Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 17-ci ildönümü münasibətilə təntənəli iclas keçirilib – FOTO
16. Xidmətin Aparatının mülki işçiləri dövlət qulluqçusu statusuna malikdirlər.
Fövqəladə halların aradan qaldırılması
2009-cu il 3 aprel tarixli 73 nömrəli Fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti haqqında
I. ÜMUMİ MÜDDƏALAR
1. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti (bundan sonra – Xidmət) fövqəladə hallara (hadisələrə) çevik reaksiya verilməsini, fövqəladə halların (hadisələrin) nəticələrinin aradan qaldırılması zamanı xüsusi riskli axtarış və qəza-xilasetmə əməliyyatlarını, zərərçəkmişlərə ilkin yardım və təxirəsalınmaz tibbi yardım göstərilməsini, təbii, texnogen, yanğın və terror təhlükələrinə məruz qalan strateji əhəmiyyətli müəssisələrin, qurğuların və digər obyektlərin öz səlahiyyətləri daxilində mühafizəsini, humanitar yardımların (yüklərin) müşayiət və mühafizə olunmasını təşkil edən, öz səlahiyyətləri daxilində strateji obyektlərin, qurğuların mühafizəsini və bu sahədə digər təxirəsalınmaz tədbirləri həyata keçirən orqandır.
2. Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrini, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnaməni, bu Əsasnaməni və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (bundan sonra – Nazirlik) əmr və sərəncamlarını rəhbər tutur.
3. Xidmət öz fəaliyyətini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Nazirliyin mərkəzi aparatı və tabeliyində olan qurumlar, icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. [1]
4. Xidmət müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri, Nazirliyin və Xidmətin adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara, bayraq və rəmzlərə malikdir.
5. Xidmətin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsində Nazirliyin saxlanılması üçün nəzərdə tutulmuş vəsait hesabına və Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir.
6. Xidmət Bakı şəhərində yerləşir.
II. XİDMƏTİN FƏALİYYƏT İSTİQAMƏTLƏRİ
7. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır:
7.1. fövqəladə halların nəticələrinin aradan qaldırılması, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması sahəsində dövlət siyasətinin və tənzimlənməsinin işlənib hazırlanmasında və həyata keçirilməsində öz səlahiyyətləri daxilində iştirak edir;
7.2. fövqəladə halların nəticələrinin aradan qaldırılması, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması sahəsində, eləcə də fövqəladə halların qarşısının alınması üzrə Vahid Dövlət Sistemi daxilində icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi istiqamətində Nazirliyə təkliflər verir və müvafiq tədbirlər həyata keçirir;
7.3. fövqəladə hallarda müxtəlif dağıntılar və uçqunlara məruz qalmış ərazilərdə (zonalarda) öz qüvvələri və əməliyyata cəlb olunmuş digər qüvvələrlə təxirəsalınmaz xüsusi riskli axtarış və qəza-xilasetmə işlərinin, qəza hallarının aradan qaldırılması üçün profilaktik tədbirlərin həyata keçirilməsini və öz səlahiyyətləri daxilində humanitar yardımların mühafizəsini təmin edir;
7.4. Xidmətin səlahiyyətlərinə aid edilən məsələlər üzrə normativ tənzimləməni və nəzarət funksiyalarını həyata keçirir;
7.5. fövqəladə hal (hadisə) baş vermiş ərazilərdə (zonalarda) xüsusi riskli axtarış və qəza-xilasetmə işlərinin və terror təhlükələrinə məruz qalan strateji əhəmiyyətli müəssisələrin, qurğuların və digər obyektlərin mühafizəsinin təşkil edilməsində iştirak edir;
7.6. Xidmətin tabeliyində olan hərbi qüvvələrin və mülki işçilərdən ibarət xüsusi riskli axtarış və qəza-xilasetmə dəstələrinin fövqəladə hallarda xilasetmə və mühafizə tədbirlərinin yerinə yetirilməsi sahəsində hazırlığını təmin edir;
7.7. fövqəladə hallar (qəzalar) baş verə biləcək ərazilərdə (zonalarda) əhalinin və ərazilərin müdafiəsi üçün qabaqlayıcı tədbirlərin görülməsi işlərində digər qurumlarla birlikdə iştirak edir;
7.8. Xidmətin fəaliyyət dairəsinə aid edilən sahələrin inkişafını təmin edir;
7.9. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə də fəaliyyət göstərir.
