə binanın yaxud biznesin cari dəyərini əldə etmək məqsədi ilə azaldılmış ümumi əvəzolunma xərcləridir.
Bax:əvəzolunmanın amortizasiya olunmuş xərcləri; əvəzolunmanın ümumi xərcləri

F

FAYDALI XİDMƏT MÜDDƏTİ[faydalı istifadə müddəti] (useful life)
1. Təşkilatın aktivdən istifadə etməsinin yaxud istifadə etmək imkanlarının mövcudluğunun ehtimal olunan müddəti;
2. Təşkilatın aktivdən əldə etməsi ehtimal olunan məhsulların yaxud analoji vahidlərin miqdarı.
İcarəyə götürülmüş aktivin səmərəli xidmət müddəti icarə müddətindən başlayan, lakin bununla məhdudlaşmayan, icarəyə götürülən aktivdə təcəssüm olunmuş iqtisadi faydaların təşkilat tərəfindən istehlak olunacağının ehtimal edilən hesablanmış qalıq dövrünü əhatə edir.

FAYDALI QAZINTI EHTİYATLARI(mineral reserve) — Beynəlxalq hesabat standartları Komitəsinin müəyyənləşdirdiyinə görə, kombinə olunmuş (mineral) ehtiyatlar üçün (CRİRSCO) “ölçülmüş və / və ya nominal mineral ehtiyatlarının iqtisadi baxımdan səmərəli hasil olunan hissəsinə həll edici materiallar və faydalı qazıntının çıxarılması zaman yarana biləcək itkilər də daxildir. Ehtiyatlar əvvəlcədən lazımi tərzdə qiymətləndirilməli, o cümlədən texniki-iqtisadi baxımdan əsaslandırılmalıdır. Bu zaman metallurgiyanın, iqtisadiyyatın, marketinqin və hüququn, habelə ətraf mühitə təsirin, sosial və dövlət tənzimləməsinin amilləri nəzərə alınmalıdır (yaxud onlara hasilat barədə real fərziyyələr mövqeyindən yenidən baxılmalıdır). Təqdimat zamanı bu qiymətləndirmələr hasilatın səmərəliliyini əsaslandırmalıdır. Yəqinlik dərəcəsinə görə faydalı qazıntı ehtiyatları ehtimal edilən faydalı qazıntı ehtiyatlarına və təsdiq olunmuş faydalı qazıntı ehtiyatlarına bölünür (əminlik dərəcəsinin artması qaydasında).
UNFC kodlaşdırma sisteminə əsaslanaraq, BMT-nın çərçivə təsnifləşdirməsində də faydalı qazıntı ehtiyatları analoji tərzdə müəyyənləşdirilir. Dövlət maliyyə hesabatları, yaxud qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş hesabatlar üçün faydalı qazıntı ehtiyatlarının UNFC tərəfindən verilən təfsirindən istifadə edən təşkilatlar qiymətləndirmə aparılarkən onları CRİRSCO kateqoriyaları – ehtimal edilən və təsdiq olunmuş faydalı qazıntı ehtiyatları ilə əlaqələndirməlidirlər.

FAYDALILIQ(utility) — Faydalılıq dərəcəsinə aid olan mütləq şərti deyil, nisbiliyi yaxud müqayisəliliyi ifadə edən anlayış. Kənd təsərrüfatı təyinatlı torpaqların faydalılığı onun məhsuldarlığı ilə ölçülür. Əgər sahədə tikinti işlərinin aparılması potensialı mövcuddursa, onun məhsuldarlığı yaşayış, kommersiya, sənaye yaxud qarışıq məqsədlər üçün istifadəni nə dərəcədə təmin etməsi ilə ölçüləcəkdir. Bəzi əmlak obyektlərinin optimal faydalılığı fərdi qaydada istismar olunduqda əldə edilir. Digər obyektlər əmlak obyektləri qrupunun bir hissəsi kimi istismar edildikdə yaxud əmlak obyektlərinin məcmusu çərçivəsində saxlanıldıqda və idarə edildikdə daha çox faydalılığa malik olur. Faydalılıq uzunmüddətli perspektivdə, adətən obyektin yaxud əmlak obyektləri qrupunun xidmətinin bütün müddəti ərzində ölçülür. Əgər qiymətləndirmə tarixində əmlakın faydalılıq dərəcəsi kifayət dərəcə aydın deyilsə, dəyərin müəyyənləşdirildiyi üsullar, istifadə edilən məlumatlar, xüsusi mülahizələr yaxud məhdudlaşdırıcı şərtlər tam açıqlanmalıdır.
FƏALİYYƏT GÖSTƏRƏN MÜƏSSİSƏ(going concern) — Adətən, təşkilat fəaliyyət göstərən müəssisə kimi nəzərdən keçirilir, yəni ehtimal olunur ki, o, öz funksiyalarını yaxın dövrlərdə də yerinə yetirəcəkdir. Fərz edilir ki, təşkilatın öz fəaliyyətini dayandırmaq niyyəti, habelə onun ləğvi və ya fəaliyyət miqyasının kəskin azaldılması üçün heç bir əsas yoxdur.
Fəaliyyət göstərən müəssisə konsepsiyası mühasiblərin biznesə qeyri-müəyyən dövr ərzində işini davam etdirəcək, formalaşmış müəssisə kimi yanaşmaları üçün zəmindir. Fəaliyyət göstərən müəssisə barədə ilkin şərt biznesin ləğvi barədə ilkin şərtin alternatividir. Fəaliyyət göstərən müəssisə barədə şərtin qəbul olunması biznesi ləğvetmə dəyərindən yuxarı qiymətləndirməyə imkan verir və biznesin bazar dəyərinin müəyyənləşdirilməsi üçün həlledici əhəmiyyətə malikdir.

