Press "Enter" to skip to content

Fəal dərsin quruluşu

Qadın müəllimlər arasında voleybol yarışı keçirilib

Fəal dərsin quruluşu

Fəal təlim dərsin keyfiyyətini artırmaqda güclü vasitədir

Yeni fənn kurikulumlarının tətbiq olunduğu hazırkı şəraitdə ibtidai siniflərin I-III siniflərində dərs deyən müəllimlərin fəaliyyətində əsas məsələlər kurikulumlarda öz əksini tapmış yeni təlim standartlarının reallaşdırılması, qiymətləndirmə sisteminin səmərəli tətbiqidir. Nəzəri araşdırmalar və kurikulumların tətbiqinin üçillik təcrübəsi göstərir ki, həmin istiqamətlərdə işlərin keyfiyyəti sinif müəllimlərinin fəal təlimdən, interaktiv təlim texnologiyalarından nə dərəcədə səmərəli istifadə etmələrindən birbaşa asılıdır. Çünki yeni kurikulumlarda ifadə olunan təlim modeli məhz tədrisin təşkilinə innovativ yanaşmanı, müasir təlim texnologiyalarının geniş tətbiqini tələb edir və yalnız bu halda gözlənilən effekti verir. Məhz bütün bunları nəzərə alaraq mən I sinifdə bütün dərslərimi fəal təlimdən istifadə etməklə qururam. Fəal təlim dərsin keyfiyyətini artırmaqda güclü vasitədir. O, şagirdlər üçün dərsi çox maraqlı və cəlbedici edir, onların dərketmə fəaliyyətini daha da fəallaşdırır.

Fəal təlimdə əsas cəhətlər müəllim tərəfindən şüurlu surətdə problemli situasiyanın yaradılması, problemin həlli prosesində şagirdlərin fəal tədqiqatçı mövqeyinin stimullaşdırılması, şagirdlər üçün yeni və zəruri olan biliklərin müstəqil əldə edilməsi və mənimsədilməsinə şərait yaradılmasıdır.

Məlum olduğu kimi, fəal təlimin tətbiq olunduğu dərslər öz quruluşu etibarı ilə ənənəvi dərsdən əsaslı şəkildə fərqlənir və müəllimdən dərsə daha ciddi və hərtərəfli hazırlıq işi görməyi tələb edir. Fəal dərs əsasən, şagirdlərin marağı, yaradıcı axtarışları, fəallığı üzərində qurulur. Belə dərslərdə müəllimin və şagirdlərin rolu da � ənənəvi dərsdəkindən xeyli fərqlənir. Fəal dərsdə şagirdlər ənənəvi dərsdəki kimi passiv deyil, axtaran, kəşf edən tədqiqatçı mövqeyinə malik olur, müəllim isə bir növ bələdçi, istiqamətçi rolunda çıxış edir. Bütövlükdə dərs müəllimlə şagirdlərin təhsilin məqsədinə nail olmağa yönəlmiş birgə fəaliyyətinə çevrilir.

Fəal dərs motivasiya, tədqiqatın aparılması, informasiya mübadiləsi, informasiyanın müzakirəsi və təşkili, nəticələr və ümumiləşdirmə, yaradıcı tətbiqetmə və qiymətləndirmə mərhələlərindən ibarətdir. Bu mərhələlərin hamısı bir-biri ilə sıx əlaqəli, biri digərinin məntiqi nəticəsi olub bütövlükdə dərsin vahid modelini təşkil edir və onların hər hansı birinin dərsdə nəzərə alınmaması məqsədin əldə olunmasına mənfi təsir göstərir. Ona görə də müəllim onların hər birinə göstərilən ardıcıllıqla əməl etməlidir.

Mən dərs dediyim I sinifdə bütün dərslərimi bu model əsasında qurur, hər bir mərhələyə xüsusi hazırlaşıram. Dərsdə motivasiya fəaliyyətin mexanizmini işə salan sövqedici qüvvə olduğundan bu mərhələyə xüsusi diqqət yetirir, şagirdləri problemin qoyuluşuna cəlb edirəm. Tədqiqatın aparılması mərhələsi üçün həmişə şagirdləri irəli sürülmüş problemin həllinə məqsədəuyğun şəkildə aparan, özündə yeni informasiya və yeni sualları daşıyan müxtəlif çalışmalar hazırlayır və şagirdlərə həll etdirirəm. Tədqiqatın kiçik və böyük qruplarda, cütlük və fərdi şəkildə aparılması formalarından yeri gəldikcə, yəni tədqiqat sualının və onu həll etmək üçün hazırlanmış çalışmaların xarakterinə uyğun olaraq istifadə � edirəm.

