Press "Enter" to skip to content

Fəlsəfə tarixində fəlsəfə

Biz burada din fəlsəfəsi bəhslərini islam dininə müvafiq şəkildə təqdim edəcəyimizdən əvvəlcə dinin islama uyğun tərifini veririk: “Din vəhylə gələn, insanların “Quran” və sünnə vasitəsilə doğru yola hidayəti üçün onlara çatdırılan həqiqətlər və dəyərlər toplusudur”.

Din və Fəlsəfə: tarixi və mahiyyəti. Əzəmmədov Zaur

“Din” ərəb sözüdür. Bu söz lüğətdə mükafat mənasını ifadə edir. Dinin bir termin olaraq izahına gəldikdə, tədqiqatçıların fikrincə, hazırda dinin səksəndən artıq tərifi mövcuddur. Bunun səbəbi dinə müxtəlif aspektlərdən yanaşılmasıdır. Fəlsəfə ensiklopedik lüğətində din tarixi hadisə adlandırılır və deyilir: “Din ictimai şüur formalarından biri; bir və ya bir neçə ilahi varlığın, müqəddəslərin, yəni fövqəltəbiliyin bu və ya digər növünün reallığına inamı əsas götürən dünyagörüşü, davranış və spesifik fəaliyyətidir”.

Məşhur Amerika filosofu və psixoloqu Uilyam Ceyms (1842-1910) dinə psixoloji prizmadan açıqlama verir. O deyir: “Din insanın Allah adlandırdığı varlıq qarşısında keçirdiyi hisslər və gördüyü işlərdən ibarət bir sistemdir”.

Fransız sosioloq və filosofu Emil Dürkheym (1858-1917) öz sosioloji-fəlsəfi düşüncələrində din adlı ictimai hadisəni insanları müqəddəs məfhumlar vasitəsilə bir araya gətirən qanun və əqidələrdən ibarət kompleks kimi təqdim edir. “Əql və dini etiqad“ kitabında isə dinə verilən təriflərin əhatəli olmaması vurğulanır və ortaya daha dəqiq tərif qoyulmasına çalışılır. Yəni hazırda mövcud olan dinlərin hamısını əhatə edəcək bir tərif. Müəllifə görə, dinin ən ümumi tərifi belədir: “Din ülvi bir həqiqət ətrafında toplanmış əqidələr, ayinlər məcmusudur”.

Nəhayət, müasir İran filosofu və ilahiyyatçısı Misbah Yəzdinin fikrincə, din kainatı və insanı yaradan bir varlığa inam və bu inanca uyğun əməli qanunlardır. Dinə verilən tərifləri təkrarlamaq lüzumsuzdur. Düşünürük ki, dinə hər hansı bir formada tərif verməzdən öncə hansı dindən söhbət getdiyini müəyyənləşdirməliyik.

Dünyada mövcud olan dinlər müəyyən bir təsnifə əsasən üç hissəyə ayrılır:

1. İbtidai dinlər (animizm, totemizm, fetişizm və s.);

2. Fəlsəfi dinlər (hinduizm, buddizm, konfusilik və s.);

3. Vəhyə əsaslanan dinlər (yəhudilik, xristianlıq və islam).

Bu dinlərin hər biri özünəməxsus əqidə və ayinlərə malikdir. Belə bir vəziyyətdə bütün dinləri əhatə edən ortaq və eyni zamanda dəqiq tərif vermək mümkündürmü? Zənnimizcə, bu iş mümkün olsa da, lüzumsuzdur.

Biz burada din fəlsəfəsi bəhslərini islam dininə müvafiq şəkildə təqdim edəcəyimizdən əvvəlcə dinin islama uyğun tərifini veririk: “Din vəhylə gələn, insanların “Quran” və sünnə vasitəsilə doğru yola hidayəti üçün onlara çatdırılan həqiqətlər və dəyərlər toplusudur”.

Bu tərifin şərhi olaraq qeyd edək ki, din mütəxəssislərinin nəzərincə, islam dini məzmun baxımından üç hissəyə bölünür:

1. Əqidəyə aid məsələlər. Burada hər bir müsəlmanın hansı təməl əqidələrə yiyələnməli olduğu bəyan edilir. Allahın varlığına və yeganəliyinə inanmaq, ölümdən sonrakı həyatı haqq bilmək bunun bariz nümunələrindəndir. İslam maarifində bu kimi məsələləri araşdıran elm “Kəlam elmi” adlanır.

2. İslam dininə əsasən, vacib və haram olan işlər. Məsələn, namazın vacibliyi və başqasına təcavüz etməyin haram olması. Bu bölməyə “şəriət hökmləri” də deyilir. Şəriət məsələlərini izah edən sahə “fiqh” adlanır.

3. İnsanın yaxşı və pis rəftarları.

Qeyd edək ki, bu hissədə müzakirə obyekti vacib və haram işlər deyil. Hərçənd bəzi alimlər bir sıra haram işləri də bu bölmədə açıqlayırlar. Deməli, üçüncü hissənin əsas qayəsi görüləsi yaxşı və tərk ediləsi pis işlərdir. Qonşuya yaxşılıq etmək və ya başqasına bədgüman olmamaq kimi məsələlər burada misal göstərilə bilər. Belə qanunların tədqiqi və şərhi “əxlaq” elminin öhdəsinə düşür.

