Agirdin məktəb tədarükü – Geyim və ləvazimatlar üçün nə qədər vəsait tələb olunr? VİDEO
Azərbaycanda “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri” təsdiq edilib.
Hərbi forma xidmətdən kənar istifadə edilə bilərmi? – “Hərbi geyim yalnız hərbiçilər üçündür”
Hamımız ictimai yerlərdə, küçədə xüsüsən də dükan, bazarda hərbi geyimdə olan sıravi vətəndaşlara rast gəlirik. Bəs Hərbi geyimin( uniformanın) xidmətdən kənar geyinilməsi nə dərəcədə doğrudur?
Hərbi qulluqçuların forma və nişanları 25 iyun 2001-ci il tarixli “Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçuların hərbi geyim forması və fərqləndirmə nişanları haqqında” Əsasnamənin və “Azərbaycan Respublikası Silahlı qüvvələri hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri”nin təsdiq edilməsi barədə” AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI ilə tənzimlənir. Həmin sərəncamın 1-ci fəslinin 21,22, 23 cü bəndlərində qeyd edilir:
21. Hərbi geyim formasını daşımaq hüququna Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçən bütün hərbi qulluqçular, hərbi litsey kursantları, toplantılara çağırılmış hərbi vəzifəli şəxslər, habelə ehtiyata, yaxud istefaya buraxılmış hərbi geyim forması daşımaq hüququ olan hərbi qulluqçular malikdir.
Hərbi geyim formasını daşımaq hüququ olmayan vətəndaşların hərbi qulluqçuların fərqləndirmə nişanları olan geyim formasını geyməsi qadağandır.
22. Hərbi geyim forması Azərbaycan Respublikası müdafiə nazirinin təsdiq etdiyi «Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi geyim formasını daşıma qaydaları»na uyğun olaraq daşınır.
23. Hərbi qulluqçular və hərbi litseyin kursantları hərbi geyim forması ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyənləşdirdiyi normalar üzrə təmin edilirlər. Hərbi geyim forması ilə təminedilmə qaydası Azərbaycan Respublikası müdafiə naziri tərəfindən müəyyən edilir.
AzNews.az Faktor.az-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlının yerli saytlardan birinə verdiyi müsahibədə “mülkü şəxslərin hərbi formadan istifadəsi haqqında bunları dedi: “Hərbi formanın mülki vətəndaşlar tərəfindən geyinilməsi məqbul sayılmır. Düzdür, qanunvericiliklə hərbi formanın mülki vətəndaşlar tərəfindən alınmasına, satılmasına, onun daşınmasına qadağa qoyulmasa da, burada məsələnin mənəvi tərəfi var. Söhbət mülki vətəndaşlarımızın hərbi libası daşımaq haqqından və hüququndan gedir. Bu məsələdə vətəndaşlarımız hərbi geyimin, hərbi xidmətin, hərbi qulluqçunun nüfuzunun artırılması baxımından özləri hərbi libasa yüksək qiymət verməli və məhdudiyyət qoyulmasına anlayışla yanaşmalıdırlar”deyə qeyd edib. Həmçinin, hərbi ekspert Şair Ramaldanov da öz açıqlamasında hərbi geyimin yalnız hərbiçilər üçün nəzərdə tutulduğunu qeyd edib, vurğulayıb ki, hərbi formaya marağı olanlar hərbi formadan yox, eyni rəngli parçalardan istifadə edərək, müəyyən kostyumlar tikdirib, geyinə bilərlər. “Orduda xidmət keçib, təxris olunan şəxslər mülkidə ola-ola hərbi formadan istifadə edə bilərlərmi”, sualımıza gəldikdə, hərbi ekspert: “Orduda əsgər kimi xidmət keçib, ehtiyyata buraxılan mülkü vətəndaşlar yox, qüsursuz xidmət edən zabitlərin kitabçasında qeyd olunur ki, onlar hərbi geyim formasından istifadə edə bilərlər ” – deyə Ş.Ramaldanov qeyd edib.
AzNews.az
Şagirdin məktəb tədarükü – Geyim və ləvazimatlar üçün nə qədər vəsait tələb olunr? – VİDEO
Yeni dərs ilinə bir aydan da az vaxt qalıb. Artıq valideyinlər məktəb bazarlığı haqda düşünür Bəs görəsən ilk dəfə birinci sinifə gedən uşağınbazarlıq xərcləri üçün nə qədər pul lazımdır.
