Fərhad mehdiyev insan hüquqları
– Babək Səmidli özü xahiş edib ki, Fərhad müəllim onun səsini yazsın. O başa düşürdü ki, müharibədir hər an hər şey ola bilər, istəyirdi ki, səsi yazılsın və sonra onun ailəsinə verilsin. Müharibə ilə bağlı bir sıra düzgün məlumatlar yazılsın və lazım olarsa sonra cənab Prezidentə çatdırılsın.
Azərbaycan Milli Elmlər Akademiyası
Ş.Mehdiyev 1910-cu ildə Cənubi Azərbaycanın Sərab qəzasında (İran) anadan olmuşdur. 1934-cü ildə Azərbaycan Neft İnstitutunun Geoloji-kəşfiyyat fakültəsini mühəndis-geoloq ixtisası üzrə bitirmişdir.
Ş.Mehdiyev 1945-ci ildə fəlsəfə doktoru, 1950-ci ildə isə geologiya-mineralogiya üzrə elmlər doktoru elmi dərəcələrini və professor elmi adını almışdır, 1955-ci ildə Azərbaycan Elmlər Akademiyasına (AEA) müxbür üzv, 1958-ci ildə isə həqiqi üzv seçilmişdir.
Ş.Mehdiyev 1933-1941-ci illərdə müxtəlif geoloji təşkilatlarda işləmişdir. 1941-1945-ci illərdə Böyük Vətən müharibəsinin iştirakçısı olmuşdur. 1954-1958-ci illərdə Geologiya İnstitutunun direktoru işləmişdir. 1958-1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) rektoru olmuşdur. 1965-ci ildən AEA Geologiya İnstitutunun Neft və qaz geologiyası şöbəsinin rəhbəri olmuşdur. 1967-1970-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı kafedrasının müdiri olmuşdur. Neft və qazın geologiyası və geokimyası sahəsində böyük alim və neftçi-geoloqların Azərbaycan məktəbinin əsasını qoyanlardan biri, həmçinin neftin mənşəyinin dərinlik-biogen nəzəriyyəsinin müəllifi olmuşdur. Respublikanın termal sularının və bitumlu süxurlarının sənayedə istifadəsinin vacibliyini elmi cəhətdən əsaslandırmışdır. Neft geologiyası elminin və təcrübəsinin bir sıra aktual problemlərini tədqiq etmişdir. Çox sayda geoloji atlasların, müxtəlif miqyaslı xəritələrin, Azərbaycanın geologiyası və neft-qazlılığı üzrə fundamental monoqrafiyaların məsul redaktoru və müəllifi olmuşdur. Neftin mənşəyi və böyük dərinliklərin neft-qazlılıq problemləri laboratoriyasına rəhbərlik etmişdir. 1985-ci ildə onun redaktəsi altında tərtib edilmiş “Azərbaycan SSR-in neft-qaz yataqları və perspektiv strukturları xəritəsi”nə görə Azərbaycanın Dövlət mükafatına layiq görülmüşdür. O, geologiya elminin tarixi üzrə Beynəlxalq Komissiyanın müxbir üzvü, SSRİ Elmlər Akademiyasının Neft və qazın geologiyası və geokimyasına dair Qafqaz və Zaqafqaziya üzrə Regional Komissiyanın Elmi Şurasının sədri olmuşdur. Azərbaycanın Əməkdar elm xadimi, SSRİ-nin Fəxri neftçisi və SSRİ qaz sənayesinin Fəxri işçisi adlarına layiq görülmüşdür.
Ş.Mehdiyev Azərbaycan elmi tarixində “Vulkan püskürmələri paylanmasının məkan-zaman qanunauyğunluğu” kəşfinin ilk həmmüəlliflərindən biridir (Beynəlxalq diplom 239 №-li, 2003). Professor Ş.Mehdiyev 70-dən artıq elmlər doktoru və fəlsəfə doktoru hazırlamışdır. 400 elmi əsərin, o cümlədən 40 monoqrafiyanın müəllifi olmuşdur.
Ş.Mehdiyev elmi və ictimai fəaliyyətindəki xidmətlərinə görə “Şərəf nişanı”, iki dəfə “Qırmızı Əmək Bayrağı” ordenlərinə, müxtəlif medallara, həmçinin Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanlarına layiq görülmüşdür. Eyni zamanda o, Ümumdünya Sülh Şurasının, Sovet İttifaqı Sülhü Müdafiə Komitəsinin, Neft Sənayesi Nazirliyinin Fəxri fərmanları, “S.İ.Vavilov” adına medalla təltif olunmuşdur.