III. XİDMƏTİN VƏZİFƏLƏRİ
8. Xidmət bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
8.1. Xidmət aşağıdakı məsələlərlə bağlı təkliflərini Nazirliyə təqdim edir:
8.1.1. fövqəladə halların nəticələrinin aradan qaldırılması, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması və fövqəladə halların qarşısının alınması sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi barədə;
8.1.2. fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində Azərbaycan Respublikasının Milli Konsepsiyasının layihəsi ilə bağlı;
8.1.3. fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin və qurumların birgə fəaliyyət göstərməsi barədə;
8.1.4. fövqəladə halların nəticələrinin aradan qaldırılması, əhalinin və ərazilərin fövqəladə hallar barədə xəbərdar edilməsi üzrə monitorinq, proqnozlaşdırma və digər qabaqlayıcı tədbirlər ilə bağlı;
8.1.5. xüsusi riskli xilasetmə və digər təxirəsalınmaz əməliyyatların aparılması və mühafizə tədbirlərinin həyata keçirilməsi sahəsində təlimlərin və məşqlərin hazırlanması ilə bağlı;
8.1.6. müdafiə məqsədləri üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tətbiq olunması Planının, Səfərbərlik Planının və ölkə ərazisinin operativ istehkamlaşdırılması üzrə dövlət proqramının hazırlanması ilə bağlı;
8.1.7. Xidmətin fəaliyyəti ilə bağlı normativ hüquqi aktların hazırlanması barədə;
8.1.8. Xidmətin tabeliyində olan struktur bölmələrinin fəaliyyətinin təkmilləşdirilməsi barədə;
8.1.9. Xidmətin qüvvə və vasitələrinin hazırlıq mərhələlərində saxlanılmasının, gündəlik fəaliyyətinin idarə olunmasının və təyinatına görə tətbiq edilməsinin təmin edilməsi barədə;
8.2. fövqəladə hallar və terror təhlükələri zamanı və ya belə hallar baş verdikdə, strateji əhəmiyyətli neft-qaz hasilatı və emalı müəssisələrinin, terminalların, magistral boru kəmərlərinin, içməli su mənbələrinin, elektrik stansiyalarının, hidrodinamik qurğuların və ölkə iqtisadiyyatı üçün xüsusi əhəmiyyət kəsb edən digər müəssisələrin mühafizəsini müvafiq dövlət orqanları ilə birlikdə təmin etmək;
8.3. fövqəladə hallar baş verən ərazilərdə (zonalarda) xüsusi riskli xilasetmə işlərinin həyata keçirilməsində, əhalinin, onun əmlakının maddi və mədəni sərvətlərinin evakuasiyasında (təxliyəsində) iştirak etmək, həmçinin aidiyyəti icra hakimiyyəti orqanları ilə birlikdə fövqəladə vəziyyət zonasında qalmış əmlakın mühafizəsini və ictimai asayişi təmin etmək;
8.4. müvafiq dövlət orqanları ilə birlikdə minalanmış ərazilərin minalardan təmizlənməsində, eyni zamanda mühafizə tədbirlərinin görülməsində iştirak etmək;
8.5. humanitar yardımların daşınması zamanı mühafizə tədbirlərini təmin etmək;
8.6. ölkə ərazisində hərbi əməliyyatlar nəticəsində baş vermiş irimiqyaslı qəzalar zamanı hadisə baş vermiş ərazilərdə (zonalarda) xüsusi riskli xilasetmə əməliyyatlarının keçirilməsini təmin etmək və müvafiq dövlət orqanları ilə birlikdə mühafizə tədbirlərinin görülməsində iştirak etmək;
8.7. Xidmətin təlim və məşqlərinin planlaşdırılmasına, onların hazırlanması və həyata keçirilməsinə nəzarət etmək və qüvvələrinin təyinatı üzrə tətbiq edilməsini təmin etmək;
8.8. xidməti vəzifələrini yerinə yetirərkən Xidmətin əməkdaşlarının təhlükəsizliyini təmin etmək;
8.9. fövqəladə halların nəticələrinin aradan qaldırılmasında xüsusi riskli xilasetmə əməliyyatlarının həyata keçirilməsi ilə bağlı Xidmət üzrə xilasetmə və mühafizə tədbirlərinin illik planını hazırlamaq və təsdiq edilməsi üçün Nazirliyə təqdim etmək;
8.10. fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikasının Milli Konsepsiyasının və digər proqramların həyata keçirilməsində öz səlahiyyətləri daxilində iştirak etmək;
8.11. fövqəladə hallarda Xidmətin qüvvələrinin maddi-texniki və insan resurslarının səfərbər edilməsi imkanlarının cari və perspektiv planlaşdırılması barədə Nazirliyə təkliflər vermək;
8.12. fövqəladə halların nəticələrinin aradan qaldırılması, fövqəladə halların proqnozlaşdırılması, qabaqlayıcı tədbirlərin görülməsi və digər kompleks tədbirlərin həyata keçirilməsi, həmçinin Xidmətin fəaliyyət sahəsi üzrə informasiyanın toplanması və sistemləşdirilməsi məqsədi ilə xüsusi təyinatlı elektron informasiya sisteminin yaradılmasında iştirak etmək;
8.13. fövqəladə halların qarşısının alınmasını və nəticələrinin aradan qaldırılmasını operativ surətdə təşkil etmək məqsədi ilə Azərbaycan Respublikasının bütün ərazisini əhatə edən “Fövqəladə Halların İdarə Olunmasının Coğrafi İnformasiya Sistemi”nin (CİS) yaradılmasında iştirak etmək;
8.14. Xidmətə məxsus xidməti və döyüş silahlarının dövriyyəsinə nəzarət etmək və döyüş sursatının saxlanması qaydalarına əməl olunmasını təmin etmək;
8.15. Xidmətin tabeliyində olan hərbi qulluqçuların, xilasedicilərin və fövqəladə halların nəticələrinin aradan qaldırılmasında iştirak edən digər əməkdaşların həyatının icbari sığortalanması ilə bağlı tədbirlər görmək;
8.16. Xidmətin fəaliyyət sahələri üzrə kadrların peşə və xüsusi hazırlığını və onların əlavə təhsilini təmin etmək; [2]
