Press "Enter" to skip to content

Dəbiyyat müəllimi, sən bir günəşsən

A. Məhərrəmov adına 95 № li tam orta məktəbin V a sinfində 21 fevral 2020- ci ildə ədəbiyyat fənnindən keçəcəyi sınaq dərsinin

Şəhidlərimiz — I Qarabağ Müharibəsi

Yusifov Fəxrəddin Xəlil oğlu 2 sentyabr 1957-ci ildə Qərbi Azərbaycanın Vedibasar mahalının Xalisa kəndində dünyaya göz açmışdır. O, 1974-cü ildə Xalisa kənd orta məktəbini bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılmış və Özbəkistan Respublikasının Uçkuduk qəsəbəsində hərbi qulluq keçmişdir. Fəxrəddin Yusifov xidmət etdiyi hərbi hissədə səkkiz ilə yaxın qalıb xidmət etmişdir. 1988-ci ildə Fəxrəddin Yusifovun valideynləri indiki Göygöl rayonuna pənah gətirmişlər. O, hərbidən qayıtdıqdan sonra bir müddət 16 saylı səyyar mexanikləşdirilmiş dəstədə dülgər işləmişdir. Vətənin başı üzərini qara buludlar alan zaman Fəxrəddin Yusifov buna çox narahat olmuş, ailədə narazılıqlar olmasına baxmayaraq şaxtalı bir qış günü öz ərizəsi əsasında könüllü olaraq Gəncədə yaradılmış «Kəpəz» batalyonunun tərkibində Vətənin müdafiəsinə qalxmışdır. Sovet ordusunda qazandığı 8 illik hərbçi təcrübəsi əsasında Fəxrəddin yüksək döyüş sənətinə yiyələnmiş, həmişə döyüşlərdə öndə getmiş və pulemyotçu kimi cəbhəyə yollanaraq dəfələrlə ağır döyüş əməliyyatlarında iştirak etmişdir. 3 yanvar 1994-cü ildə Ağdərə istiqamətində gedən qanlı döyüşlərdə «Kəpəz» batalyonu xüsusi fədakarlıq föstərmişdir. Fəxrəddingilin batalyonu Levonarx-Ağdərə istiqamətində vuruşmuşdur. Qeyri-bərabər gedən qanlı döyüşdə ermənilərin texnika və canlı qüvvəsinin say üstünlüyünü görən bacarıqlı döyüşçü xidmət etdiyi batalyonun tamam məhv olmaq təhlükəsini hiss etmiş və ölümün gözünə dik baxaraq təkbaşına pulemyotu dilə gətirib düşmən qabağını kəsmişdir. Həmin döyüş zamanı özü ağır yaralansa da, 23 yaralı və 43 döyüşçünün həyatını xilas edən Fəxrəddin Yusifov çoxlu qan itirdiyi üçün taqətdən düşmüşdür. Döyüşçü dostları onu döyüş zonasından çıxartmağa cəhd etsələr də, əvvəlcə bunu bacara bilməsələr də üç günlük qanlı döyüşlərdən sonra Fəxrəddinin cəsədi döyüş bölgəsindən çıxarılmışdır. 9 yanvar 1994-cü ildə dörd övlad atası olan qəhrəman eloğlumuz Yusifov Fəxrəddin Xəlil oğlu ömrünün 37 yaşında dünyasını dəyişmiş və Göygöl rayonu Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Yusifov Fəxrəddin Xəlil Oğlu haqqında xatirəni əbədiləşdir.

Ədəbiyyat müəllimi, sən bir günəşsən

Kurikulum tələbləri ilə işləyən fənn müəllimlərinə kömək məqsədi ilə belə bir bloqun yaradılmasını qarşımıza məqsəd qoyuruq. Burada müəllimlərə metodik dəstək verilməsi, onlarla müəyyən müzakirələrin açılması bir hədəf kimi götürülür.