Akademik Şəfaət Mehdiyev 1993-cü ildə Bakıda vəfat etmişdir.
(1910-1993)
Fərhad mehdiyev insan hüquqları
Məşhur azərbaycanlı iş adamı Fərhad Əhmədovun köməkçisi Ruhəngiz Seyidova son günlər milyarderlə bağlı baş verən qalmaqallar, ona qarşı irəli sürülən ittihamlar, yazılan yazılarla bağlı Manset.az-ın suallarını cavablandırıb. Modern.az həmin müsahibəni təqdim edir:
– Ruhəngiz xanım, siz Fərhad müəllimin köməkçisisiniz. Bilmək istərdik ki, o, hazırda evdədirmi? Səhhəti necədir?
– Bəli, evdədir. Səhhəti də çox gözəldir.
– Özünü necə hiss edir? Ümumiyyətlə ona qarşı hücumlar, təhdidlər var.
– Xeyr, xeyr. Bütün yazılanlar hamısı uydurma, cəfəngiyatdır. Biz oxuyuruq, gülürük.
– Bəs onun saxlanılması ilə bağlı xəbərlər yayılıb?
– O, saxlanılma deyildi. Səhv məlumatdır. O, saxlanılmayıb, bir şahid kimi dəvət olunub.
– Dövlət Təhlükəsizlik Xidmətinə dəvət olunmuşdu?
– Bəli. Təbii ki, onu tutub əllərini qandallayıb aparmayıblar. Biri var adi bir adamı aparırlar, indi bunu nüfuzlu bir şəxs kimi dəvət edirlər. Bu bir az fərqli baş verir. Bizim millət bunu anlamır.
– Ev dustaqlığına buraxıldığı deyilir. Ev dustağı necə rayona gedə bilər, Bakıya qayıda bilər? Azərbaycan ərazisinin tərk edilməməsi ilə bağlı tapşırıq olduğu haqda məlumat var?
– Xeyr. Bu, cəfəngiyatdır.
– Yəni, bu deyilənlərin hamısı yalandır?
– Deyirəm yalandır və təsdiq edirəm, yalandır. Sualınız varsa, Dövlət Təhlükəsizliyi Xidmətindən şəxsən məlumat ala bilərsiniz.
Orada heç kim təsdiqləməz ki, o, ev dustağıdır. O, imzalayıb ki, mən ölkədən kənara çıxmayacağam – belə bir sənəd filan imzalanmayıb. Yəni saxlanması ilə bağlı məlumatlar da yalandır, sadəcə şahid qismində söhbət edilib onunla.
– Bilmək olarmı nə ilə bağlı dəvət edilib?
– Babək Səmidlinin məlum yayılmış səs yazısı ilə bağlı dəvət olunub.
– Doğrudanmı o səs yazısı Fərhad müəllimə məxsusdur? O açıqlamanı alan, yayan Fərhad müəllimdir?
– Xeyr. Onu yayanlar digər adamlardır. Nə məqsədlə yayıblarsa, onu da DTX araşdırıb tapmalıdır.
– Amma o səs yazısı Fərhad müəllimə məxsusdur, doğrudurmu?
– Siz internetdə görmüsünüz də, o məlumatı məndən niyə soruşursunuz? Bütün internetdə var ki, bu səs yazısı Fərhad Əhmədovundur. Yəni bu, internetdə artıq var.
– Fərhad müəllimin o sualları Babək Səmidliyə verməkdə məqsədi nə idi? Niyə belə suallar verib onun səs yazısını yazıb?
– Babək Səmidli özü xahiş edib ki, Fərhad müəllim onun səsini yazsın. O başa düşürdü ki, müharibədir hər an hər şey ola bilər, istəyirdi ki, səsi yazılsın və sonra onun ailəsinə verilsin. Müharibə ilə bağlı bir sıra düzgün məlumatlar yazılsın və lazım olarsa sonra cənab Prezidentə çatdırılsın.
– Bəs necə oldu ki, bu yayıldı?
– Həmin məsələni müvafiq qurumlar hazırda araşdırır. Şəxsən özümə də çox maraqlıdır.