Bu üç bölməyə aid təlimləri nəzərdən keçirərkən əqidəyə aid məsələlərin praktiki məsələlər olmadığının şahidi oluruq. Yəni birinci bölmədə yalnız bu əqidələrə sarınmaq və onlara inanmaq tələb olunur. Fiqh və əxlaq məsələlərinin məzmunu isə fərqlidir. Çünki bu iki sahədə bir sıra qanunlar və ilahi dəyərlərə istinad edən qaydalarla üzləşirik. Məsələn, namaz qılmaq vacibdir, digərinin malına və canına təcavüz etmək haramdır, ata-ananın xidmətində dayanmaq yaxşıdır, özünü başqalarından üstün tutmaq pisdir kimi fiqhi və əxlaqi təlimlər təkcə inanılası əqidələr yox, həm də ilahi qanunlar və dəyərlər toplusuna aid olan əməllərdir. Deməli, islam dini özündə həm həqiqətləri (əqidə və inancları), həm də dəyərləri ehtiva edən bir dindir.

Din barədə ilkin fəlsəfi düşüncələr qədim dövrlərə təsadüf edir. Hələ eramızdan əvvəl V əsrdə yunanlar öz etiqadları ilə bağlı əqli araşdırmalar aparırdılar. Xristian dünyasında dini-fəlsəfi araşdırmalar I-II əsrlərdən başlanmışdı və bu günə qədər davam etməkdədir. Müsəlmanlar arasında isə dini əqidələrin əql baxımından təhlili və şərhi “Qurani-kərim”in özü ilə eyni vaxtda başlayıb. Bu müqəddəs kitabda əql və təfəkkür əsas götürülür, insanlara məsələlərə məhz bu yolla yanaşmaq buyurulur.

Bundan əlavə, VII əsrdə yaşamış altıncı əhli-beyt imamı Cəfər Sadiq tərəfindən təsnif olunmuş ilahiyyat elmləri bu istiqamətdə çalışmalara böyük təkan verib. Həmin dövrdə ərsəyə gəlmiş Kəlam elmi sonralar təşəkkül tapmış din fəlsəfəsi elmindən forma və məzmunca bir qədər fərqlənir. Qeyd etdiyimiz kimi, din fəlsəfəsi XIX əsrin ortalarında tanınmağa başladı. Modernizm prosesini yaşayan Avropada din fəlsəfəsi elminin qədim kəlam elmindən xeyli fərqli şəkildə ərsəyə gəlməsi renessansdan sonrakı elmi-fəlsəfi cərəyanlarla az da olsa tanış insanları təəccübləndirməməlidir. Bütün sahələr kimi ilahiyyat elmi də modernləşmə hadisəsindən kənarda qalmayıb. Onun araşdırmaları qədim kəlam elmində olduğu kimi ilahi varlığa yox, əsasən insana yönəlmişdi.

Din fəlsəfəsini ümumi fəlsəfədən ayrılmış və dini-fəlsəfi tədqiqatlari özündə ehtiva edən bir elm kimi səciyyələndirmək olar. Bu elmdəki metodlar klassik kəlam elmində mövcud deyil. Modernləşmə prosesi ilahiyyat elminin bir neçə yönümündə özünü göstərib:

a) Dini əqidələrin tədqiqi və təlimində yeni elm və maarifdən istifadə;

b) Dinlə bağlı yeni sualların cavablandırılması;

c) Qədim kəlam elmindəki ifadə və məfhumlardan yox, müasir ifadə və məfhumlardan istifadə;

d) Dinin insan problemləri ilə bağlı məqamlarına önəm verib, onları şərh etmək.

Din fəlsəfəsi elminin yeni şəkil almasının əsas səbəbi məhz onun modern dövrdə tədqiqata cəlb edilməsidir. Bu səbəbdən onun mövzuları ilk dövrlərdəkindən xeyli fərqlənir. İslam təlimlərində qədim ilahiyyat elmi yalnız tövhid (Allahın varlığı və yeganəliyi), Allahın sifətləri və adları, peyğəmbərşünaslıq, imamşünaslıq və məad-ölümdən sonrakı axirət həyatı kimi mövzular üzərində qurulmuşdu və onlarla bağlı bəhslərin tədqiqi, təlimi ilə məşğul olurdusa, din fəlsəfəsi elmində mövzular dəyişir və bəşər övladının qayğıları daha çox diqqətdə saxlanılır. Burada araşdırılan din və insan əqli, din və sekulyar əxlaq münasibətləri, din və insanın psixoloji problemləri kimi mövzuları misal göstərə bilərik. Din fəlsəfəsi ilkin ilahiyyat elmindəki təlimləri də özündə cəmləşdirir. Nəticədə hazırda dinə aid bəhsləri daha ətraflı şəkildə tədqiq etmək imkanı yaranır. Din fəlsəfəsinin müntəzəm və mütəşəkkil bir elm olaraq ətraflı və dəqiq tərifini bir neçə şəkildə vermək olar.

Din fəlsəfəsinə verilən təriflər

Mehmet Aydın “Din fəlsəfəsi” əsərində yazır: “Din fəlsəfəsi dinin təməl müddəaları haqqında rasional, obyektiv, əhatəli və tutarlı bir tərzdə düşünmək və danışmaqdır”. Yəni dində olan təməl əqidələr tam əqli və fəlsəfi baxışlarla tədqiq olunur, müxtəlif nəzəriyyələr araşdırıldıqdan sonra düzgün yol seçilir.
Hadi Sadiqi “Yeni kəlama müqəddimə” əsərində din fəlsəfəsi məfhumunun izahında deyir: “Din fəlsəfəsi dinlərdə olan ümumi və müştərək məsələləri əqli baxımdan təhlil edir”.