FƏALİYYƏT GÖSTƏRƏN MÜƏSSİSƏNİN DƏYƏRİ(going concern value) — Bütövlüklə biznesin dəyəri. Bu anlayış fasiləsiz fəaliyyət göstərən, ümumi dəyərinin bölgüsü yaxud ümumi dəyərin müəssisənin tərkibinə daxil olan bölmələrin bu dəyərdəki payına mütənasib olaraq parçalanması mümkün olan müəssisənin qiymətləndirilməsini nəzərdə tutur. Lakin, bu tərkib hissələrdən heç biri özlüyündə bazar dəyəri üçün əsas kimi qəbul edilə bilməz.
– Biznesin yaxud biznesdə olan marağın fəaliyyətdə göstərən müəssisə kimi dəyəri.
– Fəaliyyət göstərən biznesdə hazırlıqlı kadrlar, qüsursuz işləyən avadanlıq, lazımi lisenziyalar, sistemlər və prosedurlar kimi amillərin mövcud olması ilə əlaqədar olaraq, dəyərin qeyri-maddi elementləri.

FƏRDİ[ötürülməyən] QUDVİL (personal goodwill) — Bizneslə məşğul olan təşkilata konkret şamil olunan və ona bazarda ehtimal edildiyindən artıq mənfəət təmin edən, ixtisaslaşdırılmış ticarət əmlakı başqa şəxsə ötürülərkən itirilən izafi mənfəətin məbləği. Məsələn, vergiqoymanın xüsusiyyətləri, amortizasiya siyasəti, borcların cəlb olunması, xərclər və biznesə qoyulan kapital ilə birlikdə nəzərdən keçirilən maliyyə amilləri.

FƏRDİ RAZILAŞMA ƏSASINDA SATIŞ(private treaty sale) — Alqısatqının kütləvi hərrac yaxud başqa üsulla deyil, müqavilənin tərəfləri arasında danışıqlar aparılması və saziş bağlanması yolu ilə yerinə yetirilməsi. Adətən, fərdi razılaşma əsasında bağlanılan müqavilədə müəyyənləşdirilən satış qiyməti yalnız onun iştirakçılarına məlum olur.

FƏRZİYYƏLƏR(assumptions) — Həqiqi hesab olunan mülahizələr.Fərziyyələr qiymətləndirilən əmlaka yaxud qiymətləndirmə metodunun seçilməsinə təsir edən, lakin yoxlanılması qeyri-mümkün yaxud əhəmiyyətsiz olan faktları, şərtləri və ya vəziyyətləri əhatə edir. Bəyan olunan bu fərziyyələr qiymətləndirmə zamanı nəzərə alınmalıdır. Qiymətləndirmənin əsasını təşkil edən bütün fərziyyələr ağlabatan olmalıdır.

FİRMA — müəyyən mülkiyyətə və hüquqi şəxs səlahiyyətlərinə malik, məqsədi mənfəət əldə etmək olan bir və ya bir neçə müəssisədən ibarət, məhsulun istehsalı və həm də satışını həyata keçirən müstəqil təşkilatı-təsərrüfat vahididir; bazarın ilkin həlqəsi olmaqla, rəqabət mübarizəsi aparır və mənfəətin bölüşdürülməsi işini həyata keçirir.
FİRMA VƏ MÜƏSSİSƏLƏRİN SƏHMLƏRİ — səhmdar cəmiyyətlər tərəfindən qeyri-məhdud vaxta buraxılan qiymətli kağızlardır; səhm-onun sahibinin (səhmdarın) səhmdar cəmiyyətin mənfəətinin bir hissəsini dividend şəklində almaq, səhmdar cəmiyyətin idarə edilməsində iştirak etmək və o, ləğv edildikdən sonra qalan əmlakın bir hissəsini əldə etmək hüqüqunu təsbit edən emissiya qiymətli kağızıdır.
FİZİKİ AŞINMA(physical deterioration) — Fiziki vəziyyətin pisləşməsi nəticəsində dəyərin itirilməsi; aradan qaldırılan və aradan qaldırılmayan ola bilər.
Bax:köhnəlmə

FİZİKİ XİDMƏT MÜDDƏTİ(physical life) — Vəziyyəti qəbul olunmuş standartlara və qanunla müəyyənləşdirilmiş tələblərə uyğunluğu kimi amillər nəzərə alınmaqla, aktivin istifadə üçün yararlı olduğu dövr.

FOND BİRJASI — bazarın bir növü kimi qiymətli kağızların razılaşdırılmış müqavilələr əsasında alqı-satqısı üzrə əməliyyatlar həyata keçirən qurumdur.
FONDTUTUMU — fondveriminin əksi olan göstəricidir; il ərzində istehsal olunmuş məhsul həcminin əsas fondların orta illik dəyərinə nisbəti kimi hesablanır.
FONDVERİMİ — əsas fondlardan istifadə səmərəliliyini xarakterizə edən göstəricidir; istehsal olunmuş məhsulun ümumi dəyərinin əsas fondların orta illik dəyərinə olan nisbəti kimi hesablanılır; fondtutumunun əks göstəricisidir.
FRİHOLD(freehold) — Yalnız dövlət tərəfindən qoyulan məhdudiyyətlərin təsiri altına düşən mülkiyyət. Qeyd-şərtsiz mülkiyyət hüququ adı ilə də məlumdur.
Müddətsiz mülkiyyət hüququ.
FRİHOLDUN MARAĞI(freehold interest) — Torpaq üzərində müddətsiz mülkiyyət hüququnun qanunla təmin olunması.
FUNKSİONAL KÖHNƏLMƏ(functional obsolescence) — Zövqlərin və verilən üstünlüklərin, bazar standartlarının dəyişməsi, texniki innovasiyalar nəticəsində obyektin öz dəyərini itirməsi texniki köhnəlmə də adlandırılır.
İzafi kapital məsrəflərinin və izafi əməliyyat xərclərinin yaranması da funksional köhnəlməyə daxildir. Funksional köhnəlmə aradan qaldırılan və aradan qaldırılmayan olur.