– Bəlkə ola bilər Fərhad müəllim bu səs yazısını dost bilərək kiməsə göndərib ya necə olub, bəlkə dost bildiyi insanlardan zərbə alıb?
– Bəli. Təbii ki, o da ola bilər. Bu araşdırma artıq Fərhad Əhmədovun borcu deyil, müvafiq qurumların borcudur ki, bunu araşdırsın.
– Fərhad müəllim müxtəlif media orqanlarında Rusiyaya casusluqda günahlandırılır? Bu barədə nə deyə bilərsiz..
– Fərhad müəllimi zatən Rusiya casusu adlandıran adam şəxsən özü casusdur, bunu deyə bilərəm. Göyçaydan aralanmayan bir adam casus ola bilərmi? 44 günlük müharibə zamanı mən köməkçisi kimi orduya yardım göndərilməsi barədə ondan o qədər tapşırıqlar alırdım.
Babək Səmidlinin Fərhad müəllimi Suqovuşana dəvət etməsinin səbəbi təşəkkürlə bağlı olub ki, buyurun gəlin baxın nələr baş verir, erməniləri necə əzirik.
– Onlar dost olublar?
– Xeyr. Dost olmayıblar. 44 günlük müharibə zamanı Fərhad müəllimin orduya kömək göstərdiyi zaman Babək müəllim bilib ki, Fərhad müəllim nə cür insandır. Babək müəllim hərbçi, Fərhad müəllim biznesmen, onlar nə dost ola bilərlər.
– Yəni münasibətlər belə başlayıb?
– Bəli, 44 günlük müharibədən başlayıb.
– Bəs özünün bu məsələyə reaksiyası necədir? Nədən bu gün bunlar baş verir?
– Özünün reaksiyası, məyus olub ki, bu məsələyə niyə belə bir don geyindirilib? Özünə də çox maraqlıdır ki, DTX araşdırsın və nəticəni görsün.
– Nə qədər müddətdir Fərhad müəllim Azərbaycanda yaşayır?
– Son bir ildir buradadır. Bu adam istirahət etmir. Göyçayda “Malikanə” adlandırılan yerdə yaşayır. Göyçayda onun tikdiyi zavod, hotellər, restoranlar, fermalar, bütün təsərrüfat yerlərinə nəzarət edir. İşçilərin başının üstündə durur. İşçilər oradan pul qazanırlar, ailələrini dolandırırlar. Bu da orada təbii ki, onların başının üstündədir. İstirahət etmək üçün Bodruma, Amerikaya, İngiltərəyə, Fransaya getmək lazımdır.
– Ramiz Mehdiyevlə sövdələşmə getdiyi barədə nə deyə bilərsiniz?
– Onu mən 10 dəqiqə bundan qabaq oxudum. 20 ildir Fərhad müəllimlə bərabər işləyirəm, Ramiz Mehdiyev adını ancaq internetdə və televiziyada eşitmişəm. Fərhad müəllimlə heç indiyə kimi nəinki bağlılığı, onun adı onun yanında zatən heç hallanmayıb.
– Ramiz Mehdiyev həmin dövrdə prezident administrasiyasının rəhbəri idi və yəqin ki, Fərhad Əhmədov onunla görüşmək üçün can ata bilərdi?
– Fərhad Əhmədov heç zaman Ramiz Mehdiyevlə görüşmək istəməyib. Zatən ona aid bir işi olmayıb. Fərhad müəllimin görüşü olub cənab Prezidentlə. Ramiz Mehdiyev nəyinə lazımdır Fərhad Əhmədovun?!
Cənab Prezidentə çıxışı olan adama Ramiz Mehdiyev kimi adamlar lazımdırmı? 2020-ci ildə Fərhad müəllimə Rusiya ilə əlaqələrin inkişafındakı xitmətlərinə görə cənab Prezident “Dostluq” ordenini verib. Bunu Ramiz Mehdiyev verməyib ki..
– Bir də Fərhad Əhmədovun Ramiz Mehdiyevin evini çox baha qiymətə alması ilə bağlı məlumatlar var. Bu məlumat doğrudurmu?
– Ramiz Mehdiyevin evini bəlkə başqa bir hansısa Fərhad Əhmədov almış ola bilər. Amma mənim şefim Fərhad Əhmədov Ramiz Mehdiyevdən heç vaxt ev almayıb.
