Press "Enter" to skip to content

BDU-da elmi seminar: Nizaminin dili və Azərbaycan

-Xatırlayım da. (bir az düşünür). Məsələn, onun mənə “hə” deməsi mənim üçün bəşəri səciyyə daşıyırdı:

Fikrət şiriyev azərbaycan dili

(+994 12) 493 30 77

  • Fəlsəfə
  • Tarix
  • Azərbaycan tarixi
  • Sosiologiya
  • Etnoqrafiya
  • İqtisadiyyat
  • Dövlət və hüquq
  • Siyasət. Siyasi elmlər
  • Elm və təhsil
  • Mədəniyyət
  • Kitabxana işi
  • Psixologiya
  • Dilçilik
  • Ədəbiyyatşünaslıq
  • Folklor
  • Bədii ədəbiyyat
  • İncəsənət
  • Kütləvi informasiya vasitələri

Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika

Abunə

Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.

Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

Bannerlər

Əlaqə

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58

Tel.: (+99412) 596-26-13

İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar

Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.

BDU-da elmi seminar: Nizaminin dili və Azərbaycan

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Azərbaycan dilçiliyi kafedrasının təşkilatçılığı ilə “Nizaminin dili və Azərbaycan” mövzusunda onlayn elmi seminar keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Filologiya fakültəsinin elmi işlər üzrə dekan müavini, dosent Mehriban Əlizadə “Nizami Gəncəvi İli” çərçivəsində təşkil olunan elmi seminarların əhəmiyyətindən danışıb, məruzəçilərə uğurlar arzulayıb.

Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Sənubər Abdullayeva Nizami Gəncəvi əsərlərinin milli və bəşəri əhəmiyyətindən, dünya miqyasında öyrənilməsindən, xüsusilə akademik Nərgiz Paşayevanın dahi şairin irsinin tədqiqi və təbliği istiqamətində gördüyü mühüm işlərdən söz açıb.

“Dilimizdə Nizami” mövzusunda məruzə ilə çıxış edən dosent Fikrət Şiriyev dahi şairin əsərlərinin Azərbaycan dilinə bədii və filoloji tərcümələri haqqında məlumat verib.

Dosent Reyhan Həbibli “Nizami əsərlərində poetonimlər” adlı məruzəsində poetonimlərin bədii funksiyasından, xüsusilə Nizami “Xəmsə”sində işlənmiş bu qrup onomastik vahidlərin poetik özəlliklərindən danışıb, şairin yaradıcılığındakı poetonimlərin tədqiqinə və onların lüğətinin tərtibinə ciddi ehtiyac duyulduğunu diqqətə çatdırıb.

Sonra fakültənin tələbələri – Sezər Məmmədli “N.Gəncəvi əsərlərində tarixi şəxsiyyət adları”, Narıngül Məlikova “N.Gəncəvinin “Yeddi gözəl” poemasında antroponimlər”, Şəbnəm Gülalıyeva “N.Gəncəvinin “Xosrov və Şirin” poemasında qadın adları”, Fatma Rəhimzadə “N.Gəncəvi “Xəmsə”sində mifoloji adlar”, Şəbnəm Abdullazadə “N.Gəncəvi yaradıcılığında toponimlər”, Aysel Həsənova “N.Gəncəvinin “İsgəndərnamə” poemasında (“Şərəfnamə”) onomastik vahidlər” mövzularında məruzə ilə çıxış ediblər.

Məruzəçilərə suallar ünvanlanıb, mövzular ətrafında fikir mübadiləsi aparılıb. Filologiya fakültəsinin II kurs tələbəsi, Tələbə Elmi Cəmiyyətinin sədri Fidan Hüseynovanın moderatorluğu ilə keçirilən tədbirdə Nizami Gəncəvinin məqbərəsi və ev-muzey ilə bağlı videoçarx nümayiş olunub.

Fikrət şiriyev azərbaycan dili

BDU Mətbuat xidməti və «Bakı Universiteti» qəzeti təqdim edir…

Fikrət Şiriyev… Üç sözlə ifadə etsək: xeyirxah, enerjili və qədirbilən… Bütün universitet onu belə tanıyır, elə bu cür də sevir. Bəzilərinin zənnincə o, jurnalistlərdən yaxşı jurnalist, bəzilərinə görə yaxşı şair, dilçi-alimdir. Ən əsası isə odur ki, Fikrət müəllim gözəl insandır. Hamının dərdinə şərik olan, halına yanan bir insan. Fikrət müəllimlə bir çox layihələrdə, işçi qruplarında olmuşuq, hər dəfə də çətinə düşəndə qeydlərinə, məsləhətlərinə ehtiyac duymuşuq. Bu dəfə isə hakimi-mütləq bizik. Səmimiyik öz yerində, amma ciddiliyimizə də söz yox. Hə, başlayaq… Fikrət müəllimi 55 yaşın tamamında söhbətə tutmağın da öz yeri var. Odur ki, Pərvanə İbrahimova, Anzulə Əmirova, Kəramət Böyükçöl və İlahə Dadaşovanın təqdimatı ilə Bakı Dövlət Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Fikrət Şiriyevlə tanış olmağa dəyər.