Dərs ilinin başlamasına artıq sayılı günlər qalıb. Təbii ki valideynlər də artıq uşaqları üçün məktəb tədarük etməyi planlaşdırıllar.Maraqlıdır görəsən bu il ilk dəfə əlinə çanta alıb məktəbə gedəcək uşağın hazırlığı neçəyə başa gəlir. Bunun üçün şəhərdə qıymətlərlə maraqlandıq.
İlk olaraq məktəbli geyiminin qiyməti ilə maraqlandıq.
Şagirdlər üçün ayyaqqabının hər hansı bir standartı olmasa da orta keyfiyyetdə bir cüt ayaqqabı almaq üçün ən azı 25 manat tələb olunur.
Apardığımız sorğudan məlum oldu ki,məktəbli geyimi, ayaqqabı,məktəbli çantası dəftər qələm və digər məktəbli ləvazımatlarının orta hesabla 150-170 manat civarında təşkil edir.ailələrə görə bu xərc məktəblilərin sayına mmüvafiq olaraq dəyişir.
Geyim tikilərkən istifadə edilə ləvazimatlar
Kateqoriyalar
Özəl
Layihələr
- Seçki 2020
- Ramazan
- Video Xəbərlər
- Qurban Bayramı
- Beynəlxalq Media Forumu
- DÇ-2018
- Türkiyə Prezident Seçkiləri 2018
- Seçkilər 2018
- #Cümhuriyyətüçünyaz
- Formula 1 / Bakı 2017
- Simpozium 2017
- İslam Həmrəyliyi Oyunları
- Referendum
- 15 Temmuz Milletin İradesi
Struktur
- Haqqında
- Şərifzadə küç., 168A, II Bina, m.1, Bakı, Azərbaycan
- +99412 432 12 22
- +99455 681 11 82
- [email protected]
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
Ana Səhifə Cəmiyyət Növbəti tədris ilinin məktəbli formaları belə olacaq – FOTOLAR
!Reklam – Arxiv
Yeni Çağ Media Qrupu – Mart 18, 2022 – 12:43
!Reklam – Yazi
Azərbaycanda “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri” təsdiq edilib.
Yenicag.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Bu qərar 2022/2023-cü tədris ilindən tətbiq ediləcək. Hazırda istifadədə olan geyim formaları 2022/2023-cü tədris ilinin sonunadək tətbiq edilə bilər. Qeyd edilib ki, təhsilalanların geyim forması oğlan və qızlar üçün ayrı olmaqla qış və yay formalarından ibarətdir. Geyim formaları təbii və keyfiyyətli (möhkəmlilik və davamlılıq xüsusiyyətləri, habelə aşınma müqaviməti olan, qırışlar yaratmayan, yuyulduqdan sonra ölçüləri dəyişməyən, rəngi solmayan və qarışmayan, təri yaxşı qəbul edən, spesifik qoxusu olmayan, sürtünmə nəticəsində elektrikləşməyən) parçalardan tikilməli,təhsilalanların sağlamlığına mənfi təsir göstərməməlidir. Təhsilalanlar üçün hazırlanan geyim formalarının etiketində istifadə edilən parçanın tərkibi barədə və “məktəbli forması” sözləri yazılmalıdır. Geyim formasının üzərində (ön tərəfinin sol yuxarı hissəsində və ya sol qol hissəsinin yuxarı kənar tərəfində) məktəbin emblemi əks oluna bilər. Təhsilalanlar geyim forması ilə valideynləri və ya digər qanuni nümayəndələri tərəfindən təmin edilirlər. Təhsilalanların geyim forması aşağıdakı qış və yay formalarından ibarətdir: Qızlar üçün yay forması – üçdüyməli qısaqol köynək və ətək; Oğlanlar üçün yay forması – üçdüyməli qısaqol köynək və şalvar; Qızlar üçün qış forması – üçdüyməli uzunqol köynək, ətək və ya şalvar, önü bağlanılan cibli jaket; Oğlanlar üçün qış forması – üçdüyməli uzunqol köynək, şalvar və önü bağlanılan cibli jaket. Təhsilalanların geyim formalarının təsviri aşağıdakı kimidir: Oğlanlar üçün şalvar – rəngli (tünd-göy, tünd-boz, qəhvəyi-yaşıl (xaki), tünd-qəhvəyi) yun və poliester qarışıqlı (yun 60%, poliester 40%) iplikdən toxunulmuş parçadan düzünə və manjetsiz tikilir. Şalvara kəmər tətbiq edilir. Kəmər