Press "Enter" to skip to content

Fəqan Əliyev: “Azərbaycanda qeyri-ənənəvi enerji üçün yüksək səviyyədə təbii sərvətlər var”

“Sovet dövründə hesab edilirdi ki, buradakı çaylardan 5 milyard kilovat/saat enerji almaq olar. Sonra Norveçdən gələn alimlər Azərbaycanda tədqiqat apardılar və bildirdilər ki, bu çaylardan 40 milyard kilovat/saat enerji almaq mümkündür. Abşeron yarımadası və Xəzər dənizi külək enerjisi baxımından mühüm əhəmiyyətə malikdir. Ancaq Bakıda külək enerjisindən istifadə etmək mümkün deyil. Çünki burada əhali sıx yaşayır. Bakıda günəş enerjisindən istifadə etmək, binaların damlarında günəş panelləri qoymaq mümkündür”.

Fəqan əliyev ekologiya

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Azərbaycanın işğal altında olan ərazilərinin gələcək inkişaf konsepsiyası” (Ağdam şəhərinin timsalında) adlı layihənin təqdimatı olub.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Milli Məclisin sədr müavini Bahar Muradova, təhsil naziri Mikayıl Cabbarov, İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanova və digər rəsmilər iştirak edib.

Əvvəlcə qonaqlar universitetin foyesində hazırlanmış layihənin sərgi hissəsi – 27 planşetdən ibarət stendlərlə tanış olublar.

Təqdimat mərasimini giriş sözü ilə açan AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova qeyd edib ki, layihənin əsas məqsədi işğal altında olan torpaqlar azad edildikdən sonra böyük qayıdış zamanı tələbələrin bu işə bütün imkanları ilə verə biləcəkləri töhfəni nümayiş etdirməkdir.

Layihənin ideya rəhbəri, universitetin Ekologiya kafedrasının müdiri Fəqan Əliyev bildirib ki, layihə AzMİU-nun SABAH qruplarında təhsil alan tələbələrlə professor-müəllim heyətinin birgə işidir.

Daha sonra tələbələr Ağdam şəhərinin nümunəsində işğal altında olan ərazilərdə gələcəkdə aparılacaq bərpa və quruculuq işlərinin planı təqdim olunub.

Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov qeyd edib ki, Ağdam nümunəsində “Qarabağın davamlı inkişafı” layihəsini hazırlamaqla tələbələr uzaqgörənlik nümayiş etdiriblər.

Təhsil naziri Mikayıl Cabbarov uzunmüddətli əməyin nəticəsi olan layihənin sadəcə peşəkar yanaşmanın deyil, həmçinin yetişən gəncliyin ölkənin taleyüklü məsələlərinə laqeyd yanaşmamasının, vətənpərvərlik və təəssübkeşliyinin bariz nümunəsi olduğunu bildirib.

Milli Məclisin sədr müavini Bahar Muradova və Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov çıxışlarında layihəni yüksək qiymətləndirərək onu dünyaya mesaj kimi qəbul ediblər.

Fəqan Əliyev: “Azərbaycanda qeyri-ənənəvi enerji üçün yüksək səviyyədə təbii sərvətlər var”

“Azərbaycanda qeyri-ənənəvi enerjinin alınması üçün yüksək səviyyədə təbii sərvətlər var”.

Bunu “Report”a açıqlamasında Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti, Oksford Universitetinin fəxri professoru Fəqan Əliyev deyib.

F.Əliyev bildirib ki, bərpa olunan enerjidən istifadə üçün tək Xəzər dənizi deyil, ölkədəki çaylar da mühüm potensiala malikdir:

“Sovet dövründə hesab edilirdi ki, buradakı çaylardan 5 milyard kilovat/saat enerji almaq olar. Sonra Norveçdən gələn alimlər Azərbaycanda tədqiqat apardılar və bildirdilər ki, bu çaylardan 40 milyard kilovat/saat enerji almaq mümkündür. Abşeron yarımadası və Xəzər dənizi külək enerjisi baxımından mühüm əhəmiyyətə malikdir. Ancaq Bakıda külək enerjisindən istifadə etmək mümkün deyil. Çünki burada əhali sıx yaşayır. Bakıda günəş enerjisindən istifadə etmək, binaların damlarında günəş panelləri qoymaq mümkündür”.

Akademiya rəhbəri qeyd edib ki, hazırda haqlı olaraq dövlətimiz dənizdə külək enerjisinin əldə edilməsi ilə bağlı iş aparır:

“Ölkə başçımız hakimiyyətinin ilk illərindən bərpa olunan enerjidən istifadə məsələsinə mühüm önəm verir. Bu sahədə bir sıra işlər görülsə də, düzgün mütəxəssis yanaşması olmadığından lazımi işlər görülmədi. İndi ölkədə həm günəş, həm də külək enerjisindən istifadə üçün yeni bir mərhələ başlayıb. Bu, çox müsbət amildir. İşğaldan azad edilmiş ərazilərdə və Qaradağda Günəş, Xəzər dənizində külək enerjisindən istifadə ediləcək. Artıq bu işin təməli qoyulub. Ərəblər Azərbaycanda bu sahəyə investisiya qoyurlar. Hər ölkəyə investor yatırım etmir. Xarici şirkətlər bilir ki, Azərbaycan varlı bir ölkədir, neft və qaz kimi sərvəti var və bərpa olunan enerji üzrə işlərin görülməsinə zəmanət verə bilər”.