P.İbrahimova:
Fikrətmüəllim, Kəramət və Anzulədən fərqli olaraq, tanışlığımızın tarixi 12 ili arxada qoyub. Bu tanışlığa əsasən deyə bilərəm ki, sizi həddən-ziy də enerjili, insanları dinləməyi bacaran, dar məqamda hamıya kömək edən biri kimi tanımışam. Baxmayaraq ki, 55 yaşınız tamam olur, hələ də bu missiyanızı uğurla davam etdirirsiniz. Bəlkə izahata ehtiyac var?

– Enerji genetik xüsusiyyətdir və bu, mənə irsən keçib. 1 yaşı bu günlərdə tamam olan nəvəm Yunus da mənim kimidir. Yəni, çox enerjilidir. Bu, insanın özündən asılı deyil. Bilirsiniz, elə xüsusiyyətlər var ki, insan özündə onu dəyişə bilmir, amma müəyyən məcraya yönəltməyə çalışa bilər. Qaldı ki, insanları dinləmək, kömək etmək, həm ziyalı kimi, həm də vəzifəmin əhatə dairəsi kimi borcumdur.

– Gəlin, «Fikrət Şiriyev kimdir?” sualına cavab axtaraq. Amma qısa bir arayış verim ki, bəziləri sizi jurnalistlərdən də yaxşı jurnalist, bəziləri gözəl şair hesab edir. Dilçi-alim də öz yerində. Maraqlıdır, özünüz bu sualı necə cavablandırmaq istərdiniz. Və ya Fikrət Şiriyev özü-özünü oxuculara necə təqdim edər?

– Rastlaşdığım ən çətin sualdır. Çünki birmənalı cavab vermək çətindir. Özüm özümdə hansı müsbət xarakteri deyə bilərəm ki. Məncə oxucular tərəfindən düzgün anlaşılmaz. Bəlkə də bir az kömək edəsiniz.

Enerjili, insanları anlayan, işıqlı adam.

– Bəlkə də bəxti gətirən adam kimi təqdim etsəm daha doğru olar. Mənim şansım rastıma çıxanların böyüklüyündə olub. 3-cü sinifdə oxuyandan atam şeirə olan həvəsimi görüb və məni indiki Tofiq İsmayılov adına məktəblilər sarayında ədəbiyyat dərnəyinə yazdırıb. Məktəbi bitirənədək ora getmişəm və dərnəyin rəhbəri, gözəl insan və şair olan Teyyub Qurbandan dərs almışam. O, deyərdi ki, insan gərək yaxşılıq etməyi bacarsın və heç vaxt onun qarşılığı barədə düşünməsin. Bu fikirlər uşaqlıqdan yaddaşıma əbədi həkk olunub və həyat amalıma çevrilib. Universitetdə oxuduğum müddətdə Bəxtiyar Vahabzadə, Ağamusa Axundov, Ağa Laçınlı, Şahməddin Xəlilov, Xalid Əlimirzəyev, Fərhad Zeynalov kimi insanlarla qarşılaşmışam və onların hər biri idealıma çevriliblər. Bir müddət sonra isə Abel Məhərrəmovla tanış olmuşam. O, BDU-nun tədris hissəsinin rəisi vəzifəsinə təyin olunmuşdu. Mən də universiteti yenicə bitirmişdim.O vaxt onun cəmi 29 yaşı var imiş, mən isə elə bilirdim ki, 50-60 yaşlarındadır, əsl yaşını əlbəttə, bilirdim, ancaq gənc ikən belə müdrik, ağsaqqal, adamlara örnək olmağı bacarmaq xüsusiyyəti görüb öyrənmək istədiyim ilk arzum idi. Abel Məhərrəmovun xarakterində olan zəhmətsevərlik, yorulmazlıq, ruhdan düşməmək, sonadək mübarizə aparmaq bacarığı, təslim olmamaq xüsusiyyəti məni cəlb etmişdi və mən də həmişə bu keyfiyyətləri də özümdə tərbiyə etməyə çalışmışam.

– Siz Abel müəllimlə bağlı mətbu yazılarınızda onun portretini kifayət qədər açmısınız. Həm də universitetdə işlədiyiniz 32 il müddətində bir neçə rektorla işləmisiniz. Sizə görə, Abel Məhərrəmovun fərqli xüsusiyyətləri hansılardır?