8.17. beynəlxalq təcrübə nəzərə alınmaqla, fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı xüsusi riskli axtarış və qəza-xilasetmə əməliyyatlarının və mühafizə tədbirlərinin həyata keçirilməsi sahəsində müasir texnika və texnologiyaların tətbiq edilməsi ilə bağlı tədbirlər görmək;
8.18. Xidmət üçün ayrılan büdcə və digər maliyyə vəsaitlərinin uçotunu aparmaq və onlardan səmərəli istifadə olunmasına nəzarət etmək;
8.19. Xidmətin fəaliyyəti ilə bağlı dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün qanunvericiliyə uyğun zəruri mühafizə və təhlükəsizlik tədbirləri həyata keçirmək;
8.20. təbii və texnogen xarakterli fövqəladə hallar baş vermiş ərazilərdə (zonalarda) təxirəsalınmaz xüsusi riskli xilasetmə tədbirlərinin həyata keçirilməsini, zərərçəkmiş insanların xilas edilməsini, onlara təcili və təxirəsalınmaz tibbi yardım göstərilməsini təmin etmək;
8.21. su, qaz, enerji və digər şəbəkələrdə baş vermiş qəzaların lokallaşdırılmasında əlaqədar qurumlarla birgə iştirak etmək və təxirəsalınmaz xüsusi riskli xilasetmə işlərinin aparılmasını təşkil etmək;
8.22. xüsusi riskli axtarış və qəza-xilasetmə əməliyyatları zamanı əməliyyat şəraitini qiymətləndirmək və həmin ərazidə mövcud olan təhlükə dərəcəsi barədə əməliyyata cəlb olunacaq xilasediciləri məlumatlandırmaq;
8.23. Xidmətin axtarış və qəza-xilasetmə, eləcə də mühafizə dəstələrinin əməkdaşlarının ilkin və təkrar təlimini və peşəkarlıq səviyyəsinin artırılmasını həyata keçirmək;
8.24. xilasedicilərin axtarış və qəza-xilasetmə işlərinin həyata keçirilməsi üzrə mütəxəssislərin hazırlanması üçün müvafiq tədbirlər görmək;
8.25. xilasetmə və mühafizə dəstələrinin daimi hazırlığını, gündəlik fəaliyyətinin idarə olunmasını, habelə xüsusi riskli xilasetmə və mühafizə işlərində, xüsusi təyinatlı nəqliyyat vasitələrinin, texnikanın, avadanlıqların, cihaz və alətlərin təyinatı üzrə tətbiqini və digər imkanlarından istifadəni öz səlahiyyətləri daxilində təmin etmək;
8.26. Xidmətin səlahiyyətlərinə aid edilən sahələr üzrə sərgilərin, konfransların, müxtəlif təlim və idman tədbirlərinin keçirilməsində iştirak etmək;
8.27. Xidmətin fəaliyyət istiqamətlərinə dair sahələr üzrə beynəlxalq əməkdaşlıqda iştirak etmək və beynəlxalq xilasetmə xidmətləri ilə təcrübə mübadiləsinin aparılmasında iştirak etmək;
8.28. fövqəladə halların (hadisələrin) qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında, partlayıcı maddələrin, aviasiya bombaları və fuqaslarının aşkar edilməsi və zərərsizləşdirilməsi eləcə də müxtəlif xilasetmə əməliyyatlarının aparılmasında Xidmətin xilasedici-alpinistlərinin, kinoloqlarının, dalğıclarının, istehkamçılarının, paraşütçülərinin və aidiyyəti üzrə digər xilasedici mütəxəssislərinin imkanlarından istifadə etmək;
8.29. “ 112” qaynar xətdən və digər mənbələrdən daxil olmuş məlumatlara əsasən yol-nəqliyyat, uçqun, məişət və digər qəzalar zamanı zərərçəkmişlərin xilas olunması, onlara ilk yardım və təxirəsalınmaz tibbi yardım göstərilməsi məqsədilə Xidmətin xilasetmə dəstələrinin (qruplarının) daim “Hazırlıq” mərhələsində olmalarını təmin etmək;
8.30. Xidmətə daxil olan strukturların maddi-texniki bazasının möhkəmləndirilməsi barədə Nazirliyə təkliflər vermək;
8.31. Xidməti naqilli rabitə sistemi və səyyar radiorabitə vasitələri ilə və onların daimi işlək vəziyyətdə saxlanılmasını təmin etmək;
8.32. potensial təhlükə obyektlərinin yerləşdiyi ərazilərdə fəaliyyət göstərən yerli xilasedici dəstələrin hazırlıq prosesində iştirak etmək və onların xilasetmə fəaliyyəti ilə bağlı tədris proqramlarının hazırlanmasına köməklik göstərmək;
8.33. fövqəladə hallar baş vermiş ərazilərə (zonalara) axtarış və qəza-xilasetmə dəstələrinin avadanlıqlarının, alətlərinin, cihazlarının və xüsusi yüklərinin təcili çatdırılmasını və mühafizəsini təmin etmək;
8.34. öz səlahiyyətlərini yerinə yetirərkən insan və vətəndaş hüquqları və azadlıqlarını təmin etmək;
8.35. Xidmətin fəaliyyəti ilə bağlı ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;
8.36. Xidmətin fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
IV. XİDMƏTİN HÜQUQLARI
9. Xidmət öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
9.1. fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək;
9.2. Xidmətin bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun struktur bölmələrini yaratmaq, yenidən təşkil etmək və ya ləğv etmək barədə Nazirliyə təkliflər vermək;
9.3. fövqəladə hallar və terror təhlükələri zamanı və ya belə hallar baş verdikdə, strateji əhəmiyyətli müəssisələrin, qurğuların və digər obyektlərin mühafizəsinin təmin edilməsində iştirak etmək;
9.4. sərəncamında olan dövlət əmlakını və maliyyə vəsaitlərini qanunvericiliklə müəyyən olunmuş qaydada idarə etmək;
9.5. qanunvericiliklə müəyyən edilmiş qaydada öz ehtiyacları üçün silah, sursat, rabitə vasitələri, xüsusi texnika və digər texniki vasitələrin alınması barədə Nazirliyə təkliflər vermək, onların saxlanılmasını və mühafizəsini təmin etmək;
9.6. Xidmətin hərbi qulluqçularına qanunvericiliklə müəyyən edilmiş qaydada xidməti silah və xüsusi vasitələr vermək;
