Azərbaycan ədəbiyyatı (F. Köçərli, I cild)/Seyid Əbülqasım Nəbati (məqalə)
Bu böyük şəxsiyyət M.F.Axundzadə və M.Şahtaxtinskidən sonra Azərbaycan mədəniyyətinin inkişafı naminə əlifba islahatı aparılması yolunda çalışan xadimlərdəndir.
Firudin bəy köçərli azərbaycan ədəbiyyatı
Firidun bəy Köçərli ən müqtədir, ən sevgili ədiblərimizdən biridir. Onu böyüklü, kiçikli hamı sevir. Mütəxəssislərin də təsdiqlədikləri kimi, folklorşünaslığın yaranması, şifahi xalq ədəbiyyatının toplanması, sistemləşdirilib nəşr olunmasında Firidun bəy Köçərlinin böyük xidmətləri olmuşdur.
“Azərbaycan ədəbiyyatı”nın müəllifi Firidun bəy Köçərli öz xalqının bəşər mədəniyyəti xəzinəsinə verdiyi inciləri sərraf kimi tapıb qiymətləndirməyi bacarmış, Azərbaycan ədəbiyyatının böyük ideallarla, sağlam və yüksək hisslərlə zəngin olduğunu iftixarla təhlil və sübut etmişdir. Bu görkəmli şəxsiyyət ədəbiyyat tariximizi yazmaqla bütün keçmişimizi diriltdi, şairlərimizin ülvi ruhlarını canlandırdı.
Firidun bəy Köçərli ədəbi şəxsiyyətlər, bədii əsərlər, dərslik və tərcümələr haqqında, sülh və xalqlar dostluğu, qadın azadlığı, habelə məişət mövzularında onlarla maraqlı, aktual məqalələri ilə dövrünün ən fəal publisistlərindən biri olmuşdur.
Firidun bəy belə bir həqiqəti təsdiqləyirdi ki, “bir qövm və tayfa elmsiz və mərifətsiz olsa, bir o qədər ədəbiyyatı zəif və biməzmun olacaqdır. Xalqın sərvət və dövləti, şan və şövkəti artdıqca, onun dili dəxi haman qərar üzrə tərəqqi və vüsət tapır və bir məqama çatır ki, millət qisim-qisim nağıl və hekayələr düzməyə, sinədən sözlər və mahnılar toxumağa başlayır.”
Bu böyük şəxsiyyət M.F.Axundzadə və M.Şahtaxtinskidən sonra Azərbaycan mədəniyyətinin inkişafı naminə əlifba islahatı aparılması yolunda çalışan xadimlərdəndir.
Azərbaycan ədəbiyyatı tarixinin bu yorulmaz və vətənpərvər tədqiqatçısı bir ədəbiyyatşünas kimi araşdırmalarına folklor nümunələrini yazıya almaqla başlamışdır. Şifahi xalq ədəbiyyatının növ və janr zənginliyini aşkarlayan görkəmli ədəbiyyatşünas alim qeyd edib ki, keçmişdə şan və qüvvət sahibi olan türk milləti öz məişətinə, ayin və adətinə dair yaratdığı nağıl və hekayələr, gözəl mənzumələr, hikmətamiz məsəllər, atalar sözləri, nazik mənalı müəmma və tapmacalar, körpələrin qəlbini açan düzgülər və yanıltmaclar, heyvanat qisminə məxsus sayaçı sözləri unudulmaqdadır. Böyük maarifpərvər bu unudulmaq təhlükəsini duyaraq folklorumuzu toplamağa başlamışdı. O dövrlərdə məktəblərdə çalışan soydaşlarına yazdığı məktublarda toxunduğu məsələyə o, bir daha qayıdaraq göstərirdi: “O millət ki, öz tarixini, dolanacağını, vətənini və dilini sevir- bu qism əsərləri kəmali şövq və diqqətlə cəm edib sərmayə kimi saxlayır və uşaqların ilk təlim-tərbiyəsini onları öyrətməklə başlayır.”
F.Köçərlinin fikrincə uşaq dünyası çox zəngindir. Uşaqlarda poetik duyum çox güclüdür. Onların təfəkkürü yazıçı təfəkkürünə uyğundur. Firidun bəy Köçərli gənc nəsli düzgün tərbiyə etmək, onda vətənə, xalqa, ana dilinə məhəbbət duyğuları oyatmaq üçün uşaqları hələ kiçik yaşlarından şifahi ədəbiyyat nümunələri ilə tanış etməyi ilkin tərbiyə üsullarından sayır və bunu valideynlərə məsləhət görürdü. Heç təsadüfi deyil ki, o, çap etdirdiyi şifahi xalq ədəbiyyatı nümunələri kitabına bu baxımdan çox mənalı olan “Balalara hədiyyə” adı vermişdir.
1912-ci ildə çap olunan “Balalara hədiyyə” kitabçası minlərlə oxucu tərəfindən rəğbətlə qarşılanır. “Balalara hədiyyə” haqqında Əli Sultanov yazırdı ki, “bu kitabdan vətən qoxusu, dağların ətri, köçərilərin tüstüsü gəlir”. Kazımoğluya görə, bu kitabdakı nağıl və hekayələr azərbaycanlıların ata-babadan qalma düzgü və tapmacaları, misal və nəğmələri “bizi keçmişimizlə aşina edir, bizi kəndimizə tanıtdırır və keçmişimizə qarşı bizdə milli bir duyğu oyandırır”.
Abdulla Şaiq belə hesab edirdi ki, “bizim el ədəbiyyatımız o qədər vüsətlidir ki, onu yazmaqla qurtaracaq şeylərdən deyil. Millətimizin istedad və məharəti – fitrilərinə və əhvali-ruhiyyəsinə aşina olmaq istəyənlər möhtərəm Firidun bəy Köçərlinin “Balalara hədiyyə” kitabçasından istifadə edə bilərlər. O, camaatımızın arasındakı nağıl, məsəl, tapmaca və şeirləri bir yerə toplamaqla körpələrimizə böyük hədiyyə etmişdir”.
Firidun bəy Köçərli “Balalara hədiyyə” məcmuəsinin məramını belə ifadə etmişdi: “Bu məcmuəni hər kəs oxusa – böyük, ya kiçik – onun qəlbi açılıb xəndan olacaqdır. Balalar şad olacaq bu səbəbə ki, onda dərc olunan əsərlərin cümləsi onların dünyasındandır.” “Balalara hədiyyə” kitabı Azərbaycanın ən dəyərli sərvətlərindəndir.
Müəllif bu kitabda ən çox şifahi xalq ədəbiyyatı nümunələrindən istifadə etmişdir. Firidun bəy Köçərli şifahi ədəbiyyatın tədrisinin təlimi, tərbiyəvi əhəmiyyəti, el ədəbiyyatının bədii-estetik dəyəri barədə çox gözəl fikirlər söyləmişdir. O, ağızda söylənən nağıl, hekayətlərdən, cürbəcür milli nəğmələrdən, aşıq sözlərindən, məsəllərdən, tapmacalardan, yanıltmaclardan, ağıcı sözlərindən, bayatılardan ibarət” olan el ədəbiyyatını cəmləşdirib çapa verməyi, itib-batmaqdan qorumağı müasiri olan ziyalıların başlıca vəzifəsi sayırdı. Deməli Firidun bəy Köçərli ədəbiyyatın öyrədilməsində məhz folklor materialları ilə başlamağı zəruri hesab edirdi. Bu təbii idi, çünki folklor söz sənətinin başlanğıcıdır, şagirdlər bunlarla hələ ailədə ikən tanış olur, məişətdə daim eşidirlər. Tarixi keçmişini, dilini, vətənini sevən inkişaf etmiş millətlər öz şifahi xalq ədəbiyyatı nümunələrini “kəmali-şövq və diqqətlə cəm edib, qiymətli sərmayə kimi saxlayır və balalarının ilk təlim və tərbiyəsini onları öyrətməklə başlayır”.
Firidun bəy Köçərlinin folklorşünaslıq baxımından dəyərli fikirləri təkcə bunlar deyil. Atalar sözləri və məsəllərin xalqın tarixi təcrübəsi və həyatı ilə bağlı yarandığını qeyd edən ədəbiyyatşünas nağılların çoxunun şadlıq ilə qurtardığını, qəhrəmanların bəla və müsibətlərə düçar olduqlarını, ağ div və əjdahalarla qarılaşdıqlarını göstərib, epik folklor nümunələrinin poetikasına yığcam şəkildə toxunmuşdu.
Uşaq ədəbiyyatı böyüməkdə olan nəslin tərbiyəsində böyük əhəmiyyətə malikdir. Balacaları vətənpərvərlik, humanizm, düşmənə nifrət, beynəlmiləlçilik ruhunda tərbiyə etmək üçün yüksək səviyyəli uşaq əsərlərinin yazılmasına həmişə böyük ehtiyac olub. Uşaqları elm öyrənməyə, məktəbə getməyə həvəsləndirmək işində Firidun bəy Köçərlinin böyük xidmətləri var. “Balalara hədiyyə” kitabından “Oğlum” şeiri buna misaldır.
Ay afərin gül oğlum,
Gül oğlum, sünbül oğlum.
Oğlum, oğlum, naz oğlum,
Dərsindən qalmaz oğlum.
Qələmini al ələ,
Yaxşı-yaxşı yaz, oğlum.
Oğlum gedər məktəbə,
Oxur, çatar mətləbə.
Dərsin oxur rəvanlar,
Nə oxuyubdur, danışar.
Firidun bəy Köçərlinin bu şeiri yazmaqda məqsədi nəsihət verici sözləri ilə küçədə qaçmaq, uşaqlarla savaşmaq, heyvanlara daş atmaq, quşları incitmək kimi əməlləri etməməyi şirin bir dildə balaca oxucusuna çatdırmaqdır.
Uşaqlar üçün yazılan əsərlərdə müasir dövrün nəbzi tutulmalı, coşqun və qaynar həyatımız öz bədii inikasını tapmalıdır. Bu uşaq yazıçılarını düşündürən aktual problemdir. Firidun bəy Köçərlinin folklorşünaslıq baxımından maraq doğuran fikirləri arasında nağıllarda heyvanat qisminin insana mənsub olan xasiyyətlərini ümumiləşdirib dəqiq səciyyələndirməsidir.
“Balalara hədiyyə” kitabı Azərbaycan folklorunun ilk antologiyası idi. Bu kitab indi də uşaqlar üçün maraqlıdır, əzizdir. “Balalara hədiyyə” uşaqların fikrini aydınlaşdıran, xəyalını qanadlandıran, uşaqlara həyat və təbiət haqqında məlumat verən qiymətli bir inci xəzinəsidir.
O, tükənməz məhəbbətlə sevdiyi milli ədəbiyyatı bütün həyatı boyu təbliğ və tədqiq etməklə məşğul olmuş, onun həm keçmişini, həm müasir nailiyyətlərini qiymətləndirməyin gözəl nümunəsini göstərmişdir.
F.Köçərli uşaq dünyası nəsri sahəsində səmərəli xidmət göstərən ədiblərimizdəndir. Onun yaratdığı əsərlərə həmişə ehtiyac vardır. Qeyd edim ki, 1965-ci il yanvarın 1-dən Mədəniyyət Nazirliyinin qərarı ilə kitabxanamız Firidun bəy Köçərlinin adını daşıyır. F.Köçərli adına Uşaq Kitabxanası olaraq bu sahədə üzərimizə çox mühüm vəzifələr düşür. Bizim ən ümdə vəzifəmiz böyük ədibimizi oxucularımıza tanıtmaq, onun dəyərli əsərlərini onlara sevdirməkdir. Çünki, ulu öndər Heydər Əliyevin söylədiyi kimi kitabxana məbədgahdır, hər bir ziyalının yolu bu məbədgahdan keçir. Balacaları vətənpərvərlik, humanizm, düşmənə nifrət, beynəlmiləlçilik ruhunda tərbiyə etmək üçün biz kitabxanaçılar çox çalışmalıyıq. Biz inanırıq ki, illər ötsə də hər dəfə uşaq ədəbiyyatından söz düşəndə uşaqların da, böyüklərin də sevimlisi F.Köçərli hörmətlə anılacaq, yada düşəcək.
2013-cü ildə Azərbaycanın görkəmli ədəbiyyatşünas alimi, tanınmış maarifpərvər, ictimai xadim, publisist-yazıçı, tənqidçi və tərcüməçi Firidun bəy Əhməd ağa oğlu Köçərlinin anadan olmasının 150 illiyi tamam olmuşdur.
Firidun bəy Köçərlinin ədəbi irsi çox gec araşdırılıb, tədqiq olunub. Lakin son dövrlər Azərbaycan ədəbiyyatşünaslığı tarixin- də görkəmli rolu olan bu ziyalı öz layiqli yerini tutmağa başlamış, onun əsərləri çap olunmuş, haqqında sanballı monoqrafiyalar, elmi məqalələr yazılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 fevral 2013-cü ildə Firidun bəy Köçərlinin 150 illik yubileyinin keçirilməsi haqqında verdiyi Sərəncam buna daha bir sübutdur.
Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası 2014-cü ildə bu böyük şəxsiyyətin həyat və fəaliyyətini əks etdirən “Firidun bəy Köçəli” adlı biblioqrafiya tərtib etmişdir. Görkəmli şəxsiyyətin həyat və fəaliyətinin bütün dövrlərini əhatə edən bu biblioqrafiya iki hissədən ibarətdir. I hissə: Firidun bəy Köçərlinin əsərləri; II hissə: Firidun bəy Köçərli haqqında. Vəsaitdə “ Firidun bəy Köçərlinin müdrik fikirləri”, “Görkəmli şəxslər Firidun bəy Köçərli haqqında” yazılar da verilmişdir.
Gərgin əməyin və ciddi axtarışların nəticəsi kimi meydana gələn hər bir nəşr məhsulu kimi, bu kitab da yəqin ki, bir sıra xırda qüsurlardan xali deyildir. Ona görə də, biblioqrafik göstərici haqqında rəy və təkliflərini bildirən mütəxəssislərə və oxuculara əvvəlcədən minnətdarlığımızı bildirir, təklif və iradlarını Firidun bəy Köçərli adına Uşaq Kitabxanasına göndərmələrini xahiş edirik.
Şəhla Qəmbərova,
Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi
XIX əsrin sonlarından başlayaraq Azərbaycan türklərinin etnik və mədəni-siyasi qüdrətini, milli varlığını bütün dünyaya tanıtmaq üçün Oqtay fədakarlığı və ehtirası ilə fəaliyyətə başlayan ziyalı şəxsiyyətlər arasında Firidun bəy Köçərlinin bənzərsiz siması və böyük xidməti aydın görünür. Onun başladığı şərəfli işin ləyaqətli davamçılarından olan F.Hüseynov doğru deyir ki, XX yüzilin “ilk rübündə realist bədii nəsr, dramaturgiya, inqilabi satira və publisistika sahəsində C.Məmmədquluzadənin, yeni şeir aləmində M.Ə.Sabirin, musiqi mədəniyyəti cəbhəsində Ü.Hacıbəyovun gördüyü iş ədəbiyyatşünaslıq elmində Firidun bəy Köçərlinin üzərinə düşmüşdür”. O, böyük tənqidçi, Azərbaycan ədəbiyyat tarixçiliyinin banisi, bütün şüurlu ömrünü doğma xalqının maariflənməsi və mədəni-siyasi tərəqqisi yolunda şam kimi əridən vətəndaş ziyalıdır.
Firidun bəy Köçərli 1863-cü il yanvar ayının 26-da Azərbaycanın dilbər guşələrindən olan Şuşa şəhərində savadlı bəy ailəsində doğulmuşdur. Onun ulu babası Məhəmməd Şuşaya Qarabağın Cavanşir mahalından köçmüşdü. Atası Əhməd ağa “Şuşanın ortabab bəylərindən idi. Bərdə yaxınlığındakı Əyricə kəndində onun xırda əkin sahəsi və tut bağı vardı. Ailəsi hər ilin qış fəslində Əyricə kəndinə gedər, baharın əvvəllərinədək orada yaşayardılar. Fars dilini yaxşı bilən Əhməd ağa Şərq klassiklərinin əsərlərini həvəslə mütaliə edər, Firdovsinin “Şahnamə”sindən bütöv fəsilləri əzbər deməklə həmvətənlərini heyran qoyardı”.
Firidun bəyin uşaqlığı məktəbə gedənə qədər ailə ilə birlikdə qışda Əyricə kəndində, yazda-yayda Şuşada keçmişdir. Atası onda şeirə-sənətə həvəs oyatmaq, ona fars dilini öyrətmək məqsədilə 1872-ci ildə Şuşada Mirzə Kərim Münşizadənin mədrəsəsinə qoyur. Firidun bəy dörd il bu mədrəsədə təhsil alaraq, Sədinin “Gülüstan” və “Bustan” əsərlərini, Füzulinin “Leyli və Məcnun” məsnəvisini oxuyub öyrənir. Az sonra rus dilinin cəmiyyətdə, xüsusilə idarə işlərində daha böyük rol oynadığını və rus dilini bilən bəylərin çar məmurları yanında daha hörmətli olduğunu görən Əhməd ağa oğluna rusca təhsil vermək qərarına gəlir və Firidunu Şuşadakı rus məktəbinə qəbul olunmaq üçün hazırlaşdırır.
Firidun bəy 1876-cı ildə Şuşadakı rus məktəbinə daxil olur. Həmin məktəbin üçüncü sinfində oxuyarkən Qoridə yerləşən Zaqafqaziya Müəllimlər Seminariyasının müəllimi, tanınmış pedaqoq A.O.Çernyayevski (1841-94) ilə görüşür. A.O.Çernyayevskinin müəllimlik peşəsinin şərəfli olması və Qori Müəllimlər Seminariyası haqqında söhbətləri gənc Firidun bəydə bu seminariyada təhsil alıb müəllim olmaq şövqü oyadır. O, Şuşada rus məktəbini bitirib 1879-cu ildə atasının razılığı ilə Qoriyə gedir və imtahan verərək ZMS-nin Azərbaycan bölməsinin hazırlıq sinfinə qəbul edilir. Bu seminariya o zamankı Qafqazın ən mütərəqqi təhsil ocağı idi; tədris prosesində humanitar biliklərin və dillərin öyrədilməsinə ciddi fikir verilirdi. Seminariyada “sinifdən-kənar tərbiyə vasitələrindən geniş istifadə edilirdi. Şagirdlər tez-tez şəhərin ürəkaçan mənzərələrinə, habelə Tiflisə tənəzzöhə (gəzintiyə, ekskursiyaya – Z.Ə.) gedir, o zamankı Qafqazın ən izdihamlı şəhərlərindən olan bu paytaxtda teatr tamaşalarına baxırdılar. Hər bir şagird dərsdənkənar vaxtda oxuduğu əsərlərə dair xüsusi albom tərtib edirdi. Bu albomlarda Lomonosov, Puşkin, Qonçarov kimi sənətkarların tərcümeyi-hallarından müəyyən hissələr, Qoqol, Lermontov və L.Tolstoyun əsərlərindən ayrı-ayrı parçalar yazılır, bu yolla onların dərslərdə qazandıqları biliklər daha da möhkəmləndirilirdi. Bütün bunlar. gələcək müəllimlərin mədəni, hazırlıqlı və hərtərəfli inkişaf etmiş mütəxəssislər kimi avamlığa və cəhalətə qarşı mübarizə ruhunda yetişməsinə təsir göstərirdi”.