– Rektor Abel Məhərrəmovun fərqli cəhətləri olduqca çoxdur. Dediyiniz məqalələrdə bu barədə yazmışam. Əsas xüsusiyyətləri haqda danışsaq, deyərdim ki, o, çox sədaqətli adamdır. Təkcə dostlarına, qohumlarına, vətəninə yox, həm də elmə, təhsilə, universitetə fanatikcəsinə bağlı adamdır. Universitetin ən ağır illərində bir çoxları kimi o da qazanc dalınca xarici ölkələrə gedə bilərdi, mən yaxşı bilirəm, gözəl şansları var idi, bir çox haqsızlıqlarla qarşılaşırdı, ancaq universiteti heç nəyə dəyişmədi, mübarizədən çəkinmədi, sona qədər çalışdı. Bu gün bütün etimadları doğruldaraq hamının sevimli rektoru ola bilib. Təkrar edirəm, elmə, təhsilə, universitetə sədaqət Abel müəllimin əsas xüsusiyyətlərindən biridir və bu gün həmin cəhət xalqın xeyrinə işləyir.

– Ümumiləşdirsək, Abel müəllimi bir neçə sözlə necə ifadə edərsiniz?

– İradəli, sədaqətli və müdrik.

A.Əmirova:
– Fikrət müəllim, istyərdik sizi keçmiş qaytaraq. Masallıda doğuldunuz, məktəbi Bakıda bitirdiniz…

– Bəli. Atamın işi ilə əlaqədar altı yaşımdan ailəlikcə Bakıda yaşamışıq. 7 yaşım olanda Nərimanov rayonundakı 36 saylı məktəbə getmişəm. Evimizi dəyişməyimizlə əlaqədar olaraq Əhmədlidə yaşamışıq, 6-cı sinifdən Bakının ən qocaman məktəblərindən olan 56 saylı məktəbdə təhsilimi davam etdirmişəm. Fəxr edirəm ki, bu gün məni həmin məktəbin ən yaxşı on məzunundan biri hesab edirlər.

– Sizin həm də şairlik qabiliyyətiniz var. Bildiyimizə görə, ilk dəfə 2-ci sinifdə oxuyan zaman şeiriniz çap olunub. Müasir dövrdə 2-ci sinif şagirdinin şeir yazması o qədər də təsadüf olunan hal deyil…

– Təvazökarlıqdan uzaq olsa da, deyim ki, şeirlərim oxucular tərəfindən bəyənilirdi. Mənə çoxları sual verir ki, necə oldu ki, şeir yazdın, bunu necə izah edə bilərsən? Mən bunu da daha çox genetik kodlarla əlaqələndirərdim. Bir sıra xüsusiyyətlər kimi, insanların müəyyən qabiliyyətləri də genetik kodlar vasitəsilə ötürülür. Nəzər yetirsəniz görərsiniz ki, halvaçının, dulusçunun, rəssamın və digər sənətlərlə məşğul olanların sonrakı nəslində mütləq davamçıları olur. Yazıçılar sırasında Anar, Yusif Səmədoğlu, Elçin Əfəndiyev və digərlərinin bu ənənəni davam etdirməsi dediklərimin nümunəsidir. Mənimsə ana babam Hacı Abutalıb dövrünün görkəmli şairlərindən hesab olunub. Şeir yazmaq qabiliyyətimin ondan ötürüldüyünü düşünürəm.

P.İbrahimova:
– Amma uzun müddət şeir yazmağınızı gizlətmisiniz. Səbəb nə olub, bəlkə qorxmusunuz ki, şairlər sizi qınayarlar?

– Məncə, adam fəth edə bilməyəcəyi zirvənin arxasınca getməməlidir. Düşündüm ki, Əli Kərim, Məmməd Araz, Bəxtiyar Vahabzadə səviyyəsində yaza bilməyəcəyəmsə, bunu qabartmağın mənası yoxdur.

– Maraqlıdır, həyatınız əvvəldən düşündüyünüz kimi, yoxsa başqa ssenari üzrə davam edir. Yəni tələbəlik illərinizdə qurduğunuz xəyalları həyata keçirmisinizmi və ya həmin vaxtlar karyeranızı necə planlaşdırırdınız?

– Orta məktəbdə şair kimi tanınırdım, bu da məni filologiya fakültəsinə gətirib çıxardı. Jurnalist olmaq istəyim də var idi. Sonda isə müəllim olmaq qərarını verdim və belə də oldu.

A.Əmirova:
– Bu söhbətə qədər mən Sizi özünə inamlı birisi kimi tanıyırdım. Amma artıq şübhələnməyə başladım. Deyəsən, sizdə özünüzə inam hissi bir qədər zəif olub ki, şair və jurnalist olmaqdan vaz keçmisiniz.