Bu tərifdə din fəlsəfəsinin ümumi xarakterə malik olduğu qeyd edilir. Yəni bu elm müxtəlif dinlərin xidmətində ola bilər. Təbii ki, hər bir dinlə bağlı fəlsəfi araşdırmalarda müştərək mövzularla yanaşı yalnız həmin dinə məxsus əqidələr də nəzərdən keçirilir.

Müasir Amerika filosofu David Ray Griffin isə din fəlsəfəsini ilahiyyat adlandırır və onun əhatəli olduğunu bildirir. O, “Postmodern dünyada Tanrı və din” kitabında yazır: “Mən ilahiyyat dedikdə müqəddəs saydığımız hər bir varlıq barədə əqli baxışlar məcmusunu nəzərdə tuturam. Başqa sözlə, son qayəsi elə özü olan həqiqət barədə fəlsəfi düşüncələr ”ilahiyyat” adlanır”. Şübhəsiz, bu təriflərin hər biri müəyyən baxımdan həqiqəti əks etdirir. Lakin din fəlsəfəsi mövzularının islam dini prizmasından təhlili və şərhi məsələnin mahiyyətini dəyişdirir. Hərçənd bu fərq forma fərqi kimi müşahidə olunmur. Yəni fəlsəfi üslub hər iki sferada eynidir. Beləcə, din fəlsəfəsi elminə islam həqiqətləri çərçivəsində bu şəkildə tərif verə bilərik: Bu elmdə islam dininin təməl əqidələrinə əsaslanaraq müvafiq bəhslərlə bağlı müxtəlif filosof və ilahiyyatçıların təhqiqi və tədqiqi baxışları toplanıb. Burada məsələlərin izahı müqayisəli tərzdə həyata keçirilir, müxtəlif dinlərdəki əqidələrə də müraciət olunur. Lakin nəhayətdə problem islam prinsipləri əsasında həll edilir.

Din fəlsəfəsi din barədə fəlsəfi düşüncələr və axtarışlar məcmusudur.

Fəlsəfə nədir? Fəlsəfə yunan mənşəli sözdür. Bu söz “Phileo” – sevirəm, “sophia” -müdriklik sözlərinin birləşməsindən yaranıb. Ümumilikdə fəlsəfə həyatın və bəşəriyyətin həyat problemlərini əql baxımından araşdırmağa çalışır. Fəlsəfə tarixçiləri fəlsəfənin bir neçə mərhələyə bölündüyünü vurğulayıblar. Qədim yunan fəlsəfəsi, yaxud antik fəlsəfə, orta əsrlər fəlsəfəsi, yeni dövr fəlsəfəsi və müasir fəlsəfə. Antik fəlsəfənin birinci mərhələsi eramızdan əvvəl VII əsrin ortalarından V əsrə qədər davam edib. Bu dövrdə filosoflar kainatın yaranış tərzi haqqında düşünüblər. Eramızdan əvvəl V və IV əsri əhatə edən antik fəlsəfənin ikinci mərhələsində filosoflar etika, təbiət və metafizika barədə fikirlərini irəli sürüblər. Qədim yunan fəlsəfəsinin üçüncü mərhələsi eramızdan əvvəl IV əsrin axırlarından eramızın III əsrinə qədər davam edib. Fəlsəfə tarixində qeyd edilir ki, bu mərhələdə fəlsəfənin əsas mövzusu, üç məsələdə xülasə olunur: məntiq, təbiət və etika.

III əsrdən V əsrə qədər hökm sürən fəlsəfi dövr isə Yeniplatonçuluq ideyalarından bəhrələnib. Bu dövrün ən məşhur filosofu Plotin III əsrin iztirablı şəraitində insanları səadətə çatdırmaq, onlara ruhi sabitlik gətirmək istiqamətində yeni fikirlərin müəllifi olub.

Qərb fəlsəfəsi tarixində V əsrdən XIV əsrə qədər orta əsrlər fəlsəfəsi adlanır. Antik fəlsəfədən fərqli olaraq orta əsrlər fəlsəfəsi xristian dinini əqli sübutlarla müdafiə etmək məqsədilə meydana gəldi. Bu mərhələnin ən məşhur simalarından sayılan Avqustin, Anselm və Akvinalı Foma öz fəlsəfi görüşlərində əsasən din və əql münasibətlərinə geniş yer verir, fəlsəfənin dini əqidələrin xidmətində olmasına çalışırdılar.

Avropa tarixində XIV əsrdən XVII əsrə qədər intibah-renessans dövrü yaşanmışdır. İntibah prosesində insanların həyata baxışı ilahi qanunlar və dəyərlər prizmasından çıxır və qeyri-ilahi, yəni insani çərçivəyə daxil olur.

İntibah dövrü XVII əsrdə yaranan yeni fəlsəfə cərəyanlarına müqəddimə xarakteri daşıyırdı. XX əsrin ortalarına qədər davam edən yeni fəlsəfə özündə çoxsaylı fəlsəfi sistemləri ehtiva edir. Bu fəlsəfi cərəyanların mahiyyətində Allaha ehtiyac duymadan insan problemlərinin həll olunması iddiası dayanırdı.

XX əsrin axırlarından indiyə qədər hökm sürən fərqli fəlsəfi, ədəbi, ictimai cərəyan postmodernizm adlanır. Postmodernistlər modernistlərdən fərqli olaraq bütün fəlsəfi, siyasi, ictimai və ədəbi nəzəriyyələrin tənqidinə çalışırlar. Bu isə nisbilik təfəkkürünün başlanğıcı hesab olunur. Qərb fəlsəfəsindən fərqli olaraq müsəlman şərqində ərsəyə gələn şərq fəlsəfəsi o qədər də təzadlı nəzəriyyələrin şahidi olmayıb.