G

GƏLƏCƏK DÖVRÜN XƏRCLƏRİ — müəssisə tərəfindən cari ildə çəkilən lakin, məhsulun maya dəyərinə növbəti aylarda və ya ildə əlavə ediləcək xərclərdir.
GƏLƏCƏYİ GÖRMƏ PRİNSİPİ(principle of anticipation) — Dəyərin gələcək faydaların əldə olunacağı ehtimalı əsasında yaradılması.
GƏLİR — təsərrüfat fəaliyyətinin nəticəsi kimi, ayrı-ayrı şəxslərin, müəssisələrin və dövlətin əldə etdikləri pul vəsaitidir; müəssisənin gəliri-məhsul istehsalı və satışından, iş görməkdən, xidmət göstərməkdən əldə etdiyi pul vəsaiti ilə məhsulun reallaşdırılmasına çəkdiyi xərclərin fərqidir.
GƏLİR MULTİPLİKATORU[illər üzrə dəyərlilik] (income multiplier [year’s purchase]) — Əmlakın satış qiyməti yaxud dəyəri ilə orta illik gəlir yaxud onun gözlənilən məbləği arasındakı nisbət; gəlirin ümumi və ya xalis həcminə əsaslana bilər. Kapitalın dəyərini hesablamaq üçün gəlirə tətbiq edilir. “Gəlir multiplikatoru” anlayışından Şimali Amerikada, “illər üzrə dəyərlilik” anlayışından isə Britaniya İttifaqı ölkələrində istifadə edilir.

GƏLİRLİLİK(yield) — İşə aid olan faktlar nəzərə alınmaqla, yəni bazar nöqteyi-nəzərindən konkret investisiyadan əldə olunması ehtimal edilən illik faizlərin cəmi. Beləliklə, investisiyanın qiymətləndirilməsi üçün gəlirlilik şəklində münasib faizin seçilməsinə ehtiyac yaranır. Bu gəlirlilik göstəricisindən gəlirin (faktiki yaxud hesablanan) kapitallaşdırılması üçün istifadə edilir.

GƏLİRLİLİK DƏRƏCƏSİ (rate of return) — İnvestisiyanın məbləğindən faizlə ifadə olunmaqla, ondan əldə olunan gəlirlərin (zərərin) məbləği yaxud investisiyanın dəyərinin real və ya gözlənilən dəyişməsi

GƏLİRLİLİK MÖVQEYİNDƏN YANAŞMA[gəlirin kapitallaşdırılması əsasında] (income capitalization approach) — Əmlakın dəyərinin müqayisə olunmasına əsaslanan qiymətləndirmə üsulu. Bu zaman qiymətləndirilən əmlakla əlaqədar yaranan gəlirlər və xərclər nəzərdən keçirilir və dəyər kapitallaşdırma prosesi vasitəsi ilə hesablanır. Kapitallaşdırılma gəlirin məbləğini dəyərin hesablanmış kəmiyyətinə çevirməklə, gəliri (adətən, xalis gəliri) dəyərin müəyyənləşdirilən tipi ilə əlaqələndirir. Bu prosesdə həm birbaşa əlaqələr (bütün risklər üçün tam kapitallaşdırma yaxud gəlirlilik dərəcəsi bir ilin gəlirinə tətbiq olunur), həm proqnozlaşdırılan dövrün gəlirlər silsiləsinə tətbiq edilən gəlirlilik yaxud diskontlaşdırma dərəcələri (investisiyaların gəlirlilik səviyyəsini ifadə edən) yaxud bunların hər ikisi nəzərdən keçirilə bilər. Gəlirlilik mövqeyindən yanaşma əvəzolunma və əvvəlcədən görmə prinsiplərini əks etdirir.
GƏLİRLİLİYİN DAXİLİ DƏRƏCƏSİ[GDD] (internal rate of return [İRR]) — Layihədən əldə olunacaq xalis pul axınlarının hesablanmış dəyərini layihənin həyata keçirilməsi üçün lazım olan əsaslı investisiyaların hesablanmış dəyəri ilə bərabərləşdirən diskontlaşdırma dərəcəsi. Bu dərəcə üzrə layihənin hesablanmış xalis dəyəri sıfıra bərabər olur. GDD göstəricisi həm investisiyaya yönəldilmiş ümumi kapitaldan, həm də potensial investorlar üçün əhəmiyyət kəsb edən ilkin investisiyalardan əldə olunan gəlirləri ifadə edir. Ona görə də, GDD-nin gəlirlərinin müqayisə oluna bilən analoji əmlak obyektləri ilə bazarda aparılan əməliyyatların təhlili yolu ilə hesablanması, əmlakın bazar dəyərinin qiymətləndirilməsi üçün istifadə olunan bazar diskontlaşdırma dərəcələrinin müəyyənləşdirilməsinin münasib metodudur.

GİROV[ipoteka] (hypothecation, pledge) — Öhdəliklərin yerinə yetiriləcəyinə zəmanət vermə forması. Bu zaman borclu öz əmlakını kreditora verir və borcu qaytarmadıqda yaxud ödənişləri vaxtında yerinə yetirilmədikdə, həmin əmlak kreditorun mülkiyyətinə keçir.

GİROV KAĞIZI(mortgage) — Adlı qiymətli kağız – sahibinin ipoteka müqaviləsində göstərilən daşınmaz əmlakla (əmlakın ipotekası) təmin olunmuş borc öhdəliyi üzrə ödənişləri heç bir əlavə sübut təqdim etmədən yerinə yetirilməsini tələb etmək hüququnu, habelə girov saxlayanın ipoteka müqaviləsində göstərilən əmlak üzərində hüququnu təsdiq edən sənəd. Girov kağızı üzrə hüquqlar başqa şəxslərə verilə bilər. Girov kağızı girov qoyula bilər.