Dərs icmalı nümunəsi (Məzmun üzrə iş)

  • Получить ссылку
  • Facebook
  • Twitter
  • Pinterest
  • Электронная почта
  • Другие приложения

Təsdiq edirəm: metodist, dos. F. Yusifov
21 fevral 2020-ci il

ADPU-nun filologiya fakültəsi əyani şöbəsinin IV kurs 402-ci qrup tələbəsi Əliyeva Günayın Xətayi rayonu

A. Məhərrəmov adına 95 № li tam orta məktəbin V a sinfində 21 fevral 2020- ci ildə ədəbiyyat fənnindən keçəcəyi sınaq dərsinin

növbəti səhifədən
Mövzu : A. Səhhətin “Vətən” şeirinin məzmunu
Standartlar : 1.1.1; 1.1.2; 1.1.3; 2.1.2; 3.1.2.
Inteqrasiya : Tarix, 0.0.0.
Texnikalar : klaster, beyin həmləsi, müzakirə
İ ş forması : böyük və kiçik qrupda iş

Resurslar (təchizat): Yutubdan “Qarabağ bülbülləri” filmindən parça, musiqi.

Dərsin təlim nəticələri :

1.Şeirdə tanış olmayan sözlərin mənasını lüğətlərdən istifadə etməklə aydınlaşdırır(1.1.1.);
2.Şeiri məzmununa uyğun ifadəli oxuyur(1.1.2.);
3.Şeiri hissələrə ayırır, məzmununu müxtəlif formalarda (yığcam, geniş) nağıl edir(1.1.3.);
4.Şeirlə bağlı fikirlərini aydın və ardıcıl şərh edir(2.1.2);
5.Şeirlə bağlı fikirlərinin məntiqi ardıcıllıqla şərh edir (3.1.2.)

(Qeyd: Neçə alt-standart varsa, bir o qədər də təlim nəticəsi göstərilməlidir. Yuxarda 5 alt standart verildiyi üçün biz də o qədər təlim nəticəsi göstəririk).

növbəti səhifədən
Dərsin mərhələlərinə görə təxmini vaxt bölgüsü:

1. Sinfi təşkili və ev tapşırıqlarının yoxlanması. 5 dəq.
2. Motivasiya. 3 dəq.
3. Tədqiqatın aparılması. 10 dəq.
4. Məlumat mübadiləsi. 10 dəq.
5. Məlumatın müzakirəsi və təşkili. 5 dəq.
6. Nəticənin çıxarılması. 3 dəq.
7. Yaradıcı tətbiqetmə. 6 dəq.
8. Qiymətləndirmə və ev tapşırığının verilməsi. 3 dəq.

Cəmi: 45 dəq.

növbəti səhifədən
Dərsin gedişi:
1. Sinfin təşkili və ev tapşırıqlarının yoxlanması

Sinfə daxil oluram, şagirdlərlə salamlaşdıqdan sonra davamiyyəti soruşur, lövhənin təmizliyinə, silginin yerində olmasına diqqət yetirir və evə verilən tapşırığı soruşuram.

Bir neçə tapşırığı yoxladıqdan sonra yeni dərsə başlayıram.

2. Motivasiya
M. Uşaqlar, indi Sizə bir klip təqdim edəcəyəm. Onun sözlərinə diqqət yetirməyinizi xahiş edirəm. (Hamını səssizcə həmin klipi dinləməyə dəvət edirəm. ). Görüntü tamamlanan kimi soruşuram:
Ş. – . (cavabı yazırsınız)
M. – Klip (video material) xoşunuza gəldimi?
Ş.- . (cavabı yazırsınız)
M. – Ən çox nəyi bəyəndiniz?
Ş. – . (cavabı yazırsınız)
M.- – Klip nə barədə idi?
Ş. – . (cavabı yazırsınız)
M. – Necə bilirsiniz, bu gün biz nə barədə dərs keçəcəyik?
Ş. – . (bir-iki şagirdin fikiri dinlənilir)
M. – Doğru buyurdunuz. Gəlin mövzumuzu qeyd edək: A. Səhhət “Vətən” şeiri (Məzmunu üzərində iş).
Tədqiqat sualları:
– Şeirdə vətənlə bağlı nə kimi fikirlər söylənilə bilər? (Şagirdlərin ilkin fərziyyələrin alır və lövhəyə qeyd edirəm).
– Şeiri ifadəli oxumaq, məzmununu şərh etmək üçün hansı işləri görmək olar? (Bu sualın cavabını isə dərs prosesində tapa biləcəyik xəbərdarlığını verirəm).