– Praqmatik, bir qədər də realist insanam. Düşündüm ki, ən güclü şair ola bilmərəmsə, bu yolu davam etdirməyin əhəmiyyəti yoxdur. 1979-cu ildə respublikanın ən istedadlı 40 gənc yazarını Şüvəlanda yazıçıların yaradıcılıq evinə toplayıb bir ay seminar keçdilər. Rəhmətliklər Cabir Novruzla Nüsrət Kəsəmənli gənc şairlərin müəllimləri idilər. Düzü, orada bir çox bilmədiyim mətləblər mənə aydın oldu və peşəkar şairlikdən əl götürdüm. Jurnalist olmaq isə mənim dövrümdə çox çətin idi. Qəzetlərin sayı az, münasibət isə kəskin, bəzən çox kobud olurdu. Bütün bunlar məni istəklərimdən uzaqlaşdıran əsas səbəb oldu.


K.Böyükçöl:
– Bəs şeir yazmağı biryolluq atmaq olurmu? Sonralar Sizdə heç belə arzu yaranmadımı?

– Mənim kimi məmur olan praqmatik adamın bu suala şairanə cavab verməsi bəlkə də inandırıcı görünməz. Ancaq bu gün fərqli gündür və əvvəlcədən səmimiyyətə söz vermişəm. Ona görə deyirəm: Allah hər kəsi bir missiya ilə dünyaya göndərir, biri şairlik üçün, biri həkimlik üçün, biri musiqiçilik üçün dünyaya gəlir. Əgər tapşırıq yerinə yetirilmirsə, o insanın işləri düz getmir. İnanın, müəyyən missiya ilə gələn borcunu yerinə yetirmirsə, gecə rahat yata bilmir, narahat bir ömür yaşayır. Mənim şeir yazmağa vaxtım olmur, uzun müddət də özümü bu borcdan qaçırmışam. Ancaq inanın, nə vaxt ki, məcbur olub, daha dəqiqi özümü məcbur edib nəsə yazıram, elə bil mənə dünyanı bağışlayırlar, çox rahat oluram, həmin gün əhvalım xeyli yaxşı olur.

İ.Dadaşova:
– Demək, işlərinizin düzəlməsini istəyəndə şeir yazmısınız?

-Lap elə də demək olmaz. Ancaq həyatımda şeirin həlledici rolu olan anlar olub. Bu gün “açıq qapı” günüdür, hər şeyi danışım. Təxminən 30 il əvvəl tələbəm olan çox gözəl bir qıza vurulmuşdum. O, həm də çox ağıllı, özü də kifayət qədər tanınmış bir ailənin qızı idi. Mənim kimi tələbəlikdən təzə ayrılan gənc müəllimlə, özü də mövqeyi, evi, şəraiti, demək olar ki, heç nəyi olmayan biri ilə onun ailə həyatı qurmasının səbəbkarı, ilk növbədə, şeirlərim olub. İlk tanışlıq dövrlərində dəfələrlə olub ki, ayrılmaq həddinə çatmışıq. Ən çətin vaxtlarda şeirlər məni xilas edib.

A.Əmirova:
– Bəlkə həmin şeirlərdən xatırlayasınız…

-Xatırlayım da. (bir az düşünür). Məsələn, onun mənə “hə” deməsi mənim üçün bəşəri səciyyə daşıyırdı:

Daha heç kəs eşitməz anaların ahını,
Səadət müjdələyər bəşərin sabahını.
Daha qəmli oxumaz Flora xanım, Co Dassen,
Reyqan qadağan edər neytron silahını,
Əgər mənə “hə” desən.

Yaxud, bir dəfə ona şeirlə birgə gül bağışlamışdım:

Mən istəyirəm ki, bizim sevgimiz,
Bu çiçəklər kimi ətirli olsun!
Bayramdan-bayrama əzizlənməsin,
Həmişə qiymətli, qədirli olsun.

Yaxud da, lap təzə tanış olarkən ona bir məktub yazmışdım:

Çox şey dəyişəcək, həyatda çox şey,
Çox şey qiymət tapıb-itirəcəkdir.
Vədəli-vədəsiz əsən küləklər
Ömrümüzə nələr gətirəcəkdir-
Sənə olan sevgim dəyişməyəcək!

Yağışlar yuyacaq meşəlikləri,
Zirvələr dumanla döyüşəcəkdir.
Çəmənlər rəngini, güllər ətrini,
Çaylar məcrasını dəyişəcəkdir
Sənə olan sevgim dəyişməyəcək.

Dəniz sahilinə düşən ləpirlər,
Dalğalar qoynunda əriyəcəkdir.
Yazın min təravət verdiyi çölü
Qış ağappag qara bürüyəcəkdir-
Sənə olan sevgim dəyişməyəcək.

Bir şeir də yadıma düşdü, ondan da bir bənd yazın, yoxsa bu gərgin rejimdə şeir-filan hələm-hələm yadıma düşmür:

Demə, tanışlığımız nə vaxtdansa başladı,
Tale nə vaxtsa səni ömrümə bağışladı!
Səni tanımağımın tarixçəsi başqadır-
Körpəlikdən odunu qəlbimdə qalamışam,
Başqa cür yox, səni məhz belə arzulamışam.