H

HASİLAT SAHƏLƏRİNDƏ ROYALTİ YAXUD “ROYALTİ MARAĞI”(royalty or royalty interest in the Extractive İndustries) — Torpağın mülkiyyətçisinin yaxud icarəyə verənin istehsal xərclərini ödəmək öhdəliyini qəbul etmədən, buraxılan məhsuldakı pul yaxud natura ilə ifadə olunan payı. “Üstün royalti” — hasil olunan mineral xammalın yaxud neft və qazın icarəyə verənə ödənilən royaltidən əlavə, hər hansı bir şəxsə (icarəyə verən olmayan) istehsal xərclərini ödəməmək şərti ilə verilən hissəsidir.

HASİLAT SƏNAYESI(extractive industry) — Yer qabığında, onun üzərində yaxud yaxınlığında yerləşən təbii resursların axtarışı, çıxarılması və müvafiq emalı ilə bağlı olan sənaye sahələri. Bura dağ-mədən və neft-qaz sahələri daxildir. Bu sahəyə yerdən su çıxarılması ilə əlaqədar sektor istisna edilməklə, enerji ehtiyacları üçün yerdən geotermal mayenin çıxarılması (su istisna olmaqla) ilə məşğul olan sektor daxil olunur.

HASİLAT SƏNAYESİNDƏ LAYİHƏLƏŞDİRMƏ QABAĞI LAYİHƏNİN HƏYATA KEÇİRİLMƏSİNIN MÜMKÜNLÜYÜNÜN TƏDQİQİ(prefeasibility study in extractive industries) — Mineral xammal yataqlarının yaxud neft və qaz yataqlarının geoloji, mühəndis, istismar, iqtisadi xüsusiyyətlərinin, ətraf mühitlə bağlı amillərin və texniki-iqtisadi əsaslandırma mərhələsinə keçid haqqında qərarın qəbul edilməsi üçün zəruri olan digər əlaqəli amillərin təfsilatı ilə tədqiq edilməsi.
Həmçinin bax:hasilat sənayesində texniki-iqtisadi əsaslandırma

HASİLAT SƏNAYESİNDƏ TEXNİKİ EKSPERT(technical expert in the extrative industries) — Hasilat sənayesində əmlakın qiymətləndirilməsini əsaslandıran texniki qiymətləndirmənin bütövlüklə yaxud bir hissəsinin yerinə yetirilməsinə görə məsul şəxs. Texniki ekspert qiymətləndirmə sahəsində müvafiq təcrübəyə malik olmalı, bəzi ölkələrin qanunvericiliyinə əsasən isə, üzvlərinin yaxud lisenziyatlarının fəaliyyətini tənzimləmək səlahiyyəti olan yüksək reytinqli peşəkar təşkilatın üzvü yaxud onun verdiyi lisenziyaya malik olmalıdır. Texniki ekspert olmayan akkreditə edilmiş mütəxəssis texniki qiymətləndirmənin yaxud onun bir hissəsinin yerinə yetirilməsinə görə məsuliyyəti qəbul etməyə bilər.

HASİLAT SƏNAYESİNDƏ TEXNİKİ QİYMƏTLƏNDİRMƏ(technical assessment in the extrative industries) — Texniki ekspert tərəfindən tərtib olunaraq, hasilat sənayesində əmlakın qiymətləndirilməsini əsaslandıran, qiymətləndirmə haqqında hesabata əlavə edilən yaxud onun tərkib hissəsi olan texniki sənəd.

HASİLAT SƏNAYESİNDƏ TEXNİKİ-İQTİSADİ ƏSASLANDIRMA(feasibility studu in the extractive industries) — Mineral xammal yaxud neft-qaz yataqlarının hərtərəfli öyrənilməsi barədə sənəd. Bu sənəddə yataqların geoloji, mühəndis, istismar, iqtisadi, marketinq, tənzimləmə cəhətləri, ətraf mühitə təsiri və digər amillər hərtərəfli nəzərdən keçirilir.
Texniki-iqtsadi əsaslandırma təklif verən şəxsin mineral xammalın yaxud neft və qazın ehtimal olunan yatağının işlənməsinə yaxud hasilat işlərinə başlanmasına dair qəti qərarın qəbul etməsi yaxud maliyyə qurumları tərəfindən bu işlərin maliyyələşdirilməsi üçün vəsait ayırması üçün əsas verir.
Bax: Hasilat sənayesində layihələşdirmə qabağı layihənin həyata keçirilməsinin mümkünlüyünün tədqiqi
HESABAT TARİXİ (report date) — Qiymətləndirmə haqqında hesabatın tərtib edildiyi tarix. Qiymətləndirmənin aparıldığı tarixlə həm eyni, həm də fərqli ola bilər.
HESABLANMIŞ[toplanmış] AMORTİZASİYA (accrued or accumulated depreciation) — Aktivin təzə vəziyyətdə alınması (yaradılması) üçün zəruri olan tam xərclərlə müqayisədə, dəyərinin itirilməsi. Qiymətləndiricilər üçün hesablanmış amortizasiya bazar funksiyasıdır.
Konkret aktivin amortizasiya hesabında əks olunmuş, toplanılmış amortizasiyanın məbləği. Hesablanmış amortizasiya təzə aktivin dəyəri ilə nəzərdən keçirilən aktivin qiymətləndirilmiş cari dəyəri arasındakı fərq kimi müəyyənləşdirilir.
HESABLAŞMA HESABI (BANK HESABI) — müəssisənin və təşkilatların bankda özlərinin sərbəst pul vəsaitlərini saxlamaq və cari xərcləri nağd və nağdsız formada həyata keçirmək üçün açılan hesabıdır.
HƏRƏKƏTLƏRİN MƏHDUDLAŞDIRILMASI və MƏHDUDLAŞDIRICI ŞƏRTLƏR(deed restrictions and restrictive covenants) — Torpaqla əlaqədar olaraq qanunla müəyyənləşdirilən, onun istifadəsinə, tikililərin inşa olunmasına yaxud mülkiyyət hüquqlarının ötürülməsinə təsir göstərə bilən məhdudiyyətlər.