9.7. Xidmətin səlahiyyətlərinə aid edilən məsələlər barədə lazım olan məlumatları və sənədləri əldə etmək üçün strateji obyektlərin rəhbərlərinə, eyni zamanda icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) tələb etmək;
9.8. Xidmətin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının, dövlət qulluqçularının və digər mülki işçilərinin, onların ailə üzvlərinin, habelə pensiyaçılarının sağlamlığının qorunması istiqamətində kompleks profilaktika, müalicə, sanatoriya-kurort və digər sosial müdafiə tədbirlərinin həyata keçirilməsi barədə Nazirliyə təkliflər vermək;
9.9. xüsusi siqnallar və rabitə vasitələri ilə təchiz edilmiş, tanınma nişanı və rəngi olan xüsusi nəqliyyat vasitələrinə malik olmaq;
9.10. Xidmətin fəaliyyət dairəsinə uyğun sahələr üzrə mütəxəssislərin hazırlanması və kadrların əlavə təhsili işini təşkil etmək;
9.11. Xidmətin fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
V. XİDMƏTİN FƏALİYYƏTİNİN TƏŞKİLİ
10. Xidmətin aparatı və tabeliyində olan struktur bölmələri Xidmətin vahid sistemini təşkil edir.
11. Xidmət öz fəaliyyətini strukturuna daxil olan bölmələr vasitəsilə həyata keçirir.
12. Xidmətin hərbi qulluqçuları vəzifələrinə uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada hərbi qulluq keçirlər.
13. Xidmətin aparatına və strukturuna daxil olan bölmələrə hərbi qulluğa və xüsusi rütbəsi olan əməkdaş vəzifələrinə xidmətə qəbul və vəzifəyə təyin etmə, hərbi qulluqdan, xidmətdən və vəzifədən azad etmə Azərbaycan Respublikasının fövqəladə hallar naziri (bundan sonra – fövqəladə hallar naziri) tərəfindən həyata keçirilir.
Mülki işçilərin Xidmətdə vəzifəyə təyin və vəzifədən azad edilməsi qanunvericiliyə uyğun olaraq fövqəladə hallar naziri tərəfindən həyata keçirilir.
14. Nazirliyin Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən büdcədən maliyyələşdirilən işçilərinin say həddi daxilində Xidmətin strukturu, aparatının və tabeliyində olan struktur bölmələrinin ştat cədvəli, büdcə vəsaitləri üzrə xərclər smetası fövqəladə hallar naziri tərəfindən təsdiq edilir.
15. Xidmətin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının vəzifə, hərbi (xüsusi) rütbəyə görə maaşlarının məbləği və pul təminatının digər növləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müəyyən edilir.
16. Xidmətin Aparatının mülki işçiləri dövlət qulluqçusu statusuna malikdirlər.
17. Xidmətin fəaliyyətinə fövqəladə hallar naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Xidmətin rəisi (bundan sonra – rəis) rəhbərlik edir.
18. Xidmətə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə və hüquqlarının həyata keçirilməsinə görə rəis şəxsən məsuliyyət daşıyır.
19. Rəisin fövqəladə hallar naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən bir birinci müavini və iki müavini vardır;
20.1. Xidmətin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
20.2. öz müavinləri arasında vəzifə bölgüsü aparır, onların məsuliyyət dairəsini və səlahiyyətlərini müəyyən edir;
20.3. Xidmətin maliyyə-təsərrüfat fəaliyyətinə rəhbərlik edir;
20.4. Xidmətin fəaliyyət sahəsinə aid olan məsələlərlə bağlı normativ hüquqi aktların layihələrinin hazırlanmasını təşkil edir və Nazirliyə təqdim edir;
20.5. öz səlahiyyətləri daxilində Xidmətin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin vəzifəyə təyin edilməsi, hərbi qulluq və xidmət üzrə yerdəyişmə və vəzifədən azad edilməsi barədə fövqəladə hallar nazirinə təqdimat verir;
20.6. Xidmətin tabeliyində olan struktur bölmələrinin yaradılması, yenidən təşkili və ləğv edilməsi barədə Nazirliyə təkliflər verir;
20.7. Xidmət üzrə icrası məcburi olan əmrlər və göstərişlər verir və onların icrasına nəzarəti təşkil edir;
20.8. qanunvericiliklə müəyyən edilmiş qaydada Xidmət üzrə vəzifələrə uyğun hərbi və xüsusi rütbə hədlərinin müəyyən edilməsi barədə Nazirliyə təkliflər verir;
20.9. müəyyən edilmiş qaydada Xidmətin hərbi qulluqçularına və xüsusi rütbəsi olan əməkdaşlarına polkovnik rütbəsi daxil olmaqla hərbi (xüsusi) rütbələrin, o cümlədən vaxtından əvvəl və növbədənkənar hərbi (xüsusi) rütbələrin verilməsi barədə fövqəladə hallar naziri qarşısında vəsatət qaldırır;
20.10. Xidmətin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin Azərbaycan Respublikasının dövlət mükafatlarına təqdim olunması barədə Nazirliyə təqdimat verir;
20.11. Xidmətin səlahiyyətlərinə aid edilən məsələlər üzrə növbəti il üçün Nazirliyin saxlanılması xərclərinin formalaşdırılması ilə bağlı təkliflər verir;
20.12. Xidmətin hərbi qulluqçuları, xüsusi rütbəsi olan əməkdaşları və mülki işçiləri haqqında qanunvericiliklə müəyyən olunmuş qaydada həvəsləndirmə və intizam tənbehi tətbiq edir;
20.13. Xidmətin struktur bölmələrinin əsasnamələrinin layihələrini hazırlayır və təsdiq olunmaq üçün Nazirliyə təqdim edir;
20.14. Xidmətin fəaliyyəti ilə əlaqədar beynəlxalq əməkdaşlıqda öz səlahiyyətləri daxilində Nazirlik adından iştirak edir;
20.15. qanunvericiliklə müəyyən edilmiş digər hüquqlardan istifadə edir.