F.Köçərli Qori seminariyasında altı illik təhsilini başa vurduqdan sonra (1885) Azərbaycan türklərinin qədim yaşayış məskənlərindən və mədəni mərkəzlərindən olan İrəvan şəhərindəki gimnaziyada pedaqoji fəaliyyətə başlayır. O, ana dili, şəriət və hüsnxətdən dərs deyir, eyni zamanda pansion mürəbbisinin köməkçisi təyin olunur və bu işi də böyük ustalıqla yerinə yetirir. Gənc müəllim şəhərin ədəbi-mədəni mühiti, xüsusilə müxtəlif məktəblərin müəllim və müdərrisləri ilə tanış olur, onlarla pedaqoji təcrübə mübadiləsi aparır, onların işlədikləri məktəbə gedib nümunə dərslərində iştirak edir. Eyni zamanda İrəvanın Azərbaycan məktəblərində çalışan bəzi müdərrisləri gimnaziyadakı təlim üsulları ilə tanış edir, onların iştirakı ilə özü də açıq dərslər deyirdi.
1890-cı ildə F.Köçərli müəllim Səfərəli bəy Vəlibəyovla birlikdə Krıma – Bağçasaraya gedib İsmayıl bəy Qasprinski ilə görüşür. Onlar bir neçə gün İ.Qasprinskinin evində qonaq qalıb, İsmayıl bəydən və zövcəsindən “artıqlığıyla yaxşılıqlar”, hədsiz nəvazişlər görürlər. İ.Qasprinski qonaqlarını “Tərcüman”ın redaksiyası, mətbəədəki işlər, Krımın görməli yerləri, əyanları, yeni tipli məktəbləri, oradakı tədris üsulları, habelə Krımdakı “müsəlmanların dolanacağı” ilə tanış edir, rusların “fəqir və məzlum Krım tatarlarına bu qədər cəfayı rəva görüb də onların atabablarından qalan yerlərini məğrur və xudbin nemsələrə verməyi” barədə söhbətlərini dinləyir.
Gimnaziyada işləyərkən Firidun bəy İrəvan ədəbi mühiti, xüsusilə məktəblərdə çalışan şairlərin yaradıcılığı ilə yaxından tanış olur, onların şeirlərini dinləyir, tərcümeyi-hallarını öyrənir. Bu dövrdə o, tərcüməçilik fəaliyyətinə başlayır, rus şairlərindən A.S.Puşkinin “Balıqçı ilə qızıl balığın nağılı”, M.Y.Lermontovun “Üç xurma ağacı”, M.V.Koltsovun “A kişi, niyə yatıbsan?” şeirlərini Azərbaycan dilinə çevirib, İrəvanda və Şuşada nəşr etdirir. Mühitdə öz bacarığı və savadı ilə dərin hörmət qazanan gənc Firidun bəy ədəbi prosesi də böyük həvəslə izləyir, təzə çıxan kitabları oxuyub qiymətləndirir, klassik şairlər haqqında məlumat toplayır, biliyini zənginləşdirir. 1895-ci ildə onun “Tatar komediyaları” adlı məqaləsi Tiflisdə “Novoye obozreniye” qəzetində çap olunur. Həmin ilin sonlarında Firidun bəy Qafqaz təhsil dairəsi popeçitelinin əmri ilə (30 oktyabr) Qori Müəllimlər Seminariyasına köçürülür və bu vaxtdan F.Köçərlinin elmi-pedaqoji və ədəbi-ictimai fəaliyyətinin yeni mərhələsi başlanır. Ədib seminariyanın qabaqcıl müəllim heyəti ilə sıx əlaqə saxlayır, oranın zəngin kitabxanasından faydalanmaqla bilik dairəsini genişləndirir, Tiflisdə və Bakıda çıxan “Kavkaz”, “Kaspi”, “Zakavkazye”, “Şərqi-Rus” qəzetlərini izləyir, həmin mətbuat orqanlarında müxtəlif yazılarla çıxış edir.
Qoriyə köçdükdən iki il sonra (1897) F.Köçərli Qazax qəzasının Salahlı kəndindən olan Badisəba xanımla (1881-1954) ailə qurmuş, ömrünün sonuna qədər bu mehriban xanımın qayğısı altında yaşamışdır. Ərindən 18 yaş kiçik olmasına baxmayaraq, Badisəba xanım onunla məslək, əqidə dostluğu etmiş, Firidun bəyin sağlamlığı və rahat işləməsi üçün ailədə lazımi şərait yaratmaqdan, onun yazılarının üzünü köçürməkdən və qorumaqdan həzz almışdır. Ədibin ölümündən sonra “Azərbaycan ədəbiyyatı” kitabını qoruyub saxlayan və 1925-ci ildə çap olunmaq üçün Azərnəşrə təqdim edən də Badisəba xanım olmuşdur. 20 ildən artıq bir yerdə yaşayan bu ailəni övladsızlıq dərdi sıxsa da onların bir-birinə olan sevgisini soyutmamış, həm Firidun bəy, həm də Badisəba xanım tələbə və şagirdlərə böyük məhəbbətlə, ata-ana sevgisi ilə yanaşaraq, onların təlim-tərbiyəsi, müasir vətəndaş kimi yetişməsi uğrunda yorulmadan çalışmış, bu yolda bütün enerjilərini sərf etmişlər.
1910-cu ilə qədər Qori seminariyasında müəllim işləyən F.Köçərli həmin ilin əvvəllərində çox az müddətdə seminariyanın Azərbaycan şöbəsinin inspektoru vəzifəsini icra etmiş, 1917-ci il avqust ayının 17-də isə həmin şöbənin inspektoru vəzifəsinə təyin edilmişdir. Lakin bu zaman çarizmin süqutu ilə əlaqədar ölkədə hərcmərclik çoxalmış, Qori seminariyasının əvvəlki nüfuzu xeyli zəifləmişdi. Bəzən günlərlə dərs keçilmirdi. Vəziyyətin belə olduğunu görən F.Köçərli Azərbaycan Maarif Nazirliyindən icazə alıb, 1918-ci ilin sentyabr ayında Qori seminariyasının Azərbaycan bölməsinin ləvazimatını Qazaxa köçürür. O, yerli ziyalıların köməyi ilə şagird toplayır və 1918-ci il sentyabr ayının 17-də Qazaxda Azərbaycan Müəllimlər Seminariyasında ilk dərsin başlandığını xəbər verən zəng çalınır.
Qazax seminariyasında direktor və pedaqogika müəllimi vəzifələrində işləyən F.Köçərli təkcə dərs demək, yaxud seminariyanı idarə etməklə kifayətlənməyib, əhalini maarifləndirmək üçün başqa işlərin də həyata keçirilməsinə nail olur: özfəaliyyət dərnəkləri təşkil edir, yaşlılardan ötrü savad kursları açır, yeni məktəblər, uşaq evi yaratmaq üçün təşəbbüs göstərir, xalq ədəbiyyatı nümunələri toplayır, Müsavat partiyasının Qazax bölməsinə rəhbərlik edir, bir sözlə, ADR-in təhsil siyasətini həyata keçirmək, xalqı maarifləndirmək uğrunda yorulmaq bilmədən gecə-gündüz çalışır. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bir çox başqa xalqsevər ziyalılar kimi Firidun bəyin də arzularını gözündə qoyur. 1920-ci il aprel çevrilişindən az sonra may ayının əvvəllərində F.Köçərli Qazax İnqilab Komitəsi tərəfindən həbs edilib Gəncə Fövqəladə Komissiyasının sərəncamına göndərilir. Müsavatçı olduğu üçün ona “əksinqilabçı” və “millətçi” damğası vuraraq günahlandırırlar. Guya Azərbaycan Xalq Cümhuriyyəti dövründə F.Köçərli ona verilən səlahiyyətlərdən istifadə edib, xalqı aldatmış, əhalini incitmiş, kommunist partiyasının üzvlərini təqib etmiş, yoxsul kəndlilərin torpaqlarını şallaq gücünə mənimsəmiş, yerlərdə milli nifaq törətmişdir. İttihamların hamısını rədd etməsinə baxmayaraq, Gəncə Fövqəladə Komissiyası Firidun bəyi ölüm cəzasına məhkum etmiş və günahsız ədib 1920-ci il iyun ayının 5-də güllələnərək qətlə yetirilmişdir
XIX əsrin sonları, XX əsrin əvvəllərində yazıb-yaradan ziyalıların əksəriyyəti kimi F.Köçərli də ictimai fəaliyyət meydanına M.F.Axundzadə və H.Zərdabinin maarifçilik ideyalarının, onların başladığı işin davamçısı kimi çıxmışdı. O, eyni zamanda həm məktəbdə çalışır, uşaqlara bilik-savad öyrədir, həm məişətdə gördüyü mədəni geriliyə, köhnəliyə, cəhalətə, hər cür fanatizmə qarşı durub, camaatı mənəvi azadlığa, müasir təhsilə, əxlaqi saflığa, imana çağırır, həm də xalqın və söz sənətkarlarının yaratdığı bədii sərvəti toplayaraq gələcək nəsillərə çatdırmaq üçün əlindən gələni edir, müasir ədəbi prosesi izləyir, təzə çıxan əsərləri oxuyub qiymətləndirirdi.
Azərbaycan türklərinin mənəvi mədəniyyətinin, xüsusən, ədəbi-elmi fikrinin inkişaf tarixində Firidun bəy Köçərli üç fəaliyyət sahəsi ilə tanınır: o, millətin maariflənməsi və mədəni-siyasi tərəqqisi üçün bütün şüurlu həyatını və enerjisini sərf edən yorulmaz müəllim, yaşadığı dövrün ictimai problemlərinə fəal münasibət bildirən həssas yazıçı-publisist, tərcüməçi, nəhayət, istedadlı ədəbiyyatşünas- alimdir. Özü də bu fəaliyyət sahələrinin hər üçündə Firidun bəy bənzərsizdir, özünəməxsus böyük ziyalı, təkrarsız ədəbi şəxsiyyətdir. Bəs F.Köçərlinin hansı fəaliyyət sahəsi daha üstündür? Şübhəsiz, müəllimliyi! Firidun bəy Qori Müəllimlər Seminariyasını bitirdikdən sonra bütün ömrünü müəllimlik işinə həsr etmişdir.
Müəllimlik fəaliyyətində F.Köçərli şagirdlərə verilən nəzəri biliklərin həyatla, gündəlik təcrübə ilə əlaqələndirilməsinə xüsusi diqqət yetirirdi. Onun pedaqoji baxışlarının əsas prinsipi – ağırlıq mərkəzi xəlqilik idi; təlimin mərkəzində ana dilinin öyrədilməsi dayanırdı. Məşhur rus alimi K.D.Uşinskiyə istinadən F.Köçərli yazırdı: “Bir millətin malını, dövlətini və hətta vətənini əlindən alsan, ölüb-itməz, amma dilini alsan, fot olar və ondan bir nişan qalmaz”. F.Köçərliyə görə: “Ana dili millətin mənəvi diriliyidir, həyatın mayəsi mənziləsindədir. Ananın südü bədənin mayəsi olduğu kimi, ananın dili də ruhun qidasıdır. Hər kəs öz anasını və vətənin sevdiyi kimi, ana dilini də sevir. Bu (yəni ana dili – Z.Ə.), Allah-təalanın gözəl nemətlərindən birisidir, onu əziz və möhtərəm tutmaq hər kəsə borcdur” .
F.Köçərli müəllimliklə eyni vaxtda tərcüməçiliklə və araşdırıcılıqla məşğul olmuşdur. İrəvan gimnaziyasında çalışarkən o, qədim yunan filosofu Sokratın “Təlimati-Sokrat” kitabını, rus şairlərindən A.S.Puşkin, M.Y.Lermontov və M.N.Koltsovun şeirlərini, A.P.Çexovun “At familiyası” hekayəsini Azərbaycan dilinə, M.F.Axundzadənin “Aldanmış kəvakib” povestini rus dilinə çevirib nəşr etdirmişdir. Ədibin publisistik və tənqidçilik fəaliyyəti də İrəvan gimnaziyasında müəllimlik etdiyi dövrdə başlanır. Xalq məişətinə, Azərbaycan xalqının yaşayış tərzinə, mədəni səviyyəsinə, xalqın tərəqqisinə maneə törədən əngəllərə yaxından bələd olan gənc Firidun bəy ilk publisistik yazılarından başlayaraq mühitdə, cəmiyyətdə gördüyü ictimai eybəcərlikləri pisləyir, xalqı mədəni-siyasi tərəqqiyə səsləyirdi. Onun publisistikasının mövzu dairəsi geniş, toxunduğu məsələlər əhatəli idi: mövcud cəmiyyətin ictimai bəlalarının tənqidi, kəndli həyatının ağırlığı, qadın hüquqsuzluğu, çarizmin müstəmləkəçilik siyasəti, maarif, mədəniyyət, ədəbi dil, əlifba, din, əxlaq, xalqlar dostluğu – bunların hamısı onun Bakı, Tiflis, Bağçasaray, Peterburqda çıxan “Kaspi”, “Kavkaz”, “Novoye obozreniye”, “Petroqradskiye vedomosti”, “Tərcüman”, “Şərqi-Rus”, “Həyat”, “İqbal”, “İrşad”, “Molla Nəsrəddin” və s. mətbuat orqanlarında çap olunan məqalələrində maarifçilik mövqeyindən təhlil, şərh olunur, müəllif mədəni gerilikdən, cəhalət və fanatizmin pəncəsindən xilas olmağın yolunu təhsildə və maariflənməkdə görürdü.
Ədibin tənqidçilik və elmi tədqiqatçılıq fəaliyyəti də İrəvan gimnaziyasında çalışdığı zaman başlanır. O, Azərbaycan dramaturqlarının komediyaları üzərində ciddi tədqiqat aparır və elmi düşüncələri əsasında “Tatar komediyaları” adlı geniş bir məqalə yazıb “Novoye obozreniye” qəzetində çap etdirir.
Məqalədə M.F.Axundzadə ədəbi məktəbi davamçılarının XIX əsrin 90-cı illərində yazdıqları komediyalar təhlil olunur. Müəllifin elmi tədqiq və təhlil predmeti konkretdir. O, Mirzə Fətəlini “xalqının həyatına yaxşı bələd olan nadir psixoloq və sənətkar” kimi dəyərləndirdikdən sonra Haşım bəy Vəzirovun “Evlənmək su içmək deyil”, Nəcəf bəy Vəzirovun “Daldan atılan daş topuğa dəyər”, “Nəriman Nərimanovun “Nadanlıq” pyeslərini diqqət mərkəzinə çəkərək, onların məzmunu və bədii məziyyətləri haqqında söhbət açır.
F.Köçərli təhlil etdiyi əsərləri həyatilik, xəlqilik, xarakterlərin canlı, tipik, dilin təbii, gülüşün mənalı olması baxımından qiymətləndirir. Onun üçün bədii sənət meyarı M.F.Axundzadə pyesləridir və “bu komediyalar Zaqafqaziya müsəlmanlarının həyatını əks etdirən bir reflektora bənzəyir”. Buna görə F.Köçərli müasirlərinin əsərlərini Axundzadə komediyaları ilə müqayisəli təhlil edib dəyərləndirir. O, Haşım bəy Vəzirovun “Evlənmək su içmək deyil” komediyası haqqında yazır: “Bu komediya Axundzadənin “Məstəli şah” əsərinin təsiri altında yazılmışdır və müəllif komediyanın ayrı-ayrı yerlərində öz müəlliminə təqlid etməyin gözəl nümunələrini vermişdir. Bədii cəhətdən bu komediya Axundzadənin əsərlərindən xeyli geri qalır. Bununla belə həmin komediya yaxşı işlənmişdir, canlı dillə yazılmışdır, onda həqiqi məişət səhnələri və təbii yumor çoxdur. Haşım bəy qadın tiplərinin təsvirində böyük qabiliyyət göstərir. Onun yaratdığı kişi tipləri isə solğundur və inandırıcı çıxmır” .
F.Köçərli Haşım bəyin əsəri ilə Nəcəf bəy Vəzirovun “Daldan atılan daş topuğa dəyər” komediyası arasında çoxlu “ümumi cəhətlər” görür və bunun bir səbəbini “hər iki əsərdə qələmə alınmış hadisələrin” gündəlik həyatda tez-tez təkrar olunması, bu hadisələrin həm Haşım bəyə, həm də Nəcəf bəyə çox tanış olması ilə bağlayır. Digər tərəfdən belə güman edir ki, bu “iki əsər arasındakı oxşayış müəlliflərin ikisinin də Axundzadənin “Məstəli şah” komediyasını təqlid etmələri üzündən meydana gəlmişdir”. Lakin tənqidçi söylədikləri mülahizələrin heç birini əsaslandırmaq barədə düşünmür; oxucuları, haqqında söhbət açdığı pyeslərin məzmunu ilə tanış etməyi özünün əsas məqsədi sayır və həmin əsərlərin məzmununu söyləməklə kifayətlənir.
Məqalədə gənc yazıçı Nəriman Nərimanovun “Nadanlıq” dramı tənqid olunur. Pyesi “qarışıq növdən olan bir dram əsəri” hesab edən F.Köçərli burada həyat həqiqətlərinin bədii əksində ciddi qüsurlar görür, əsərdə hadisələrin qeyri-təbii inkişafını, ziyalı surətlərinin birtərəfli, zəif təsvir olunduğunu, düyünün pis düşünüldüyünü, əsərin dilini pisləyir. Tənqidçini narazı salan başlıca səbəb odur ki, Nərimanov “bədbəxt kəndlilərin şəxsində nadanlığın nümayəndələrini səciyyələndirmək üçün öz qara boyalarını əsirgəməmişdir. Müəllif kəndlilərin məişəti ilə qətiyyən tanış deyildir. Nərimanovun çox biçimsiz və yöndəmsiz bir halda onların dilinə verdiyi bütün mənasız və mətləbsiz mülahizələr – boş fantaziya məhsuludur”. Əsəri bədii bütövlük, bitkinlik baxımından da qüsurlu hesab edən F.Köçərli yazırdı: “Dörd pərdəli “Nadanlıq” komediyasında tam və bitkin əsərin məziyyətləri yoxdur. Burada kəndli həyatının müxtəlif tərəfləri solğun təsvir olunur. Hadisələr arasındakı hərəkət bir-bir ilə çox ağır bağlanır. Bu isə əsərin məzmununu ardıcıl surətdə nağıl etməyi xeyli çətinləşdirir”.