HƏRRAC(auction) — Əmlakın təklif olunan start qiymətə yaxud ondan yüksək olan qiymətə almağa razılıq verən şəxsə satılması şərti ilə, adətən açıq keçirilən satışlar.

HƏRRAC QIYMƏTI(auction price) — Açıq hərracda qəti qəbul olunmuş təklifi ifadə edən qiymət. Müxtəlif mükafatlar yaxud komissiya haqları bu qiymətə daxil edilə və edilməyə bilər.
Həmçinin bax:bəyan edilən qiymət, fərdi razılaşma əsasında satış.

HOLDİNG ŞİRKƏTİ[investisiya biznesi] (holding company) [investment business] — Törəmə müəssisələrin səhmlərinin nəzarət zərfinə malik olan təşkilat.
Aktivlərindən fayda əldə edən biznes.
HÜQUQİ ÇƏRÇİVƏ(legal framework) — Əmlak üzərində mülkiyyətlə bağlı olan hüquqları və maraqları, habelə dövlətin əmlaka münasibətdə hökm vermə səlahiyyətlərini müəyyənləşdirən, icrası mütləq olan qanunların külliyyatı.
HÜQUQİ HƏYAT MÜDDƏTİ (legal life) — Qeyri-maddi aktivin qanunla yol verilən xidmət müddəti (yəni, qeyri-maddi aktivin qanunvericiliklə yaxud müqavilələrlə müdafiə olunma müddəti).
HÜQUQİ ŞƏXS – qanunvericiliyə müvafiq olaraq, sərbəst səlahiyyət və öhdəlik daşıyıcısı qismində çıxış edən, bankda hesablaşma hesabı və gerbli möhürü olan təşkilat, müəssisə və firmalardır.
HÜQUQLAR DƏSTİ(bundle of rights) — Daşınmaz əmlak üzərində mülkiyyətlə əlaqədar olan hüquqların uzlaşması. “Hüquqlar dəsti” anlayışı əmlak üzərində hüquqları bir-birindən fərqlənən və hər biri mülkiyyətçinin ayrıca hüququnu (məsələn, istifadə hüququ, satmaq hüququ, icarəyə vermək hüququ, bağışlamaq hüququ yaxud bu hüquqların hamısından istifadə etmək yaxud heç birindən istifadə etməmək) təmsil edən “çubuqlar dəsti”nə bənzədilir.

X

XALİS AKTİVLƏR(net assets) — Aktivlərin cəmi ilə öhdəliklərin cəmi arasındakı fərq.

XALİS CARİ DƏYƏR(net present value — NPV) — Bütün cari gəlirlərin yaxud daxil olan pul axınlarının cari dəyəri ilə xərclərin yaxud xaric olunan pul axınlarının cari dəyəri arasındakı fərq. Bazar dəyərinin müəyyənləşdirilməsi ilə aparılan qiymətləndirmə zamanı daxil olan və xaric olunan diskontlaşdırılmış pul axınları. Diskontlaşdırma dərəcəsi bazar məlumatlarından götürülür. Nəticədə, xalis cari dəyərin kəmiyyəti gəlir mövqeyindən yanaşmaqla müəyyənləşdirilən bazar dəyərinə müvafiq olacaqdır.

XALİS DÖVRİYYƏ KAPİTALI(working capital) — Cari aktivlərin cari öhdəliklərdən artıq olduğu məbləğ.

XALİS GƏLİR(net income) — Xərclər (o cümlədən, vergilər) çıxılmaqla mədaxil.
Həmçinin bax:əməliyyat xərcləri

XALİS UÇOT DƏYƏRİ(net carrying amount) — Keçmiş (tarixi) xərclər haqqında razılaşmaya uyğun olaraq, yekun amortizasiya çıxılmaqla xalis uçot dəyəri, ümumi uçot məbləğidir. Bəzi hallarda onu keçmiş (tarixi) xərclərin indeksləşdirilməsi yaxud aktivlərin vaxtaşırı qiymətləndirilməsi və yenidən qiymətləndirilməsi yolu ilə müəyyənləşdirilən xalis yenidən qiymətləndirilmiş dəyər də adlandırırlar.
XƏRC MODELİ(cost model) — Bu modelə görə,əsas vəsaitlər obyekti aktiv kimi təsdiqləndikdən sonra, xərclər haqqında hesabatlarda toplanmış amortizasiya və zəifləmədən itkilər çıxılmaqla əks olunmalıdır.
XƏRCLƏR,(məsrəflər, maya dəyəri) (cost(s)
1. Alıcının məsrəfləri mallara və xidmətlərə görə ödədiyi qiymətdir.
2. Malın yaxud xidmətin yaradılması yaxud istehsalı üçün tələb olunan məbləğ.
Məsrəflər mübadilə ilə deyil, istehsalla bağlıdır. Əmtəə hazırlandıqdan, xidmət göstərildikdən sonra onlara çəkilmiş xərclər tarixi fakta çevrilir. Əmlak obyektinin yaradılmasına çəkilən məsrəflərə bütün birbaşa və dolayı xərclər daxil edilir.