– Mediada belə bir məlumat var idi ki, Ramiz Mehdiyevin Göyçayda yerləşən evini həmin o görüş baş tutandan sonra Ramiz Mehdiyevin özü Fərhad Əhmədova çox baha qiymətə təklif edib və o da nüfuzdan istifadə edərək alıb onun evini baha qiymətə. Ona görə bilmək istəyirdim. Bəlkə də kiminsə vasitəsilə alıb?
– Cəfəngiyatdır, boş söhbətdir.
– Bəs Fərhad müəllimin indi özünün oturduğu ev, özünün bilavasitə tikdirdiyi evdir ya necə? Onu da deyirlər ki, Ziya Məmmədovdan satın alıb. Bu məlumatlar doğrudur?
– Ziya Məmmədova gəldikdə isə, Ziya Məmmədova məxsus torpaq sahəsi satışda olub, bəli. Bu, gizli bir məlumat da deyil. Burada nə cür qəbahət iş var? Ziya Məmmədova məxsus torpaqlardan biri Fərhad müəllim Göyçayda oturduğu üçün Göyçayda Potu kəndində olan torpağı satışda olduğu üçün alıb. Ziya müəllimin bilmirəm qardaşı və ya kimlər tərəfindən satışa olan zaman. Normal bir şeydir. Nə var burada? Bayaq dediyiniz Ramiz Mehdiyevi mən tamamilə yox deyirəm. Amma Ziya Məmmədovla bəli. Ziya Məmmədova məxsus, heç ona da məxsus deyildi səhv etmirəmsə, qardaşınamı məxsus idi. Siz bilirsiniz sənədlərdə kimə məxsus olub. Çox normaldır. Torpaq sahələri satılıb. Torpaq sahələri niyə maraqlandırıb Fərhad müəllimi? Çünki orada nar bağları var imiş. Həmin torpaq sahəsində Fərhad müəllim özü özünə ev tikib.
“Dini görüşlərə sahib deyiləm” – Fərhad Mehdiyev
Bir müddətdən bəri, Əjdər Əliyev isimli birisi, şəxsim daxil olmaqla, müxtəlif insanlar barəsində həqiqətə uyğun olmayan, böhtan tipli məlumatlar göndərir. Təqdim etdiyi saxta sənədlər də, xeyli keyfiyyətsiz formada hazırlanır, ki bunlar ilk baxışda məlum olur. Məsələn bu insan bilmir ki, İBAN nömərsi 6 xanalı yox, 28 xanalı olur.
Əjdər Əliyevin bu şəkildə davranmasının səbəbi, sifarişlə işləməsi, Türkiyədəki siyasi prosesslərlə bağlı verdiyim şərhlərdir. Həmin şərhlərdə mən AKP siyasətinin Türkiyədə bölücülüyə, ictimai aqressivliyin artmasına, şəriat yönümlü diktaturaya götürdüyünü demişəm. Məhkəmə qərarlarını tətbiq etməmək, Avropa İnsan Hüquqları Məhkməsinə görə də, Konvensiyanın 6-cı maddəsinin pozuntusu təşkil edir. Ümumiyyətlə söhbət tvittterin bağlanmasından gedirsə, buna indiyə dək AKP-dən başqası bəraət qazandırmayıb, ancaq qınayıb.
Bilindiyi kimi, mən, beynəlxalq arenada gedən siyasi prosessləri şərh edirəm, tədqiqat obyektim də sadəcə Türkiyə deyildir. Elmi dərəcə və ünvana sahibəm; Fullbright professoruyam, irəli sürdüyüm fikirlər elmi əsaslara söykənir və şəxsimə aiddir, heç bir qurum adına açıqlanmır.
Bir çoxunuz göndərilən məlumatın qərəzli olduğunu, Əjdər Əliyevin etibarlı mənbə olmadığını, iftira atmaqla çox çirkin və nadürüst iş gördüyünü anlayırsınız. Nə özünüzün nə də ki mənim vaxtımı boş yerə israf etmədiyiniz üçün sizə minnətdaram. Lakin Əjdər Əliyev ya da onun cinayət ortağı Sərdar Coşqunun irəlü sürdüyü bütün gülünç ittihamlara bağlı şübhəniz varsa, bunları mənə bildirin və mən də onların absurdluğunu açıqlaya bilərəm.