VII əsrdə Şərqdə islamın zühuru ilə yeni fəlsəfi-ictimai fikir meydana gəldi. VII əsrdəki kəlam elmi fəlsəfi-əqli cərəyanın davamı idi. IX əsrin tərcümə hərəkatı və bunun nəticəsi olaraq yunan fəlsəfəsi irsinin müsəlman dünyasına transfer olunması müsəlman fəlsəfəsinin üçüncü mərhələsi idi. Burada yunan fəlsəfəsi müsəlmanlar tərəfindən mənimsənilir, yeni ideyalar təklif olunurdu. İslam fəlsəfəsinin üç əsas cərəyanı:

1. Məşşa fəlsəfəsi; ən məşhur nümayəndəsi ibn Sinadır.

2. İşraq fəlsəfəsi; bu cərəyanın banisi azərbaycanlı filosof Şəhabəddin Şöhrəvərdidir.

3. İsfəhan məktəbi və mütaliə fəlsəfəsi.

Sədrəddin Əş-Şirazi bu fəlsəfi cərəyanın banisi hesab olunur. Mütaliə fəlsəfəsinin bir çox müsəlman ölkələrində tanınmış davamçıları var.

Din fəlsəfəsi — dinə yönəlmiş fəlsəfi baxışların məcmusu.

Din barədə ilkin fəlsəfi düşüncələr qədim dövrlərə təsadüf edir. Hələ E.ə. V əsrdə yunanlar öz etiqadları ilə bağlı əqli araşdırmalar aparırdılar. Xristian dünyasında dini-fəlsəfi araşdırmalar I-II əsrlərdə başlanmışdı və bu günə qədər davam etməkdədir. Müsəlmanlar arasında isə dini əqidələrin əql baxımından təhlili və şərhi Qurani-Kərimin özü ilə eyni vaxta başlamışdır. Quranda əql və təfəkkür əsas götürülür, insanlara məsələlərə məhz bu yolla yanaşmaq buyurulur. Bundan əlavə, VII əsrdə yaşamış altıncı əhli-beyt imamı Cəfər Sadiq tərəfindən təsnif olunmuş ilahiyyat elmləri bu istiqamətdə çalışmalara böyük təkan vermişdir. Həmin dövrdə ərsəyə gəlmiş Kəlam elmi sonralar təşəkkül tapmış “din fəlsəfəsi” elmindən forma və məzmunca bir qədər fərqlənir.

Din fəlsəfəsi geniş şəkildə isə XIX əsrin ortalarında tanınmağa başladı. Modernizm prosesini yaşayan Avropada din fəlsəfəsi elminin qədim kəlam elmindən xeyli fərqli şəkildə ərsəyə gəlməsi intibahdan sonrakı elmi-fəlsəfi cərəyanlara az da olsa tanış insanları təəccübləndirməməlidir. Bütün sahələr kimi ilahiyyat elmi də modernləşmə və ya insanmehvərlik hadisəsindən kənarda qalmamışdır. Onun araşdırmaları qədim kəlam elmində olduğu kimi ilahi varlığa yox, əsasən insana yönəlmişdir. Din fəlsəfəsini ümumi fəlsəfədən ayrılmış və dini-fəlsəfi tədqiqatları özündə ehtiva edən bir elm kimi səciyyələndirmək olar. Bu elmdəki metodlar klassik kəlam elmində mövcud deyil. Modernləşmə prosesi ilahiyyat elminin bir neçə yönümündə özünü göstərmişdir:

  • a) Dini əqidələrin tədqiqi və təlimində yeni elm və maarifdən istifadə;
  • b) Dinlə bağlı yeni sualların cavablandırılması;
  • c) Qədim kəlam elmindəki ifadə və məfhumlardan yox, müasir ifadə və məfhumlardan istifadə;
  • d) Dinin insan problemlərilə bağlı məqamlarına önəm verib, onları şərh etmək.

Din fəlsəfəsi elminin yeni çöhrə almasının əsas səbəbi məhz onun insanmehvərliyidir. Bu səbəbdən onun mövzuları ilk dövrlərdəkindən xeyli fərqlənir. İslam təlimlərində qədim ilahiyyat elmi yalnız tövhid (Allahın varlığı və yeganəliyi), Allahın sifətləri və adları, peyğəmbərşünaslıq, imanşünaslıq və məad-ölümdən sonrakı axirət həyatı kimi mövzular üzərində qurulmuşdu və onlarla bağlı bəhslərin tədqiqi, təlimi ilə məşğul olurdu. Din fəlsəfəsi elmində isə mövzular dəyişir və bəşər övladının qayğıları daha çox diqqətdə saxlanılır. Burada araşdırılan din və insan əqli, din və sekulyar əxlaq münasibətləri, din və insanın psixoloji problemləri kimi mövzuları misal göstərmək olar. Bununla yanaşı din fəlsəfəsi ilkin ilahiyyat elmindəki təlimləri də özündə cəmləşdirir. Nəticədə, hazırda dinə aid bəhsləri daha ətraflı şəkildə tədqiq etmək imkanı yaranır.

Din fəlsəfəsinin müntəzəm və mütəşəkkil bir elm olaraq ətraflı və dəqiq tərifini bir neçə şəkildə vermək olar. Məsələn, Mehmet Aydın “Din fəlsəfəsi” əsərində yazır: “Din fəlsəfəsi dinin təməl müddəaları haqqında rasional, obyektiv, əhatəli və tutarlı bir tərzdə düşünmək və danışmaqdır”. Yəni dində olan təməl əqidələr tam əqli və fəlsəfi baxışlarla tədqiq olunur, müxtəlif nəzəriyyələr araşdırıldıqdan sonra düzgün yol seçilir.