İnformasiya mübadiləsi mərhələsində şagirdlər tədqiqatın gedişində əldə etdikləri tapıntıların, yeni informasiyanın mübadiləsini aparır, qruplar tərəfindən edilən təqdimatları fəal dinləyirlər. Sonrakı mərhələdə informasiyanın müzakirəsi və təşkili həyata keçirilir.

Şagirdlər tərəfindən tədqiqat sualına qənaətbəxş cavab aldıqdan sonra yaradıcı tətbiqetmə mərhələsinə keçir və onları öyrəndikləri yeni bilikləri, informasiyanı tətbiq etməyə imkan verən tapşırıqlar üzərində işlədirəm. Dərsdə qiymətləndirmənin əsasən şagirdlər tərəfindən, bu məqsədlə tərtib olunmuş və müxtəlif fəaliyyət növlərini əhatə edən cədvəl üzrə aparılmasını təşkil edirəm. Çalışıram ki, qiymətləndirmə şagirdlər üçün özünüqiymətləndirmə və özünənəzarət vasitəsi olsun, onlara stimullaşdırıcı təsir göstərsin.

Fəal dərsin mərhələlərinə düzgün əməl etməklə yanaşı, hər bir mövzu üzrə standartların, məqsədin, inteqrasiya imkanlarının, iş forması və üsullarının düzgün müəyyənləşdirilməsi, resurslardan geniş və yerli-yerində istifadə olunması da dərsin səmərəliliyinin artırılmasında mühüm şərtlərdir. Ona görə də hər dərsə hazırlaşarkən və onun planını tutarkən bu məsələlərə xüsusi diqqət yetirirəm.

Təcrübə göstərir ki, bütün bunlara əməl olunduqda dərsin səmərəsi artır, qarşıya qoyulan məqsədə asanlıqla nail olunur.

Fidan HEYBƏTOVA

Azərbaycan müəllimi.- 2011.- 8 aprel.- S.9.