Tənqidçi mülahizələrini əsaslandırmaq üçün “Nadanlıq” pyesindəki gənc ziyalı surətlərini təhlil edir. O, kənd məktəbində müəllim yerini tutan Məhəmməd ağanı işdən çox danışığa güc verdiyinə, pessimizmə qapılıb ah-vay etdiyinə və vəzifəsinin öhdəsindən gəlmədiyinə görə tənqid edir. F.Köçərliyə görə “Nərimanov kənd müəlliminin simasında Azərbaycan ziyalısının tipini dolğun və kamil göstərməyə nə qədər cəhd etsə də, öz vəzifəsini yerinə yetirə bilməmiş və onun göstərdiyi ziyalı əsərdə küt, fəaliyyətsiz və yazıq çıxmışdır”.
“Nadanlıq”dakı Ömər, Hacı Abdulla, Vəli və kəndli surətləri isə, F.Köçərlinin fikrincə, qeyri-təbii təsvir olunmuşdur. Onların fəaliyyəti inandırıcı deyil. Xüsusilə, dramın sonunda Vəlinin Öməri öldürməsi və “əsərin belə bir faciə ilə qurtarması” süni olduğundan “bu faciə oxucuya və tamaşaçıya lazımi təsiri göstərmir. Onlarda nə Öməri öldürən qatilə qarşı qəzəb hissi, nə də günahsız məhv olmuş qəhrəmana acımaq hissi doğurmur. Belə bir laqeydliyin səbəbi isə, məncə, çox sadədir: Ömərə, onun hərəkətlərinə inanmaq olmur. İnanmaq olmur ki, müəllifin ziyalı, xeyirxah fikirli, rəhmdil bir adam kimi təsvir etməyə çalışdığı bu insan caniləri, özünün ən yaxın qohumları olan yaramazları müdafiə etsin. Həmçinin mənəvi rəzilliyin nə qədər aşağı pilləsində olursa-olsun, səbəbsiz halda öz xeyirxahına və müdafiəçisinə düşməncəsinə yanaşan adamların da varlığına inanmaq olmaz. Buna görə də həm ziyalı Ömərin, həm də avam və nadan valideynlərin tipləri eybəcər və qeyri-təbiidir”.
F.Köçərlini narazı salan məsələlərdən biri də Molla surətinin pis təqdimidir. Tənqidçi “Nadanlıq” dramındakı Molla surətini M.F.Axundzadə, N.Vəzirov və H.Vəzirovun əsərlərindəki molla surətləri ilə müqayisə edərək bildirir ki, həmin yazıçıların əsərlərində, xüsusilə “M.F.Axundzadənin komediyasında molla ağıllı, öz yerini, vəziyyətini yaxşı başa düşən adamdır. Nərimanovun əsərində isə molla onu əhatə edən adamlar kimi sadəlövh və axmaq verilmişdir”. Nəhayət, F.Köçərli “Nadanlıq” dramının dilini də bəyənmir, onu “işlənməmiş”, “yonulmamış dil” adlandırıb yazırdı: “Komediyada yanlış, Azərbaycan ləhcəsinin ruhu ilə uyuşmayan ifadələrə, demək olar ki, addımbaşı təsadüf olunur. Elə bil ki, bu, ana dilində yazılmış orijinal bir əsər deyil, rus dilindən edilmiş zəif bir tərcümədir. İstər müəllif sadə xalq dilində danışıb, sözləri istədiyi kimi təhlil edəndə, istərsə də ədəbi dildə mühakimə yürüdüb. ərəb-fars sözlərini yerli-yersiz işlədəndə onun danışığı bəzən gülünc çıxır, bəzən də başa düşülmür” .
Müasir ədəbiyyat məsələlərindən F.Köçərli XX əsrin əvvəllərində çap etdirdiyi “Qafqaz tatarlarının ədəbiyyatı” (1903) kitabçasının da səhifələrində söhbət açmışdır. Həmin kitabçanın son hissəsində müəllif XIX əsrin 60-cı illərini “Azərbaycan ədəbiyyatının inkişafı tarixində ən səmərəli və ən xoşbəxt bir dövr” kimi səciyyələndirərək onun inkişaf meyillərini, yazıçıların öz yaradıcılıqlarında dramatik növə, komediya janrına müraciət etmələrinin səbəbini aydınlaşdırır: bunu dramaturgiyanın “cəmiyyətdəki nöqsanları və qüsurları daha dolğun və aydın şəkildə göstərmək və həmin əsərləri səhnədə tamaşaya qoymaqla kütlənin diqqətini bu nöqsanlara və qüsurlara cəlb etmək”, həyatı daha canlı və inandırıcı əks etdirmək imkanı ilə ilgiləndirir. Elə bu keyfiyyətlərinə görə N.Vəzirovun komediyalarını, Ə.Haqverdiyevin “Dağılan tifaq” faciəsini təqdir edir: “Cənab Nəcəf bəy Vəzirov öz komediyalarında böyük bir istedad göstərmişdir; o, mülkədar təbəqəsinin patriarxal məişətindən alınmış müxtəlif hadisələri sənətkarlıqla təsvir edir. Cənab Əbdürrəhim bəy Haqverdiyev “Dağılan tifaq” adlı əsərində mülkədar-bəy təbəqəsinin həyatının düzgün mənzərəsini vermişdir. Lakin cənab Haqverdiyevin belə bir zəif cəhəti vardır ki, o, öz komediyalarına nə isə cinləri və ölmüş adamların ruhlarını salır; bizə elə gəlir ki, başqa xalqların əsərlərindən iqtibas olunmuş bu manera ilə o, öz komediyalarının əhəmiyyətini xeyli aşağı salır”. F.Köçərli qeyd edir ki, “həm N.Vəzirovun, həm də Ə.Haqverdiyevin komediyaları canlı dildə yazılmışdır. Lakin Vəzirovun dili az işlənmişdir və heç bir ehtiyac olmadan Bakı ləhcəsinə uyğunlaşdırılmışdır” .
N.Vəzirovdan və Ə.Haqverdiyevdən fərqli olaraq, Nəriman Nərimanovun əsərlərini F.Köçərli bu dəfə də tənqid edir. Mövzu kasıblığı, ayrı-ayrı pərdə və şəkillərin rabitəsizliyi, əsərin başlanğıcının pis düşünülməsi, bədii finalın qeyri-təbii və uğursuz olması, dilin zəifliyi və kasıblığı – bütün bunlar təkcə “Nadanlıq” dramının deyil, “Dilin bəlası” komediyasının da səciyyəvi bədii kəsirləri kimi qeyd olunur. “Nadir şah” faciəsi isə, F.Köçərliyə görə, N.Nərimanovdan gələcəkdə “gözəl bir dramatik yazıçı yetişə biləcəyi haqqında ümidlər doğurur” .
Dramaturgiya ilə müqayisədə Azərbaycan ədəbiyyatında bədii nəsrin, xüsusilə roman janrının yoxluğunu, Şərq xalqlarının ədəbiyyatlarında isə az olmasını F.Köçərli “bu xalqlarda qadınların örtülü vəziyyətdə saxlanması və öz xalqlarının həyatına təsir göstərmək imkanından məhrum olması” ilə əlaqələndirir. Tənqidçinin fikrincə, qadının kölə vəziyyətdə olduğu yerdə “onların haqqında azad adamlar kimi, müəyyən ideyalara, meyillərə malik olan qəhrəmanlar kimi danışmaq mümkün deyildir” . Firidun bəy açıq söyləyir ki, “qadın, yəni məhəbbət və bununla əlaqədar olan əziyyətlər, bir-birinə qarşı duran xeyir və şər qüvvələrin mübarizəsi olmayan roman çox darıxdırıcı bir şeydir; belə roman oxucuya səmərəli, nəcib və yüksək təsir göstərə bilməz”. Deməli, oxucuya “səmərəli, nəcib və yüksək təsir göstərmək” üçün romanda qadın sürətlərinin, məhəbbət xəttinin olması vacibdir. N.Nərimanovun “Bahadır və Sona”, S.M.Qənizadənin “Məktubati-Şeyda bəy Şirvani” əsərlərindəki Sona və Sofya Mixaylovna surətləri həmin məqsədə – oxucunu təsirləndirmək işinə xidmət edir. Bu surətlərin başqa millətlərdən olması isə, F.Köçərlinin fikrincə, müsəlman qadınlarının “örtülü vəziyyətdə saxlanması” ilə, başqa sözlə, maarifçi realizmin prinsipləri ilə bağlıdır: həyatın özündə Sona və Sofya Mixaylovna kimi müsəlman qadınlar olmadığından belə bədii surətlər də təbii və inandırıcı görünməz.
F.Köçərli N.Nərimanovun “Bahadır və Sona” əsərindən “müvəffəqiyyətsiz qələm təcrübəsi kimi” danışır: “ilk komediyalarında olduğu kimi, burada da bir ümumi nöqsan nəzərə çarpır: ideya və istiqamətverici bir başlanğıcın yoxluğu. ”. Eyni zamanda Bahadırın danışığını, xeyirxahlığın əhəmiyyəti haqqında fikirlərinin doğruluğunu, mülahizələrindəki ardıcıllığı, dilin sadə və düzgünlüyünü bədii məziyyət hesab edir: “Görünür ki, cənab Nərimanov öz üzərində, öz istedad və biliyinin inkişafı üzərində ciddi işləyir. Bu isə ədəbi yaradıcılıq sahəsində çalışan, yorulmaq bilməyən əməkçi üçün şərəfdir”. S.M.Qənizadənin zəngin və hərtərəfli inkişaf etmiş bir istedada malik olduğunu, doğma ədəbiyyatın faydasına yorulmadan və səmərəli çalışdığını qeyd edir; müasir şairlərdən Mirzə Növrəs, Ləli, Mirzə Rəhim Fəna, Nazir, Sabir və başqalarının “Şərqi-Rus” qəzetində çıxışlarını tərifləyir, milli ədəbiyyatın daha da inkişaf edib çiçəklənməsi üçün ərəb əlifbasının dəyişdirilməsini məsləhət bilir.
F.Köçərlinin yaradıcılığında Azərbaycan ədəbiyyatının müasir durumu, onun tarixi keçmişi ilə vəhdətdə öyrənilib. İrəvan gimnaziyasında çalışarkən o, Azərbaycan-türk ədəbiyyatına dair müxtəlif nümunələri, əlyazma nüsxələrini mətbu əsərləri, şifahi məlumatları toplayaraq tədqiq etməyə başlamış, aşağı-yuxarı 20-25 illik gərgin zəhmətdən sonra 1908-ci ildə üçcildlik məşhur “Azərbaycan ədəbiyyatı” kitabını ortaya gətirmişdir. Bu kitab Azərbaycan ədəbiyyatı tarixini yaratmaq sahəsində çox mühüm, olduqca əhəmiyyətli bir iş idi; F.Köçərli özünəqədərki “təzkirəçiliyin çərçivəsini dağıdıb ədəbiyyat tarixinin tədqiqinə yeni bir istiqamət vermişdi”. Ancaq kitab hələ ədəbiyyat tarixi deyildi, onun məzmununda və strukturunda Şərq təzkirəçilik ənənələrinin, xüsusilə Lütfəli bəy Azərin “Atəşgədə” kitabının təsiri və əlamətləri aydın görünürdü. Hətta F.Köçərli kitabı hazırlayarkən “Atəşgədə”nin daxili quruluşunu örnək olaraq götürmüş, haqqında bəhs etdiyi şairləri regionlar üzrə düzmüşdü. Kitabının “Bir neçə söz” hissəsində ədib özü yazırdı: “Bu kitabı yazmaqda mərhum Hacı Lütfəli bəy ibn Xaqan “Azəri” təxəllüsün “Atəşgədə” nam kitabında tutduğu qayda və rəvişi intixab etdik, yəni Azərbaycanda olan hər bir bilad (bölgə, vilayət – Z.Ə.) və diyarın şüəra və üdəbası haqqında ayrı-ayrı məlumat verməyi münasib bildik”. Lakin məlumatın dolğunluğu, təhlillərin elmiliyi, ədəbi nümunələri tənqidi qiymətləndirmə baxımından F.Köçərlinin əsəri tamamilə fərqlənirdi. Həmin fərqi ədib özü belə izah edirdi: “Mərhum Hacı Lütfəli bəyin kitabı ilə bizim məcmuənin arasında təfavüt çoxdur. Belə ki, mərhum Azəri “Atəşgədə”sində hər bir şairin tərcümeyi-halına dair müxtəsər əhval yazıb, əsərlərindən azacıq və birbirinə münasibəti olmayan nümunələr göstərir. Amma biz mümkün olduğu qədərdə məşhur şüəra və üdəbamızın həm tərcümeyi-hallarına və həm asari-qələmiyyələrinə dair ətraflı məlumat vermişik, məzkur əsərlərin haqqında öz rəy və təsəvvüratımızı yazıb tövsif və ya tənqidə layiq olan məqam və nöqtələri şərh və bəyan etmişik. Hər bir şairin məsləkini, üslubi-kəlamını və öz əsrü zəmanəsinin təqazasınca nə növ əsərlər vücuda gətirdiyini və onların camaatımıza hüsni-təsirini, xeyir və ya zərərini bəqədri-qüvvə açıb göstərmişik”.
Doğrudan da M.P.Vaqif, M.V.Vidadi, S.Ə.Nəbati, Abdulla bəy Asi, İsmayıl bəy Nakam, Məhəmməd Bağır Xalxali, xüsusilə M.F.Axundzadə, Qasım bəy Zakir, Seyid Əzim Şirvani haqqında oçerklər geniş və əhatəlidir. Bu oçerklərdə haqqında bəhs olunan sənətkarların dövrü, həyatı, ictimai mənşəyi, təhsili, yaşayış tərzi, məşğuliyyəti, müasirləri ilə münasibətləri haqqında ətraflı məlumat verilir, yaradıcılıqlarının əsas istiqaməti müəyyənləşdirilir, məşhur əsərləri “bəqədri-qüvvə” təhlil olunur, yaxud bu əsərlər haqqında məlumat verilir, çoxlu nümunələr göstərilir. Xaqani, Nizami, Aciz, Salik, Bakıxanovdan bəhs edən hissələr də dolğundur. Həmin hissələr bir tərəfdən fakt zənginliyi və dəqiqliyi, digər tərəfdən məlumatların elmiliyi, qiymətlərin obyektivliyi, sənətkarların yaradıcılığını, onların ədəbi tərəqqidə rolunu Azərbaycan ədəbiyyatının ümumi inkişafı kontekstində, bəzən hətta ümumşərq və ümumdünya bədii fikri kontekstində qiymətləndirməsi baxımından diqqəti çəkir.
“Azərbaycan ədəbiyyatı” kitabındakı oçerklərin çoxunda görünən bu cür əhatəli təhlil və qiymətləndirmələrin əksinə olaraq, bəzi şairlər haqqında verilən məlumat orta əsrlərin təzkirələri səviyyəsindədir. Fətəli xan Müştəri, Əbülfət xan Tuti, Ağahüseyn Arif, Sabit Şəqaqi, Ağabağır, Kərim ağa Fateh, İbrahim Nicati, Ələkbər Qafil, Ağababa Zühuri haqqında deyilənlər məhdud; Rafei, Fədai, Molla Qasım Şirvani, Zülali, Şəkər Şirvani, Nabi Əfəndi Şirvani barədə məlumat bəsitdir. Tədqiqatçı onların doğum və ölüm ili, məkanı haqqında çox qısa informasiya, əsərlərindən bir nümunə verməklə kifayətlənir. Nəsimi, Asəf Şirvani, Arif Şirvaninin hərəsi haqqında bir, Mirzə Hüseyn Salar barədə üç cümlə vardır. Nəsimi və Arif Şirvaninin hər birinin əsərlərindən 5 beyt, Mirzə Hüseyn Saların bir, Arif Şirvaninin iki qəzəli verilmişdir ki, bu faktlar F.Köçərlinin Şərq təzkirəçilik ənənələrindən və “Azərbaycan ədəbiyyatı” kitabının təzkirə xüsusiyyətlərindən hələ tam azad olmadığını göstərir.
Amma F.Köçərli 130-a qədər şair və yazıçı haqqında (onlardan 111-nin adı oçerkin, yaxud məlumatın sərlövhəsinə çıxarılmışdı) söhbət açmaqla Azərbaycan ədəbiyyatının varlğını, onun tarixi qədimliyini və bədii-estetik qüdrətini dananlara tutarlı cavab verir, səhv düşüncələri alt-üst edirdi. Ədib təkzibolunmaz faktlarla sübuta yetirirdi ki, dünyanın ən qədim, mədəni xalqlarından olan Azərbaycan türklərinin özü kimi, onların yaratdığı söz sənəti də yaşı minillərlə ölçülən qocadan-qoca, son dərəcə humanist-bəşəri məzmunlu, bədii forma baxımından heyrətamiz dərəcədə rəngarəng bir sənətdir. F.Köçərli bu ədəbiyyatın bütün tarixi dövrlərindən deyil, əsasən, XII və XVIII-XIX əsrlərdə yaşayıb-yaradan sənətkarlardan bəhs edir, onların tərcümeyi-halı və əsərləri barədə az və ya çox dərəcədə məlumat verirdi. Azərbaycan ədəbiyyatının islamaqədərki və XIII-XVII əsrlər dövrü tədqiqatdan kənarda qalmışdı. Məxəzlərin azlığı üzündən İ.Həsənoğlu, Q.Bürhanəddin, Həqiqi, Xətai və Əmanidən bir kəlmə də söz açılmırdı. Bütün bunlara baxmayaraq F.Köçərli Azərbaycan ədəbiyyatı tarixini düzgün elmi-metodoloji prinsiplər əsasında yazmışdı. Kitabın “Başlanğıc” hissəsində o, söz sənətini – ədəbiyyatı “hər bir millətin şən və əzəmətinə, tərəqqi və səadətinə bais olan səbəblərdən birisi”, millətin “maddi və səadət yollarını göstərən aineyi-həqiqətnüması” kimi qiymətləndirir, şair və yazıçıları “milləti haq və səvaba irşad edən, şöhrət və hörmətə yetirən”, “millətin cisminə şəfa, ruhuna səfa, fikrinə cila, ağlına və təmami mənəvi və ruhani qüvvələrinə balü pər verib uca məqama qaldıran” maarif xadimləri hesab edir, Azərbaycan ədəbiyyatının tarixi qədimliyini və estetik zənginliyini onu yaradan xalqın bədii-fəlsəfi dühası, təbii istedadı, fitri qabiliyyəti, azadlıq ruhu ilə əlaqələndirirdi. F.Köçərliyə görə “nə qədər bir qövm və tayfa elmsiz və mərifətsiz olsa, bir o qədər onun ədəbiyyatı zəif və biməzmun olacaqdır. Hətta çox tayfalar vardır ki. ədəbiyyat nə olduğunu bilməzlər. Bunlar dünya üzündə çox müddət yaşamayıb puç və zay olurlar. Tərəqqi və səadət fikrində olan və əbədi zindəganlıq arzusuna düşən qövm və millət gərəkdir ən əvvəl öz ana dilinin vüsət və qüvvət tapmağına səy və himmət göstərsin və ədəbiyyati-milliyyəsini asari-nəfisə və təsnifati-məmduhə ilə zənginləşdirsin”.