XƏRCLƏR MÖVQEYİNDƏN YANAŞMA METODU(cost approach method) — Əmlakın bazar dəyərinin hesablanması və qiymətləndirmə ilə bağlı olan digər hallarda dəyərin müəyyənləşdirilməsi üçün istifadə olunan yanaşma. İxtisaslaşdırılmış aktivlərin dəyəri maliyyə hesabatı məqsədləri üçün hesablanarkən birbaşa bazar məlumatları kifayət etmədikdə, əvəzolunmanın amortizasiya olunmuş xərcləri xərclər mövqeyindən yanaşmanı ifadə edir.
Əmlakın yaxud hər hansı başqa aktivin dəyərinin müqayisəsinə əsaslanan yanaşma zamanı, qiymətləndirilən əmlak obyektinin alınması əvəzinə onun bənzərinin yaxud faydalılığı eyni olan, tikinti işlərinin yerinə yetirilməsinin müddətləri ilə əlaqədar həddən artıq xərc tələb etməyən başqa obyektin inşa olunmasının mümkünlüyü nəzərdən keçirilir. Qiymətləndiricinin hesablamaları tam (hesablanmış) amortizasiya çıxılmaqla, qiymətləndirilən əmlakın yaxud aktivin təkrar istehsalı yaxud əvəz olunması xərclərinə əsaslanır.
Xərclər mövqeyindən yanaşdıqda, daşınmaz əmlakın dəyəri torpağın alınması və eyni faydalılığı olan yeni əmlakın yaradılmasına çəkiləcək xərclərin yaxud vaxtın uzanması ilə əlaqədar həddən artıq məsrəflər meydana çıxmadıqda, köhnə əmlakın nəzərdə tutulan məqsədlər üçün uyğunlaşdırılması xərclərinin hesablanması yolu ilə müəyyənləşdirilir. Adətən torpağın alınmasına və tikinti işlərinə çəkilən xərclərə sahibkarlıq stimulunun hesablanmış qiyməti yaxud sifarişçinin sahibkarlıq fəaliyyətindən mənfəəti (itkiləri) əlavə olunur. Nisbətən köhnə əmlak xərclər mövqeyindən qiymətləndirildikdə, onun fiziki vəziyyətini (aşınmasını), habelə köhnəlmənin və optimallaşdırmanın bütün başqa formalarını özündə əks etdirən amortizasiya hesablanır və qiymətləndirilir.

XƏRCLƏRİN KEÇMƏSİ[əvəzi ödənilən xərclər] (expense pass-throughs [recoverable costs]) — Kirayəçi tərəfindən icarə haqqını əməliyyat xərclərinin bir hissəsini ödəmək şəklində verməsini nəzərdə tutan müqavilə forması. “Xərclərin keçməsi” anlayışından Şimali Amerikada, “əvəzi ödənilən xərclər” anlayışından isə Britaniya İttifaqı ölkələrində istifadə edilir.

XÜSUSİ ALICI ÜÇÜN DƏYƏR(special purchaser value) — Torpaq mülkiyyətçisinin bitişik obyektə görə bazar dəyərindən əlavə ödəyə biləcəyi mükafatı əks etdirən dəyər.

XÜSUSİ DƏYƏR(special value) — Dəyərin bazar dəyərindən yüksək olmasını şərtləndirən nadirlik elementinin mövcudluğunu ifadə edən anlayış. Xüsusi dəyər nəzərdən keçirilən əmlak obyektinin yaxınlıqda yerləşən başqa əmlak obyekti ilə fiziki, funksional yaxud iqtisadi əlaqəsinin olması nəticəsində meydana çıxa bilər. Xüsusi dəyər ümumiyyətlə bazar üçün deyil, əsasən müəyyən və ya potensial mülkiyyətçi yaxud istifadəçi üçün mövcud ola bilən əlavə dəyərdir, yəni, xüsusi dəyər yalnız obyektdə güclü marağı olan alıcıya münasibətdə tətbiq edilə bilər. Əmlakda iki və daha çox marağın birləşməsi nəticəsində meydana çıxan dəyər artımı, yəni qovuşma zamanı dəyər xüsusi dəyərə konkret nümunədir. Xüsusi dəyər fəaliyyət göstərən müəssisənin dəyərinin elementlərinin və investisiya dəyərinin təsəvvürü yarada bilər. Qiymətləndirici istinad etdiyi bütün xüsusi ehtimallara aydınlıq gətirməklə, bu cür obyektlərin qiymətləndirilməsi üçün istifadə etdiyi meyarların bazar dəyərini hesablamaq üçün tətbiq etdiyi meyarlardan fərqləndiyinə zəmanət verməlidir

XÜSUSI, QEYRI-ADI VƏ NADİR EHTİMALLAR(special, unusual, or extraordinary assumptions) — Səriştəli alıcı əmlakı almazdan əvvəl bazarda onun barəsində adi məlumatları əldə etməklə, kompleks yoxlama (due diligence) həyata keçirir. Qiymətləndiricinin bu kompleks yoxlamanın ən çox ehtimal olunan nəticələrinə istinad etməklə, öz rəyini sifarişçinin təqdim etdiyi məlumatlara əsasən formalaşdırması normal hal hesab olunur. Xüsusi, qeyri-adi və nadir ehtimallar kompleks yoxlama nəticəsində meydana çıxan məsələlərlə, yaxud alıcının şəxsi xüsusiyyətləri, əmlakın fiziki vəziyyəti, ətraf mühiti çirkləndiricilərin mövcudluğu (məsələn, qrunt sularının çirklənməsi), əmlak obyektinin yenidən planlaşdırılması və yeni tikinti aparılmasının mümkünlüyü ilə əlaqədar meydana çıxa bilər.

  • Teqlər:
  • iqtisadiyyat
  • , iqtisadi nəzəriyyə
  • , ekonomiks
  • , iqtisadi nezeriyye
  • , iqtisadi termin
  • , iqtisadi terminlər lüğəti
  • , iqtisadiyyat terminleri

Faydalılığın mənası

Videonuz: Как почистить утюг в домашних условиях. Утюг плюётся грязью?

