Press "Enter" to skip to content

Fövqlad hallar zamanı halinin mühafizsinin sas üsulları

Əhalinin köçürülməsi

Fövqlad hallar zamanı halinin mühafizsinin sas üsulları

Sumqayıt Tibb Mərkəzinin (STM) və Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin birgə təşkilatçılığı ilə 3 nömrəli Ailə Sağlamlıq Mərkəzində “Fövqəladə hallar zamanı qorunma üsulları” mövzusunda təbliğat xarakterli tədbir keçirilib.

Aztibb.az xəbər verir ki, tədbirdə Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları texnogen xarakterli fövqəladə hallardan qorunma üsulları, təbii xarakterli fövqəladə hallar zamanı davranış qaydaları, zəlzələ zamanı təxliyə qaydaları, müharibə və dinc dövrdə mülki müdafiənin rolu və məqsədləri, məişətdə istifadə edilən elektrik və qaz cihazlarından istifadə zamanı təhlükəsizlik tədbirləri, fövqəladə halların qarşısının alınmasında və nəticələrinin aradan qaldırılmasında “112” qaynar xəttinin rolu mövzularında ətraflı məlumat verilib.

Tədbirin sonunda tibb işçilərini maraqlandıran suallar Mərkəz əməkdaşları tərəfindən cavablandırılıb.

Fövqlad hallar zamanı halinin mühafizsinin sas üsulları

2020-03-07 14:15:00

“Fövqəladə hallar zamanı nə etməli”

“Fövqəladə hallar zamanı nə etməli”

1 Mart – Ümumdünya Mülki Müdafiə Günü münasibətilə Qax şəhər 2 nömrəli məktəb-liseydə Yanğından mühafizə xidmətinin Qax rayon yanğından mühafizə bölməsi ilə birlikdə “Fövqəladə hallar zamanı nə etməli” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Məktəbin müəllim və şagird kollektivi həyəcan siqnalı ilə məktəb binasını tərk edib. Bölmənin əməkdaşları tərəfindən binada qalan şagirdlər şərti olaraq xilas edilib, şərti yanğın ocağı söndürülüb, yaralılara ilk tibbi yardım göstərilib. Şagirdlərə yanğınsöndürmə vasitələri haqqında məlumat verilib. Günay MAHMUDOVA, Qax Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

Bu bölməyə aid digər xəbərlər

Azərbaycan-Malayziya dostluğuna həsr olunan tədbir keçirilib

2023-03-15 12:21:28

Heydər Əliyev irsini öyrədən dərslər davam edir

2023-03-14 14:29:00

İstifadəyə verilən təhsil müəssisələrinin sayı açıqlanıb

2023-03-14 12:45:00

Xarici dil öyrənənlər üçün vacib- Bu METODLARI sınayın

2023-03-10 14:59:00

Füzulidə incəsənət məktəbinin təməli atıldı

2023-03-07 15:22:57

Müəllimlərin 81,9 faizi qadınlar, şagirdlərin 46,6 faizi qızlardı – RƏSMİ

2023-03-07 12:20:57

Ombudsman Milli Məclisdə məktəblərlə bağlı təkliflər VERDİ

2023-03-07 12:08:00

8 martda müəllimləri necə təbrik etmək olar? – AzEdu.az-ın VİDEOSU

2023-03-03 15:10:59

Azərbaycan komandası 70 ölkə arasında birinci oldu

2023-02-27 17:54:00

Özbəkistan XİN: Füzulidə tikilən məktəb yeni tədris ilində istifadəyə veriləcək

Fövqəladə hadisələr zamanı vətəndaşlar bunları mütləq bilməlidir – ƏHALİYƏ XƏBƏRDARLIQ

Bu funksiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilir.

Nazirlikdən BAKU.WS-ə bildirilib ki, bu zaman vətəndaşlar da xilasedicilərə yardım etməlidirlər. Təxliyyədən qabaq və təxliyyə zamanı əhali xüsusi siqnallar və rəsmi qurumların informasiyaları əsasında hərəkət etməlidir.

Binaların təxliyyə planı

Hər bir binanın mütləq şəkildə təxliyyə planı olmalıdır. Bu plan binadan təxliyyə yollarını, hərəkətlərin ardıcıllığını özündə əks etdirən və hər mərtəbənin ümumi dəhlizində hamının görə biləcəyi yerdə divardan asılan lövhədə əks olunmalıdır.

Planın mətn hissəsində planın izahı və digər məlumatlar yer alır.