Hadi Sadiqi “Yeni kəlama müqəddimə” əsərində din fəlsəfəsi məfhumunun izahında deyir: “Din fəlsəfəsi, dinlərdə olan ümumi və müştərək məsələləri əqli baxımdan təhlil edir”. Bu tərifdə din fəlsəfəsinin ümumi xarakterə malik olduğu qeyd edilir. Yəni bu elm müxtəlif dinlərin xidmətində ola bilər. Təbii ki, hər bir dinlə bağlı fəlsəfi araşdırmalarda müştərək mövzularla yanaşı yalnız həmin dinə məxsus əqidələr də nəzərdən keçirilir.

Müasir Amerika filosofu Devid Rey Qriffin isə din fəlsəfəsini ilahiyyat adlandırır və onun əhatəli olduğunu bildirir. O, “Postmodern dünyada Tanrı və din” kitabında yazır: “Mən ilahiyyat dedikdə müqəddəs saydığımız hər bir varlıq barədə əqli baxışlar məcmusunu nəzərdə tuturam. Başqa sözlə, son qayəsi elə özü olan həqiqət barədə fəlsəfi düşünələr “ilahiyyat” adlanır”.

Son olaraq məqaləni yazmaqda böyük dəstəyi olduğu üçün təşəkkürlər -:Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, İnzibati İdarəetmə fakültəsi- Elşən İsmayıl

  1. Alici Mustafa. Müsəlman- Xristian Dialoqu. İst., İz Yayınlar, 2010.
  2. Aslanova R. Qloballaşma və mədəni müxtəliflik. Bakı, Elm, 2004.
  3. Bünyadzadə K. Şərq və Qərb: ilahi vəhdətdən keçən özünüdərk. B., 2006.
  4. Xəlilov S. Baxış bucağı. B., 2009.
  5. Xəlilov S. İnam, şübhə və idrak / BDU İlahiyyat Fakültəsinin Elmi Məcmuəsi, 2010, №14 (sentyabr).
  6. Xəlilov S. Sivilizasiyalararası dialoq (dəqiqləşdirilmiş ikinci nəşr). Bakı, 2009.
  7. Xəlilov S. Qərb fəlsəfəsində islama və xristianlığa iki fərqli münasibət // Xəlilov S. Fəlsəfə: tarix və müasirlik (fəlsəfi komparativistika). Bakı, 2006.
  8. İsmayıloğlu M. Din fəlsəfəsi. B., 2011.
  9. Kılıç R. Ahlakın dini temeli. 4. Baskı. Ankara, 2003.

Fəlsəfə tarixi

Fəlsəfə tarixi antik dövrdən bu günə qədər fəlsəfənin inkişaf yolunu, strategiyasını, filosofların fəlsəfi nəzəriyyələrini, sistemlərini, baxışlarını öyrənir. Fəlsəfə tarixinin subyekti fəlsəfə tarixçisidir. Fəlsəfə tarixi tarixi inkişaf müddətində müəyyən mərhələlərdən keçmiş, çoxsaylı müstəqil düşüncələr, ideyalar, nəzəriyyələrlə zənginləşmişdir. Fəlsəfə tarixçisi tarixşünaslıq elminin də məsələyə yanaşma üslub və metodlarından, kriteriyalarından çıxış edərək Fəlsəfə tarixini öyrənir.

Antik dövrdən bu yana Fəlsəfə tarixi fəlsəfəni dövrlərə və yerlərə bölərək mərhələli şəkildə tədqiq edir. İlk fəlsəfi fikirlərin yaranıb inkişaf etdiyi qədim Şərq dünyası olmuşdur. Bu baxımdan fəlsəfə tarixçisi Şərq düşüncələrinə dövr və məkan prizmalarından yanaşaraq mövzunu Qədim Şərq fəlsəfəsi adı altında tədqiq edir.

Lakin fəlsəfənin beşiyi hesab olunan Şərq dünyası ilə bərabər fəlsəfi düşüncələrin sistemləşdirilməsində və zənginləşdirilməsində əhəməiyyətli yerə və rola malik Antik fəlsəfənin (Qədim yunan – roma fəlsəfəsi)də adını çəkmək mümkündür. Qədim dövrdən etibarən fəlsəfə müəyyən dövrlərə və bölgələrə ayrılaraq araşdırılmış, tədqiq olunmuşdur.

  • Qədim dünya fəlsəfəsi
    • Qədim Şərq fəlsəfəsi
    • Yunan-roma fəlsəfəsi
    • Avropa fəlsəfəsi
    • Şərq fəlsəfəsi
    • Şərq fəlsəfi düşüncə tərzi
    • Qərb fəlsəfi düşüncə təzi
    • Yeni dünya (Amerika) fəlsəfi düşüncə tərzi
    • Adil Əsədov. Fəlsəfə tarixindən etüdlər: İdeal və reallıq arasında ziddiyyət və onun Qərb, rus və Şərq təfəkküründə həll imkankarı. Bakı: Təknur, 2007. – 116s.
    • Adil Əsədov. Yunan fəlsəfəsiindən etüdlər: yunan fəlsəfəsiində idealin və realliğin münasibətlərinə dair. Ön sözün müəllifi – fəlsəfə elmləri doktioru Tahirə Allahyarova. Bakı: Təknur, 2008.
    • Adil Əsədov. Anqlo-amerikan fəlsəfəsiindən etüdlər Ön sözün müəllifi – fəlsəfə elmləri doktioru Tahirə Allahyarova.Bakı: Təknur, 2008.
    • Uill Dürant. Fəlsəfi hekayətlər: dünya fəlsəfəsinin ən görkəmli nümayəndələrinin həyat və baxışları. Azərbaycan dilinə tərcümə edən – fəlsəfə elmləri doktioru Adil Əsədov. Bakı: Zəkioğlu, 2006.
    • Gunnar Skirbekk, Nils Gilye. Fəlsəfə tarixi. Azərbaycan dilinə tərcümə edən – fəlsəfə elmləri doktioru Adil Əsədov. Bakı: Zəkioğlu, 2007.