Baxın, belə şeirlər və yaxud da şeir yazmağı bacarmağım mənim imdadıma çatdı və nəhayət onunla ailə qurduq, indi iki nəvəmiz də var.

P.İbrahimova:
– İş rejiminiz gərgindir. Bu baxımdan səmimi cavab verin, sonuncu dəfə nə vaxt bədii əsər oxumusunuz?

– Səmimiyyətimə şübhə etməyin, oxumağa iş rejiminin aidiyyatı yoxdur. Vaxtın azlığından vaxtı düzgün bölüşdürə bilməyənlər narazılıq edirlər. Hər halda böyük uğurlara imza atanların da günləri 24 saatdan ibarətdir. Məsələn Sabir Rüstəmxanlı həm deputatadır, həm də məhsuldar yaradıcılığı var. Bəxtiyar Vahabzadə vaxtilə universitetdə dərs deməklə yanaşı, gözəl əsərlər yaradıb. Çingiz Abdullayevin məsuliyyətli vəzifəsi var, amma əlli yaşında çoxsaylı romanları ilə dünyanın tanınmış adamlardan birinə çevrilib. Bu kimi yüzlərlə nümunələr gətirmək olar. Ancaq elə adamlar da var ki, 100 ildir yaşayır, amma heç bir şeyə nail olmurlar. Deməli, vaxtı düz bölsək, hər bir işin öhdəsindən gələ bilərik. Bu baxımdan mən mütaliə etməyə həmişə vaxt tapıram.

– Adlarını çəkdikləriniz insanların hər biri bizə dəyərli töhfələr verib. Siz 55 yaşa kimi nə etmisiniz?

– Mən həyatım boyu gördüyüm işləri qabartmamışam. Sadəcə, çalışmışam, insanların işinə yarayım. Məsələn, universitetdə demək olar ki, heç kəs bilmir ki, məzun gününün ssenarisini də mən yazıram, rejissorluğunu da özüm edirəm, yaxud mart soyqırımı, Xocalı soyqırımı, 20 Yanvar faciəsi və eləcə də digər əlamətdar hadisələrlə əlaqədar universitetdə keçirilən möhtəşəm tədbirləri mən hazırlayıram. Ən kiçik işlərdən, deyək ki, BDU-nun telefon kitabçasının sıfır vəziyyətindən hazırlanmasından, BDU ilə əlaqədar çəkilən filmlərin ( məs.,”Dünya şöhrətli məzun” filminin ssenari müəllifiyəm), yaxud yeni tədris korpusunun arxasındakı parkın salınmasına qədər, nə eləmişəmsə, çalışmışam, heç kəs bilməsin. Yeri gəlmişkən, həmin parkın yerində stadiondan tennis kortuna kimi neçə-neçə layihə hazırlanmışdı, mən böyük zəka sahibi olan Abel müəllimi əmin edə bildim ki, parkı çatdırarıq və bu, daha praqmatik variant olar. 20 günün ərzində layihə də hazırlandı, 2000 nəfər əməkdaşımız iməciliyə çıxdı və çoxunun yaxşı xatırladığı zibilliyin yerində o gözəl park salındı. (Gülür. ) Bax, məni danışdırdınız, bunları dedim, yoxsa heç kəs bilmirdi. Qaldı ki, elmi işlərimə, xeyli vaxtdır ki, əhəmiyyətli bir mövzuda namizədlik dissertasiyasını müdafiə etmişəm və doktorluq işimlə bağlı da maraqlı, yeni fikirlərim var.

A.Əmirova:
– Fikrət müəllim, maraqlıdır, elm sahəsində həyata keçirmək istədiyiniz ən böyük xəyalınız və hədəfiniz nədir?

– Nitq mədəniyyəti ilə bağlı bir sıra kitablar olsa da, bu sahədə boşluqların olduğu qənaətindəyəm. Bunu aradan qaldırmaq məqsədilə, kitab hazırlamışam. Yaxın müddətdə oxucuların ixtiyarına verməyi düşünürəm. Bu kitab söz yığını olmayan, praktiki vərdişlərə söykənən, bilavasitə tariximizdə olan peşəkar natiqlərin mənbələrindən istifadə edilərək hazırlanıb.

P.İbrahimova:
Bəs öz nitqiniz necə, sizi qane edirmi?