Sığınacaqlarda daldalanma qaydaları

Kütləvi qırğın silahlarının törətdiyi zədələyici amillərdən, bakterial vasitələrdən, yanğın zonalarındakı yüksək temperatur və zərərli qazlardan, habelə adi silahların törətdiyi təhlükələrdən əhalinin mühafizəsi üçün xüsusi mühafizə qurğularından – sığınacaqlardan istifadə olunur.

Adətən sığınacaqlar kimi binalara bitişik və ya müəyyən məsafədə olan xüsusi tikililər, yeraltı keçidlər, metro stansiyaları və ya şaxtalar, kənd yerlərində isə evlərin zirzəmiləri, yarğanlar, meşələr və s. hazırlanır.

Əhaliyə mühafizə qurğularına sığınma barədə ilk məlumatı müvafiq orqanlar verir və bu orqanların göstərişlərinə əsasən hərəkət edilməlidir.

Mülki müdafiə orqanları fövqəladə vəziyyət barədə əhalini vaxtında xəbərdar etmək məqsədilə sirenalar, istehsalat fitləri və digər siqnallardan xəbərdaredici vasitə kimi istifadə edir ki, bu zaman siqnalı eşidən hər kəs radio və ya televizoru işə salmalı, verilən məlumatları dinləməlidir.

Bu siqnal ictimai yerlərdə (mağaza, teatr, restoran, xidmət obyekti və s.) eşidilərsə, təşkilatın rəhbərliyindən heç bir göstəriş olmadığı halda küçəyə çıxmaq, yaxınlıqdakı sığınacağın və ya təbii daldalanacağın yerini müəyyən etmək (xüsusi yolkənarı işarələr və ya yaxınlıqdakı polis məntəqəsinin köməyi ilə) və orada daldalanmaq lazımdır.

Yerləşdiyiniz məkanları (evlər, şəxsi obyektlər) tərk edərkən elektrik və qaz cihazlarını şəbəkədən ayırmağı və ev heyvanlarını daldalamağı unutmayın.

Daldalanma prosesi mütəşəkkil şəkildə və cəld həyata keçirilməlidir. Sığınacaqların yeri və giriş yolları xüsusi işarələrlə göstərilir. Hər bir sığınacağa əhali bu işdə məsul olan manqa komandirinin göstərişi üzrə yerləşdirilir.

Fövqəladə hallar və mülki müdafiə orqanlarının göstərişi olmadan sığınacaqlardan və daldanacaqlardan çıxmaq qəti qadağandır.

Əhalinin köçürülməsi

Fövqəladə hallar zamanı əhalinin mühafizəsinin üsullarından biri də fəlakət və ya qəza rayonlarından əhalinin köçürülməsidir.

Müvafiq qurumlar xəbərdaredici siqnaldan sonra televiziya, radio və ya səsgücləndiricilər vasitəsi ilə əhaliyə toplanış-köçürmə məntəqəsinin nömrəsini və ünvanını, oraya toplanma vaxtını, istifadə olunacaq nəqliyyat vasitəsinin nömrəsini, son məntəqənin ünvanını bildirir.

Yerli icra hakimiyyəti orqanları, habelə müəssisələrin, idarə və təşkilatların rəhbərləri köçürülən əhalinin təminatı üçün müvafiq tədbirlər görür.

Köçürülmə zamanı davranış qaydaları

Əhali köçürülmə haqqında göstəriş alan kimi elektrik və qaz cihazlarını xətdən ayırmalı, kənd təsərrüfatı heyvanlarını və yemlərini təhlükəsiz yerə yığmalı, fövqəladə hallara hazırlıq çantasını götürərək əvvlcədən elan olunmuş toplanış-köçürmə məntəqələrinə gəlməlidir.

Hər kəs özünə aid olan cantanın üzərinə adını, soyadını, daimi yaşayış yerinin və köçürülmə məntəqəsinin ünvanını qeyd etməlidir.

Nitq qüsurlu insanların və uşaqların geyimlərinin astarına xüsusi məlumatlar (adı, soyadı, atasının adı, təvəllüdü, daimi yaşayış yerinin və köçürülmə məntəqəsinin ünvanı) qeyd olunmuş parça tikilməlidir.

Köçürülmə zamanı köməyə ehtiyacı olan insanlara yardım olunmalı, rəsmi qurumların göstərişlərinə sözsüz əməl edilməlidir.

Comments are closed, but trackbacks and pingbacks are open.