    Avqust 12, 2021
    Ən son məqalələr

    Bərdə bələdiyyələri

    Bərdə gəmi-bərəsi

    Bərdə nahiyəsi

    Bərdə qalası

    Bərdə rayon Səməd Vurğun adına Mərkəzi Kitabxanası

    Bərdə rayonu

    Bərdə rus-tatar məktəbi

    Bərdə sancağı

    Bərdənin bombalanması

    Bərdəqel (Piranşəhr)

    Ən çox oxunan

    Nət

    Nəticə (film, 1994)

    Nəticəçıxarma

    Nətənz

    Nəvaz Şərif

    fəlsəfə, tarixi, antik, dövrdən, günə, qədər, fəlsəfənin, inkişaf, yolunu, strategiyasını, filosofların, fəlsəfi, nəzəriyyələrini, sistemlərini, baxışlarını, öyrənir, subyekti, fəlsəfə, tarixçisidir, tarixi, inkişaf, müddətində, müəyyən, mərhələlərdən, keçmiş,. Felsefe tarixi antik dovrden bu gune qeder felsefenin inkisaf yolunu strategiyasini filosoflarin felsefi nezeriyyelerini sistemlerini baxislarini oyrenir Felsefe tarixinin subyekti felsefe tarixcisidir Felsefe tarixi tarixi inkisaf muddetinde mueyyen merhelelerden kecmis coxsayli musteqil dusunceler ideyalar nezeriyyelerle zenginlesmisdir Felsefe tarixcisi tarixsunasliq elminin de meseleye yanasma uslub ve metodlarindan kriteriyalarindan cixis ederek Felsefe tarixini oyrenir Antik dovrden bu yana Felsefe tarixi felsefeni dovrlere ve yerlere bolerek merheleli sekilde tedqiq edir Ilk felsefi fikirlerin yaranib inkisaf etdiyi qedim Serq dunyasi olmusdur Bu baximdan felsefe tarixcisi Serq dusuncelerine dovr ve mekan prizmalarindan yanasaraq movzunu Qedim Serq felsefesi adi altinda tedqiq edir Lakin felsefenin besiyi hesab olunan Serq dunyasi ile beraber felsefi dusuncelerin sistemlesdirilmesinde ve zenginlesdirilmesinde ehemeiyyetli yere ve rola malik Antik felsefenin Qedim yunan roma felsefesi de adini cekmek mumkundur Qedim dovrden etibaren felsefe mueyyen dovrlere ve bolgelere ayrilaraq arasdirilmis tedqiq olunmusdur Qedim dunya felsefesi Qedim Serq felsefesi Yunan roma felsefesi Orta esrler felsefesi Avropa felsefesi Serq felsefesi Yeni dovr felsefesi Serq felsefi dusunce terzi Qerb felsefi dusunce tezi Yeni dunya Amerika felsefi dusunce terzi Muasir felsefeEdebiyyat RedakteAdil Esedov Felsefe tarixinden etudler Ideal ve realliq arasinda ziddiyyet ve onun Qerb rus ve Serq tefekkurunde hell imkankari Baki Teknur 2007 116s Adil Esedov Yunan felsefesiinden etudler yunan felsefesiinde idealin ve realligin munasibetlerine dair On sozun muellifi felsefe elmleri doktioru Tahire Allahyarova Baki Teknur 2008 Adil Esedov Anqlo amerikan felsefesiinden etudler On sozun muellifi felsefe elmleri doktioru Tahire Allahyarova Baki Teknur 2008 Uill Durant Felsefi hekayetler dunya felsefesinin en gorkemli numayendelerinin heyat ve baxislari Azerbaycan diline tercume eden felsefe elmleri doktioru Adil Esedov Baki Zekioglu 2006 Gunnar Skirbekk Nils Gilye Felsefe tarixi Azerbaycan diline tercume eden felsefe elmleri doktioru Adil Esedov Baki Zekioglu 2007 Menbe https az wikipedia org w index php title Felsefe tarixi amp oldid 3804669, wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, hersey,

    ne axtarsan burda

    en yaxsi meqale sayti, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, seks, porno, indir, yukle, sex, azeri sex, azeri, seks yukle, sex yukle, izle, seks izle, porno izle, mobil seks, telefon ucun, chat, azeri chat, tanisliq, tanishliq, azeri tanishliq, sayt, medeni, medeni saytlar, chatlar, mekan, tanisliq mekani, mekanlari, yüklə, pulsuz, pulsuz yüklə, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar.