3.Tədqiqatın aparılması

M. – Söylədikləriniz fikirlərin təsdiqi üçün araşdırma aparmağa başlayaq. Gəlin əvvəlcə şeiri dinləyək (Müəllim şeiri ifadəli şəkildə oxuyaraq sinfə təqdim edir). Şeirdən alınan təəssüratı ortaya çıxaran və onun məzmunun açılmasına xidmət edən kiçik müsahibə təşkil olunur.
M. – İndi Sizə qrup tapşırıqları veriləcək. Tapşırığın icrası üçün sizə 10 dəqiqə vaxt ayrılır. Cavablarınızı komanda şəklində hazırlamağı unutmayın.
Tapşırıqlar:
1-ci qrup: Şeirdəki çətin söz və ifadələrin məzmununu lüğət vasitəsi ilə aydınlaşdırın. Şeiri ifadəli oxuya hazırlayın.
2-ci qrup: Şeiri ifadəli oxu üçün hazırlayın və oxuyun
3-cü qrup: Şeirdəki təsvir və ifadə vasitələrini müəyyən edin, nağıletməni hazırlayın və yerinə yetirin
4-cü qrup: Şeirdən aldığınız təəssüratı qeyd edin.
5-ci qrup: Şeirdə ifadə olunan fikri ardıcıllıqla qeyd edin.

4. Məlumat mübadiləsi:

M.- İndi isə hər qrupdan bir nümayəndə növbə ilə verilən tapşırığın cavabını, onu necə həll etdiklərini sinfə təqdim etsinlər.

M.- Unutmayın, qrup təqdimatına 2 dəqiqə vaxt ayrılır. Əgər təqdimatçının izahatında Sizə aydın olmayan məsələlər olarsa, ona sual verə bilərsiniz.

M. – Buyurun. Birinci qrupun nümayəndəsi gəlsin.

5. Məlumatın müzakirəsi və təşkili:
Məlumat mübadiləsi tamamlandıqdan sonra sinfə müraciət edirəm.
M.- Uşaqlar, gəlin birlikdə təqdimatlarda əksini tapan məlumatlara nəzər salaraq onları ümumiləşdirməyə, sistemə salmağa çalışaq. Bunun üçün Sizə bir neçə sual verəcəyəm.
Müzakirə üçün suallar:
M. – Şeir nə barədə idi?
Ş.- .
M. – Şeirin ifadəli oxusu nə zaman uğurlu alındı?
Ş. – . (şagirdlərin əsaslandırılmış fikri alınır)
M. – Hansı söz və ifadələri məzmunu mənimsəməyə əngəllər yaradırdı?
Ş. – . (şagirdlərin əsaslandırılmış fikri alınır)
M.- Yoldaşlarınızın ifadəli oxusu sizi qane etdimi?
Ş. – . (şagirdlərin əsaslandırılmış fikri alınır)
M. – Biz şeirin məzmunu barədə hansı bilikləri əldə etdik.

Ş. – . (şagirdlərin əsaslandırılmış fikri alınır)
M. – Müzakirəni necə ümumiləşdirə bilərik.

Ş. – . (şagirdlərin əsaslandırılmış fikri alınır)
6. Nəticənin çıxarılması:

M. – Uşaqlar, indi isə ümumiləşmiş bu fikirləriniz ilə tədqiqat sualı zamanı irəli sürdüyünüz fərziyyələri tutuşdurmağa başlayaq.

Fəxrəddin YUSİFOV (1956)

TƏBRİK EDİRİK.
YUBİLEYİNİZ MÜBARƏK, FƏXRƏDDİN MÜƏLLİM.

Bu gün dəyərli ziyalımız,
tanınmış alim, ədəbiyyatşünas və pedaqoq, pedaqoji elmlər namizədi, ADPU-nun dosenti Fəxrəddin Yusifovun
Ad Günüdür.
Daha doğrusu anadan olmasının 60 illik Yubileyidir.

Biz də hörmətli soydaşımız Fəxrəddin müəllimi Ad Günü və 60 illik Yubileyi münasibətilə ürəkdən rəbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında və elmi-pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.

Müşfiq BORÇALI.

Fəxrəddin Allahverdi oğlu Yusifov 1956-cı il fevralən 23-də Ulu Borçalı mahalının qədim Başkeçid (indiki Gürcüstan Respublikasının Dmanisi) rayonundakı Muğanlı kəndində anadan olmuşdur.