(Gülür. ) Mən adi vətəndaş kimi bildiyim mövzuda saatlarla danışa bilərəm. Amma istərdim ki, bir çox qonşu ölkələrdə olduğu kimi, bizim gənclərimiz də istənilən suala dərhal sərrast, “nıqqanmadan”, natiq kimi cavab verə bilsinlər. Bu sahə ilə maraqlanan adam kimi deyim ki, natiqlik qabiliyyətinin çoxu məşq əsasında əmələ gəlir. Düzdür, burada mütaliənin də, canlı nümunələrin də əhəmiyyətli rolu var. Açığı, bəzən televiziya və radiolara verilən müsahibələrdən utanıram, müəllim kimi düşünürəm ki, günahkarı bizik, uşaqlara körpə ikən fikrini bildirmək hüququ vermirik, orta məktəbdə danışmaq imkanı yaratmırıq, 8-ci sinifdən sonra bir azca istedadı olanlar ali məktəbə girmək dərdindən lal-dinməz repetitor yanına gedib test edir, ali məktəblərdə də mühazirəni yarıyuxulu dinlədib, “başa düşdün” soruşub yola salırıq, sonra da yazılı formada imtahan. Nə vaxt ona tribuna verib sərbəst danışdırırıq ki, bu vərdişin olmamağına görə umu-küsü edək?


– Bəs özünüzü əsl müəllim hesab edirsinizmi?

– Hər halda tələbələrim məni fərqləndirir, məzun vinetkalarında müəllim kimi şəklimi qoyurlar. Nizami Gəncəvi necə də doğru deyib ki,

Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan.

Belə olmağını istəsəm də, tale elə gətirib ki, həmişə çoxşaxəli fəaliyyət göstərməli olmuşam.

A.Əmirova:
– Fikrət müəllim, tələbəlik illərinizin çox mənalı keçdiyini deyirsiniz. Bəs universitet sizi real həyata hazırlaya bildimi?

– Düşünürəm ki, hazırlaya bildi. Mənə dərs deyən müəllimlərin hərəsi bir universitet idi. Nəzəri biliklərlə yanaşı, biz onların şəxsiyyətindən, yerişindən, rəftarından, söhbətlərindən nəsə öyrənirdik. Hazırda universitetdə təhsil təşkilatçılarından hesab olunuram, bilirəm ki, bu gün BDU Harvard və ya Kembric səviyyəsində deyil, ancaq burada canlı universitlər – çox dəyərli insanlar, müəllimlər çalışır.

K.Böyükçöl:
– Sizin adaşınız şair Fikrət Sadığın bir şeiri var:

Əyri adamı divara dirədilər güllə əyri,
Düz adamı divara dirədilər güllə düz getdi.

– 55 yaşınız oldu. 54 olsa deyərdim ki, həyat sizə 5:4 qalib gəlib, amma indi həyatla bərabərsiniz. Siz özünüzə hesabat vermisinizmi ki, səhv yaşadınız, ya düz?

Pauza və bir qədər sonra

Maraqlı sualdır. Ancaq belə çıxmırmı ki, keçən il əyri olmuşam, bu il düzəlmişəm, gələn il yenə . (gülür. ) Məncə hamı hər gün, hər ilin başında, xüsusən yubileylərdə özünə hesabat verir. Birmənalı şəkildə həyata qiymət vermək isə təbii ki, çox çətindir. Hər bir kəsin öz ömrünə bəraəti var, hətta ən ağır cinayətkar da, özünə bəraət qazandırır.

P.İbrahimova:
– Bəraət elə yaşam deməkdir.

– Mənim üçün psixoloji məqam maraqlıdır və insanları müşahidə etməyi xoşlayıram. Bir müddət psixolinqvistika ilə məşğul olmuşam, bu məsələlərin məğzi, nəzəriyyəsi ilə maraqlanmışam. Bəzən həyatda elə insanlarla rastlaşmışam ki, o, çox yaramaz, cəmiyyətin qəbul etmədiyi birisi olsa da, özünə haqq qazandırmağa çalışır.

– Bir dəfə mən sizinlə siz auditoriyadan çıxan zaman qarşılaşdım. Həmin gün çox təsirlənmişdiniz ki, tələbələrdən birinə primitiv sual versəniz də cavab ala bilməmişdiniz…

– Mən dilçilikdən dərs desəm də, tələbələrimi hərtərəfli, intellektual səviyyəli görmək istəmişəm. Hər bir tələbə Azərbaycanın tarixi barədə mükəmməl biliklərə malik olmalıdır. Bəzən Azərbaycanın nə vaxt dövlət müstəqilliyini qazandığını, Himnimizin müəllifini, işğal olunmuş ərazilərimizin adlarını bilməyənlərlə də qarşılaşmalı olursan. Bunlar ali məktəbdə yox, orta məktəbdə tədris olunmalı, uşaqlarda vətənə, dövlətə, xalqa laqeydlik, biganəlik əmələ gəlməməsi üçün orta məktəblərdə, məktəbəqədər tədris müəssisələrində onlara vətənə məhəbbət hisslərini aşılamaq lazımdır.