F.Köçərli ədəbiyyatın lisani-şifahi və qələmi-yazılı qollarını fərqləndirir və doğru deyir ki, yaranma tarixinə görə, Azərbaycan xalqının lisani ədəbiyyatı onun qələmi ədəbiyyatından qat-qat qocadır; bu ədəbiyyatın ilk nümunələri min illər bundan əvvəl – daş dövründə müasir azərbaycanlının ulu babalarının həyat təcrübələri əsasında yaradılmış, zaman-zaman ağızdan-ağıza, nəsildən-nəsilə, boydan-boya, eldən-elə keçdikcə cilalanıb biçimlənmiş, mənəvi sərvətə çevrilmişdir. “Qələmi ədəbiyyat isə başqa tərz ilə hüsula gəlir. Bunda hər bir nağıl və hekayənin məxsusi katibi və münşisi və hər bir təsnifin öz müsənnifi və hər bir şeir və qəzəlin müəyyən şairi vardır. Əlbəttə, bu qisim əsərlərdə milliyyət nişanəsi və milliyyət rayihəsi çəndan müşahidə olunmaz. Vəli bir müsənnif və şair nə qədər öz millətinə yavuq olsa, onun adat və xasiyyətləri üzrə nəşvü nüma tapsa, milliyyət qanı onun damarlarında nə qədər artıq cərəyan etsə, bir o qədər onun əsərlərində dəxi milliyyət qoxusu və milliyyət nişanəsi artıq görünəcəkdir”. Ədib bu fikri də xüsusi nəzərə çatdırır ki: “Şairi-kamil və ədibi-fazil həqiqətdə ol ədib və şairdir ki, öz millətinin dili ilə danışa, ürəyi ilə, hissi və ağılı ilə fikir edə”.
“Azərbaycan ədəbiyyatı” kitabının quruluşu sübut edir ki, onun müəllifi ədəbiyyat tarixinin yazılmasına elmi-nəzəri və metodoloji baxımdan düzgün yanaşmış, əsərinin “Başlanğıc” hissəsində şifahi ədəbiyyatın müxtəlif janrları: nağıl, tapmaca, məsəl, nəğmə və s. barədə söhbət açmaqla əslində ədəbiyyat tarixi yaratmağın elmi yolunu göstərmişdir. Ədəbiyyat ilkin olaraq şifahi şəkildə yarandığından F.Köçərli də şair və yazıçılardan öncə şifahi ədəbiyyat haqqında söz açmağı vacib saymış, bu yolla milli ədəbiyyatın tarixini onun şifahi ədəbiyyatdan başlamaq prinsipinin gözəl örnəyini göstərmişdir.
“Azərbaycan ədəbiyyatı” kitabı coğrafi bölgü üzrə yazılmış və şairlər kitabın “Gəncə”, “Şirvan və Şamaxı”, “Qarabağ – Şuşa şəhəri”, “Quba”, “İrəvan şairləri”, “Dərbənd şairləri” bölmələrində qruplaşdırılmışdır. M.Füzuli bu regionların heç birinə daxil edilmir. Məsələnin görünən səbəbi odur ki, doğrudan da adı çəkilən yerlərin heç birinə Füzulinin dəxli yoxdur: ərazi baxımından o, tamam başqa bir ədəbi-mədəni və elmi mühitin yetirməsidir. F.Köçərliyə görə, Azərbaycan türkləri “Zaqafqaziyanın şərq və cənubunda sükna edən Şəki, Şirvan, Səlyan, Bakı, Gəncə, Qazax, Qarabağ, İrəvan və Naxçıvan əhalisindən və İran dövlətinin şimali-şərqisində güzəran edən əqvam və təvayifdən ibarətdir”. Füzuli isə təkcə Azərbaycan, yaxud təkcə Osmanlı şairi deyil, ümumiyyətlə türk şairidir, bütün “türk şairlərinin babası hesab olunur” və “Azərbaycan şüərasına hamıdan artıq təsiri olubdur”. Alim Füzulidən ona görə bəhs edir ki, o, Azərbaycan şairlərinin “sərvəri və pişvəri məqamındadır” və “ol fəsahət və bəlağət kanının təsiri bu əsrdəki (XIX yüzildəki – Z.Ə.) şüəramızın asar və əşarında dəxi müşahidə olunmaqdadır”. Məncə, “Azərbaycan ədəbiyyatı” kitabında F.Köçərlinin M.Füzuli ilə bir sırada və eyni səviyyədə Yusif Nabi və Əlişir Nəvainin də yaradıcılığından söz açması təsadüfi deyil; alim Füzuli ilə bərabər Nabi və Nəvaini də “Azərbaycan şüərasının pişvaları və ustadları məqamında” görür və milli ədəbiyyatın inkişafına onların da təsirini qeyd edir.
Kitab elmi-nəzəri təhlillərlə bərabər bədii nümunələrlə də zəngindir. Onun səhifələrində yer alan şeirlər yüksək sənət örnəkləridir. Bu keyfiyyətinə görə “Azərbaycan ədəbiyyatı” müasir ədəbiyyat-müntəxabat dərsliklərini xatırladır; müəllif əvvəlcə şairin tərcümeyi-halından danışır, yaradıcılığının əsas istiqamətlərini aydınlaşdırır, faktlara söykənməklə fikirlərini əsaslandırır, sonra isə, məsələn, “Kəlami-Qovsi”, “Qəzəli-Nicat”, “Müəşşəri-Ağaməsih Şirvani”, yaxud “Qəzəli-türki”, “Əyzən kəlami-türki”, “Əsərlərindən bir neçəsi burada zikr olunur” deyib şeir nümunələri təqdim edir. Bu nümunələr F.Köçərlinin əsl sənət xiridarı, yüksək poetik duyum, incə zövq sahibi olmasından xəbər verir.
Alim seçdiyi nümunələri elmi təhlil predmetinə çevirərkən onları həm ideya-məzmun, həm də bədiilik baxımından dəyərləndirir. Çox vaxt poetik mətnin daxilinə nüfuz edərək, hər beytin, bəndin, hətta misranın bədii yükünü–ağır-yüngüllüyünü üzə çıxardıb əyaniləşdirir. O, seçdiyi nümunələri əvvəlcə mənasına, şairin söylədiyi fikrə, sonra bu fikrin ifadə formasına, deyim tərzinə görə qiymətləndirir və hər iki halda özünün ədəbi görüşlərini əxlaqi-ictimai baxışları ilə vəhdətdə ifadə edir. Bu keyfiyyət alimin Qövsi Təbrizi, Nişat Şirvani, Mustafa ağa Nasirin əsərlərindən bəhs edən fikir və mülahizələrində aydın görünür.
“Azərbaycan ədəbiyyatı”nı Firidun bəy özü üçün “əziz və mübarək bir kitab” hesab edir, onun “ləyaqətli tərzdə və gözəl surətdə təb olunmasını” arzulayırdı. Alimin bu arzusunu xalqının qədirbilən övladları həyata keçirmiş, F.Köçərlinin vəfatından sonra kitab üç dəfə böyük tirajla nəşr olunaraq ictimaiyyətə çatdırılmış, haqqında Mir Cəlal, K.Talıbzadə, B.Nəbiyev, F.Hüseynov, İ.Bəktaşi, R.Qənbərqızı, Elçin, Ş.Salmanov, T.Salamoğlu kimi tanınmış alimlər qiymətli elmi məqalə və kitablar yazaraq, onun xidmətlərini qədirşünaslıqla dəyərləndirmişlər.
Müxtəlif millətlərin yaşayıb-fəaliyyət göstərdiyi bir mühitdə təhsil alan, işləyən və yazıb-yaradan Firidun bəy başqa xalqların da ziyalıları ilə yaxınlıq edir, onların ədib və şairlərinə böyük hörmət və sevgi ilə yanaşırdı. Onun “Anton Çexov”, “Gürcü şairi Akaki Sereteli yubileyinə dair”, “Nikolay Vasilyeviç Qoqol”, “Yakov Semyonoviç Qoqebaşvili”, “Dost və müəllim N.O.Lomourinin xatirəsi” məqalələrində rus ədəbiyyatının böyük nümayəndələrindən A.S.Puşkin, N.V.Qoqol, N.A.Nekrasov, İ.S.Turgenev, F.M.Dostoyevski, L.N.Tolstoy, A.P.Çexov, A.M.Qorki, gürcü şairi Akaki Sereteli və b. haqqında qiymətli elmi fikirlər vardır. Alim F.Köçərli Azərbaycan şair və yazıçıları kimi başqa millətlərdən olan ədibləri də ilk növbədə millilik, xalqa və milli ədəbiyyata xidmət, həqiqətpərəstlik – realizm baxımından dəyərləndirir, xalq həyatı və məişətini doğru-düzgün əks etdirən şair və yazıçıları həqiqi sənətkar sayırdı: “Rusların milli ədəbiyyatının binasını qoyan Puşkin və Qoqol olubdur. Bu iki müqtədir ədibin qələmi sayəsində rusların ədəbiyyatı təbii halına və təbii rənginə düşüb, firənglərin, ingilislərin və nemeslərin ədəbiyyatı təsirindən xilas olmağa başlayıbdır. Qoqol və Puşkin milli ədəbiyyatlarını məişətlərinin ayinəyi-həqiqətnüması edib özlərindən sonra gələn üdəba və şüəraya salamat bir məslək, müstəqim bir yol açıblar. Qoqol həqiqətnəvis ədiblərin (realistlərin) babası və pişrovi mənziləsindədir”.
“Nikolay Vasilyeviç Qoqol” məqaləsində söylənən bu fikirlərdə yazıçının rus ədəbiyyatı tarixində mövqeyi müəyyənləşdirilmiş, onun yaradıcılığının başlıca məziyyəti – “həqiqətnəvis ədiblərin babası və pişovi” olması qeyd edilmişdir. Məqalədə Qoqolun həyatı, ailə mühiti, təhsili haqqında yığcam məlumat verilmiş, onun Jukovski və Puşkinlə tanışlığı, Qoqolun yaradıcılıq taleyində və həyatında bu tanışlığın faydalı rolu barədə danışılmışdır: “Peterburqda Qoqol məşhur Jukovski ilə tanış olur və onun vasitə və köməyi ilə kənardan özünə bir şüğl tapıb, maaş sarıdan işini bir az yüngülləşdirir. 1831-ci ildə Qoqol Puşkin ilə tanış olur və bu tanışlıqdan artıq istifadə edir. Puşkinin ona təsiri çox olur. Puşkin ilə yaxın olduqdan sonra Qoqola guya təzə bir həyat verilir: onun təbi, istiqaməti-qəlbi nuraniyyət və fikri cəladat (möhkəmlik, sabitlik, aydınlıq – Z.Ə.) kəsb edir. Bu vaxta kimi onun üçün qaranlıqda olan çox sirlər, pərdədə olan çox mənalar açılıb aydınlığa çıxır”.
F.Köçərlinin bildirdiyinə görə “Qoqolun iki böyük və mötəbər əsərinin məal (məna – Z.Ə.) və məzmununu ona Puşkin nəql edib, hər iki əsərin nə səbkü sayaqda yazılmasını şərh bə bəyan etmişdir”. Bu əsərlərdən biri “Müfəttiş” komediyası, digəri “Ölü canlar” povestidir. “Hər iki əsəri sonralardan Puşkin mütaliə etdikdə Qoqolu bağrına basıb kamali-məmnuniyyətlə ona demişdir: – Sən yazan kimi bunları mən bacarıb yaza bilməzdim. Hər halda sən məndən mahirsən”.
Məqalədə həm “Müfəttiş” komediyasının, həm də “Ölü canlar” povestinin yığcam təhlili verilir. “Müfəttiş” komediyasını daha əhatəli təhlilə cəlb edən F.Köçərli yazıçının ümumi yaradıcılıq məziyyətlərini, bədii istedadının bənzərsizliyini, estetik gülüşünün təbii mahiyyətini düzgün müəyyən edir: “Qoqolun təbiət və xasiyyətində hər bir şeyin küphünə (içinə – Z.Ə.) göz yetirmək, mahiyyətinə baxmaq və hər bir şeyin gülünc tərəfini və istehzaya layiq səmtini görüb-göstərmək vardır. Rus ədiblərindən heç biri Qoqol kimi adamların üstə zərifanə gülmür və oxucuları güldürmür. Qoqolun gülməyi qəribə bir gülməkdir. Bizim məişətimizdə gülünc, gülməli və rişxəndə səbəb olası adət-ayinlər, müxtəlif işlər və əməllər, danışıqlar və söhbətlər çoxdur. Amma bunların hamısının üstünə adamların falşivi rəftar və əlaqələrindən toxunmuş bir pərdə çəkilibdir ki, hər adama onun alt tərəfini görmək qüdrət və qabiliyyəti verilməyibdir. Qoqol isə pərdənin altını açıq görür və onu zərifanə qalxızıb, altında olan əcayibat və qəribata baxıb nazikanə gülür və bizə göstərib bizi də güldürür”.
Ədib Qoqolun bədii istedadının tipoloji özgünlüyünü Puşkin yaradıcılığı ilə müqayisədə qiymətləndirib yazır: “Puşkinin təbi durbinə, amma Qoqolun təbi zərrəbinə təşbih olunubdur. Puşkin durbin kimi məişətin uzaq yerlərini və gözəl mənzərələrini işıqlı və qəşəng bir halda göstərirkən, Qoqol zərrəbin kimi yaxında olan və gözün önündə, şişənin altında tərpənən nifrətəngiz həşərat və mikrobları böyüdüb göstərir”.
“Müfəttiş” komediyasının ideya məzmunu və bədii keyfiyyətlərinə dair fikirlərini ümumiləşdirən F.Köçərli bu qənaətə gəlir ki: “Qoqolun bu komediyası əvəzsiz bir əsərdir ki, həmişə həyat üzrə baqi qalacaqdır. Onun Qorodniçisi, sudyası, poçtmeystri, Dobçinski-Bobçinskisi, xüsusən Xlestakovu, necə ki, Rusiya dövləti vardır, onlar da sağ və salamat qalacaqlar”.
“Nikolay Vasilyeviç Qoqol” məqaləsi Azərbaycan ədəbiyyatşünalığında Qoqolun həyat və yaradıcılığından bəhs edən ilk elmi əsərdir. Bu əsəri Cəlil Məmmədquluzadə “açıq və mənalı məqalə” deyə qiymətləndirmiş, sonralar Qoqol haqqında yazan Azərbaycan ədəbiyyatşünasları: M.Rəfili, M.Arif, M.Cəfər, K.Talıbzadə, B.Nəbiyev, Ş.Qurbanov, A.Alməmmədov və b. həmin məqaləni yüksək dəyərləndirməklə bərabər oradakı elmi tezisləri daha da inkişaf etdirmişlər.
F.Köçərlinin “Gürcü şairi Akaki Sereteli yubileyinə dair”, “Yakov Semyonoviç Qoqebaşvili”, “Dost və müəllim N.O.Lomourinin xatirəsi” məqalələri gürcü ədəbi-bədii və pedaqoji fikrinin görkəmli nümayəndələrinin yubileyi, yaxud vəfatı münasibətilə yazılmışdır. Onların ən irisi Akaki Sereteli haqqında məqalədir. Bu məqalədə F.Köçərli A.Seretelinin müxtəsər tərcümeyi-halını təqdim edərək gürcü şairinin uşaqlığı, valideynləri, təhsili və məşhur əsərləri haqqında bəhs açır. Şairin tələbəlik illərində yazdığı “İsti xəbərlər” sərlövhəli məqalələrindən başlamış “Suliko” şeirinə, “Natela”, “Tamara”, “Medeya” adlı ən məşhur əsərlərinə qədər, hamısı haqqında məlumat verilir. Məqalədə A.Seretelinin “Mürəbbi” hekayəsinin məzmunu danışılır; Abxazlı gənc, onun süd qardaşı Səfər bəy, arvadı Nazıbrola və müəllim Hacı Yusifin əməlləri nağıl olunur. Köçərli “Mürəbbi” hekayəsini “müəllim və mürəbbilərə gözəl ibrət” hesab edir və Seretelinin daha çox yaşayıb belə gözəl əsərlər yazmasını arzulayır.
F.Köçərlinin məqlələrində dünya ədəbiyyatının Firdovsi, Sədi, Hafiz, Şekspir, Bayron, Hüqo, Russo, Hote, Şiller, Puşkin, Dostoyevski, Tolstoy kimi qüdrətli nümayəndələri haqqında dəyərli elmi fikirlər vardır. Ədibə görə bu sənətkarlar “öz əsrlərində millətlərinin ən böyük müəllimi və ən mahir və müqtədir mürəbbisi olub əsərləri ilə onların təhzibi-əxlaqına, rüfət və səadət tapmasına, şöhrət və qüvvət kəsb etməsinə hüsn-tədbirlər və salamat təzyiqlər göstəriblər. Bu zati-alilərin vücudu ilə millətləri fəxr edirlər”. Eyni zamanda bu sənətkarlar “cəmi aləmin mürəbbisi və filosofu hesab olunur”, onlar “ümumxəlayiq və insaniyyət müəllimi və mürəbbisidirlər”.
Göründüyü kimi, F.Köçərli dünya ədəbiyyatının klassiklərini həm xəlqilik və millilik, həm də bəşərilik və beynəlmiləllik baxımından dəyərləndirir. Belə bir doğru qənaətə gəlir ki, həqiqi şair öz zəmanəsinin aynasıdır, öz camaatının, millətinin səsinə səs verməli, millətinin “qeyrət və təəssüb damarını hərəkətə gətirməli”, təsirli kəlamı ilə onu qəflətdən bidar edib, tərəqqi və maarif səmtinə dəvət etməlidir. Öz milli məişətindən, xalqının arzu və istəklərindən yazan şair milli olduğu qədər də bəşəridir. Bu mənada Vaqif, Zakir, Seyid Əzim, Nəbati və Sabir də son dərəcə bəşəri şairlərdir. Onların əsərləri ilə təkcə Azərbaycan-türk ədəbiyyatı deyil, ümumiyyətlə Qafqaz, Dağıstan və İran xalqlarının bədii fikri zənginləşmişdir.