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
1. 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 27 dekabr 2009-cu il, № 289)
2. 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85)
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
[1] 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 27 dekabr 2009-cu il, № 289) ilə «Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti haqqında Əsasnamə»nin 3-cü bəndindən «mərkəzi» sözü çıxarılmışdır.
[2] 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti haqqında Əsasnamə”nin 8.16-cı bəndində “peşə, kadr və xüsusi hazırlığını, onların təkmilləşdirilməsini və ixtisaslarının artırılmasını” sözləri “kadrların peşə və xüsusi hazırlığını və onların əlavə təhsilini” sözləri ilə, 9.10-cu bəndində “ixtisasının artırılması” sözləri “əlavə təhsili” sözləri ilə əvəz edilmişdir.
Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 17-ci ildönümü münasibətilə təntənəli iclas keçirilib – FOTO
16 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 17-ci ildönümü və işçilərinin peşə bayramı münasibətilə Nazirliyin inzibati binasında təntənəli iclas keçirilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Əvvəlcə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə Nazirliyin kollektivi Fəxri xiyabana gələrək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üstünə tər çiçəklər düzülüb.
Sonra Şəhidlər xiyabanı ziyarət edilib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi ehtiramla anılıb, məzarları üzərinə gül dəstələri qoyulub.
Daha sonra Fövqəladə Hallar Nazirliyinin inzibati binasında keçirilən iclas Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İclasda çıxış edən nazir Kəmaləddin Heydərov 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm tarixi Zəfərin ikinci ildönümü, eyni zamanda Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 17-ci ildönümü və peşə bayramı münasibətilə şəxsi heyəti təbrik edərək uğurlar arzulayıb.
Nazir Kəmaləddin Heydərov bildirib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəfffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən qüdrətli dövrünü yaşayan ölkəmizin qazandığı misilsiz nailiyyətlər ulu öndər Heydər Əliyevin onilliklər ərzində gələcək inkişaf üçün formalaşdırdığı möhkəm təməllərdən güc alır. 44 günlük Vətən müharibəsindəki şanlı Qələbəmiz isə bunu bir daha təsdiqləyib: “Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qəhrəman, igid əsgər və zabitlərimiz Qarabağı işğaldan azad edib. Ərazi bütövlüyümüzün bərpası, torpaqlarımızın işğaldan azad olunması Heydər Əliyevlə başlanan, İlham Əliyevlə davam edən inkişaf strategiyasının, yüksəliş siyasətinin parlaq məntiqi nəticəsidir. Döyüş meydanında göstərilən əzmkarlıq, liderlik iradəsi bu gün azad torpaqlarımızda aparılan bərpa-quruculuq işləri ilə davam etdirilir. Dövlətimizin başçısının rəhbərliyi ilə düşməndən təmizlənmiş ərazilərimiz sürətlə yenidən qurulur, dirçəldilir, bu torpaqlara həyat gətirilir”.
Nazir bildirib ki, cari il ərzində ölkə başçısının tapşırıqlarına və Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq Fövqəladə Hallar Nazirliyi əhalinin və ərazilərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində üzərinə düşən vəzifələrinin öhdəsindən layiqincə gəlib. Bu çərçivədə, qeyd olunub ki, FHN tərəfindən işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi işləri fasiləsiz olaraq davam etdirilib, baş verən yanğınların operativ müdaxilə sayəsində söndürülməsi təmin olunub. Həmçinin, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma layihələri ilə bağlı Fövqəladə Hallar Nazirliyinin təhlükəsizliyə məsul aidiyyəti nəzarət qurumları tərəfindən zəruri tədbirlər həyata keçirilib.
Ölkə başçısının diqqət və qayğısı sayəsində işğaldan azad olunmuş ərazilərdə Nazirliyin qurumlarının texnika parkının zənginləşdirilməsi ilə əlaqədar ciddi tədbirlər görülüb. Belə ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin cari ilin 9 dekabr tarixində Fövqəladə Hallar Nazirliyi tərəfindən alınmış və işğaldan azad olunmuş ərazilərdə istifadə ediləcək xüsusi təyinatlı texnikalarla şəxsən tanış olması Nazirliyin şəxsi heyəti üçün böyük qürurverici haldır.