Fəal dərsin quruluşu

2019-01-15 10:46:41

Hər müəllim mütləq bunları bilməlidir – Fəal dərsin mərhələləri

Kurikulum sözünün lüğəti mənası “yol”, “istiqamət” deməkdir. Daha sonra elm və təhsil sahələrində termin kimi işlənməyə başlayıb. Kurikulum proqramının özəlliklərindən biri dərs zamanı bütün şagirdlərin diqqət mərkəzində olmasıdır. Burada həm zəif, həm də çalışqan şagirdlər yaradıcı fəaliyyət göstərməyə başlayırlar. Ənənəvi üsuldan fərqli olaraq, interaktiv təlim şagirdi obyekt olaraq görmür, onu subyekt kimi qəbul edir. Bəs interaktiv dərsin quruluşu necədir? Bu dərsin mərhələləri necə adlandırılır? Fəal dərsin mərhələləri bunlardır:sinfin təşkili; keçmiş mövzunun soruşulması; motivasiya; problemin qoyuluşu; tədqiqatın aparılması; informasiya mübadiləsi; informasiyanın müzakirəsi və təşkili; nəticə, ümumiləşdirmə; yaradıcı tətbiqetmə; qiymətləndirmə və refleksiya; ev tapşırığının verilməsidir. Bu mərhələlərin hər birinin mahiyyəti barədə müəllimin dolğun təsəvvürünün olması vacibdir.Bu təsəvvürü qazanan müəllim praktik fəaliyyətini səmərəli qurmaqda çətinlik çəkmir.Mərhələlərin mahiyyətini yığcam da olsa, nəzərdən keçirək: Sinfin təşkili-Bu ənənəvi dərsin müvafiq mərhələsindən əsaslı şəkildə fərqlənmir.Başlıca fərq şagirdlərin psixoloji durumunun, sinifdəki psixoloji və öyrədici mühitin həssaslıqla müşahidə edilməsi müvafiq nəticənin çıxarılmasıdır. Keçmiş mövzunun soruşulması-Bu mərhələ məzmunca ənənəvi dərsin müvafiq mərhələsindən əsaslı şəkildə fərqlənir; keçmiş dərsin soruşulması bəzən hazırlanmış təqdimatların, fərqli formalarda olan yazılı cavabların dinlənilməsi ilə həyata keçirilir. Bir sıra hallarda isə şagirdlərin hazırladıqları cədvəllərin, sxemlərin və s. nəzərdən keçirilməsi ilə kifayətlənir. Bütün bunlar, həmçinin fərdi sorğunun, müsahibənin aparılmasını inkar etmir. Motivasiya, problemin qoyuluşu-Bu, dərsin sonrakı mərhələlərində aparılacaq işlər üçün zəmin rolunu oynayır. Başqa sözlə, motivasiyanın uğurlu olması dərsin bütün keçməsinə əhəmiyyətli təsir edir. Motivasiya o zaman yaranır ki, şagirdlər ziddiyyətli, müxtəlif ehtimallar doğuran suallarla üzləşirlər. Bu, şagirdləri düşünməyə, idraki fəallığa təhrik edir. Motivasiyanın yaradılması üçün müəllim xeyli düşünməli və yaradıcı olmalıdır. Lakin müəllim yalnız ilk vaxtlar zəhmət çəkməli olur, müəyyən təcrübə qazandıqdan sonra motivasiya yaradılması üzrə iş müəllim üçün maraqlı, cəlbedici fəlaliyyətə çevrilir. Tədqiqatın aparılması-İlk növbədə “tədqiqat üçün sual” anlayışının mahiyyətini, yığcam olsa da, aydınlaşdıraq. Dərsin birinci mərhələsində motivasiya qismində meydana gələn problemin həlli üçün fərziyyələr yaranır. Fərziyyələrin yoxlanması, hansıların doğru olduğunu müəyyənləşdirmək vəzifəsi qarşıda durur. Məhz bu vəzifə tədqiqat sualının formlaşadrılmasını tələb edir. Tədqiqat üçün sual müəyyənləşdirildikdən sonra onu müxtəlif baxımdan araşdırmağa yönəldən tapşırıqlar hazırlanır. Tapşırıqların icrası şagirdlərə təklif edilir. Buradan aydın olur ki, tədqiqat sualının müəyyənləşdirilməsi məsuliyyətli işdir. Sual təlim materialının məğzini, mahiyyətini araşdırmağı bir tələb kimi qarşıya qoymalıdır. İnformasiya mübadiləsi-Dərsin bu mərhələsində isə hər qrup əldə etdiyi bilikə digər qrupları tanış edir. Burada bütün şagirdlər araşdırılan problemlə bağlı müxtəlif istiqamətdən aparılmı.