Sizlərə son göndərdiyi məktubda da, mənim güya millət vəkili Fazil Mustafanı “verbovka” etdiyimi iddia edib. Halbuki məndə hörmətli millət vəkilimizin telefon nömrəsi belə yoxdur. Habelə Edoğanın psixopat aldandırdığım irəli sürür, halbuki istifadə etdiyim cümlədə Erdoğanın adı ümumiyyətlə keçmədiyi kimi, cümlənin dəqiq mənasını anlamaq mümkün deyildir.
Lakin bəzi xəbər saytları, bu məlumatları yoxlamır, yayır, beləliklə şərəf və ləyaqətimə xələl yetirir. Qeyd etmək istəyirəm ki mən tanınan şəxsəm və məruz qaldığım mənəvi ziyan, yüksəkdir.
Bu hallar da, mənim həmin saytlara qarşı məhkəməyə müraciət etməyimə məcbur edir. Fərhad Mehdiyev, indiyə dək heç bir qanunsuz işə daxil olmamış, elmi, tədqiqat və məsləhət fəaliyyətindən başqa gəlir əldə etməmiş, heç bir korrupsion işə qarışmamışdır, heç bir dini təriqat üzvü deyildir və ümumiyyətlə dini görüşlərə sahib olmayıb, liberal və dünyəvi bir ideologiyanı müdafiə edirəm. Daim öz fəaliyyətim ilə ölkə nüfuzunu artırmağa çalışmışam. 5 dəfə hüquq dərsliyi (insan hüquqları və inzibati hüquq sahəsində) nəşr etdirmişəm. 100-dən çox məqalənin müəllifiyəm. Elmi əsərlərimdə plaqiat yoxdur, Bu səbəblə, kiminsə məsuliyyətsiz davranışı ilə illər ərzində qoruduğum işgüzar nüfuza sataşmağa heç kəsə icazə verə bilmərəm. Siyasətçilərin hüquqa zidd davranışları səbəbilə TƏRƏF TUTMADAN tənqid etməyim, bir elm adamı olaraq mənim funskiyalarım arasındadır.
Hal-hazırda DİA.AZ saytı ilə məhkəmə çəkişməmiz var. bu sayt, iftiracı Əjdər Əliyevin yalanlarını araşdırmadan yaymışdır. Ondan 10.000 manat mənəvi zərərin ödənməsi ilə bağlı tələb irəli sürmüşəm.
Məhkəməyə müraciət etmək vaxt və enerji alır; əlbətdə bunu istəyərək etmirəm, lakin çəkinmədən bu addımı atmaq məcburiyyətindəyəm. Odur ki bu maili göndərməyimin səbəbi, qətiyyən kimisə gözdağı vermək deyildir; lakin hüquqi mənada daha diqqətli olmağa çağırmaqdır.
BİZİMXEBER.AZ saytının da, əleyhimdə xəbəri yayıb, POST-faktum mövqeyimi öyrənməyə HAZIR olmalarını bildirmələri, onları məsuliyyətdən azad etmir. Jurnalist araşdırmasını yayımdan ƏVVƏL aparmamaları Mətbuat Şurasının da qəbul etdiyi peşə davranış qaydalarına və KİV haqqında Qanuna da ziddiyət təşkil edir. Odur ki onlar məni ləkələyib gözləməməlidir ki, mən pulumu və vaxtımı xərcləyib onları axtaracam, ayaqlarına düşün mövqe bildirecem; pulumu və vaxtımı xərcləyəmsə, 30 manat dövlət rüsumu verib onlarla rayon məhkəməsində görüşmək daha rasionaldır. Onlar da əyər jurnalist adlarını şərəflə yüksək tutmaq istəyirlərsə, məhkəməni filan gözləmədən, müvafiq təkzibi verməlidir.
Əjdər Əliyevə gəldikdə isə, onun İP adresi məndə var, məhkəmə sorğusu vasitəsilə onun ünvan və telefon nömərsini əldə edib, onun da DİA.AZ işində iştirakını təmin edib, kim olduğunu, hansı məbləğ qarşısında bu ləyaqətsiz qaralama PR-nı həyata keçirdiyini müəyyən edəcəm. Yalanın ömrü qısa olur. Onunla bərabər Sərdar Coşqun adlı feyk şəxs də, başqaları da, məsuliyyətə cəlb olunacaq.
Narahat etdiklərimdən üzr istəyirəm”.
Comments are closed, but trackbacks and pingbacks are open.