MəZmun

  • Utilitarizm nədir:
  • Faydalılığın xüsusiyyətləri
  • Faydalıçılıq növləri
  • Utilitarizm və hedonizm

Utilitarizm nədir:

Faydalılıq, mənəvi bir təlimdir faydalılığı şeylərin əxlaqi prinsipi kimi vurğulayır hər hansı digər xüsusiyyət və ya keyfiyyətdən üstündür.

Utilitarianism sözü Latın mənşəlidir, sözlərdən ibarətdir utilitas “faydalı keyfiyyət” və şəkilçi mənasını verən –ism “doktrinanı” ifadə edən.

Utilitarizm 1780-ci ildə ingilis Jeremy Bentham (1748-1832) tərəfindən traktatında rəsmiləşdirilmişdir. Əxlaq və qanunvericilik prinsiplərinə giriş (“Mənəvi və qanunvericilik prinsiplərinə giriş”).

Bentham üçün fayda xoşbəxtlik yaradan hər şeydir, bu səbəbdən yaxşı və doğru zövq verən və ağrıları azaldan şeydir. Bu şəkildə bir cəmiyyətdə xoşbəxtliyi təbliğ edən hər şey əxlaqi bir prinsip olaraq qəbul edilir.

Digər tərəfdən, onun davamçısı John Stuart Mill (1806-1873), bütün fərdlərin çox sayda insana xoşbəxtlik gətirmək üçün hərəkət etmələri lazım olduğunu söyləyir. Bu şəkildə xoşbəxtlik və ya ləzzət sosial olaraq hesablanaraq idarə edilə bilər.

Faydalılığın xüsusiyyətləri

Utilitarizm sosial səviyyədə xoşbəxtlik axtarışı ilə xarakterizə olunur. Bu şəkildə cəmiyyətdə etik normalar kimi tərcümə olunan əxlaq prinsipləri ilə əlaqələndirilir. Bu səbəbdən utilitarizm etik və fəlsəfi bir doktrina kimi qəbul edilir.

Bu şəkildə, bu cərəyan zövq keyfiyyətinə görə ağrı azalma miqdarına dəyər verir. Məsələn, bir sosial tədbir mənfi təsir göstərdiyindən daha çox insana faydalıdırsa, utilitarizmə görə, yalnız bir neçəsinə fayda gətirəndən daha yaxşı sayılır.

Digər tərəfdən, utilitarizmə görə, 2 ev heyvanına qənaət etmək, mənəvi prinsipi etik doktrina ilə qarşı-qarşıya qoymaqla ev heyvanınızı xilas etməkdən daha doğrudur.

Etik və əxlaqa da baxın.

Faydalıçılıq növləri

Üç növ utilitarizmi ayırmaq olar:

The negativist utilitarianism: mümkün qədər çox insan üçün mümkün qədər çox ağrının qarşısının alınmasını, ağrı yaratmaq xoşbəxtlikdən daha asan olduğunu ifadə edir.

The mənəvi hərəkətin faydası: bir hərəkətin mənəvi dəyərinin daha böyük fayda təmin edən bir qayda və ya standarta uyğunluqla ölçülməsini göstərir.

The güzəştli faydalanma: daha çox insan üçün ən yaxşı nəticələrə gətirib çıxaracaqları etməyi təklif edir.

Utilitarizm və hedonizm

Utilitarizm və hedonizm bir-birinə bağlıdır, çünki hər ikisi də ləzzətin artması və ağrının azalması ilə əlaqədardır.

Faydalılıq xoşbəxtlik axtarmağın eyni əxlaqi prinsipindən başlayır, lakin etik baxımdan, yəni ən çox insana yönəldilmişdir. Bu mənada bir hərəkət daha çox insana təsir göstərdiyi müddətcə doğru və ya əxlaqlıdır.

Digər tərəfdən, hedonizm fərdi xoşbəxtlik qarşılaşması üçün zövq axtarışı və ağrının azalmasıdır ki, buna görə kollektiv bir xoşbəxtlik yaranır.

Faydalılıq: xoşbəxtlik mərkəzli bir fəlsəfə

Filosoflar bəzən reallıq və onları müəyyənləşdirmək üçün istifadə etdiyimiz fikirlər barədə həddindən artıq nəzəriyyə yaratdıqlarına və bizi həqiqətən xoşbəxt edən şeylərin mahiyyətini araşdırmağa az diqqət etdiklərinə görə tənqid olunurlar.

Bu, iki səbəbdən dolayı səhv bir ittihamdır. Birincisi, böyük qrupların xoşbəxt olmasına kömək edə biləcək vərdişləri öyrənmək filosofların vəzifəsi deyil; alimlərin rolu budur. İkincisi, xoşbəxtliyi maraq sahəsinin mərkəzinə qoyan ən azı bir fəlsəfi cərəyanın olmasıdır. Adı utilitarizmdir.

Faydalıçılıq nədir?

Hedonizmlə sıx əlaqəli olan utilitarizm, fəlsəfənin etik qolunun nəzəriyyəsidir ki, ona görə mənəvi cəhətdən yaxşı davranışlar nəticələrini xoşbəxtlik gətirən davranışlardır. Beləliklə, utilitarizmi müəyyənləşdirən iki əsas element var: onun yaxşıları fərdlərin xoşbəxtliyi ilə əlaqələndirmə yolu və onun nəticəlilik.

Bu son xüsusiyyət o deməkdir ki, bəzi fəlsəfi təlimlərdə baş verənlərin əksinə, yaxşılığı kiminsə fəaliyyət göstərməyə gəldiyi zaman yaxşı niyyətlə müəyyənləşdirən, utilitarizm, hərəkətlərin nəticələrini bir hərəkətin yaxşı və ya pis olduğuna baxarkən araşdırılması lazım olan cəhət olaraq təyin edir.