Firidun bəy Köçərli ədəbi prosesi diqqətlə izləyən, oxuduğu əsərlərin məziyyətlərini də, kəsirlərini də obyektiv qiymətləndirən, ədəbi prosesi təşkil edə bilən, şair və yazıçıların inandığı, ehtiram, rəğbət bəslədiyi bir ədəbiyyatşünas – böyük nüfuz sahibi idi. Buna görə onun həm yaşadığı dövrün ədəbi prosesinə, müasirlərinin yaradıcılığına, həm də ədəbiyyat tarixinə dair yazılarını Azərbaycan ziyalıları ciddi maraq və razılıqla qarşılayır, onları oxumaqdan, məsləhətlərini dinləməkdən zövq alırdılar. Şair Abbasağa Nazir Firidun bəyə göndərdiyi məktublarının birində onunla gec tanış olmasına təəssüflənərək yazırdı: “Hərgah qırx il bundan əqdəm mənim şeirimə Sizin kimi qədr-qiymət verən olsaydı, indiyə kimi 30-40 cild kitab yazardım”. Şair Abbas Səhhət F.Köçərliyə mənzum məktubunda yazırdı:
Yazmısan tazə nə şeylər? – deyə sordun məndən,
Ruhumun tarına mizrabzən oldun, qardaş!
Sabir ilə belə məktubu çox aldıq səndən,
Hər nə yazdıqsa ona bani sən oldun, qardaş!
Bir zaman Nasehü Tərrah ilə Sabir, bəndə
Yaşayırdıq hamımız qəflət ilə fərxəndə.
Birimiz mərsiyəguluqda böyük şair idi,
Birimiz sağərə mail, birimiz cananə.
Birimiz həcvdə Yəğma kimi çox mahir idi,
Laübali keçinirdi günümüz rindanə.
O pərişan yuxudan sən bizi bidar etdin,
Doğru, düz yolda çalışmaqlığa vadar etdin .
F.Köçərlinin tənqidlərinə məruz qalan Nəriman Nərimanov sonralar həmin tənqidlərin faydası haqqında demişdi: “Düz 20 il bundan müqəddəm mən “Nadanlığ”ı yazıb meydana buraxdım. Məşhur mühərrirlərimizdən biri, rəfiqimiz Firidun bəy Köçərli “Nadanlığ”ı rus dilində tənqid etdi, yaramaz bir şey hesab edib yazanını, yəni məni lazımınca çubuqladı. Oxuyan deyirdi, “Nadanlığ”ı yazan daha əlinə qələm gərək götürməsin. Fəqət onun çubuqlamağı “Nadir şah”ın meydana gəlməsinə səbəb oldu”. Böyük ədəbiyyatşünas-ziyalının ədəbi nüfuzundan bəhs edən Fərhad Ağazadə isə onu belə qiymətləndirirdi: “Demək olar ki, Firidun bəyin təsiri ilə tərbiyələnmiş bir çox kimsələr meydana çıxdı. Onun qələminə yalnız türklər deyil, ruslar, gürcülər belə böyük hörmət göstərirdilər”.
Bütün bu etiraflar təsdiq edir ki, Azərbaycan xalqının ləyaqətli oğlu, böyük ziyalı, ədəbiyyatşünas-alim, maarifçi-demokrat Firidun bəy Köçərli ümumtürk mədəniyyətinin tərəqqi və çiçəklənməsinə xidmət göstərmiş, fəaliyyətinin bütün sahələrində türk xalqlarının, türk ədəbiyyatının və mədəniyyətinin ayrılmasına, təfriqə düşməsinə yox, birliyinə, möhkəmlənməsinə çalışmışdır.
Bütün şüurlu həyatı boyu mətbuatla sıx əlaqədə olan Firidun bəyin yüzlərcə məqaləsi hələ öz sağlığında Bakı, Tiflis, Bağçasaray və Peterburqda çıxan qəzetlərdə nəşr olunmuş, bir neçə kitabı işıq üzü görmüşdür. Ədibin ölümündən sonra onun xatirəsini əziz tutan Azərbaycan xalqı və dövləti müxtəlif illərdə F.Köçərlinin kitablarını nəşr etmiş, haqqında çoxlu məqalə, kitab, dissertasiya yazılmışdır. Tərtibçi – ədibin adını daşıyan Respublika Uşaq kitabxanasının şöbə müdiri Nazilə Tahirova böyük zəhmət bahasına bu əsərlərin hamısını nəzərdən keçirərək, onların çap olunduğu mətbuat orqanı, nəşriyyat, tarix, həmçinin F.Köçərli haqqında yazan müəlliflərin adı, soyadı, əsərlərinin adı, çap olunduğu yer, tarix haqqında konkret məlumat verən səliqəli biblioqrafiya hazırlamışdır. Biblioqrafiyada Firidun bəy Köçərlinin həyat və fəaliyyətinin əsas tarixləri göstərilmiş, onun əsərlərinin və haqqında yazılan əsərlərin xronoloji ardıcıllıqla siyahısı verilmişdir.
Biblioqrafiya elmi işçilər və doktorantlar üçün qiymətli bir məxəzdir. Ondan Firidun bəy Köçərlinin həyat və fəaliyyəti ilə maraqlanan bütün oxucular istifadə edə bilərlər.
Zaman Əsgərli,
filologiya üzrə elmlər doktoru, professor
Azərbaycan ədəbiyyatı (F.Köçərli, I cild)/Seyid Əbülqasım Nəbati (məqalə)
Azәrbaycan türklәrinin müqtәdir şairlәrindәn birisi dә mәrhum Seyid Әbülqasım «Nәbati» tәxәllüsdür. Seyid Әbülqasımın vәtәni Qaracadağda Üştibin, yaxud Üçdibin qәryәsidir ki, İran dövlәtinә mütәәlliqdir vә Muğan sәhrasına yaxındır. Bu qәryәnii abhavası mötәdil vә torpağı münbitdir. Әhalisi salamat vә kargüzar olduğu üçün mürәffәhhal yaşayırlar. Vәli zәmanәnin övzavü iqtizasından bixәbәr vә elmdәn bibәhrәdirlәr, necә ki, dövlәti-әliyyәnin rәiyyәtlәri vә rәncbәrlәri tәmamәn bu hal üzrә yaşamaqdadırlar.
Seyid Әbülqasım tәvәllüd edibdir tarixi-hicriyyәnin on üçüncü әsrinin ibtidasında–Nәsrәddin şahın atası Mәhәmmәd şahın zәmani-sәltәnәtindә681. Bir qәsidәsindә mәzkur şahı belә tәrif elәyir:
Hәrә bir şahә oldular mәddah,
Mәn kәmin bәndә şahi-İranә.
Şahi-mәn şahi-müfәxxәr Qacar —
Ki, salıb divi-zülmi zindanә.
Şәh Mәhәmmәd şәhi-Skәndәrşәn,
İltifat etmәz abi-heyvanә.
Xadimi-bargahi yüz Cәmşid,
Tәn edәr cahi min Süleymanә.
Bәxş edәr murә mülki-dünyani,
Dür tökәr gәnci-lütfi hәr yanә.
Dusti bilmәsin ki, qәm nә imiş,
Düşmәni ağnasın qızıl qanә.
Sәn, Nәbati, duanı eylә tәmam,
Nә işin var eşitdi şah ya nә?
Әgәrçi şairin sali-vәfatı dürüst mәlum deyil, amma mötәbәr rәvayәtә görә, haman on üçüncü әsrin axırlarında — yәni min iki yüz yetmişinci illәrin әvaxirindә vә hәştadıncı illәrin әvailindә vәfat edibdir. Vәfatı ömrünün müsinn çağında — yetmişindә vә ya yetmiş beşindә vaqe olubdur. Buna şairin öz şeri dәlalәt edir:
Mәn dedim bәs Xançobani cavandır,
Bir igid oğlandır bәbri-bәyandır,
Demә kim, qocalıb, qәddi kәmandır,
İndi gördüm, saqqalının çalı var.
Bundan әlavә onun qocalığına bu şeri-müstәzadı dәxi şәhadәt verir:
Dövri-çәrxdәn olmuşam әlil,
Dizdә taqәtim, gözdә nur yox.
Bir nәzәr, әya şahi-lafәta,
Bu Nәbatiyi-binәvaya bax!
Eşitdiyimizә görә, bu halda Nәbatinin övladından bir neçә mötәbәr vaizlәr vә mәrsiyәxanlar vardır.
Seyid Әbülqasımın bir neçә tәxәllüsü var. Onlardan mәşhuru bunlardır: «Nәbati», «Mәcnun», «Şah» vә «Xançobani».
Mәrhum ziyadә müttәqi, dindar vә pakdamәn bir vücud olub ömrünün çoxunu zöhdü riyazәtdә keçirәrmiş. Riyazәt әhli olduğu üçün әksәr övqat dünya işlәrindәn әl çәkib vә xalqdan qәti-әlaqә edib etikafa әylәşәrmiş. Bu etikaf vә zaviyәnişinliyi özü üçün böyük bir sәadәt hesab edib, hәqiqәt alәminә irişmәyi vә nihan sirrlәrindәn ittila kәsb etmәyi mәhz vәhdәt guşәsindә bularmış. Ol sәbәbdәn deyibdir:
Guşeyi-vәhdәt nә әcәb ca imiş,
Sirri-nihan onda hüveyda imiş.
Aşiqi-divanәlәrin mәnzili, —
Rütbәyә bax, әrşi-müәlla imiş.
Qafil idim bu dili-viranәdәm,
Dil demә, oğlan, bu ki, dәrya imiş.
Etikafdan fariq olduğu zaman gahbir camaat arasına çıxıb söhbәt edәrmiş. Ziyadә fәsih vә şirinzәban olduğu üçün çoxları özünә valeh vә heyran edәrmiş vә müasirlәrindәn bir çoxu onunla mükalimәyә daxil olmağı vә onun söhbәtindәn istifadә qılmağı özlәrinә böyük bir feyzü qәnimәt hesab edәrlәrmiş.
Rәvayәt olunur ki, Seyid Әbülqasım Üştibindә әvvәlcә dәrvişlәr hәlqәsinә daxil olub, onların içindә nüfuzu artıbdır vә sonralardan dәrvişlәrә mürşid olubdur. Bәzi vaxtlarda ondan kәramәt sadir olarmış; belә ki, bir para xariqüladә әlamәtlәrin ondan zühur etmәyini görәnlәr olubdur.
Etikafdan çıxan zamanı onun simasında başqa bir parlaqlıq vә nuraniyyәt cilvә edәrmiş; özgә bir halәtә düşәrmiş vә bәzi vaxtı şövqü zövq ilә cuşa gәlib eşqdәn, mey vә mәhәbbәtdәn dәm vurarmış. Necә ki, deyibdir:
Zöhdü sәlatı çölә sal, Gәzgәza,
Mövsimi-eyşü meyü mina imiş.
Xançobani adi, Nәbati özü,
Bir üzü qırxıq, bığı burma imiş.
Nәbati artıq dәrәcәdә sәxi, comәrd vә nәcib bir vücud imiş. Atası dәxi möhtәrәm seyidlәrdәn imiş. Buna şairin kәlamı şәhadәt verir:
Meydani-eşq içrә sәyirtdim ati,
Müsәxxәr eylәdim Rumü Herati,
Möhtәrәm oğluyam, adım Nәbati,
Zatımız haşimi, әslimiz әrәb.
Seyid Әbülqasımın lәqәbi «Möhtәrәm oğlu» olduğuna onun bu şeri dәxi şәhadәt verir.
«Möhtәrәm oğlu» deyәrlәr mәnә, adım Mәcnun,
Bir adım Xançobani, bir bığı burma-burma.
Nәbati hәzrәt Әli әleyhissәlamın hәqiqi vә sәmimi mәddahlarından olduğu üçün ol cәnabın vәsfi-şәnindә çox gözәl vә qәrra qәsidәlәr yazıbdır ki, hәr kәs onları mütaliә etsә, onun qәlbindә hәqiqi bir vәcdü tәrәb vüqua gәlir. Nәbati demәk olur ki, öz mövlasına ürәkdәn aşiq imiş vә bu, mәhәbbәti ucundan ol şahidәryadilin vә gövhәri-nәcәf vә mәdәni-izzü şәrәfin mәdhindә yazdığı bir kәlamında әndazәdәn çıxır vә bir növ özünü şәkkaklar silkinә daxil edәn kimi olur:
Mәn ruzi-әzәldә sevmişәm bir şahi,
Allah deyәr ona Әliallahi.
Hәr kim ona allah desә, kafirdir,
Şәkkakdır ol Nәbati tәk, vallahi.
Divani-әşarında ibtidayi-kәlamı hәzrәt Әlinin adı ilә bu sayaq başlayır:
İcade-bәnaye-alәm әz name-Әlist,
Aine-nәbi ze zәrbe-Sәmsame[1]-Әlist.
[1]-Sәmsam — kәskin qılınc.
Meyxaneyi-dәhr qayem әz hәstiye-ust,
Abe-rox ze meye-came-qolfame-Әlist.
İn nәqşeneqare-sanee-biçunәst,
Ya dәftәre-eşqe-Leyliyo Mәcnunәst.
Hәr sәfheәş әz bağe-Erәm zibatәr,
Hәr noqteәş әz dorce-dore-mәknunәst.
Әz gәrdeşe-ruzeqaro doure-gәrdun
Divane-mәn әz rәdif gәrdәd birun,
Aşoftetәr әz şekәnce-zolfe-Leyli,
Culidetәr әz mәqale-hale-Mәcnun.
İn reşheye-kelke-Maniye-nәqtaşәst,
Ya qeteye-meşke-aşeqe-qәllaşәst.
Bәr tәbe-gohәrbare-Nәbati әhsәn,
Mәtbutәr әz ruye-bote-Cәmmaşәst[2].
[2]- Çәmmaş –zәndvәst deyilәn bütpәrәst qövm.
Xah türk dilindә vә xah fars dilindә Nәbati yazdığı şerlәrdә bir qüsur yoxdur. Bәzi kәlamlarında, mәsәlәn, «Saqinamә»sindә, fars lisanında yazdığı şerlәri türk dilindә yazdıqlarına tәrcih vermәk olar. Bu «Saqinamә»nin axırını yenә hәzrәt Әli mәdhinә çevirib, ol cәnabın övsafi-cәmilә vә әxlaqi-hәmidәsini bir-bir zikr qılıb, ol bәhri-hikmәtә vә sahibi-şәnü izzәtә xitabәn deyir:
Şәha, şәhriyara mәn binәvara
Ze lotfәt biyara ço mehre-monәvvәr,
Әya, saqi, cәm şәvi şado xorrәm,
Fәdaiye-to kәrdәm, biya, mey biyavәr.
Bedәh bade çon qol, bexan hәmço bolbol —
Ke, kamәt şod hasel, moradәt moyessәr.
Әli qu, Әli qu, Әli cu, Әli cu,
Resi ta be hu-hu, әz in nam begzәr,
Әli qu, Nәbati, ke, yabi necati,
To ta dәr hәyati bexan namәş әzbәr.
Nәbatinin hәzrәt Әli şәnindә yazdığı türk qәsidәlәri dәxi sәmimi-qәlbdәn nәşәt edәn pakizә vә hәqiqi hisslәrdir ki, oxuculara artıq dәrәcәdә tәsir elәyir. Onları burada zikr etmәyә ehtiyac yoxdur.
Tәrcibәnd sәbkindә yazdığı «Saqinamә»dә dәxi Әsәdullah Qalib Әliyyül-Mürtәza haqqında gözәl mәdhlәr söylәmişdir. Nәbatinin bu «Saqinamә»si demәk olar ki, onun cümlә kәlamının әfzәli vә bәrgüzidәsidir; bu sayaq başlanır:
Ey edәn eşq namәsin inşa,
Vәh, düşüb başına әcәb sövda!
Qoygilәn başә taci-bismillah,
İbtida qıl sözü benami-xuda —
Ki, odur hәr kәlamә sәrmәtlә —
Ki, odur sәrvәri-hamә әsma.
Qadirü zülcәlalü vәlikram,
Faliqül-hәbb, xaliqül-әşya,
Sanei-әrşü fәrşü şәmsü qәmәr,
Alәmi yoxdan eylәyәn peyda.
Ol xudavәndi-vacibüt-tәzim,
Hәyyü qәyyumü fәrdi-bihәmta.
Әhsәnül-xaliqin lәhül-izzә,
Vәlәhül-hәmd vәssәnaül-üla.
Adәmi o yaratdı torpaqdan,
Başına qoydu taci-«Kәrrәmna»,
Ondan oldu Mәhәmmәdi-әrәbi,
Sahibi-tacü tәxti-ov-әdna.
Ey qәlәm, ey әnisi-әhli-bәyan,
Cәhd qıl etgilәn sözü ziba.
Gәl, gәtir badә, ey gözüm saqi —
Ki, verim çöhreyi-mәqalә sәfa.
«Şur»ü «Şәhnaz»dәn çәkim ahәng,
Nalәni eylәyim bülәndava.
«Sövti-Davudi» eylәyim zahir,
Gah «Hüseyni» gәhi «Zәminxara».
Ta salım bu cahana bir ğülğül,
Başlayım tazә bir әcibә «Nәva”.
Gәlәlәr vәcdә aşiqü arif,
Düşәlәr rәqsә padişahü gәda.
Ucadan başla «Raki-Novruzi»
Çulğasın nöh sipehri sövtü sәda.
Şahi-islamә ruzü şәb nüsrәt —
İstә hәqdәn hәmişә, eylә dua.
Çәkkilәn başә badeyi-eşqi,
Günbәdi-çәrxi eylә pürqövğa,
Şahi-Misri çıxartgilәn çәhdәn,
Alәmi eylә valehü şeyda.
Degilәn, ya Әli, bәsövti-cәli,
Eylәmә hiç kimsәdәn pәrva.
Himmәt al pirdәn, mәdәd hәqdәn,
Dәmbәdәm «hu» çәkib yolu başla.
Qoy qәdәm rahi-eşqә mәrdanә,
Gir xәrabatә mәst-mәstanә.
Şair pirdәn himmәt vә hәqqdәn mәdәd dilәyib sövticәli ilә Әliyyül-Mürtәzanı zikr edib vә dәmbәdәm «hu» çәkib, rahi-eşqә şövq ilә, mәrd-mәrdanә qәdәmgüzar olur vә özünü fәnafillah dәryasına qәrq elәyir vә burada cürbәcür alәmlәri seyr edib, vaxtbәvaxt saqiyi-әnisü canpәrvәrә rücu edib ondan lütfü kәrәm istәyir.