    Fəlsəfə

    Biolojilik və sosiallıq məsələsi ilə fəlsəfi antropologiyada təhtəlşüur (şüur altı ) və şüurluluq problemi də sıx əlaqədardır. Təhtəlşüur və şüurluluq insanın mövcudluğunun psixik və bioloji tərəflərini əks etdirir.
    Uzun illər ərzində fəlsəfədə antropoloji rasionalizm prinsipi hökm sürmüşdür. Yəni insan, onun davranışının motivləri və var­lığının özü ancaq şüurlu həyatın təzahürü kimi araşdırılmışdır. Bu baxış özünün parlaq təcəssümünü məşhur kartezian tezisində «co­gito ergo sum» («düşünürəm, deməli mövcudam») tapmışdır. Həmin planda insan da yalnız «ağıllı insan»kimi çıxış etmişdir. Lakin yeni dövrdən başlayaraq fəlsəfi antropologiyada getdikcə daha çox təh­təlşüur problemi diqqət mərkəzinə keçir. Leybnits, Kant, Kyer­ke­qor, Hartman, Şopenhauer, Nitşe kimi müəlliflər müxtəlif tərəf və mövqelərdən hələ dərk etməyən insanın, psixik proseslərin rol və əhəmiyyətini təhlil etməyə başlamışdır.

    İnformasiya cəmiyyəti

    • Fəlsəfə
    • 9 iyul 2011, 23:09

    a) Elmi- texniki inqilab və onun sosial nəticələri

    Elmi texniki inqilaba qədər bəşəriyyət artıq iki inqilab gör­müş­­dür. Bunlardan birincisi neolit dövründəki aqrar inqilabı, ikin­cisi isə 18-19-cu əsrlərin sənaye inqilabı idi. 20-ci əsrin 2 yarısında elmi-texniki inqilab cəmiyyətin məhsuldar qüvvələrinin inkişafında köklü texnoloji çevriliş idi. ETİ-nin 20-ci əsrin 2-ci yarısında baş verən əsas texnoloji məzmunu elmin cəmiyyətin bilavasitə məhsuldar qüvvələrinə çevrilməsi olmuşdur. Sistematik elmi biliklər tədricən cəmiyyətin digər ənənəvi mənbələri o cümlədən təbii resurslar və xammal, əmək və kapital ilə yanaşı maddi rifahın yüksəlişinin həlledici faktoruna çevrilmişdir.

    Platon məktəbi

    • Fəlsəfə
    • 6 iyul 2011, 00:14

    Platonu (b. er. əv. 427– 347) Avropa fəlsəfəsinin banisi hesab edirdilər. Zədəgan ailəsində anadan olan Platon həyatının çox hissəsini Afinada keçirmiş, burada Akademiya adlanan məktəbi yaratmışdır. Filosof dialoq formasında əsərlər yazmış (əsərdə baş obraz Sokrat olmuşdur), elə sağlığında da məşhurlaşmışdır. İki ən böyük əsərini dövlət haqqında təlimə həsr etmişdir. «Qanunlar» əsərini tamamlamamış ölmüşdür. Afinada fəlsəfə müəllimi kimi məşhur olan Platon tədrisindən yığılan pullara torpaq sahəsi almış, orada da özünün məktəbini təsis etmişdir. Aldığı torpağın sahibinin adı Akadem olduğundan, məktəb də Akademiya adlanmışdır.

    Qloballaşma

    • Fəlsəfə
    • 3 iyul 2011, 15:58

    Müasir dildə desək, «qloballaşma» termini 80– cı illərin orta­la­rında meydana gəlmişdir. Bu termin yaranmağı ilə intellektual eli­taya güclü təsir göstərmişdir. Həmin terminin yaranması T.Levitin adı ilə bağlıdır. O, 1983– cü ildə «Harvard biznes revyu» jurnalında çap etdirdiyi məqaləsini böyük və çox millətli korporasiyaların isteh­sal etdiyi ayrı– ayrı məhsulların bazarlarının bir– birilə qo­vuş­ması nəticəsində yaranmış fenomenə həsr etmişdi. Terminin yayıl­ması isə amerikan sosioloqu R.Robertsonun adı ilə bağlıdır. O, 1985– ci ildə qloballaşma anlayışının şərhini vermiş, 1992– ci ildə ayrıca bir kitabda öz konsepsiyasının əsaslarını qeyd etmişdir. Yapon alimi K.Omaye 1990– cı ildə çap etdirdiyi «Sərhədsiz dünya» əsərində qloballaşma anlayışının hərtərəfli izahını verməyə çalı­ş­mışdır.

    Elm

    • Fəlsəfə
    • 1 iyul 2011, 14:19

    a) Elmin sosial funksiyası

    İctimai şüurun formalarından biri olan elmin inkişafı idrakın uğur qazanmasında yaxından iştirak edir. Əslində müasir həyatı və insanın mədəniyyətini elmsiz təsəvvür etmək olmaz. Elm– biliyin ali forması olub, canlı və cansız təbiətin bütün hadisələrini, adamların maddi və mənəvi fəaliyyətini əhatə edir. Elmin köməyi ilə nəinki tarixin nəticələri qiymətləndirilir, cari hadisələr təhlil edilir və eyni zamanda gələcək proqnozlaşdırılır.
    Elm sözü biliksizliyə əks olan biliyi ifadə edir. Biliksizlik isə, məlum olduğu kimi, bu və ya digər hadisə, proses və şeylər haqqında məlumatsızlıq deməkdir. Hər bir elm öz predmet və metoduna malikdir. Predmet dedikdə nəyin tədqiq olunduğu, metod dedikdə isə həmin tədqiqatın hansı üsullarla aparıldığı başa düşülür.