Benthamın Xoşbəxtlik Hesablanması

Niyyətlərimizə diqqət yetirərək hərəkətlərin yaxşı və ya pis olduğunu araşdırmaq, mənəvi cəhətdən yaxşı olduğumuzu qiymətləndirərkən asan görünə bilər. Günün sonunda yalnız öz hərəkətlərimizlə kiməsə zərər vermək, daha doğrusu kiməsə fayda gətirmək istədiyimizi soruşmalıyıq.

Faydalılıq baxımından yaxşılığa və ya pisliyə sadiq qaldığımızı görmək o qədər də asan deyil, çünki niyyətlərimizin itkin olduğuna dair açıq istinad, hər birimizin yeganə hakimimiz olduğu bir sahədir. Hərəkətlərimizin yaratdığı xoşbəxtliyi “ölçmək” üsulunu inkişaf etdirməyə ehtiyac duymağa başlayırıq. Bu müəssisə ən hərfi formada utilitarizmin atalarından biri, ingilis filosofu tərəfindən götürülmüşdür Jeremy bentham, faydalılığın zaman və məkanda müəyyənləşdirilə bilən hər hansı bir elementlə edildiyi kimi kəmiyyət olaraq qiymətləndirilə biləcəyinə inanan.

Bu hedonistik hesablama, hərəkətlərimizin nəticələndiyi xoşbəxtlik səviyyəsini obyektiv qurmağın sistematik bir yolunu yaratmaq üçün bir səy idi və beləliklə də utilitar fəlsəfəyə tamamilə uyğundur. Yaşanan müsbət və xoş duyğuların müddəti və intensivliyini ölçmək və ağrılı təcrübələrlə eyni şeyi etmək üçün müəyyən tədbirlər daxil idi. Bununla birlikdə, bir hərəkətin xoşbəxtlik səviyyəsini obyektivləşdirmək iddiaları asanlıqla sorğulana bilər. Axı, xoşbəxtlik səviyyəsinin hər “dəyişəninə” veriləcək əhəmiyyət dərəcəsi ilə bağlı tək, mübahisəsiz bir meyar yoxdur; bəziləri bunların müddəti, başqaları onun intensivliyi, bəziləri daha xoş nəticələrə gətirib çıxaracağı ehtimal dərəcəsi ilə daha çox maraqlanacaq.

John Stuart Mill və faydacılıq

John Stuart dəyirmanı liberalizmin nəzəri inkişafında ən təsirli mütəfəkkirlərdən biri sayılır və eyni zamanda həvəslə utilitarizmin müdafiəçisi olmuşdur. Stuart Mill müəyyən bir problemin həlli ilə maraqlanırdı: fərdin mənafelərinin xoşbəxtlik uğrunda digər insanların maraqları ilə toqquşması. Bu tip qarşıdurma, bununla əlaqəli olan xoşbəxtlik və zövqün yalnız fərdi şəkildə yaşana biləcəyinə görə çox asanlıqla ortaya çıxa bilər, ancaq sosial olaraq deyil, eyni zamanda insanların müəyyən yaşamaq zəmanətlərinə sahib olmaq üçün cəmiyyətdə yaşamaları lazımdır.

Buna görə Stuart Mill xoşbəxtlik anlayışını ədalət anlayışı ilə əlaqələndirir. Bunu bu şəkildə etmək mantiqidir, çünki ədalət, hər bir fərdin öz hədəflərinə çatmaq üçün azadlıqdan istifadə etməyə davam edərkən, müəyyən hücumlardan qorunmasına zəmanət verdiyi sağlam münasibətlər çərçivəsini qoruyan bir sistem olaraq başa düşülə bilər.

Xoşbəxtliyin növləri

Bentham üçün xoşbəxtlik əsasən bir miqdar məsələsidirsə, John Stuart Mill, müxtəlif xoşbəxtlik növləri arasında keyfiyyət fərqi yaratdı.

Beləliklə, ona görə intellektual bir təbiətin xoşbəxtliyi, duyğuların stimullaşdırılması nəticəsində yaranan məmnuniyyətə əsaslanandan daha yaxşıdır. Ancaq psixoloqların və nevrologların illər sonra gördüyü kimi bu iki növ zövqü ayırmaq asan deyil.

Ən böyük xoşbəxtlik prinsipi

John Stuart Mill, Bentham vasitəsi ilə təmasda olduğu utilitarizm üçün daha çox şey etdi: bu etik baxımdan təqib edilməli olan xoşbəxtlik növünə tərif əlavə etdi. Bu şəkildə, o zamana qədər utilitarizmin hərəkətlərin nəticələrinin nəticəsi olan xoşbəxtlik axtarışı olduğunu başa düşsəydilər, Stuart Mill bu xoşbəxtliyi kiminlə qarşılaşdıracağı mövzusunu dəqiqləşdirdi: mümkün qədər çox insan.

Bu fikir “.” Adlanan şeydir ən böyük xoşbəxtlik prinsipi: Elə davranmalıyıq ki, hərəkətlərimiz mümkün qədər çox insanda ən çox xoşbəxtlik yaratsın, filosofun on illər əvvəl təklif etdiyi əxlaq modelinə bənzəyən bir fikir. İmmanuel Kant.

Utilitarizm bir həyat fəlsəfəsi kimi

Faydalılıq həyat tərzimizi qurmaq üçün fəlsəfi bir istinad kimi faydalıdır? Bu suala asan cavab budur ki, bunu tapmaq özündən və bu etik formanın həyata keçirilməsinin bizdə yaratdığı xoşbəxtlik dərəcəsindən asılıdır.

Ancaq utilitarizmə ümumiləşdirilə bilən bir fəlsəfə olaraq verilə biləcək bir şey var; Bu gün xoşbəxtliklə əlaqəli həyat vərdişləri üzərində iş aparmaq istəyən daha çox tədqiqatçı var, bu da bu fəlsəfi nəzəriyyənin 100 il əvvələ nisbətən bir qədər aydın davranış nümunələri təqdim edə biləcəyi deməkdir.

Comments are closed, but trackbacks and pingbacks are open.