ı tədqiqatlarla tanış olurlar. Hər qrupun lideri gəldikləri nəticəni şərh edir. Həmin prosesdə digər qrupun şagirdləri sual vermək imkanına malik olur, eləcə də müəyyən məsələnin yenidən, daha aydın şəkildə izah edilməsini xahiş edə bilər. Dərsin bu mərhələsində təqdimatlar və qarşılıqlı dinləmələraparıcı yer tutur. İnformasiya müzakirəsi və təşkili-Dərsin bu mərhələsində görülən işlər məzmununa görə həm mürəkkəb, həmdə çətindir. Müəllim işi elə qurmalıdır ki, çatışmazlıqlar tədricən aradan qalxsın, məsələlər durulaşsın. Müəllim şagirdlərin diskussiya aparmalarını, öz mülahizələrini tam sərbəst söyləmələrini, özlərini müzakirənin bərabərhüquqlu iştirakçısı kimi hiss etmələrini təmin etməli, onların əvəzinə danışmamalıdır. Son nəticədə qazanılan biliklərin müəyyən forma aması özünü göstərmiş olur. Lakin bu, hələ sonuncu addımın atılması deyil. Nəticə, ümumiləşdirm-Dərsə elə məqam yaranır ki, deyilmiş bütün fikirləru “ümumi ideya halında birləşdirmək və ümumiləşdirmək” lazım gəlir. Bu, drsin növbəti mərhələsində həyata keçirilir.Deməli, şagirdlərinnqarşısında qzandıqları bilikəri ümumiləşdrmək və konkret nəticə çıxarmaq vəzifəsi durur. Hər bir qrupun əldə etdiyi məlumatları birləşdirən fikirlər,ideyalar aydınlaşdırılır və yoxlanılan fərziyyəyə nə dərəcədə uyğun olduğu müəyyənləşdirilir.Məhz bu ümumiləşdirmədən sonra formalaşdırılmış ideya tədqiqat sualı və ilkin fərziyyələrlə müqayisə edilir. Formalaşdırılmış ideya tədqiqat sualına cavab verirsə, dərsi uğurlu hesab etmək olar. Yaradıcı tətbiqetmə-Biliyin şüurlu və möhkəm olması, bacarıqlara çevrilməsi onun tətbiqindən çox asılıdır. Qazanılmış biliklərin tətbiqini tələb edən tapşırıqların həmişə sinifdə icra etdirilməsi vacib deyil. İnteraktiv təlim ev tapşırıqların tədqiqat və yaradıcı xarakterdə olmasını mühüm tələb kimi irəli sürür. Bu mənada şagirdlərə sinifdə mənimsədikləri bilik və bacarıqlaı sinifdənxaric oxu materiallarına tətbiq etmələrini istiqamətində müntəzəm tapşırıqların verilməsi diqqət mrkəzində dayanmalıdır. Qiymətləndirmə və refleksiya-İnteraktiv təlimdə qiymətləndirmə elə formada həyata keçirlir ki, şagirdlərdə öz uğurlarını daha da artırmaq həvəsi yaranır.Bu təlimdə qiymətləndirmənin iki əsas vəzifəsi var.Birincisi, öz uğurlarını daha da genişləndirməsi məqsədilə şagirdin təlimdəki irəliləyişinin səviyyəsini onun özünə və valideynlərinə müntəzəm bildirilməsidir. Bu formalaşdırıcı (cari)qiymətdir. Bu, şagirdə imkan verir ki, aşağı qiymətini təka cavabla yüksəltsin. İkincisi,proqramın qarşıya qoyduğu təlimi məqsədlərə şagirdin nail olması dərcəi barədə əlumatın verilməsidir. Bu, summativ (yekun) qiymətdir. Şagirdin tədris fəaliyyətinin yekun qiymətləndirilməsi zamanı verilir və dəyişməz olması ilə fərqlənir. Refleksiya interaktiv dərsin sonuncu mərhələsidir.Yəni dəsdə ya qiymətləndirmə ilə, ya da refleksiya ilə məhdudlaşmaq olar. Onun mahiyyəti bundan ibarətdir ki, dərsdə baş vermiş nə varsa şagirdin xəyalında yenidən canlandırılır. Yəni, biliklərin mənimsənilməsinin bütün mərhələləri yada salıqnmaqla onların təhlili və dərindən başa düşülməsi prosesi yaşanır. Şagirdlər yeni biliyi necə əldə etdiklərni şərh etməklə keçilmiş yolu dərk edilmiş şəkildə aydınlaşdırırlar. İnteraktiv dərsin mərhələlərinin təşkili müəllimdən təkcə böyük zəhməy yox, həmdə yaradıcılıq tələb edir. Qeyd edək ki, interaktiv təlimdə müəllimin fəaliyyəti daha çox “biliklərin qazanılmasına istiqamət vermək”, “bələdçilik etmək”, baxımından dəyərləndirilir.Müəllimin bələdçilik bacarığının mühüm göstəricilərindən biri şagirdlərin təlimi düşüncələrini, fikri fəallığını lazımi məcraya yönəldə bilməsidir.