    Sokrat və Qədim Yunanıstanda etik məktəblər

    • Fəlsəfə
    • 16 iyun 2011, 21:36

    Əslinə qalanda fəlsəfə sözü bu dövrdən başlayaraq işlənmişdir. Sokrat kinayə ilə deyirdi ki, sofistlər elmi və yaxud müdrikliyi öyrətməyə çalışsalar da, özləri hər cür bilik və hər cür müdriklik imkanlarını inkar edirlər. Onlardan fərqli olaraq Sokrat özünü müdrik yox, «müdrikliyə məhəbbət bəsləyən», onu sevən adlandırmışdır. Onları «sofist»– müdrik, özünü isə filosof– müdrikliyi sevən hesab edirdi. «Fəlsəfə» sözünü bu mənada onun tələbələri də ifadə edirdilər. Elə həmin zamandan başlayaraq fəlsəfə intellektual fəaliyyətin xüsusi sahəsini ifadə etməyə başladı. «Fəlsəfə» sözü «müdriklik» (Sokrata qədər fəlsəfə belə adlanırdı) sözünü əvəz etdi.
    Ardı →

    Sofizm

    • Fəlsəfə
    • 14 iyun 2011, 17:36

    Yuxarıda qeyd etdiyimiz fəlsəfi istiqamətlərlə bərabər sofistlər məktəbinə mənsub olan skeptik istiqamətlər də yaranıb inkişaf etmişdir.
    Sofistlərin kim olduğunu başa düşməkdən ötrü onun müasir anlamını (sofist– intellektual fokusçu, fırıldaqçı, dələduz) bir kənara atmaq lazımdır. Qədim yunanlar «sofist» və «sofizm» sözünü başqa cür başa düşürdülər. «Sofist» «müdrik» sözünü ifadə edirdi. Yüksək intellektual səviyyəli adamları o zaman belə adlandırırdılar. Məsələn, qədim dünyanın ən qüdrətli tarixçisi, daha doğrusu «tarixin atası» Herodot Falesi, Pifaqoru və başqalarını sofist adlandırırdı.
    Ardı →

    Şellinqin fəlsəfəsi və estetikası

    • Fəlsəfə
    • 1 iyun 2011, 22:00

    Şellinqin sistemində fəlsəfə və estetika necə baxışır?

    Şellinq obyektiv idealistdir, yəni bütün olanları elə başlanğıcdan çıxarır ki, bu başlanğıc dindəki Tanrı təsəvvürünə daha yaxındır. Hərçənd idealist fəlsəfə heç də, sadəcə, dinin ağıl, düşüncə prinsipi ilə yozulub təkrar edilməsi deyil. Onun üçün də varlığın substansiyası (özülü) kimi götürdüyü qeyri-maddi, ideal (yəni ideya xarakterli) güc hər hansı bir dinin Tanrısından istənilən qədər ayrılır.
    Şellinqin estetikaya həsr olunmuş düşüncələri başlıca olaraq onun xeyli çətin anlaşılan «İncəsənətin fəlsəfəsi» əsərində toplanmışdır. Kitabın adında «fəlsəfə» sözü güclü təsir göstərmək xatirinə işlənməmişdir. Onun estetik düşüncələri fəlsəfi düşüncələrinin o biri üzüdür. Estetikası fəlsəfədən çıxıb o qədər uzağa getmir, çıxan kimi də tez geri qayıtmağa tələsir. Şellinq hətta bunu əsaslandırır da. Deyir: məni empirik incəsənət maraqlandırmır.

    Pifaqorçular məktəbi

    • Fəlsəfə
    • 29 may 2011, 11:02

    Bu məktəb Samoslu Pifaqor (b. er. əv. 580– 512) tərəfindən yaradılmışdır. O, qədim dünyanın, demək olar ki, bütün ölkələrində olmuşdur. Məsələn, Misirdə 22 il, Babilistanda 12 il yaşamışdır. Onun məktəbində poetika, tibb, musiqi, elm (xüsusilə riyaziyyat) bir– birini əvəz etmişdir. Fəlsəfə sözünü ilk dəfə işlədən Pifaqor özünü də filosof adlandırmışdır. «Hər şey harmoniya və rəqəmlərdən ibarətdir»– Pifaqor fəlsəfəsinin başlanğıc prinsipi budur. F.Engels bu barədə yazırdı: «Rəqəm müəyyən qanunlara tabe olduğu kimi, bütün kainat da onlara tabedir; bununla da ilk dəfə kainatın qanunauyğunluğu haqqında fikir söyləyir».
    Ardı →

    Atomizm

    • Fəlsəfə
    • 29 may 2011, 11:01

    Antik fəlsəfənin sonrakı mərhələləri 1) eklektizm; 2) skeptisizm və sofizm üçün zəmin rolu oynayan qnoseoloji problemlərin meydana gəlməsi, bilik qaydalarını izah edən Sokratın fəlsəfəsi; 3) atomistlər tərəfindən təqdim edilmiş varlıqla olmuşun sintezi. Atomizm, yaxud mexanisizm müxtəlif formalarda ifadə olunmuşdur. Ya bir neçə keyfiyyətinə görə müxtəlif maddələr dünyanın başlan­ğıcı götürülür, yaxud da keyfiyyətinə görə vahid (atom) başlanğıcı kimi qəbul edilirdi. Birinci halda maddələr ilkin şeylər (Anak­saqor) sayılır, yaxud da maddə (cism) və ruh bir– birinə qarşı qoyulurdu (materializm). Hərəkətin mənbəyi də müxtəlif cür başa düşülürdü. Ya maddədən (cismin) özü ilə əlaqələndirilirdi. Atomizm Empedokl və Anaksaqorun mexanizmindən inkişaf etmişdir.

Comments are closed, but trackbacks and pingbacks are open.