Nazir K.Heydərov vurğulayıb ki, cari il ərzində də yanğından mühafizə sahəsində əməliyyat şəraiti diqqət mərkəzində saxlanılıb, yanğın hadisələrinin qarşısı çevik surətdə alınaraq yayılmasına və ağır fəsadlarla nəticələnməsinə imkan verilməyib. Belə ki, cari ildə respublikada 15810, o cümlədən Bakı şəhərində 4118, işğaldan azad olunmuş ərazilərdə isə 308 yanğın hadisəsinə çıxış qeydə alınıb. Onlardan cəmi 9 yanğın yüksək saylı çağırışla söndürülüb. Hər gün orta hesabla 48 yanğına çıxış qeydə alınıb. Meşə sahələrində 44 yanğın hadisəsi baş verib. Pambıq sahə və məntəqələrində 19 yanğın zamanı cəmi 3 ton pambıq yanıb, 452 ton pambıq yanğından mühafizə olunub.
Ümumilikdə, yanğınların söndürülməsi zamanı 75 dövlət obyekti, 390 özəl obyekt, 305 çoxmənzilli bina, 536 fərdi ev, 458 yardımçı tikili, 288 ədəd müxtəlif təyinatlı texnika mühafizə olunub, 90 nəfərin həyatı real təhlükədən xilas edilib. Baş vermiş yanğınların söndürülməsi zamanı insan həyatı üçün təhlükə faktorları nəzərə alınaraq 1169 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.
Qeyd olunub ki, cari il ərzində müxtəlif mövzularla, o cümlədən yanğın, partlayış, avtoqəza və digər məsələlərlə bağlı Nazirliyin “112” qaynar telefon xəttinə ümumilikdə 2,5 milyona və ya günə 7000-ə yaxın zəng daxil olub, daxil olan müraciətlərə operativ olaraq reaksiya verilməsi təmin edilib.
Yanğın nəzarəti məqsədilə sosial, sənaye, nəqliyyat, rabitə, kənd təsərrüfatı obyektlərində, xidmət sahələrində və digər təyinatlı 68 mindən artıq obyektdə yanğın-tехniki müayinələr aparılıb, aşkar еdilmiş çatışmazlıqların aradan qaldırılması üçün оbyеkt rəhbərlərinə və sahiblərinə 439 mindən artıq tələbi özündə əks etdirən tələbnamə məktubları vеrilib. Eyni zamanda, 93 min vətəndaş, həmçinin 95 min fəhlə və qulluqçu yanğın təhlükəsizliyi barədə təlimatlandırılıb.
Xüsusi riskli xilasetmə qrupları yol-nəqliyyat qəzası, silah-sursat aşkarlanması, intihara cəhdin qarşısının alınması, mənzildə köməksiz vəziyyətdə qalma, liftdə qalma və s. xarakterli olmaqla 1423 müxtəlif axtarış və qəza-xilasetmə əməliyyatlarında iştirak ediblər. Fövqəladə halların və bədbəxt hadisələrin nəticələrinin aradan qaldırılması zamanı 463-ü uşaq olmaqla 1667 nəfər zərərçəkmiş xilas edilib, 37 nəfər zərərçəkmişə ilkin yardım göstərilib. Həmçinin, xilasedicilər tərəfindən 92 nəfərin cəsədi deformasiyaya uğramış nəqliyyat vasitələrindən, bağlı qapı arxasından və dağıntılar altından çıxarılıb.
Yanğınsöndürən-xilasedicilər tərəfindən 134 nəqliyyat və digər qəzalara çıxışlar olub, 270 nəfər deformasiyaya uğramış nəqliyyat vasitələrindən çıxarılaraq ərazi üzrə tibb məntəqələrinə çatdırılıb, həlak olmuş 46 nəfərin cəsədi avtomobillərdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Həmçinin, 16 partlayış hadisəsi ilə əlaqədar çıxışlar olub, dağıntılar altında qalaraq xəsarət almış 22 nəfər hadisə yerindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Cari il ərzində dalğıc-xilasedicilər tərəfindən nəzarət olunan çimərlik ərazilərində batmaq təhlükəsi ilə üzləşmiş 120 nəfər və nəzarət olunmayan qeyri-çimərlik ərazilərdə 105 nəfər olmaqla cəmi 225 nəfər xilas edilib, nəzarət olunmayan qeyri-çimərlik ərazilərdə suda batmış 58 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Bundan əlavə, təyinatından asılı olmayaraq fiziki və hüquqi şəxslər tərəfindən tikinti işləri aparılan 6970 obyektdə tikinti norma və qaydalarının tələblərinə, layihəyə uyğunluğuna, təhlükəsizlik tədbirlərinin yerinə yetirilməsinə əməl edilməsi, görülən işlərə texniki və müəllif nəzarətinin təmin olunması ilə əlaqədar tikintiyə dövlət nəzarəti aparılıb.
Neft və qazçıxarma sənayesində, maye və təbii qaz obyektlərində, qazan, qaldırıcı və energetika qurğularında, yerin təkinin mühafizəsi və dağ-mədən nəzarəti sahələrində, kimya, neft-kimya və neft-qaz emalı sənayesində, metallurgiya sənayesində, taxıl məhsulları müəssisələrində, təhlükə potensiallı sənaye avadanlıqlarının istehsalında və emal sənayesində, təhlükəli yüklərin avtonəqliyyat vasitələri, dəmiryolu, hava və dəniz nəqliyyatı ilə daşınmasında, magistral boru kəmərlərində və digər bu kimi sahələrdə işlərin təhlükəsiz görülməsinə nəzarət məqsədilə 2474 müəssisədə 29 mindən artıq təhlükə potensiallı qurğu və avadanlıq üzrə texniki müayinələr keçirilib. Həmçinin, 3932 nəfər fəhlə və mühəndis-texniki işçinin texniki təhlükəsizlik qaydaları üzrə bilikləri yoxlanılıb.