Bu «Saqinamә»nin bir bәndindә eşqi-hәqiqi vә mәhәbbәti-ilahini vәsfü tәrif edib, başqa bәndlәrindә gah hicrdәn şikayәt elәyir, gah mübtәlayi-dәrdi-möhnәt olmaqdan vә әqlü kәmalı tәrk edib Mәcnunsifәt küçә vә sәhralarda vәhşiyanә cövlan etmәkdәn söz açıb artıq fәsahәtlә öz hissiyyatını belә rişteyi-nәzmә çәkir:
Saqiya, dur gәtir meyi-gülgun,
Mәni qәm etdi lalә tәk dilxun.
Hicr edib odlu sinәmi gülxәn,
Dәrd edib dağlı bağrımı kanun.
Әql-mәqlü kәmaldan keçdik,
Gәl bir az da tutaq tәriqi-cünun.
Yandıraq rәxtü tәxti mәrdanә,
Seyr edәk kuçәlәrdә çün Mәcnun.
Gah [edәk] rәqsü gah çәrxә vuraq,
Gәh çәkәk nalә mәstü digәrgun.
Gәh deyәk şer-mer, gәh hәdyan,
Gah mәsti-şәrabü gәh әfyun.
Gahi vәhşilәr ilә hәmcövlan,
Gah sәhra gәzәkü gәh hamun.
Gahi heyrәt çölündә sәrgәrdan,
Didә giryanü xatiri mәhzun.
Gahi dağlarda valehü şeyda,
Gah әfsanәvü-gәhi әfsun.
Gahi xamuşü gәh süxәiküstәr,
Gahi Әshabi-kәhfi-cari-fünun.
Gәlsә tәqrirә gәr hekayәti-eşq,
Olu bir dәmdә min gәda Qarun.
Ey xoşaxoş o aşiqi-qәllaş —
Ki edә canı yarına qurbun[3].
Әyyühәl-aşiqun, fәdeytü lәküm,
İnnәküm mәşәrü vә hüm yufun.
Badeyi-xümnişini ver, saqi,
Nә deyәr bir görәk o Әflatun.
[3]- Qurbun — qurban mәnasınadır. Qafiyә düz gәlmәk üçün «qurbun» yazılmışdır.
Bu «Saqinamә»nin bir bәndindә Nәbati bahar fәslini belә şairanә vәsf qılır:
Saqiya, gәldi novbahar yenә,
Mövsimi-gәşti-lalәzar yenә.
Vergilәn bәzmә inbisatü şükuh,
Gәldi hәngami-vәsli-yar yenә.
Nәrgisi-mәst yüz nәzakәt ilә
Zülfünü etdi müşkbar yenә.
Şahi-gül çәkdi bürqәin üzdәn,
Hüsnünü etdi aşikar yenә.
Kuhü sәhranı әbri-neysani
Gör nә xoş etdi mәrğzar yenә.
Rәdi-ğәrran çәkib ğәriyü xüruş,
Alәmә saldı xarxar yenә.
Şaxi-gül oldu mәskәni-bülbül,
Lalәni etdi dağdar yenә.
Hardasan, ey şәkәrlәbü gülrux,
Ver, gözüm, cami-xoşgüvar yenә.
Gәl içәk badә gül әyağında,
Bir edәk şükri-kirdgar yenә.
Mey vә mәhbub barәsindә yazıbdır:
Saqiya, ey nigari-şirinfәn,
Hardadır ol dәvayi-dәrdi-hәzәn?
Tәlxi-şiringüvar, yәni mey,
Mәrd olur içsә gәr onu hәr zәn.
Bu idi etdi şah Cәmşidi,
Hәyyü cavid çün Üveysi-Qәrәn.
Ehtiram et ki, cami-Cәmdir bu,
Olma bәdmәst sәn dә çün Bәhmәn.
Әlә aldıqca gözlә şәrti-әdәb —
Ki, odur dәrdi-eşqә çarә edәn.
Hanı ol Kürdi-şiri-nәrsövlәt?
Noldu İsfәndiyari-ruhintәn?
Mәni yandırdı bir buti-sәrmәst,
Vәsfi-hüsni edib mәni әlkәn.
Taqi-әbrü kәmani-Sami-dilir,
Tiri-mücgani xәncәri-Bicәn,
Qönçә ağzı çü püsteyi-xәndan,
Lәbi-lәli әqiqi-sürxi-Yәmәn.
Tәrfi-ruxsari rövzәtül-firdovs,
Sünbüli-zülfi rәşki-müşki-Xütәn.
Xali-sәrsәbzi dami-fitnәvü şәr,
Çeşmi-sәrmәsti kani-sehrü finәn.
Sözü şәhdü şәkәr, gözü şәhla,
Canü dil bәndüvani-çahi-zәqәn.
Qıya baxmağı rәm yemiş ceyran,
Güli-ariz misali bәrki-sәmәn.
İşvәsi şux, qәmzәsi cәllad,
Qan içәn hәmçü zeyğәmi-әrcәn.
Surәtindә xәcil mәhi-әnvәr,
Qәddi-bala besani-sәrvi-çәmәn.
Qoymaz aşiqdә nazı tabu tәvan,
Өldürәr gәrçi olsa Әhrimәn i. a.
Yenә bu «Saqinamә»dә keçmiş padşahların şökәtü әzәmәtindәn vә namdar pәhlivanların qüvvәtü hünәrlәrindәn vә aşiqi-biçarәlәrin hali-cigәrsuzlarından söz açıb axәri-kәlamı hәzrәt Әli әleyhissәlama yetirib deyir:
Hanı şiri-xuda, şahi-mәrdan
Sahibi-Zülfiqari-xunaşam.
Hәlәta şәnü innәma şövkәt
«Lafәta» mәdhi-şahi әrşmәqam
Gәr mürәkkәb ola çәmii-bәhar,
Cümlә әşcar әgәr ola әqlam,
Ola katib tәmami-xәlqi-cәhan,
Yazalar vәsfi-şәnini madam,
Aqibәt qәrqi-lücceyi-xiclәt,
Matu mәbhut qasirül-övham.
«Qulkәfa» haq deyәndә bir şahә,
Mәn nә tәrif edim, mәnim ağam?!
Dur gәtir badә, saqiya, ver cam,
Lovhәşәllah, gәlin edәk bayram.
Çәkilәk bağә, bir әyaq çәkәk,
Döşәnәk gül әyağinә xoşkam.
Vәcd edәk, mәnzilә verәk zinәt,
Ruzü şәb vәcdә eylәyәk iqdam.,
Qoy qәdәm rahi-eşqә mәrdanә,
Gir xәrabatә mәstu mәstanә.
Seyid Әbülqasım Azәrbaycan türklәrinin Xacә Şәmsәddii Hafizi vә Şәms Tәbrizisi vә bәzi mәqamlarda Mövlana Cәlalәddin Rumisi mәnzilәsindәdir. Necә ki, Hafiz fәsahәt vә bәlağәtdә şüәrayi-farsın sәrdәftәri olub, hәmçinin Nәbati dә Azәrbaycan şüәrasının fәsihraqıdır. Necә ki, şerü kәlamında Nәbati Xacә Hafizә peyrәvilik göstәrib, habelә dә dünya zindәganlığında ustadi-kamili vә mürşidi-mәnәvisi tutduğu yol ilә gedib dәrvişlәr dairәsinә daxil olub, onlar ilә müaşirәt vә müsahibәt edәrmiş vә dünyanın malü dövlәtinә mütlәqa etina göstәrmәzmiş. Өvqatını ibadәt vә riyazәtdә vә şer yazmaqda keçirәrmiş. Xacә Hafizә nisbәtәn qәlbindә әlaqә tutduğu mәhәbbәt vә sәdaqәti aşağıda yazılan şerlәr vasitәsilә bәyan etmişdir:
Ey sәba, ey bәridi-aşiqi-zar,
Kuyi-cananә bircә var genә.
Açginәn şahbaz tәk şәhpәr,
Eylә Şirazә bir güzar genә.
Hafizin ruhi-pakinә bizdәn
Bir yetir eşqi-bişümar genә.
Bәdi-«әlhәmdü» sureyi–«ixlas»
Gör nәdir bir o yari-ğar genә.
Mәni-müştaqә bu hekayәtdәn
Gәldi nagәh nәvayә tar genә.
Dedi: ey dәrdü qәm giriftari,
Çox dәxi etmә ahü zar genә.
Tutgilәn damәni-tәvәkküldәn,
Әşqәri-eşqә ol sәvar genә.
Qoy qәdәm rahi-eşqә mәrdanә,
Gir xәrabatә mәstü mәstanә.
Yenә özgә bir yerdә Nәbati «Lisanül-qeyb» lәqәbi ilә mәşhur olan ustadı haqqında demişdir:
Hafizin ruhuna ixlas ilә bir fatihә ver,
Çәrxә vur, dövrә gәl, ey bәççeyi-әnqa, әnqa.
Tutiyi-baği-cinan, bulbüli-şaxi-Şiraz,
Xaceyi-«Şәms» lәqәb, şairi-ğәrra, ğәrra.
Vә yenә Şiraz bağının bülbüli-xoşәlhanı haqqında yazıbdır:
Fәrәhәfzast dorәrhaye-softeye-Hafez,
Ğәni nәmud mәra gәnce-xofteye-Hafez.
Mәlale-del bebәrәd şerә-rofteye-Hafez,
Bәr aseman çe әcәb gәr ze qofteye-Hafez,
Sәma Zohre berәqs avәrәd Mәsihara.
Mәlumdur ki, Xacә Hafiz, Şeyx Sәdi vә Cәlalәddin Rumi kimi nәsihәtamiz timsal vә hekayәtlәr yazmaqla belә onlardan hissәi ittixaz etmәyibdir. Ancaq mәnәn bir-birinә münasibәti olmayan qәzәllәr vasitәsi ilә hissiyyati-tәbiiyyәsindәn vә kәmalati-mәnәviyyәsindәn naşi hikmәtasa vә möcüznüma şerlәr yaradıbdır. Hәr şerin vә hәr beytin tәklikdә dәrin mәnası var. Hәr bir kәlmәsi böyük nәsihәtdir. Tәrzi-kәlamda vә şiveyi-lisanda o qәdәr hәlavәt vә fәsahәt var ki, әhli-hal onu mütaliә etdikdә valeh olur, dimağı başqa bir zövq ilә vәsfә gәlmәyәn bir feyzlә dolur. Nәbati dәxi bir mәtlәbin üstündә dayanıb durmur, pәndü nәsihәt demәkdәn vә xalqa yol göstәrmәkdәn yaxasını kәnara çәkib öz hissiyyatından vә mәnәviyyat alәmindәn dәm vurur. Bu xüsusda ibtidayi-kәlamda şair özü bunu iqrar edir ki, onun divanında qayda vә nizam olmayacaqdır vә mәnәn bir-birinә müxalif vә müğayir şerlәr çox olacaqdır:
Әz gәrdeşe-ruzeqaro doure-gәrdun
Divane-mәn әz rәdif gәrdәd birun,
Aşoftetәr әz şekәncә-zolfe-Leyli,
Julidetәr әz mәqale-hale-Mәcnun.
Başqa bir kәlamında şair öz halәtini vә dünyadan laqeyd olmağını, ata-ana vә qohum-әqrәba tanımadığını, müәyyәn bir fikrә vә mәslәkә qulluq etmәdiyini, dost-aşnadan qәti-ülfәt etdiyini vә şerdә nizam vә qayda gözlәmәdiyini bu sayaq nәzmә çәkir:
Bilmәrәm sәc pәdir, qafiyәni anlamaram,
Mәn qaradağlıyam, ver mәnә xurma, xurma.
«Möhtәrәm oğlu» deyәrlәr mәnә, adım Mәcnun,
Bir adım Xançobanı, bir bığı burma, burma.
Nә qәlәndәrdi, nә dәrviş, nә natiqü nә lal,
«Ma әrәfnak» deyirlәr, budu hәqqa, hәqqa.
Bacı-qardaş demәz, ata-anasın bilmәz,
Degilәn bir ayı ya bir dәdi-sәhra, sәhra.
Tәrk edib yaru rәfiqi, çәkilib pünhanә,
Gecә-gündüz oturur vahidü tәnha, tәnha i. a.
Şair dünyada çox yaşayıbsa da, amma kim vә nә olduğunu haradan gәlib vә haraya getdiyini vә nә növ icra vә maddәlәrdәn tәrkib bulduğunu vә hansı din vә tәriqәtdә olduğunu dürüst tәyin edә bilmәyib, «dünya» deyilәn bu vadiyi-heyrәtdә avara vә sәrgәrdan qalıbdır, müәyyәn bir mәnzilә vasil olmadığını vә hәlә mәbhut, mütәhәyyir vә lәng halında yaşamağını öz-özünә xitabәn «nә mәnәm, nә mәn mәnәm mәn» demәklә böyük bir şәkkdә vә iztirabda olmağını mövzun bir kәlamında bәyan edir. Haman kәlamı eyni ilә burada dәrc edirik:
Nә mәrizo, nә tәbibәm, hәlә lәng, lәngәm,
Nә hәbibo nә rәqibәm, hәlә lәng, lәng, lәngәm.
Nә mokәddәr, nә şadәm, nә nehan, nә aşekarәm,
Nә ze xakәmo, nә badәm, hәlә lәng, lәng, lәngәm.
Nә ço ğonçe dәr şekoftәm, nә nәәm, nә la şenoftәm,
Nә ğәmәş bedel nәhoftәm, hәlә lәng, lәng, lәngәm.
Nә şәrabiyәm, nә bәngi, nә xәyaliyәm, nә rәngi,
Nә moğәnniyәm, nә çәngi, hәlә lәng, lәng, lәngәm.
Nә rәfiqe-bustanәm, nә qәrine-qolestanәm,
Sәge-kuye-delsetanәm, hәlә lәng, lәng, lәngәm.
Nә setareәm, nә mahәm, nә gәda, nә padşahәm,
Bemiyane-in do rahәm, hәlә lәng, lәng, lәngәm.
Nә zәmin, nә asemanәm, nә әz ino nә әz anәm,
Nә diyare-lamәkanәm, hәlә lәng, lәng, lәngәm.
Nә pәri, nә cenno ensan, iә mәlәk, nә huro qelman,
Nә felanәmo, nә behman, hәlә lәng, lәng, lәngәm.
Nә ze kano mәdәnәm, mәn nә ze gәnco mәxzәnәm mәn
Nә mәnәm, nә mәn mәnәm mәn, hәlә lәng, lәngәm.
Nә cәvanәmo nә pirәm, nә kәmanәmo nә tirәm,
Nә sәğiro nә kәbirәm, hәlә lәng, lәng, lәngәm.
Nә ze lәle-bibәhayәm, ğә ze dorre-bisәfayәm,
Nә nәva, nә binәvayәm, hәlә lәng, lәng, lәngәm.
Nә holuliyәm, nә dәhri, nә kәnariyәm, nә bәhri,
Nә riyaziyәm, nә cәfri, hәlә lәng, lәng, lәngәm.
Nә monәccem, nә kahen, nә sahero nә mәdahen,
Nә bezarean gәvahen, hәlә lәng, lәng lәngәm.
Nә Nәbatiyәm, nә bәngi, nә mosәllayәm, nә cәngi,
Nә mәcuso, nә ferәngi, hәlә lәng, lәng, lәngәm.
Yenә başqa bir kәlamında Seyid Әbülqasım özünü mәdhuş vә heyran bir halda valeh vә sәrgәrdan görüb kәmali-fәsahәtlә mәstanә halәtini bu tövr bәyan edir:
Өylә mәstәm bilmәzәm kim, mey nәdir, mina nәdir,
Gül nәdir, bülbül nәdir, sünbül nәdir, sәhra nәdir.
Od tutub canım sәrasәr yandı, amma bilmәdim
Dil nәdir, dilbәr nәdir, başımda bu sevda nәdir.
Bilmәdim ömrümdә hәrgiz küfrü iman hansıdır,
Әhmәdü Mәhmud kimdir, Musiyü İsa nәdir?
Şahbazi-övci-vәhdәt, vahidü hәyyü qәdim,
Xaliqi-әrzü sәma ol fәrdü bihәmta nәdir?
Sәdri-eyvani-cәlalәt, şәmi-bәzmi-kainat,
Afitabi-әrşi-izzәt «lafәta illa» nәdir?
Türrәhatı qoy kәnarә, rәqsә gәl divanәvәr,
Gәl, xәrabәt içrә gör bu şurişü qövğa nәdir!
Dürdi-safi gözlәmәk vaxtı deyil, saqi, aman!
Şişә ver, peymanә ver, sağәr nәdir, sәhba nәdir?!
Dur, gözün qurbanıyam, mәstanә gәl, rindanә ver,
Çox demә Cәmşiddәn, İskәndәrü Dara nәdir?
Lövhәşәllah, kimdi bilmәm eşq divanın yazan,
Aşiqü mәşuq kimdir, Vamiqü Әzra nәdir?
Şahidi-xәlvәtnişinim etdi ruxsarın әyan,
Aşiqi-divanә gәl gör zahirü ixfa nәdir!
Yetdi ömrün axirә, sәn bir, Nәbati, bilmәdin,
Kimdi bu gözdәn baxan, ya dildә bu guya nәdir?
Nәbatinin bu şerlәri Şәms Tәbrizi әleyhirrәhmәnin aşağıda yazılan kәlamına çox bәnzәyir. Tәfavüt ancaq bundadır ki, Nәbatinin kәlamı rindanә vә aşiqanә, amma Şәms Tәbrizinin kәlamı hәkimanә vә fәlsәfanә әsәrlәrdir. Nәbatinin kәlamındakı atәşi-eşq, cuşi-zövq vә şövq qareini vәcdә gәtirir, Şәms Tәbrizinin kәlamı isә onları dәrin fikir vә әndişәyә salır.
Budur Şәms Tәbrizinii kәlamı:
Ruzha fekre-mәn inәst, hәme şәb soxәnәm
Ke, çera ğafel әz әhvale-dele-xiştәnәm.
Әz konça amәdeәm, amәdәnzm bәhre-çe bud,
Bekoca mirәvәm, axәr nәnәmai vәtәnәm.
Kist dәr quş ke, u mişәnәvәd avazәm,
Ya kodamәst soxәn mikonәd әndәr dәhәnәm.
Kist dәr dide ke, әz dide birun minekәrәd,
Ya ke, canәst nәquyi ke, mәnәş pirәhәnәm.
Mәn bexod namәdәm inca ke, bexod baz rәvәm,
An ke, avәrd mәra baz borәd bәr vәtәnәm.
To mәpendar ke, mәn şer bexod miquyәm,
Ta ke, hoşyarәmo bidar yeki dәm nәzәnәm.
Şәms Tәbrizi, әgәr ruy bema benәmayi,
Vәllah in qalebe-mordar behәm dәr şekәnәm.