İlk təhsilini doğma Muğanlı kənd orta məktəbində almış və oranı 1973-ci ildə əla qiymətlərlə bitirmişdir. Həmin ildə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universitetinin) filologiya fakültəsinə daxil olmuş və oranı fərqlənmə diplomu ilə bitirmişdir. Sonra təyinatla Füzuli rayonunun Böyük Bəhmənli kənd orta məktəbində ixtisası üzrə müəllim işləmişdir.

1980-ci ildə istehsalatdan ayrılmaqla APİ-nin (indiki ADPU-nun) aspiranturasında təhsil almış, sonra ədəbiyyat və onun tədrisi metodikası kafedrasında baş laborant kimi əmək fəaliyyətinə başlamışdır.

1988-ci ildə “Folklorun tədrisi prosesində şagirdlərin şifahi nitqinin inkişaf etdirilməsi yolları(V-VII siniflər)” adlı namizədlik dissertasiyamı müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi adını almışdır. 1990-cı ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində ədəbiyyat və onun tədrisi metodikası kafedrasında müəllim kimi fəaliyyətə başlamış, sonralar həmin kafedrada baş müəllim, dosent vəzifələrini tutmuşdur. Hal-hazırda “Müasir təlim texnologiyaları təlim və resurs mərkəzi” kabinetinin rəhbərikafedranın dosenti kimi fəaliyyət göstərir.

1998-ci ildən bəri müasir təlim texnologiyalarına dair müxtəlif treninqlərdə – “Addım-addım”, “Tənqidi Təfəkkürün İnkişafında Mütaliə və Yazı”, “Kurikulum və fəal/interaktiv təlim” treninqlərində iştirak etmiş və müvafiq sertifikatlar almışdır.
2006-cı ildən bu günə kimi respublikanın bir sıra ali və orta təhsil müəssisələrində məktəb müəllimləri üçün təşkil olunan treninqlərdə təlimçi kimi fəaliyyət göstərmişdir.

2010-cu ildə respublika üzrə keçirilən elektron təhsil müsabiqəsində “Ədəbiyyat müəllimi – sən bir günəşsən” adlı şəxsi saytı mükafata və diploma layiq görülmüşdür.

Bu günə qədər 20-yə qədər elmi-metodik məqalənin, 3 proqram və 9 dərslik və dərs vəsaitinin müəllifidir.

Dosent Fəxrəddin Yusifovun əsas elmi əsərləri:

1. Orta məktəbdə S. Ə. Şirvani əsərlərinin dilinin öyrədilməsi, metodik vəsaiti, Bakı, ADPU, 2001

2. Orta məktəbdə “Dastani-Əhməd Hərami”nin məzmununun öyrədilməsi, metodik vəsait, Bakı, ADPU, 2003

3. Məktəbdə ədəbiyyat dərslərinin təşkili, metodik göstəriş, Bakı, ADPU, 2003

4. Məktəbdə Nəsimi əsərlərinin məzmununun öyrədilməsi, dərs vəsaiti, Bakı, ADPU, 2004

5. Ədəbiyyatın tədrisi metodikası (testlər), tədris vəsaiti, Bakı, ADPU, 2010

6. İfadəli oxu (testlər), tədris vəsaiti, Bakı, ADPU, 2010

7. İfadəli oxu, ali məktəblərin bakalavriat təhsil səviyyəsi üçün dərslik, Bakı, ADPU, 2012

8. İfadəli oxu, ali məktəblərin bakalavriat təhsil səviyyəsi üçün proqram, Bakı, ADPU, 2012

9. Ədəbiyyatın tədrisi metodikası, dərslik, ADPU, Bakı, 2012

10. Ədəbiyyatın tədrisi metodikası, ali məktəblərin bakalavriat təhsil səviyyəsi üçün proqram, ADPU, Bakı, 2012

11. Ədəbiyyat dərslərində müasir təlim texnologiyalarından istifadə, ali məktəblərin bakalavriat təhsil səviyyəsi üçün dərslik, Bakı, ADPU, 2012

12. Ədəbiyyat dərslərində müasir təlim texnologiyalarından istifadə(seçmə fənn), ali məktəblərin bakalavriat təhsil səviyyəsi üçün proqram, Bakı, ADPU, 2012

Comments are closed, but trackbacks and pingbacks are open.