Müsahibimiz artıq dünyada neft erasının bitdiyini vurğulayıb:

“Xatırladım ki, “British Petroleum”un (BP) Meksika körfəzinə tullantılar axıtması orda balıqçılığa güclü zərbə vurmuş xeyli insan işsiz qalmış və şirkət böyük məbləğdə təzminat ödəməli olmuşdu. Bizdə belə hallar yoxdur. Amma Xəzər dənizi çirklidir. Artıq Xəzərdə balıqçılığın əvvəlki səviyyəsi yoxdur. Biz Xəzər dənizində küləkdən enerji almağın intensivliyini artırsaq, çox faydalı olar.

İşğaldan azad edilmiş ərazilərdə, Qaradağda və ölkənin digər rayonlarında bərpa olunan enerji mənbələrindən istifadə sistemini qurmaqla, hibrid sistemləri artırmaqla, həm də bütün dünyaya böyük töhfə vermiş olarıq. Azərbaycan bununla bütün dünyaya bir daha necə sivil bir dövlət olduğunu sübut edər. Bu işlərin görülməsi həm iqtisadi, həm sosial, həm də siyasi cəhətdən mühüm əhəmiyyətə malikdir və bu sahədə atılan addımları alqışlamağa dəyər”.

Xankəndi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən AzVision.az – a verilən məlumata görə, iclasda Şuranın üzvləri ilə yanaşı, vətəndaş cəmiyyətinin digər tanınmış təmsilçiləri və müstəqil ekspertlər də iştirak ediblər. 40-a yaxın nümayəndənin iştirakı ilə keçirilən açıq iclasda 3 məsələ – İDEA İctimai Birliyinin nümayəndəsi, ekoloq Nəzakət İsayevanın İctimai Ekoloji Şurada təmsilçiliyi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris razılaşmasının qəbul edilməsindən sonra bu sahədə milli strategiyanın əsas istiqamətlərinin müəyyənləşdirilməsi və “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması və təbii sərvətlərdən səmərəli istifadəyə dair 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın layihəsi müzakirəyə çıxarılıb.

İctimai Ekoloji Şuranın iclasını giriş sözü ilə açan Şuranın sədri, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirib ki, müvafiq fəaliyyət sahələrində vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığın qurulması nazirliyin əsas fəaliyyət prinsiplərindən biridir və ETSN-də 2010-cu ildən fəaliyyət göstərən İctimai Ekoloji Şura ölkə başçısının bütün fəaliyyət sahələrində ictimai nəzarətin həyata keçirilməsinə şərait yaradılması barədə müəyyən etdiyi siyasətin tərkib hissəsidir. H.Bağırov Şuranın iclaslarının bundan sonra da vətəndaş cəmiyyətinin bütün nümayəndələrinə açıq olduğunu, istənilən məsələlərin ictimai müzakirəsinin təşkili üçün lazımi şəraitin yaradıldığını qeyd edib. Sonra nazir müzakirəyə çıxarılan məsələlər haqqında Şura üzvlərinə ümumi məlumat verib və gündəlikdə duran məsələlərin müzakirəsinə başlanılıb.

İDEA İctimai Birliyinin nümayəndəsi, ekoloq N.İsayevanın Ekologiya nazir yanında İctimai Ekoloji Şurada təmsilçiliyi məsələsinə baxılıb və onun ictimai şurada təmsil olunması barədə qərar qəbul edilib.

İclasın gündəliyində duran ikinci məsələ – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris razılaşmasının qəbul edilməsindən sonra bu sahədə milli strategiyanın əsas istiqamətlərinin müəyyənləşdirilməsi müzakirə olunub.

Müzakirələrdə çıxış edən QHT nümayəndələri, Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti Fəqan Əliyev, Beynəlxalq Hidroloji Proqramlar Birliyinin rəhbəri Rafiq Verdiyev, Energetika, Ekologiya, Maarifçilik Mərkəzinin sədri Vaqif Əliyev, Davamlı İnkişaf Cəmiyyətinin sədri Fikrət Cəfərov və müstəqil ekspert Samir İsayev strateji cəhətdən ölkədə bu sahədə düzgün istiqamət götürüldüyünü qeyd edib, bundan sonrakı dövrlərdə də eyni xətt üzrə fəaliyyətin davam etdirilməsini məqbul sayıblar.

“Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması və təbii sərvətlərdən səmərəli istifadəyə dair 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın layihəsinin müzakirəsində isə çıxış edən vətəndaş cəmiyyətinin təmsilçiləri, Ekoloji Proqnoz Milli Mərkəzinin sədri Telman Zeynalov, Azərbaycan Yaşıllar Hərəkatının sədri Fəridə Hüseynova, Azərbaycan Heyvanların Mühafizə Cəmiyyətinin prezidenti Azər Qarayev, “Sağlam həyata doğru” Ekoloji İctimai Birliyinin sədri Sadiq Həsənov, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov və “Eko-TES” Ekoloji Tədqiqatlar və Maarifçilik İctimai Birliyinin sədri Çingiz Nəzərov layihə üzrə müxtəlif məqamlara toxunaraq konkret rəy və təkliflərini bildiriblər.

Xatırladaq ki, ekologiya və təbii sərvətlər naziri yanında 2010-cu ildən fəaliyyət göstərən və vətəndaş cəmiyyəti təmsilçiləri üçün açıq olan İctimai Ekoloji Şura respublikada həlli vacib olan ekoloji problemlərin aradan qaldırılması, ictimaiyyətin, qeyri-hökümət təşkilatlarının iştirakı ilə bu sahədə birgə təkliflərin hazırlanması, müzakirə edilməsi və effektivliyin təmin olunması məqsədilə yaradılıb.

Comments are closed, but trackbacks and pingbacks are open.