Mәşhur çarparәsindә Nәbati püxtә vә arif olmağa vә mürği-Qafla hәmzәban olub uca mәqamlarda dövr etmәyә vә kuyi-eşqә dәlil bulmağa vә nәqşi-bütdә sirri-vәhdәti görmәyә vә dünyanın çigunәliyinә mәlumat yerişdirmәyә çox sәfәr, tәcrübә, bilik, mәhәbbәt, cürәt vә tәrkisәrlik lazım olmağını şairanә bәyan edib deyir:
Get dolangilәn, xamsәn hәnuz,
Püxtә olmağa çox sәfәr gәrәk.
Mürği-Qaf ilә hәmzәban olub,
Dövrә qalxmağa balü pәr gәrәk.
Kuyi-eşqә gәl getmә bidәlil,
Quli-dәng tәx düşmә çöllәrә.
Ta ki, salikә rәhnümun ola,
Xizri-rәh kimi rahbәr gәrәk.
Yox, yalan dedim, hәrzә söylәdim,
Vazehin deyim, doğru söylәyim,
Hәqqә arifi vasil etmәyә
Bir dodaqları xam şәkәr gәrәk.
Zülfi-әnbәrin, xali-nazәnin,
Qönçә tәk dәhan, qaşı cansitan,
Mahi-biqәrin, şahi, gülruxan,
Nәstәrәn kimi simbәr gәrәk.
Lalә tәk üzü al yanaq ola,
Tazә gül kimi tәrbuxaq ola,
Bir günәşqabaq, xoşmәzağ ola,
Şux sәrvqәd, zәrkәmәr gәrәk.
Hәminan ola mehrü mah ilәn,
Hәmzәban ola nurü nar ilәn,
Nitqi dilgüşa, lәfzi canfәza,
Gәnci-sinәsi pürgöhәr gәrәk.
Hәqqә aşina, xәlqdәn cüda,
Eylәmiş ola nәfyi-masәva,
Hәyyi-lamyәzәl, fәrdi-bimәsәl,
Ol Mәsih tәk bipәdәr gәrәk.
Qoygilәn qәdәm deyrә lacәrәm,
Nәqşi-bütdә gör sirri-vәhdәti,
Bu çigunәdәn vaqif olmağa
Bir cünuni-hәq, mәrdi-әr gәrәk.
Az danışgilәn, olgilәn xәmuş,
Etmә alәmә sirri-eşqi faş,
Burda durma çox, keç bu vәrtәdәn,
Bu mәqulә söz müxtәsәr gәrәk.
Mәn qılmayın çox da zahidi,
Üzrü var onun, aşiq olmayıb,
O, әbәs yerә xәlq olunmayıb,
Bağbanә bir kәllәxәr görәk.
Ciddü cәhd qıl, arif ol, gözüm,
Elmi-eşqdәn olma binәsib,
Cum bu bәhrә bir, tap bu gövhәri,
Aşiqәm deyәn tәrki-sәr gәrәk.
Rah pürxәtәr, bәxt vacgun,
Zülfi-yar tәk şәb siyahgun,
İndi qeybdәn Xançobanına
Nәxli-Turdәn bir şәrәr gәrәk.
Ya Әli, mәni cami-eşqdәn
Bir kәrәm qılıb öylә mәst qıl —
Kim, desinlә xәlq lal oturmağa,
Bu Nәbati tәk bәxtәvәr gәrәk.
Nә qәdәr ki, mәrhum Seyid Әbülqasım müttәqi, haqpәrәst bir zat imiş vә nә qәdәr övqatını ibadәt vә riyazәtdә keçirmәyi sevәrmiş, bir o qәdәr dә bimәrifәt vә bimәhәbbәt ibadәti, riyayi vә zahiri zöhdü tәqvanı dost tutmaz imiş, «bismillahı dәrk et(mә)miş hәmdә şәrh verәn» abidi-fasiqә vә müfәttin vaizә canü dildәn tәn vә nifrin oxuyarmış. Belә riyayi vә yalançı zahidlәri bәzi kәlamlarımda zahidlik isminә yaraşmayan sifәtlә müttәsif qılmışdır:
Mәn qılmayın çox da zahidi,
Üzrü var onun, aşiq olmayıb,
O, әbәs yerә xәlq olunmayıb,
Bağbanә bir kәllәxәr gәrәk.
Vә hәmçinin mәhәbbәti-ilahidәn bixәbәr vә mәrifәti-rәbbanidәn bisәmәr abidlәrә xitabәn demişdir:
Zahid, az danış, get, gözümdәn it!
Eşqdәn mәni çox da danlama,
Mәn mәgәr әbәs olmuşam dәli,
Bir o «mim»ü «dal», «ba»vü «ra»yә bax,
Mәndәn әt götür, ey uzunqulaq!
Zöhd satma çox, ey himar, mәhz!
Dur ayağa bir, aç o kor gözün,
Bir o gözlәri sürmәsayә bax!
Burada Nәbati:
Mәn mәgәr әbәs olmuşam dәli,
Bir o «mim»ü «dal», «ba»vü «ra»yә bax —
— şerindә ona işarә edir ki, ruzi-әzәldәn müdәbbiri-lәmyәzәl (Y«YY Y ^YY) — ki, ibarәt ola qadiri-zülcәlaldan, — onun xәmirәsini mәhәbbәtlә yoğurub, mәrifәt nuru ilә münәvvәr qılıbdır, bәrgüzidәlәr silkinә daxil vә dünya qeydindәn xilas vә biehtiyac elәyibdir. Necә ki, özgә bir mәqamda şair deyir:
Tәbbali-qәza döydü mәnim adıma axir
Bu tәbli-cununu.
Sәhrayә salıb etdi mәni kuhdә mәskun,
Bu gәrdişi-gәrdun.
Vә habelә şair eşq әhlinin ustadı vә sәrxeyli olan Mәcnuni-zәbunu vә sonra Fәrhadi-bimuradı yada salıb özünü dәxi onların silkinә daxil edib vә hәtta Fәrhadi-qәmpәrvәrdәn özünü artıq tutub deyir:
Әlminnәtü-lillah oxudum elmi-lәdünni
Ustadi-әzәldәn.
Feyzi-nәzәri etdi mәni qabili-әsma,
Çün Xizri-müәlla.
Әfsus ki, alәmdә deyil dağ çapan oğlan
Fәrhadi-hünәrmәnd,
Tәlim edәydim ona mәn dәrsi-«sәmina»
Ta ayeyi-«övfa».
Mәcnun idi eşq әhlinin ustadı, hәqiqәt,
Pirimdәn eşitdim.
Әfv eylә günahın sәn onun, bari-xudaya,
Ovsilhu bi Leyla.
Hәrçәnd qaradağlıyam, yoxdu kәmalım,
Müşküldü kәlamım,
Hәr fәrddә mәsturdu bir dürri-müsәffa,
Yüz lölövü lala.
Yandı ciyәrim, bәsdi, fәğan etmә, Nәbati,
Bir lәhzә tut aram.
Sәhrayi-cünun içrә ol azadәdil, amma
Tut damәni-mövla.
Vә yenә Nәbati riyakar zahidin söhbәt vә ülfәtindәn peşman olub vә yaxasını kәnara çәkib deyir:
Mәn hara, söhbәti-namaz hara?!
Mәni azdırdı bu müsahibi-xam.
Dәftәri-eşqü babi-sövmü sәlat,
Mәbhәsi-xalü xәt, rükuü qiyam.
Ey әlәmdari-şahi-tәşnәcigәr,
Sәnә qurban mәnim atam-anam.
Hәrә bir şahı sevmiş, әzәldәn
Sәni sevmiş Nәbatiyi-bәdnam.
Gәh Әbülfәzlü gahi ya Abbas —
Deyәrәm, eylәdim sözü itmam.
Saqiyü camü şahidü gülü mül —
Bu idi, vәssәlam, vәlikram.
Gәl, gözüm, tut nәzәrdә ol şahi,
Müxtәsәr eylә, etmә çox ibram.
Qoy qәdәm rahi-eşqә mәrdanә,
Gir xәrabatә mәstü mәstanә.
Aşağıda dәrc olunan kәlamında Nәbati bir növ hali-dilini bәyan etmәk üçün bәni-Haşim mahı, mәnbәi-sövlәtü şücaәt Әliyyül-Mürtәza oğlu Hәzrәt Abbasdan mәdәd tәlәb edir, xamәsinin tişeyi-Fәrhaddan kәskin olmağını tәmәnna edir vә divanәvәr hәlqeyi-zәnciri meydani-tәrәbdә silkәlәyib eşq ilә bir hay-huy çәkir. Bu әsnada şairin qulağına Hatifdәn nida gәlir ki, ey Nәbati, mәtlәbin rәva oldu, xatiriki şad qıl! Vә sonra münşiyi-divani-hәqq şairә bu fәrmanı verir ki, eşqdәn lafü gәzaf vurub özünü eymә vә aşiqәm demә. Bu yolda eşqi-mәcazi yaramaz; bu yolda gәrәkdir kәrrat ilә canını bәlalara salıb, bәrkidib polad edәsәn vә buteyi-ixlasda qәlbi-misi әridib iksiri-eşq ilә onu pak vә saf qılasan vә hәr nisfi-şәbdә rahәt yuxusundan ayılıb, әl-üzünә sәfa verib, şövq ilә nami-xudanı vird edәsәn, ta ki, bu minval ilә nәfsi-dunun köpәyi mәqamında olan hirsü tamahı özünә ram edә bilәsәn vә qәmkәdeyi-üzlәtә tәbini mötad qılmağı bacarasan.
Vәqti ki, bu imtahanlardan çıxıb vә şәrbәti-tәcriddәn bir cam içib özünü hәlqeyi-ürәfayә vә daireyi-hükәmaya daxil elәdin, onda sәnә eşq tilsiminin qıfılı fәth olunar. Bundan sonra rahi-fәnada sәnin nәfsinә bircә tәvәkkül kifayәt edәr, beşәrti ki, su yerinә gözlәrin yaşını Dәcleyi-Bağdad edib vә yarın әtәyindәn bәrk yapışıb rahi-eşqdә müstәhkәm durasan. Bu halda alәmi öz әmrinә tabe edә bilәrsәn vә xatirini zikrdәn cәnnәti-Şәddad qılsan da, vәsvәseyi-şeytan sәni gümrah edә bilmәz. Bundan sonra әgәr Nәbati başqa mәqamlarda sәyahәt etmәk fikrinә düşәrsә, onda onun başını temeyi-xәncәr etmәyә muxtarsan. Şairin öz kәlamına rücu edәk:
Aşiqi-divanә, bir zümzümә bünyad qıl!
Xatirimi qüssәdәn bir nәfәs azad qıl!
Hәlqeyi-zәnciri bir silkәlә, sәslәn yenә,
Eşq ilә bir hay-huy, şur ilә bir dad qıl!
Müddәti-axır bu ev bәzmgәhi-yar idi,
Heyfdi, bu mәnzili yıxma, gәl abad qıl!
Mahәsәl, mәqsәdin yar idi mәqsud әgәr,
Başini bu damdә daneyi-sәyyad qıl!
Ruzi-әzәl aşiqә qismәt olub xuni-dil,
Bax mәnә bir sәdrini kureyi-hәddad qıl!
Yoxdu bizim sazımız, tari-xoşavazımız,
Tök üzә әşki-rәvan, nalәvü fәryad qıl!
Mahi-bәni-haşim ol Hәzrәti-Abbasdәn —
İstә mәdәd, xamәni tişeyi-Fәrhad qıl!
Müğbәçeyi-mütrübün burda yeri yox hәnuz,
Ah çәkib dәmbәdәm növhәvü bidad qıl!
Yetdi nida sәminә Hatifi-lareybdәn,
Mәtlәbin oldu rәva, xatirini şad qıl!
Münşiyi-divani-hәqq yazdı bu fәrmanı kim,
Bu neçә әbyatı da dәftәrә irad qıl!
Laf urub eşqdәn, adına aşiq demә,
Ya bu ki, bu rahdә canını fulad qıl!
Bu misi-qәlbi әrit buteyi-ixlasdә,
Vur ona iksiri-eşq, qabili-nәqqad qıl!
Nisfi-şәb olduqca dur әl-üzünә ver sәfa,
Yatma dәxi, sübhә dәk şövq ilә övrad qıl!
Ta ki, sәnә ram ola hirsi-sәki-nәfsi-dun,
Qәmkәdeyi-üzlәtә tәbini mötad qıl!
Şәrbәti-tәcriddәn başına bir cam çәk,
Get özünü daxili-hәlqeyi-övtad qıl!
Ta ki, sәnә fәth ola qıfli-tilismati-eşq,
Xәlq üzünә qapını şeşdәri-nәrrad qıl!
Әşhәbi-sәr-sәr-xuram gәrçi inanın qırıb,
Getmә, dur, ey biәdәb, hörmәti-ustad qıl!
Şamü sәhәr müttәsil hәmdü yüz ixlas ilә
Ta nәfәsin var isә ruhun onun şad qıl!
Yar әtәyindәn әlin üzmә, budur rahi-eşq,
Gözlә onu, alәmi tabeü münqad qıl!
Vәsvәseyi-Әhrimәn gәr sәni gümrah edә,
Xatirini zikrdәn cәnnәti-Şәddad qıl!
Bir dә Nәbati әgәr meyli-sәyahәt edә,
Başın onun tömeyi-xәncәri-cәllad qıl!
Digәr bir kәlamında Nәbati könlünә xitab edib deyir: Bu qәdәr yatdığın bәsdir. Qәflәt yuxusundan bir gözünü açıb bidar ol! Qönçә kimi pәrdәdә qaldığın bәsdir, bir zaman açılıb sәn dә bir şahidi-bazar ol! Zülmәt diyarına qәdәm basıb abi-hәyatı axtar, irәli yeri, dönüb dala baxma, xövfü şәkkә düşmә! «Lәntәrani» әcәb bir әmrdir. Әgәr hәqiqi aşiqsәn, Tura sarı yüyür, talibi-didar ol! Musa kimi әsanı yerә at vә nәleynini ayağından çıxart, onda nuri-hәqq sәndә tәcәlla edәr. Әgәr hәqqi tutub xalqı unutsan. İsa kimi göylәrdә mәqam tutarsan.
Әlli ilin müddәtindә bu qәdәr mәscidә gedib-gәlmәyindәn nә hasil etdin? Hansı feyzü kәmalata nail oldun? Oğlun ölsün, bir usan, bәsdir bu qәdәr riyayi ibadәt vә zahiri taat! Bizar ol! Şәkkü sәhvi qәlbindәn çıxart, «qabili-mәğfirәti-qadiri-qәffar ol-ol»!
Bu qәdәr guşeyi-mehrabә sığındın bәsdir,
Bir dә meyxanәyә gәl, faizi-әnvar ol-ol!
Eşqi, aşiqliyi mәn eylәmә, zahid, billah,
Әqlini başına yığ, aşiqi-bir yar ol-ol!
Seyid Әbülqasım öz tәbi-gövhәrbarı vә әşari-abdarı xüsusunda belә yazır:
Aç fәsahәt qapısın, ey «әnә әfsәh» nәsli[4],
Sәndә mirasi-şahәnşahi-tәdәlla görünür.
[4]- Rәsuli-әkrәmә işarәdir.
Şәms Tәbrizi kimi mühyiyi-әmvat oldun,
Vәh, onun cilvәgәhi alәmi-bala görünür.
Tәbi-mәtbuun edәr Maniyü Әrcәngi xәcil,
Rәşheyi-kilki-tәrin sehri-hәlala görünür.
Bu nә pәrvazdı, ey tairi-Simürğ-şikar,
Tәhti-balında onun fövqi-Sürәyya görünür.
Sözü qıl şәhdü şәkәr, ey әnә әmlәh balası,
Mәhәki-dürri-süxәn -surәti-Sәdra görünür.
Hәyy edәr әzmi-rәmimi nәfәsi-müşkini,
Nitqi-şirini ara möcüzi-İsa görünür.
Qәlәmi gövhәrrizinә xitabәn deyibdir:
Ey qәlәm, ey әnisi-әhli-bәyan,
Cәhd qıl etgilәn sözü ziba.
Gәl, gәtir badә, ey gözüm saqi —
Ki, verim çöhreyi-mәqalә sәfa,
Ta salım bu cahanә bir ğülğül,
Başlayım tazә bir әcibә nәva,
Gәlәlәr vәcdә aşiqü arif,
Düşәlar rәqsә padişahü gәda.
Bu babda yenә başqa bir kәlamında yazıbdır:
Kilki-süxәnsәncü şәkәrrizә bax,
Gündü bu ya gövhәri-inşa imiş?
Kağızı diba kimi gülgun edib,
Cümlә hünәr bunda mühәyya imiş.
Nöqtәlәri hәr biri bir qitәdir,
Hәrflәri hәr biri pira imiş.
Haşimiyәm, varisi-fәxrül-kәlam,
Bizlәrә bu şiveyi-aba imiş.
Padişahi-әrzü sәmadır qәlәm,
Taçi-sәri-Xosrovü Dara imiş.
Bu qәlәmi-silsilәmudur ki, bu
Hәmdәmi-hәr arifü dana imiş.
Yenә bu xususda başqa bir yerdә yazmışdır:
Kağәzi-zәrkeş kәtir, ver mәnә zәrrin qolәm,
Ta ki, mәn inşa qılım eşqdә bu mәhzәrn.
Çünki tamam eylәdim mәn bu tәrәbxanәni,
Hazır edin siz v dәm Maniyi-surәtgәrn.
Onda mәnim şәklimi, surәti-dildarımı
Nәqş edә bu sәfhәdә, şad edә bu kafәri.
Getdi Nәbati özü, qaldı sözü yadigar,
Aşiq olanlar gəzәr axtarı bu dәftәri.
Yenә ez tәbi haqqında buyurmuşdur:
Çox tәrif elәmә baği-behişti, zahid —
Ki, onun kuyi, mәnim rövzeyi-rizvanım bәs,
Bülbülü tutiyü qumri sәnә әrzani ola,
Ey Nәbati, mәnә bu tәbi-süxәndanım bәs.
Burada zikr olunan kәlamlardan başqa yenә Nәbatn-nin öz tәbi vәsfindә mövzun şerlәri vardır ki, cümlәsini yazmağa ehtiyac yoxdur. Biz ancaq bunu deyә bilәrik ki, әlhәqq Nәbatinin tәbi kezәl vә rәvan imiş. Ondan nәşәt edәn sözlәrin çoxu lәlü çәvahirә bәrabәrdir.
Gövhәri-iәzmdi ya silki-dürü lәli-xoşab,
Şeri-rәnkindi ya lölövü lala-lala.