– Fikrət müəllim, biz hələ cavan olmağımıza baxmayaraq, universiteti ikinci evimiz kimi qəbul etmişik. Yəqin ki, siz də belə düşünürsüz.

– 32 ildir ki, bu ali təhsil ocağındayam və bir çox hallarda universitet mənim ikinci yox, birinci evim olub. Həyat yoldaşım, övladlarım günlərlə mənə həsrət qalıblar. Rektor köməkçisi işləyəndə gecə saat 12-dək işlədiyim, səhər saat 8-də işdə olduğum aylar olub. Universitet mənim üçün çox qiymətli dəyərdir. Cəsarətlə deyərdim ki, universitet mənim ailəmdir, həyatımdır, vətənimdir. Burada mən 3000 nəfər əməkdaşın, demək olar ki, hamısını adbaad, əksəriyyətini soyadı, təvəllüd tarixi, xarakteri ilə yaxından tanıyıram. Bu, doğmalığın göstəricisidir. Və deyim ki, universitet mənim cəmiyyəti tanımağıma və tanınmağıma birbaşa təsir edib.

A.Əmirova:
– Universitetdə çalışdığınız uzun zaman kəsiyində sizin üçün ən xoş və ən kədərli hadisəni necə xatırlayırsınız?

– Əlbəttə, böyük universitetdir, hər gün yüzlərlə hadisə olur. Mənim üçün çox xoş olan bir hadisəni danışa bilərəm. Universitetin 90 illik yubileyi münasibətilə Prezident İlham Əliyev tərəfindən bir qrup əməkdaşa fəxri adlar verilmişdi. Mən də xoşbəxt idim ki, “Tərəqqi” medalı alanlar sırasında idim. Bununla əlaqədar universitetdə keçirilən rəsmi tədbirdə adları mən elan edirdim. Əlifbaya görə sonda mənim adım yazılmışdı. Hamının adını oxudum və ən sonda elan etdim: «Nəhayət Fikrət Şiriyev». Bunu deməyim zalda əyləşib artıq yorulan insanlar üçün bir cür, nəhayət mənim əməyimə qiymət verildiyini görən dostlarım üçün başqa cür maraqlı və xoş oldu. Ən kədərli hadisəni də ayırmaq çətindir. Elə insanları bu möhtəşəm ocaqdan son mənzilə yola salmışıq ki, indi də yadıma düşəndə qəhərlənirəm. Bəxtiyar Vahabzadə, Yəhya Məmmədov, Fuad Qasımzadə, Mirabbas Qasımov, Sübhi Bektaşi və başqa adını çəkə bilmədiyim onlarla dünya şöhrətli şəxsiyyət. Lakin məni daha çox təsirləndirən bir neçə il əvvəl bir tələbəmizin avtomobil qəzasında həlak olması olub. Imkansız bir ailənin uşağı olan zavallı ucuz başa gəlsin deyə 6-cı mikrorayonda kirayənişin qalırdı, artıq pul xərcləməmək üçün 10 kilometrə yaxın yolu piyada gəlib-gedirdi. Bir dəfə yenə o dərsə gələndə beyniqanlının biri maşınıyla onu vurub öldürdü. Ona görə bu hadisə yadımdan çıxmır ki, özümü həmkarların sədri kimi bu məsələdə müəyyən qədər günahkar hesab edirəm. Əgər bizim yataqxanalarımız olsaydı, bu yazıq uşaq orda yaşayardı, yolu da yaxın olardı, xərci-əziyyəti də az olardı,belə faciə də baş verməzdi.

P.İbrahimova:
– Fikrət müəllim, əslində, bu sualın cavabını bilsəm də, özünüzdən eşitmək istərdim. Filologiya fakültəsi Sizə daha nə verib?

– Dilimizi, xalqımızı sevməyi.

– Məncə, sizin həyatınızda daha bir önəmli hadisə də elə bura ilə bağlıdır.

– Hə, onu deyirsən (gülür)

K.Böyükçöl:
– Çörçil deyib ki, həyatda ən böyük uğurum həyat yoldaşımla ailə qurmağımdır. Bu deyimdən yanaşsaq sizin üçün də beləmi olub?

– Bəli, belə demək olar. ABŞ-ın prezidenti olan zaman Bill Klinton həyat yoldaşı Hillari Klintonla benzin doldurma məntəqəsinə yaxınlaşırlar. Maşina benzin vuran adamı göstərən Hillari Klinton deyib ki, bu oğlanı tanıdın? O, vaxtilə məni sevirdi. Klinton zarafatla deyib ki, yaxşı ki ona ərə getməmisən, yoxsa benzin dolduranın arvadı olacaqdın, amma indi prezidentin xanımısan. Xanım Klinton isə cavab verib ki, xeyr, əgər mən onun arvadı olsaydım, Amerikanını prezidenti o olacaqdı.