Günel Yaşarqızı

Bu bölməyə aid digər xəbərlər

Müəllimlərin maaşı artırıldı – QƏRAR

2023-03-09 11:47:00

Təhsil işçilərinin aylıq vəzifə maaşları artdı – CƏDVƏL

2023-03-09 11:40:00

Təhsil İnstitutu müəllimlər üçün görüş keçirib

2023-03-09 10:43:04

Qadın müəllimlər arasında voleybol yarışı keçirilib

2023-03-07 16:39:00

Qadın müəllimlər şalvar geyinə bilər? – Rəsmi və qeyri-rəsmi REAKSİYA

2023-03-03 16:01:00

MİQ imtahanına hazırlaşanlar üçün vebinarlar təşkil edilir

2023-03-01 11:47:10

Məktəbi kim idarə etməlidir: kişi, yoxsa qadın direktor.

2023-02-27 12:20:00

Paytaxt məktəbində “Atalar və məktəb birliyi”

2023-02-26 10:31:33

Bu müəllimlər sertifikasiyadan azad edilir – QANUNVERİCİLİK

2023-02-20 11:16:00

Əhali zəlzələ zamanı davranış qaydalarını bilmir – Ekspert

Leyla Bayramova

DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

25 Mayıs 2019 Cumartesi

Fəal dərsin mərhələləri

Paylaşıldı on 12:16 by Leyla Bayramova

V Mövzu:
Fəal dərsin mərhələləri
Müasir dərsin 7 mərhələsi vardır. Bu mərhələlər aşağıdakı kimidir :

Fəal dərsin mərhələləri
Hər bir mərhələnin nəticəsi
1. Motivasiya (Problemin qoyuluşu, fərziyyələrin irəli sürülməsi, tədqiqat sualının verilməsi)
Fərziyyələr və tədqiqat sualı

2. Tədqiqatın aparılması (fərziyyələri yoxlamaq və tədqiqat sualına cavab tapmaq üçün faktların axtarılması)

Tədqiqat işi, yeni faktlar
3. İnformasiya mübadiləsi (alınmış informasiyanın və öz tədqiqatlarının təqdimatı)
Müzakirə üçün yeni informasiya

4. İnformasiyanın müzakirəsi və təşkili (informasiyanın müzakirəsi, müxtəlif faktlar arasında əlaqənin tapılması, onların təsnifatı)

Sistemləşdirilmiş informasiya

5. Nəticələr və ümumiləşdirmə (ümumiləşdirmə və onların fərziyyələrlə müqayisəsi, onların təstiq və ya təkzib edilməsi haqqında nəticə, tədqiqat sualına cavab)

Yeni bilgilər(ümumiləşdirmə)
6. Yaradıcı tətbiqetmə (yeni şəraitdə təqdimetmə, praktiki məsələlərin həlli)
Təcrübə və biliklərin tətbiqi yollarının dərk edilməsi

7. Qiymətləndirmə və refleksiya (şəxsi fəaliyyətin inikası və qiymətləndirilməsi, istənilən mərhələdə keçirilə bilər).

Özünüqiymətləndirmə vərdişləri, təlim fəaliyyəti qaydalarının mənimsənilməsi, müstəqil təlim vərdişləri


Fəal dərsin quruluşu tədqiqat prosesinin mərhələlərini xatırladır (təlim prosesinin mərkəzi tədqiqatdır), ənənəvi dərs illüstrativ-izahedici xarakter daşıyır (təlim prosesinin mərkəzi – mühazirədir).

Ənənəvi dərsdə yeni məlumatlar dərsin əvvəlində müəllim tərəfindən şagirdə çatdırıldığı halda, fəal dərsdə bu məlumatlar dərsin axırında şagirdin özü vasitəsi ilə (tədqiqat nəticəsində) əldə edilir.

Hər iki dərsdə tətbiq etmə mərhələsi axırda olur, lakin fəal dərsdə bu mərhələ daha yaradıcı xarakter daşıyır.

Fəal dərsin fərqli mərhələlərindən biri – refleksiya mərhələsidir. Refleksiyanın nəticəsində şagird öz tədqiqat fəaliyyətinin əsas mərhələlərini dərk etmiş olur.
Motivasiya-Hər hansı bir fəaliyyətin mexanizmini işə salan sövqedici qüvvədir.
Motivasiya-dərsin başlanğıc mərhələsidir.
Fəal dərsdə motivasiya dərsin vacib komponentidir -təfəkkür prosesini hərəkətə gətirən və şagirdlərin idrak fəallığına təkan verən prosesdir.
Motivasiya qismində ortaya gətirilmiş problemin həlli tələbatı çıxış edir.
Müəllim motivasiyanı düz qurubsa, onun dərsin 50 %-i daha yerinə yetirilmiş sayıla bilər.

Comments are closed, but trackbacks and pingbacks are open.