üçün ön hissədə iki, yanda iki və arxada iki ədəd körpücük tikilir. Şalvarın kəsmə yan cibləri və arxadan hər iki tərəfdən adi kiçik düymə ilə düymələnən kəsmə cibləri vardır. Şalvar ön hissədən kəmərdə qarmaq, adi kiçik düymə və zəncirbəndlə bağlanılır; Qızlar üçün ətək – rəngli (tünd-göy, tünd-boz, qəhvəyiyaşıl (xaki), açıq-qəhvəyi) yun və polyester qarışıqlı (yun 60%, poliester 40%) iplikdən toxunulmuş parçadan çoxsaylı şaquli qırçınlı, yarımdairə klyoş və ya trapesiyaşəkilli tikilir. Ətəyin uzunluğu diz xəttindən aşağı olmalıdır. Çoxsaylı şaquli qırçınlı ətəyin arxa və ön hissələri bel səviyyəsində köklənmişdir. Ətək kəmərli və ya rezinli olur. Kəmərli ətəkdə yan hissədə bağlanma yeri adi kiçik düymə və ya zəncirbəndlə bağlanılır. Kəmərə öndə iki və arxada iki ədəd körpücük tikilir. Yarımdairə klyoş ətəyin arxa və ön hissələri bel səviyyəsində köklənmişdir. Ətək kəmərli və ya rezinli olur. Kəmərli ətəkdə yan hissədə bağlanma yeri adi kiçik düymə və ya zəncirbəndlə bağlanılır. Kəmərə öndə iki və arxada iki ədəd körpücük tikilir. Trapesiyaşəkilli ətəyin arxa və ön hissələri bel səviyyəsində köklənmişdir. Ətək kəmərli olur. Kəmərə öndə iki və arxada iki ədəd körpücük tikilir. Ətəyin sağ yanda kəmər hissədə bağlanma yeri adi kiçik düymə və ya zəncirbəndlə bağlanılır; Qızlar üçün şalvar – rəngli (tünd-göy, tünd-boz, qəhvəyiyaşıl (xaki), tünd-qəhvəyi) yun və poliester qarışıqlı (yun 60%, poliester 40%) iplikdən toxunmuş parçadan düzünə və manjetsiz tikilir. Şalvara kəmər tətbiq edilir. Kəmər üçün ön hissədə iki, yanda iki və arxada iki ədəd körpücük tikilir. Şalvarın kəsmə yan cibləri və arxadan bir tərəfdən adi kiçik düymə ilə düymələnən kəsmə cibi vardır. Şalvar ön və ya yan hissədən kəmərdə qarmaq, adi kiçik düymə və zəncirbəndlə bağlanılır; Köynək: Qısaqol köynək – rəngli (ağ, mavi, bej) və pambıq iplik tərkibli (karde və ya penye) parçadan (100% pambıq) polo tipli tikilir. Köynəyin üçdüyməli düymə plankası, manjetlər və ətək hissəsi ikiqat tikişlə tikilir; Uzunqol köynək – rəngli (ağ, mavi, bej) və pambıq iplik tərkibli (karde və ya penye), (100% pambıq) orta qalın toxunma parçadan tikilir. Köynəyin forması polo tiplidir. Köynəyin üçdüyməli düymə plankası, manjetlər və ətək hissəsi ikiqat tikişlə tikilir; Önü bağlanılan cibli jaket – rəngli (göy, boz, yaşıl, qəhvəyi-yaşıl (xaki) yarımyun (yun 50%, akril 50%) tərkibli qalın toxunma parçadan tikilir. Jaket birbortludur, bort zəncirbəndlə açılıbbağlanılır, arxası bütövdür. Kəsmə yan cibi, yaxalığı, ətəyi və qol manjetləri ikiqat toxunuşludur. Məktəblər üçün bu Sənədin 2-5 nömrəli əlavələrində nəzərdə tutulmuş 4 rəngdə geyim formasının nümunəsi təklif olunur. Məktəblərin sifarişi əsasında bu Sənədin 2.2-ci bəndində qeyd edilən rənglərdən və modellərdən istifadə olunmaqla müxtəlif dəstlər hazırlana bilər. Hər məktəbdə yalnız bir geyim forması dəsti tətbiq edilir. Geyim forması dəsti məktəbin Pedaqoji Şurasının qərarı ilə ən geci martın 1-dək müəyyən olunur və ən azı 3 tədris ili ərzində dəyişilməz olaraq tətbiq edilir.
www.yenicag.az
- ANDROID əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
- iOS əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
- Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Comments are closed, but trackbacks and pingbacks are open.