– Demək istəyirsiniz ki…

Fikrimizi tamamlamağa qoymur

– Doğrudan da, hər bir uğurlu kişinin arxasında ağıllı qadın dayanır. Mənim də taleyimdə Rəna xanımın çox böyük rolu var.

– Sizcə qadın necə olmalıdır? Cəsarətli, dəyanətli yoxsa.

– Qadın incə, kövrək, gözəl, elə qadın kimi olmalıdır.

A.Əmirova:
– Həyatda ən çox sevdiyiniz insan kimdir?

P.İbrahimova:
– Bəs Ləmana qədər?

A.Əmirova:
– Xasiyyətinizdə nəyi dəyişmək istərdiniz?

– İstərdim ki, təmkinli olum. Bəzən təmkinli adamlara qibtə edirəm. Düşünürəm ki, bunun olmaması mənə çox çətinliklər yaşadır. Bir çox hallarda hadisəyə tez reaksiya verirəm.

Demək, Sizə səbirsiz demək olar.

Gülür
– Bir az demək olar.

– Fikrət müəllim, 55 ildə «Kaş ki…» dediyiniz məqamlar olubmu? Yəni yaşamadığınız, daha doğrusu, yaşaya bilmədiyiniz nələr üçün peşmançılıq çəkirsiniz?

– Yaşadığımız dövrdə çox böyük proseslər baş verdiyinə görə, bizim nəsil çox böyük nailiyyətlər əldə edə bilmədi. Bu dövrdə infilyasiyalar, dövlət çevrilişləri, vətəndaş qarşıdurmaları, müharibələr, aclıq, yenidənqurma, inqilablar, qaçqınlıq, Qarabağ hadisələri oldu. Bu hadisələr bizə mənfi təfir etdi. Etmək istədiklərimizi həyata keçirə bilmədik. Kaş ki, biz də indiki xoşbəxt, sabit dövrdə doğulaydıq.


P.İbrahimova:
– Sizin maraqlı ətrafınız var – professorlar Məcnun Babayev, Alış Qasımov, Vaqif İbrahimov. Necə düşünürsünüz, dostluqda yaş əhəmiyyətlidirmi?

– Ruhən mənə yaxın olan adamlarla dostluq etməyi sevirəm. 30 il bundan əvvəl birinci kursda dərs dediyim tələbəmlə bu günə qədər gözəl dostluq əlaqlərimiz davam edir. Və maraqlı bir məqamı da deyim ki, dostlarımın çoxu Gürcüstan-Qazax zonasındandır.

A.Əmirova:
– Söhbətimizdən hansı xarakterli insanlarla işləməyə, dostluğa önəm verdiyiniz bəlli oldu. Bəs Siz necə adamlarla işləyə bilməzsiniz, yaxud dostluq etmək çətin olar?

– Göründüyü kimi olmayan, ürəyi ilə dili arasında böyük fərq olanlar mənimçün dözülməzdir. Məsələn, universitetdə İsabala Qurbanovu çoxları çətin, prinsipial adam kimi tanıyır və saxta təbəssümlə “ev yıxan” adamlardan fərqli olaraq onu o qədər də sevmirlər. Amma mənim həmin adama böyük simpatiyam var. Çünki onun əməlləri ilə tələbləri arasında paralellik var. Ancaq elələri var ki, “universiteti sevməliyik,onun imicini qorumalıyıq” deyə-deyə altdan-altdan həmin nüfuzu 5 qəpiyə satmağa hazırdır.

– Bir az da övladlarınızdan danışa bilərsinizmi?

– İki övladım var: Fidan və Elxan. Hər ikisi ali təhsillidir. Biri həkim, digəri hüquqşünaslıq ixtisaslarına yiyələniblər. Mən onların kiçik yaşlarından intellektual, dünyagörüşlü olmaları üçün əlimdən gələni etməyə çalışmışam. Şükür ki, ümidlərimi doğruldublar və onlardan çox razıyam.

– Sevdiyiniz şairlər kimlərdir?

– Məmməd Araz, Bəxtiyar Vahabzadə, Ramiz Rövşən, Əli Kərim, Vaqif Bayatlı, Sabir Rüstəmxanlı, Ağa Laçınlı, Nazim Hikmət.

– Gəlin yazıçıları da əlavə edək.

– İdeal hesab etdiyinz şəxs?

– Bu yaşda vahid ideal haqda danışmaq düz olmaz. Dostlarımın, müəllimlərimin, tanıdığım insanların hərəsi bir baxımdan mənə örnəkdir.

– Həyatınız boyu hansı sualı özünüzə verirsiniz?

– Məmməd İsmayılın gözəl bir şeiri var. «Hələ yaşamağa dəyər bir az da» Mən isə bu misranı sual kimi özümə verirəm: «Hələ yaşamağa dəyər bir az da?»

Comments are closed, but trackbacks and pingbacks are open.