Əhalinin və ətraf mühitin radiasiya təhlükəsizliyinin təmin edilməsi və ionlaşdırıcı şüalanma mənbələrinin fiziki mühafizəsinin təşkilinin yoxlanılması məqsədilə tibb, sənaye və elmi-tədqiqat müəssisələrində 162 nəzarət-yoxlama tədbiri, həmçinin radioaktiv mənbələrin idxal-ixrac əməliyyatları zamanı 280 radioaktiv mənbənin eyniləşdirilməsi və dozimetrik nəzarəti həyata keçirilmişdir. Sahibkarların müraciətləri əsasında 84 müəssisəyə radiasiya təhlükəsizliyinin gücləndirilməsi üzrə, 75 müəssisəyə isə qəza hallarına hazırlıq və cavabvermə üzrə tədbirlərin gücləndirilməsi məqsədilə metodiki köməklik göstərilib, 100 tibb müəssisəsində radiasiya təhlükəsizliyi qaydalarına düzgün riayət edilməsi ilə bağlı baxışlar keçirilib. Tərkibində şüalanma mənbəyi olan 524 ədəd müxtəlif qurğu və cihazlar ölkədaxili marşrutlarla nəql edilib, ümumi çəkisi 2100 kiloqram olan radioaktiv maddələrlə çirklənmiş xüsusi və fərdi mühafizə vasitələri dezaktivasiya olunub.
Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, fiziki və hüquqi şəxslərə məxsus 182 kiçikhəcmli gəmi ilkin, 450 kiçikhəcmli gəmi təkrar dövlət qeydiyyatına alınıb, gəmi sahiblərinin müraciətinə əsasən 2199 kiçikhəcmli gəmiyə texniki baxış keçirilib.
Nazir qeyd edib ki, Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq gələn il Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə silsilə tədbirlər keçiriləcək.
K.Heydərov əldə olunan bütün nailiyyətlərin müasir Azərbaycan dövlətinin banisi, bütün dövrlərin ən böyük azərbaycanlısı ulu öndər Heydər Əliyevin müəyyən etdiyi mütərəqqi siyasi xətti uğurla davam və inkişaf etdirən ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısının nəticəsi olduğunu xatırladaraq, Fövqəladə Hallar Nazirliyinə göstərdiyi bu münasibətə görə Nazirliyin şəxsi heyəti adından dövlətimizin başçısına dərin təşəkkürünü bildirib. Vurğulayıb ki, ölkə rəhbərliyinin ali etimadını doğrultmaq və əhali və ərazilərin etibarlı mühafizəsini təmin etmək üçün Fövqəladə Hallar Nazirliyi bundan sonra da əzmlə fəaliyyət göstərəcək.
Sonra Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsi tərəfindən hazırlanmış və Nazirliyin fəaliyyətinə həsr olunan videoçarx nümayiş olunub.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı müvafiq sərəncamlarla təltif olunmuş Nazirliyin bir qrup əməkdaşına təltiflər təqdim olunub.
İclasda xidmətdə fərqlənən əməkdaşların həvəsləndirilməsi tədbirləri haqqında fövqəladə hallar nazirinin əmri barədə də məlumat verilib.
Sonda iclas iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə müraciət qəbul olunub.
ELMİ-PRAKTIK MƏSƏLƏLƏR
Ölkəmizin sosial-iqtisadi inkişafında əldə edilmiş nailiyyətlər, həyata keçirilən geniş miqyaslı islahatlar, əhalinin yaşayış səviyyəsinin durmadan yüksəlməsi, dövlətin bütün sahələrin inkişafına göstərdiyi diqqət və qayğı bələdiyyələrin də fəaliyyətlərinin müasir səviyyədə qurulmasını zərurətə çevirmişdir.
Artıq bələdiyyələr ilk yaradıldığı dövrdən indiyədək müəyyən təcrübələrə yiyələnməklə, demokratiyanın inkişafında, insanların yerli sosial problemlərinin aradan qaldırılması istiqamətində çoxsaylı layihələr həyata keçirərək cəmiyyətdə öz mövqelərini nümayiş etdirməklə ölkə həyatının mühüm tərkib hissələrindən birinə çevrilmişdir.
Lakin təkcə sosial həyatın bütün sahələrində deyil fövqəladə hallar zamanı da bələdiyyələr yerli hakimiyyət orqanı kimi, dövlət hakimiyyət orqanları ilə birlikdə çalışmalı, ərazidə yaranmış problemlərin həllində lazımi köməklikləri göstərməlidirlər.
Məlumdur ki, fövqəladə hadisə dedikdə insan tələfatına, insanların səhhətinə və ya ətraf mühitə ziyan vurulması, əhəmiyyətli maddi itgilərə və insanların həyat şəraitinin pozulmasına səbəb ola biləcək və ya səbəb olmuş hərbi əməliyyatlar, qəza, təbii və digər fəlakət nəticəsində müəyyən ərazidə yaranmış vəziyyət başa düşülür.