Nәbati әleyhirrәhmәnin başqa növ kәlamları nlә möhtәrәm oxucuları daha da әtraflı aşina etmok qәs-di ilә tәbәrrükәn bir neçәsini burada dәrc edirik,
Müstәzadi-Nәbati:
Ta oldu sәnin mehri-ruxun sunbülo mülhoq,
Ey mahi-mütәbbәq!
Sandım ki, kunәş әbrә kirib oldu mübәrrәq,
Çan oldu mühәrrәq.
Mah uzrә duşәn nöqteyi-xalın nә bәladır,
Ey közlәri cadu.
Heyrәtdәdi bu mәsәlәdә cümlә müdәqqiq,
Acizdilә mütlәq.
Bu dairәdә nöqteyi-pәrgar qalıb mat,
Şәtrәncdә çün şah.
Girdabi-bәla içrә sınıb lәngәri-zövrәq,
Hәr dәm deyәr «hәq-hәq».
Bu acizü dәrvişә әgәr mürşidi-eşqin
Rüsxәt verә, billah,
İsbat edәrәm böylә ki, hamı deyә sәddәq,
Hәm әrşi-müәllәq.
Faş eylәmәzәm mәn dәxi әsrari-nihanı,
Yox, yox, qәlәt etdim.
Get, get, qanını heç yerә tökdürmә benahәq,
Ey cahili-әhmәq!
«Bismillah»ı dәrk eylәmәmiş «hәmd»ә yüyürmә,
Ey zahidi-gümrah!
Sәrkәrdәsiz aya görünüb bağlana sәncәq,
Lәşkәr tapa rövnәq?
Doymәz iki dinarә sәnin sövmü sәlatın,
Sallanma behiştә!
Qәflәtdәn oyan, aç gözün, ol tazә müsәbbәq,
Manәndi-Fәrәzdәq.
Keyfiyyәti-meyxanәni mәsciddә kim anlar,
Gәl ol sözә vaqif.
Aldatdı sәni cifeyi-dünyayi-müzәrrәq,
Vur başına çün bәq.
Hümmәt elә, aç sinәmi, qıl nitqimi guya,
Ey piri-xәrabәt!
Bu leyli-düca içrә mәni qoyma müfәrrәq,
Ey sübhi-müfәllәq.
Bu әrseyi-xunxardә dәm vurma, Nәbati,
Ol sakitü samit.
Guya sәnә kәşf olmayıb әhvali-«әnәlhәq»,
Sәn bilmәdin әlhәq
Qәzәli-Nәbati:
Cumdum yenә qәvvas tәk dәryayә mәn, dәryayә mәn,
Qıldım nәzәr bir lölöyi-lalayә mәn, lalayә mәn.
Sәn sanma mәn bu bәhrdә hәr inci, mirvari gәzәm,
Göz dikmişәm bir gövhәri-valayә mәn, valayә mәn.
Getdim biyaban gәştinә, urdum tәcәlla dәştinә,
Etdim tamaşa Turdә Musayә mәn, Musayә mәn.
Çıxdım bu әrşin üstünә, baxdım bülәndü pәstinә,
Pәs onda nagәh uğradım İsayә mәn, İsayә mәn.
Saldım tamami-alәmi gözdәn, unutdum Adәmi,
Verdim könül bir vahidi-yektayә mәn, yektayә mәn.
Gәzdim sәmavati tamam, hәr mәnzilә etdim xuram,
Qıldım güzәr hәm cәnnәti-әlayә mәn, әlayә mәn.
Etdim tamaşa güllәrin, hәm xoşnәva bülbüllәrin,
Saldım nәzәr hәm mәnzәri-hurayә mәn, hurayә mәn.
Getdi sәrimdәn әqlü huş, bir guşәdә oldum xәmuş,
Düşdüm әcayib mәnzili-ixfayә mәn, iifxayә mәn.
Nә yatmış idim nә oyaq, nә atlı idim nә yayaq,
Bir vaxtı gördüm gәlmişәm dünyayә mәn, dünyayә mәn.
Leyli deyib çәkdim aman, qan-qaş töküb etdim fәğan,
Düşdüm yenә Mәcnun kimi sәhrayә mәn, sәhrayә mәn.
Fani olubdur bu bәdәn, dur tap, Nәbati, bir kәfәn.
Bu canı qurban eylәdim Leylayә mәn, Leylayә mәn.
Әyzәn qәzәli-Nәbati:
Ey könül, etmә şurü qövğa hiç!
Çәkmә bihudә rәncü qövğa hiç!
Bivәfa ömrә etibar etmә,
Olma aludә fikrә әsla hiç!
Xak olur aqibәt fәqirü ğәni,
Hasili-malü mülki-dünya hiç!
Arif ol, arif, olma zahidi-xüşk,
İxtiyar etmә zöhdü tәqva hiç!
Mübtәla olma nәşeyi-bәngә,
Meyi-gülfam, cami-mina hiç!
Hümmәt et, olgilәn yәqin әhli,
Küfrü dii bәhsin etmә qәta hiç!
Ey Nәbati, sәninlә hәqdir yar,
Qәm yemә alәm olsa әda hiç!
Mürәbbeati-Nәbati:
Sәba, bu әrzimi yetir sәyyada,
Söylә bağışlasın xudayә mәni.
Taqәtim kәsilib künci-qәfәsdә,
Mürәxxәs eylәsin bir ayә mәni.
Әgәrçi bilirәm çoxdur günahım,
Dәxi ondan özgә yoxdur pәnahım,
Degilәn: ümidim vardır ki, şahım
Әfv etsin ayeyi-vәfayә mәni.
Gecәlәr sübhә dәk işim nalәdir,
Ağlamaqdan gözüm qan piyalәdir,
Canım bütün qara dağlı lalәdir,
Yetirsin Zәmzәmü Sәfayә mәni.
Mәlamәt çәkmәkdәn yetişdim canә,
Әridi ürәyim, döndü al qanә,
Sәba, әrzim budur şahi-cahanә:
Dәxi çox salmasın sәdayә mәni.
Nәbati, Mәcnun tәk gahi ağladın,
Uşaqları yığıb dәstә bağladın,
Gahi Qәlәndәr tәk özün dağladın,
Axır ki, gәtirdin harayә mәni,
Әyzәn qafiyeyi-Nәbati:
Yenә gözüm düşdü bir mәhcәmalә,
Ağ üzündә qara müşkin xalı var.
Hәlqә-hәlqә olub zülfi-müşkini,
Lovhәşallah, әcәb qәddi-dalı var.
Yanaqları lalә, gözlәr badami,
Bağrımı qan etdi lәli-gülfami,
Nә oldular, ya rәb, Xosrovi-nami,
Xosrovü Şirinin min mәqalı var.
De gәlsin saqiyә, qılsın büsatı,
Mürәttәb eylәsin bәzmi-nişatı,
Tez olun, yandırın şәmi-simatı,
Döşәyin mәclisә hәr nә qalı var.
Sәfheyi-ruxsarı bәdri-münәvvәr,
Döşәnib üstünә zülfi-müәnbәr,
Dişlәri mirvari, dәhanı şәkkәr,
Lәblәrinin әcәb dadlı balı var.
Gәzәsәn alәmi cümlә sәrapa,
Tapılmaz bir belә sәrvi-dilara,
Dәymәz [bir] muyinә, hәq bilir, haşa,
Hәr nә bu dünyanın mülki, malı var.
Yәhәrlәyin görüm әsbi-gülguni,
Bivәfa görürәm çәrxi-gәrduni,
Bir dә seyr elәyim tәrfi-hamuni,
Divanә könlümün yüz mәlalı var.
Mәn dedim bәs Xançobani cavandır,
Bir igid oğlandır, bәbri-bәyandır,
Demә ki, qocalıb, qәddi kәmandır,
İndi gördüm, saqqalının çalı var.
Әyzәn qafiyeyi-Nәbati:
Sәba, mәndәn söylә o gülüzarә,
Bülbül gülüstanә gәlsin, gәlmәsin?
Bu hicran düşkünü, illәr xәstәsi
Qapına dәrmanә gәlsin, gәlmәsin?
Mәn qurbanı olum әnbәr tellәrin,
Qönçә dodaqların, püstә dillәrin,
O lalә ruxsarın, müşkin xalların
Oduna pәrvanә gәlsin, gәlmәsin?
Gözüm çox hәsrәtdir xumar gözünә,
Günәş cәmalına, şәkәr sözünә,
Utanıram, necә deyim üzünә,
Dәrdin xәstә canә gәlsin, gәlmәsin?
Nәbati istәmәz sәnsiz dünyani,
İzzәti, hörmәti, şövkәti, şani,
Bir zada qalmayıb dәxi gümani,
Bu baş o meydanә gәlsin, gәlmәsin?
Әyzәn qafiyeyi-Nәbati:
Şeyda bülbül, fәqan etmә, qәm yemә,
Bu gün-sabah gül açılır, yaz olur.
Әziz saxla, qәnimәt bil vücudun,
Vәfası yox gülün, ömrü az olur.
Degilәn Fәrhada, ey möhnәtpişә,
Şirindәn incimә, çal daşa tişә
Aşiq-mәşuq arasında hәmişә
İşvә olur, qәmzә olur, naz olur.
Gedәr, candan çıxar daği-hәsrәtin,
Artar gündәn-günә şanü şövkәtin,
Sübhi-vәslә yetәr şami-firqәtin,
Dilәyin, mәtlәbin hamı saz olur.
Xәdәmәlәr durar sağü solunda,
Cәvahir bazubәnd iki qolunda,
Fәvvarәlәr işlәr daim gölündә,
Yaşıl başlı ördәk olur, qaz olur.
Nәbati, sevmişәm bir dilsitanı,
Bir sözü gülşәkәr, qönçәdәhanı,
Dәxi faş eylәmә sirri-nihanı,
Aşiqin könlündә yüz min raz olur.
Әyzәn mürәbbeati-Nәbati:
Yenә İskәndәr tәk düşdüm zülmәtә,
Qabaşmı kәsib yüz min bәhrü bәr,
İgidliyin, mürüvvәtin çağıdır,
Yetiş fәryadıma, ey Xizri-rәhbәr!
Tülu etmәz nәdәn «şәmsi-vәzzüha»?!
Fәnayә baş çәksin leylәtüd-düca,
Yoxsa yatıb mәgәr nәsimi-sәba,
Mәşamıma yetmәz nәfxeyi-sәhәr?!
Yarә qurban deyәn dili lal etdim,
Möhr edib ağzımı tәrki-qal etdim,
Әlif tәk qәddimi bükdüm, dal etdim,
İndi görәk bu kәmanı kim әyәr?
Nәbati, mingilәn Rәxşi-himmәti,
Seyr elә sәrbәsәr dәşti-vәhdәti,
Qoyma çıxsın әldәn vәqti-fürsәti,
Heyifsәn, dünyadan getmә bixәbәr!
Tәcnisi-Nәbati:
Sәnin tәk şәhbazi-sәrvqamәtә
Bir cürә tәrlanın ayağı gәrәk,
Gәmişәn saatda kәbkü turaca
Qaynağının dәmi, ayağı gәrәk.
Әyninә geyәsәn gündә minalı,
Beli bağlı xәncәr, dәstә minalı,
Qurulsun mәclisin cәngü minalı,
Әlindә saqinin әyağı gәrәk.
Qabağınca neçә yedәk çәkilә,
Sәni görcәk xanzadәlәr çәkilә,
Erişә şöhrәtin Çinü Çәkilә,
Deyәlәr şahlığa ayağı gәrәk.
Sәhәr-axşam tәblü nayın buğlana,
Çәkilә düşmәnin darә bağlana,
Plov qazanların üstә buğlana,
Yaxşı bollu әti-ayağı gәrәk.
Sәba, bu әrzәni әlә salma ya!
Mәnim salamımı yetir Sәlmaya[5],
Niyә gәrәk mәni yada salmaya,
Onun Nәbati tәk ayağı gәrәk.
[5]Sәlma — şairin sevgilisinin adıdır.
Yenә tәcnisi-Nәbati:
Mәcnunlar adını çәkәn tәhrirә,
Nola sәrdәftәrә o, yaza mәni.
Deyirlәr bu idi zikri Mahmudun:
Durun qurban edin Әyaza mәni.
Yenә sağ qalmışam, belә yarә, mәn,
Kәlbin tәk kuyindә yatam yerә mәn,
Gizlin sirrim gedim deyim yarә mәn,
Bir ağaç götürә, ay әzә mәni.
Saçı sünbül, üzü gül-gül, göz ala,
Göz istәmәz gözlәrindәn göz ala,
Bu şan-şan bağrımı gül-gül göz ala,
Qәnaәt verginәn a yaza mәni.
Nәbati tәk dәryaları üzәsәn,
Siyah zülfün әfşan eylә üzә sәn,
Qәmәr tәk buluddan bir çıx üzә sәn,
Çox da vermәgilәn ayaza mәni.
* * * * * *
Eşqi başa vurub söz deyәn aşiq,
Gәl [görüm] görmüsәn bu göz kimi göz?
And olsun allaha, hәyyü layәzәl
Xәlq edәmәz bir dә bu göz kimi göz.
Niyә zülfün yenә üzdәn yan durmuş,
Mәni oxlamağa Gәzgәz yan durmuş,
Çox fәqiri fәlәk yaxıb yandırmış,
Heç kafir görmәsin bu göz kimi göz.
Bu müşkülün heç görünmәz asanı,
Dağ-düyünün yoxdur dәxi a sanı,
Görüm allah hifz elәsin a sәni,
Bәdnәzәr düşmәyib bu göz kimi göz.
Bilmәm fәlәk mәni kimә cur etdi,
Eşqim qurmamış qapdı, çur etdi,
Gözüm yaşı Nәbatini çürütdi,
Dilim yandı dedim: bu göz kimi göz.
* * * * * *
Qafqaziyada vә Azәrbaycanın bәzi nöqtәlәrindә Molla Pәnah dövrünә daxil olan vә fövqdә isimlәri zikr olunan şüәradan başqa bir çoxları da vardır ki, onların, mәәttәәssüf, tәrcümeyi-hallarından vә isim-nәsәblәrindәn, azacıq da olsa, mәlumat kәsb etmәkdә aciz qaldıq vә bu yolda çox cüstücu etdiksә dә, sәyü tәlaşımız bir nәticә vermәdi.
Bu şairlәrdәn mәşhur olanları Ağamәsih Şirvanidәn vә Xacә Nişatdan sonra Şamaxı vә Şirvan torpağında vücuda gәlәnlәridir ki, fәzlü kәmalda vә xüsusәn şer yazmaqda iştihar bulmuşlar.
Mәrhumәl-mәğfur Ağaәli bәy Әfәndizadәnin bizә verdiyi mәlumata görә Ağamәsihdәn vә Nişatdan sonra xaki-mübarәki-Şirvanda әrseyi-vücuda gәlәn şüәra –ki, ibarәt ola Mәhvәşidәn, Zülalidәn, Vaiz әfәndi Şirvanidәn, Әsgәr Şirvanidәn, Nabi әfәndi Şirvanidәn, Arif Şirvanidәi, Lahici Şirvanidәn, Hümmәti Şirvanidәn, Asәf Şirvanidәn, Nәsim(i) Şirvanidәn, Mәhzun Şirvanidәn, Molla Qәdir Naci Şirvanidәn vә qeyrilәrindәn — hicrәtin on üçüncü әsrinin әvvәllәrindә vә bәzilәri әvasitindә zildәganlıq edib әşari-mütәfәrriqәdәn sәva bir namü nişan qoymayıblar. Bu şairlәrin içindә Mәhvәşi, Vaiz Şirvani vә Naci Şirvani kimi müqtәdir, süxәnvәr vә danişmәndlәri dә olubdur ki, hәr biri tәbi-sәlim sahibi imiş. Bunların ismlәrini zikr-edib dә lazım gördük ki, hәr birinin әşarü kәlamından bәzilәrini nümunә olaraq mәcmuәmizә daxil edәk.
Naviqasiya menyusu
- Bu səhifə sonuncu dəfə 30 avqust 2016 14:37 tarixində redaktə edilib.
- Mətn Creative Commons Attribution-ShareAlike lisenziyası altındadır, bəzi hallarda əlavə şərtlər tətbiq oluna bilər. Ətraflı məlumat üçün istifadə şərtlərinə baxın.
- Gizlilik siyasəti
- Vikimənbə haqqında
- Məsuliyyətdən imtina
- Mobil görüntü
- Tərtibatçılar
- Statistikalar
- Kuki məlumatı
Firudin bəy köçərli azərbaycan ədəbiyyatı
Firudin bəy Köçərli 26 yanvar 1863-cü ildə Şuşa şəhərində anadan olub.
Azərbaycan ədəbiyyatşünaslığı və pedaqoji fikri tarixində məşhur “Azərbaycan alimi, tənqidçi və pedaqoqu” kimi dəyərləndirilən Firudin bəy Köçərli tərəqqipərvər elm və ədəbiyyat xadimləri sırasında xüsusi yer tutan şəxsiyyətlərdəndir. 1884-cü ildə Qori müəllimlər seminariyasında təhsil alarkən “Təlimi-Sokrat” əsərini yazıb. 1886-cı ildə ilk teatr tamaşasını qoymuşdur.
1890-cı ildə isə İrəvanda “Müsyö Jordan və dərviş Məstəli şah” komediyasını tamaşaya qoyub. A.Koltsovun “A kişi, niyə yatıbsan?” şeirlərinin tərcüməsindən ibarət kitabı Şuşada çap edilmişdir. M.F.Axundovun, Cəlil Məmmədquluzadənin və başqa yerli və xarici yazarların əsərlərini digər dillərə tərcümə edib.
1910-cu ildə Qori seminariyasının Azərbaycan şöbəsinin müvəqqəti təlimatçısı təyin olunur. 1918-ci ildə Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini tədris ləvazimatı və avadanlığı ilə birlikdə öz xərcinə Qazax şəhərinə köçürmüş, bunun əsasında Azərbaycan Müəllimlər Seminariyası yaradılmışdır. Firidun bəy Köçərli seminariyanın direktoru təyin olunur. Sonradan Qazaxda ilk uşaq evi açır.
Vətən dilinin” I hissəsinin (VII nəşr) yenidən işlənməsində Firudin bəyin xidmətləri böyükdür. O, 300-dən artıq dərsliyə düzəliş etmiş, nəzəri materialı, hekayələri artırmış, metodika və stilistikasını dəyişdirərək zənginləşdirmişdir. Köçərlinin “Darı və buğda” əsəri “Vətən dilinə” salınmışdır.
Ölümündən sonra 1925-ci ildə “Azərbaycan ədəbiyyatı tarixi materialları” kitabının I hissəsi 1926-cı ildə isə kitabın II hissəsi çap edilmişdir. Uşaqlar üçün yazdığı “Balalara hədiyyə” kitabı isə 1967, 1972 və 2013-cü illərdə çap edilmişdir.
Comments are closed, but trackbacks and pingbacks are open.