Fövqəladə halların qarşısının alınması məqsədilə hər ilin əvvəlində rayonun fövqəladə hallar və mülki müdafiə şöbəsi ilə bələdiyyələr arasında razılaşdırılmış və təsdiq edilmiş “Mülki Müdafiə üzrə tədbirlər” planında bələdiyyələrin yerinə yetirməli olduğu profilaktik tədbirlər qeyd olunur.
Həmin tədbirlər planında həm əhalinin maarifləndirilməsi, həm də yaşayış fondunun texniki təhlükəsizliyinin, binaların və məhəllələrin kommunikasiya xətlərinin giriş, çıxış yollarının vəziyyəti eləcə də binalarda əhalinin sayı, su, qaz və elektrik xətlərinin mühafizə zolağına düşməsi məsələsi daim bələdiyyələrin diqqət məzkəzində saxlanmalıdır.
– Ərazinin daima təmiz vəziyyətdə saxlanılmasına nəzarət olunur.
-Yanğınsöndürmə avtomobillərinin bütün bina və qurğulara (ilk növbədə təhsil müəssələri və uşaq bağçalarına) sərbəst yaxınlaşması təmin edilir.
– Bələdiyyəyə məxsus olan ərazidə yanğın avtomobillərinin hərəkətinə maneə törədən ayrı-ayrı əşyalar və qeyri-qanuni yol kəsimləri aradan qaldırılır.
Belə ki, bu il tərəfimizdən 6 ünvanda (E.Bəkirli, Z.Şərifov, Məktəbli, Kommunal, C.Qurbanov, R.Alıcanov küçələrində) qeyri qanuni yol kəsimlərinin qarşısı alınıb, 18 ünvanda isə müxtəlif obyekt sahibləri tərəfindən zəbt edilmiş səkilərin standartlara uyğunlaşdırılması və piyadaların rahat hərəkətinin təmin edilməsi istiqamətində işlər yerinə yetirilmişdir.
Eyni zamanda sürüşmə zonaları nəzarətdə saxlanılır. Yeni tikililərin sürüşmə zolağına və digər kommunikasiya xətlərinin mühafizə zolağına düşməsinin, yollarda asfalt örtüyünün qazılıb yarımçıq saxlanılmasını, lazımsız maneələrin yollara qoyulmasının qarşısı alınır, təhsil müəssələri, uşaq bağçaları və bu kimi yerlərə maşın-mexanizmlərinin girə bilməsi təmin olunur, ən əsas məsələlərdən biri olan – məişət tullantılarının yığışdırılıb daşınması və təkrar istehsala yönəldilməsi bələdiyyəmiz diqqət mərkəzində saxlayır.
Fövqəladə hallar zamanı xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasında bələdiyyələr FHN-nin əməkdaşları ilə əlaqəli işləməli və insanların həyatının xilas edilməsinə, sağlamlığının qorunmasına, ətraf mühitə vurulan ziyanın və maddi itgilərin aradan qaldırılmasına, qəza xilasetmə və digər təxirəsalınmaz işlərin yerinə yetirilməsinə yönəlmiş tədbirlərdə lazımı köməklikləri göstərməlidir.
Yaşadığımız dövrdə təbii və texnogen mənşəli fövqəladə halların baş verməsi təəssüf ki, qaçılmazdır. Məhz bu cür hallar zamanı insanların xəsarət almamaları üçün təhlükəsizlik qaydaları haqda biliklərimizi artırmaq vacibdir.
Təxliyyə təbii fəlakətlər, istehsalat qəzaları, müharibələr və digər fövqəladə hadisələr zamanı əhalinin yaranmış təhlükələrdən mühafizə olunması məqsədi ilə fəlakət zonasından çıxarılaraq təhlükəsiz ərazilərə yerləşdirilməsidir. Təxliyyədən qabaq və təxliyyə zamanı əhali xüsusi siqnallar və rəsmi qurumların informasiyaları əsasında hərəkət etməlidir.
Hər bir binanın mütləq şəkildə təxliyyə planı olmalıdır. Bu plan binadan təxliyyə yollarını, hərəkətlərin ardıcıllığını özündə əks etdirən və hər mərtəbənin ümumi dəhlizində hamının görə biləcəyi yerdə divardan asılan lövhədə əks olunmalıdır. Planın mətn hissəsində planın izahı və digər məlumatlar yer alır.
Qeyd etmək istəyirəm ki, rəhbərlik etdiyim Qaraçuxur bələdiyyəsi 2005-ci ildən öz inzibati binasının ətrafında fövqəladə hadisələrdə yerli xəbərdarlıq sistemini (S-40 sirenasını) quraşdırmışdır. Fövqəladə hallar zamanı işçilərin və qəsəbənin əhalisinin xəbərdar edilməsi məqsədi ilə elektrosirena daima işlək vəziyyətdə saxlanılır.
Eyni zamanda bələdiyyəmizin rəhbər işçiləri mütəmadi olaraq Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin yerli özünüidarəetmə orqanları ilə keçirdiyi dəyirmi masalarda və treyninqlərdə də fəal iştirak edir.
Bu əməkdaşlıq nəticəsində əldə etdiyimiz bilgilər baş verə biləcək fövqaladə halların qarşısının alınmasında, eləcə də həmin hadisələrin nəticəsinin aradan qaldırılması prosesində böyük əhəmiyyət kəsb edir.
İxdiyar Nəcəfov
Suraxanı rayonunun Qaraçuxur bələdiyyəsinin sədri
Comments are closed, but trackbacks and pingbacks are open.